![]() |
![]() ![]() ![]() |
|
Rəhim Şmidt azərbaycanəsilli həkim və alman siyasətçidir. O, 2011-2016-cı illərdə Almaniya “Yaşıllar” partiyasının üzvü olaraq Reynland-Pfaltsın dövlət parlamentində deputat kimi fəaliyyət göstərib.
Musavat.com onunla müsahibəni təqdim edir:
- Rəhim bəy, hazırda siyasi fəaliyyətlə məşğul olursunuzmu?
- İndi də həkimlik peşəsi ilə paralel olaraq siyasətlə məşğul olaram və dünyada baş verənləri izləyirəm. Əsas işim isə həkimlikdir. Maynts şəhərində klinikada terapevt kimi çalışıram. İldə iki dəfə Azərbaycana gəlib dostlarımla görüşürəm. COP29 ilə əlaqədar Bakıya gəlmişəm, hazırda Azərbaycandayam.
- Söhbət Almaniyadan düşmüşkən, bu ölkənin Azərbaycanın siyasi həyatındakı iştirakını bəyənirsinizmi?
- İllərdir ki, bu siyasəti izləyirəm. Almaniya həmişə çalışıb ki, neytral mövqe göstərsin. Lakin təəssüf ki, son illərdə Almaniya siyasəti Azərbaycana münasibətdə konstruktiv rol oynamır. Bu ölkənin xarici siyasəti Fransanın təsirinin altında Azərbaycanın maraqlarına zidd fikirlər səsləndirir. Azərbaycanda insanlar Almaniyaya hörmətlə yanaşır və almanları sevirlər. Bunun özü böyük bir sərvətdir. Təəssüf ki, Almaniya bu sərvətdən istifadə edə bilmir.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana gəlib insan hüquqlarından danışır. Bunu biz bu gün dünyanın hər yerində, Almaniyada, yaxud da Amerikada gedib danışa bilərik. Hətta Paşinyan deyir ki, Qarabağ Azərbaycandır. Berbok da zəhmət çəkib Qarabağdan vaxtı ilə qovulmuş bir milyon yarım azərbaycanlının hüququndan danışsın. Ermənilər Qarabağın hər yerini minalayıb, təbiətini məhv ediblər. Bundan niyə danışan yoxdur?
İnsan hüquqlarına gəlincə, bir məsələyə diqqət çəkim. Almaniyada kişilərlə eyni işi görən qadınların maaşı kişilərə nisbətdə 20 faiz aşağı olur. Belə olan halda Almaniya niyə öz qadınlarının hüquqlarını müdafiə etmir?
Azərbaycanda müxtəlif xalqların nümayəndələri firavan yaşayırlar. Burada bir yəhudiyə gözün üstündə qaşın var deyilmir. Bu, Almaniyada varmı?
Qərbin bir çox ölkələri dünyaya yaşamaq dərsi verir. Lakin reallığa nəzər saldıqda bir çox məsələlərdə ikili standartlar həyata keçirirlər. Çox təəssüf ki, insan hüquqları və demokratiyadan sadəcə bir alət kimi istifadə edirlər. Bu alətlə digər ölkələrin daxili işlərinə qarışır və öz mənfəətlərini güdürlər.
Halbuki Berbokun səfərinin məqsədi COP29-da iştirak etmək və iqlim, ekologiya ilə bağlı məsələləri müzakirə etmək idi. Bunun yalnız bir adı var: öz öhdəliyindən qaçmaq. Annalena Berbokun siyasi təcrübəsi çox azdır. Azərbaycan ona qonaqpərvərlik göstərdi, o isə ölkənin daxili siyasətindən bir alət kimi istifadə edirdi. Bu, çox böyük ədəbsizlikdir. Biz burada mədəniyyətlərin fərqini görə bilərik. Azərbaycan mədəniyyətində ədalətsiz demokratiya ola bilməz. Amerikada pulun varsa, azadlığın var. Təsəvvür edin, Azərbaycan XİN rəhbəri Avropaya gedib, orada həyat dərsi verir. Mən belə bir şeyi xatırlamıram.
Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində demişdi ki, ölkəsində siyasi böhran yarandığı üçün COP29-a gələ bilmir. Almaniyanı idarə edən “Svetofor” koalisiyası (daxil olan partiyaların rəmzi rənglərinə görə belə adlanırdı) bir neçə ay sürən mübahisədən sonra ötən həftə rəsmən dağıldı. Son ümid buna idi ki, bəlkə Trampın seçilməsinin Avropaya yaratdığı təhdid Almaniya hökumətini ziddiyyətləri kənara qoyaraq, toparlanmağa vadar edə bilər. Lakin ümidlər doğrulmadı, alman “svetofor”u necə deyərlər, söndü.
- Sizcə, bu böhran nə ilə nəticələnəcək?
- Koalisiya 3 il ərzində özünü doğrulda bilmədi. Buna görə də Almaniyada növbədənkənar parlament seçkiləri gələn il fevralın 23-nə təyin edildi. Kansler Olaf Şoltsa etimad əvvəlki kimi deyil. Bir neçə həftədən sonra özü Bundestaqda ona etimad olunması ilə bağlı sual edəcək. Ehtimal ki, ona bu etimad göstərilməyəcək.
Olaf Şoltsun Azərbaycana gəlməməsində isə hansısa bir məntiq görmürəm. Fikrimcə, Şoltsun göstərdiyi səbəb əsassızdır. Ona qalsa, G20 sammitinə getdiyi kimi, Azərbaycana da gələ bilərdi.
Mən burada bir çox insanlarla müzakirələr aparıram, onlar deyir ki, niyə Almaniya mediası həmişə Azərbaycanı tənqid edən yazılar dərc edir, yaxşı heç nə görmürlər.
Niyə onlar işğalçı Ermənistanla bağlı tənqidi heç nə yazmırlar, vaxtı ilə Qarabağın talan edilməsindən bir kəlmə söz açmırlar. Əksinə, Emmanuel Makronun çağırışlarına “hə” deyirlər.
Prezident İlham Əliyev deyir ki, Azərbaycan Şimalla Cənub arasında sülh körpüsü olmaq istəyir. Bu, çox vacib və lazımlı məqamdır. Azərbaycan Qarabağı azad etdi, həyat verdi, bu, dünyanı sevindirməli idi. Turan ailəsi dünya sülhünə böyük töhfə verəcək.
Mən Almaniyanı sevirəm, bura gözəl vətəndir. Bu ölkənin dünyaya töhfələri böyükdür. Buraya hər ölkədən qaçqınlar axışır. Buna görə də ümid edirəm ki, Azərbaycan və Almaniya tarixi körpülərə və dərin mədəniyyətə əsaslanan münasibət quracaq.
- Azərbaycan-Ermənistan arasındakı sülhə gedən prosesi izləyirsinizmi? Yaxın gələcəkdə sülh imzalana bilərmi?
- Ermənistan məğlub ölkədir. Sülhə daha çox can atmalıdır. Lakin Ermənistan kimlərinsə vassalıdır, havadarları icazə versə, Azərbaycanın verdiyi təkliflə razılaşar. Paşinyanın özü də etiraf edir ki, Qarabağ Azərbaycandır. Buna baxmayaraq, Ermənistan Fransa, ABŞ kimi bəzi Qərb ölkələrinin ağzına baxır. Bu da Zəngəzur dəhlizinin açılmasını ləngidir. Halbuki Paşinyan bu dəhlizin açılması ilə bağlı bəndin olduğu sənədin altına imza atıb. Ermənistan ilk olaraq konstitusiyasında dəyişiklik etməli, Qarabağa olan ərazi iddialarından əl çəkməlidir. Bəs o nə edir? Havadarlarından silah almaqla məşğuldur. Təxribatçıları sərhəddə yerləşdirir. Fransa sülhün imzalanmasına mane olan bir nömrəli qüvvədir. Çünki onun qazancı təxribatdan və onu-bunu sormaqdan çıxır. Ermənistan sülhün bağlanması üçün ciddi səy və etimad göstərməlidir. Sülh mövzusu yalnız Azərbaycan və Ermənistan arasında aparılmalıdır. Buraya başqa ölkələrin müdaxiləsi lazım deyil. Çünki onlar öz maraqlarını güdürlər. Bir sözlə, Qarabağ Azərbaycandır və MİNSK qrupu bitdi.
