![]() |
![]() ![]() ![]() |
|
"İlk dəfə Heydər Əliyevi Bakı Dövlət Universitetində (BDU) işləyərkən 1974-cü ilin yayında qəbul imtahanları zamanı görmüşəm".
Bunu Baku TV-nin "Baku aktual" verilişində Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini danışarkən deyib.
O, Heydər Əliyevlə ilk görüşünü belə xatırlayıb:
"Bir gün qabaq müəllimlərə elan etdilər ki, sabah Heydər Əliyev gələcək. Universitetin 4-cü mərtəbəsində 4-cü otaqda biz riyaziyyatçılar yazı işlərini yoxlayırdıq. Qapı açıldı, Heydər Əliyev içəri daxil oldu. Əvvəlcə o hesab etdi ki, biz imtahan veririk. Çünki hamımız cavan adamlar idik. Yaxınlaşanda bildi ki, müəllimik. Daha da yaxın gəldi, söhbət etməyə başladı. İmtahanların gedişindən, abituriyentlərin münasibətindən xeyli danışdı. Artıq söhbətin qurtarmaq ərəfəsində Heydər Əliyev "Kimin sualı var, bəlkə, bir sözünüz var mənə?", - deyə soruşdu. Bir nəfər cavan professor var idi bizdə. Adı Valeri Salayev idi. Dedi ki, mənim sualım var. Hamı pərt oldu. V.Salayev "Yoldaş Əliyev, sizin adınızdan universitetə belə bir qərar gəlib ki, aspiranturaya qəbul olmaq üçün hər bir şəxs iki il əmək stajına malik olmalıdr. Biz hesab edirik ki, bu, təbiət elmlərinə xeyir gətirməz" dedi. Heydər Əliyev diqqətlə dinlədi. Üzünü yanındakılara çevirib "Mənim qərarımı səhv çatdırmısınız. Bu qərar humanitar sahələrə aiddir" dedi".
Ətraflı süjetdə:
Təhsil aldığı məktəb bundan sonra Milli Qəhrəman Natiq Qasımovun adını daşıyacaq. Söhbət Mingəçevir şəhərində yerləşən 4 saylı orta məktəbdən gedir.
Bu barədə Baku TV-nin süjetində deyilir.
Məktəbin direktoru Zaur Müseyibov baş nazirin imzaladığı sərəncamın onları qürurlandırdığını deyib.
"Bizim üçün fəxrdir, 30 ildən sonra Prezidentimizin fərmanı ilə Natiq Qasımova Milli Qəhrəman adı verildi. Biz bununla qürur duyuruq. Bir neçə gün bundan qabaq baş nazirimizin imzaladığı sərəncamla məktəbimizə Milli Qəhrəmanın adının verilməsi bizi daha da duyğulandırdı və sevindirdi. Artıq bizim qarşımızda duran əsas məsələ şagirdlərimizə belə bir qəhrəmanı tanıtmaq, Natiq Qasımov kimi yetişdirilməsini təmin etməkdir", - deyə o bildirib.
Qeyd edək ki, Natiq Qasımov 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. O, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxır. Döyüşdə altı yoldaşı həlak olan Natiq mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Onun təslim olmayacağını anlayan ermənilər Natiqin qarşısına "əsirləri güllələyəcəyik" şərtini qoyurlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan qəhrəman kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Kilsədən böyük bir dəstənin çıxacağını gözləyən düşmən oradan əlində bayraq bir əsgərin çıxdığını görəndə azğınlaşıb. Natiq Qasımov əsir götürülüb.
Qeyd edək ki, Natiq haqda çəkilən filmdə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir.
Ətraflı Baku TV-nin süjetində: