Ardını oxu...
"Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini Həsən İsmayılov Naxçıvan Dövlət Universitetinin 2 ci kurs əyani (magistratura) tələbəsidir. Özü də əlaçıdır."
Naxçıvanın əlaçı tələbə-nazir müavini
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyevin vəziyyəti yaşdır. Nazirlikdə aparılan yoxlamalar zamanı yol verdiyi qanunsuzluqların “korrupsiya” əməli olduğunu eşidib binəvanın ürəyi getmişdi. Sən demə, o boyda nazir əməllərinin “korrupsiya” olduğundan belə xəbəri yoxmuş. Amma xöşbəxtlikdən, cənab nazirin canı möhkəm imiş. İlkin tibbi müdaxilələrdən sonra özünə gələn Rafael Əliyev indi səbrsizliklə Bakıdan gələn “uzaylıların” onun barəsində verəcəkləri qərarı gözləyir. İşdir, şayət, “uzaylılar” onu indiki vəzifəyə layiq görməsələr, yaxud qoluna qandal vurub Böyükdüz əsirxanasına göndərsələr, cənab naziri təbii ki, müavini Həsən İsmayılov əvəzləyəcək.
Ardını oxu...
Bəs, inanılmaz təsadüflərin üzünə güldüyü Həsən İsmayılov kimdir?
“Qara pişik”dən aldığım məlumata görə, Həsən İsmayılov indiki Baş nazir Səbuhi Məmmədovun kadrıdır. Səbuhi Məmmədov 6 fevral 2017-ci il tarixindən 2018-ci ilin 30 noyabrına qədər Naxçıvan MR Maliyyə naziri işlədiyi ilyarımlıq dövrdə Həsən İsmayılovu vəzifəyə gətirib. Daha sonra isə özü çıxıb Baş nazirin müavini vəzifəsinə gedib. 2020-ci ildə Maliyyə naziri postuna Rafael Əliyev gətirilənə qədər nazirliyə faktiki haqqında bəhs etdiyimiz Həsən İsmayılov rəhbərlik edib. Rafael Əliyevin fitvası veriləndən sonra, yəqin ki, bir müddət Naxçıvan MR-in maliyyə sistemi yenidən bizim qəhrəmanımızın ixtiyarına keçəcək.
Burda nə var ki, deməyin. Məsələ burasındadır ki, Həsən müəllim həm də tələbədir. Hazırda Naxçıvan Dövlət Universitetində Hüquqşunasliq sahəsi üzrə magistr təhsili alır. 2 ci kurs tələbəsidir. Özü də əyani oxuyur. Əyani magistrların dərs vaxtı işləməsi isə xususilə dövlət qulluğunda qadağandır.
İşlərinin çoxluğunu nəzərə alsaq, belə çıxır ki, Həsən İsmayilov əslində dərsə getmədən tələbəlik edir. Bütün bunlara baxmayaraq, Həsən müəllim elə böyük zəka sahibidir ki, dərsə getmədən belə, əlaçı tələbə adını qazana bilib. Hətta əlaçı təqaüdü alır. Təsəvvür edirsinizmi, bir adam həm nazir maaşı, həm də əlaçı təqaüdü alır. Bununla da kifayətlənmir, əlilin, kasıb-kusubun, sosial vəziyyəti ağır olan vətəndaşların təqaüdünə də tamah salır.
“Qara pişik” bu yerə çatanda necə qəzəbləndisə aslan kimi nərildəyərək dedi: “Allah tamahını kəssin, ay Həsən! Sən nə acgöz imişsən”.
Heyder Oguz
Teref.az
Ardını oxu...
 
Ardını oxu...
“İtkinlər: 4000-dən hər biri” layihəsi başa çatdı... amma itkinlər dərdi bitmir

“Mən gözümü açandan evdə həmişə əmimi gözlədiklərini görmüşəm. Nənəmlə babam əmimi gözləyə-gözləyə dünyadan köçdülər. Heç unutmuram, nənəm son nəfəsində də gözünü qapıdan çəkmədi. Son kəlməsi “oğlum gəldi?” oldu…

İndi atam qardaşını, mən isə əmimi gözləyirəm. Axtarırıq desəm, yalan olar. O vaxt axtarmaq üçün demək olar ki, aylarla cəbhə boyu gəziblər. İndi isə evdə oturub gözləyirik… Hərdən mənə elə gəlir ki, mən əmimi gözləməyi ailəmdən öyrənmişəm. Yəqin bu vərdişim övladlarıma da keçəcək…

