Ardını oxu...
İranın mərhum dövlət başçısı İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmulhudan ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürə bilər.

Mühafizəkarlar Cəmilə Ələmulhudanın həm həyat yoldaşının hökumətdəki yolunu davam etdirə bilməsi, həm də İranın ilk qadın prezidenti olması üçün namizədliyini irəli sürməsini gündəmə gətiriblər.

Lakin, qeydiyyatdan keçəcəyi təqdirdə xanımın Konstitusiyanın İcrasına Nəzarət Şurasının reaksiyasını gözləməsi lazımdır.

Mənbə: Azad İran
Ardını oxu...
“İşə tələsirdim, həmin sürücüdən yoldan çəkilməsi üçün “miqat” elədim. Sevindim ki, artıq yol ayrılır, o da “Şamaxinka”ya dönüb gedir. Bir də gördüm ki, maşını saxlayıb, əlindəki “dubinka” ilə üstümə gəlir”.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, bunu sosial şəbəkələrdə taksi sürücüsü tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılan Məltəm Əsgərova bildirib.

O qeyd edib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

M.Əsgərova deyib ki, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub:

“Həmin anda yaxşı ki, şüşələri qaldırdım, maşını qıfıla qoydum. Tanımadığım başqa bir sürücü hücum çəkən şəxsə nəsə deməsə idi, hələ də maşını döyəcləyəcəkdi. Məqsədi o idi ki, mən maşını açım”.

Ətraflı videomaterialda:

 
Ardını oxu...
“Orxan İsmayılzadə DNK ekspertizasından keçmək əvəzinə, məni hədələyir. Mənə yazır ki, səni həbs etdirərik, “srok”a göndərərik. Mən bu SMS-lərlə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa şikayət etmişəm” - bu sözləri Musavat.com-a SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini Fidan Abbasova deyib.

Bildirib ki, şikayəti araşdırılmaq əvəzinə rayon prokurorluqlarının birindən digərinə ötürülür: “Şikayətimi Baş Prokurorluğa etdim, ötürdülər Suraxanı Rayon Prokurorluğuna, oradan da Sabunçu Rayon Prokurorluğuna. Bu, necə olur? Bunların adamları var, külli miqdarda pul xərcləyib, ərizələri ora-bura atdırırlar”.

Fidan Abbasova üzləşdiyi qanunsuzluqlarla bağlı DİN-in 102 qaynar xəttinə, Baş Prokurorluğun 161 qaynar xəttinə şikayət verdiyini də bildirib.
Onun sözlərinə görə övladının atalığının təyini məsələsini qaldırdığına görə SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov ona ən müxtəlif yollarla təzyiqlər etdirir.

Qeyd edib ki, övladının atalığı təyin edilməyincə, geri çəkilməyəcək: “Orxan İsmayılzadə bilərəkdən ekspertiza keçməkdən imtina edir. Orxan deyir ki, guya Nil qızımız onun uşağı deyil. Eyni zamanda məhkəmənin təyin etdiyi ekspertizadan da keçməkdən yayınır. Gəl DNK testi ver, kimin yalan danışdığı üzə çıxsın. Mən tələbimdən geri dayanan deyiləm”.

Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadənin özünün iddiası əsasında Xətai Rayon Məhkəməsində ona açılan məhkəmə davasından dolayı DNK testi keçirilməsi barədə qərardad qəbul olunub: “Vəkili hakim Aygün Həsənovaya yalan məlumat verib ki, guya Orxan İsmayılzadə Bakıda deyil, bu səbəbdən də guya məhkəmənin təyin etdiyi ekspertizada iştirak edə bilməyib”.

Fidan Abbasovanın bəhs etdiyi DNT ekspertizası qərarını Xətai Rayon Məhkəməsi verib. Hazırda qeyd olunan məhkəmə instansiyasında Orxan İsmayılzadənin Fidan Abbasovaya və Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı qarşılıqlı iddialarına baxılır. Orxan Mikayıl oğlu İsmayılzadə şərəf, ləyaqətin və işgüzar nüfuza zərər verilməsi iddiası ilə Fidan Abbasovaya qarşı məhkəmədə dava açıb.

Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edir. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib.

Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib. Fidan Abbasova isə övladı ilə birgə Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) gedərək orada ekspertizanın keçirilməsini gözləyib. Orxan İsmayılzadə ekspertizada iştirak etmədiyindən məhkəmənin müvafiq qərarı baş tutmayıb.

Bioloji qohumluğun təyini - Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

Qeyd edək ki, Fidan Abbasova bir daha ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. O, üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasını xahiş edib.

Deyib ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir. Onun sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib: “Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək.

Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”. Fidan Abbasova qeyd edib ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün: “Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil.

Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.
 
 
 
Ardını oxu...
Rusiya imperiyasında, rusun imperiyasında ilk qadın qəzetini türk qadını nəşr edib. İmperiyanın anası deyil, Türk qadını! 1906-cı ildə. Krımda. İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanım. Ruhu şad olsun.
Rus qadını öz nəşrini yalnız iki il sonra dünyaya gətirib. 1908-ci ildə.
Azərbaycan qadını 1911-ci ildə ilk qadın qəzeti - "İşıq" ı nəşr edib. Xədcə xanım Əlibəyova. Ruhu şad olsun.
Hacı Zeynalabidin Tağıyev kimi qız məktəbi açmış bir adam bu qəzetə maliyyə yardımı göstərə bilməyib. Mollaların fitvasından çəkinərək ianəsini yarımçıq dayandırıb.
"Molla Nəsrəddin" kimi maarifçi bir jurnal... Mirzə Cəlil hələ 1906-cı ildə qadın azadlığı haqda silsilə məqalələr yazırdı. Ömər Faiq isə qadın azadlığı tərəfdarlarının öncüllərindən idi. Bu adamlar belə qadın qəzeti - "İşıq" la vuruşdular, "arvad da qəzet çıxarar" dedilər, karikatura çəkdilər, ələ saldılar. Və... "İşıq"ı söndürüb dincəldilər.
Bakı mollaları fitva verdi ki, qadının qəzet çıxarması qiyamət əlamətidir. Kim bu qəzeti alsa cəhənnəmdə yanacaq, kimin evində bu "arvad qəzeti" olsa o evdə kişi sözü keçməyəcək, o evə od düşəcək. Camaat qorxub geri durdu. Hətta qadın yazarlar belə qorxub yazı göndərmədilər.
Nə isə... külli-Bakı - mollası, milyonçusu, yazarı, inqilabçısı, maarifçisi, oxumuşu, cahili əlbir olub "İşıq"ı söndürdülər.
Afrikanı bilmirəm, Avropada qadınlara edilən zülm sıralansa dəftərə-kitaba sığmaz. Və bütün dünya xalqları bu gündədi.
Adəmdən bəri bütün kişilərin işlərinin adı Həvva ilə vuruşmaq olub.
Hətta dünyanın ən mədəni kişilərinin belə ağlının bir ucunda, zatında, min illərdən bəri qadına qarşı damarlarında daşıdıqları bir kompleks yatır. O kompleksdən qurtulamazlar!
Sizcə, 21-ci yüzildi deyin, o tayfa irsi əlamətlərindən qopuq düşəcək? Düşməyəcək! Bu genetika qiyamətə qədər davam edəcək.
Bizə edilən zülm onlara olsaydı... daş dövrü mağaralarından hələ də çıxa bilməzdilər. Hələ də ovçuluq edib mızraq atar, tonqal qalayıb ətrafında yallı gedərdilər.
Amma BİZ... gerisini SİZ deyin...
Qiyamətləri isə yeni matriarxatda başlayacaq...
Qoy Nüşabə şah hakimiyyətə gəlsin... onda görərlər... qadın nə qədər "zəifdi"...
Mehriban Vəzir
TEREF
 
Ardını oxu...
Astarada film kimi cinayət hadisəsi baş verib.
İddiaya görə, gəlin öz evlərindəki seyfdə olan 42 min manatı yerinə saxta pullar qoyaraq oğurlayıb. Daha sonra isə evdən qaçıb.

Qayınana və qayınatanın sözlərinə görə, bu hadisə ilk dəfə baş verməyib. Daha əvvəl də gəlin seyfdə olan pullardan hissə-hissə götürüb. Qayınana və qayınata seyfdən pulların əksildiyini görəndə polisə şikayət ediblər və bu əməli gəlinin törətdiyi ortaya çıxdıqda onlar şikayətlərini geri götürüblər. Sonuncu dəfə baş verən hadisədə isə gəlin həm də evi tərk edib.

Daha ətraflı video-materialda:

 
 
 
Ardını oxu...
“Orxan İsmayılzadə DNK ekspertizası keçirilən gün Bakıda idi. “Sentral Baku” restoranında oturmuşdu. Mən onu orada gördüm. O da məni gördü. Göz-gözə gəldik. Az 90 UU 900 “Porshe” maşınını da orada restoranın qabağında saxlamışdı. Amma məhkəmənin təyin etdiyi ekspertizaya gəlmədi, məhkəməni belə saymadı”.

TEREF xəbər verir ki, bu sözləri SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun gəlini Fidan Abbasova deyib.
Ardını oxu...
Onun sözlərinə görə, Orxan İsmayılzadə bilərəkdən ekspertiza keçməkdən imtina edir:

“Orxan deyir ki, guya Nil qızımız onun uşağı deyil. Eyni zamanda məhkəmənin təyin etdiyi ekspertizadan da keçməkdən yayınır. Gəl DNK testi ver, kimin yalan danışdığı üzə çıxsın”.

Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadənin vəkili Aytən Əliyeva Xətai Rayon Məhkəməsinə həqiqət olmayan məlumatlar verir:

“Vəkili hakim Aygün Həsənovaya yalan məlumat verib ki, guya Orxan İsmayılzadə Bakıda deyil, bu səbəbdən də guya məhkəmənin təyin etdiyi ekspertizada iştirak edə bilməyib”.

Fidan Abbasovanın bəhs etdiyi məhkəmə DNT ekspertizası qərarını Xətai Rayon Məhkəməsi verib.

Hazırda qeyd olunan məhkəmə instansiyasında Orxan İsmayılzadənin Fidan Abbasovaya və Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı qarşılıqlı iddialarına baxılır.
Ardını oxu...
Orxan Mikayıl oğlu İsmayılzadə şərəf, ləyaqətin və işgüzar nüfuza zərər verilməsi iddiası ilə Fidan Abbasovaya qarşı məhkəmədə dava açıb.

Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edir. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini - atalıq testi - DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib.
Ardını oxu...
Fidan Abbasova isə övladı ilə birgə Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) gedərək orada ekspertizanın keçirilməsini gözləyib. Orxan İsmayılzadə ekspertizada iştirak etmədiyindən məhkəmənin müvafiq qərarı baş tutmayıb.

Musavat.com-un ARAYIŞI

Bioloji qohumluğun təyini - Atalıq testi necə keçirilir?

Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.

Bəs atalıq testi necə aparılır?

Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

Qeyd edək ki, Fidan Abbasova bir daha ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. O, üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasını xahiş edib. Deyib ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir. Onun sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:

“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:

“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.

Fidan Abbasova qeyd edib ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:

“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

Musavat.com
 

Ardını oxu...
Tarix elmləri doktoru, professor, Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məryəm Seyidbəyli barəsində inzibati iş başlanıb.

Qaynarinfo-nun məlumatına görə, Məryəm Seyidbəyliyə İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

İttihamdan belə aydın olur ki, bundan əvvəl Məryəm Seyidbəyli inzibati qaydada cərimələnib. Lakin cəriməni ödəməyib.

529.3-cü maddədə inzibati cəza növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq.

