Ardını oxu...
Bakıda intihar hadisəsi baş verib.

seher.media-ın əldə etdiyi məlumata görə, hadisə 28 may küçəsində qeydə alınıb.

Belə ki, orta yaşlı qadın özünü yaşayış binasından ataraq canına qıyıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 
Ardını oxu...
24 saylı Nizami birinci seçki dairəsindən bitərəf namizəd, VI çağırış üzrə deputat Könül Nurullayevanın maraqlı rəqibləri var.
Tribunainfo.az məlumat verir ki, xanım deputatın qarşısına çıxarılan şəxslərə diqqət yetirdikdə onun üçün “yaşıl işıq” yandırıldığı aydınlaşır.
Belə ki, rəqiblərdən biri Neft Şirkətinin mühəndisi Toğrul Bağırovdur.
Başqa biri Yerüstü Nəqliyyat Agentliyinin təsərrüfat şöbəsinin müdiri Əyyub Kərimlidir.
Digər diqqət çəkən namizəd Yeni Klinikadan direktor müavini Gülnar Nuriyevadır.
 
Ardını oxu...
Ağdaş rayon icra başçısı vəzifəsindən azad edilən Tofiq İbrahimov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu imiş.
Ardını oxu...
XALQ.AZ məlumat verir ki, prezidentin sərəncamı ilə işindən kənarlaşdırılan sabiq İH başçısı Tofiq İbrahimov FHN-nin rəhbəri Kəmaləddin Heydərovun həyat yoldaşı Rühəngiz Heydərovanın dayısıdır.
Ardını oxu...
YAP Qadınlar Şurasının üzvü olan Rühəngiz Heydərova həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. Keçmiş icra başçısının oğlu Vidadi İbrahimov da gömrük sistemində vəzifə tutub. O, idarə rəisidir. Təbii ki, nazir xanımının dayısı oğluna bu şəraiti qurub.

Eyni zamanda, Tofiq İbrahimovun da Qəbələ, Lənkəran, son olaraq da Ağdaşda icra, başçısı vəzifəsini daşınmasında K. Heydərovun mühüm rolu olub.

Qeyd edək ki, Tofiq İbrahomovun səhhətində problem yaranmışdır. məlumatlara görə o, iki aydır ki, işə çıxmırdı.
 
Ardını oxu...
Şəlalə Məmmədova
Tarix elmləri doktoru və BDU-nun sabiq prorektorudur. Hazırda ABŞ-da Vudro Vilson Mərkəzinin Kennan İnstitutunun tədqiqatçısıdır.

Hüquq mühafizə orqanları istənilən dövlətdə kritik infrastruktur, hakimiyyətin simvolu hesab olunur. Hüquq mühafizə orqanlarının fəaliyyətinin keyfiyyəti, cəmiyyətlə davranışı və sosial imici siyasi hakimiyyətin və vətəndaş cəmiyyətinin mahiyyəti haqqında əhəmiyyətli göstəricilərdəndir. Bəzən tək bir cinayət və ya ittiham dövlətin sosial-siyasi mənşəyi, cəmiyyətin inklüzivlik səviyyəsi haqqında mühüm məlumatlar mənbəyinə çevrilə bilir. Məsələn, Fransada Dreyfusun[1], Rusiyada Beylisin[2] işi belə bir nümunə ola bilər. Siyasi fəlsəfənin önəmli simalarından sayılan Hannah Arendt hakimiyyətlə zorakılıq arasında münasibətləri təhlil edən bütün tədqiqatlarda iqtidarla zorakılığın eyniləşdirildiyini vurğulayır və Maks Veberin dövlətin tərifini “zorakılıq alətinə söykənən” kimi müəyyənləşdirdiyini yazır.[3] Siyasi rejimlərin zorakılıqla əlaqələrini təhlil edən Arendtə görə, respublikadan fərqli olaraq, qanunlarla tənzimlənməyən demokratiyada azlıqların ciddi şəkildə təqibi və fikir azadlığının boğulması mümkündür.[4] Britaniyalı sosialoq Cok Yanqın (Jock Young) fikrincə isə hüquq-mühafizə orqanlarının sosial davranışı vətəndaş cəmiyyətinə kimin daxil olduğunu müəyyənləşdirən mühüm markerdir.[5] Bu məqalədə mən İkinci Dünya müharibəsindən sonra Azərbaycanın ikinci sənaye şəhəri Kirovabadda (indiki Gəncə) törədilən bir cinayət işinin respublikanın hüquq mühafizə orqanlarının fəaliyyəti və respublikadakı kriminal vəziyyət və millətlərarası münasibətlərlə bağlı hansı problemləri üzə çıxardığı haqqında yazacağam. Bu məlumatlar Stalindən sonra sovet Azərbaycanında hüquq mühafizə orqanlarının işi ilə bağlı müəyyən təsəvvürün formalaşmasına imkan verəcək.

Buloxova cinayəti və Kirovabadın kriminal vəziyyəti

1956-cı ilin iyununda Moskvanın Sovxozların Tikintisinin Layihələşdirilməsi üzrə Dövlət İnstitutunun (GİPROSOVXOZSTROY) 24 yaşlı mühəndisi Tatyana Buloxova Azərbaycan Elmlər Akademiyasının Kirovabad şəhərində yerləşən Seysmoloji stansiyasına ezamiyyətə göndərilir. Qatarla Kirovabada gecə saatlarında çatan gənc mütəxəssis vağzaldakı gözləmə otağında boş yer olmadığı üçün birbaşa stansiyaya getmək qərarına gəlir və bu məqsədlə vağzalın yanındakı taksilərdən birinə əyləşir. Tatyanadan bundan sonra xəbər almaq mümkün olmur. Tatyananın meyiti şəhər kənarında çoban tərəfindən onun şəhərə gəlməyindən 11 gün sonra tapılır. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, Buloxova boyun və sinəsinə kəsiçi alətlə endirilmiş çoxsaylı zərbələrdən sonra qan itirərək ölmüşdür.

Onun ölümü ilə bağlı başlanan istintaq heç bir nəticə vermədiyindən 1956-cı ilin avqustunda Sovet İttifaqı Kommunist partiyası (Sov.İKP) Mərkəzi Komitəsinin (MK) tapşırığı ilə başda SSRİ Daxili İşlər nazirinin müavini Nikolay Dudorov[6] olmaqla, beş nəfərdən ibarət xüsusi komissiya Buloxovanın cinayəti üzrə təhqiqat aparmaq üçün Kirovabada gəlir. Komissiya 1956-cı il oktyabrın 4-də MK-ya geniş hesabat təqdim edir.[7] Hesabatda həm Kirovabad hüquq mühafizə orqanlarının işi, əməkdaşları, həm də şəhərin ümumi vəziyyəti haqqında maraqlı məlumatlar yer alıb. Sov.İKP MK-ya təqdim edilməmişdən üç gün əvvəl nazir müavini Dudorov və MK-nın İnzibati orqanlar şöbəsinin müdiri Aleksey Yeliçev hesabatda qeyd edilmiş problemlərlə bağlı müzakirələr üçün Bakıda Azərbaycan Kommunist Partiyası (AzKP) MK-ı binasında keçirilən iclasda çıxış edirlər. Müzakirə zamanı qeyd edilən nöqsanların mövcudluğunu həm MK katibi İmam Mustafayev, həm də Nazirlər Sovetinin sədri Sadıx Rəhimov təsdiq edir. Respublika rəhbərliyinin etiraz edə bilmədikləri problemlər isə sovet Azərbaycanında partiya və dövlət orqanlarının hüquq mühafizə orqanları ilə əlbir olub cinayətkarlığa dəstək verdiyinə dəlalət edirdi.

Hesabatın əvvəlində qeyd edilir ki, Buloxovanın cinayət işinin təhqiqatı üçün başlanan yoxlamalar Azərbaycanın Kirovabad və ətraf rayonlarında görünməmiş həddə çatmış cinayətkarlıq və quldurluğun, sovet qanunvericiliyinin kobud şəkildə pozulması faktlarının aşkarlanmasına imkan verib. On səhifəlik hesabata komissiya üzvlərinin Kirovabad və ətraf rayonların sakinləri ilə keçirdiyi görüşlərin, hüquq mühafizə orqanlarındakı istintaq materiallarının təhlilinin, respublika və şəhər üzrə cinayətkarlıqla bağlı hesabatların araşdırılmasının nəticələri daxil edilmişdi. Hesabatda Kirovabadda cinayətkar qrupların və quldur dəstələrinin açıq şəkildə fəaliyyət göstərdikləri və əhalini qorxu altında saxladığı, partiya, sovet və hüquq-mühafizə orqanlarının əhalinin çoxsaylı şikayətlərinə biganə qalmaları, rüşvətxorluq və qanunsuzluqlar, quldurluq, oğurluq haqda faktlar yer almışdı. Kirovabadda qadınlara qarşı zorakılıq hallarının artması xüsusilə vurğulanmış, qadınlara həyat yoldaşlarının, oğul və qardaşlarının yanında şəxsiyyəti təhqir edən davranış, cinsi qısnama halları sadalanmışdı. İşdən sonra şəhərin küçələrinin, parkların, mədəniyyət ocaqlarının tamamilə boş olmasına diqqəti çəkən nazir müavini sakinlərin bunu ağır kriminogen vəziyyətlə izah etdiklərini bildirmişdi.

Hesabatın müəllifləri qeyd edirdilər ki, cinayətkarlıqla bağlı mərkəzə təqdim edilən hesabatlar, statistik rəqəmlər həqiqəti əks etdirmir. Misal üçün, milis şöbələrində zorlama ilə bağlı 1955-ci il və 1956-cı ilin ilk 8 ayı üzrə cəmi 4 cinayət işi açılmışdı, halbuki faktiki olaraq qeyd edilən dövrdə 42 zorlama hadisəsi olmuş, qeyri-millətlərin nümayəndələri, xüsusilə rus qadınları əksər hallarda müəyyən səbəblər üzündən şikayət etməkdən imtina etmişdilər. Milis zorlama ilə bağlı 42 şikayətin 22-ini qanunsuz olaraq qeydə almaqdan imtina etmişdi. Hesabatda qeyd edilirdi ki, milis və prokurorluq zorlanmış qızları cinayətkarla nikah bağlamağa məcbur edərək faktki olaraq cinayəti cəzasız qoyur. Zorlamalarla daha çox rus qadınları üzləşirlər, lakin Azərbaycanın müxtəlif bölgələrindən Kirovabada iş dalınca gəlmiş azərbaycanlı qızlar da zorlamaya məruz qalırlar. Bununla bağlı iş üçün Naxçıvandan Kirovabada gəlmiş 18 yaşlı Baxşəliyevanın taleyi haqqında məlumat verilir.[8] 1956-cı ilin aprelində qrup şəklində zorlamaya məruz qalmış Baxşəliyevanın işi üzrə cinayətkarlar məlum olsa da, onların heç biri həbs edilməmişdir. Buna səbəb isə şəhər prokurorlarından birinin cinayətkarlardan birinə Baxşəliyeva ilə nikaha girməyi tövsiyə etməsi olmuşdur. Ölüm ilə təhdid edilən Baxşəliyeva cinayətkarlardan biri ilə nikaha girməyə məcbur edilmiş və beləliklə, cinayət işinə xitam verilmişdi. Komissiya cinayət işinin yenidən bərpa edilməsini tələb etdikdən sonra cinayətkarlar həbs edilmişdilər.

Hesabatda qeyd edilirdi ki, hüquq mühafizə orqanları ağır cinayətlərlə bağlı istintaq işlərinə səhlənkar yanaşır, bununla da cinayətkarların sərbəst gəzməsinə şərait yaradır, qarşılığında küllü miqdarda rüşvət alırlar. Misal olaraq, 1953-cü ildə İ.İsmayılovun qətli göstərilir. Qətlin kimin tərəfindən törədildiyi şahidlərin ifadəsinə əsasən müəyyənləşdirilsə də, cinayətkarlar həbs edilməmiş, onlardan birinin isə hazırda Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində tələbə olduğu, iki şəxsi maşına (Zil və Pobeda) malik olduğu bildirilirdi. Şəhər prokuroru Əliyevin cinayətkarları dəstəklədiyini iddia edən İttifaq nazirinin müavini Əliyevin prokuror kreslosunda deyil, həbsxanada oturmalı olduğunu bildirirdi.

Hesabatda qeyd edilən dövrdə şəhərdə 243 quldurluq, oğruluq və bilərəkdən bədənə xəsarət yetirmə hadisəsinin baş verdiyi yazılırdı. Nazir müavini yazırdı ki, bu cür cinayətlərin üstü açılmadığı və cinayətkarlar cəzasız qaldığı üçün onların sayı ilbəil artır. Bu cür cinayətlər üzrə məhkəmə prosesləri aylarla davam edir, müxtəlif məhkəmələrə göndərilir və sonunda cinayətkarlar bəraət qazanırdı. Məsələn, 1955-ci ilin avqustunda Kirovabad un dəyirmanından 56 ton buğda oğurlanmışdı. Şəhər prokurorluğu və respublikanın Ali Məhkəməsinin səhlənkarlığı ucbatından bu cinayət işinə baxılması ləngidilmiş, cinayətkarlar cəzalandırılmamışdır. Hesabatda Kirovabadda cinayətkarlıqla bağlı vəziyyət təhlil edilərkən şəhərin bu baxımdan Azərbaycan üçün unikal olmadığı, paytaxt Bakıda da gərgin kriminal vəziyyətin hökm sürdüyü qeyd olunurdu.

Respublikada kriminogen vəziyyətlə bağlı statistik rəqəmlərə istinad edən nazir müavini 1955-ci il və 1956-cı ilin birinci rübündə 278 qətl hadisəsinin, 237 zorlama, 313 ağır bədən xəsarətinin yetirilməsi, 347 qəsb, çoxlu sayda xuliqanlıq və digər cinayətlərin törədildiyini qeyd edir. Hesabatda yer alan məlumatların bir hissəsi Bakı şəhərinə aid idi. Sənəddə göstərilirdi ki, 1956-cı ilin ilk 8 ayında respublikanın paytaxtında 46 zorlama hadisəsi baş vermiş və adətən zorlamalar bədənə ağır xəsarətlərin yetirilməsi ilə müşayiət olunmuşdu. Yerli sakinlərlə söhbət zamanı yerli partiya və sovet orqanlarının fəaliyyətindən narazılıqlarını səsləndirənlər yazılan və edilən şikayətlərə biganə münasibəti xüsusi qeyd edirdilər. Hesabatda maraqlı məqamlardan biri bəzi rayon partiya komitəsi katiblərinin vətəndaşların şikayətlərində anti-sovet məzmunu axtarması və şikayət məktublarını araşdırmaq üçün Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) və ya prokurorluğa göndərilməsi və şikayət edənlərin özlərinin məsuliyyətə cəlb edilməsi cəhdləri ilə bağlıdır. Digər maraqlı məlumat kolxozlarda hər hansı narazılıqların və şikayətin səsləndirilməsinin şikayət edənin təhqir və zorakılığa məruz qalması ilə nəticələnməsi idi. Kolxoz rəhbərliyinin sadə kolxozçulara qarşı zor tətbiq etməsi, onların rəhbərlik və ya rəhbərliyin yaxınları tərəfindən döyülməsi ilə bağlı hesabatda 33 hadisə qeyd edilmişdir. Zərər çəkənlər sadə kolxozçular, onları döyənlər isə kolxoz sədrləri və briqadirlər idi.

Hesabatda respublikanın yuxarı instansiyalarına edilən şikayətlərə DİN, Baş prokurorluq, Ali Məhkəmə tərəfindən laqeyd münasibət, SSRİ Nazirlər Sovetinin məktublar şöbəsinin respublikanın kriminogen vəziyyəti ilə bağlı İmam Mustafayev və Sadıx Rəhimovun adına göndərilən qeydlərə heç bir reaksiyanın olmadığı qeyd edilirdi. Komissiya Kirovabadda araşdırma apararkən ictimai asayişin möhkəmləndirilməsi üçün şəhərə SSRİ DİN Baş Milis İdarəsi və respublika Milis İdarəsinin bir qrup əməkdaşı ezam olunmuş, küçələrə yerli hərbi qarnizondan hərbi patrullar çıxarılmışdı. Hesabatda adı çəkilən şəhər prokuroru Əliyev və müstəntiq Hüseynov sovet qanunçuluğunu kobud şəkildə pozduqları üçün partiya məsuliyyətinə cəlb edilmiş, milisin bir neçə əməkdaşına qarşı təhqiqat başladılmışdı. Komissiyanın əldə etdiyi nəticələr əsasında 1956-cı il sentyabrın 24-də Bakıda milis, prokurorluq və məhkəmə işçilərinin iştirakı ilə geniş iclas keçirilmişdi.