- Ukrayna-Rusiya savaşından danışaq. Deyilir ki, müharibə fevral ayında bitə bilər. Ancaq ABŞ prezidenti Co Bayden gedərayaq gözlənilməz qərarlar verir, Ukraynanı daha çox silahlandırır.
- Bəzi Qərb ölkələri düşünür ki, dünya onların istədikləri kimi idarə olunmalıdır. Onların gəlirləri savaşa, təxribata bağlıdır. Buna isə insan hüquqları, demokratiya, azadlıq donu geyindirirlər. Ukraynanı bu müsibətə salıb, Rusiyaya təzyiq göstərirlər. Rusiyadan sonra növbə Çinindir. Tailand məsələsini ortaya atıb aranı qızışdırmaq istəyirlər. Bununla da dünyanı özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Donald Tramp iqtisadiyyat üzərindən, Co Bayden isə təxribatla pul qazanmağa üstünlük verir. Tramp müharibəyə son verərsə, bu onun adına yazılmış böyük uğur olacaq. Bayden isə buna heç bir vəchlə imkan vermək istəmir. Biz burada aşkar görürük ki, insan hüquqları pula və qüdrətə qurban verilir. Son günlər Co Baydenin ocağın üzərinə neft tökməsi də bununla əlaqədardır.
Bayden fikirləşir ki, qoca adamam, bu gün-səhər ölüb gedəcəyəm, dünyada nə olursa, olsun.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan çox gözəl deyib - dünya 5-dən ibarət deyil. Əgər bu ölkələr azadlıq, demokratiya, insan hüquqları istəyirlərsə, elə Ukrayna-Rusiya savaşından başlasınlar.
Neomüstəmləkəçiliyin dərin psixologiyası göstərir ki, “Biz yaxşıyıq, fərqliyik, dünyaya yol göstəririk. Həqiqət biz deyəndir”. Bunun özü ədəbsiz, mədəniyyətsiz fikirdir. Fransanın 3 milyon borcu var, əl-ayağa düşüb ki, harada təxribat törədim ki, bu pulu çıxara bilim. O, birinci növbədə Əlcazairdə törətdiyi qırğınların ağır nəticələrini aradan qaldırsın.
Dünyada hamı əl-ələ verməli, ədalətə, ekologiyaya töhfə verməlidir. İkili standartın, təxribatın, ona-buna yuxarıdan aşağı baxmağın zamanı çoxdan bitib.
Şahanə Rəhimli
Musavat.com
TV Müsavat-ın canlı efirinin qonağı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov olub.
Musavat.com xəbər verir ki, Xəyal Bəşirov Rusiyanın nüvə silahından istifadəsinin real görünmədiyini bildirib. O, qeyd edib ki, Rusiyanın nüvə silahından istifadə etməsi üçün siyasi imkanı yoxdur.
Ətraflı videoda:
Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.
Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı Estoniyanın xarici işlər naziri Marqus Tsaxnanın fikirlərini səsləndirib.
Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "Financial Times"-a müsahibəsində "Avropa liderləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyev və Moskva arasında danışıqlar apara biləcəyi istənilən sülh sazişini dəstəkləmək üçün Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olmalıdır", deyib.
Ətraflı videoda:
Musavat.com lent.az-a istinadən "Bioqrafiya" rubrikasında son günlər səhhətinin ağırlaşması ilə meyxanaçı Xəyyam Əhmədli barədə məlumat verir.
- Xəyyam Əhmədli harada anadan olub?
Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub.
- Xəyyam Əhmədli ailəlidir?
Bəli. Lakin övladı yoxdur.
- Xəyyam Əhmədli ali təhsil alıb?
Xeyr.
- Xəyyam Əhmədli hansı meyxanası ilə məşhurlaşıb?
Azərbaycan ordusunun zabiti Ramil Səfərov Macarıstanda 8 il həbsdə olarkən Xəyyamın ona "Məmləkətim" və ya ikinci adı ilə "Hələ oğlun salamatdır" adlı mahnı bəstələdi. Bu bəstə ona məşhurluq gətirmişdi.
- Xəyyam Əhmədlinin xəstəliyi nədir?
O 2023-cü ildə insult keçirib. Ağır ürək problemi var və vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlər müayinələr edir, müalicə olunur. Əməliyyat olunması da mümkün deyil. Çünki əməliyyat üçün səhhəti yaxşılaşmalıdır. Ürəyi çox zəifdir. Söz xiridarı ictimai-sosial verilişə müsahibəsində bildirib ki, səhhəti ilə əlaqədar uzun müddətdir, xəstəxanadadır.
"Heç özüm də bilmirəm, nələr baş verdi. Uzun zaman əvvəl ürəyimə su yığılmışdı. Buna görə o zaman əməliyyat olunmalı idim, amma olmadım. Birdən-birə gözüm qaraldı, huşum getdi. xəstəxanadayam, həkimlərin nəzarətindəyəm"- o bildirib. O, 2018-ci ildə ürəyindən "anju" əməliyyatı olunmuşdu.
- Ramil Səfərov Xəyyam Əhmədlini ziyarət edib?
Bəli. Azərbaycan ordusunun zabiti polkovnik-leytenant Ramil Səfərov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib. Onlar birgə söhbət edib, foto çəkdiriblər. Ramil Səfərov meyxanaçıya xüsusi rəğbət bəslədiyini bildirib.
- Xəyyam Əhmədlinin maddi dəstəyə ehtiyacı var?
Sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazımdır. Xəyyam Əhmədli 2018-ci ildə ürəyindən anju olunanda sənət dostlarından Namiq Qaraçuxurlu, İzzət bağırov, Ağa Mirzə ona maddi dəstək edilməsi üçün çağırış ediblər: "Hamı bilir ki, Xəyyamın vəziyyəti yaxşı deyil. Tək meyxanaçılar yox, bütün sənət adamları yanında olsun. Sənət dostlarımızdan, onun sözlərinə mahnı oxuyanlardan xahiş edirəm ona dəstək olsunlar".
- Hansı sənətkarlar Xəyyam Əhmədliyə baş çəkib?
Söz xiridarı bildirib ki, bir çox həmkarları onun səhhəti ilə maraqlanır və evinə ziyarətə gəlirlər:
"Ağamirzə Məmmədov, Namiq Qaraçuxurlu, Namiq Məna, Pərviz Bülbülə, Ələkbər Yasamallı, Mehdi Masallılı, Aydın Lökbatanlı mənə baş çəkirlər vaxtaşırı telefonda danışırıq. Oqtay Kamil isə davamlı yanımdadır o bütün bu işləri təşkil edib. 3-5 meyvə alıb, halını soruşub, getmək deyil. Oqtay mənim üçün daha çox can yandırır. Allah hamının canını sağ eləsin. Kimlər ki yoxdur onlar əvvəlcədən yanımda olmayıblar. Onları bilmək üçün isə bu yatağa düşməyə ehtiyac yoxdur. Gərək zamanında onları ayırd edə biləsən. Görünür, mən etməmişəm. Heç kimə də arzu etmirəm dostlarını xəstə yatağında yanına çağırsın. Mən heç birindən narazı deyiləm".
"Namiq Qaraçuxurlunu istəmirəm. İstəmirəm ki, o, yanıma gəlsin. Çünki o, yanıma gələndə həkimlər və tibb bacıları onunla şəkil çəkdirirlər, mən isə kənarda qalıram (gülür). Namiq gəlib mənə baş çəkib" - bunu da meyxanaçı deyib.
