Ardını oxu...
Kulis.az Monika Belluçinin portretini çəkən, YUNESKO Rəssamlar İttifaqının fəxri üzvü Sakit Məmmədovu doğum günü münasibəti ilə təbrik edir və onunla müsahibəni təqdim edir.

- Ənənəvi sualla başlayaq. Necə hiss etdiniz ki, sizdə rəssamlıq qabiliyyəti var?

- Bütün uşaqlar kimi mən də divarları yaza-yaza başladım. Uşaqlığım dəniz sahilində keçib. Qumluqda yaza-yaza, çəkə-çəkə rəssam oldum. Uşaqların əksəriyyətində şəkil çəkmək üçün həvəs və istedad olur. Lakin böyüdükcə çox adamda bu qabiliyyət və həvəs sönür. Məndə isə sönmədi.

Mənə qədər nəslimizdə rəssam olmayıb. Ancaq məndən sonra böyük bir rəssam nəsli yetişməyə başladı. Bilirsiniz, elə ailələr var, nə o ailənin üzvləri, nə də qohumları istəmir ki, onlarda kimsə rəssam olsun. Buna onların gözü qabağında uğursuzluğa düçar olan rəssamlar səbəb olur. Bu başqa incəsənət sahələrinə də aiddir.

Lakin elə ailələr də var, onlarda çox gözəl peşə sahibi yetişir. Ailənin davamçıları isə böyüklüyünü, hörmətini, şöhrətini görüb onun kimi olmağa can atırlar. Ancaq deyim ki, bu məşhurluq da hər adama qismət olmur...

Çünki o zirvəyə yalnız zəhmət və əziyyətlə çatmaq mümkündür. Bunun üçün yalnız istedadlı olmaq bəs etmir. Uğurun 10%-i istedadın, 90%-i zəhmətin payına düşür. Təbii, buraya insanın keçdiyi məktəbin ona bəxş etdiyi professionallığı da qatmaq lazımdır. O məktəb ki, sənətkarın ruhunu ortaya çıxarır. Onun haraya aid olduğunu göstərir. Sənətkarın ruhu da onun rənglərində gizlənir.

- Sonra gəlir həyatınızın ən anlamlı hissəsi - tələbəlik illəri...

- Bəli... tələbəlik illərim Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində keçib. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra əsgərliyə getdim. Əsgərlikdən sonra isə Sankt-Peterburqda yerləşən Repin adına Rəssamlıq Akademiyasına daxil oldum. Orada Lenin təqaüdü ilə oxuyan ilk azərbaycanlı tələbə idim. Bu təqaüdü böyük araşdırma-yoxlama əməliyyatlarından sonra Moskva təyin edirdi. Təqaüdü almaq üçün hər hansı bir ictimai təşkilatın və ya partiyanın üzvü olmaq tələb edilirdi. Mən isə heç bir qurumun üzvü deyildim. İctimai fəallığımın olması üçün konsertlər təşkil etməyə başladım. Komandamızda hind, ərəb, suriyalı, iordaniyalı, misirli, əfqanıstanlı musiqiçilər var idi. Çoxu da müsəlman idi. Beləliklə, bu ansamblla birgə hər bayram bir konsert təşkil edirdik. Hətta o dərəcəyə gəlib çatmışdı ki, məsələn Suriya günü olanda da məni dəvət edirdilər. Yəni bir-birimizə çox qaynayıb-qarışmışdıq.

Mİn İlİn adamı” – Sakİt Məmmədov

Yeri gəlmişkən, mən tar, saz, gitara və zərb alətlərində ifa etməyi bacarıram. Bu bacarığı da mənə pionerlər evi bəxş etdi. O vaxt çox gözəl bir pionerlər evimiz var idi. Bir tərəfində rəssamlıq dərnəyi, digərində musiqi. Rəssamlığa gedəndə musiqi tərəfə də baş çəkirdim. Musiqi ilə məşğul olduğumu heç evdə bilmirdilər. Amma musiqiyə çox həvəsim var dı. Evdə bunu biləndə mənim üçün musiqi mağazasındakı bütün alətlərdən aldılar. Kamançadan tutmuş, gitaraya qədər.

- Yəni, ailənizin dəstəyi var idi.

- Təbii ki... Bilirsiniz, mən fəhlə ailəsində doğulmuşam. Belə bir şey var də, həmişə zəhmətkeş ailələrdə böyük şəxsiyyət, tanınmış insan yetişdirməyə xüsusi maraq olur. Buna görə də uşaqlarını ya prezident, ya baş nazir olmaq məqsədilə böyüdürlər. Əslində bu çox yaxşı arzudur. Həmişə böyükdən yapışmaq lazımdır ki, heç olmasa, orta səviyyəyə gəlib çıxa biləsən.

- 1937-ci ildə Pablo Pikasso “Quernika” adlı müharibə məzmunlu əsərini çəkir. Əsər sərgiləndiyi zaman bir alman zabiti rəssama yaxınlaşaraq: “Bunu siz yaratmısınız?” - soruşur. Pikasso isə zabitə “xeyr, siz yaratmısınız” - deyir.
Bəs siz faciələrə səbəb olan liderlərə nəyi çəkib göstərmək istəyərdiniz ki, baxın, bu sizin əsərinizdir?

- Çox maraqlıdır. Bayaq pəncərənin qarşısında dayanıb gölə baxırdım. Orada balıq tutanlar mənzərəyə bir sakitlik verir, adama isə rahatlıq gətirir. Eyni zamanda da radio dinləyirdim. İçində olduğum vəziyyətin təsiri ilə ağlıma bir fikir gəldi. Mən ölmək istəməzdim, ancaq bu dünyadan getmək istəyərdim. Yer kürəsindən baş götürüb getmək istəyərdim. Hər insan yaşamaq, yaratmaq arzusundadır. Amma nəyə görə? Kimə görə? Baxırsan ki, dünyada necə dahi insanlar var. Gecəsini gündüzünə qatıb ixtiralar edib, faydalı şeylər yaradıb. Amma görürsən ki, beyinsiz, küt insanlar yaradılmış gözəllikləri “uf” demədən dağıdırlar. Bax o zaman adamın heyfi gəlir bu dünyada yaşayıb-yaratmağa. Başa düşmürəm, bir insanın necə əli gəlir bu gözəllikləri, dahiyanə yaradılışları dağıtmağa?

Yeni rəssamlıq məktəbinin banisi Sakit Məmmədovun sərgisi keçirilib - Günün Səsi

Təəssüflər olsun ki, indi dünya bəzi qüvvələrin əlində oyuncaq olub. Onlar da yaradılışı məhvə doğru aparmaqdadırlar. Yer kürəsi kimindir ki? Bizimdir. İnsanlarındır. Allah dünyanı gözəl yaradıb. Bizi də yaradıb ki, bu gözəllikləri nizama salaq. Ona görə bizə göz, işıq, əl, zövq və ən əsası, sevgi verib.
Lakin sevgi anlayışı insanlara getdikcə yadlaşmağa başlayıb. Yer üzündə minlərlə kobud insan doğulub-törəyib. Hardandır bu qədər küt insan? Sevgisizlikdən. Bəli. Onlar hamısı sevgidən deyil, fiziki tələbatdan doğulub. İnsanın ən özəl və məxsusi cəhəti sevəbilmə qabiliyyətidir. İnsan övladını mələklərdən də elə bu xüsusiyyəti ayırır.
Mən yaratdığım əsərləri sevən insanlara həsr edirəm. Mən dünyanı sevən, yaşamağı sevən, Allahı sevən, gözəlliyi sevən insanlar naminə yaradıram. Mən sevgini çəkməyə çalışıram, onun düsturunu rənglərimlə tapmaq istəyirəm. Rənglərlə şeir yazmaq istəyirəm.

- İnsanlara itirdikləri sevgini necə qaytaraq?

- Yanıma əsəbdən xəstəliklər tapmış insanlar çox gəliblər. Onlara isti və səmimi münasibət göstərməyə çalışıram. Saatlarla söhbət edirəm. Qalereyamı gəzdirirəm. Özlərinə problem etdikləri şeyləri adiləşdirirəm. Və hiss edirəm ki, rənglərimin arasında öz əlaclarını tapırlar.

Ardını oxu...
İnsanlar əksər zamanlarda sevgini doğru anlamırlar. Elə bilirlər, sevgi yalnız bir kişi ilə bir qadın arasında olan münasibətdir. Əsl sevgi heç də bu deyil. Sevgi enerjidir. Elə bir enerji ki, insanın ruhundan doğur və qarşısındakı insanda da eynliyi tapır. Fiziki qanunlara əsaslansaq, iki insan arasındakı enerji də itmir, sadəcə bir formadan digərinə keçir. Sevgi qarşılıqlı olmalıdır. Çünki enerjinin təbiətində bərabərsizlik xüsusiyyəti yoxdur. Bu enerji insanda heç vaxt tükənmir. Ölənə qədər onunla birlikdə olur və olacaq da. Bu sevgini kəşf etmək üçün də ruhun yarını tapması lazımdır. Bizdə çox gözəl bir söz var - yarım. Yəni bir insanın yarısı. Məsələn, Hindistanda kişi evə girərkən qadın ondan soruşsa ki, gələn kimdir. O, “bizik” deyə cavab verir. Yəni, mən gəldim və evdə biz olduq. Bu söz sanskritcə “səni tamamladım” anlamına gəlir. Heç düşündünüzmü ki, Allah insanı niyə iki cinsdə yaradıb? Elə təkcə Adəmi yaradardı, o da bir formada nəslini davam etdirərdi. Yəqin ki, Allahın insanı cüt, həm də yarım yaratmasında çox böyük hikmət var. Bu hikmət də hər şeyə başlanğıc və ilham verən SEVGİDİR.

İnsanın yaradılışı zamanı ilk olaraq dinləmə duyğusu formalaşmağa başlayır. Çünki ilk duyğu orqanı kimi qulaq əmələ gəlir. Təxminən bətndəki yaşamın 22-ci günündə. Demək ki, insan eşitmək istəyir. Dünyanı və sevgini eşitmək. Necə ki, sevgidən doğulan körpə gözəl olur, eləcə də sevgidən yaranan əsər zövqlü, xoşagələn olur.

- Bəs sizin elə bir əsəriniz olubmu ki, onu bitirdikdən sonra gözəlliyinə aşiq olmusunuz. "Bax budur!” - demisiniz?

- Təbii ki, hər sənətçi yaratdığı əsərini əvvəl-əvvəl sevir. Necə ki, anası yeni doğulmuş körpənin qoxusunu alır, elə də sənətçi yaratdığı əsərin ilk olarq qoxusunu içinə çəkir. Ancaq müəyyən müddətdən sonra əsərin sehri öləziməyə başlayır və düşünürsən ki, bundan da yaxşısını yarada bilərsən. Mikelancelo haqqında uydurulmuş “Musanın heykəlini danışdırması və ya ona çəkic atması” əfsanəsi realda baş versəydi, yəqin ki, o özünü həmin gün öldürərdi. Çünki sənətkar üçün bu sözdən sonra kariyera bitmiş hesab edilir.
Ardını oxu...
Sənətşünaslar Mikelancelo haqqında çox şey yazıblar. Məsələn, onlar heykəltaraşın yaratdığı əsərlərin çox solğun olduğunu deyirdilər. Ancaq əslində, belə deyildi. Freskoların olduğu yerdə davamlı olaraq şamlar yanırmış. Şamların buraxdığı his də zamanla əsərlərin üzərinə hopub və rəng dəyişikliyi yaradıb. Freskoları təmizləmədən üzərinə laklar, qoruyucu boyalar çəkilib. Ancaq məşhur bir restavrasiyaçı əsərləri bərpa edərkən həmin boyaları xüsusi maddələrlə təmizləyib və əslində freskoların çox canlı rəngə malik olduğunu görüb. Beləliklə, bu haqda yazılan bütün araşdırmalar, təhlillər puça çıxıb. Bu hekayəni danışdım, çünki sənətşünasların o qədər də güvəniləcək olmadığını bildirmək istəyirəm.

Mənim gözümdə sənətşünaslar inkişafdan qalmış rəssam kateqoriyasındadır. Sənətşünas, yəni sənətçinin bacarmadığını edən adam. Yəni adam sənətini yaradır, ortaya qoyur, onu bacarmayan sənətşünas da başqalarının etdiyini təhlil-analiz edir, onun haqqında danışır. Yaradıcı adam yaratdığını sənətşünasdan daha çox hiss edir. Çünki əsərin içində olur, özünü ona həsr edir. Məsələn, bir şairə deyə bilməzsən ki, anlat görək, nə yazmısan? Bundan kal sual, bundan absurd davranış yoxdur. Necə yəni anlat? Sənətçi, onsuz da, anlatmaq istədiyini yaratdığında deyib də.

- Opalizmi yaratdınız. Ancaq bu cərəyanı hələ də anlamayan, mahiyyətindən xəbərsiz olan insanlar var. Zəhmət olmasa, bir az da opalizm haqqında danışın.

