Ardını oxu...
Qadınların ən çox zorakılığa məruz qaldığı ölkə Banqladeşdir.

“World of Statistics”in araşdırmasına görə, Banqladeşdə yaşayan qadınların 50%-i zorakılığa məruz qalıb.

TEREF qadınların ən çox zorakılığa məruz qaldığı 10 ölkəni sizə təqdim edir:

Ardını oxu...
15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd olan plastik estetik və rekonstruktiv cərrah Vüqar Ələkbərovun əməliyyat etdiyi Babayeva Lalə adlı xanım ondan şikayətçidir. Şikayətçi bildirib ki, V.Ələkbərov onu əməliyyat etdiyi gündən həyatının qara günlərini yaşayır.

Tribunainfo.az xəbər verir ki, L.Babayeva adlı xanım 12 dekabr 2023-cü ildə bədənşəkilləndirmə və bulhorn (dodaq qaldırma) əməliyyatı etdirib. Komplekslərindən azad olacağını düşünən 33 yaşlı gənc xanımın, əksinə, ağlına gəlməyən başına gəlib və həmin gündən insan arasına çıxmağa utanır. O bu barədə “shownews”a danışıb:

“Dodağımda olan süni gedən azad olmaq və bədənşəkilləndirmə üçün “İnternatiolan Medical Center 1”-də çalışan cərrah Vüqar Ələkbərova müraciət etdim. Məni əmin etdi ki, istədiyin nəticəni alacağıq. Hətta dodaqqaldırma əməliyyatını da məsləhət gördü. Əməliyyatdan sonra bərbad günə düşdüm. Depressiyadan çıxa bilmirdim. Evə qapanmışdım. Utandığımdan evdən çıxa bilmirdim.
Öz səhvini ört-basdır etmək üçün 2024- cü il may ayının 2-də növbəti dəfə liposaksiya etdi. Dodağıma isə toxunmadı və məsləhət gördü ki, başqa həkim tapım. Liposaksiya isə bərbad.
2 dəfə ağır əməliyyatdan sonra bədənim yenə bərbad halda idi. Həftələrlə göz yaşı içində evə qapandım. Vüqar Ələkbərova şikayətimi bildirdikdə isə onun mənə verdiyi cavabdan növbəti şok yaşadım.
Mənə “sənin bədən quruluşun budur. İstədiyin bədən quruluşunu ala bilməzsən” dedi. Əgər ala bilməyəcəkdimsə, niyə mənə o ağır əməliyyatları icra etdiniz? Niyə məni gənc yaşda ruhən məhv etmisiz? Mənim gələcək həyatım necə olacaq? Saysız suallarıma cavab verəcək, çarə tapacaq insan yoxdur. Vüqar Ələkbərovun gördüyü işə görə mən artıq yaşamaq istəmirəm”.
Ardını oxu...


Ardını oxu...
Sabiq deputat Fəzail Ağamalının millət vəkilliyinə namizəd qızı Günay Ağamalı atası ilə fotosunu paylaşıb.

32gun.az xəbər verir ki, deputat olmaq niyyətində olan G.Ağamalı fotonu da telefonundakı gözəlləşdirmə edən proqramlardan biri ilə çəkib.
Fəzail müəllim də qızı kimi bəzəkli düşüb, sanki botoks olunub.

Həmin fotonu təqdim edirik:
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan parlamentinə seçkilərə artıq 1 həftə qaldı. Bu 1 həftə ərzində bir çox namizədlər seçicilərin ətəklərindən yapışaraq, onlardan səs istəyib, deputatlıq kreslosunu ələ keçirməyə çalışacaq.

Sözsüz ki, mandat əldə etmək bu şəxslər üçün çox ülvi bir hissdir. Ən azından, bəzi deputatlar 30 ildir artıq kreslosu ilə bir bütün olub. Hətta bəziləri o qədər kreslolarını sevirlər ki, estafeti övladlarına belə ötürürlər.

Avqustun 9-dan bəri bir çox namizədin sosial şəbəkə hesablarına baxmışıq. Çoxları əli qabar tutmuş, beli bükülmüş kəndlilərlə görüşündə özünü elə ağayana aparır ki, sanki alçaq dağları bu adam yaradıb. Hətta elələri də var ki, əlacı olsa, o adamların üzünə deyər ki, "burada mənəm, Bağdadda isə kor xəlifə". Düzdür, onsuz da seçkilərdən sonra öz xəlifəlik həyatını bu adamların bəziləri Milli Məclisin deputat kreslosunda yaşayırlar.
Parlament çox qəribə bir yerdir. Orada susan-danışan, dinən-dinməyən, alovlu və pafoslu çıxışlar edənlərlə yanaşı, mandatını bərkidib altına mal-mülk yığanlar da çoxdur. Biz onların mal-dövlətindən yazmaqdan yorulsaq da, görünən odur ki, onlar var-dövlətlərinə var-dövlət qatmaqdan heç yorulmurlar.

Parlamentdə danışanların əksi olaraq, fəaliyyəti dövründə susan deputatlar da çoxluq təşkil edir. Onlardan biri də parlamentin VI çağırış deputatı olan Ülviyyə Ağayevadır.
Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə məqalələr çərçivəsində bu gün də Ülviyyə xanımı "qonaq etmək" istədik.

Namizədliyini 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən bitərəf şəkildə verən xanım Ağayeva ilə bağlı apardığımız araşdırmalardan məlum olur ki, Tovuzun deputatı sayılan Ülviyyə Ağayevanın fəaliyyətindən Tovuz camaatı heç də razı qalmayıb. Belə ki, seçicilər onun parlamentdə hansısa problemi qaldırmasını, onların müraciətlərinə həssas yanaşmasını demək olar ki, görməyiblər. Ona görə seçicilərin əksəriyyəti Ü.Ağayevadan əlini üzüb.

Amma ondan narazı qalan təkcə sadə insanlar olmayıb. Hətta Vətən müharibəsinin qəhrəmanları da Ülviyyə xanımın Tovuza və tovuzlulara olan laqeydliyindən şikayət ediblər.

2021-ci ildə Tovuzun Aşağı Quşçu kəndindən olan qazi Tağıyev Aslan Varis oğlu da deputatdan şikayət edənlərdən olub. Yerli mətbuatda onun şikayəti ilə bağlı yazılan yazıdan bəlli olub ki, Qarabağ qazisi imkanı olmadığı üçün dərmanlarını almaq məqsədi ilə Tovuzun deputatı Ülviyyə Ağayevaya müraciət edib:

"Maddi vəziyyətim pisdir, dərmanlar alınmalıdır. Köməkçisi dedi ki, xəbər verəcəm, cavab çıxmadı. Sonra bir xeyriyyəçi dostumuz var, Yeganə xanım, sağ olsun, mənə yardım etdi. Sonra Ülviyyə Ağayeva açıqlama yayıb ki, ondan dərman yox, pul istəyib. Əgər istəmişəmsə, vəziyyətim pisdir ki, istəmişəm".

Göründüyü kimi, qazini vadar ediblər ki, Tovuzdan Bakıya gəlsin, Prezidentə müraciət etsin. Halbuki, deputat öz dairəsinin ərazisində yaşayan qazinin müalicəsinə hərtərəfli dəstək olmalıydı. Amma seçicilərinə yaramayan Ü.Ağayevanın qaziyə yardımçı olmaması təəccübləndirmədi.

Çünki bir deputat olaraq bu illər ərzində Ü.Ağayevanın hansısa vətəndaşın, tovuzlunun probleminə ürək qızdırması praktikada yoxdur. Özü isə həmin illərdə sosial şəbəkə hesabında açıqlama yayıb, bildirmişdi ki, TƏBİB-in rəhbərliyi ilə əlaqə saxlayıb və Tovuz rayon İcra Hakimiyyətinə də müraciəti əsasında dərhal qazinin Qazax Rayonlararası Psixiatriya Xəstəxanasına yola salınması üçün maşın ayrılıb, müayinə olunub, ona müalicəsi üçün dərmanlar yazılıb.

Deputat demişdi ki, köməkçisi Arzu Musayeva qazinin evində yaşadığı əmisi oğluna dərmanların onlara səhər tezdən çatdırılacağını bildirib. Cavab olaraq isə dərmanlara ehtiyacın olmadığını, Tovuz rayonunda yaşayan xeyriyyəçi xanımların köməklik edəcəyi bildirilmişdi. Qısacası, deputat və köməkçisi bir xeyriyyəçinin A.Tağıyevə yardım etdiyini biləndə öz dəstəklərini əsirgəyiblər. Qısacası, qazisinə laqeyd davranan deputat digər seçicilərinə niyə yaxşı davransın ki?