- Xəyyam Əhmədli öz səhhəti ilə bağlı nələr danışıb?
Xəyyam bildirib ki, ilk dəfə insult olanda birdən-birə gözü qaralıb və huşunu itirib daha sonra isə xəstəxanaya yerləşdirilib:
"Mənim ürəyimdə damar tutulması var idi. Bir neçə il əvvəl əməliyyat olunmalı idim. Amma əməliyyat oluna bilmədim, qaldı. Birdən-birə gözüm qaraldı. Huşum getdi. Sonra nə baş verdi bilmirəm. Avqustdan yataq xəstəsiyəm. Ayağa qalxa, yeriyə bilmirəm. Ürək çatışmazlığı ilə əlaqədar bədənimə su yığılıb. Bir ayağım tutulub. Ümid edirəm ki, əməliyyatdan sonra səhhətim düzələcək. Bir il ərzində xəstəxanada düz 8 dəfə yatmışam. Xeyri olsa da amma əməliyyat üçün yaramayıb. Deyirlər ki, bədəndən su çəkilməlidir. Onlar olan təqdirdə əməliyyata girə biləcəyəm. Pənahım Allahadır. Ürək çatışmazlıq ağciyərlərimə və böyrəyimə müəyyən fəsadlar verib. Amma sırf ürəyimlə bağlı müalicələr alıram. Ürəyimdə üç canlı toxumadan ikisi yoxdur. Bu çətinlik də məhz buna görə yaranıb. Yoxsa açıq ürək əməliyyatı keçirə bilərdim. Amma mənim bu vəziyyətimdə həkimlə bunu edə bilmirlər. Ürəyimin damarları buna imkan vermir".
Xəyyam bildirib ki, onun ürəyi artıq fəaliyyətini itirib. Bu səbəbdən ürəyi süni aparatla əvəz olunmalıdır:
"Mən oksigen aparatı olmadan yaşaya bilmirəm. O bəzilərindən yaxşı imiş. Dərdim də olanda ona deyirəm. Aparat mənə səssiz qulaq asır. Ən böyük şeyi də o mənə edir. Mənim ürəyimə ürək formasına aparat qoyulmalıdır. O Almaniyadan gətirməlidir. Onun qiyməti də çox bahadır. Mənim o aparatı almağa imkanım yoxdur. 220 min manatdır. Avqustu 18-də kliniki ölüm keçirmişəm. Bunu mənə 3 gün sonra deyiblər. Bu haqda bilməmişəm. 20 dəqiqə ürəyim dayanıb. Vaxtsız ölmək istəmirəm. Yaşamaq istəyirəm. Dərd varsa çarəsi də var".
Anasının da xəstə olduğunu söyləyən Xəyyam Əhmədli bildirib ki, gün ərzində onunla otaqdan otağa videozəng vasitəsi ilə əlaqə saxlayır:
"Bu evdə anam və öz ailəmlə qalıram. Anam özü də xəstədir. Aylardır yataqdayam, anamı görə bilmirəm. Onunla videozəng vasitəsi ilə danışıram. Bu otaqdan o otağa görüntülü danışırıq. Amma yenə də ana ürəyi görürsünüz necədir, o, qalxır ayağa və yanıma gəlir".
- Xəyyam Əhmədlinin müalicəsi üçün pul yığılıb?
Pul yığmaq üçün həmkarları onun üçün aksiya edirlər. Hazırda lazım olan məbləğin 40 mini yığılıb.
Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdədir və burada dünya liderləri ilə iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərini müzakirə edir. Prezident Yakov Milatoviç AZƏRTAC-a eksklüziv müsahibəsində Monteneqro ilə Azərbaycan arasında, xüsusilə iqtisadi inkişaf və yaşıl iqtisadiyyata keçid sahələrində güclənən əməkdaşlığı vurğulayıb. Onun səfəri Monteneqronun qlobal iqlim tədbirlərinə sadiqliyini və Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirmək istəyini əks etdirir. Prezident Yakov Milatoviçin müsahibəsini təqdim edirik.