- Opalizm fəlsəfəsi opal daşlarından qaynaqlanır. Mən bütün dünyaya sübut etdim ki, heç bir rəssam rəng kəşf etməyib. Yəni dünyada bu rəng bu rəssama məxsusdur deyə, bir şey yoxdur. Bütün bu iddiaların üzərindən xətt çəkdim və araşdırma apardım. Bu zaman əslində, mövcud olan bütün rənglərin Yerin dərin qatlarında yerləşən opal daşlarında olduğuna rastladım. Opal daşlarında dünyada mövcud olan bütün rənglərdən var, ancaq o rənglər hansısa süjeti əks etdirmir. Oradakı rənglər xaos kimidir. Mən də öz əsərlərimdə opal daşlarındakı xaosa nizam verdim və anlam yüklədim. Bayaq qeyd etdiyim kimi, dünyada hər şey mövcud olub. İnsan da o mövcudluğu səliqəyə salmaq üçün yaradılıb. Dünyada hər şey var. Sadəcə onları görmək lazımdır. Bir istedadlı insan gözəl bir mənzərədən, yaxud lap elə bir fəhlənin ani bir pozundan şedevr yaradır. Başqa biri isə düşünür ki, mən elə gündə 10 dəfə bu mənzərənin yanından keçirəm, bu fəhləyə salam verirəm. Bəs niyə yarada bilmirəm? Çünki hər insan yaradılışı görə bilmir. Və hər insan yaradılışa dəyər verməyi bacarmır. Rəssamın çəkdiyi bir fəhlə portretinin qiyməti 100 milyonlarla ölçülür. Halbuki, o fəhlə ömrü boyu 5 manat qazanmaq üçün nə əziyyətlər görür. Bu anormallıqdır.

- Bəs sənət bu anormallığı dəyişdirə bilmək gücünə malikdir?

- Sənətin bu gücü var. Ancaq sənətin gücü o zaman ortaya çıxa bilər ki, o, məsələn, müharibələri dayandıra bilsin. Tarixdə belə hadisələr çoxdur. İmperator Françesko təkcə Leonardo Da Vinçiyə olan sevgisinə görə bütün İtaliyaya hörmət edirdi. Təsəvvür edin, Françesko Da Vinçidən yalnız bir tərəfi zəhərli olan alma yetişdirməyi xahiş edir. O, Da Vinçidə bu bacarığın və elmin olduğuna inanırdı. Ancaq Leonardo bunu etmədi. Əgər o, imperatorun xahişini yerinə yetirsəydi, necə bir fəlakətin bünövrəsini qoyacağını çox yaxşı bilirdi. Leonardonu imperatorun qəzəbindən isə məhz onun sənəti qorudu. Bax, sənət bu qədər xeyirxah, həm də dünyəvi olmalıdır.

- Dünyəvilik demişkən, bütün əsərlərinizdən və adlarından ümumbəşəriliklə yanaşı, millilik qoxusu gəlir. Papanın portretini də çəkərkən milli irsimizdən istifadə etməkdən çəkinməmisiniz. Bu qədər bəşəriliyin içində milliliyi qoruyub saxlamaq çətin deyil?

- Mənim ruhumun ünvanı Azərbaycandır. Sənət ruhumu burada təhvil almışam. Bu vaxta qədər bir neçə dəfə ev dəyişmişəm. Bir neçə ünvana köçmüşəm. Ancaq hələ də bütün yuxularımda doğulduğum evdə, Neftçalada oluram. Çünki yuxularım da ruhumun buraya bağlı olduğundan xəbərdardır. Ancaq ruhun milliyyəti yoxdur. İnsanın sahib olduğu yeganə dünyəvi nəsnə onun ruhudur.

- Elə insanlar da var ki, burada doğulur, yaşayır. Ancaq müəyyən müddət keçdikdən, məşhurlaşandan sonra ölkəni tərk edir. Getdiyi yerdə isə vətəninə xidmət bir yana qalsın, heç milliyyətini dilinə gətirmək istəmir...

Ardını oxu...

- Mən fəhlə ailəsində anadan olmuşam. Anam da evdar qadın olub. Ancaq zamanla qarşıma çox böyük şanslar çıxıb. Mən də ölkədən gedə bilərdim. Hazırda dünya mənə elə hörmətlə qucaq açıb ki, hansı ölkəyə getsəm, orada kral kimi yaşayaram. Əksər Avropa ölkələrində ən nüfuzlu mükafatlara layiq görülmüşəm. Ancaq burada qalmağı seçdim. Və sübut etdim ki, Azərbaycanda otura-otura “Malta cəngavəri” titulunu da almaq olar, Rusiyanın “Minilliyin adamı” olmaq da. Elə bilirsiniz, ağır günlərim olmayıb? O qədər problemlərim olub ki... İndi də var və getdikcə çoxalmaqda, dərinləşməkdədirlər. Mən sadəcə öz sənətimə güvəndim və təkmilləşdirmək uğrunda çalışdım. Çünki doğulandan bəri bu torpağın mineralları ilə bəslənmişəm. Getdiyim yerlərdə mən etməsəm də, mənə qarşı ayrıseçkilik edənlər çox olub. Bir dəfə Sankt Peterburqda oxuyarkən mənə Lenin təqaüdü verən müəllim bütün sinfə təkcə məni nümunə göstərdi və “siz çalışmırsınız, amma baxın onlara” dedi. Məni “onlar” qismində göstərdi və yadlaşdırdı. Elə həmin an anladım ki, nə etsən də, getdiyin hər yerdə ikincisən.

- Yəni öz yolunuzu özünüz cızdınız.

- Hər insan öz yolunu özü cızmalıdır. Kənardan heç nə gözləməməlidir. Hər şeyi dövlətdən ummamalıdır. Emalatxanasında bir dənə normal əsəri olmayan adam özünə hörmət gözləyir, qiymət verilməsini istəyir. Ancaq dəyər sədəqə deyil. Bizim mədəniyyətimizdə ancaq xəstə insanın yanına əlidolu getmək ənənəsi var...
Bəziləri də gözləyir ki, ona ölümündən sonra dəyər veriləcək, adına nələrsə olacaq. Bu ənənə 60-70 il bundan əvvəl ölüb artıq. İndi internet dünyasıdır, inteqrasiya dövrüdür. Bir paylaşımı bir saniyədə bütün dünya görür.

- “Minilliyin adamı”na bahalı tədbirlər, nüfuzlu dostlar, minlərlə dollar qiyməti olan əsərlər, papalar, putinlər, yelizavetalar fonunda “2 manatlıq biletlər” sektorunda əyləşəcək qədər sadə həyat tərzi yaşamaq çətin deyil ki?

- Bunu etiraf etməliyəm. Sizi inandırım ki, adlarını çəkdiyiniz o mötəbər insanlardan daha azadam. Sərbəst şəkildə küçəyə çıxıram, gəzə bilirəm. Azad insanların içində oluram. Ən əsası, azad nəfəs alıram. Mənim üçün bu dünyada sərbəst gəzməkdən dəyərli bir şey yoxdur. İnsanlara başa sala bilmirəm ki, mən yaxşıyam...

- Monika Belluççinin portretini çəkməzdən öncə onunla tanışlığınız var idi?

- 2002-ci ildə 14 italiyalı rəssamla birlikdə Avropanı əhatə edən böyük bir sərgi keçirdik. Daha sonra Belçikada təşkil olunmuş sərgidə 1-ci yerə layiq görüldüm. Sonra şöhrətim artmağa başladı və mən San-Marinoya getdim. Bu cırtdan dövləti iki kapitan idarə edirdi. Monika Belluççini çəkməyi onlar mənə sifariş vermişdilər. Daha öncə isə Papanı çəkməyi rica etmişdilər. Düzdür, Papanın portretini çəkdim, ancaq onlara vermədim. Çünki onlar əsəri öz adlarından təqdim edəcəkdilər və mən də, vətənim də kölgədə qalacaqdıq. Təklif etdilər ki, əsəri dünya azərbaycanlılarının adından təqdim edək. Mən yenə razı olmadım. Düşündüm ki, Azərbaycan dövləti adından verilsə, daha yaxşı olar. Çünki dünya azərbaycanlıları demək, Azərbaycan demək deyil. Ancaq bu formada vermək “mənim dövlətim və hökumətim var” anlamına gəlirdi.
Monikanın portretini iki dəfə çəkmişəm. Biz onunla Monako krallığında görüşəcəkdik. Ancaq iş elə gətirdi ki, II Yelizaveta ilə görüşmək təklifi aldım. Ona görə də Monika ilə görüşə bilmədik. Ancaq biz bir daha görüşəcəyik və mən onun portretini özünə hədiyyə edəcəm.

- Çox sevdiyim bir rəssam var - Modilyani. O, həyat yoldaşının portretini yaradarkən gözlərini çəkməyib və bu məşhur cümləni söyləyib: “Ruhunu gördüyümdə gözlərini də çəkəcəyəm”. Bəs siz Monika Belluççini çəkəndə nə hiss edirdiniz?

- Monika gözəl qadındır. Ancaq gözəllik anlayışının çərçivələrini insanlar qoyub. Bəlkə də elə qadın var ki, siz ona Monikadan daha gözəl deyə bilərsiniz. Yəni, gözəllik nisbi və fərdidir. Monika gözəldir. Ancaq onu daha da gözəl edən insanların haqqındakı tərifləri, onu bütləşdirməsidir.

Hərdən düşünürəm, kaş ki, belə gözəl qadınlar olduğu kimi qalaydı. Heç dəyişməyəydi.
Monika gözəldir. Ancaq həm də bədbəxtdir. Çünki belə qadınlar əksər hallarda ətrafdakılar tərəfindən bir əşya kimi istifadə edilir. Bütün varlı, şöhrətli insanlar onları əldə etmək istəyir. Buna görə də Monika və onun kimilər dünyada gün görməyib. Onda ruh qalmayıb.

- İndi münasibətiniz varmı onunla?

- Mən hara, o hara...
Ancaq mən ikinci dəfə onun portretini çəkmək sifarişi aldım. San-Marinonun kapitanı məndən onun çılpaq portretini çəkməyimi istəmişdi. Sonra bəzi problemlər oldu, vaxt uzandı. Kapitan dedi ki, onun fotosunu verək, oradan baxıb çəkərsən. Mənsə razılaşmadım. Çünki birinin izni olmadan onu çılpaq çəkmək düzgün iş deyil.

- Ancaq onun “nude” portretini çəkməyə razılıq vermişdiniz?

- Bəli. Niyə çəkməyim? Mən rəssamam. Özünün razılığı olsaydı, çəkərdim. Ancaq kimsə sifariş verir və onun icazəsi olmadan portretini çəkdirirsə, bunu doğru hərəkət hesab etmirəm.

- Bəs Azərbaycan tarixindən gəlib-keçmiş məşhur şəxsiyyətlərdən kimin portretini çəkmək istəyərdiniz?

- Hələ ki, Dədə Qorqud və Şah İsmayıl Xətainin portretlərini çəkmişəm. Ancaq çəkməyi çox istədiyim bir sima var idi. Lütfi Zadə. Onu çəkə bilmədiyimə çox peşman oldum. Onunla görüşmək planımda var idi. Sadəcə günü-günə satdım. Onu çəkməyi, həqiqətən, çox istəyərdim. Çünki o, dişi, dırnağı və dərrakəsi ilə çox böyük yerlərə gəlib çıxmağı bacarmış şəxsiyyətdir.
Vaqif Mustafazadəni də çəkmək çoxdankı fikirlərimdən biridir. Bunun üçün bir az hazırlıq da görüb, eskizlərini çəkmişəm. Ancaq rəssamlıq işi insandan aylarla vaxt tələb edir. Buna görə də iş uzanır.

- Hətta qalereyanızda onun royalı da var...

- Bəli. Qızı Əzizə Mustafazadə qalereyaya gələndə royalı gördü və kövrəldi. Ancaq “axır ki, o, layiqli yerini tapıb”- dedi. Vaqifin mənim üçün ayrı yeri var. Deyərdim ki, o, bizim pasportumuzdur. Başqa bir ölkəyə gedəndə onun adını çəkib, həmyerlisi olduğunu deməyimiz bizə bəsdir.
Bundan başqa, çox sevdiyim şair Bəxtiyar Vahabzadənin portretini yaratmaq istədim. Ancaq yaşım buna imkan vermədi.

- Luvr Muzeyində sərgilənmək necə hissdir?

- Hər kəs dünyanın ən möhtəşəm sarayında toy edə bilər. Ancaq, əlbəttə ki, əsas olan onun içində xoşbəxt anlar yaşaya bilməkdir. “Luvr”da hamı sərgilənə bilər. Əsas olan nə göstərdiyindir.

- Geniş və dərin mütaliəniz var. Sizin həyat və yaradıcılıq fəlsəfənizə kimlərin təsiri olub?

- Qızı Karl Marksdan soruşur ki, mən filosof olmaq istəyirəm, kimi oxuyum? Marks da deyir ki, kimisə oxumaq lazım deyil. Sənə sadəcə sənət adamlarının mühitində olmaq bəs edəcək. Çünki onlar hər şeyi olduğu kimi, çılpaq və bəzəksiz görürlər. Filosoflar ağılla düşünür, fikirləri terminlərlə bəzəyirlər. Halbuki öz həyatları fikirlərindən çox-çox uzaqdır. Ancaq məsələn, rəssamlar gördüyünü görmək istədiyi formada və ya bütün çılpaqlığı ilə yansıdırlar.
Nizamini çox mütaliə etmişəm. Nəsiminin yaradıcılığı ilə 14 il maraqlanmışam. Ondan saatlarla danışa bilərəm. Füzulidən də müəyyən şeylər götürmüşəm. Ancaq mən ədəbiyyatı da milli, xarici olaraq ayırmıram. İnsan haradan bəhrələnə bilirsə, demək o, özününküdür.

- Ayağının altında Qarabağ xalçası, yanında 4 müqəddəs kitab, ən üstdə də Qurani-Kərim. Papanın ayağı altına Qarabağ xalçası sərmək ideyası necə yarandı?

