Ardını oxu...
Bakıda 55 yaşlı qadın qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələbetmə cinayətlərinə görə həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.

Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat sələm verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.

İstintaq materiallarında yazılıb ki, Q.Məmmədova ondan pul götürən G.Quliyeva və F.Fərzəliyevaya borclarından əlavə pul hesablayıb.

Daha dəqiq desək, o, zərərçəkmiş G.Quliyevaya borcundan əlavə 28 min 500, F.Fərzəliyevaya isə 4 min 500 manat məbləğində ödəniş hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.

Təqsirləndirilən xanım həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

Zərərçəkmiş xanımlar şikayətlərində yazırlar ki, Qönçə Məmmədova onlara yutub və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib. Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.

Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib.

F.Fərzəliyevanın sözlərinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.

Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.

İstintaq zamanı Qönçə Məmmədova G.Quliyeva və F.Fərzəliyevanın ikisi ilə də ayrı-ayrı üzləşdirilib. Zərərçəkmiş şəxslər əməllərini təqsirləndirilənin üzünə deyərək onu ifşa ediblər.

Qönçə Məmmədova özünü qismən təqsili hesab edir. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə ona görə göndərib ki, bu yolla təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxsin vasitəsilə tanış olduğunu bildirib.

Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib. Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.

Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ilkin istintaq bu günlərdə tamamlanıb, yaxında məhkəmə başlayacaq.
Ardını oxu...
ABŞ-nin Özbəkistandakı keçmiş səfiri Corc Krol Harvard Universitetinin Rusiya və Avrasiya tədqiqatları aparan Devis Mərkəzi üçün yazdığı xatirələrində prezident İslam Kərimov və onun böyük qızı Gülnarə Kərimova ilə tanışlığından bəhs edib. Corc Krol 2011-ci ildən 2014-cü ilə qədər ABŞ-nin Özbəkistandakı səfiri olub. Onun sözlərinə görə diplomat etimadnaməsini təqdim edəndən sonra İslam Kərimovla bir xeyli söhbətləşə bilib. Krol xatırlayır ki, bir saatadək çəkən söhbət zamanı Kərimov Özbəkistana qonşu ölkələr haqqında gileyli şərhlər verib, zarafat edib: “Bundan sonra Kərimov ayağa qalxıb məni qapıyadək ötürdü. Sonralar öyrəndim ki, o bu jesti başqa qonaqlar üçün nadir hallarda edir. Başlanğıc üçün pis deyil”.
Keçmiş səfir Gülnarə Kərimova ilə görüşündən, Kərimovların ailədaxili münasibətlərinə cəlb olunmağından da söhbət açıb: “Bir dəfə, mənim səfirlik müddətimin sonlarına yaxın mən Kərimovların xeyli qəribə ailədaxili münasibətlərinə cəlb olunmalı oldum. Yeni il ərəfəsində gecə, səfirlikdə işlərimi görürdüm. Bu vaxt mühafizəçi mənə zəng edib dedi ki, məni bir qadın, o vaxt artıq ailə işlərindən uzaqlaşdırılmış Gülnarə Kərimova görmək istəyir. O ABŞ-da doğulmuş iki uşağı ilə gəlmişdi”.
Səfir daha sonra xatırlayır: “Əynində Versace və Gucci firmalarının paltarları olan Kərimova mənə öz həyatından və üzləşdiyi problemlərdən danışdı. Mən ona diqqətlə qulaq asırdım. Narahat idim ki, birdən səfirlikdə sığınacaq istəyər. Mənə bu da qəribə göründü ki, mən adətən hakimiyyətin təzyiqi altında olan özbək insan haqları fəallarını qəbul edirdim, amma indi Özbəkistan prezidentinin qızı guya təqib olunmasından danışırdı”.
Corc Krol xatirələrinə davam edir: “Onun iki saatlıq üzücü monoloqunun sonunda (əlbəttə, o atasının qızı idi) ehtiyatla məndən nə istədiyini soruşdum. O soruşdu ki, atası ilə onun görüşünü təşkil edə bilərəmmi? Onun sözlərinə görə atası ilə görüşünə onun anası, bacısı və Kərimovun əhatəsindəki başqaları mane olurdular”.
Səfir bu söhbətin ardınca prezident qızını həyətdə gözləyən cipə qədər ötürdüyünü və atası ilə görüş təşkil etməyə çalışacağını vəd etdiyini yazır: “Ertəsi gün Kərimovla əlaqə saxlaya bildim. Bundan az sonra Gülnarə mənə şad xəbər göndərdi ki, görüş təyin olunub. Amma sonra ondan öyrəndim ki, görüş heç də xoş keçməyib və söhbət onunla tamamlanıb ki, Kərimov ayağındakı çəkələkləri Gülnarəyə atıb. Bundan sonra Gülnarəni bir daha görmədim”.
Səfirin sözlərinə görə Kərimovun özü ona bu insident barəsində heç vaxt danışmayıb. (Azadlıq Radiosu)
Özbəkistanın birinci prezidenti 2016-cı ildə vəfat edib. 2013-cü ildə Özbəkistanda Gülnarə Kərimovaya mənimsəmə və vergidən yayınma ilə bağlı iki cinayət işi açılıb. Birinci iş üzrə 2015-ci ildə verilən hökmlə onun azadlığı 5 il müddətinə məhdudlaşdırılıb. 2017-ci ildə keçirilən ikinci iş üzrə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci ilin martında Daşkənd məhkəməsi ona qəsd, pul qoparma, israfçılıq və qarət, çirkli pulların yuyulması və başqa ittihamlarla 13 il 4 ay iş kəsib. O 2019-cu ilin yazından cəzasını Daşkənd vilayətinin Zəngiyat rayonundakı 21 nömrəli koloniyada çəkirdi.
Özbəkistanda Gülnarə Kərimovaya qarşı cinayət işləri ABŞ-da və müxtəlif Avropa ölkələrində ona qarşı analoji işlərin açılmasından sonra qaldırılıb. İstintaqın versiyasına görə Kərimova əsasən xarici telekommunikasiya şirkətlərindən – MTS-dən, Vımpelkomdan, ING-dən və Telia Soneradan onlara lisenziyaların verilməsi müqabilində üst-üstə 1 milyard dollar rüşvət alıb. Bundan sonra o və yaxınları bu vəsaiti ofşor şirkətlərə çıxararaq xaricdə onlarla villa və başqa daşınmaz mülkiyyət alıblar. Özbəkistan hakimiyyətinin məlumatına görə Gülnarə və onun cinayətkar dəstəsinin xaricdəki aktivlərinin ümumi dəyəri 1.4 milyard dollardır.
Özbəkistan hakimiyyəti bu vəsaiti ölkəyə qaytarmağa çalışır..(azpost.info)
 
Ardını oxu...
 

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Musavat.com-a Binəqədi rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

****

Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.

Araşdırma aparılır.

 

Ardını oxu...
“Bu gün anamın 110 yaşı tamam olur. O səhnəmizdə ən gözəl obrazları yaratmışdı. Teatrda Cülyetta, kinomuzda isə hər kəs onu “O olmasın, bu olsun” filmindən qulluqçu Sənəm kimi tanıyırdı. Anam filmlərə gec çəkilməyə başladı. Çünki onun Azərbaycan qadını görkəmi yox idi. Hərhalda rejissorlar belə deyirdi. “O olmasın, bu olsun” filminə çəkiləndə anama yemək aparırdım. Bazar səhnəsi kinostudiyanın həyətində lentə alınırdı. Mən anamın ilk övladıyam. Hər zaman onun yanında olmuşam. 9 yaşım tamam olanda müharibə başlayıb. Anam qastrol səfərlərində olanda nənəmin yanında qalırdım. Ya da Fatma Qədri, Nəcibə Məlikovagilə məni qoyurdu. Uşaqlıqdan böyük idim sanki. Anamla 17 yaş fərqimiz var idi. Bir az da böyüyəndən sonra anam bütün ailə rəhbərliyini mənim ixtiyarıma buraxdı. Hər şeyi mən idarə edirdim. Anamın qətiyyən boş vaxtı yox idi, amma uşaqcanlı idi, bizə yüksək qayğı və diqqət göstərirdi. Elə yeməklə hazırlayırdı ki, heç 50 ilin evdar qadını onları hazırlaya bilməzdi”.

Bunları Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli aktrisa Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva deyib. O daha sonra əlavə edib.

“Bütün aktyor, aktrisalar bizim evimizdə idi. Sanki teatr idi evimiz. O vaxt teatr bir ailə idi. Biri-birinin köməyinə çatırdılar. O qədər doğma idik ki. Gəncə teatrında anamla birlikdə səhnəyə çıxırdım. Mehdi Məmmədov məni 7-8 tamaşada oynadıb. Hələ üstəlik mənə maaş da verib. Adım teatr aktyorlarının siyahısında idim. Universitetə girməyə gecikdim. Aktrisa olmaq istəyirdim, amma anam dedi ki, mən sənin bu yaşında xalq artisti idim, gecikmisən. Qoymadı məni teatra getməyə. Ona görə də 1963-cü ildə televiziyaya getdim. Arif Babayev mənim rejissorum idi, mən də onun asistenti. Neçə illər orada işləmişəm. AZTV mənim doğma evimdir. O qədər darıxıram ki” deyə aktrisanın qızı bildirib.

Solmaz Həmzəyeva anasının son günündən də danışıb.

“Anamın ölümü çox gözlənilməz oldu. Biz diktor Roza Tağıyeva ilə Şərqiyyə xanımgildə idik. Əlimi süfrəyə yeni uzatmışdım ki, zəng gəldi.. Gördüm ki, Şərqiyyə telefonu götürdü, üz mimikası dəyişdi.. Zəng edən mənim qızım Afət idi. Dedim ki, Şərqiyyə, mama?! Başı ilə dedi ki, hə.. Nəsə ürəyimə damdı ki, anama nəsə olub. Ölümündən bir gün öncə anam mənə şüyüdlü plov hazırlamışdı.. Anam rəhmətə gedəndə 85 yaşı var idi. Mənim isə 93 yaşım olacaq.. Anam üçün o qədər darıxmışam ki... Yaşadığıma görə xəcalət çəkirəm”, - deyə Solmaz Həmzəyeva deyib.
 

Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova teleqramda açıq-saçıq mövzulu xüsusi kanal açaraq görüntülərini satışa qoyub. Belə ki, yalnız bir ay üçün 200 AZN ödəyənlər kanala abunə ola bilər. Onun bu hərəkəti isə cəmiyyətdə müzakirələrə səbəb olub.

Bu barədə anons paylaşan aktrisa şərh bölümündə ona təhqir yazanlara da bir-bir cavab verib.

Müzakirələrlə bağlı ölkə.az-a danışan yazıçı Xeyrəddin Qoca isə aktrisanın bu addımını "xəstəlik"lə əlaqələndirib:

"Aktrisanın - adını çəkmək belə istəmirəm! - görüntülərini yaymaqla pul qazanmaq istəməsi onun xəstə olmasının sübutudur! Onun müalicəyə ehtiyacı var. Hamı hər şeyi imkanlı adamlardan xahiş edir, mən də imkanı olanlara üz tuturam, yazıqdır, o xanımın müalicəsinə kömək edin! Xalqın qarşısında da ayıb iş gördüyü üçün, siz onu müalicə etdirməklə xeyirxah bir iş görmüş olarsınız və savab qazanırsınız...

Mən vaxtilə demişdim, bəzi xanımlar dünyaya uşaq gətirməyi də xalqa göstərəcəklər! Darıxmayın, az qalıb!

Aktrisa bəzi yerlərini göstərməsi üçün 200 manat abunə haqqı istəyir, tamam açıq göstərməsi üçün daha çox məbləğdən danışır. O, anlamır ki, tamam açıq olsa, tamaşaçılar iyrənə bilərlər! Beləliklə tamaşaçı azala bilər, onun vaxtilə aldığı (əgər alıbsa) təhsil də, diplom da bata bilər!"

Yazıçı hesab edir ki, dünyanın müxtəlif təşkilatları xalqımızın tərbiyəsini pozmaq üçün böyük işlər görürlər:

"Açığını deyim ki, bizim ölkədə mən bundan da pis şeylər gözləyirəm. Dünyanın müxtəlif təşkilatları xalqımızın tərbiyəsini pozmaq üçün böyük işlər görürlər. Cinsi azlıqların nümayəndələrini ekranlara çıxaranda bilmirsiniz belə olacaq? İnsanlar gecə-gündüz mavi ekranlarda cinsi azlıqlara maraqla tamaşa edəndə bilmirdiniz belə olacaq? Bilmirsiniz ki, bizimkilərin də içərisində "inkişaf etmiş" dünyanın ən pis cəhətlərini əxz edib, xalqı da pozmaq istəyənlər günü-gündən çoxalır? Yalandan ailə institutundan mentalitetdən-filandan danışırsınız, hanı bunlar? Varsa, niyə dağılan ailələrin sayı-hesabı bilinmir?  Xalqın qızını alan "kişilər" istədikləri zaman onları küçəyə atırlar. Çünki kişi deyillər, kişilər azalır. Hər kişi doğulandan kişi olmur.

Hamısı da sözü gedən aktrisa kimilərinin iyrənc təbliğatlarının ucbatından.

Doğrusu, belə hərəkətləri eşidəndə adam istəyir yer yarılsın, yerə girsin. Aktyorluq, aktrisalıq böyük sənətdir, hər adamın işi deyil. Bu xanımın hərəkətləri bu böyük peşəyə xələl gətirməyə yönəlib. Nə qədər gec deyil, onu və onun kimilərini cəmiyyətdən təcrid etmək lazımdır.

Bir də hamı bilməlidir, tiktokun, sosial medianın-filanın "günahı" yoxdur, belə adamlar doğuluşdan iyrənc hərəkətlər üçün doğulublar".

Ardını oxu...
Bakının Nərimanov rayonunda 1996-cı il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı nişanlısı Fidana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin fevralın 8-də baş verib.