-Cənab Milatoviç, Azərbaycan hazırda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi edir. COP29-dan gözləntiləriniz barədə fikirləriniz maraqlı olardı.
-İlk növbədə qeyd etmək istəyirəm ki, COP29-da iştirak etməkdən ötrü Azərbaycanda olmaqdan çox məmnunuq. Azərbaycanı bu il COP-u təşkil etməsi münasibətilə təbrik etmək istəyirəm; tədbir çox yaxşı təşkil olunub. Bu zirvə görüşü xüsusilə kritik dövrə təsadüf edir. Son vaxtlar BMT-nin qurumları qlobal temperaturun artdığını və 2024-cü ilin rekord dərəcədə ən isti il olmağa doğru irəlilədiyini göstərən məlumatlar yayımlayıb. Bu məlumatlar, bildiyiniz kimi, qlobal istiləşmə kontekstində, xüsusən karbon emissiyaları ilə bağlı olduqca narahatedicidir. Qlobal icma olaraq hamımız birlikdə hərəkət etməli, xüsusilə 2015-ci il Paris Sazişinə əməl etmək üçün bütün səylərimizi birləşdirməli və iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq.
İqlim dəyişikliyi bəlkə də bu gün dünya qarşısında duran ən böyük çağırışlardan biridir və həqiqətən də yalnız kollektiv səylərlə həll edilə biləcək qlobal məsələdir. Bu səbəbdən dünya liderlərini hər il bir araya gətirmək və ortaq öhdəliklərimizi bir daha təsdiqləmək vacibdir. Bildiyimiz kimi, dünyanın ən böyük ölkələri həm də ən böyük karbon emissiyaçılarıdır. Hər bir ölkə, o cümlədən Monteneqro və Azərbaycan bu məsələdə öz öhdəliyini nümayiş etdirir. Hər il təkcə əldə etdiklərimizi bölüşmək üçün deyil, həm də dünyanın ən təcili problemini həll etmək üçün birgə gündəmimizi yeniləmək və gücləndirmək üçün toplaşırıq.
Bu ilin zirvə görüşündə verilən digər vacib mesaj isə sülhə çağırış oldu. Dünyanın bir çox yerində münaqişələrin davam etdiyinin və dünya üzrə son onilliklərin ən yüksək səviyyəsində olduğunun fərqindəyik. Sülhə sadiqlik olmadan davamlı inkişafa əsl sadiqlik ola bilməz. Bir çox liderin çıxışlarında sülh çağırışları etdiyini eşitdim. Bu sülh çağırışı həm də Monteneqronun dünyaya çağırışıdır.
-Artıq məlum olduğu kimi, COP29 iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunub. Sizin fikrinizcə, COP29 və Azərbaycan bu məsələyə necə töhfə verə bilər?
-Hamımız, xüsusilə uyğunlaşma üçün maliyyələşmənin təmin olunmasının vacibliyini qəbul edirik. Bu isə xüsusilə zəruri resurslara malik olmayan inkişaf etməkdə olan ölkələr üçün həyati əhəmiyyət daşıyır. Hər bir COP-un, o cümlədən Bakıda keçirilən COP29-un diqqət mərkəzində dayanan əsas məsələ maliyyə vəsaitlərinin zəngin ölkələrdən resursları az olan ölkələrə ötürülməsi üçün effektiv mexanizmlərin yaradılmasıdır. COP29-un keçirilməsi, xüsusilə iqlim səylərimizdə belə mühüm bir məqamda bu qlobal toplantının əhəmiyyətini vurğulayır. Bu, iqlim problemlərinin həllinə olan öhdəliyimizi yenidən təsdiqləmək və ən həssas ölkələrə onların uyğunlaşma və azaldılma səylərini dəstəkləmək üçün zəruri maliyyə resurslarının ayrılmasını təmin etmək baxımından bir fürsətdir.