Dudorovun hesabatına İmam Mustafayevin cavabı

1956-cı ilin yayında Azərbaycanın Kirovabadda törədilmiş bir cinayət işinin təhqiqatı respublikanın hüquq mühafizə orqanları, partiya və sovet rəhbərliyinin fəaliyyətinin təhlilinə yol açdı. Buloxovanın cinayət işi ilə bağlı hazırlanan hesabat 1956-cı ilin oktyabrında Sov.İKP MK-də müzakirəyə çıxarıldı. Uzun illər “tam məxfi” qrifi ilə saxlanılan sənəddə İmam Mustafayevi narahat edən əsas məsələ respublikada cinayətkarlığın artan səviyyəsi deyil, millətlərarası münasibətlərlə bağlı səsləndirilən fikirlər idi. Kirovabadın rus və erməni əhalisinin şikayətlərinin daxil edildiyi sənəddə şəhərdə millətlərarası münasibətlərdə mövcud olan problemlər təsvir edilir, azərbaycanlılar qeyri-millətlərin nümayəndələrinə təzyiq və diskriminativ münasibətdə ittiham olunurdular. Mustafayev respublikada hökm sürən kriminogen vəziyyətə, cinayətkarlığın artmasına, yerli partiya və sovet orqanlarının bu qanunsuzluqlara göz yummasına və bununla da qanunsuzluqları və özbaşınalıqları təşviq etməsinə etiraz etmirdi. Yaranmış vəziyyətdə onun şəxsi məsuliyyəti o qədər də böyük deyildi. Bu təhqiqat başlayanda Mustafayev iki ildən bir qədər artıq müddət idi ki, respublikaya rəhbərlik edirdi. Hüquq mühafizə orqanlarında çalışanların əksəriyyəti Mircəfər Bağırov dövrünün kadrları idi. Qeyd edilən nöqsanlar da birbaşa Bağırov rəhbərliyinin nəticəsi kimi qiymətləndirilə bilərdi.

Hüquq mühafizə orqanları işçilərinin cinayətkar aləmlə əlaqələri, bəzilərinin isə hətta cinayətkar olduqları ilə bağlı məlmatlar 1954-1956-cı illərdə Azərbaycan SSR DTK sədri vəzifəsini tutmuş Anatoliy Quskovun xatirələrində də yer almışdı.[9] Bu məsələ ilə bağlı Quskov iki şəxsin adını çəkir. Quskov yazır ki, DTK-də Bakı şəhəri üzrə şöbə müdiri işləmiş polkovnik Kərimov Mircəfər Bağırovun yaxın adamı idi və onun xüsusi məxfi və gizli tapşırıqlarını yerinə yetirirdi. Bağırova qarşı çıxmağa cəsarət edən insanlara qarşı cinayətkar qrupların dəstəyi ilə saxta işlər tərtib edirdi. Belə adamlardan biri də DTK-nın Kirovabad şəhəri üzrə şöbə müdiri Əyyub Qasımov idi. Quskov Qasımovun respublikanın rəhbər vəzifəli şəxslərinin günahları və natəmiz işləri haqqında geniş məlumata malik olduğunu bildirir və qeyd edirdi ki, bu məlumatları respublika sahibinin (yəni Mircəfər Bağırovun) tapşırığı ilə onlara qarşı istifadə edirdi. Bu cür saxta işlərdən biri professor Əliəşrəf Əlizadə və onun həyat yoldaşına qarşı təşkil olunmuşdu.[10] Quskov belə faktların həddən artıq çox olmasından yazır və vurğulayırdı ki, əsas problem bu cür faktların çoxluğunda deyildi, problem ciddi qanun pozuntularına yol vermiş hüquq mühafizə orqanları işçilərinin respublikanın yüksək rütbəli şəxsləri tərəfindən dəstəklənməsində idi. Bu cür dəstək kriminal işlərə bulaşmış hüquq mühafizə orqanlarının yüksək rütbəli şəxslərinin vəzifədən uzaqlaşdırılmasına, məsuliyyətə cəlb edilməsinə imkan vermirdi.

1954-cü ildə Mircəfər Bağırovun hakimiyyətdən uzaqlaşdırılmasından bir neçə ay sonra onun təyin etdiyi baş prokuror Adil Babayevin də tutduğu vəzifəsindən azad edilməsi və ona qarşı səsləndirilən ittihamlar, vəzifə səlahiyyətini aşması, qanunsuz həbslər, insanların qanunsuz təqib edilməsi və dinlənilməsi, həmçinin bütün qanunsuz əməllər və özbaşınalıqların DTK sədri Fyodr Kopılov tərəfindən etiraf edilməsi də yuxarıda qeyd edilənləri təsdiqləyir.[11] Kopılov qanunsuz əməllərdə baş prokuror Babayevə yardım etməsini respublikadakı ağır kriminogen vəziyyətlə izah etmişdi.

İmam Mustafayevi Dudotovun hesabatında narahat edən hüquq mühafizə orqanlarının qanunsuz əməlləri və özbaşınalıqları deyil, millətlər arası münasibətlərlə bağlı yazılanlar idi. Əgər Mustafayevin hakimiyyətdən məhz milli siyasətdə əyintilər ittihamı ilə uzaqlaşdırılmasını nəzərə alsaq, millətlərarası münasibətlərin onun üçün nə qədər önəmli olduğunu anlamış olarıq. Hesabatda rus və erməni əhalinin ağır sosial şəraitdən, gəlirli iş yerlərinin azərbaycanlılar arasında bölüşdürülməsindən, onlar tərəfindən edilən şikayətlərə məhəl qoyulmamasından, rus xanımlara qarşı zorakılıqlar və cinsi qısnamalardan, milisə şikayət etdikləri təqdirdə öldürüləcəkləri ilə təhdid edilməklərindən bəhs edilirdi.[12] 1956-cı il dekabrın 10-da Bakıda Dudorov və Yeliçevin iştirakı ilə Azərbaycan KP MK Bürosunun iclası keçiriləndə İmam Mustafayev üzünü bir neçə həftədən sonra SSRİ Daxili İşlər naziri təyin ediləcək Dudorova tutaraq ona azərbaycanlıları haqsız yerə qeyri-millətləri diskriminasiyada ittiham etdiyini söyləyir.[13] Mustafayev respublikada təkcə milli azlıqların deyil, azərbaycanlıların da acınacaqlı sosial şəraitdə yaşamasına toxunaraq, bunun milli zəmində diskriminasiya ilə deyil, müharibənin fəsadları və ümumi sosial vəziyyətlə əlaqədar olduğunu vurğulayır. Mustafayev Kirovabadın əsas sənaye və ticarət müəssisələrində işləyənlərin sayına istinad edərək azərbaycanlıların heç də əlverişli sosial mövqeyə malik olmadığını sübut etməyə çalışır.[14] Dudorovun hesabatında Azərbaycan qadınlarına qarşı zorakılıqlarla bağlı səsləndirilən rəqəmlərin isə cinayətkarların qurbanlarının milli kimliyinə əhəmiyyət vermədiyini təsdiqlədiyini bildirir.

Mustafayevin rəhbərliyi dövründə hüquq mühafizə orqanlarının natamam hazırlanmış hesabatlarında respublika üzrə kriminogen vəziyyətin ilbəil ağırlaşmasını danmaq mümkün deyildi. Geniş ictimaiyyətə qapalı olan bu rəqəmlərdə Bakı şəhərində vəziyyətin xüsusilə ağır olduğu qeyd edilirdi. 1950-ci illərdə respublika üzrə törədilmiş cinayətlərin 57%-i Bakının payına düşürdü. Cinayətlərin açılması səviyyəsi olduqca aşağı idi, hüquq mühafizə orqanlarının, xüsusilə də milisin işi yarıtmaz idi. İctimai təşkilatların, Komsomolun ictimai asayişin qorunmasında xidmətlərinin yarıtmaz olduğu, məhkəmə orqanlarının cinayətlər üzrə ədalətsiz qərarlar çıxardığı yüsək səviyyəli partiya iclaslarında dəfələrlə səsləndirilirdi.[15]

Bakı şəhərində geniş yayılmış cinayətkarlığın səbəblərindən biri şəhərdə bir-biri ilə rəqabət aparan cinayətkar qrupların fəaliyyəti idi. 1956-cı il MK Bürosunun oktyabr iclasında Bakı şəhərində fəaliyyət göstərən cinayətkar qrupların fəaliyyəti müzakirə edilmiş, Sarı Ənvər ləqəbli Ənvər Ağayevin rəhbərlik etdiyi cinayətkar qrupla Mehdi ləqəbli Rəhim Rəhimov və Hacı Zeynalovun rəhbərlik etdiyi cinayətkar qruplar arasında rəqabət nəticəsində şəhərdə kriminal durumun ağırlaşdığı bildirilmişdi. Bu qruplar arasındakı rəqabət və onun acınacaqlı nəticələri dəfələrlə Mircəfər Bağırovun iştirakı ilə MK iclaslarında müzakirə edilsə də, cinayətkarları həbs etmək mümkün olmamışdır. Səbəb isə cinayətkar qurpların hüquq mühafizə orqanları tərəfindən dəstəklənməsi idi.