Biz məktəbdə oxuyanda tədbirlərdə bu şeri deyirdik:

“Orda bir kənd var uzaqda, o kənd bizim kəndimizdir…

Getməsək də, varmasaq da, o kənd bizim kəndimizdir…”

Onda öz-özümə düşünürdüm ki, orda bir igid var uzaqda, o igid mənim əmimdir. Gəlməsə də, getməsə də… o igid mənim əmimdir…”

Bütün bunları mənə “İtkinlər: 4000-dən hər biri” layihəsini işlədiyim müddətcə görüşdüyüm gənclərdən biri danışıb. O adının açıqlanmasını istəmədi, hesab edir ki, əmisi haqqında “axtarmırıq, ancaq gözləyirik” deməsi atasını incidə bilər.

Digər bir müsahibim, ümumiyyətlə, danışmaqdan imtina etdi: “Qızım, çox sağ olun ki, məni axtarıb tapmısınız, ancaq əvvəlcədən deyim ki, müsahibə verməyəcəyəm. Mənim oğlum ölməyib ki, haqqında danışım. Oğlum yaşayır və mən onu hər gün gözləyirəm. Bütün Gəncə bilir ki, mən illərdir onun gələcəyi günü gözləyirəm”.

1992-ci il, sentyabrın 19-da Fərrux dağında gedən döyüşlərdə itkin düşən İlhamın anası Elmira Dadaşova isə Fərruxda kütləvi məzarlığın aşkarlandığı gündən gözünü qapıdan çəkib, başqa istiqamətə dikib – DNT testlərinin nəticələrinə… Hər dəfə zəng edəndə “bir xəbər çıxmadı?” – deyə soruşur…

Layihə çərçivəsində Pressklub.az saytında yayımlanan araşdırmalarda cəmi altı itkin haqqında məlumat verə bildik, ancaq bir kitablıq intizar hekayəsi topladıq. Ümid edirəm, zamanla onları sizə təqdim edə biləcəyik. Bu yazıda isə sadəcə ilk yazılar yayımlandıqdan sonra aldığımız rəy və mesajlardan bir neçəsini toplamışıq:

Yaqut Seyid

I Qarabağ müharibəsində kəndimizdən könüllü döyüşə gedən oğulların yeddi nəfəri itkin düşdü. Rəhmətlik Fidan dayı dünyadan köçən günə qədər gecələr həyət qapısını arxadan bağlamırdı ki, birdən oğlum gecə qayıdar, küçədə qalmasın.

Aysel Camal

Bibim oğlu I Qarabağ müharibəsində Ağdərə döyüşlərində itkin düşüb. Xəbəri 1992-ci ilin fevralında gəlib… Məktəbimiz onun adını daşıyır… Şəhid statusu verilib, ancaq rəhmətlik atası sağlığında bir dəfə də şəhidlərə verilən yardımı almadı ki, “mənim oğlum sağdır!” Bibim bu gün də onun yolunu gözləyir, hər zaman yuxularında görür, deyir “mənim balam sağdır!”

Müşfiq Qədirov

Bizim kəndimizin də Vüqar və Şahid adlı iki itkini var. I Qarabağ müharibəsində itkin düşüblər. Şahidin anası hələ də onu sağ gözləyir, qələbədən sonra daha da ümidləndi… Ölmüş olması ehtimalını belə qəbul etmir… Mən onu başa düşürəm, babamın atası da II Dünya müharibəsində itkin düşüb, babam ölənəcən yolunu gözləyirdi… İndi də saf-saf mən gözləyirəm… Elə bilirəm, gələcək, nə vaxtsa bir xəbəri çıxacaq…

Rəbiyyə Zərdabi

Ağır dərddir… Göz yollardan yığılmır… Bir dəfə Şüvəlanda oğlu əsirlikdə qalan ananın söhbəti məni günlərlə ağlatmışdı… Ana dedi ki, yağışı, göy gurultusunu heç sevmirəm… Səs-küy olur… Birdən oğlum gələr, qapını döyər, yaşlanmışam, eşitmərəm… Şimşəyin səsi də qoymaz eşidəm… Bilirəm, gələcək, yuxuma gəlib deyib ki, ana, sağam! Məni gözlə…