- Mən kimliyindən asılı olmadan dünyaca məşhur insanların portretini çəkərkən mütləq Azərbaycandan bir element əlavə edirəm. Papa ilə üç dəfə görüşmüşəm. Bu zaman onun ayağının altındakı gözəl xalçalar diqqətimi çəkdi. Təbii ki, bu, Qarabağ xalçası deyildi. Onu da əlavə etməyimin səbəbi Qarabağ sözünün orada səslənməsini istəməyim idi. Çünki mən Qarabağı Azərbaycanın paytaxtı hesab edirəm. Yəni, ürəyi...

Ardını oxu...
Kitablara gəldikdə isə əslində, Papanın stolunun üstündə xaç var idi. Mən də xaçın yerinə 4 müqəddəs kitabı qoydum. Çünki çatdırmaq istədiyim ideya var idi: təkcə xaça deyil, Allahın 4 müqəddəs kitabına inanmaq lazımdır.
İngiltərə kraliçası ilə görüşəndə ona “Cıdır düzü” əsərini hədiyyə etdim. Mən onun portretini də çəkib apara bilərdim. Çünki kimsə mənə göstəriş verməmişdi ki, məhz bunu çəkməlisən. Ancaq mən Qarabağı bütün atributları: Cıdır düzü, süfrəsi, atları, xarı bülbülü və mərkəzdə bayrağımız ilə təsvir etməyi üstün tutdum. Beləliklə, əsərim Vindzorun sarayında “Azərbaycan, Qarabağ” adı ilə asıldı. Bununla da İngiltərə sarayına Azərbaycan bayrağı sancdım. Bu çox önəmli hadisədir. Çünki bəzən bir insan bir milyon insanın edə bilmədiyi işi görür. Ona görə də sənətçilərin, rəssamların, şairlərin sənətinin və şəxsiyyətinin gücündən istifadə etmək lazımdır.

- Bir az da musiqidən danışaq.

- Danışaq.

- Ya bəlkə musiqi özü danışsın?

- Bilirsiniz, musiqi mənim üçün təkcə səsdən ibarət deyil. Musiqi mənim üçün xatirədir, yaddaşdır. Məsələn, maşınla gedəndə hər zaman 70-80-ci illərin musiqilərini dinləyirəm. Çünki mən özümü hələ də orada hiss edirəm. Ən çox Flora Kərimovanı dinləyirəm. Mənə görə, Flora Azərbaycan musiqisinin zirvəsini fəth etmiş səsdir. Oqtay Ağayevi də çox dinləyirəm. Ancaq işləyərkən onların heç birini dinləyə bilmirəm. Çünki bütün fikrim musiqiyə köklənir və işləməyi unuduram. İşləyərkən daha çox klassik musiqi - Vivaldi, Motsartı dinləyirəm.
Yeri gəlmişkən, “Motsart haqqında düşüncələrim” adlı əsərimə görə Avropa Akademiyası məni “Motsart” medalı ilə təltif edib. Bundan başqa, “Bethoven” mükafatı da almışam.

- Bizim toxunmadığımız, ancaq danışmaq istədiyiniz hər hansı mövzu varsa, buyurun.

- İnsanlar sonuncu yüz ildə Yer kürəsini çox yordular. Onun neftindən, təbii ehtiyatlarından görməmiş kimi istifadə etdilər. Yer də yorulmağa, kiçilməyə başladı. İnsan nəyi ixtira etdisə, sonradan onun üstündə müharibə etdi. Sərhədlər kəşf olundu, pul yarandı. Hamısı da insanın bir-birinə olan inamsızlığından. Pul bərəkət deyil. Çünki o, yeyilmir. Bərəkət insanın ruzisidir. O ruzi ki, insan doğulanda Allah ruzini onunla birlikdə göndərir – ana südü.
İnsanların bir-birinə olan inamsızlığı azmış kimi, bir də Yer kürəsini doğram-doğram edib hər tərəfə sərhəd çəkdilər. Ona görə də heç kim təbiətin nemətlərindən doğru-dürüst istifadə edə bilmədi. Hələ üstəlik, dil ayrı-seçkiliyi üstündə düşmənçilik etməyə başladılar. Bir millət hər hansı bir sözü istifadə etməyə başlayan kimi millətçiliyi ortaya atdılar. Halbuki dilin ilkin məqsədi insanın fikrini çatdırmaqdır. Dünya üçün insanın hansı dildə danışması deyil, hansı fikri ifadə etməsi önəmlidir.

Bu yorğun Yer kürəsini sadəcə gələcək nəsil yaxşılaşdıra bilər. Mən gənclərimizi həyatsevər görmək istəyirəm. Sevgi dolu görmək istəyirəm. Elə sizin kimi. Sizi mən maraqlandırmıram. Sizi buraya gətirən incəsənətə, həyata, xalqa və vətənə olan sevginizdir.

Yer kürəsinə baxarkən bizim hamımız üçün tək bir işıq görünür - Azərbaycan işığı.

İl:2017
Ardını oxu...
"Belə cəmiyyətin nümayəndələri azacıq pul müqabilində yeri gəlsə, öz anasını, atasını da öldürər, çox asanlıqla rüşvət alar, uşaqları yetim qoyar, yetimin malını yeyər, fahişəliyi rəsmi surətdə təbliğ edib dəstəkləyər, oğurluq edər və s..."

Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir...

- Bir fərdin və cəmiyyətin formalaşmasında, ona xas dünyagörüşünün yaranmasında təsiri olan ən mühüm psixoloji amil hansıdır?

- Hər şey insan psixikasından başlayır. İnsanın və cəmiyyətin bütün davranışlarını idarə edən də məhz onun psixikasıdır. Ona görə hər bir qüsurlu və ya uğurlu davranışı anlamaq üçün onun arxasında duran psixoloji aləmi incələmək lazımdır. İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir. Natamamlıq kompleksi insanın özü barəsində zehnində formalaşdırdığı neqativ təsəvvürdür. Bu təsəvvür insanın fiziki, maddi və ya mənəvi cəhətləri ilə əlaqəli ola bilər. Natamamlıq kompleksi olan insanlar özlərini hansısa cəhətdən qüsurlu, bacarıqsız hesab edir, digərlərini özündən daha üstün bilir, özlərini qiymətləndirmələri və özlərinə inamları davamlı şəkildə çox aşağı olur. Başqa cür desək, bu insanlar daxilən özlərini cılız və natamam şəxsiyyət hesab edirlər. Bu proseslər şüursuzluq mərhələsində getdiyinə görə mümkündür ki, insan bir çox hallarda bu kompleksə tutulduğunu anlamasın. Hətta özlərində bu kompleksin olduğunu bilən insanlar belə bunun onların məhz hansı davranışlarının arxasında durduğunu müəyyən edə bilmirlər...

Natamamlıq kompleksi insanın psixikasında olan elə bir "yara"dır ki, müəyyən şəraitlər və ya şəxslər onun üstünə basmaqla insanı bir sıra yanlış addımlar atmağa vadar edə bilirlər. Bu zaman insan bəzən özünə qapanır, düz bildiyi yoldan geri çəkilir, aqressiv olur və öz mənafeyinə zərərli hərəkətlər etməyə başlayır. Yeri gəlmişkən, bu kompleksi ilk dəfə tədqiq edərək təsvir etmiş şəxs isə tanınmış avstriyalı psixoterapevt Alfred Adler olub.

Natamam insanlar üçün ən mühümü özünü qəhrəman, qüdrətli şəxs kimi hiss etməsidir...

- Qeyd etdiniz ki, bəzi hallarda insanın, cəmiyyətin hərəkətlərinin pərdəarxasında məhz natamamlıq kompleksi durur və bunu insanın, cəmiyyətin özü də anlamır. Ancaq yəqin ki, hansısa əlamətlərlə bunu müəyyən etmək mümkündür. Hansı əlamətlərlə bir cəmiyyətin bu kompleksə tutulduğunu anlamaq olar?

- Bu kompleksə tutulmuş cəmiyyət özünə aid olan hər bir şeydən boyun qaçırır. Öz dilində danışmağı gerilik, öz adət-ənənələrinə bağlılığı müasirlikdən uzaqlıq hesab edir. Belələri üçün üstün bildikləri ölkələrdən gələn hər bir şey daha dəyərli, daha əzizdir. Belə insanlar adətən özləri barədə mənfi yüklü ictimai stiqmalar da yaradırlar. Bəzən bu stiqmalar kənar qüvvələr tərəfindən də uydurulur. Stiqma hər hansı bir cəmiyyət, millət, ölkənin əhalisi barədə olan sosial damğadır. Bu stiqmaların əksəriyyəti o cəmiyyətdə olmayan, yaxud da əksəriyyətində olmayan hansısa xüsusiyyəti, halı ifadə edir. Məsələn, "bizim insanlar avamdırlar", "bizdən pisi yoxdur", "biz həmişə başıqapazlı olacağıq", "biz hara, onlar hara?".. Natamamlıq hissinə tutulmuş cəmiyyət şüuraltı olaraq ölkəsi, insanları barədə onları gülünc göstərən lətifələr də qoşar. Bu lətifələr insanların emosiyaları ilə əlaqəli olduğuna görə tez bir zamanda cəmiyyətdə yayılar və gülüş pərdəsi altında insanlara mətnində daşıdığı mənfi təsiri ötürər. Lətifələr, ümumiyyətlə, psixoloji müharibələrdə çox geniş istifadə olunan bir vasitədir. Məsələn, Sovet ordusunun Xüsusi Təbliğat İdarəsinin zabitləri Əfqanıstan müharibəsində bu vasitədən çox geniş istifadə edərdilər. Belə ki, onlar müxaliflərə psixoloji təsir məqsədi ilə çoxlu sayda siyasi lətifələr uydurub əfqanlar arasında yayardılar.

Cəmiyyətin özünü natamam hiss etməsi fərdlərin iradəsini süstləşdirər, beləliklə də onlara öz potensiallarını realizə etməyə imkan verməz. Bununla da mədəniyyət, incəsənət, elm, düşüncə, geyim tərzi kimi məsələlərdə yad cəmiyyətlərin ruhu onlara hakim olar. Zamanla natamamlıq kompleksinə tutulmuş cəmiyyətin "biz onsuz da digərlərindən üstün ola bilmərik" təsəvvürü onu öz fərdlərinə qarşı qaldırır. Belə ki, özünü digər cəmiyyətin fərdlərindən daha aşağı görən belələri içlərində olan natamamlıq hissini təmin etmək üçün öz cəmiyyətinin nümayəndələrini tapdalamağa, onları alçaltmağa, nəticədə də onlar üzərində öz üstünlüyünü göstərməyə çalışarlar. Axı daxildəki üstünlük hissini də təmin etmək üçün nəsə etmək lazımdır. Əgər bu, tərəqqi etməklə mümkün deyilsə, yeganə yol kimlərisə alçaltmaqla təmin etməkdir. Natamam cəmiyyətin üzvləri üçün həqiqi mənada üstün olmaq elə də əsas deyildir, mühüm olan ən azı öz gözündə qalxması, heç olmasa bir anlıq da olsa, özünü qəhrəman, şəxsiyyətli, qüdrətli biri kimi hiss etməsidir. Bütün bunlara görə onlarda gizli formalı özünənifrət də yaranır. Bu nifrət sonda onu həqiqi mənada üstün və dəyərli olan hər hansı bir addımı atmaq imkanından məhrum edir...

Bu da bir həqiqətdir ki, şəxsiyyətli bir cəmiyyət heç zaman özünün səviyyəsini aşağı salmaq istəməz, buna görə də bir çox işləri etməyi özünə ar bilər. Özünü natamam hiss edən cəmiyyət isə ən alçaq işlərə və cinayətlərə belə əl atar. Belə cəmiyyət öz şəxsiyyətini tapdalanmış hiss etdiyindən ona ən çirkin işləri belə görmək çox asandır. Belə cəmiyyətin nümayəndələri azacıq pul müqabilində yeri gəlsə, öz anasını, atasını da öldürər, çox asanlıqla rüşvət alar, uşaqları yetim qoyar, yetimin malını yeyər, fahişəliyi rəsmi surətdə təbliğ edib dəstəkləyər, oğurluq edər və s... Natamamlıq kompleksinin hakim olduğu cəmiyyətin hər bir mərhələsində bu mexanizm tam işləkdir.

Belə cəmiyyətə məxsus milli-mənəvi dəyərlər, milli şüur və vahid ideologiya olmur, olsa da sönük olur və üstün bildikləri yad bir cəmiyyət tərəfindən pislənməyənə qədər qismən qüvvədə qalır. Belə bir cəmiyyətdə dünyaya gələn hər yeni fərd də eyni həyatı yaşayır. Nəticədə cəmiyyətdə mənəviyyatsız, şikəst və həyasız insanlar formalaşır. Bu tip cəmiyyətdə yaşamaq, onlarla rəqabət aparmaq üçün təbii olaraq onlar kimi olmaq lazımdır. Buna görə də cəmiyyətdə onlarla rəqabətə davam gətirə bilən mənfi tipli fərdlərin sayı daha da çoxalır. Sosioloji təbii seçmə baş verir, əxlaqlı insanlar rəqabətə tab gətirməyib sıradan çıxırlar. Burada yaşamaq üçün onların heç bir şansı yoxdur. Çünki onlarla bacarmaq üçün gərək elə onların səviyyəsinə düşəsən. Belə bir cəmiyyətdə əxlaqdan, dəyərlərdən danışan bir şəxs gülməli, səfeh və uğursuzdur. Əxlaqi dəyərlər və qanunla yaşayan bacarıqsız, gündəmdən geri qalan, zəmanənin adamı olmayan, pul qazana bilməyən biri hesab olunur.