Ülviyyə xanımla bağlı etirazlar bununla da bitməyib. 2020-ci il parlament seçkilərində onun seçki təbliğatı zamanı bəzi qanunların pozması ilə bağlı dövri mətbuatda gedən yazını qısaca təqdim edirik:

"Ü.Ağayeva inzibati resurslardan, administrastiv imkanlardan istifadə edərək seçki təbliğatını aparır. Xanım namizədin sosial mediada yayılan fotoları ilə bağlı məlumat verilib ki, seçicilərlə görüşlərə məktəb direktorları, onların müavinləri ilə gedir. Tovuzun təhsil ictimaiyyətini özünün təbliğat kampaniyasına cəlb edən Ü.Ağayeva bununla seçki qanunu pozub.

Məktəb direktorları, müavinlər və müəllimlər təbliğat kampaniyasında hansısa namizədin ruporu, dəstəkçisi rolunu oynaya bilməz. Lakin heç bir elektoratı, seçici dəstəyi ala bilməyən Ü. Ağayeva təzədən bu dairədən deputat olmaq üçün onların imkanlarından yararlanır. Çünki nə seçki komandası var, nə də seçicilər onunla görüşlərdə iştirak edirlər.

V çağırış üzrə deputat olmuş Ü. Ağayeva 5 il ərzində heç bir fəaliyyəti, seçicilərlə görüşü, onların problemlərinə ürək qızdırması, qanu

n layihələrinin irəli sürülməsində təşəbbüskarlığı ilə seçilməyib.

Bu dairədə BDU-nun dosenti Vüsalə Dadaşova, ATU-da şöbə müdiri Nurlana Əliyeva, işsiz Sadiq Əsgərov, BDU dosenti Turqay Hüseynov, kredit mütəxəssisi Elvin İsmayılov, "42-ci paralel" jurnalının baş redaktoru Mehriban Məmmədova, 2 saylı uşaq bağçasının müdiri Günay Seyidovadır. YAP-ın namizədi isə Tovuz Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdir. Bu siyahı hər şeyi ifadə edir və Ü.Ağayevanın deputatlıq yolunda "yaşıl işıq" yandırılır.

Ü.Ağayevanın bu günə qədər nəzərə çarpan bir fəaliyyəti, hətta bir müsahibəsi, bir açıqlaması belə yoxdur. İllərdir mətbuatdayıq, amma bu deputatın bir dəfə də olsun fəaliyyəti ilə bağlı xəbər oxumamışıq. Deputat olan şəxsi heç olmazsa, öz xalqı, seçiciləri və mətbuat tanımalıdır. Amma təəssüf…

Bəlkə də Ülviyyə xanım reklamı çox sevmədiyindən mətbuata çıxmır. Ancaq heç olmasa belə bir deputatın var olmasını bilmək lazımdır".
Yazıdan da göründüyü kimi, 9 ildən çoxdur deputat olan xanım Ağayeva bu illər ərzində 1 dəfə də olsun seçildiyi dairəyə xeyir verməyib. Milli Məclisin ən passiv deputatlarından olan Ülviyyə xanım bu il də seçilmək eşqinə düşüb.

Mövzunu davam etdirəcəyik…

 
Ardını oxu...
“Moskvada Durovla Bakıda olan Yuliya Vavilovanın Qərb kəşfiyyatı tərəfindən ələ alınaa biləcəyi ilə bağlı versiya nəzərdən keçirilir. Hazırda Moskva ofislərində bu versiya üstünlük təşkil edir və müvafiq araşdırmalar aparılır”.

Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Haqqin.az-a müsahibəsində bildirib.

İlkin məlumata görə, Vavilova Parislə sıx əlaqədə olub.

Xatırladaq ki, Telegram messencerinin yaradıcısı Pavel Durovla birlikdə 24 yaşlı Yuliya Vavilova da Parisdə saxlanılıb. Bu barədə Baza telegram kanalı yazıb.

Nəşr bildirir ki, avqustun 16-da Yuliya İnstaqram səhifəsində Qazaxıstandan Azərbaycana uçduğunu yazıb. Qızın fonunda Embraer Legacy 600 təyyarəsi görünüb.

“Sosial şəbəkələrə görə, Yuliya Dubayda yaşayır və tez-tez özünü Pavel Durovun olduğu yerlərdə tapır. Avqustun 25-nə keçən gecə Yuliya internetdə görünməyi dayandırıb. Juliya özü özünü oyunçu, yayımçı, kripto-investor adlandırır və ərəb dilində kripto ilə bağlı kanal idarə edir”, deyə Baza qeyd edib.
 