Məryəm Seyidbəyli Azərbaycan nasiri, kinodramaturq və kinorejissor Həsən Seyidbəylinin qızıdır. O, bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA Elm-Tarixi İnstitutunun direktoru vəzifəsində çalışıb. Bu institutu 3 il əvvəl ləğv edilib.

Məryəm Seyibdəyli hazırda AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri vəzifəsində işləyir.


Ardını oxu...
Azərbaycanda alimin elmi adı əlindən alınıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qərar qəbul edib.

Qərarda bildirilir ki, buna səbəb filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Quliyevanın elmi işində plagiatlığa yol verməsi olub:

“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 08.05.2024-cü il tarixində keçirilmiş iclasında vətəndaş Aygün Nurağa qızı Roller (Şahbazova) və Almaniya vətəndaşı Maurus Rollerin Komissiyaya ünvanladıqları 04.09.2023-cü və 12.09.2023-cü il tarixli müraciətlərində qaldırdıqları iddia müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

Müraciətlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda dissertasiya işində xarici ölkə alimlərinə məxsus mətnlərdən yazılı istinad vermədən istifadə etməklə, yanlış və mövcud olmayan mənbələr göstərməklə, bir çox istinadlarda istifadə etdiyi mənbələrin eyniləşdirilməsini mümkün etməyən və ya əhəmiyyətli dərəcədə çətinləşdirən texniki səhvlərə yol verməklə akademik dürüstlük prinsipinin, elmi etikanın pozulduğunu nəzərə alaraq, tədqiqat işinin yenidən ekspertizaya cəlb olunması və dissertasiyada elmi plagiat faktlarının aşkarlanacağı təqdirdə onun fəlsəfə doktoru elmi dərəcəsindən və dosent elmi adından məhrum edilməsi barədə Komissiya qarşısında məsələ qaldırılmışdır”.

Komissiyada işin ekspertizasının nəticəsinə görə , elmi işdə xarici ölkə tədqiqatçılarının əsərlərindən mətn parçalarının sözbəsöz tərcümə edilərək və istinad edilmədən mənimsənilməsi faktları öz təsdiqini tapıb.

Filologiya elmləri və pedaqogika üzrə ekspert şurası 05.04.2024-cü il tarixli qərarı ilə yekdilliklə Aynur Vaqif qızı Quliyevanın “Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri (“Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisasında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və filologiya elmləri sahəsinin 5718.01 – “Dünya ədəbiyyatı (ispan ədəbiyyatı)” ixtisası üzrə dosent elmi adından məhrum olunmasını Komissiyanın Rəyasət Heyətinə tövsiyə edib.

Komissiyanın Rəyasət Heyətinin 19.04.2024-cü il və 08.05.2024-cü il tarixli iclaslarında məsələ ilə bağlı geniş müzakirələr aparılmış və Aynur Vaqif qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 9.3.2-ci yarımbəndi rəhbər tutulmaqla dissertasiya işində aşkar olunmuş elmi plagiat faktına görə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsindən və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.1-ci yarımbəndi rəhbər tutulmaqla dosent elmi adından məhrum edilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Aynur Quliyeva ADU-nun Tərcümə fakültəsi Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiridir.
 
Ardını oxu...
Hacıqabulda intihar baş verib.

APA-nın məlumatına görə, hadisə rayonunun Abdulabad kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyeva Jalə Zəfər qızının asılmış meyiti aşkar edilib.

Onun nişanlı olduğu qeyd edilir.

Faktla bağlı Hacıqabul Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
Ardını oxu...
Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb.

Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:

"Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi".

K.Ağayevanın nənəsi Gülzar Ağayeva isə qeyd edib ki, ailə problemləri olduğu üçün Könül Bakıya gedib:

"Bakıda yoldaşının yanında qalıb. Biz razı deyildik, çünki ayrılmışdılar. Daha sonra işə düzəlmək üçün Lənkərana gəldi".

Ətraflı Baku TV-nin süjetində:

 

Dünyapress TV

Xəbər lenti