Təəccüblüsü odur ki, onlar komplekslərindən qaynaqlanan davranışlarını müxtəlif fərqli adlarla təqdim etməyə, bununla da öz komplekslərini ört-basdır etməyə çalışırlar. Və çox vaxt da öz istəklərinə nail olurlar. Onların bu formalı təsiri bəzən elə qabarıq olur ki, normal düşüncəli insanlar belə öz fikirlərində şəkk edir, həyatlarının müxtəlif mərhələlərində məhz onlara oxşamağa çalışırlar.

Bəzi insanlar müxtəlif vasitələrlə maskalanırlar..

- Özünü daxilən cılız bilən kompleksli insanlar və cəmiyyət bunu necə ört-basdır edir?

- Bu ört-basdır etmə cəhdi özünü ilk növbədə onların danışığında göstərir. Belələri özlərini sözlərində üstün, dəyərli insan kimi təqdim edir, özünün maddi və ya elmi-mənəvi üstünlüklərindən şişirdərək danışır, həyat tərzlərində hədsiz təmtərağa meylli olurlar. Bununla öz natamamlıq hissini kompensasiya etmək istəyirlər. Onlar yüksək ictimai status hesab edilən simvollara bağlı olurlar. İctimai status simvolları isə ölkədən-ölkəyə dəyişir. Bu, bahalı maşın, hansısa telefon modeli, brend geyimlər, saatlar, xarakterik geyim forması, yaşayış tərzi, böyük imarətlər, xarici ölkələrə səfərlər, qidalar belə ola bilər. Məsələn, suşi yemək. Bəzi insanlar suşini onu xoşladıqlarına, qarınlarını doydurduqlarına görə yemirlər. Sadəcə onu yeyən zaman özlərini Avropanın yüksək statuslu, müasir təbəqəsinə bənzədirlər. Bu zaman da psixoloji bir məmnunluq hissi yaşayırlar. Bax bu məmnunluq natamamlıq kompleksinin doyuzdurulmasıdır. Yeri gəlmişkən, suşinin yapon mətbəxindən çıxaraq dünya brendinə və bestseller yeməyinə çevrilməsi faktı da olduqca maraqlıdır. Belə ki, bir zamanlar suşi Yaponiyada kasıb təbəqənin qidası hesab edilirdi. Çünki bu qidanın hazırlanması çox ucuz başa gəlirdi. Günümüzdə isə dünyada ən çox sifariş edilən və ən dəbli qida növlərindəndir. Hətta qiymətinə görə artıq kasıb təbəqənin qidası olma statusundan da çıxıb...


Bu tip natamam insanlar yüksək statusla əlaqəli fəaliyyətini müxtəlif vasitələrlə digərlərinə göstərməyə çalışarlar. Sosial şəbəkələr, saytlar, portallar da bu zaman münasib vasitələrə çevrilir. Bəzən isə insanlar natamamlıq komplekslərini aqressiya, spirtli içkilərin həddindən artıq istifadəsi, narkotik maddələrin qəbulu, hədsiz lovğalıq kimi hərəkətlərlə də maskalayırlar. Natamam insan öz kompleksini gizlətmək üçün yaxınlarını, əli altında işləyən insanları, özündən zəifləri, xülasə ərki çatanları təhqir edib alçaltmaqla özünün üstün olduğunu özünə və digərlərinə hiss etdirmək istəyir. Belələri real aləmdən uzaqlaşıb, məcazi, xəyal aləmində yaşamağa çalışırlar. Onlar öz xəyallarında hansısa kino qəhrəmanının, serialın, kitabın personajının həyatını yaşayırlar. Belələrini günlərlə televizor qarşısında əyləşərək filmlərə, seriallara baxan, saatlarla kompüter oyunları oynayan görərsiniz. Bu kompleks nə qədər dərindirsə, insanın təmtəraqlı həyat, yalançı və süni yüksək ictimai status əldə etmək istəyi də yüksəlir...

Deməli, özünü natamam hiss edən, inamsız insan özü barəsindəki fikirlərini, öz əsl mahiyyətini gizlətmək üçün həqiqətlə uyğun gəlməyən bir maska geyinir. Bütün bu maskalanma müddətində də maskanın bir gün düşəcəyi və öz əsl siması ilə qarşılaşa biləcəyi qorxusu ilə yaşayır. Bir çox hallarda bu kompleks gizli şüuraltı olaraq fəaliyyət göstərir. İnsan özündə elə bilir ki, heç bir psixoloji problemi yoxdur, əslində isə həyatında hər şeyi şüuraltı olaraq bu kompleksin diktəsi ilə edir...

Natamamlıq kompleksinin geniş yayıldığı ölkələrdən biri...
 

Ardını oxu...
"Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir".

DİA.AZ “Report”a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək: “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

D.Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir: “Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.

Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimli 2 Avqust Milli Kino Günündə Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanı nazirliyin fəxri diplomları ilə təltif edib. “Yeni Müsavat” bu və digər mövzular ilə bağlı Rasim Balayevin təəssüratlarını öyrənməyə çalışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Rasim müəllim, təltif olunduğunuz üçün sizi təbrik edirik. Daha bir kino gününü geridə qoyduq. Bir aktyor kimi özünüzə, kinematoqrafçılara, ümumilikdə milli kinomuza nə arzulayırsınız?

- Bu, reallıqdır ki, bu gün kinomuz günün tələblərinə, tamaşaçıların zövqünə uyğun deyil. Amma belə başa düşürəm ki, o demək deyil ki, artıq Azərbaycan kinosu artıq bitib. Olur ki, hər bir sənətin müəyyən səbəblər üzündən tənəzzül dövrü olur. Fikrimcə, kinomuz indi həmin dövrü yaşayır. Lakin inanıram ki, istedadlı gənclərimiz var, yaxşı filmlər çəkiləcək və Azərbaycan kinosu öz yolunu davam etdirib tamaşaçıları sevindirəcək.

- Bu gün televiziyalarda yayımlanan filmləri izləyəndə, bir tamaşaçı və aktyor kimi, sizdə hansı təəssüratlar yaranır?

- Mən, ümumiyyətlə, o filmlərə baxmıram, izləmirəm...

- Bir ağrılı məqamımız da var. Ermənilər bu günlərdə daha bir film çəkib, dünyaya öz uydurmalarını sırımağa çalışırlar. Filmdə guya xəstə erməni uşağı müalicə almaq üçün Qarabağdan çıxa bilmir, səbəb isə, guya ki, Azərbaycanın onları blokadada saxlamaqlarıdır. Kadrlardan da anlaşılır ki, bu dəfə də keyfiyyətli film ortaya qoyacaqlar. Bəs niyə qalib Azərbaycan öz həqiqətləri, qalibiyyəti, Qarabağ müharibəsi haqqında hələ də ortaya bir film qoya bilmir? Səbəb nədir?

- Səbəb çoxdur. Əsas səbəblərdən biri budur ki, yaxşı ssenari yoxdur, kifayət qədər vəsait lazımdır və sairə. Ümumiyyətlə isə, adətən müharibə filmləri müharibədən bir neçə il sonra yaranır. Məsələn, İkinci Dünya müharibəsindən illər sonra ortaya sanballı müharibə filmləri çıxmağa başladı. Əslində biz ön cəbhəyə operatorlar göndərməli idik ki, xronikalar çəksinlər. Çəkdilərmi? Bizim igid oğlanlarımızın müharibədəki şücaətlərini həmin xronikalardan götürmək olardı.

Qeyd etdiyim kimi, müharibə ilə bağlı bədii filmlər illər sonra yaranır, yəqin ki, bir neçə ildən sonra, bəlkə də bu ildən və yaxud gələn ildən filmlər çəkilər. Gördüyünüz kimi, bizim Qarabağ məsələmiz hələ də həll olunmamış qalır, həlli daima uzanır. Sülh müqaviləsi ətrafında siyasi oyunlar, təxribatlar gedir. Ona görə də hələ vaxt lazımdır ki, ssenaristlər bir qədər fikirləşsinlər, yazsınlar. Yəni müharibə filmi o dəqiqə yaranmır.

- Rasim müəllim, siz “Dədə Qorqud”, “Babək” filmlərində döyüş səhnələrində iştirak etmiş aktyorsunuz. Ona görə bu sualı vermək istərdim ki, indi ona bənzər döyüş səhnələrini Şuşada çəkmək, vətən oğullarımızın orada göstərdikləri şücaəti kinolaşdırmaq məgər bu qədər çətindir?

- Əlbəttə ki, döyüş səhnələrinin çəkmək öncə fiziki cəhətdən çətindir... Şuşada olanda mənə göstərdilər ki, igidlərimiz ağır yüklərlə keçilməz sıldırım qayaları keçib, düşmənə qalib gəliblər. Təsəvvür edin, adam adi halda, yüksüz o sıldırım qayaları çıxa bilməz, amma əsgərlərimiz silah-sursatla qayaları fəth edib, düşmənə qalib gəlib. Bu, ağlasığmaz, böyük qəhrəmanlıqdır! Bizim indi borcumuzdur ki, bunu çəkək, ekranlara daşıyaq.

- Arzulayırsınızmı ki, yenidən qəhrəmanlıq filmi çəkilsin, siz də dəvət alasınız, aktyor kimi öz obrazınızı yaradasınız?..

- Əlbəttə ki, indi mənim elə bir yaşımdır ki, əsgər obrazını yarada bilmərəm. Amma hansısa rəhbər, komandir rolunu oynaya bilərəm. O ki qaldı arzuya, bəli, çox arzulayıram ki, nə qədər ki, sağam, Qarabağ mövzusunda film çəkilsin, mən də o filmdə oynayım.

- Artıq kino ittifaqları da birləşdi. Bununla da ümidlər var ki, bəlkə bundan sonra milli kinomuz yenidən dirçələ bilsin.

- Mən də buna güman edirəm. Ümumiyyətlə, kino ittifaqlarının birləşməsi, bir olması yaxşı əlamətdir. Lap əvvəldən deyirdim ki, ölkədə bir dənə kino ittifaqı olmalıdır. Kiçik bir ölkədə iki kino ittifaqının olması absurd idi. O ki qaldı filmlərə, qeyd edim ki, film çəkilişləri ilə birbaşa Mədəniyyət Nazirliyi məşğul olacaq. Və təbii ki, kino ittifaqımız çəkiləcək filmlərə öz töhfələrini verəcək.

- Sizin də qeyd etdiyiniz kimi, hər kəs bildirirdi ki, ölkədə iki kino ittifaqının olması absurddur və nəhayət ki, hər kəs bir ittifaq ətrafında birləşdi. İndi isə hər kəsi bir sual düşündürür - bəs ittifaqa rəhbər kim olacaq? Rasim Balayev bu vəzifəni sona qədər daşıyacaq, ya yeni seçim olacaq?

- Hələ ki, bu barədə bilmirəm. Yəqin ki, yeni seçki olacaq. Ümumiyyətlə, bizim nizamnamədə Kino İttifaqının ali orqanı qurultaydır. Yəni rəhbərliyin dəyişməsi və sairə, qaydalar çərçivəsində keçirilir. Bir daha qeyd edirəm, bu məsələnin hansı şəkildə olacağını indidən deyə bilmərəm, amma mənə elə gəlir ki, seçki yolu ilə həll ediləcək. Bunu gələcək göstərəcək.

- Xeyli sayda aktyor və aktyorlarımızın dünyasını dəyişərkən yaşayış şəraitlərinin yaxşı olmadığını gördük. Və yaxud hansısa dəyərli sənətkarımızın nimdaş paltarda, amma heç bir istedadı olmayan şou-biznes nümayəndələrinin bahalı geyimlərdə, maşınlarda gəzdiyinə, villalarda yaşamasına şahidlik edirik. Sizcə, səbəb nədir? Niyə qardaş Türkiyədə olduğu kimi, bizdə də dəyərli sənətkarlar haqq etdikləri yaxşı şəraitlə təmin oluna bilmirlər? Səbəb özlərindədir, yoxsa...

- Mən də bunun səbəbini bilmirəm. Bizim kütlə şou-biznesdə olan adamları məclislərinə çağırıb, başına 4-5 min manat pul səpir, onlar da qudurur, elə bilirlər ki, sənətkardırlar. Halbuki sənətin heç qapısını açmayıblar, bilmirlər nədir sənət, bunu görməyiblər. Doğrudur, son vaxtlar aktyorların maaşları artırıldı. Amma maaşla birgə bazarda qiymətlər, bahalıq da artdı. Əksəriyyət də olmasa, bir sıra teatr aktyorları Prezident təqaüdü və sairə alır, amma bu, yetərli deyil.

Seriallara çəkilən aktyorlara da simvolik pullar verilir. Hər kəs bilir ki, serialı təşkil edən təşkilatçılar, prodüserlər sponsorlardan kifayət qədər yaxşı pul alır, villaları, yaxşı şəraitləri var, amma aktyorlara 50, uzağı 100 manat pul verirlər. Problemin səbəblərindən biri də budur. Sənətə gərək qiymət verilsin.

- Sağlamlığınız necədir? Özünüzü hazırda necə hiss edirsiniz?

- Yaxşıyam, çox sağ olun. Bir az ayağımda problemlər var, həkimlər evə gəlib onun müalicəsi ilə məşğul olurlar. Deyim ki, yavaş-yavaş düzəlməyə doğru gedir. O vaxt atdan yıxılmışam, ona görə də belimdə problemlər yaranıb və sol ayağıma təsir edir.

- Filmdə, ya real həyatda atdan yıxılmışdınız?

- Əlbəttə ki, filmdə. Real həyatda ata minməyi neynirəm ki. Doğrudur, kadrlarda yoxdur, amma “Dədə Qorqud”, “Babək” filmlərində, hətta Türkiyədə filmə çəkilərkən atdan yıxılmışam. Həmin vaxtlar problem özünü büruzə vermirdi, ara-sıra ağrılar olsa da, keçib gedirdi. Lakin 60 yaşdan sonra problemlər özünü ciddi şəkildə göstərməyə başladı. Qeyd etdiyim kimi, müalicələr gedir, fizioterapiya aparılır, görək nə olur...
 