Ardını oxu...
Onlar millət vəkillərindən və məmurlardan xahiş edirlər ki, rahat kreslolarını qoyub səngərlərə getsinlər

65 yaşlı Tamara “Washington Post” jurnalistlərini müşayiət edən ukraynalı hərbçilərə müraciət edərək deyir: “Bizim xahişimiz var - bizim Sudjanın şəklini çəkib Putinə göndərin... Prezidentə göstərin, qoy baxsın”.

Bununla belə, Vladimir Putin açıq şəkildə dinc əhaliyə və onların əziyyətinə əhəmiyyət vermir, çünki bədəli nə olursa-olsun, əsas olan qələbədir. O, ölkəni idarə edərkən, ordusunun yenidən çağırışçıları səfərbər edəcəyi ehtimalı var. Müharibədə, necə deyərlər, bütün vasitələr ədalətlidir - deyəsən, çağırışçılar bu hərbi strategiyanın tərkib hissəsinə çevriliblər.

Bu arada Ukrayna hərbi əməliyyatını davam etdirir və onun əsgərləri Kursk vilayətində üçüncü körpünü dağıdıb.

Kremlə yaxın olan iki keçmiş yüksək rütbəli Rusiya rəsmisi atəşkəs danışıqlarının perspektivlərinin daha da uzaqlaşdığına inandıqlarını bildiriblər. Onlardan biri deyib ki, Putin indi “sülhə deyil, qisas almağa” köklənib. “New York Times” ondan sitat gətirib.

Düşünməyə dəyər: bu qisas nə üçündür? Ən sadə məntiqə görə, əslində ukraynalılar qisas almalıdırlar - öz torpaqlarının işğalına, dinc əhalinin kütləvi şəkildə məhv edilməsinə və alçaldılmasına, evlərinin dağıdılmasına və məcburi qaçışa görə. Amma bu doğrudurmu?

Ukraynanın nəzarətinin miqyasını sənədləşdirmək və təxliyə olunmayan rus mülki vətəndaşlarının hansı şəraitdə yaşadığını yerində qiymətləndirmək üçün Kiyevin nəzarəti altında olan Rusiya ərazisindən xəbərlər verən “The Washington Post” müxbirlərini dinləyək.

Onların məlumatına görə, işğal etdikləri Ukrayna ərazilərindəki rus hərbçilərindən fərqli olaraq, Ukrayna ordusu onların nəzarətində olan Kursk vilayətində mülki əhaliyə yardım edir, onları qida və tibbi yardımla təmin edir. Jurnalistlər Ukrayna hərbçilərinin mülki şəxslərə qarşı talan və ya hücumlarına dair heç bir dəlil tapmayıblar.

“Qoy Putin sizin Zelenskinizlə razılığa gəlsin... Biz həqiqətən bir növ razılaşma istəyirik, uşaqlar. Sən bizə gəldin, sağ ol, bizimlə çox yaxşı davranırsan. Amma başa düşmək lazımdır ki, biz uşaqlarımızın yanına qayıtmaq, evə qayıtmaq istəyirik, bilirsinizmi? Biz hər şeyin dostcasına həll olunmasını istəyirik”, - deyə 57 yaşlı Marina “Post”un jurnalistlərini müşayiət edən ukraynalı hərbçilərə müraciət edərək bildirib.

Bəli, ruslar, ən azı Ukrayna, Belqorod, Bryansk və xüsusən də indi Kursk ilə həmsərhəd rayonların sakinləri döyüş bölgəsində, bombardmanlar, raket hücumları altında yaşamağın, zirzəmilərdə gizlənməyin necə olduğunu şəxsən hiss ediblər.

Bu baxımdan, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatının bəzi məqsədlərinə nail olunub. Rus xalqı düşünməyə, narazılığını ifadə etməyə başlayır. “Telegram” kanalları müharibənin özünü yox, hakimiyyətin hərəkətlərini pisləyən qəzəbli bəyanatlar və iradlarla doludur.

