Ardını oxu...
İspaniya kraliçası Letisia Mayorkada ailəvi tətil zamanı “Zara”dan qısa ətəkli paltar geyindiyi üçün sosial mediada tənqid olunub.

O, bazar günü qızları şahzadə Leonora və şahzadə Sofiya, həmçinin qayınanası kraliça Sofiya ilə birlikdə Palma de Mayorkadakı “Paseo de Saqrera” bazarında görüntülənib.

Bundan sonra İspaniya kral ailəsi “Beatbik” restoranında şam yeməyinə gedib.
Ardını oxu...

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Ana beş övladı ilə beş gündür parkda gecələyir.

Parkda gecələyən ailəni İctimai TV-nin əməkdaşları ziyarət edib.

Məlum olub ki, ailə Azərbaycan Uşaqlar Birliyinə yerləşdirilib.

Birliyin sədri Kəmalə Ağazadə bildirib ki, ananın 32, ən böyük övladın 12, ən kiçiyinin isə 1 yaşı var. Uşaqların üçü həm fiziki, həm də əqli qüsurludur.

“Qadın iddia edir ki, övladlarının birinin böyrəyindəki stendi çıxartdırmaq üçün Bakıya gəliblər. Gah da deyir ki yoldaşının cibindən pulu oğurlandığı üçün küçədə qalıblar” – deyə, komitə sədri bildirib.

 
Ardını oxu...
Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib.
 
Ardını oxu...
Şənbə günü Kosovo sərhədində casusluqda şübhəli bilinərək həbs edilən rusiyalı jurnalist Daria Aslamovanın sərbəst buraxıldığı deyilir.

Publika.az xəbər verir ki, bu barədə onun çalışdığı “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.

Bildirilib ki, jurnalist Daria Aslamova redaktorlarla əlaqə saxlayıb və Serbiya-Kosovo sərhəddindəki Raska şəhərində olduğunu deyib. Qeyd olunur ki, avqustun 7-nə keçən gecə Kosovo hakimiyyəti onu azad edib və o, müstəqil şəkildə avtobusla təyinat yerinə çatıb.

“Səhər saat dörddə sərhədə çatdım. Serb sərhədçiləri də məni dindirdilər. Deportasiya nişanının niyə olmadığını öyrəndilər”, - deyə Aslamova bildirib.

O, həmçinin əlavə edib ki, Kosovoda saxlandıqdan sonra ona amerikalılarla dəyişdirilə və ya Ukraynaya ekstradisiya oluna biləcəyi bildirilib.

Avqustun 7- də bildirilmişdi ki, “Komsomolskaya Pravda” qəzetinin jurnalisti Daria Aslamova Kosovoda saxlanılandan bəri əlaqə saxlamayıb. KİV-in məlumatına görə, Aslamova Serbiya ilə Kosovo arasında artan gərginliklə bağlı xüsusi reportaj hazırlayırmış.
 
Ardını oxu...
Rusiyanın "Komsomolskaya Pravda" qəzetinin jurnalisti Darya Aslamova Kosova ərazisinə daxil olmağa çalışarkən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalistin işlədiyi redaksiya məlumat yayıb.

Aslamovanın Kosovoda cəsusluqda ittiham olunaraq saxlanıldığını bildirilib.
Ardını oxu...
İran hökuməti mübahisəli dondurma videosundan sonra qadınların reklamlara çəkilməsini qadağan edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, İran rəsmilərinin qəzəbinə qırmızı çadralı qadının “Magnum” dondurmasını dişlədiyini əks etdirən video səbəb olub. Din xadimləri videodan qəzəblənib və dondurma istehsalçısı “Domino”nu məhkəməyə verməyi tələb ediblər. Onlar reklamın ictimai ədəb-ərkan qaydaları ilə ziddiyyət təşkil etdiyini və qadın dəyərlərinə xələl gətirdiyini bildiriblər.

1979-cu ildə baş verən İslam inqilabından sonra İranda qadınların hicab geyinmələri icbari xarakter alıb.
 
Ardını oxu...
Afon, əslində 335 kvadrat kilometr sahəsi olan yarımadadır. Bu pravoslavlıqdakı nikahsızlıq əhdinin qorunması üçün ən rahat yoldur. Bura həm də dünyada qadınların gəlməsi qadağan edilmiş ən böyük ərazidir.
… Yeni Zelandiyadakı Te Papa Muzeyində bu ölkənin tarixinə səyahət 25.000-dən çox paltar və fotoşəkilin seçildiyi obyekt vasitəsilə həyata keçirilir. Bu vəziyyətdə, qadınlara giriş qadağasının ümumilikdə deyil, hamilə qadınlar və mensturasiya zamanında olanlar üçün nəzərdə tutulduğu söylənilir. Səbəbi…
Ətraflı videomaterialda:

 
 
 

Ardını oxu...
Milli Məclisə VI çağırış deputat seçilən Afət Həsənova bu dəfə öz tərcümeyi-halında yazdığı bir cümlə ilə gündəmə gəlib.