Bu kontekstdə Monteneqroda həyata keçirdiyimiz bəzi təşəbbüsləri vurğulamaq istərdim. Biz iki dövlət fondu – Eko Fondu və İnnovasiya Fondunu təsis etmişik ki, bu fondlar müxtəlif inkişaf gündəmləri üçün innovativ maliyyələşməni dəstəkləyir. Keçən il, həmçinin xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) irəliləyişinə və yaşıl iqtisadiyyatın təşviqinə yönəlmiş üçüncü fondu - Monteneqro DİM Sürətləndirmə Fondunu işə saldıq. Bu fond Dayanıqlı İnkişaf Məqsədləri və yaşıl iqtisadiyyata dair hədəflərimizə nail olmağı sürətləndirməyə imkan verən unikal bir alətdir. Monteneqro bu cür mexanizmlərdən istifadə etmək baxımından bir çox istiqamətlərdə qabaqcıldır. COP çərçivəsində müzakirələrim zamanı bu təşəbbüsü bölüşdüm, çünki Monteneqronun təcrübəsinin iqlim uyğunlaşma siyasətlərini maliyyələşdirmək üçün innovativ həll yolları axtaran digər ölkələrə faydalı ola biləcəyinə inanıram.
-COP29 ölkələrin yaşıl iqtisadiyyata keçidinə töhfə verəcək. Ölkələrimiz yaşıl enerji sahəsində necə əməkdaşlıq edə bilər?
-Azərbaycan Prezidenti İlham Əliyevin COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin açılış nitqində qeyd etdiyi kimi, Azərbaycan öz təbii sərvətləri ilə tanınır, lakin həm də yaşıl siyasətə doğru mühüm addımlar ataraq bu sahədə də lider kimi önə çıxır. Monteneqro neft və ya qaz ehtiyatlarına malik ölkə olmasa da, kömür kimi fosil yanacaqlardan uzaqlaşaraq yaşıl iqtisadiyyata keçidi fəal şəkildə dəstəkləyir və davamlı siyasətini inkişaf etdirir. Azərbaycan və digər təcrübəli tərəfdaşlarla birgə biz bərpaolunan enerji sektorunu genişləndirmək, külək və günəş enerjisi infrastrukturu qurmaq və enerji səmərəliliyinə yönəlmiş siyasəti irəli aparmaq üçün əməkdaşlıq edirik.
Dünya liderləri ilə müzakirələrimdə Monteneqronun enerji səmərəliliyi sahəsində təşəbbüslərini, xüsusilə Avropa İttifaqından əldə etdiyimiz əhəmiyyətli maliyyə dəstəyi ilə ictimai binalarda və fərdi ev təsərrüfatlarında səmərəliliyin artırılmasına yönəlmiş son təşəbbüslərimizi bölüşdüm. Azərbaycan kimi biz də bərpaolunan infrastrukturun enerji səmərəliliyi ilə uyğunlaşdırılmasının vacibliyini qəbul edirik.
Digər oxşar sahə enerji təhlükəsizliyidir. Azərbaycan bir çox Avropa dövlətləri üçün əsas enerji təchizatçısıdır və Monteneqro daha kiçik miqyasda olsa da, dənizaltı kabel vasitəsilə İtaliyanın elektrik şəbəkəsinə qoşulan yeganə Balkan ölkəsi olmaqla Balkan regionunu İtaliyanın elektrik enerjisi bazarı ilə əlaqələndirir. Ümumilikdə Monteneqro və Azərbaycan dostluq münasibətlərindən bəhrələnir və güclü siyasi dialoq iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün möhkəm təməl yaradır.
-Cənab Milatoviç, Sizin bir neçə ay öncə cənab Prezident İlham Əliyevə ünvanladığınız məktubda da vurğuladığınız kimi, Monteneqro ilə Azərbaycan arasında bir sıra sahələrdə çox yaxşı ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq mövcuddur. İki ölkə arasında potensial əməkdaşlıq imkanları barədə də danışmağınızı xahiş edirik. Ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün hansı sahələri prioritet hesab edirsiniz?