Aleksandr Nevzorovun “Telegram” kanalında Rusiyadan olan qadınların kifayət qədər hazırcavab üslub seçərək deputatlara və məmurlara müraciət etdiyi çox diqqətəlayiq bir video göründü. Övladları cəbhədə olan rus anaları dövlət məmurlarına və onların övladlarına vətənlərini müdafiə etdiklərinə görə xeyir-dua verir, onları nəinki düymə basmağa, həm də real hərəkətə keçməyə çağırırlar.

Qadınların müraciətində ölkə sərhədlərinin müdafiəçisi kimi onlara inamla bağlı ironik qeyd var. Onlar millət vəkillərindən və məmurlardan xahiş edirlər ki, rahat kreslolarını qoyub səngərlərə getsinlər. O zaman ölkənin onları xatırlayacağını vəd edirlər. Qadınlar övladlarının sağ-salamat qaytarılmasını tələb edərək, ölkədə kişilərin çox az olduğunu və indi bütün ümidin deputatlara, məmurlara və onların uşaqlarına olduğunu vurğulayırlar.

Cəsarətlə Rusiyada "xüsusi hərbi əməliyyat (SVO) başlayandan bəri vintlərin nə dərəcədə bərkidilməsini nəzərə alsaq, barmaqlıqlar arxasına düşmək və ya ən yaxşı halda külli miqdarda cərimələnmə riski var.

Əsgər analarının oğullarını xaricdə gizlədən, özünü bürokratik kreslolar və deputat düymələri ilə qoruyan dövlət məmurlarına bu çağırışı başqa bir çağırışla - 1941-45-ci illər müharibəsi zamanı vətənpərvərlik kampaniyası zamanı təbliğat plakatında təsvir olunan ananın çağırışı ilə çox bəlağətlidir.. - "Vətən çağırır!". Nadir istisnalarla, cəmiyyətdəki mövqeyindən, sosial mühitindən asılı olmayaraq hər kəsə bu, təsir edirdi. Amma SSRİ o zaman fərqli ideologiyaya malik başqa ölkə idi və ən əsası xalq öz torpağında vətənini müdafiə edirdi.

İndi nədənsə ruslar yad torpaqlarda “vətənlərini müdafiə etmək” üçün göndərilir və seçmə şəkildə - əyalətlərin sakinlərinə, yoxsullara səslənir. İndi isə yeni başlayan çağırışçıları cəbhə bölgəsinə göndərirlər.

Əsgərlərin analarının dinlənilib-eşidilməyəcəyini mühakimə etmək bizim işimiz deyil. Amma Kursk əməliyyatı onları da oyatdı.

Müəllif: Tata Əsgərova

Xüsusi olaraq AYNA üçün.
 
Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkian ölkəyə yeni vitse-prezident təyin edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Pezeşkian Şina Ənsarini vitse-prezident və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri vəzifəsinə təyin edib.
 
Ardını oxu...
Ötən il Azərbaycanda doğulan körpələrin 1,5%-i və ya 1 742-si 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalıb.
Belə ki, 2022-ci ildə 15-17 yaşlı analar tərəfindən dünyaya 2 011 uşaq gətirilib.
Məlumat üçün bildirək ki, “Ailə Məcəlləsi”nin tələbinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub (Maddə 10). Azərbaycanda 15-17 yaş həm də məktəb yaşı hesab olunur və bu səbəbdən də 1 742 körpə həm də məktəbyaşlı qızlar tərəfindən dünyaya gətirilib.
Onu da bildirək ki, məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı son 14 ildə 2 dəfədən çox azalıb.
Son 14 ildə məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı belə olub:
Ardını oxu...
 
 
 
Ardını oxu...
İranda ilk dəfə qadın yollar və şəhərsalma naziri təyin edilib
İranda Fərzanə Sadiqi yollar və şəhərsalma naziri təyin edilib.

Bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, İran parlamenti onun bu vəzifəyə təyin edilməsini təsdiqləyib.

O, İranda bu vəzifəni tutan ilk qadındır.
 
Ardını oxu...
ABŞ polisi "Reservoir Dogs" və "Kill Bill" filmlərindəki rolları ilə məşhur olan aktyor Maykl Madseni məişət zorakılığı ittihamı ilə saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Madsen guya arvadını itələyib, hətta mübahisədən sonra onu Los-Ancelesdəki evlərindən qovub. 66 yaşlı aktyorun saxlanılma səbəbi kimi bu göstərilir.

Qeyd edək ki, ər-arvad arasında olan münaqişənin səbəbləri məlum deyil.
 

Dünyapress TV

Xəbər lenti