Ardını oxu...
 

Mətbəx məkanını effektiv şəkildə təşkil etmək bacarığı qadının yüksək intellekt səviyyəsini göstərə bilər. Bu sadəcə gündəlik bacarıq deyil, strateji düşüncə və planlaşdırma qabiliyyətinin təzahürüdür.

Musavat.com moderator.az-a istinadən xəbər verir ki, inkişaf etmiş intellektə malik qadınlar tez-tez mətbəx məsələlərinə xüsusi yanaşma nümayiş etdirirlər. Onlar bir neçə gün öncədən menyunu əvvəlcədən düşünürlər ki, bu da onlara ərzaq alışlarını optimallaşdırmağa, vaxta və pula qənaət etməyə imkan verir. Bu cür planlaşdırma kortəbii qərarlardan və əlaqəli stressdən qaçmağa kömək edir.

Mətbəx qabları və məmulatlarının rasional yerləşdirilməsi yüksək intellektin daha bir əlamətidir. Ağıllı evdar qadınlar sizə lazım olan hər şeyin həmişə əlində olduğu rahat saxlama sistemi yaradırlar. Bu, nəinki bişirmə prosesini sürətləndirir, həm də onu daha dadlı edir. Bundan əlavə, vaxtı səmərəli idarə etmək və eyni zamanda bir neçə işi yerinə yetirmək bacarığı da intellektual inkişaf etmiş şəxslərə xasdır.

Mətbəx məkanının təşkilinə bu yanaşma analitik bacarıqlar, proqnozlaşdırma və planlaşdırma bacarığı tələb edir. Bu keyfiyyətlər adətən yüksək intellektə malik insanlarda olur. Üstəlik, düzgün təşkilat ümumi rifah və əhval-ruhiyyəyə müsbət təsir göstərən mətbəxdə xaos və stressdən qaçınmağa kömək edir.

Ardını oxu...
SİBİR (SABAR) TÜRKLERİNİN KADIN HÜKÜMDARIDIR.
469-576 SABAR hükümdarı BALAK HAN 520 yılında öldükten sonra yerine Boarık (Buğarık).Katun geçti. Emrinde yüz bin kişilik ordu vardı. Doğu Roma imparatoru 1JUSSTİNİANUS 528 yılında Boarık’ ile ittifak kurabilmek için kıymetli eşyalar ve mücevherler yolladı ve ittifak kurmayı başardı. Böylece uzun süredir devam eden Roma-Sasani savaşında ROMA, Sabar Türklerini kendi tarafına çekerek büyük bir müttefik kazandı
Koskoca Bizans imparatorluğu ordusu 40 veya 50 bin civarındaydı.
BAĞARIK KATUN Bizansa saldırsa alması iki günü bulmazdı, galiba, ama Justinianus bu büyük gücü bir kurnazlık ile yanına çekti ve dost oldu.
BOGARIK KATUN Türk tarihinde Tomris Khatun'dan sonra bir ordunun başına geçtiği bilinen ikinci kadın Hükümdardır
BAŞINA geçtiği ordu 100 bin kişilik bir orduydu. 6. yüzyılda Türk ve insanlık tarihi açısından büyük bir olaydır. ancak biz bu büyük olayı ne kendimize ne de dünyaya anlatabildik. Batının ve ARAPLARIN beş on bin kişilik ordular ile yaptığı savaşları kahramanlık destanları olarak dinledik.
GÖRÜYORUZ ki Tomris Katun ve Bogarık Khatun'un yanında bunlar Kumdan kaleler ve kurşun askerler ile oyun oynamışlar
TARİHİMİZE SAHİP ÇIKALIM BAŞKA DESTANLARA İHTİYACIMIZ YOK
KAYNAK: Bizanslı tarihçi Prokopios / Laszlo Rasonyi
KAYNAK : SÜMEROLOJİ.
Sevda Amanova
TEREF
 
Ardını oxu...
Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi ötən həftə Tehranda həbsxanada mühafizəçilər tərəfindən vəhşicəsinə döyülüb.

Bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Məlumata görə, onun xəstəxanada müalicə tələbləri qəti şəkildə rədd edilib. dirnaq modelleri

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
 
 
 
 
 

Ardını oxu...

"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşına məxsus dəbdəbəli London şəhərciyi və qolf klubu müsadirə edilib.

Gundemxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) məlumat yayıb.
Böyük Britaniyada Hacıyevanın əldə etdiyi sərvətin mənbəyini araşdırılıb.
Məlumatda bildirilir ki, hələ 2018-ci ilin noyabrında NCA Hacıyevanın qızının 500 min dollar dəyərində zərgərlik məmulatını müsadirə edib. Daha sonra 2019-cu ilin yanvarında NCA Hacıyevanın ərindən hədiyyə olaraq aldığı 1,5 milyon dollarlıq "Cartier "üzüyünü müsadirə edib.
İndi isə Hacıyeva Londonun Naytsbricdəki 17,8 milyon dollarlıq evindən, həmçinin Berkşir ştatının Askot şəhərindəki qolf klubundan imtina etməyə razılaşıb.
NCA hesab edir ki, həm ev, həm də qolf klubu külli miqdarda dələduzluq, oğurluq və çirkli pulların yuyulması yolu ilə əldə edilib.
NCA-nın məlumatında o da qeyd olunub ki, müsadirə olunan əmlak satışa çıxarılacaq və satışdan əldə edilən xalis gəlirin 70%-ni Böyük Britaniya hökumətinə təhvil veriləcək. Yerdə qalan 30% isə Hacıyevaya qaytarılacaq.

 

Gundemxeber.az

 
 
 
Ardını oxu...
Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.

Bu barədə Tənzilə Rüstəmxanlının seçki qərargahından məlumat verilib.

Növbəti görüş Boyat kəndində təşkil olunub. Görüşdə Tənzilə Rüstəmxanlının vəkilləri kənd ziyalıları, şəhid ailələri və qazilər iştirak edib.

Hər zaman olduğu kimi, bu dəfə də Tənzilə Rüstəmxanlı alqışlarla qarşılanıb. Açıq havada təşkil olunan görüşdə əvvəlcə dövlət himni səsləndirilib, daha sonra tədbiri açıq elan olunub.

Görüşü giriş sözü ilə açan öncül təhsil işçisi, yazıçı-publisist Rühəngiz Əşrəfqızı namizəd Tənzilə Rüstəmxanlının platforması haqqında danışıb, kampaniyanın “Neftçala üçün birlikdə!” şüarı altında keçirilməsindən və mahiyyətindən söz açıb və seçiciləri layiqli namizədə – Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıb.

Sonra namizədin vəkilləri ictimaiyyətə təqdim olunub.

Onlar da öz növbəsində çıxışlarında Tənzilə xanımın 30 ildən çox olan ictimai fəaliyyətindən, həmçinin namizədin görəcəyi işlər və tədbirlər planları haqqında ətraflı danışıb, Boyat kənd sakinlərini seçkilərdə aktiv iştirak edərək xanım namizəd Tənzilə Rüstəmxanlıya səs verməyə çağırıblar.

Daha sonra Tənzilə Rüstəmxanlıya çıxış edib. Ö, öz platforması haqqında məlumat verib. Xanım namizəd seçiləcəyi təqdirdə milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacağını, Neftçala sakinlərinin problemlərinin qabardılması və həlli yollarında bütün səy və bacarığını əsirgəməyəcəyini vurğulayıb.

Tənzilə xanım onlara millət vəkili olarsa, cəmiyyətin həssas qrupları olan şəhid və qazi ailələrinə xüsusi diqqət ayıracağını, problem və qayğılarını həll etməyə çalışacağını söz verib.