Ardını oxu...
İllərdir, azərbaycanlı futbolçuları tənqid hədəfinə çevirən səbəblərdən biri də legioner həyatı yaşamaqda maraqlı olmamaları, necə deyərlər, Biləcəridən o yana gedə bilməmələri idi. Ancaq son vaxtlar bu tendensiya dəyişib. Xüsusən, bu yay bir neçə futbolçumuz özünü ölkə xaricində sınamağa qərar verdi. Bu mövzuda futbol mütəxəssisi ilə söhbətləşməyə qərar verdik və həmsöhbət kimi vaxtilə Ukraynanın “Volın”, Rusiyanın “Uralan” klublarında çıxış etmiş Samir Əliyevi seçdik. Hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdıran Əliyev Pressklub.az saytına müsahibəsində maraqlı məqamlara toxundu.

“Xaricdə oynaya bilən, səviyyəli yerli futbolçu qıtlığı var”

– Mütəxəssislər, mətbuat, eləcə də azarkeşlər azərbaycanlı futbolçuları legioner həyatı yaşamaq istəmədiklərinə görə tez-tez tənqid edirdilər. Artıq vəziyyətin dəyişdiyinin şahidi oluruq. Nə baş verdi ki, futbolçularımız ölkədən çıxmağa maraq göstərməyə başladılar?

– Bu, çox geniş və dərin mövzudur. Legioner həyatı yaşayan azərbaycanlı futbolçuların sayının az olmasının səbəbləri haqda saatlarla müzakirə apara bilərik. Futbolçularımızın son vaxtlara qədər legioner həyatı yaşamaq istəmədikləri fikri ilə razı deyiləm. Acı da olsa, reallıq budur ki, bizdə xaricdə oynaya bilən, səviyyəli yerli futbolçu qıtlığı var. Son 4-5 ilə fikir versək, görərik ki, Azərbaycan çempionatında bu illərdə 8, 10 komanda çıxış edib. Yaxşı səviyyədə birinci divizionumuz, ümumiyyətlə, ikinci dəstəmiz olmayıb. Üstəgəl, çempionatda legioner limiti 7+4, ondan öncə isə 6+5 olub. Təsəvvür edin ki, 8-10 klubun var və hər birinin heyətində Azərbaycan futbolunun yetişdirdiyi oyunçuların sayı 4-5-dir. Nəzərə alaq ki, son illər Rusiya, Ukrayna və başqa ölkələrdən olan, milliləşdirilmiş futbolçular da klublarımızda çıxış edirlər. Deməli, azərbaycanlı oyunçuların sayı azdır. Say az olduqda, keyfiyyətli futbolçular da istər-istəməz az olur. Müsbətə doğru dəyişikliklər var. Ötən mövsüm çempionatda idman prinsipi qorundu, sonuncu yeri tutan komanda birinci diviziona yuvarlandı. Aşağı dəstədə isə birinci yeri tutan komanda Premyer Liqaya yüksəldi. Yeni mövsümdən artıq Premyer Liqa və birinci liqa ilə yanaşı, ikinci liqa da olacaq. Bu ildən birinci liqaya da böyük maraq var. Bütün liqalarda idman prinsipləri qorunduğu halda, inanıram ki, futbol da, futbolçularımız da inkişaf edəcək və gələcəkdə ölkə xaricində oynayan yerli oyunçularımızın sayı daha çox olacaq.

– Sanki Mahir Emrelinin 2 il öncə “Legiya”ya gedişi digər futbolçularımızı da “silkələdi” və xarici klubların bizim oyunçularla maraqlanmasına yol açdı. Razısınızmı?

– Əlbəttə, Mahir Emrelinin “Legiya”ya keçidi böyük maraqla qarşılandı. Bu da “Qarabağ”ın son illərdə avrokuboklarda layiqli çıxış etməsi ilə bağlı idi. “Qarabağ”ın uğurlarından sonra Azərbaycan futboluna və futbolçularına marağın artdığını gördük. İstərdim ki, legioner həyatı yaşayan futbolçularımızın sayı daha çox olsun. Hazırda “Qarabağ”da Elvin Cəfərquliyev, Toral Bayramov və Nəriman Axundzadə kimi gənc futbolçular var. İnanıram ki, onlar da 1-2 ilə özlərini ölkədən kənarda sınayacaqlar. Bunun həm Azərbaycan millisinə xeyri dəyəcək, həm də azərbaycanlı futbolçulara maraq daha da artacaq.

“Mahirin “Legiya”da qalması düzgün deyildi”

– Mahirin “Legiya”dakı karyerası əla başlasa da, azarkeşlərlə bağlı başına gələn insidentdən sonra Polşa klubunu tərk etməli oldu. Sizcə, Emreli həmin vaxt komandadan ayrılmaqla düz etdi?

– Bəli, Mahir “Legiya”da legioner həyatına çox uğurlu başladı. İstər çempionat oyunları, istərsə də avrokubok matçlarının əksəriyyətində əsas heyət üzvü kimi meydana çıxırdı və qollarını sıralayırdı. Biz də ümid edirdik ki, Mahir orada daha da püxtələşib, Polşa çempionatından Avropanın daha güclü liqalarına gedəcək. Təəssüf, xoşagəlməz hadisə ilə üzləşdi. “Legiya” Polşanın köklü klublarından biridir, daim çempionluq uğrunda oynayır və komandanın çox çılğın azarkeşləri var. Bir neçə ardıcıl uğursuz nəticədən sonra azarkeşlərlə məlum problem yarandı. “Legiya”dan getdikdən sonra Mahirin karyerasında bir balaca eniş yaşandı. Nəticədə “Emreli “Legiya”dan ayrılmaqla düz, ya səhv etdi” sualı ortaya çıxdı. Məncə, həmin an üçün, yəni o insidentdən sonra Mahirin orada qalıb karyerasını davam etdirməsi düzgün deyildi. Subyektiv fikrimdir ki, Emreli “Legiya”dan ayrılmaqla düz etdi. Sadəcə, oradan oynaya biləcəyi bir komandaya getməliydi. Həmin vaxt “Dinamo”da Xorvatiya millisinin iki hücumçusu oynayırdı. Mahir onlarla rəqabətdə çətinliklə üzləşə bilərdi, elə də oldu. Buna baxmayaraq, Mahirin daim oynaya və daha da inkişaf edə biləcəyi komandaya keçəcəyinə inanıram.

– Mahirin Xorvatiya ilə yanaşı, Türkiyə karyerası da istədiyi kimi alınmadı. Bunun səbəbini nədə görürsünüz?

– Avropada oynamaq asan deyil. Çünki orada da oyundankənar oyunlar olur. Bir neçə səbəblər var. Mahirin istər “Dinamo”da, istərsə də “Konyaspor”da karyerasının o qədər də uğurlu alınmamasını – çox vaxt ehtiyatda oturması və ya meydana çıxıb özünü göstərməməsi, hücumçu kimi qol vura bilməməsini psixoloji durumla bağlayardım. Çünki Mahir “Dinamo”ya keçəndə başqa məşqçi idi, sonra yenisi gəldi. Üstəgəl, bayaq dediyim kimi, Zaqreb klubunda rəqabət güclü idi. “Dinamo” və “Konyaspor” sıradan bir komanda deyil. “Dinamo” Xorvatiyanın top-klubudur. “Konyaspor” isə çempionatında medallar uğrunda oynayır və Türkiyə Superliqası zəif liqa deyil. Bundan əlavə, Mahirin zədələndiyi vaxtlar da oldu, hətta millidə də bir müddət qol vura bilmədi. Bunlar üst-üstə gəldikcə, həm yerli, həm də xarici mətbuat, azarkeşlər üstünə getdilər. Bu cür basqı ilə üzləşəndə möhkəm olmaq lazımdır. Belə məqamlarda istər-istəməz psixoloji sarsıntı keçirirsən. Səbəbi məhz bunda görürəm. Amma Mahir möhkəm oğlandır. İnanıram ki, bunların öhdəsindən gələcək və azarkeşləri sevindirəcək.

“Düşündü ki, Avropa ölkələrindən belə təklif gəlməyəcək”

– “Qarabağ”ın Mahir Emrelini geri qaytarmaq istədiyi haqda xəbərlər yayılıb. Sizcə, Mahir belə məqamda hansı addımı atmalıdır?

– Biz də mətbuatdan oxuyuruq ki, “Qarabağ” Mahiri geri qaytarmaq istəyir. Bu xəbərlərin nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Legioner həyatı yaşamış biri kimi mən də vaxtilə səhvə yol verib geri qayıtmışam. Mahir daha möhkəm olmalıdır. “Dinamo”da qalmasa belə, xaricdə oynaya biləcəyi bir kluba keçməlidir. “Qarabağ”da Mahir gedəndən sonra Musa Qurbanlı daha çox oynamağa başladı. Musa da getdi, hazırda “Qarabağ”da Nəriman Axundzadə kimi gənc yetişir. Son təlim-məşq toplanışında yoldaşlıq oyunlarında iştirak etdi. Artıq avrokubok görüşlərində də Qurban Qurbanov Nərimana güvənir, ona şans verir. Mahir getdi, ondan sonra Musa başladı özünü göstərməyə. İndi Musa getdi, istərdim ki, Nəriman da oynasın, püxtələşsin və o da xaricə getsin. Bu ənənəni davam etdirmək lazımdır. Nəriman da gələcəkdə xarici kluba keçmək istəyirsə, arxayınlaşmamalı, öz üzərində daha çox işləməlidir. İlk növbədə, “Qarabağ”ın əsas heyətində daha çox yer almağa çalışmalı, belə-belə püxtələşməli və Mahirin, Musanın davamçısı olmalıdır.

– Bu yay Azərbaycanı tərk edən futbolçulardan biri də Ramil Şeydayev oldu. Amma Ramilin qərarı heç də birmənalı qarşılanmadı. Çünki o, güclü çempionata yox, daha çox pul qazanmaq məqsədilə Tailanda üz tutdu. Şeydayevin bu qərarını necə qarşıladınız?

– Bir çoxu Şeydayevin qərarını birmənalı qarşılamadı. Ramil bunadək 2 müxtəlif vaxtda “Qarabağ”ın formasını geyindi, bundan əlavə Azərbaycanda “Sabah”ın da heyətində çıxış etdi, həmçinin Türkiyə, Slovakiya və Rusiya klublarında oldu. Yəni bundan öncə bir neçə dəfə cəhd etdi ki, yüksək səviyyədə futbol oynasın. Onu da nəzərə alaq ki, Şeydayevin artıq 27 yaşı var. Üstəlik, Tailanddan elə bir müqavilə təklif etdilər ki, o da artıq uşaq deyil. Düşündü ki, belə bir müqavilə, şərtlər qarşılığında Avropa ölkələrindən heç kim ona təklif göndərməyəcək. Əlbəttə, Şeydayevin daha güclü çempionata getməsini istərdik. Amma hər bir futbolçunun qərarına hörmətlə yanaşmaq lazımdır. Ramilin səhv, yoxsa düz qərar verdiyini zaman göstərəcək, bunu indidən deyə bilmərik. Gələcəkdə Tailand çempionatından Avropa klubuna keçə də bilər.

“Musa atası və əmisi ilə məsləhətləşib, düzgün qərar verdi”

– Əvəzində, “Qarabağ”ın digər futbolçusu Musa Qurbanlı İsveçin “Yurqarden” klubu ilə müqavilə bağladı. Musanın bir qədər tez xaricə üz tutduğunu düşünənlər də var. Musanın legioner həyatı yaşamasının vaxtı çatmışdımı və ondan gözləntiləriniz nədir?

– Bu gün İsveç, Norveç kimi ölkələrin futbolunda tamam başqa strategiya ilə işləyirlər. Bilirik ki, Skandinaviya klublarının əsas məqsədləri gənc futbolçuları yetişdirib, daha güclü klublara satmaqdır. İsveç çempionatı Avropa skautlarının daim izlədikləri liqadır. Fikrimcə, Musa özbaşına qərar vermədi. Atası Qurban Qurbanov və əmisi Musa Qurbanovla məsləhətləşib düzgün qərar verdi. Çünki məqsəd İsveçdə püxtələşib, oradan da daha güclü çempionata getməkdir. İsveç çempionatı infrastruktur, azarkeş və skautlar baxımından Azərbaycan Premyer Liqası ilə müqayisədə öndədir. Tez də deyil, gec də deyil, Musa tam zamanında getdi. Əlbəttə, indi öz üzərində dayanmadan işləməlidir. Musanın oradan daha güclü liqalara gedəcəyinə inanıram.

– Bu yay həmçinin Coşqun Diniyev Türkiyənin birinci liqa təmsilçisi “Ümraniyespor”a, Cəlal Hüseynov Bolqarıstan klubu “Arda”ya, Vüsal İsgəndərli isə Albaniyanın “Eqnatiya” komandasına keçdi. Bu 3 futbolçudan hansına daha çox ümid bəsləyirsiniz?

– Coşqun və Vüsaldan fərqli, Cəlal Hüseynovu daha yaxından tanıyıram. “Arda”ya keçməmişdən qabaq U-21-in düşərgəsində oldu və Türkiyə yığmasına qarşı matçda meydana çıxdı. Onu yaxşı tanıyan biri kimi deyə bilərəm ki, Coşqun və Vüsalla müqayisədə daha gəncdir. Cəlalın qırağa çıxmağa can atması, gedib legioner həyatı yaşayaraq daha da qabağa getməsi sevindirici haldır. Millinin düşərgəsində Cəlalla söhbətlərimiz oldu. Ona legioner həyatı yaşamış biri kimi öz məsləhətlərimi verdim. İnanıram ki, Cəlal yeni komandasında daha uğurlu çıxış edəcək.