Gülnarə İsmayılova

Çox ağır dərddir, elə bu gün bir ana ilə söhbət elədim… Onun da oğlundan heç bir xəbər yoxdur, yaşlı qadının gözü yoldadır, Edillidə tapılan məzarlıq barədə məlumatı yox idi deyə deməyə ürəyim gəlmədi…

Şəfəq Azər

1992-ci ildə bizim bir sinif yoldaşımızın qardaşı da itkin düşdü… Hər gün müəllimlər dərsdə soruşurdu ki, qardaşından nə xəbər var? Beləcə, dərslərimiz cəbhədən gələn doğru-yalnış xəbərlərlə keçirdi… Atası “oğlum gəlib çıxmayınca saqqalımı qırxmayacağam” dedi. Atasının saqqalı o qədər uzanmışdı ki, adam qoca Məcnuna bənzəyirdi… Məcnun zatən ərəbcə dəli deməkdir. Hər onu görəndə ürəyim ağrıyırdı…

Humay Xəlifəqulieva

Xalamın oğlu I Qarabag müharibəsində itkin düşüb. Xalamın ürəyi “oğul” deyə-deyə partladı… Dözmədi… Yoldaşı da vəfat etdi. İndi işğaldan azad edilən ərazilərdə qazıntılar altından çıxan insan sümüklərini gördükcə fikirləşirəm ki, bəlkə xalam oğlu da oradadır…?

Təhminə Əsgərli

Mənim xalam bu günə qədər 1992-ci ildə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində itkin düşmüş oğlunu gözləyir… Deyir, gələcək…

Mehriban Səfərova

Hər dəfə “İtkinlər” layihəsini oxuyanda mən onların sağ olduğuna inanıram. Torpaqlarımız azad olunanda mənə elə gəlirdi ki, hamısı oradadır, bizi gözləyirlər… Düşünürdüm ki, qələbə ilə yanaşı, bu məsələ də öz həllini tapacaq…

Nuran Əhmədzadə

I Qarabağ müharibəsində bizim də qapımıza şəhid tabutu gəlib. Həmişə itkin yolu gözləyən ailələrin danışdıqlarını eşidəndə şükür etmişəm ki, nə yaxşı ki əmimin ziyarət etmək üçün bir məzarı var. İtkin analarına əlimdən yalnız səbir diləmək gələr…

Aytac Əli

Biz məktəbdə oxuyanda sinif yoldaşımın atası müharibədə itkin düşmüşdü. Ümidləri var idi… Bibisi deyirdi, bəlkə sağdır, bir gün gələr. İndi, illər sonra “İtkinlər” layihəsini oxuyanda o oğlanın niyə daim elə kədərli olduğunu anlayıram. Doğma adamının itkin düşməsi kimi dəhşətli nə isə yəqin ki, yoxdur…

Sənubər

Ağdamın Yusifcanlı kəndindən iki ailə tanıyırdım, onların da itkinlərindən bu günə qədər heç bir xəbər çıxmayıb. Hazırda Qaradağ rayonu Sahil qəsəbəsindəki yataqxanada yaşayırlar. Gözləyirlər…

Ceyhun Məcidov

1994-cü ildə mənim də qardaşım Füzuli istiqamətində itkin düşüb. Şəhidlik statusu verilib, ancaq hələ də yolunu gözləyirik. Heç bir səs-soraq, “gördüm” deyən yoxdur… Elə bil heç həyatda bu adda adam olmayıb…

Xatirə Məhərrəmli

30 ildir bizim böyük ailəmizin də gözü yollardadır… İki dayim doğma şəhərləri Şuşanı müdafiə edərkən itkin düşüblər. Ailəmizin üz tutmadığı qurum qalmadı, amma heç elə bil yoxuymuşlar… Biz də bu dərdlərin içində uşaqkən böyüdük… Nənəm son günə qədər qamətin dik saxladı ki, oğullarım gəlib məni beli bükük görməsinlər… Anam isə iki qardaşının dərdini hələ də çəkir… Bilsəniz necə ağırdır…

Əli

Atamın bacısı, bacısı oğlu, əmisi uşaqları… Düz səkkiz nəfər Kəlbəcərdə itkin düşüblər. Otuz ilə yaxındır gəzirik, beynəlxalq və yerli təşkilatlara bildirmişik. Amma heç vaxt bir nəticəsi çıxmayib.

