Ardını oxu...
Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru Günay Musayeva vəzifəsindən imtina edib.

Oxu.Az xəbər verir ki, o, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi kimi gedib.

Günay Musayeva "Böyük Qayıdış" prosesində iştirak etməkdən qürur duyduğunu deyib.
 
Ardını oxu...
Almaniyada baş verən ağlasığmaz cinayət dünyanın gündəmini zəbt edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada kosmetoloq rəfiqəsi ilə birlikdə blogeri vəhşicəsinə öldürüb.
Ardını oxu...
Fotoda: Schahraban K.

Khadidja O. adlı qıza 56 bıçaq zərbəsi vuran Schahraban K. və əlbir olduğu Sheqir K. bunu dini ayinlə əlaqələndiriblər.

Belə ki, Schahraban K. sosial şəbəkədə tapdığı oxşarını öldürməklə guya öz ömrünü uzatmış olub. O, elə düşünüb ki, bu üsulla əcəldən yayına biləcək.
Ardını oxu...
Fotoda: Khadidja O.

Blogerin meyiti qızların maşınından tapılıb. Valideynləri polisə xəbər verib. Qızlar dərhal polis tərəfindən saxlanılıb.

Onlar ifadələrində bildiriblər ki, sosial şəbəkədə tanış olduqları Xədicəni ( Khadidja O.) reklama çəkmək adı ilə görüşə çağırıb sonra bu cinayəti törədiblər.

Cinayətlə bağlı 190 nəfər dindiriləcək. Sirli cinayətin üstünü tam detalları ilə açmaq üçün məhkəmədə psixoloq və ekspertlər də iştirak edəcək.
 
Ardını oxu...
Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə ittiham olunan Zərifə Abbasovanın məhkəmə araşdırması yekunlaşıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Zərifə Abbasova barəsində ibtidai istintaq dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. Məhkəmənin ilk iclasında da onun sərbəst mühakimə edilməsinə qərar verilmişdi.

Amma bir neçə iclas sonra xanım müttəhim məhkəmədən gizlənib. O, həbsli axtarışa verilib. Üstündən 7 ay keçməsinə baxmayaraq, yerini müəyyən etmək mümkün olmayıb.

Bugünkü prosesdə prokuror Orxan Səmədov çıxış edərək məhkəmədən qiyabi qaydada ittihamedici hökm çıxarılmasını, üzərinə həbs qoyulmuş əmlakın müsadirə edilməsini istəyib.

Əhməd Quliyevin sədrlik etdiyi məhkəmə tərkibinin qərarı ilə Z.Abbasova qiyabi olaraq 10 il 6 ay azadlıqdan məhrum edilib. Onun evi ziyanın ödənilməsinə yönləndirilmək məqsədilə müsadirə edilib.

Qeyd edək ki, mühasib işləyən Zərifə Abbasova 2017-2022-ci illər ərzində Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırmaqda, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməkdə ittiham edilir. İstintaq materiallarında yazır ki, Z.Abbasova nümayəndəliyin rəhbəri Peter Mixalko və onun müavini Zoltan Szalainin ona qarşı inamından istifadə edərək vaxtaşırı onların səlahiyyətində olan möhürləri götürərək sənədlərə möhür vurub, onların yerinə imzalar atıb. Bundan sonra o, nümayəndəliyin hesabından şəxsi avro və manat hesablarına köçürmələr edib. Öz bank kartına köçürdüyü pulları əsasən, onlayn formada şəxsi ehtiyacları üçün xərcləyib.

Z. Abbasova məhkəmədə özünü qismən təqsirli bilib. O, 983 min deyil, 50 min manat mənimsədiyini etiraf edib.
 
 
 

Ardını oxu...

Oğlu rusiyalı aktrisa Aqata Musenizedən imtina edib.

 

Gundemxeber.az xəbər verir ki, bu haqda o özü açıqlama verib.
Sənətçi etiraf edibi ki, oğlu 11 yaşlı Timofey avqust ayından evi tərk edib və onunla ünsiyyətini kəsib:
"O, avqust ayından bəri evdə deyil, atası ilə qalır. Qızım Mia qardaşı üçün çox darıxır. Tim bizimlə ünsiyyət qumur. Düzünü desəm, bu barədə nə edəcəyimi anlamıram. Tək qalmaq istədiyini deyir. Təbii ki, onun kiçik ürəyinin bu qərarları təkbaşına verdiyini düşünmürəm. Mən Timofeyin nə qədər çevik psixikaya malik olduğunu bilirəm və bu sınaqda məğlub olsam belə, bundan heç vaxt istifadə etməyəcəyəm. İndi mənim analıq hisslərimin necə tapdalanmasını və Timofey ilə Mia arasındakı əlaqənin kəsilməsini uzaqdan izləyirəm. Zaman hər şeyi göstərəcək".