-Monteneqro uzun müddətdir ki, Azərbaycan üçün əsas turizm məkanıdır və biz ölkəmizi qürurla “Aralıq dənizinin incisi” adlandırırıq. Azərbaycanın Monteneqroya yatırdığı əsas investisiyalardan biri olan Portonovi layihəsi turizm sahəsində mühüm bir inkişafdır və bu layihə ilə çox qürurlanırıq. Bu sərmayənin Azərbaycandan gəlməsi bizi çox sevindirir, çünki bu, ölkələrimiz arasında güclü əlaqə qurur və turizm sektorunda gələcək əməkdaşlıq potensialını göstərir. Bu, təkcə bizim turizm imkanlarımızı genişləndirmir, həm də iqtisadi əlaqələrimizin möhkəmliyini nümayiş etdirir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə Monteneqronun Azərbaycanla iqtisadi əlaqələri daha da gücləndirməyə sadiq olduğunu bir daha vurğulamağı planlaşdırıram. Monteneqronun Azərbaycan üçün təklif edə biləcəyi çox imkanların olduğuna, həmçinin Azərbaycanın Monteneqroya fayda verə biləcəyinə inanıram, xüsusilə bərpaolunan enerji, infrastruktur və texnologiya sahələrində. Ölkələrimiz arasında güclü siyasi dialoq dərin iqtisadi əməkdaşlıq üçün möhkəm təməl yaradır.
Hökumətlərimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti ilə iqtisadi sessiyaların yenidən başlamasından məmnunam. Qeyd etmək istərdim ki, Azərbaycanın fəxri konsulu Vüqar Əliyev uzun illər ərzində əlaqələrin gücləndirilməsinə böyük töhfə verib. Ölkələrimiz arasında birbaşa aviareyslərin olması da çox önəmlidir. Bu birbaşa əlaqə yalnız turizmi təşviq etmir, eyni zamanda, ticarət, biznes və mədəni mübadilələr üçün daha böyük imkanlar yaradır.
Azərbaycanda COP-a qatılmağım ölkələrimiz arasında davamlı dostluğa olan sadiqliyin daha bir aydın göstəricisidir. Bu, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızı prioritetləşdirdiyimizi və əlaqələrimizi gücləndirməyə yönəlmiş ortaq bir baxışa sahib olduğumuzu göstərən açıq siqnaldır.
-Məlumdur ki, Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir. Ölkənizin Azərbaycana investisiyaları barədə fikirləriniz maraqlıdır. Azərbaycan iqtisadiyyatının hansı sektorları Monteneqro investorlarını maraqlandıra bilər?
-Bir neçə il sonra, yenidən 2024-cü ildə Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasını keçirdik və bu, çox səmərəli oldu. Bu iclasda əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyimiz sahələri müəyyən etdik. Mən inanıram ki, bu komissiya iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayacaq.
Məhz buna görə iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməyin vacibliyini vurğulamaq istəyirəm. Daha əvvəl də qeyd etdiyim kimi, son illərdə Azərbaycanda baş verən diqqətəlayiq inkişaf çoxsaylı iqtisadi imkanlar yaradıb və bunlar nəzərdən qaçırılmamalıdır. Düşünürəm ki, hələ də daha çox Monteneqro vətəndaşının Azərbaycanı kəşf etməsinə ehtiyac var. Necə ki, son illərdə Azərbaycan vətəndaşları Monteneqronu daha çox kəşf ediblər. Mənim Azərbaycana bugünkü səfərim bu istiqamətdə atılmış doğru bir addımdır və inanıram ki, Azərbaycana gələcəkdə daha çox səfər edəcəyəm. Bu, yalnız güclü siyasi dialoqu davam etdirməyə deyil, həm də iqtisadi əlaqələrimizi dərinləşdirməyə və genişləndirməyə olan sadiqliyimizi nümayiş etdirir.
Aytən Abbaslı,
AZƏRTAC