Asəf Sadıqov

Döyüşçü yoldaşımız Feyzullayev Aydın Zakir oğlu Vətən müharibəsində itkin düşən 6 hərbçidən biridir. Sentyabrın 30-da Füzuli rayonu Alxanlı istiqamətindən döyüşə qatıldı və həmin gündən ondan xəbər yoxdur. Ailəsini ziyarət edəndə atası Zakir dayı belə bir cümlə işlətdi: “Cibindən 3-5 manat düşüb itəndə gözün hey axtarar, mən isə cavan oğlumu itirmişəm…”

***

Onların sayı çoxdur. Rəsmi məlumata görə, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşüb. Hər birinin haqqında ayrıca yaza bilməyi arzulayırıq. Analarının dili ilə desək, bir gün özlərinin bu yazıları oxumaları ümidi ilə…

Layihədə əməyi keçən hər kəsə, xüsusilə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təşəkkür edirik!

Vüsalə Məmmədova
 
 
 
Ardını oxu...
Xəbər verildiyi kimi, bu gün Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

“AzPolitika.info” xəbər verir ki, Soçidəki görüş öncəsi maraqlı anlar yaşanıb.

Belə ki, “Rus sanatoriyası”nda keçirilən görüşə hazırlqsız gələn Paşinyan yağışdan qorunmaq üçün V.Putinin çətirinin altında dayanmalı olub, İlham Əliyev isə göy rəngli çətiri ilə özünü yağışdan qoruyub.
Ardını oxu...
Soçidə çəkilmiş bu şəkillər sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib.

Boyca balaca, ölkəsinin qüdrəti Ermənistandan 100 dəfə böyük olan Putinin Paşinyanı öz çətirinin altına alması əsasən belə yozulur ki, Rusiya Ermənistanı öz çətirinin altına aldığını nümayiş etdirib.

Paşinyanın Putinin çətiri altına girməsi sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri bunu “Paşinyan yenidən Rusiyaya sığındı”, “Ermənistan Rusiyadan asılı vəziyyətdə” kimi şərh ediblər.

Bunu Ermənistanın Rusiyanın çətiri altından çıxa bilməməsinin sübutu kimi təqdim edənlər də az deyil.

Putinin bu hərəkətinin Qərbə mesaj olduğunu, Ermənistanın kimin himayəsində olduğunu göstərdiyi kimi fikirlər də mövcuddur.

Paşinyandan fərqli olaraq, belə vəziyyətlərə hər zaman hazırlıqlı olan İlham Əiyevin görüşə öz çətiri ilə gəlməsi Azərbaycanın növbəti dəfə bütün dünyaya müstəqil xarici siyasət yürütdüyünün sübutu kimi təqdim edilib.