1958-ci il iyunun 16-da AzSSR DİN Əli Kərimov İmam Mustafayev və Sadıx Rəhimovun adına 1958-ci ilin may ayında respublikada cinayətkarlığa qarşı mübarizə ilə bağlı işlərin yekunu haqqında hesabat göndərir. Hesabatda göstərilir ki, qeyd edilən dövrdə Bakı şəhərində 236 cinayət törədilmişdi ki, bu da respublika üzrə may ayında törədilən cinayətlərin 48%-ni təşkil edir. Ən çox qeydə alınan cinayətlər oğurluq və xuliqanlıqdır. Bu cinayətlərin 71.5%-i dövlət əmlakının talan edilməsi, 28.5%-i isə mənzillərdən oğurluqla əlaqədar idi.[16] 1958-ci il aprelin 18-də Əli Kərimov İmam Mustafayevə 1958-ci ilin ikinci rübündə cinayətlərə qarşı mübarizə ilə bağlı “tam məxfi” qrifli yeni hesabat təqdim edir. Hesabatda göstərilir ki, qeyd edilən dövrdə respublikada 1573 cinayət işi törədilmiş, onların 1412-nin üstü açılmışdı (89.7%). Törədilən 1573 cinayətin 762-i ağır cinayət idi (48.4%). Hesabatda 1958-ci ilin 1-ci rübü ilə müqayisədə cinayətlərin 0.8%, 1957-ci ilin 2-ci kvartalı ilə müqayisədə isə 1.2% artdığı da qeyd edilirdi. 1958-ci ilin 1-ci rübü ilə 1957-ci ilin 1-ci rübünü müqayisə etdikdə cinayətlərin 3.4% artdığı məlum olur, ağır cinayətlərdə qəsdən adam öldürmə üzrə artım isə 35.5% olmuşdu. 1958-ci il oktyabrın 23-də Mustafayevin adına “tam məxfi” qrifi ilə göndərilən digər hesabatda 1958-ci ilin 3-cü rübündə 1644 cinayətin törədildiyi, xüsusi ağır cinayətlərin sayının 758 olduğu bildirilirdi. Nazir qeyd edilən dövrdə milisin operativ-agentura işlərini yaxşılaşdırması nəticəsində cinayətlərin üstünün açılmasının bir qədər asanlaşdığını qeyd edirdi.[17] Cinayət işlərinin üstünün açılmasını çətinləşdirən əsas amillərdən biri milisin elmi-texniki nailiyyətlərdən istifadə edə bilməməsi idi. Qeyd edilən dövrdə müasir texnologiyaların istifadəsi ilə bütün cinayətlərin cəmi 4.6% açılmışdı, 12.5% cinayətlər isə xidməti itlərin köməyi ilə açılmışdı. Bu rəqəmlər milisin qeyri-professionallığından və kadrların seçilməsi zamanı şəffaflığın olmamasından xəbər verirdi. Respublika regionlarında mütəşəkkil cinayətkarlıq daha geniş yayılmışdı. Cinayətkar qruplar adətən 4-6 nəfərdən ibarət olurdu. 1957-ci illə müqayisədə 1958-ci ildə 234-dən çox cinayət işi törədilmişdi (1957-ci ildə 4518, 1958-ci ildə 4752 cinayət qeydə alınmışdı).

1958-cu il üzrə hazırlanan hesabatda respublikada 11.855 nəfərin cinayət məsuliyyətinə cəlb olunması, 6420 cinayətin törədilməsi qeyd edilmişdi. Müqayisə üçün qeyd edək ki, 1957-ci ildə törədilən cinayətlərin sayı 5996 idi. 1958-ci ildə respublikada 3027 ağır cinayət törədilmişdi, 1957-ci illə müqayisədə bu, 503 cinayət az idi. Lakin 1958-ci ildə 412 ağır cinayət işi açılmamış qalmışdı. Bakının ən kriminal rayonları Oktyabr, Nərimanov və Kirov rayonları idi. Kirovabad şəhərində və Ağdam rayonunda cinayətkarlıq yüksək idi. Hüquq mühafizə orqanlarının törədilən cinayətlərin üstünün açılmasında, istintaq işlərinin aparılmasında yol verdikləri nöqsanlar, ədalətsiz ittihamlar, günahsız insanların həbsi və yaxud kiçik cinayətlərə görə əsaslandırılması mümkün olmayan ağır cəzalar məhkəmə orqanlarının da işində ciddi qüsurların olmasına dəlalət edirdi.

Azərbaycan KP MK Prezidiumunun 1964-ci il sentyabrın 1-də keçirilən iclasında respublikada xüsusi təhlükəli cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri müzakirə edilmiş, bu sahədə hüquq mühafizə orqanlarının yarıtmaz fəaliyyəti ciddi tənqid olunmuşdu. İclasda göstərilirdi ki, 1964-cü ilin I yarısında 1963-cü il ilə müqayisədə xüsusi təhlükəli cinayətlərin sayı 17.8% artmış, qəsdən adam öldürmədə 55%, ağır bədən xəsarəti yetirməklə törədilən cinayətlərin sayında 40.2%, quldurluqda 35.7%, dövlət əmlakının oğurlanmasında 27.4%, şəxsi əmlakın oğurlanmasında isə 13.7% artım qeydə alınmışdır. Hüquq mühafizə orqanlarının MK-ya təqdim etdiyi hesabatlarında respublikada kriminal vəziyyətin ağırlaşmasının əsas səbəbi kimi operatv-axtarış tədbirlərinin səviyyəsinin aşağı olması, istintaq zamanı qanun pozuntusuna yol verilməsi, hakimlərin kifayət qədər prinsipial olmaması, hüquq mühafizə orqanlarındakı rüşvətxorluğa meyillilik göstərilirdi.[18] Respuiblika prokurorluğu və istintaq orqanları cinayətin açılma səviyyəsinin aşağı düşməməsi üçün çox zaman cinayət işləri açmaqdan imtina edirdilər. İclasda bildirilirdi ki, əslində cinayət işinin qeydə alınması cinayət işlərinin açılması faizindən asılıdır. Əgər cinayətlərin üstünün açılmaması faizi yüksəkdirsə, milis yeni törədilən cinayətləri sadəcə olaraq qeydə almır. Müşavirədə qeyd edilən bir sıra ciddi nöqsanlar üzündən respublika prokuroru Seyfulla Əkbərov həmin il vəzifəsindən azad edilir.[19]

1958-ci ildə AzSSR Nazirlər Soveti respublika məhkəmələrinin işinin yoxlanılması haqqında qərar qəbul edir. Yaradılmış yoxlama komissiyası məhbuslarla söhbət apararkən respublika xalq hakimlərinin cəza müddətini düzgün təyin etmədiyini müəyyənləşdirmiş, prokurorluq və Ali Məhkəməyə qərarlarla bağlı şikayətlərə ciddi yanaşmaq, zəruri hallarda hakimlərin qərarlarına etiraz etmək tövsiyə edilmişdir. Hesabatda göstərilir ki, Zaqataladan olan 1939-cu il təvəllüdlü iki çoban 2 qoyun oğurladıqlarına görə 10 il azadlıqdan məhrum ediliblər, halbuki onlar oğurladıqları qoyunları geri qaytarıblar. 1955-ci ildə Naxçıvan xalq məhkəməsi Nizami adına kolxozda gözətçi işləyən Hacıyev Nəcəfi 606 qram taxıl oğurladığına görə 11 il azadlıqdan məhrum edilib, halbuki gözətçi oğurladığı taxılı kolxoza geri qaytarıb.[20] Maraqlıdır ki, ağır cinayət törədənlərin cəzadan kənar qalması, kiçik cinayətlərə görə isə ağır cəzaların verilməsi Azərbaycan Ali Məhkəməsi səviyyəsində etiraf edilirdi, lakin bunun hansı səbəbdən baş verdiyini heç kim araşdırmaq istəmir və heç kim bu vəziyyətə görə məsuliyyət daşımırdı.