Xatırladaq ki, Pavel Priluçiy və keçmiş həyat yoldaşı Aqata Musenize 2020-ci ildə boşanıblar. Onların bu nikahdan iki övladı var

 

Gundemxeber.az

Ardını oxu...
Rusiyanın Tolyatti şəhərində bütün ictimaiyyəti sarsıdan dəhşətli faciənin təfərrüatı məlum olub. Belə ki, mənzillərdən birində eyvanda çoxsaylı bıçaq yarası ilə cəsədləri aşkar edilən 2 və 5 yaşlı iki qızın bədənlərində dişləmə izləri tapılıb.

Bu barədə “Shot” “Telegram” kanalı şahid ifadələrinə istinadla xəbər yayıb.

Qeyd edək ki, amansız cinayətdə əsas şübhəli onların 13 yaşlı ögey bacısıdır.

Məlumata görə, faciə zamanı qızların valideynləri “mənzilə qanunsuz daxil olma” işi ilə bağlı polis idarəsində dindirilmədə olublar. Belə ki, daha əvvəl ana həyat yoldaşı barədə onu döydüyü və xəyanət etdiyi ilə bağlı şikayət edib. Sonradan cütlük barışsa da, polis idarəsində ifadə verməli olublar. Həmin müddətdə isə 10 yaşlı qız da evdə olmayıb, kiçik uşaqlara onların 13 yaşlı bacısı baxıb.

10 yaşlı qız evə qayıdanda, eyvanda qan gölməçəsində kiçik bacılarının kəsilmiş cəsədlərini aşkar edib, bu zaman böyük bacı evdə olmayıb. O, dərhal anasına zəng edib.

Sonradan məlum olub ki, 13 yaşlı qız parka rəfiqələri ilə gəzməyə gedibmiş. Ana baş verənlərlə bağlı qızına mesaj yazanda isə o, belə cavab verib: “Bəli, mənəm! Hahaha”.

Faciənin baş verdiyi ailə qonşular tərəfindən müsbət xarakterizə olunur. Şübhəli qızda indiyə kimi heç bir psixi pozğunluq müşahidə edilməyib. Qızlar yaxşı oxuyur və dərnəklərə gedirdilər.

“Bu hamımız üçün böyük şokdur. O həmişə sakit, təvazökar, mehriban olub. Anası vaxtaşırı ondan kiçiklərə baxmağı xahiş edirdi”, – deyə ailəyə yaxın mənbə bildirib.

Ümumilikdə qadın beş qız böyüdüb: üçü ilk nikahdan, ikisi isə indiki həyat yoldaşından (18 yaşlı böyük qızı ayrı yaşayır).

Hazırda müstəntiqlər dəhşətli cinayətin bütün təfərrüatlarını və 13 yaşlı qızın motivlərini araşdırırlar. Valideynlər və sağ qalan bacılar dərin şok vəziyyətindədirlər.

Regional İstintaq Komitəsinin məlumatına görə, şübhəli yeniyetmə qız psixiatrik müayinə üçün psixiatriya xəstəxanasına yerləşdirilib.



 
 
 
Ardını oxu...
Avstraliyalı əkiz bacılar Eypril və Ameliya Meddison uşaqlıqdan hər şeylərini bölüb, eyni maraqları və həyatları var.
Bakupost.az xəbər verir ki, indi bacılar təkcə kosmetika, geyimlərini yox, həyat yoldaşını da eyni seçmək qərarına gəlib.
Əvvəllər əkizlər müxtəlif oğlanlarla sevgili olublar, amma həmişə də qısqanclıq səbəbindən ayrılıblar. Çünki bacılar bir-birindən ayrı qala bilmir.
Ona görə də onlar bir kişi ilə evlənib, üçlükdə, bir evdə yaşamaq istəyirlər.
Eypril və Ameliya əzələli, idmançı və tatulu oğlan axtarır.
Qızlar bildirir ki, onlar birlikdə yemək yeyəcək, gəzəcək, lakin intim həyat növbəli olacaq.
 
Ardını oxu...
2023-cü il fevralın 10-u səhər saat 8 radələrində Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurova qətlə yetirilib.