Eyni zamanda bunu Azərbaycan tərəfinin Rusiyaya mesajı kimi təqdim edənlər də var: "Hər kəs özünü öz çətiri ilə qorusun və bizim öz çətirimiz var”...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“KTMT”-nin son iclasından ÖNCƏ dəyərli dostum Rusif bəyin proqramında Belarusun Azərbaycan əlehinə hansısa qərarın qəbul olunmasına mane ola biləcəyini söyləmişdim, “Batka” sözümü yalan çıxartmadı, son iclasda Azərbaycan əlehinə qərarların çıxmaması üçün çıxış etdi (cəmi 1 dəqiqə 40 saniəlik videodur, izləyin).
Dövlət maraqları və dəyərlər arasında incə cizgi var - əgər hansısa siyasi təşkilat gələcəkdə ölkə idarə etməyi istəyirsə, bu incə cizgini tutmağı bacarmalıdır.
Xatırlayırsınızsa, 2020-ci ilin yayında Belarusda xalqın bir hissəsi etirazlara qalxdı, o zaman bizdə siyasi təşkilatların bir çoxu “QHT yanaşması” ortaya qoydular, halbuki, Sivil Toplum həmişə, DAİM dəyərləri önə çəkməlidir, çünki normalda onların siyasi ambisiaları yoxdur, istənilən hökumətin, hətta ən demokratik hökumətin belə, sözün əsl mənasında, tənqidçisi və yolgöstərəni olmalıdır.
O zaman Erkin Qədirli bir post yazmışdı, dəyərli analiz idi, məğzi də bu idi ki, Belarusda avroritar rejimdi, amma bu rejimi tanıyırıq, bəs ona müxalif olanlar kimdi, onlar qalib gəlsələr Azərbaycana münasibətləri necə olacaq – bu sualların cavabını bilmirik. Həmişə olduğu kimi sunqun çoxluq bu yazını normal qarşılasa da, səs-küylü azlıq Erkini “topa tutdu”. İndiki durum Erkinin yenə də haqlı olduğunu göstərdi. Sonradan dəfələrlə bu mövzunu ictimai müzakirələrə açdıq, hətta bir neçə İnternet TV-lərdə debatlarda da oldum, izah etməyə çalışdım, amma yenə də susqun çoxluq bəyənsə də, səs-küylü azlıq cığallıq etməkdə israrlı oldu. Xatırlayırsınızsa, 2020-ci ilin yazında Lukaşenko ilə Putinin münasibətləri çox gərgin idi, kim istəsə həmin dönəmdə Lukaşenkonun Ukraynalı jurnalist Qordona müsahibəsinə baxa bilər (linki şərhlərdə olacaq) – “Batka” açıq mətnlə Rusiyanı tənqid etməklə yanaşı Qərbə də mesaj verdi ki, onlarla işləməyə tam hazırdır. Amma Qərb bu mesajı eşitmədi, Kremlin məhz elə Lukaşenkonu diz üstə qoymaq üçün “müxalifət” yaratdığını anlamadı, “Batkanın” seçkilərdə əsas rəqibi Viktor Babariko idi – bankir, Rusiya “QazpromBankının” Belarus filialının 2000-ci ildən 2020-ci ilə, həbs olunduğu dövrə qədər rəhbəri olmuş Babariko birbaşa Kremlin adamı idi, 20 il QazpromBankın Belarusda faəliyyət göstərən törəmə bankının rəhbəri olmaq özü çox şeydən xəbər verir. Bu günə qədər də Babariko türmədədir, hələ də Lukaşenko onu azadlığa buraxmır, çünki Rusiyanın adamı olduğunu bilir.
Digər rəqibi isə Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovskiy idi – bloqu vardı, ölkədə 2 gecə klubunun sahibi və biznesmen, varlı bir şəxs idi. İndi onun həyat yoldaşı Svetlana xanımı PR edib önə çəkdilər, hansı ki, özü Lukaşenko ilə danışıb xaricə çıxışına icazə almışdı, “Batkaya” da belə “rəqib” sərf edir.
2020-ci ildə bizi kəskin tənqid edən səs-küylü azlıq anlamadı ki, əgər o zaman Qərb Belarusla bağlı düzgün strategiya qura bilsəydi, bəlkə də, bu gün Rusiyanın Ukraynaya vəhşi hücumu da olmazdı, olsaydı belə, işğalın ilk günlərində Rusiya ordusu Kiyevə tərəf gələ bilməzdi - hətta bu gün, işğalı 9-cu ayı gedən zaman belə Lukaşenko tam Rusiyanın dediklərini etmir, birbaşa münaqişəyə girməkdən ölkəsini yayındıra bilir.
Xülasə, Dövlət maraqlarını anlamaq, strateji düşüncə, fotonun tamamını görmək bacarığı siyasi təşkilatlarda mütləq olması gərək keyfiyyətlərdir. Sivil Toplum isə başqa cür davranmaqda haqlıdır, doğrudur, amma bu davranışı da siyasi təşkilatlardan zorla tələb etməməli, dövləti idarəetmək üçün çalışan siyasi təşkilatlardan özlərinə yaxın davranış görməyəndə isə onları aşağılamamalıdır.
Siyasət qəliz və ağır bir işdir, məsuliyyətdir, bunu hamı anlamalıdır. Siyasi təşkilatlar, hakimiyyətə iddialı partiyalar isə hökumət kimi düşünüb-davranmağı indidən bilməli, amma dəyərlər və prinsiplərindən də vaz keçməməyi bacarmalıdırlar – dediyim kimi, bu çox incə bir cizgidir, iddialı partiyalar bu cizgidə yürüməyi öyrənməlidirlər...
Natiq Cəfərli
Teref.az
 