Misal üçün, 1950-60-cı illərdə ağır cinayət işləmiş insanların cinayət məsuliyyətindən azad edilməsi təcrübəsinə Ali Məhkəmə üzvü A.Mikayılov toxunmuş, xalq hakimlərinin ədalətsiz olaraq cəmiyyət üçün təhlükə təşkil etməyən insanları həbsə atdıqlarını, ağır cinayət işləmiş insanlara qarşı isə mərhəmətli olduqlarını diqqətə çatdırmışdı. Mikayılov çıxışında möhtəkirliklə bağlı cinayətlərə toxunaraq məhkəmələrin böyük həcmdə möhtəkirliklə məşğul olan insanlara qarşı sərt tədbirlər görmədiyini, möhtəkirlik üçün malların hansı yollarla ələ keçirildiyini lazımi qaydada müəyyənləşdirmədiyini söyləmiş və əlavə etmişdir ki, möhtəkirlər adətən yüksək vəzifəli şəxslərin qanunsuz əməllərindən yararlanırlar. Əsil cinayətkarlar, dövlət malını oğurlayaraq möhtəkirlərin əli ilə qeyri-qanuni dövriyyəyə buraxan yüksək vəzifəli şəxslər məsuliyyətdən kənarda qalır, üstəlik daha da varlanırlar. Lakin xalq məhkəmələri bütün bunlara səssiz qalır, vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilmirlər.

Ali Məhkəmənin 1963-cü ilin noyabrında keçirilən plenumunda xalq hakimlərinin yol verdikləri ciddi nöqsanlar, istintaq prosesi zamanı qanunların və prosessual qaydaların pozulması məsələsinə toxunulmuş, bölgələrdə xalq hakimlərinin qanunsuz olaraq insanları mühakimə etdikləri diqqətə çatdırılmışdı. Bu ittihamlar xüsusilə xalq hakimi Haşımova qarşı irəli sürülmüş, ona qanunları pozduğu halda ciddi cəzalandırılacağı haqda xəbərdarlıq edilmişdi. Qəzetdə dərc olunan məlumat yüksək ədalətin bərqərar olduğu iddia edilən sosialist cəmiyyətində qanunun keşiyində durmalı olan hakimlərin qanunlara etinasız münasibətini, qanunları və sovet insanlarının taleyini şəxsi mənafelərinə uyğun olaraq şərh və həll etmələrini ifşa edirdi. 1963-cü ildə keçirilən plenumda Azərbaycan SSR Ali Məhkəməsinin sədri Abdulla İbrahimov da cinayət cəzalarını tətbiq edərkən məhkəmələrin buraxdığı nöqsanlardan danışmış, bəzi xalq məhkəmələrinin ağır cinayət işləmiş şəxsləri sərbəst buraxması və ya əsassız olaraq qısa müddətə azadlıqdan məhrum etməsi kimi qərarlar çıxararaq cimayətkarlığa qarşı mübarizənin zəifləməsinə səbəb olmasını vurğulamışdı.[21] Ali Məhkəmənin sədri Abdulla İbrahimov xalq hakimlərinə qarşı bu cür ittihamlar səsləndirərkən bilavasitə bu qəraralar üçün məsuliyyət daşıdığını ya dərk etməmiş, ya da qanunları pozan hakimlərə qarşı hər hansı tədbir görmək səlahiyyətində olmadığını bildirmək istəmişdi.

AzKP MK Bürosunun 1969-cu il 7 yanvar iclasında MK-ya respublika hüquq mühafizə orqanlarının, prokurorluq və məhkəmələrin işi ilə bağlı vətəndaşlardan çoxlu sayda şikayətlərin daxil olduğu bildirilmişdi. Şikayətlər əsasən qanunsuz istintaq metodlarından və qanunsuz həbslərdən ibarət idi. İclasda 1967-ci ildə yol verdikləri qanunsuzluqlara görə cəzalandırılan hüquq mühafizə orqanları işçilərinin sayının 2 dəfə artdığı qeyd olunmuşdu. Bu cəzalandırma nadir hallarda real həbslərlə bağlı olurdu və adətən vəzifə rotasiyalarından ibarət idi. 1968-ci ildə çoxlu sayda hüquq mühafizə orqanları, prokuratura və məhkəmə işçiləri inzibati qaydada cızalandırılmışdır. Büronun iclasında həmçinin bildirilmişdir ki, hüquq mühafizə orqanları vətəndaşlarla qeyri-professional rəftar edir, qanunsuz məhkəmə qərarları haqqında vətəndaşların şikayətlərinə etinasız yanaşırlar. 1968-ci ilin yanvarında Cəbrayıl rayon xalq hakimi Əkbərov hakim adına layiq olmayan hərəkətlərinə, qanunsuz əməllərinə görə tutduğu vəzifədən azad edilmişdir. Bundan əvvəl Əkbərov haqqında MK-ya çoxlu sayda şikayətlər daxil olmuş, şikayətləri yoxlamaq üçün Ali Məhkəmə hakimlərdən A.Əliyev və M.Kərimovdan ibarət komissiya təşkil edərək Cəbrayıl rayonuna göndərmişdir. Lakin komissiya onun haqqında müsbət rəy vermişdir. İclasda Ali Məhkəmə hakimlərinin belə bir qərar verməsinin səbəbləri aydınlaşdırılmamış, MK onların tapşırılan işə məsuliyyətsiz yanaşmasını qeyd etməklə işi bitmiş hesab etmişdi.[22]

DİN və Baş Prokurorluğun MK-ya təqdim edilən hesabatlarında cinayətkarlıqla yanaşı cinayətlərin kimlər tərəfindən törədildiyi haqqında da məlumatlar daxil edilirdi. Bu məlumatlardan aydın olur ki, respublika ərazisində cinayətlərin 90%-dən çoxu fəhlələr tərəfindən törədilir, cinayətkarların 35%-dən çoxunun isə yaşı 25-dən azdır. Hesabatlar xüsusilə yetkinlik yaşına çatmamış və gənc fəhlələr arasında cinayətkarlığın səviyyəsinin yüksək olduğunu təsdiqləyir.[23]

1950-ci illərin ortalarından başlayaraq Azərbaycanda hüquq mühafizə orqanlarının fəaliyyətinin ittifaq səviyyəsində yoxlanılması, dəfələrlə edilən xəbərdarlıqlar, Azərbaycanda hüquq mühafizə orqanlarının fəaliyyətini gücləndirmək, ictimai asayişi qorumaq məqsədilə mərkəzdən göndərilən dəstək vəziyyəti dəyişdirmədi. 1968-ci il noyabrın 19-da Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin AzSSR-də milisin fəaliyyətində buraxılan ciddi nöqsanlar və onun işinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında qərarı qəbul edilir. Qərarda göstərilirdi ki, respublika hüquq mühafizə orqanları edilən iradlardan heç bir nəticə çıxarmamış, sosialist qanunçuluğunun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işi zəif təşkil olunmuşdu. Milisin təqdim etdiyi formal hesabatlar hüquq mühafizə orqanlarında, DİN-də rahatlıq yaradır, hər şeyin qaydasında olması təəssüratı formalaşır və hüquq mühafizə orqanları əməkdaşlarında məsuliyyətsizlik daha da artır. Qərarda cinayətkarlığa qarşı mübarizənin daha da zəiflədiyi xüsusi vurğulanır, ağır cinayətlərin əksəriyyətinin açılmamış qaldığı bildirilirdi. Qərarda Bakı şəhəri üzrə cinayətkarlığın artması ilə bağlı xüsusi narahatlıq ifadə olunur və bildirilirdi ki, 1968-ci ildə respublika üzrə baş verən cinayətlərin 55%-i məhz Bakı şəhərinini payına düşür. Hüquq mühafizə orqanları dövlət əmlakının oğrulanması ilə bağlı cinayətlərə tam etinasız yanaşır, nazirliklərdə, dövlət müəssisələrində oğurluqların sayı və miqyası isə ilbəil artır. Qərarda bildirilir ki, çox zaman cinayətkarların müəyyənləşdirilməsi mümkün olmadığından istintaq işlərinin böyük hissəsi açıılmamış qalır. Cinayətkarlığın səviyyəsi ilə bağlı rəqəmləri süni surətdə aşağı salmaq üçün DİN-nin zəif nəzarətindən istifadə edən bir sıra daxili işlər orqanlarının məsul şəxsləri anti-dövlət siyasəti yürüdərək cinayət işlərini qeydiyyata almaqdan imtina edirlər. Qərarda vurğulanırdı ki, hüquq-mühafizə orqanlarının bərbad işi ilk növbədə pis təşkil olunmuş kadr siyasəti, hüquq mühafizə orqanları rəhbər işçiləri arasında intriqalar və qeyri-sağlam iş mühitidir.[24] MK-nın qərarı ilə ciddi nöqsanlara görə nazir Məmməd Əlizadə, müavinləri A.Rzayev və D.Rzayev tutduqları vəzifələrindən azad edilirlər, müavinlər X.Cənizadə və T.Əliyevə töhmət verilir. Bakı şəhərində cinayətkarlığa qarşı lazımi mübarizəni təşkil edə bilmədiyinə, sosialist qanunçuluğunu kobud şəkildə pozduğuna görə BŞİK Daxili İşlər İdarəsi rəisi B.Mehdiyev də vəzifəsini itirir.