Deputat CV-sinə özü və fəaliyyəti haqqında məlumatları əlavə edib. Bura qədər hər şey normal olsa da, Afət Həsənovanın sonda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızı olduğunu xüsusilə vurğulaması işləri korlayıb.

Afət Həsənova bununla sanki özünü sabiq nazirin kölgəsi kimi hiss etdirib. Təəssüflər olsun ki, Azərbaycanda məmurlar arasında qohumbazlıq, yerlipərəstlik, daha üstün vəzifə sahibləri ilə “qohum” olmaq ənənələri hələ də öz aktuallığını qoruyub saxlayır.

Görünür, deputat Afət Həsənova da öz şəxsi tərcümeyi-halına heç bir aidiyyatı olmayan bu məlumatı daxil etməklə daha böyük dividentlər qazanacağını, sanki bütün qapıların onun üzünə açılacağını düşünüb. Əks halda öz CV-sinə Hüseynqulu Bağırovun qohumu olduğunu niyə əlavə etsin ki…
 //konkret.az//

Ardını oxu...
Ardını oxu...
Okeanın o tayına – ABŞ-a köçmək yəqin ki, bir çoxlarının arzusudur. Bu arzunu gerçəkləşdirməyin bir sıra üsulları olsa da, ən rahat və asan yol Greencard qalibi olmaqla “xəyallar ölkəsi”nə səyahət etməkdir.

Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan da ABŞ-a köçmək arzusunda olanlar Greencard-a müraciət edirlər. Bu insanlar arasında müxtəlif kateqoriyalı şəxslərin olması heç də təəccüblü deyil.

Ancaq əminik ki, “Greencard Azərbaycan” şirkətinin rəsmi Facebook hesabında yazılan yüzlərlə rəydən biri bütün oxucuların təəccübünə səbəb olacaq.

KONKRET.az-ın xəbərinə görə, Şabran rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva da ABŞ-a köçmək arzusunda olan şəxslər sırasındadır. Onun bu arsuzu “Greencard Azərbaycan” şirkətinin rəsmi Facebook səhifəsində yazdığı rəydə aydın hiss olunur. Belə ki, Natavan Mustafayeva Greencard qaliblərindən birinin paylaşımında “inşallah, növbəti il qazanaram” rəyini yazıb. Görünür ki, başçının müavini bir neçə dəfə Greencard-a müraciət edib, lakin qalib olmayıb.

Dövlət qulluğunda çalışan, belə yüksək vəzifə üçün etimad göstərilən bir şəxsin ölkəni tərk etmək istəməsi təəccüb doğurmaya bilməz.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İmtahanlarda 700 bal topladığıma görə çox sevinirəm. Bunun üçün ilk növbədə müəllimlərimə, valideynlərimə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.

Teref.az Azərtac-a istinadən xəbər verir ki, bunu müsahibəsində IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplayan 125 nömrəli tam orta məktəbin məzunu Nigar Ağazadə söyləyib.

“Ali məktəbə qəbul imtahanlarının birinci cəhdində 697 bal yığmışdım, 700 bal üçün cəmi 3 bal çatmırdı və bu məni çox məyus etmişdi. İkinci dəfə imtahanda iştirak etməkdə çox tərəddüd edirdim. Müəllimlərim və ailə üzvlərim arasında ikinci dəfə imtahanda iştirak etməyimə razı olanlar və olmayanlar da var idi. Ən çox peşman olmaqdan qorxurdum. Buna baxmayaraq ikinci dəfə şansımı sınamaq qərarına gəldim və imtahanda iştirak edərək maksimum nəticəni göstərdim”.

Nigar Ağazadə qeyd edib ki, imtahanların cavabını çox həyəcanla gözləyirdi:

“Ali məktəblərə qəbul imtahanlarına iki il hazırlaşdım. Əvvəlcə birinci ixtisas qrupu üzrə hazırlaşırdım. Lakin X sinfin sonunda fikrimi dəyişərək IV ixtisas qrupu üzrə imtahan verməyi qərara aldım. Ona görə də qarşımda olan bir ili, yəni XI sinifdə təhsil alarkən çox gərgin və məsuliyyətlə çalışdım. Zəhmətimin bəhrəsini görmək məni çox sevindirir. Bu uğuruma görə xüsusən müəllimlərimə, mənə dəstək olan valideynlərimə böyük təşəkkür edirəm. Müəllimlərimin mənə verdikləri təhsilin qarşısında bu uğuru qazandığım üçün çox sevincliyəm”.

Qeyd edək ki, Nigar Ağazadə məktəblərə imtahanlarda hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
 

Dünyapress TV

Xəbər lenti