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin son çıxışında futbol termini ilə desək Ermənistan müxalifətinə və Qarabağ separatçılarına pas atıb ki, onlar topu alıb baş nazir Nikol Paşinyanın qapısına qol vursunlar.
Ancaq hər ikisinin Paşinyana müqavimət göstərmək üçün taqəti qalmayıb.
Ermənistan müxalifəti Putinin müraciətinin erməni xalqına ünvanladığını anlayıb, bu gün verdikləri açıqlamalar da bundan xəbər verir, ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq gücləri yoxdur, çünki erməni cəmiyyətinin susqun çoxluğu da Paşinyan kimi Qarabağ yükündən qurtulmaq istəyir.
Paşinyanın Kremlə dirsək göstərməsinin nəticəsidir ki, Putinin ideologiyasını bölüşən Simonyanı, Miqranyanı və Zatulini Ermənistana girişinə qadağa qoyub, başqa sözlə Paşinyan topu Putinin qapısına vurub.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
“Böyük Britaniyanın Türkiyənin ehtiyac duyduğu qırıcıların alternativinin satılması barədə istəyini açıqlaması başadüşüləndir”.

Bu fikirləri Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin ABŞ-nin F-35 təyyarələrinə alternativ ola biləcək 4-cü nəsil “Eurofighter” qırıcılarının Türkiyəyə satılması istəyinə dair fikirlərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, müasir dünyada dövlətlərin öz milli təhlükəsizlik və iqtisadi maraqları əsasında addım atmaları təbiidir:

“Həqiqətən də, Böyük Britaniya müdafiə nazirinin ölkəsinin strateji-hərbi məhsullar sırasında olan “Eurofighter” qırıcılarını Türkiyəyə satmağa hazır olduğunu bəyan etməsi çox ciddi məlumatdır. Çünki burada söhbət ABŞ-nin təyyarə satışına embarqo qoyduğu Türkiyə üçün “nəfəslik” açılmasından gedir.

Bu isə onu göstərir ki, ABŞ və Böyük Britaniya NATO üzrə müttəfiq olsalar da, müasir dünyada dövlətlər arasında münasibətlərdə blok təəssübkeşliyindən əlavə onların milli təhlükəsizlik və iqtisadi maraqları da əsas götürülür. O baxımdan, Böyük Britaniyanın Türkiyənin ehtiyac duyduğu qırıcıların alternativinin satılması barədə istəyini açıqlaması başadüşüləndir.

Eyni zamanda, belə görünür ki, Böyük Britaniya həmin təyyarələri Türkiyəyə satmaqla ABŞ ilə aralarında problem yaranmayacağına əmindir. O da nəzərə alınmalıdır ki, Amerikanın maraqları ilə zahiri ziddiyət təşkil edən addım atmaqla yanaşı, Böyük Britaniya dünyanın müstəqil siyasət yürüdən ölkələrindən biridir.

Bəli, obrazlı desək, müqəddəs yer boş qalmaz. Əgər Türkiyənin lazım olan hərbi təyyarələri almaq imkanı varsa, onu hansı ölkədən olur-olsun, alacaq. Belə bir şəraitdə Böyük Britaniya o boşluğu doldurmaq üçün iddiasını ortaya qoyur və bu, tamamilə normaldır. Bir məqama da toxunmaq lazımdır ki, Böyük Britaniyanın bu məsələdə ABŞ ilə dərin qatlarda gizli razılığa gəlməsi də istisna deyil”.
 
Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşevin köməkçisi Aleksey Pavlovun məşhur “Arqumenti i faktı” qəzetində yayımlanan məqaləsində Ukraynanın siyasəti tənqid olunarkən bu ölkəni idarə edənlərin slavyan köklərindən uzaqlaşdıqlarını və anormal insanların nəzarəti altına keçdiklərini iddia edib. Pavlov “anormal insanlar” dedikdə radikal iudaizmə bağlı olanları nəzərdə tutduğunu gizlətməyib. Bu açıq-aşkar antisemitizmdir. Pavlov bu sırada ukraynalı oliqarxlardan İqor Kolomoyskinin adını çəkib. Bəli, sirr deyil ki, Kolomoyskiy yəhudidir, Ukraynanın hazırki prezidenti Vladimir Zelenski də eyni dinə bağlıdır.
Rusiya və Sovet tarixinin müxtəlif kəsimlərində bu imperiyaların başında dayananların yəhudilərə nifrəti olub, qətliamlar və saxta məhkəmə işləri olub. Bu siyasət Rusiyanın şovinist çarlarından tutmuş SSRİ diktatoru Stalinə qədər davam edib. Buna görə də yəhidilərin ən böyük köçlərindən biri müxtəlif dövrlərdə məhz Rusiya və SSRİ-dən olub. Rusiyanın hazırki prezidenti Vladimir Putinin anti-semit baxışları yoxdur, bir ara İsraillə sıx münasibətləri də var idi. Ancaq Putin hər dəfə isrialli rəsmilərə onu da sual edirdi ki, “Siz necə ola bilər ki, nasistlərə simpatiyası olan Ukraynanı dəstəkləyirsiniz?”. Putin Ukraynada müstəqillik uğrunda mübarizənin başında dayanan Stepan Banderanın xalq qəhrəmanı kimi təqdim olunduğunu nəzərdə tutur. Putinin özündən soruşmaq lazımdır ki, “Bəs Siz yəhudilərə nifrət bəsləyən diktator Stalinə niyə bu qədər rəğbət bəsləyirsiniz?” Əgər Putin anti-semitizmin əleyhinədirsə, anti-semit ruhlu məqalə yayımlayan şəxsi hakimiyyətdən uzaqlaşdırmalıdır.
Elxan Şahinoğlu
Terefaz.
 