Hadisə Sarayevevo küçəsi, ev 14, mənzil 63-də baş verib. Hadisə yerinə baxışda iştirak edən 2007-ci il təvəllüdlü Ziya Mansurov mətbəx bıçağı ilə anasını öldürdüyünü etiraf edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Solmaz Mansurovanın bədən səthində 195 ədəd bıçaq yarası aşkar edilib. Onun ölümünə kəskin qanitirmə səbəb olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Solmaz Mansurova oğlu Ziya Mansurova daim şərəf və ləyaqətini alçaldıb fiziki ağrılar verib. Ziya bunun üçün qisas məqsədi ilə anasını öldürmək qərarına gəlib. O, fevralın 10-u səhər saat 6 radələrində yaşadıqları evin mətbəx otağından bıçağı götürərək, yataq otağına keçib və çarpayıda yatan qadına zərbələr vurmağa başlayıb.

Solmaz Mansurova xilas olunmaqdan ötrü, müqavimət göstərərək digər otağa qaçıb. Ancaq Ziya ona çatıb, bacılarının gözlərinin qarşısında həmin otaqda, anasının bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq anasını xüsusi amansızlıqla öldürüb.

İş üzrə dindirilmiş Ziya Mansurov bildirib ki, Xətai rayonunda yerləşən məktəb-liseydə 9-cu sinifdə oxuyur. Uşaqlıqdan anası tərəfindən pis rəftara məruz qalıb, ləyaqəti alçaldılıb, mütəmadi döyülüb:

"Bir dəfə Adil adlı sinif yoldaşımla telefonla danışan zaman anam üstümə qışqıraraq məni söydü. Bunu eşidən sinif yoldaşım qorxusundan telefonu söndürdü. Özəl şirkətdə mühafizəçi işləyən atam fevralın 9-u saat 18 radələrində gecə növbəsinə getmişdi. Həmin gün məktəbə gedib günorta qayıtdım. Evdə nahar edib hazırlığa yollandım. Evə qayıdandan sonra bir qədər telefonda oyun oynadım.

Əsəblərim gərgin olduğundan anamı öldürmək qərarına gəldim. Bütün gecə bunu fikirləşdiyim üçün yata bilmədim. Ayın 10-u səhər saat 6 radələrində yatdığım otaqdan çıxıb, mətbəxə keçdim. Bıçağı götürüb, anamın yatdığı otağa girdim və çarpayıda yatan Solmaz Mansurovanın başına və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirdim. Anam yuxudan ayılaraq qışqırıb bıçağı məndən almağa çalışdı. Müqavimət göstərirdi. Sonra anam bacılarımın yatdığı otağa qaçdı. Əlimdə bıçaqla onun arxasınca qaçdım. Səs-küyə oyanan bacılarım Nigara və Nərminə qarşımamalarını deyərək, həmin otaqda anama zərbələr vurmaqda davam etdim. Anam güclə ayaq üstə qalaraq əvvəl ayaqyoluna, sonra isə hamama qaçdı. Qapını bağlamağa çalışsa da, buna imkan vermədim. Hamam otağında yerə yıxılan anama yenə xəsarətlər yetirdim. Qadının səsi kəsildi və o, yerdə, hərəkətsiz vəziyyətdə qaldı. Sonra hamamdan çıxdı, halı pisləşmişdi. Atam, sonra isə təcili yardım briqadası ilə polis əməkdaşları gəldilər".

Əvvəl də anasını eyvandan itələyib yıxmaq istəyib

Zərərçəkmiş şəxsin hüquqi varisi Sabir Hüseynov ifadəsində göstərib ki, qızı Solmaz Faiq Mansurovla ailə həyatı qurub, nikahlarından 3 övladları dünyaya gəlib:

"Solmaz "8-ci kilometr" bazarında yerləşən qadın paltarları mağazasında satıcı işləyirdi. 2023-cü il fevralın 4-də Ziya anasını eyvandan itələyərək yerə yıxmaq istəyib, lakin Solmaz bundan yayındığı üçün oğlunun istəyi baş tutmayıb. Solmaz nə üçün belə hərəkət etdiyini soruşanda, oğlu guya zarafat etdiyini demişdi. Bu hadisəni Solmaz mənə zəngləşəndə danışıb. Bundan 6 gün sonra Ziya anasını yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə zamanı kürəkənim Faiq evdə olmayıb. Cinayəti gizlətməkdən ötrü Nigar atasına zəng edib, anasının özü-özünə bıçaq zərbələri vuraraq intihar etdiyini deyib. Lakin polis əməkdaşları hadisə yerinə gəldikdən sonra məlum olub ki, bu intihar hadisəsi deyil".