Hüquq mühafizə orqanları və hakimiyyət

Hüquq mühafizə orqanları istənilən dövlətdə mühüm infrastruktur sayılır və siyasi hakimiyyətin simvolu rolunu oynayır. Hüquq mühafizə orqanları dövlət ərazisində ictimai asayişi təmin edən, dövlət strukturlarının normal iş rejimini təmin edən bir struktur olmaqla yanaşı, eyni zamanda dövlətin siyasi zorakılıq alətidir. Dövlət cəmiyyət üzərində zorakılıq monopoliyasını məhz hüquq mühafizə orqanları vasitəsilə reallaşdırır.

Siyasət və zorakılıq arasında əlaqə müasir siyasi və sosial nəzəriyyələrin ən aktual problemlərindən biridir. Hüquq-mühafizə orqanlarının sovet Azərbaycanının rəhbərliyinə təqdim etdiyi hesabatlar hüquq-mühafizə orqanları ilə hakimiyyət arasında bağların nə qədər dərin olduğunu göstərir. Bu bağlar istənilən dövlətdə hüquq mühafizə orqanları rəhbərliyinin apolitik olmadığına və hakimiyyətin davranışlarına, idarə üslubuna uyğun gəldiyinə dəlalət edir. Sovet dövründə Azərbaycanda hüquq mühafizə orqanlarının işi dəfələrlə ən yüksək səviyyədə tənqid edilsə də, qanunsuzluqlara, cinayət əməllərinə, özbaşınalıqlara görə hüquq-mühafizə orqanlarının rəhbər strukturlarından heç kim real cəza almamış, hüquq-mühafizə orqanlarının işində hər hansı dönüş baş verməmişdir.

[1] Dreyfusun işi 1894-1906-cı illər arasında Fransanı iki yerə parçalamış siyasi skandal.

[2] Beylis 1913-cü ildə Rusiyada ritual ölümdə ittiham edilən yəhudi.

[3] Hannah Arendt. Zorakılıq haqqında. Tinay Müşdiyevanın tərcuməsi. https://bakuresearchinstitute.org/hannah-arendt-zorakiliq-haqqinda/. Əldə edilib 13 iyul 2024.

[4] Arendt, Hannah. “Zorakılıq haqqında (ikinci hissə).” Tərcüməçi: Tinay Mushdiyeva. Baku Research Institute, June 30, 2022. https://bakuresearchinstitute.org/hannah-arendt-zorakiliq-haqqinda-2/.

[5] Jock Young. The exclusive society: Social exclusion, crime, and difference in late modernity. SAGE Publication Ltd. 2007.

[6] Bir neçə ay sonra Dudorov SSRİ Daxili İşlər naziri təyin ediləcək.

[7] Президиум ЦК КПСС 1954–1964. Том 2. Постановления 1954–1958. М.: РОССПЭН, 2015, ss.433-443, Mənbə: Российский Государственный Архив Новейшей Истории (РГАНИ) Ф. 3. Оп. 12. Д. 119. Л. 93—106.

[8] Sənədlərdə cinayət qurbanlarının yalnız soyadları qeyd olunur.

[9] Гуськом А. М. Под грифом правды Исповедь военного контрразведчика. Люди. Факты. Спецоперации. «сугубо лично», http://militera.lib.ru/memo/russian/guskov_am01/guskov_am01.html, 8 iyul 2024.

[10] Geologiya-Mineralogiya elmləri doktoru Əliəşrəf Əlizadə 1944-1946-cı illərdə Azərbaycan Kommunist Partiyası MK-nin ikinci katibi vəzifəsini tutub.

[11] Azərbaycan KP MK Bürosunun iclası. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai Siyasi Sənədlər Arxivi (ARPİİİSSA)f.1, siy.46, iş 113, v.1-9.

[12] Президиум ЦК КПСС, s.440.

[13] Azərbaycan KP MK Bürosunun iclası ARPİİİSSA, f.1, siy.43, iş 107, v.249-253.

[14] Yenə orada.

[15]Azərbaycan KP MK Bürosunun iclası ARPİİİSSA, f.1, siy.43, iş 107, v.3-248.

[16] Daxili İşlər Naziri Əli Kərimovun MK-ya hesabatı. ARDA, f.411, siy. 34, iş 4,v.257.

[17] DİN MK-ya hesabatı. ARDA f.411, siy.34, iş 16. v.89-123.

[18] Azərbaycan KP MK Prezidiumunun iclası. ARPİİİSSA, f.1, siy.51, iş.55, v.198-203.

[19] Azərbaycan KP MK Prezidiumunun iclası. ARPİİİSSA, f.1, siy. 51, iş 318, v . 4-6.

[20] Azərbaycan KP MK Bürosunun iclası. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f.411, siy. 34, iş 4, v.192-193.

[21] Azərbaycan SSR Ali Məhkəməsinin plenumu, ARDA, f.411, siy. 34, iş 4, v.195.

[22]AzKP MK Bürosunun iclası. ARPIIISSA, f.1, siy.56, iş 15, 7-8.

[23] AzSSR Daxili İşlər naziri A.Kərimovun AzSSR Nazirlər Soveti sədrinə göndərilmiş hesabat. ARDA, f.411, siy.34. iş 66, v.69.

[24] AzKP MK Bürosunun iclası ARPİİİİSSA, f.1, siy.56, uiş 71, v.7-10.
bakuresearchinstitute. org
 
Ardını oxu...
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb.

AzFakt.com Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadla bildirir ki, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Qeyd edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib: "Dövlət Komitəsi vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırır".
 