Sonra digər seçicilərin problemləri və təklifləri dinlənilib, məsələlərin həlli istiqamətində müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, Milli Məclisə keçiriləcək seçkilərin təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlının avqust ayı ərzində Neftçala sakinləri ilə görüşləri davam edəcək.
 
Ardını oxu...
Artıq 7 gündür avtomobilini diğər şəxsin adına qeydiyyata keçirə bilməyən vətəndaş Qocamanov Ayaz İlyas oğlu Azərbaycan Prezidenti İlham Əliyevə növbəti mütaciətini edib.

A.Qocamanov bir daha qeyd edib ki, sözügedən avtomobili 2022-ci ildə alarkən bu formada qeydiyyata alınıb: "Əlimdə olan videogörüntünü Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Baş Qeydiyyat-İmtahan idarəsinnin araşdırma aparan rəsmi şəxslərinə təqdim etmişəm. Bu görüntülərdə aşkar şəkildə görünür ki, avtomobil bu formada qeydiyyata alınıb. Amma buna baxmayaraq yenə də, mənim hüquqlarım pozulur və avtomobilim qeydiyyata alınmır.

Mətbuat vasitəsilə bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edərək xahiş edirəm ki, bu problemin həlli üçün Azərbaycan Respublikasının Daxili İşlər naziiri cənab Vilayyət Eyvazova göstəriş versin".
/bizimxeber.az/

 
 
 
Ardını oxu...
Ötən aylarda "tükəndim" açıqlaması ilə gündəmə gələn məşhur türkiyəli aktrisa Müjde Uzmanın İzmirin Çeşme rayonunda vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə məşhur aktrisa özü paylaşım edib.

Sosial media hesabında xəstəxanadan bir şəklini izləyiciləri ilə paylaşan M.Uzman astma tutması keçirdiyini bildirib.

"Astmadan boğulanda... Yaxşı ki, Hasan tibb bacısı var. Amma gedə bilmədim. Bu Çeşme məni heç göndərmir də", - deyə aktrisa yazıb.

Qeyd edək ki, Müjde Uzman son illərdə Türkiyənin ən populyar seriallarından olan "Kızılcık Şerbeti"ndə Alev rolunu ifa edirdi. Lakin bir neçə ay əvvəl o, tükənmişlik sindromuna tutulduğunu açıqlayaraq, serialdan çıxıb. Aktrisanın sağlamlıq problemləri hələ də davam edir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Gəncə şəhər sakini 15 yaşlı yeniyetmə axtarılır.

APA xəbər verir ki, 2009-cu il təvəllüdlü, Asya Spartak qızı Bədəlova iki gün öncə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Digər itkin düşən şəxs isə, Binəqədi qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Nərmin Elçin qızı Məmmədovadır.

Yeniyetmə gecə yaşadıqları ünvandan naməlum istiqamətdə gedərək bir daha geri qayıtmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hər iki yeniyetməni ailələri axtarırlar.
Ardını oxu...
Bakıda intihar hadisəsi baş verib.

seher.media-ın əldə etdiyi məlumata görə, hadisə 28 may küçəsində qeydə alınıb.

Belə ki, orta yaşlı qadın özünü yaşayış binasından ataraq canına qıyıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
 
Ardını oxu...
24 saylı Nizami birinci seçki dairəsindən bitərəf namizəd, VI çağırış üzrə deputat Könül Nurullayevanın maraqlı rəqibləri var.
Tribunainfo.az məlumat verir ki, xanım deputatın qarşısına çıxarılan şəxslərə diqqət yetirdikdə onun üçün “yaşıl işıq” yandırıldığı aydınlaşır.
Belə ki, rəqiblərdən biri Neft Şirkətinin mühəndisi Toğrul Bağırovdur.
Başqa biri Yerüstü Nəqliyyat Agentliyinin təsərrüfat şöbəsinin müdiri Əyyub Kərimlidir.
Digər diqqət çəkən namizəd Yeni Klinikadan direktor müavini Gülnar Nuriyevadır.
 

Dünyapress TV

Xəbər lenti