Coşqun haqqında isə onu deyə bilərəm ki, artıq 28 yaşı var, karyerasının pik vaxtıdır. Bir az gecikmiş olsa da, Coşqun da çox yaxşı addım atdı. İstəyim odur ki, Coşqun orada sona kimi tab gətirsin, oynasın, Superliqa klublarının diqqətini çəksin və karyerasını Azərbaycanda yox, xaricdə bitirsin.

Albaniya klubuna keçən Vüsalın yaşı çox deyil, bundan sonra da artıra, önə gedə bilər. Bu yay bir neçə oyunçumuzun Azərbaycandan çıxmasının yaxşı tərəfi odur ki, onlar getdikcə Azərbaycan klublarında başqa uşaqların əsas heyətə düşməsinə, özlərini göstərərək gələcəkdə legioner həyatı yaşamasına şərait yaranır. Coşqun Türkiyədə, Cəlal Bolqarıstanda, Vüsal Albaniyada, Musa İsveçdə, Ramil Tailandda, Anton Krivotsyuk Cənubi Koreyada layiqli çıxış edəcəksə, azərbaycanlı futbolçulara xarici klublar tərəfindən diqqət daha da artacaq. Legioner həyatı yaşayan oyunçularımızın sayı artdıqca milli komandamızın da nəticələri yaxşılaşacaq.

“Gərək xarakter göstərəsən”

– Başqa hansı azərbaycanlı futbolçuların xaricdə özünü yaxşı tərəfdən göstərmək bacarığında olduğunu düşünürsünüz?

– Xaricə yollanmaq gücündə olan futbolçularımız yenə var. İstər cavanlar olsun, istər təcrübəlilər, gedib oynaya bilərlər. Hələ transfer pəncərəsi bağlanmayıb. Ola bilər, kimlərsə agentlərin vasitəsilə danışıqlar aparır. Avrokubokda oynayan klublarımızın yerli futbolçuları özlərini yaxşı tərəfdən göstərməklə xarici komandaların maraq dairəsinə düşə və transfer oluna bilərlər. Çalışdırdığım U-21 yığmamızda da belə futbolçular var. Bir çoxuna ümidimiz var ki, gələcəkdə çox yaxşı yerlərdə ola bilərlər. Fərid Yusifli, Veysəl Rzayev, Samir Abdullayev, Samir Məhərrəmli, Emil Səfərov, Abdulla Rzayev və daha bir neçəsi gələcəkdə xaricdə oynamaq gücündədirlər.

– Vaxtilə legioner həyatı yaşamış biri olaraq, ölkə xaricinə yollanan futbolçularımıza hansı məsləhətləri verərdiniz?

– Hansı ölkədə oynamağından çox şey asılıdır. Mən Ukrayna və Rusiyada oynadığımdan, dil baxımından problem yaşamadım. Legioner həyatı yaşayan futbolçu üçün istər komanda yoldaşları, istərsə də baş məşqçi ilə dialoq qurmaq baxımından xarici dili bilməsi vacibdir. Bundan əlavə, oynadığın ölkənin mentalitetini bilməlisən. Bu, həmin ölkənin adət-ənənələrinə öyrəşmək və hörmət etmək baxımından önəm daşıyır. Legionersənsə, yerli futbolçulardan daha güclü olmalısan. Daha yaxşı olmaq üçün isə hər məşqdə, hər oyunda özünü sübut etməlisən, güclü rəqabətə dözməlisən. Ehtiyatda qalanda ruhdan düşmək olmaz, əksinə öz üzərində daha çox işləməlisən. Məşqçinin tələblərini, oyun fəlsəfəsini qavramalı, komandaya tez uyğunlaşmalısan. Bir sözlə, gərək xarakter göstərəsən. Bizim qanımızda var, kənarda olanda, tək qalanda ailəmiz, yaxınlarımız üçün darıxırıq. Bu maneələri aşmaq lazımdır ki, çətinliklərlə üzləşməyəsən.

– Maddiyyat, infrastruktur baxımından qat-qat üstələdiyimiz qonşularımızdan fərqli olaraq, dünyanın top liqalarında, böyük klublarında oynaya biləcək futbolçu yetişdirə bilmirik. Səbəbi nədə görürsünüz?

– Səbəb sadədir. Azərbaycan və Gürcüstan klublarının avrokuboklardakı çıxışını müqayisə etsək, bizim klub futbolumuz daha öndədir. Bu da sırf legionerlərin hesabınadır. Görürük, avrokubokda çıxış edən Gürcüstan klublarının heyətində gənc gürcü futbolçular çoxluq təşkil edirlər. Bu da maddiyyatla bağlıdır. Bundan əlavə, onlarda klubların məqsədi tamam başqadır. Gürcüstan klubları çalışırlar ki, futbolçuları yetişdirib kənara satsınlar və pul qazansınlar. Biz də tədricən bu istiqaməti götürməliyik. Bunu etsək, klublarımızda yerli futbolçuların sayı daha da artacaq. Nəticədə kənara çıxa biləcək futbolçuların da sayında artım müşahidə olunacaq. İnanaq ki, gələcəkdə həm klub, həm də milli səviyyəsində daha yaxşı uğurlara imza atacağıq. Amma bunun üçün ilk növbədə düzgün strategiya lazımdır. Təəssüf ki, bu gün bir çox klubumuzda bu, yoxdur.

Pressklub.az
 
Ardını oxu...
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Laçın sərhəd-buraxılış məntəqəsindən keçidlər üçün Azərbaycanın şərtlərinin olduğu bildirilir. Burada başlıca şərtlər nədən ibarətdir?

- Laçında olan sərhəd-buraxılış məntəqəsinin iki funksiyası var. Bu da Qarabağda olan ermənilərin buradan istifadəsinin təmin edilməsi və rus sülhməramlılarının təminatın Ermənistandan deyil Azərbaycandan həyata keçirilməsidir. Elə əvvəldən də Azərbaycan çalışırdı ki, sülhməramlıların təminatı öz ərazisindən həyata keçirilsin. İndi də artıq bunun üçün tam bir şərait mövcuddur. Çünki indi Ağdam istiqamətindən bura quru yol da mövcuddur. Həmçinin Füzuli Beynəlxalq Aeroportundan da istifadə etmək olar.

- Rusiya bu prosesə necə əks təsir göstərə bilir?

- Təminatı öz əlimizdə saxlasaq istənilən məsələni həll edib təsir gücümüzü da artıra bilərik. Bunu hər kəs bilir. Əslində Moskva da bunu yaxşı başa düşür. Ona görə də, Rusiya öz əlaltıları ilə Xankəndidə bu porsesə qarşı teatral səhnələr qurur. Eyni zamanda Moskva məntiqsiz bəyanatlar verməklə də prosesi pozacağını düşünür.

- Qərbin bu məsələyə münasibəti necədir?

- Faktiki olaraq Qərbdə də bu məsələni yaxşı başa düşürlər. Heç təsadüfi deyil Avropa İttifaqının prezidenti Şarl Mişel Ağdam-Xankəndi yolunun istifadə edilə biləcəyini açıqlamışdı. Yəni, proseslərin əsas gedişi bununla bağlıdır. Açıq desək ermənilərin burada rolu ikinci dərəcəlidir. Azərbaycan Moskvaya sübut etmək istəyir ki, onun ərazisində olan istənilən sülhməramlı əməliyyat öz nəzarətində olacaq. İndi də bu proseslər gedir.

- Moskva görüşü və ondan öncə Rusiya-Azərbaycan arasında olan gərginliyin bu prosesə nə dərəcədə aidiyyatı var idi?

- Moskva görüşü və ondan öncə Azərbaycan və Türkiyəyə qarşı səslənən bəyanatlar bu məsələnin tərkib hissəsi idi. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz məqsədlərinə nail olacaq.

- Ermənistanın hümanitar yardımı təxribatına qarşı Azərbaycanın real yardım inkanlarını necə dəyərləndirmək olar?

- Hazırda Ermənistandan Laçın istiqamətinə gələn və orada olan yardım karvanı ilə bağlı yanaşmalar fərqlidir. Ola bilsin ki, onlara bu karvanı digər yollarla müşayiət edib Xankəndiyə çatdırmaq təklif edilib. Bu təklifə onların hə və ya yox cavabı artıq məntiqsiz görünür. Çünki onlara deyilir ki, “yardım etmək istəyirsinizsə, bunu biz dediyimiz kimi edəcəksiniz”.

- Yəni siz deyirsiniz ki, Azərbaycan belə bir təklif verib...

- Bəli! Azərbaycan təklif edib ki, bu karvanı polis maşınının müşayiəti ilə öz bildiyi marşurutla aparılmasını təmin edə biləcək. Amma ümumilikdə Azərbaycan tərəfindən hər hansı yardımın olub-olmaması məsələsi gündəmdə deyil. Bu təminat ola bilər. Çünki yol açıqdır. Qarabağda olan ermənilər bundan öncə hansı malları alırdısa o malları Azərbaycanın təmin etdiyi yollarla ala bilərlər. Amma hər yerdə olduğu kimi Xankəndidə bazar iqtisadiyyatı qaydalarına uyğun olaraq alış-veriş olmalıdır. Bu da Azərbaycan manatı ilə həyata keçirilə bilər. Yəni, təminat bu şəkildə qurula bilər. Çünki Azərbaycanın digər rayonlarında olduğu kimi Xankəndidə də eyni qaydalar mövcud ola bilər. Bura Azərbaycan ərazisidir.

- Sizcə, Qarabağ ermənilərinin bu prosesə uyğunlaşması nə vaxta qədər davam edə bilər?

- Faktiki olaraq indiki proseslər bir növ tədris xarakteri daşıyır. Yəni Qarabağ erməniləri öyrəşdirilir ki, qaydalar belə olacaq. Sadəcə olaraq onlar bu qaydalara tabe olmaq istəmirlər. Azərbaycan da buna qarşı heç bir güc tətbiq etmədən Qarabağ ermənilərini bu qaydalara riayət etməyə sövq edir. Ölkə başçısının da dediyi kimi “kim burada vətəndaş kimi yaşamaq istəmirsə onun üçün yol açıqdır”. Ona görə də, burada bütün qaydalar Azərbaycanın dediyi kimi olacaq. Çünki burada ayrı bir imkan yoxdur. Fakt bu gün Azərbaycan Ermənistandan gələn karvanı Laçın yolundan yox öz bildiyi və özünün müşayiəti və nəzarəti ilə istənilən ünvana çatdırmağa hazır olduğunu deyir. Azərbaycan bununla da öz ərazisində bütün hərəkətləri və vəziyyəti idarə etdiyini bəyan edir. Ona görə də, burada hansısa teatr tamaşası qurmağa ehtiyac yoxdur.
 
 
 
Ardını oxu...
 

Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində idmana olan marağından söz açıb.

 

Sfera.az dövlət başçısının müxbirlə dialoqunu təqdim edir:

 

Müxbir: Siz turnikdə dartındığınız videonu qoymusunuz. 60 yaşınız tamam olurdu həmin vaxt.

 

Prezident İlham Əliyev: Bəli.

 

Müxbir: On beş dəfə. Çox xoş təəssürat bağışladı. Daha çox da edə bilərsiniz?

 

Prezident İlham Əliyev: Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim. Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi. Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz.

 

Müxbir: Tam haqlısınız. Siz, həmçinin ağır atletikanı sevdiyinizi gizlətmirsiniz. Hətta, yaxın dostunuz, Prezident Ərdoğanın qarşısında hazırlıq olmadan göstərdiniz.

 

Prezident İlham Əliyev: Bu, işin asan hissəsi idi. Bəli, o qədər də ağır deyildi.

 

Ardını oxu...
Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Yeganə xanım, Azərbaycanla Ermənistan arasında sonuncu Brüssel görüşündə bir çox məsələlər ilk dəfə olaraq gündəmə gətirildi. Qərbi Azərbaycan İcmasının geri dönüşü, Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin konkret maliyyələşməsi, sərhədlərlə bağlı 1991-ci ilin Almatı sənədlərinə istinad edildiyi açıqlandı. Bu gün ortada olan prinsiplər üzərində Cənubi Qafqazda sülhü necə təsəvvür edirsiniz?

- Bölgədə sülhün təsəvvürü keçmiş köçkünlərin geri qayıtması ilə bağlıdır. II Qarabağ müharibəsindən sonra azərbaycanlılar öz torpaqlarına qayıtdıqları kimi Qərbi Azərbaycanlılar da ata-baba yurdlarına geri dönməlidir. Ermənistan hakimiyyəti bütün öhdəliklər daxilində bu məsələlərin həllini təmin etməyə borculudur. Çünki Qərbi azərbaycanlılarla bağlı öhdəlik birbaşa Ermənistan hakimiyyətinin vəzifəsidir. Bununla yanaşı bölgədə kommunikasiyaların açılması, üçtərəfli razılaşmanın 4-cü bəndi, delimitasiya-demarkasiya məsələləri, erməni silahlılarının ərazidən çıxarılması ümumi kompleks şəklində atılmalı olan addımlardır. Ermənistan tərəfi də bu prinsiplərə uyğun addımlar atmalıdır. Burada vacib olan məqam Qərbi Azərbaycanlıların ləyaqətli şəkildə öz yerlərinə qayıdışı ilə bağlı Ermənistanın müəyyən kommunikasiyalara başlamasıdır. Əslində bu məsələdə Ermənistanın başqa çıxış yolu yoxdur. Çünki Ermənistan tərəfi müharibənin bitdiyini elan edib üç tərəfli razılaşmaya imza atıbsa, bundan öncə olan məsələləri həll etməlidir. Yəni, Qərbi Azərbaycanlıların öz dədə-baba yurduna qayıdışını təmin etməlidir. Əks halda bununla beynəlxalq qanunlar işə düşəcək. Bununla bağlı dünyada bir neçə president var. Beynəlxalq Ədalət Məhkəməsi müharibə və konfiliktli situasiyalarda öz yerlərindən çıxarılmış vətəndaşları geri qaytarmaq haqqında qərar qəbul edib. Burada da köçürmə ilə bağlı xərclər məhz yerli hökumətin üzərinə qoyulur. Bununla da bağlı beynəlxalq reystr formalaşıb ki, xərclərin hamısını o əhalini öz ərazisindən çıxaran dövlət çəkir.