Ardını oxu...
Yeni Azərbaycan Partiyası (YAP) 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa Vəliyeva Mehriban Hidayət qızının namizədliyini irəli sürüb. Hakim partiya bu dairədən elə bir namizədə "stavka" edib ki, onun fəaliyyəti ictimaiyyətə çoxdan "agah"dır. Anaxeber.info bildirir ki, Deputatlığa namizəd Mehriban Vəliyeva təhsil sektorunda əməlləri ilə ad çıxarmış bir məmur olub. O, parlament üzvlüyünə namizədliyə qədər Bakı şəhər Təhsil İdarəsində göstərdiyi "performans"la fərqlənib. Əvvəla, qeyd etmək yerinə düşər ki, Mehriban Vəliyeva 1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Onun sonuncu vəzifədə fəaliyyətinə gəlincə, media resurslarında geniş yayılan xəbərlərə əsasən, Mehriban Vəliyevanın dövründə məktəblərdə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilib. Rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşıb. Təsəvvür edirsiniz, 1-ci sinifə, yaxud uşaq bağçasına qəbul ancaq pulla, rüşvətlə mümkündür.
Bu hələ harasıdır...? Bakıdakı məktəblərin, uşaq bağçalarının çoxunda nəinki ağac, heç kol da yoxdur, amma yüzlərlə bağban dövlətdən hər ay maaş alır. Əslində, mətbuatın yazdığına görə, bağbanlar almır, Mehriban Vəliyevaya çatırmış...
Biz hələ uşaqlara ayrılan qida və ərzaq məhsullarının satılmasından danışmırıq, məktəblərdəki “ölü canlardan, 3 nəfərin yerinə işləyən mühafizəçilərdən danışmırıq. Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə oliqarxa çevrilməyi bacardı. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, deputatlığa iddialı Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata villa alıb.
Bir müddət əvvəl deputat Etibar Əliyev onun barəsində ittihamlar səsləndirmişdi. Sitat: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, 5-ci kolonun görkəmli nümayəndəsi Məhəbbət Vəliyevanın sağ əli olan Mehriban Vəliyeva bütün Bakı məkəblərini bazara döndərib. İdarənin işi korrupsiya və rüşvət əlindən iflic vəziyyətə düşüb. Bu Mehriban Vəliyevanın da sağ əli olan Fuad Babayev direktor təyin etmək üzrə maklerdir. Qruplaşmaların təyin etdikləri direktorlar heç kimi, o cümlədən naziri də saymırlar. Bunu hamı bilir, Emin Əmrullayev bilmir?”
Göründüyü kimi, deputat Etibar Əliyev gələcək həmkarı haqda ağır danışıb, hətta onu "5-ci kolon" nümayəndəsi adlandırıb. Azərbaycanda isə bu kateqoriyaya aid insanlar dedikdə Rusiyaya bağlantısı olan agentura nəzərdə tutulur. Deputat Əliyevdə bu məlumat hardandır, çox maraqlıdır, hər halda, qanunverici orqanın üzvü səhih informasiyası olmasa əsla belə dəhşətli ittiham səsləndirməzdi.
Eyni zamanda, Vəliyeva haqda mətbuatda tirajlanan məlumatlardan biri vəzifədən niyə uzaqlaşdırılmasıdır.
Mehriban Vəliyevanın vəzifədən azad edilməsinə səbəb külli miqdarda dövlət vəsaitinin səmərəsiz xərclənməsi, habelə İdarənin keçirdiyi satınalmalarda şübhəli məqamların olmasıdır.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də "İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması" və 2022-ci ilin sentyabr ayının 29-da "Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müxtəlif tədbirlərin və layihələrin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmalarda neqativ hallar aşkarlanıb.
Bir sözlə, haqqında bu qədər mənfi xəbərlər olan, reputasiyası zədəli və adı korrupsiyada, təhsili bərbad günə qoymaqda," beşinci kolon" üzvü olmaqda hallanmış bir təhsil məmurunun hakim partiyadan namizədliyinin irəli sürülməsi anlaşılmazdır. Yəni YAP siyasi çəkisi olan, cəmiyyətdə və mediada adı neqativ fəaliyyətlə tanınmamış bir namizəd dəstəkləyə bilməzdimi? Görünür ki, Vəliyevanın siyasi dəstəyi güclü olub və BŞTİ-də vəzifəsini itirməsinə baxmayaraq, bir müddət sonra siyasi rəhbərliyə onun parlamentə üzvlüyünün təqdimatı verilir.
Halbuki internet resurslarını açanda və onun barəsində axtarış verəndə bu cümlələrə daha çoz rast gəlmək olur:
Mehriban Vəliyevanın yağmalama siyasəti Azərbaycan təhsili üçün üz qarası, utancverici bir hadisədir, Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, rus bölməsi olan birinci siniflərin qəbulu və komplektləşdirilməsi , eyni zamanda digər sahələrdə rüşvətxorluq tüğyan edir, bu gün BŞTİ sanki patyaxtın təhsil sektorunu məhv etmək üçün fəaliyyət göstərir və s. ilaxır...
O cümlədən, deyilir ki, zəngin ənənələri olan Bakı təhsili bir neçə nəfər rüşvətxor, korrupsioner və karyerist şəxsin əlində girova çevrilib. Mehriban Vəliyeva ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil sistemində bazar açıb. Bax belə, indi heç bir müsbət addımı ilə yadda qalmayan, təhsili "fəth" edən Vəliyeva parlamentdə hansı "fətir yapacaq?" Yaxud Sumqayıt seçicilərinə hansı faydası dəyəcək? Suallar çoxdur, cavabları ritorikdir...
Anaxeber.info
Ardını oxu...
Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin keçmiş direktoru Gülsəba Abbasova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

"Qaynarinfo" xəbər verir ki, onun iddiası işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır.

İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır.

Gülsəba Abbasova bu ilin iyulunda işdən çıxarılıb. O, "Son zəng" tədbirində şagirdlərlə birgə "oğru aləmi"nə həsr olunmuş mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanılıb və Gülsəba Abbasova işdən çıxarılıb.
Ardını oxu...
Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib.

TEREF “Report”a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, T. Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.

Faktla bağlı araşdırma aparılır.
 

Ardını oxu...
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək parlament seçkilərində 125 dairədə mübarizə aparacaq.

YAP bu dəfə əvvəlki dönəmlərdə deputat seçilən bir çox şəxsin namizədliyini yenidən irəli sürməyib. Hakim partiyanın namizədləri arasında bu dəfə çox sayda yeni simalar var. Belə ki, 66 nəfərin namizədliyi ilk dəfə irəli sürülüb. Üstəlik, YAP deputatlıq uğrunda mübarizədə ən çox xanım namizədlə təmsil olunan partiya olaraq da diqqət çəkir. Hakim partiyanın namizəd göstərdiyi şəxslərin 33-ü xanımdır.

Onların 22-si isə ilk dəfə parlament seçkilərində iştirak edəcəklər.

“Cebheinfo.az” YAP-ın deputatlığa namizəd göstərdiyi xanımların siyahısını təqdim edir:

1. Həmzəyeva Ülviyyə Tapdıq qızı - 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsi
2. Mirzəyeva Həcər Niyazi qızı - 8 saylı Binəqədi birinci seçki dairəsi
3. Xasayeva Səbinə Səməd qızı - 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi
4. Piriyeva Pərvanə Əlövsət qızı - 12 saylı Xəzər birinci seçki dairəsi
5. Rəsulova Vüsalə Elman qızı - 14 saylı Xəzər-Pirallahı seçki dairəsi
6. İbrahimqızı Məlahət İbrahim qızı - 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi
7. Hacıyeva Afaq Şirzad qızı - 26 saylı Sabunçu birinci seçki dairəsi
8. Qasımova Səbinə Məmmədağa qızı - 27 saylı Sabunçu ikinci seçki dairəsi
9. Abdullazadə İlahə İntiqam qızı - 29 saylı Sabunçu dördüncü seçki dairəsi
10. Fətəliyeva Sevinc Həbib qızı - 30 saylı Suraxanı birinci seçki dairəsi
11. Həsənova Afət Əbil qızı - 32 saylı Suraxanı üçüncü seçki dairəsi
12. Vəliyeva Pərvanə Bulut qızı - 35 saylı Xətai üçüncü seçki dairəsi
13. Hacıyeva Nərminə Aslan qızı - 36 saylı Xətai-Suraxanı seçki dairəsi
14. Kərimzadə Pərvin Orxan qızı - 39 saylı Gəncə ikinci seçki dairəsi
15. Hüseynova Hicran Kamran qızı - 42 saylı Sumqayıt birinci seçki dairəsi
16. Vəliyeva Mehriban Hidayət qızı - 44 saylı Sumqayıt üçüncü seçki dairəsi
17. Akimova Elnarə Seydulla qızı - 46 saylı Sumqayıt beşinci seçki dairəsi
18. Məmmədova Nigar Fikrət qızı - 48 saylı Abşeron birinci seçki dairəsi
19. Əskərova Könül Rəcəb qızı - 58 saylı Xaçmaz kənd seçki dairəsi
20. Bağırova Fidan Yusifəli qızı - 60 saylı Quba-Qusar seçki dairəsi
21. Kazımova Yadigar Təvəkgül qızı - 62 saylı Kürdəmir seçki dairəsi
22. Əliyeva Aytən Ədalət qızı - 73 saylı Masallı-Cəlilabad seçki dairəsi
23. Allahverdiyeva Xavər Şahı qızı - 89 saylı İsmayıllı seçki dairəsi
24. Məmmədyarova Firəngiz Rafiq qızı - 92 saylı Göyçay-Ağdaş seçki dairəsi
25. İsmayılova Səliqə Oruc qızı - 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi
26. Yıldırım Fatma Vidadi qızı - 99 saylı Bərdə seçki dairəsi
27. Qafarova Sahibə Əli qızı - 102 saylı Şəmkir şəhər seçki dairəsi
28. Hüseynova Sevinc Əmirəhməd qızı - 104 saylı Gədəbəy seçki dairəsi
29. Aslanova Humay Tofiq qızı - 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
30. Mahmudova Vüsalə Yusif qızı - 111 saylı Zaqatala-Balakən seçki dairəsi
31. Tağıyeva Ədilə Əli qızı - 116 saylı Qəbələ seçki dairəsi
32. Əhmədova Aidə Ələsgər qızı - 123 saylı Kəlbəcər seçki dairəsi
33. Babışova Leyla Adil qızı - 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi.

YAP-ın ilk dəfə deputatlığa namizəd göstərdiyi xanımlar isə aşağıdakılardır:

1. Mirzəyeva Həcər Niyazi qızı
2. Piriyeva Pərvanə Əlövsət qızı
3. Rəsulova Vüsalə Elman qızı
4. Qasımova Səbinə Məmmədağa qızı
5. Abdullazadə İlahə İntiqam qızı
6. Vəliyeva Pərvanə Bulut qızı
7. Hacıyeva Nərminə Aslan qızı
8. Vəliyeva Mehriban Hidayət qızı
9. Akimova Elnarə Seydulla qızı
10. Məmmədova Nigar Fikrət qızı
11. Əskərova Könül Rəcəb qızı
12. Bağırova Fidan Yusifəli qızı
13. Kazımova Yadigar Təvəkgül qızı
14. Əliyeva Aytən Ədalət qızı
15. Allahverdiyeva Xavər Şahı qızı
16. Məmmədyarova Firəngiz Rafiq qızı
17. İsmayılova Səliqə Oruc qızı
18. Aslanova Humay Tofiq qızı
19. Mahmudova Vüsalə Yusif qızı
20. Tağıyeva Ədilə Əli qızı
21. Əhmədova Aidə Ələsgər qızı
22. Babışova Leyla Adil qızı.
 
