Navalnının qızı Harrisin seçki qərargahında işləyir
“Korrupsiyaya Qarşı Mübarizə Fondu”nun təsisçisi, Rusiya müxalifətinin lideri mərhum Aleksey Navalnının qızı Daria hazırda ABŞ prezidentliyinə namizəd olan Kamala Harrisin seçki qərargahında işləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daria Navalnayanın “LinkedIn” sosial şəbəkəsində məlumat paylaşılıb.
Açıqlanan məlumatlara əsasən, qız bir neçə aydır sahə təşkilatçısı - seçicilərlə işləyən könüllülərin koordinatoru vəzifəsini tutur.
Qeyd edək ki, 2019-cu ildə Navalnaya ABŞ-nin Stenford Universitetinə pulsuz daxil olub. 2024-cü ilin yayında məzun olub.
Fevralın 22-də Daria Navalnaya anası Yuliya ilə birlikdə Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşüb. Bayden atalarının və ərinin itkisinə görə onlara başsağlığı verib, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.
Xatırladaq ki, Aleksey Navalnı 2024-cü il fevralın 16-da vəfat edib. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisənin səbəbini “xəstəlik” adlandırıb.
 

Dünyapress TV

Xəbər lenti