- Son dövrlər Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Xarici İşlər nazirlikləri qarşılıqlı olaraq bəyanatla çıxış etdi. Sizcə, münasibətlərin indiki mərhələdə belə səviyyəyə düşməsinə səbəb nədir?

- Fakt odur ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıqla bağlı imzalanan bəyannamə ratifikasiya olunmayıb. Azərbaycan Milli Məclisi bu sənədi hələ ratifikasiya edib Prezidentin təsdiqinə göndərməyib. Rusiya tərəfi də bu sənədi təsdiqləməyib. Eyni zamanda qarşıdakı dövrdə də bu sənədin təsdiqlənməsi gözlənilmir. Ona görə də, bu sadəcə olaraq bəyannamə hesab edilir. Bu addımlar kompleksini özündə əks etdirən sənəddir. İki dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş qüvvəyə o halda minir ki, ölkə parlamentləri onu ratifikasia edir və prezidentlər həmin sənədi təsdiq edir. Bundan sonra həmin sənəd hüquqi qüvvəyə minir.

- Sizcə, ikitərəfli strateji tərəfdaşlıq sənədinə imza atmış dövlətin bir il sonra belə yanaşma sərgiləməsi nədən qaynaqlanır?

- Bu heç də Rusiya dövlətinin maraqları hesab edilmir. Rusiya dövləti daxilində olan bəzi qrupların maraqlarından belə mənzərə yaranır. Burada da erməni lobbisi güclü imkanlara malikdir. Fakt odur ki, Rusiya Xarici İşlər nazirliyi və nazirlər kabineti erməni lobbisinin əlindədir. Ona görə də, onlar bu gün Rusiya tərəfindən hansı qərarı istəsələr çıxara bilirlər. Amma ümumilikdə Rusiyanın gizlin münasibətləri indi üzə çıxır. Burada biz Rusiya xarici siyasətini İranla da müqayisə edə bilmərik. Çünki bu İranın xarici siyasəti qədər riyakar deyil. Ötən günlərdə İran yenə də Azərbaycanla sərhəddə qoşunların hazırlıq vəziyyətini yoxlayırdı. Amma üzdə Azərbaycanla münasibətlərin yaxşılaşması haqqında danışırlar. Ola bilsin ki, Rusiya Xarici İşlər naziri erməni olmasa idi bəlkə onlarda bu cür yanaşma sərgiləyərdi. Reallıq odur ki, onlar səmimi olaraq anti-Azərbaycan mövqelərini ortaya qoydular. Vəziyyət o həddə çatdı ki, Rusiya XİN-nin sözçüsü Azərbaycanın ərazi bütövlüyünü tanımamqla bağlı açıqlama verdi. Sözsüz ki, Azərbaycanın Rusiyadakı səfiri bu bəyanatı geri oxutdurdu. Əslində aşağı-yuxarı oxşar fikirləri Valdayda prezident Putin də demişdi.

- Amma Putinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlaması var ...

- Putin Qarabağın statusu ilə məsələsinin gələcəyə saxlanması ilə bağlı açıqlaması bir ölkənin ərazi bütövlüyünün pozulması, tanınmaması deməkdir. Çünki bu Azərbaycan Konstitusiyasına ziddi olan bir yanaşmadır. Bu etnik muxtariyyət istəyidir. Ölkə Konstitusiyası isə bunu rədd edir.

- Bu məsələlər niyə indi və məhz bu mərhələdə üzə çıxır?

- Rusiya özü üçtərəfli razılaşma əsasında prosesləri apara bilmir. Bu ayın əvvəlində Azərbaycan, Ermənistan və Rusiya arasında delimitasiya və demarkasiya üzrə baş nazirlərin müavinləri səviyyəsində görüş baş tutdu. Amma bu da problemin həlli demək deyildi. Ona görə də, sülh müstəvisində ən faydalı məkan ABŞ formatıdır.
 
 
 
Ardını oxu...
Üç gün əvvəl Ədliyyə Nazirliyi (ƏN) Respublikaçı Alternativ Partiyasının (REAL) dövlət qeydiyyatına alınması ilə bağlı müraciətini mənfi cavablandırıb. Bu barədə təşkilatın sədri İlqar Məmmədov özü məlumat verib. Partiya rəhbəri bildirib ki, ƏN REAL-ın müraciətdə təqdim etdiyi 5 min 100 nəfərlik üzvdən yalnız 463 nəfəri keçərli sayıb.

“Ədliyyə Nazirliyindən deyirlər ki, “reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq, 986 nəfər partiyaya üzv olmadığını bildirdi”. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar Əhalinin Dövlət Reyestrində tapılmadı. Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu. Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq. Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik”, - deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, 2023-cü il yanvarın 11-dən etibarən Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanunla partiyanın dövlət qeydiyyatına alınması üçün yeni tələblər müəyyənləşib. Belə ki, dövlət qeydiyyatı üçün partiyanın azı 5 min üzvü olmalıdır. Partiyalar müraciətlərində bu üzvlərlə bağlı da anket məlumatlarını ƏN-ə təqdim etməlidir.

Müxalif siyasi partiyalar və bir sıra beynəxalq təşkilatlar “Siyasi partiyalar haqqında” yeni qanunun demokratik olmadığını və ölkədəki rəqabət mühitinə mənfi təsir etdiyini bildiriblər.

REAL Partiyası Ədliyyə Nazirliyinin cavabı ilə qane olmur. Təşkilat səlahiyyətliləri bildirirlər ki, üzv sayı ilə bağlı nazirliyin arqumentləri tutarlı deyil. Bununla bağlı ƏN-in müvafiq şöbəsinə partiya sədri məktub ünvanlayıb, detallı izah istəyir. Eyni zamanda, REAL qarşıdakı bir ay müddətində yenidən üzv sayı ilə bağlı sənədləri toplayıb nazirliyə göndərmək niyyətindədir.

REAL nazirliyin bu qərarını siyasi qərar sayır və hakimiyyəti təşkilata təzyiqdə günahlandırır. Bəzi sosial şəbəkə istifadəçiləri, ictimai fəallar isə REAL-a qarşı ittihamlar səsləndirirlər.

TEREF.AZ bildirir ki, baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran REAL Siyasi Komitəsinin üzvü Natiq Cəfərli təşkilata qarşı ittihamların əsaslı olmadığını qeyd edib.

- Partiyanızı qınayırlar ki, “hakimiyyətlə dialoqa da getdilər, amma nəticə olmadı”, yaxud da, “hakimiyyət REAL-ı sadəcə istifadə etdi, kənara atdı” və s. Bu fikirlərlə razısınızmı?

- Təbii ki, razı deyiləm. Bunu deyənlər 30 ildir öz şəxsi məqsədləri naminə hakimiyyətlə gizli formada anlaşan insanlardır, yaxud da həmin çevrələrdə olanlardır. Hakimiyyətlə dialoqun məqsədi şəxsi dividend qazanmaq deyildi. Məqsəd Azərbaycanda sivil siyasi münasibətlərin yaranmasına, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inşa edilməsinə, müxtəlif təkliflərin birbaşa hakimiyyət nümayəndələri ilə açıq müzakirəsinin təşkil edilməsinə nail olmaq idi. Bununla bağlı biz onlarla rəsmi açıqlamalar vermişik. Hakimiyyətlə 5-6 məsələ üzərində danışıqlar olub və müəyyən pozitiv məqamlar müşahidə edilir. Hakimiyyət tərəfindən həddən artıq nəzərə alınmayan məsələlər də olub. Yəni dialoqun ümumi məqsədi bunlar olub.

- Amma bu açıqlamalarınızı qəbul etmirlər...

- Həmin ittihamları səsləndirənlər, çox güman ki, dialoqdan şəxsi maraqları naminə istifadə ediblər. Bizim şəxsi mənafe üçün dialoq məqsədimiz, addımlarımız, amalımız olmayıb. Ölkədə fundamental məsələlərin həlli üçün, öz təkliflərimizi səsləndirmək üçün dialoq platformasından istifadə etmişik. İndiki məqamda Ədliyyə Nazirliyi üzvlərlə bağlı təqdim etdiyimiz siyahını öz dünya görüşünə, hüquq anlayışına görə “keçərli saymadı”. Burada çox ciddi hüquqi nihilizm və boşluqlar var. Həmin boşluqların doldurulması Ədliyyə Nazirliyinin boynunun borcudur. Nazirlik REAL-a və cəmiyyətə necə, hansı dormada sübut edəcək ki, prosesi şəffaf aparıblar. Bizə ümumi rəqəmlər təqdim edilib. Bunun da heç bir əsaslandırması yoxdur, çatışmazlığın nələr olduğu açıqlanmayıb.

Ümumiyyətlə, üzvlərə zəng etməyin, bu anlayışın da qanunda heç bir hüquqi izahı yoxdur. Qanun deyir ki, reyestr məlumatları yoxlanmalıdır. Bunun üçün Ədliyyə Nazirliyinin əlində baza var. Orada yazılmayıb ki, 5 min, 6 min üzvə bir-bir zəng edib partiya üzvü olub-olmamasını dəqiqləşdirmək lazımdır. Hakim YAP-ın deyilənə görə, 800 min üzvü var. Ədliyyə Nazirliyi bütün partiyalara eyni yanaşacaqsa, həmin məntiqlə 800 min insana zəng etməlidir. Bu, normaldırmı? Ümumiyyətlə, zaman etibarilə mümkündürmü? Nazirlik bunu bizə necə izah edəcək? Ona görə də hesab edirəm ki, nazirliyin addımı absurddur.

- Yenə dialoq məsələsinə qayıdım, ittihamlar arasında “REAL dialoqa getdiyi üçün zənn edirdi ki, hakimiyyət onlara toxunmayacaq” ifadəsi də var. Ümumi rəy bundan ibarətdir ki, REAL dialoqa getməmişdən əvvəl bunu hesablamalı idi...

- Yenə deyirəm, dialoqun məqsədi ölkədə sivil siyasi münasibətlərin bərqərar olunmasına hesablanmışdı. Buna nə qədər nail olduq-olmadıq, başqa məsələdir. Bu istəyimiz baş tutmadısa, bu, REAL-ın günahı deyil. Nəzərə almaq lazımdır ki, dialoq iki tərəf arasında aparılır. Hakimiyyət təklifləri qəbul etmədisə, bunun günahını REAL-a yükləmək nə dərəcədə doğrudur?

Bir neçə qanun layihəsi hazırladıq, təqdim etdik. Yeri gəlmişkən, Milli Məclisdə qeydiyyatdan keçmiş, amma müzakirəyə çıxarılmamış 4 qanun layihəmiz var. Bu da dialoqun nəticələrindən biri idi. Amma bizdən asılı olmayan məsələlər var. Sivil siyasi münasibətlərin qurulması üçün əlimizdən gələni etdik, amma qarşı tərəfin, yəni hakimiyyətin də addımlarını hamı gördü. İndi Ədliyyə Nazirliyi atdığı addımın hüquqi izahını verməyə mükəlləfdir.

- REAL rəsmi məktub ünvanlayıb, detallı cavab istəyir. Sizcə, hansı cavab veriləcək?

- Biz məktubda Ədliyyə Nazirliyinin “yetərsiz” saydığı rəqəmlərin izahını, həmin üzvlərin adbaad göstərilməsini tələb etdik. Bu, bizim haqqımızdır. Biz nə bilək ki, Ədliyyə Nazirliyindən kimə zəng edilib, hansı reyestr məlumatlarını tapa bilməyiblər. Deyirlər ki, 2500-dən artıq üzvümüzün reyestr məlumatını tapa bilməyiblər. Bu, necə ola bilər? Yaxud da bu, bizim günahımız deyil. Necə biz nazirliyə adbaad təqdim etmişik, nazirlik də elə dəqiqliklə cavab versin. İndi “top” Ədliyyə Nazirliyindədir. Məntiq də, qanun da deyir ki, nazirliyin detallı cavab vermək borcudur. Məsələn, zəng etmədikləri onlarla üzvümüz var. Zəng etmədiklərini üzv sayırlar, yoxsa yox? Sədr İlqar Məmmədova, Erkin Qədirliyə zəng olunmayıb. Demək istədiyim odur ki, çox ciddi nihilizm yaranıb.

Yeddi aydan çoxdur ki, üzvlük kampaniyası aparmışıq, onlarla sayda görüşlərimiz olub, 20-dən çox regionlara səfərlər etdik. Bu müddətdə üzvlərimizdən 16 nəfəri vəfat edib. Bu da normaldır. 5200-ə yaxın üzvdən 16 nəfərin dünyasını dəyişməsi qəbahətdirmi? Amma bunu sensasiyaya çevirirlər, REAL-ı ittiham edirlər. Vallah, gülməli məqamdır.