Şahid Faiq Mansurov bildirib ki, arvadı Solmaz çox əsəbi adam olub. Evdə və işlədiyi mağazada heç kəslə yola getməyib:

"Kiçik bir səbəb hövsələdən çıxmasına, məni, oğlumu və qızları söyməsi, hətta zor tətbiq etməsi üçün əsas olurdu. Bir dəfə mübahisə edən zaman mətbəx bıçağı ilə ayağıma xəsarət yetirmişdi. Amma Solmaz arvadım olduğu üçün polisə məlumat vermədim. Ziya məni anasından boşatdırmaq məqsədilə, anasının telefonunda saxta kişi profili yaratmışdı və qadının həmin şəxslə sevgi söhbətləri aparmasını göstərmişdi. Sonra oğlum telefonda olan yazışmaları mənə göstərdi. Mən də mətbəxdə olan Solmaza ismarışları göstərərək, kiminlə yazışdığını soruşdum. Arvadım bu yazışmaların ona aid olmadığını demişdi.

Fevralın 10-da səhər qızım Nərmin Solmazın telefonundan mənə zəng edərək, Ziyanın analarını öldürdüyünü bildirdi. Dərhal işdən çıxıb, evə gəldim. Mənzilə girəndə, qızların qonaq otağında divanda oturduqlarını, oğlumun isə ayaq üstə dayanıb ağladığını, Solmazı isə hamam otağında, yerdə uzanıqlı, qana bulaşmış vəziyyətdə gördüm. Yaxınlaşıb nəbzini yoxladım.

Ziyadan niyə öldürdüyünü? soruşanda, o ağlayaraq, cavab vermədi. Sonra zəng edib hadisə barədə qardaşıma və Gəncə şəhərində yaşayan qayınatama məlumat verdim".

Şahid Nigar Mansurova ifadəsində göstərib ki, anaları əsəbi, çox çılğın qadın olub, onları döyüb, təhqir edib, ataları ilə belə yola getməyib:

"Fevralın 10-da səhər bacımla qışqırıq səslərinə oyandıq. Yuxulu olduğumuz üçün heç nə anlaya bilmədik. Anamızın qardaşımın vurduğu bıçaq zərbələrindən yayınmağa çalışdığını gördük. Ziya bizi hədələyərək, hərəkətlərinə müdaxilə etməməyimizi və qonaq otağına keçib oradan çıxmamağımızı bildirdi. Qorxaraq bacımla qonaq otağına qaçıb qapını bağladıq. Bir müddətdən sonra anamın qışqırıq səsi kəsildi. Qonaq otağından çıxıb, anamızı hamam otağında uzanıb qaldığını gördük. Bundan sonra Nərmin atamıza zəng edərək, təcili evə gəlməsini dedi".

Məhkəmə iclasında Ziya Mansurov ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olmasını qeyd edib.

Prokuror təqsirləndirilən şəxsə 11 il cəza təyin edilməsini istəyib.

Məhkəmə nəticəyə gəlib ki, istintaq orqanı tərəfindən Ziya Mansurovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Məhkəmə onun yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib. Mansurovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə Ziya Mansurov 10 il müddətinə azadlıqdan məhrum olunub.
 
Ardını oxu...
  

Türkiyə xəstəxanalarından birinin doğum şöbəsində əlində ov tüfəngi olan qadın bir neçə nəfəri girov götürüb.

Bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, naməlum qadın Kahramanmaraş şəhərindəki doğum evinin və uşaq xəstəxanasının təcili yardım şöbəsinə silahla daxil olaraq, xəstəxana işçilərini girov götürərək xəstələri təhdid etməyə başlayıb.

Onun heç bir tələb irəli sürmədiyi qeyd olunur.

Hadisə yerinə fövqəladə xidmətlər və Türkiyə xüsusi təyinatlıları gəliblər.

Polis qadını təslim olmağa razı salıb və o, saxlanılıb./oxu.az


Ardını oxu...

Türkiyənin sabiq Prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gülü İngiltərədə qarət ediblər. 

Sozcu.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, hadisə sentyabrın 13-ü baş verib. İngiltərəyə gedən cütlük Türkiyəyə qayıdan zaman H. Gülün çantası polis tərəfindən oğurlanıb.

İddianı Abdulla Gülün mətbuat müşaviri Birol Avşar da təsdiqləyib. O bildirib ki, hadisə Gül ailəsi İngiltərədən çıxarkən baş verib. Çantada avro və funt-sterlinq olub.

Hadisə ilə əlaqədar İngiltərə və Türkiyə səfirliklərinə məlumat verilib. Onların məsələ ilə yaxından maraqlandığı bildirilir.

Dünyapress TV

Xəbər lenti