Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verən dəhşətli qətl hadisəsi geniş ictimai rezonans doğurub. Hadisə sözügedən kəndin qoyunçuluq təsərrüfatı sahəsində qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşı Röyal Hüseynovu amansızcasına qətlə yetirib.

Belə ki, Mətanət Hüseynova aralarında yaranmış mübahisə zamanı Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub. Cinayəti ört-basdır etmək məqsədilə ertəsi gün meyiti hissələrə bölərək yaxınlıqdakı kollektora atıb.

Kənd sakinlərinin sözlərinə görə, Mətanət Hüseynova tanınmış cərrahın qızıdır və ailəsi onun Röyalla evliliyinə qarşı çıxıb. Buna baxmayaraq, cütlük ailə quraraq Yeni Uluxanlı kəndində məskunlaşıb. Ailənin üç övladı olduğu və uzun illər qoyunçuluqla məşğul olduqları bildirilir. Röyal Hüseynovun isə Salyan rayonunun Şəkərli kəndindən olduğu və yaxın qohumları ilə münasibətlərinin az olduğu qeyd edilir.

Qətli törətməkdə təqsirləndirilən Mətanət Hüseynovanın atası, tanınmış cərrah Fədail Salmanov, qızı ilə əlaqələrini çoxdan kəsdiyini və ondan imtina etdiyini açıqlayıb.

Röyal Hüseynovun hissələrə ayrılmış cəsədi ekspertizadan sonra yaxınlarına təhvil verilib və o, bu gün doğulduğu Şəkərli kəndinin qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. Mətanət Hüseynova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və hazırda istintaq davam edir.

 

Dünyapress TV

Xəbər lenti