Ardını oxu...
Mitanni krallığından Mısır'a giden Nefertiti, firavun Akheneton'la evlenerek kraliçe olmuştur.
, Hz.Yusuf bu dönemde (m.ö. 1500) yaşamıştır. Mısır dilindeki ismi Yuzarsif'tir. Hz. Yusuf 3. Amenhotep zamanında saraya köle olarak gelmiş, 4. Amenhotep zamanında Kralın başdanışmanı ve Mısır Azizi olmuştur. 4. Amenhotep Hz. Yusuf'a tabi olup bir tek Allah'a iman etmiş ve Akhenaton ismini almıştır. Akhenaton bir tek Allah'a iman eden demektir. Nefertiti de Allah'a iman edenler arasındadır.
Eski devirlerden günümüze dek devletler arası evlilikler önemli bir yer tutmuştur. Bunlardan biri de hiç şüphesiz Mitanni Krallı ile Mısır Krallığı arasında yapılan siyasi evliliklerdir. Husumetli olan devletler, evlilik birliği ile ilişkilerini düzeltme yoluna giderken kimi zaman da iyi olan ilişkileri aile bağlarıyla daha da güçlendirmek amaçlanmıştır.
Mitanni krallığı ile Mısır krallığı arasında gelişen ikili ilişkilerde evliliklerin önemli rolü vardır. İki imparatorluğun yakınlaşmasına sebep olan evliliklerden en önemlilerinden biri de Mitanni prensesi Nefertari ile Nefertiti, yaşadıkları döneme büyük izler bırakmışlardır.
Nefertari, antik Mısır devrinde ‘kutsal yönetici’ unvanına sahip olan tek kadındır.
Prenses Nefertiti, Akhenaton ya da IV.Amenhotep olarak bilinen tek tanrılı inanca sahip firavunun eşidir.
Nefertiti yardımseverliği, zekası, bilgeliği ve güzelliğiyle tarihteki yerini almıştır.
ABD’nin New York şehrinde yaşayan akademisyen ve tarihçi Joshua J. Mark’ın araştırmaları da bu konudaki araştırmalara ışık tutuyor.
Mitanni Hanedanlığı, MÖ 1475-1275 yılları arasında Kuzey Fırat-Dicle bölgesinde hâkimiyetini sürdürmüştür. Mitanni kralları Hint-İranlıyken, o zamanlar Hint-İran dil ailesine mensup olmayan ve yerel halkın konuştuğu dili kullanmışlardır. Bu dilin adı Hurricedir ve bu yüzden bu topraklar, kimi eski kaynaklarda "Hurriler veya Hurri Ülkesi" olarak geçmektedir. Tarihçi Leick "Mitanni'nin nüfusu ağırlıklı olarak Hurri asıllıydı. Ancak yönetici elitler, kendilerini Mariannu olarak adlandıran ve Indar, Uruwana ve Devalar gibi Vedizmden geçen isimlere sahip tanrılara tapmış Hint-Avrupa savaşçılarıydı. Bu elitler, çocuklarının isimlerinden de anlaşıldığı gibi yerel halkla evlenmişlerdir" diye yazmıştır. Mitanni'nin başkenti Fırat Nehri'nin bir kolu olan Habur Çayı bölgesinde bulunan Wassukanni'dir.
Irak Kürt Bölgesel Yönetimi sınırları içerisinde bulunan Duhok şehrinde Mitanni dönemine ait 3800 yıllık antik kent bulundu. Duhok Tarihi Eserleri Müdürlüğü sorumlusu Dr. Hasan Ahmed düzenlediği basın toplantısında, “Ortaya çıkarılan tarihi kent dünyada Mitanni dönemine ait bulunan en büyük tarihi kent olarak kabul ediliyor. Dünyanın tarihi kentin nerede ortaya çıkarıldığını bilmesi gerekiyor. Mitanni dönemine ait Zaxiko kentinin ortaya çıkarılması ile Kürdistan medeniyeti tekrar gündeme geliyor” dedi.
Mitanni Krallığı, tarihi kaynaklarda (Asurlular Hanigalbat, Mısırlılar Naharin ve Metani olarak adlandırmaktadır) bugünkü Güney Kürdistanda Suriye'nin aşağısına uzanan ve Türkiye'yi de kapsayan, büyük bir alan olarak kabul edilmektedir. Bugün Mitanni halkının kendisine dair çok az sayıda kaynak olsa da Mitanni kralları ile Asur ve Mısır kralları arasında gerçekleşen yazışmalar o döneme ışık tutmaktadır. Dünyanın en eski at eğitimi kitabı, MÖ 1500-1240 yılları arasında gelişmiş refah bir devletin mevcudiyetini kanıtlar niteliktedir. MÖ 1350 yılında Mitanni Krallığı, Mısır, Hatti Krallığı, Babil ve Asur’la birlikte en güçlü devletleri arasında yerini almıştır.
NEFERTİTİ’NİN HAYATI
Nefertiti'nin hayatıyla ilgili Prof. Dr. Nazan Apaydın Demir, Nefertiti kitabında, Nefertiti'nin hayatıyla ilgili önemli bilgiler vermektedir. Adını güzelliği ve bilgeliğinden alan Nefertiti, M.Ö. 1370 – 1330 arasında yaşamıştır. Eski Mısır tarihine ait tüm kitaplar, Nefertiti’nin dillere destan güzelliğinden ve bilgeliğinden bahseder. İsmini güzellikten, “güzel olan”dan ya da “güzelden gelen” anlamlarından alıyor. Kimi kaynaklarda Nefertiti’nin asıl adının Tadukhepa olduğu, güzelliğinden dolayı Nefertiti ismiyle anıldığı belirtiliyor.
Kraliçe Nefertiti’nin nereden geldiği ve kökeni konusunda birçok rivayet olsa da Mezopotamya ile Kafkaslar arasında bulunan Mitanni’den geldiği ağırlık kazanmaktadır.
Mısır firavunlarının dost ya da çatışmalı oldukları ülkelerle ikili ilişkilerini dostane bir zeminde sürdürebilmek için o devlet prensesleriyle evlenme alışkanlığı edindikleri biliniyor. Mısır firavunlarının, prensesleriyle evlendiği Mezopotamya ile Kafkaslar arasında bulunan Mitanni devleti de bu dost ülkelerden biriydi. Mitanni Kralının Tadupika adında güzel ve şifa ilmini bilen bir kızı vardı; elleri şifa dağıtan “farklı” bir kız.
Akhenaton’un babası firavun III. Amonhotep hastaydı. Mitanni Kralı da Amonhotep’i tedavi etmesi için güzel kızı Tadupika’yı Mısır’a gönderdi. Tadupika, firavunu tüm dertlerinden kurtarması için tanrıça İştar heykelciğini de yanına alarak henüz 15 yaşında iken Mısır’a gitmiştir. Mısır dilinde “güzel geldi” anlamına gelen Nefertiti diye anıldı ve tarihe de bu isimle geçti. Kesin olan tek şey onun Akhenaton ile evlendiği ve firavunun üzerinde büyük bir etkiye sahip olduğudur. Hatta rivayete göre Akhenaton’dan sonra Mısır’da hüküm sürmüştür. Genç yaşlarda evlendirilen bu çift, güneşin simgelediği ve tüm insanların eşit yaşama haklarına sahip olduğu tek tanrılı bir dinin temellerini atmışlardır.
Nefertiti, yaşadığı dönemin en güçlü kadınlarından biriydi ve kocası Akhenaton ile aynı seviyede bulunuyordu. Firavunun uygulaması gereken cezalar ile yapması gereken devlet işlerini yapma yetkisi de bulunuyordu. Bu durumdan halk ve din adamları memnun olmasa da firavunun emri kesindi.
Mısır’da ortaya çıkan bir salgın hastalık nedeniyle ölümler yaşanır. Öyle ki salgın hastalık Akhenaton’un yaşadığı saraya kadar gelir. Akheneton salgın hastalığa yakalanarak ölür ve yerine eşi Nefertiti tahta geçerek Mısır’ı yönettiği bildirilmektedir.
30.07.2024
İlham Baraç
 

Dünyapress TV

Xəbər lenti