- Daha bir fikir var ki, hakimiyyət indi REAL-ın qeydiyyatına problem yaratmaqla təşkilata təzyiq görüntüsü yaradır, əslində isə Ədliyyə Nazirliyi REAL-ın üzv siyahısını təsdiqləyəcək, qeydiyyatını saxlayacaq. Bir növ hakimiyyət partiyalarla bağlı addımına bu vasitə ilə legitimlik qazandırır. Bu fikirləri necə qiymətləndirirsiniz?

- Yenə yuxarıda dediyim çevrələrin ittihamlarıdır. Bunlar 30 ildir siyasi səhnədə belə oyunlar qurublar, indi elə bilirlər ki, hamı onlar kimi oynayır. Mən onları qınamıram. Çünki 30 ildir siyasətlə belə məşğul olublar, gördükləri budur. Hakimiyyətlə açıq və ya gizli formada bu cür anlaşıblar. Bunlar elə bilirlər ki, indi REAL bu oyunu oynayır.Yox, elə deyil. Bəyan etmişik ki, bu, siyasi qərardır. Yenidən bir ay müddətində üzvlərin sayı ilə bağlı sənədləri təqdim edəcəyik. Bundan sonra hansı qərarı verəcəklər, qeydiyyatı saxlayacaqlar, saxlamayacaqlar, bunu deyə bilmərəm.

- REAL-ın partiya olaraq buraxılması realdırmı?

- Hər şey ola bilər. İndiki situasiyada mümkündür. Lakin bunun da riskləri var ki, hökumətin özü də bu barədə düşünməlidir. REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək. Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik. Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. Onun üç ildir deputat olaraq Azərbaycana qazandırdığı imic yerlə bir olacaq. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞPA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı.

Demək istəyirəm ki, REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividendlər qazandırıb. Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq.
 
Ardını oxu...
Rusiya XİN rəhbərliyinin son bəyanatı Moskvanın Qarabağda sülhün bərqərar olunmasında maraqlı olmadığını, o cümlədən Cənubi Qafqazda ənənəvi imperialist siyasətini davam etdirmək niyyətində olduğunu göstərir.

Rusiya XİN rəhbərliyinin bəyanatında qərəz ifadələr yer alıb:

“Ermənistan 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb.

Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının imzalanmasının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mövqeyini kökündən dəyişdi. Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır”.

Bəyanatda qeyd olunan bu qərəzli ifadələr Rusiyanın məkrli və müəmmalı niyyətlər güddüyündən xəbər verir.

TEREF.AZ_ın məlumatına görə, məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Cebhe.info-ya müsahibəsində Qarabağda, o cümlədən Cənubi Qafqazda mövcud siyasi vəziyyətlə bağlı bir çox önəmli məqamlara toxunub.

-Elçin müəllim, Rusiya XİN rəhbərliyi son qərəzli bəyanatı ilə Azərbaycana hansı mesajı ötürməyə çalışıb?

-Ümumiyyətli, Rusiya Xarici İşlər Nazirliyinin Qarabağda mövcud siyasi vəziyyəti əks etdirən bəyanatı isterik bir bəyanatdır. Təbii ki, bu bəyanatda əsas hədəflərdən biri kimi Azərbaycan nəzərdə tutulub. Amma Rusiya XİN rəhbərliyinin bu bəyanatının arxasında duran əsas məqsəd odur ki, Moskva Cənubi Qafqaz uğrunda gedən rəqabətdə mübarizəsini sona qədər davam etdirəcək.

Cənubi Qafqazda sülh prosesini hər vəchlə pozan Kreml əsasən Azərbaycan üzərində təzyiqləri artırmağa çalışır. Fikir versək görərik ki, Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatı Brüssel görüşü ərəfəsində təsadüf olunub. Kremldə çox yaxşı anlayırlar ki, Azərbaycan-Ermənistan sülh prosesi artıq Rusiyanın nəzarətindən çıxmaq üzrədir. Bu prosesdə təşəbbüsü Brüssel və Vaşinqton ələ alır. Prosesin bu cür şəraitdə davam etdiyi təqdirdə Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması qaçılmaz olacaq.

Hər iki ölkənin sülh müqaviləsini imzaladıqdan sonra Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyi zəifləməyə doğru gedəcək. Ona görə də Rusiya XİN rəhbərliyi bu bəyanatı ilə Azərbaycana, eləcə də Ermənistana mesaj ötürməyə çalışır ki, hər iki ölkə Brüssel və Vaşinqton formatı çərçivəsində gedən sülh danışıqlarında Moskvanın regiondakı geosiyasi maraqlarını nəzərə almalıdırlar. Əgər bu bəyanatı diqqətlə nəzərdən keçirsək görərik ki, onun başlanğıcında qəribə məqam yer alır. Orada bildirilir ki, “Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması bəzi məsələləri, o cümlədən rus sülhməramlıların mövqeyini dəyişməsinə səbəb olub”.

Buna görə də ikinci təzyiq vasitəsi kimi Ermənistan nəzərdə tutulub. Çünki Moskva erməni cəmiyyətinə bildirmək istəyir ki, Qarabağda mövcud vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsində məhz Paşinyan hakimiyyəti məsuliyyət daşıyır, məhz Paşinyan Ermənistanın Qarabağda maraqlarının əleyhinə çalışır. Yuxarıda qeyd etdiyimi kimi, bu bəyanatda həm Azərbaycan, həm də Ermənistan hədəfə alınıb. Moskva hər iki ölkəni Vaşinqton və Brüsselin təşəbbüsü ilə aparılan sülh danışıqlarından çəkindirməyə çalışır.

- Rusiya XİN rəhbərliyinin bəyanatında belə bir ifadə işlədilib:

“Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır”. Sizcə, Moskva bu bəyanatda hansı ölkəni nəzərdə tutub?

-Moskva bu ifadədə özünü nəzərdə tutub. Bildiyimiz kimi, son vaxtlar erməni cəmiyyətində Qarabağdakı erməni azlığın taleyi, eləcə də həmin bölgədə rus sülhməramlıların fəaliyyəti ilə bağlı ciddi ittihamlar səsləndirilir. Kreml də bu ittihamlardan ciddi şəkildə narahatdır.

Kreml Paşinyanı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqda ittiham etməklə bərabər, erməni cəmiyyətinə başa salmağa çalışır ki, guya bölgədə baş verən son hadisələrdə Paşinyan günahkardır və bundan sonra Qarabağ erməniləri daha da ağır problemlərlə üzləşsə, rus sülhməramlıları məsuliyyət daşımayacaq. Kreml ermənilərə demək istəyir ki, indiki proseslərdə rus sülhməramlılarını günahkar hesab etmək absurddur. Bəyanatda qeyd olunan həmin ifadədə bu anlam nəzərdə tutulub.

- Xankəndidə ermənilərin taplaşaraq aksiya keçirir. Ekspertlər hesab edirlər ki, bu nümayişlərin arxasında Rusiya Sülhməramlı Kontigentinin rəhbərliyi dayanır. Siz, bu barədə nə düşünürsünüz? Yaxın zamanda rus sülhməramlıları tərəfindən hansı ciddi təhlükələr gözlənilə bilər?

-Azərbaycanın qanuni ərazisi - Qarabağ regionunda məskunlaşan erməni azlığın son vaxtlar nümayişlərə və yürüşlərə əl atmasının arxasında rus sülhməramlıları dayanır. Böyük ehtimalla, bu nümayişlər Rusiyada müəyyən hərbi-siyasi dairələrin ssenarisi əsasında təşkil olunur. Kreml bu kimi metodlardan istifadə etməklə dünyaya görsərtməyə çalışır ki, bu bölgədə guya erməni əhalisi yaşayır.

Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıır ki, guya bu bölgənin əhalisi Azərbaycanın tərkibində yaşamaq istəmir. Eyni zamanda, Moskva bu kimi üsullara baş vurmaqla rus sülhməramlıların ölkəmizin ərazilərində növbəti beş il müddətində qalmasına şərait yaradır. Bu baxımdan hesab etmək olar ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq üçün belə riyakar və məkrli üsullara əl atmaqda davam edəcək.

Onu da qeyd edim ki, Türkiyənin dövlət rəhbəri Rəcəb Tayyip Ərdoğan NATO-nun Vilnus sammitindən sonra keçirilən mətbuat konfransında rus sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirmişdi. Ərdoğanın bu bəyanatı çox ciddidir. Bu, bütün dünyanın gözü qarşısında rus sülhməramlıların Azərbaycandan çıxacağı müddətinin elan olunması anlamına gəlir. Yəni Ərdoğan Rusiyanın üzərinə öhdəlik qoyur ki, rus sülhməramlıları imzalanan bəyanata əsasən həmin müddətdə Azərbaycanın qanuni ərazisi – Qarabağı tərk etməlidir. Rusiyanı buna məcbur etmək üçün indidən bu addımlar atılmağa başlanılıb. Türkiyə bu məsələdə Azərbaycanı ciddi şəkildə dəstəkləyir.

Ümumiyyətlə, son zamanlar Azərbaycan ilə Türkiyənin ortaq fəaliyyəti nəticəsində orta çıxan vəziyyət Rusiyanın regiondakı geosiyasi maraqları ilə ziddiyyət təşkil edir. Əgər son prosesləri diqqətlə nəzərdən keçirsək görərik ki, Türkiyənin Qərblə münasibətləri normallaşdırmağa başlayıb və Ankara Rusiya ilə əvvəlki münasibətlərini daha da inkişaf etdirmək marağında deyil. Bununla bərabər, bu yaxınlarda Türkiyə Ukrayna ilə hərbi əməkdaşlığa dair saziş imzalayıb. Bu müqaviləyə əsasən Ankara Ukraynda PUA zavodu inşa edəcək. Rusiyanın hərbi-siyasi rəhbərliyi isə bu zavodu raket zərbəsi ilə vuracağını bəyan edib. Bütün bu proseslər fonunda Türkiyə ilə Rusiya arasında münasibətlərinin pozulması müşahidə olunur. Habelə, Azərbaycan-Rusiya münasibətlərində də vəziyyət günbəgün gərginləşir.

Bir önəmli məqamı da nəzərə almaq lazımdır ki, hazırda Türkiyə ilə Azərbaycan birlikdə mühüm hərbi-siyasi və strateji layihə həyata keçirir. Bu layihə Azərbayan və Türkiyənin ortaq hava məkanının yaradılması ilə bağlıdır. Yaxın illərdə bu layihənin həyata keçməsi üçün ciddi və zəruri addımlar atılacaq. Bu, o deməkdir ki, faktiki olaraq Cənubi Qafqaz Türkiyə ilə Azərbaycanın nəzarəti altında keçəcək. Belə olan şəraitdə Rusiya bu regionda öz geosiyasi maraqlarını təmin edə bilməyəcək.

Rusiya yaxın gələcəkdə bu kimi proseslərin reallaşmaması üşün bütün son imkanlarından istifadə edir. Ancaq görünən odur ki, Rusiya öz istəyinə nail olmayacaq.

-Qərbdə bir çoxları hesab edirlər ki, NATO-nun Cənubi Qafqazda hərbi-siyasi cəhətdən möhkəmlənməsinə və geostrateji təsir imkanlarının artmasına yalnız Türkiyə münbit şərait yarada bilər. Necə düşünürsünüz, Türkiyə-NATO tandemi Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyinin zəifləməsinə nə dərəcədə təsir göstərəcək?

-Hazırda ABŞ və Avropa İttifaqının Cənubi Qafqazla bağlı başlıca hədəfi Rusiyanın bu regiondan çıxartmaqdır. Həm ABŞ, həm də Avropa ölkələrində çox yaxşı anlayırlar ki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Yəni Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq etmədən Cənubi Qafqazda möhkəmlənmək qeyri-mümkündür.

Önəmli məqamlardan biri budur ki, regionun açar dövləti olan Azərbaycanın strateji müttəfiqi Türkiyədir. Qərbdə bu faktoru nəzərə alırlar. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Qərbin maraqlarına sərf edir. Türkiyə NATO-ya üzv olan ölkədir. Türkiyənin Cənubi Qafqazda möhkənlənməsi NATO-nun bu regionda təsir imkanlarının artması deməkdir.

Onu da vurğulayım ki, ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesində Azərbaycanın irəli sürdüyü beş sülh prinsipinə daha çox dəstək verirlər. Bu, əlbəttə, Rusiyanı çox qıcıqlandırır.

Bu arada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də mətbuat konfransında son çıxışına diqqət yetirmək lazımdır. Mişel açıq şəkildə bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılmasına, xüsusilə dəmiryol xətlərinin tikilməsinə maliyyə ayırmağa hazırdır. Bu, çox ciddi bir bəyanatdır.

Çox yaxşı bilirik ki, üçtərəfli noyabr Bəyanatına əsasən Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyalara nəzarət etmək Rusiyaya həvalə edilib. Amma Avropa İttifaqı həmin kommunikasiya, yəni dəmiryol xəttinin tikintisinə maliyyə ayıracaqsa, bu imkan Rusiyanın əlindən çıxacaq. Təbii ki, Avropa İttifaqı maliyyə yatırdığı layihəni də Rusiyanın nəzarətinə verə bilməz. Bu, o deməkdir ki, regionda Rusiya üçün əhəmiyyətli hesab olunan mexanizm Kremlin əlindən alınmaq üzrədir.

Bütün bu proseslər onu göstərir ki, ABŞ və Avropa İttifaqı Rusiyanın Cənubi Qafqazdan kənarlaşdırılması prosesini inkişaf etdirir. Bu prosesdə də Azərbaycan-Türkiyə strateji müttəfiqliyi əhəmiyyətli rola malikdir. Bu amil Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.

Dünyapress TV

Xəbər lenti