Tural nişanlısı Fidanı yaşadığı evin qonaq otağında aralarında baş vermiş mübahisə zamanı yumruqlayıb və ona xəsarətlər yetirib.

Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Fidan ilə bir ilə yaxın nişanlı olublar:

"Əvvəllər nişanlım ilə münasibətlərimiz yaxşı olub, amma sonradan pisləşib. Hadisə günü, səhər saat 09:00-da Fidanın yaşadığı evə gəldim. Evin qonaq otağında Fidan ilə söhbət edən zaman ona vaxt ayırmamağımı əsas gətirərək mübahisə etməyə başladı. Bu zaman əsəbilərimi cilovlaya bilməyərək yumruq ilə bir dəfə Fidanın baş nahiyəsinə vurdum. Daha sonra Fidanın yaşadığı evdən getdim".

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, hadisə günü Tural ünvanına nalayiq ifadələr işlədib və onu təhqir edib:

"Daha sonra isə yumruqla baş nahiyəmdən vurdu. Mən hadisə barədə polisə müraciət etdim".

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını alıb.
 
Ardını oxu...
Müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.
TEREF Olay.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev "Xəbərin var?” verilişində danışıb. O bildirib ki, bir neçə ay öncə Vəfa sözügedən məkanda konsert vermək istəyib:
"Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Buradan Sarayın rəhbəri İlham Qasımovu salamlayıram. Onunla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma Sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Mən dedim ki, bilmirəm. Dedi ki, onda gərək bütün repertuar dəyişilsin, Saraya uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək müəyyən etablardan keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədərilə Damla və Şəbnəm orada səhnə alıb. Məsələn, Orxan Lökbatanlı dedi ki, Heydər Əliyev Sarayında konsert vermək istədim, dedilər repertuarın o deyil. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. "Maşın şou”dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub. Deyiblər ki, 10 dənə öz mahnını oxu. Öz mahnılarından az oxuyub. Həmin dövrdəki rəhbərlik istisna edib”.
 
Ardını oxu...
Şəhriyar elə dedi, Akif belə dedi... deyə hücum çəkirsiniz. Dünyasını dəyişmiş anaları belə sözünüzə konu etməkdən çəkinmirsiniz. Ayıb!
Səsləri qısmaq istəyirsiniz.
Gözləri qorxudursunuz.
Linç edirsiniz.
Niyə?
Bəyəm hər kəs `qadın gülərsə...` deməlidi?
Qadın başımızın tacıdır, deməlidi?
Əksini düşünənlərin söz haqqı yoxdur?
Zatən ölkəmizdə öz fikrini bildirməkdən qorxan, iş yerini, çörəyini itirəcəyindən çəkinən milyon-milyon insan var. Ya susurlar, ya yalan danışırlar.
Allah eşqinə, siz də həmin yolu tutmayın.
`O da belə düşünür` deyib keçməyi öyrənin.
Deyilən sözün həqiqət payını araşdırın.
Səsləri boğmayın.
Sizin bu linç kampaniyanız olmasa görün nə gerçəklər ortaya çıxar. Kişiləri qorxudub yalana yuvarladırsınız.
Güclü olan sözdən qorxmaz! Ağızları yummaz! Cəzalandırmaz!
Qoy danışsınlar. Əleyhinizə danışanları daha diqqətlə dinləyin. Əleyhinizə danışanlardan yararlanmağı öyrənin. Dözümlü olun.
Bəyən hər kəs sizin ürəyinizcə olanı deməlidir? Mədh eləməlidir? Borcu var? Öhdəliyi var?
Heç sizdən gözləməzdim...
Mehriban Vezir
TEREF
 
Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

"Bütün hərbi qulluqçularımızı və veteranlarımızı təbrik edirəm! Allah Vətən uğrunda həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı Azərbaycanımızı daim qorusun!" - deyə paylaşımda qeyd olunub.
 
 
Ardını oxu...
Avropa İttifaqı Çeçenistan rəhbərinin anası, Rusiya Qəhrəmanı Əhməd-Hacı Kadırov adına regional ictimai fondun prezidenti Aymani Kadırovanı sanksiya siyahısına daxil edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir.
İzahatda qeyd edildiyi kimi, Aymani Kadırova ukraynalı uşaqların yenidən təhsil alması üçün “proqramın həyata keçirilməsi” və Şimal Hərbi Dairəsində iştirak edən çeçen döyüşçülərinin ailələrinə yardım göstərdiyi, o cümlədən Rusiya hərbi qulluqçularını ərzaq və texniki avadanlıqla təmin etdiyi üçün sanksiya siyahısına daxil edilib.

Dünyapress TV

Xəbər lenti