 
 
Ardını oxu...
Ötən gün diqqətimi cəlb etdi ki, Milli Məclisin İqtisadi komitəsində Mərkəzi Bankın rəhbərliyi ilə görüş keçirilib. Görüşdə ancaq deputatlar və Mərkəzi Bankın rəsmiləri iştirak edib. Təbii ki, bu tip görüşlər faydalıdır.
Amma bu məlumatı oxuyarkən dərhal da BMT-nin son Hesabatında Azərbaycanla bağlı gözlənilməz nəticələri xatırladım.
Xatırladıram ki , bir neçə gün öncə BMT "Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 2022-ci il üçün Hesabat və Reytinq cədvəlini açıqlayıb. Bu hesabata görə Azərbaycanla bağlı vəziyyət xoşagələn olmayıb, ölkəmiz son iki ildə 13 pillə geriləyib.
Sual oluna bilər ki, Milli Məclisdəki adi bir görüşlə Azərbaycanın beynəlxalq reytinqdə geriləməsi arasında hansı əlaqə var.
Hesabata diqqət yetirdikdə görmək olur ki, Azərbaycanın geriləməsi həm də əsasən elektron iştirakçılıqla bağlı olub. E-iştirakçılıq üzrə Azərbaycan son iki ilə xeyli, 25 pillə geriləyib, 193 ölkə arasında 98-ci yer olaraq qiymətləndirilib.
Ümumiyyətlə, BMT-nin adı çəkilən hesabatlarına görə Azərbaycan elektron iştirakçılığa görə son 5 ildə 36 pillə geriləyib.
BMT-nin adı çəkilən hesabatının hazırlanmasında istifadə olunan metedologiyada qiymətləndirmə üçün ölkələrin bütün rəqəmsal mühiti, e-hökumət, e-xidmətlər, rəqəmsal infarstruktur, internet və sosial media, elektron iştirakçılıq, rəqəmsal savadlılıq və s. əsas götürülür.
Bu metodologiyada E-iştirakçılıq dedikdə vətəndaşların qanun və qərarların qəbul edilməsində və icra prosesinə iştirak imkanları, fikir və təkliflərinin öyrənilməsi, xidmətlərin formalaşdırılması və göstərilməsi zamanı vətəndaş rəylərinin nəzərə alınması imkanları və s. başa düşülür.
Bir daha xatırladıram ki, yuxarıda adı çəkilən toplantıda vətəndaş cəmiyyətindən, ekspertlərdən, sahə üzrə mütəxəssislərdən və ictmai qurumlardan, assosiasiyalardan heç kim iştirak etməyib.
Qərar qəbul edənlərə, hökumətə müraciət edirəm, indi özününz müəyyən edin, BMT-nin hesabatı ədalətlidir, yoxsa qərəzlidir.
Osman Gündüz
Teref.az
Ardını oxu...
Oktyabr ayının 24-də Prezident İlham Əliyevin Gürcüstana işıüzar
səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük
əhəmiyyətə malikdir. 30 il davam edən Azərbaycan-Gürcüstan
münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinə
dostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu
əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Bu
səfər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında reallaşıb
və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji
əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından
olduqca mühüm əhəmiyyətə malikdir.
Uğurla nəticələnən bu səfər Gürcüstan və Azərbaycan arasındakı
dostluq və qardaşlıq münasibətlərinə yeni təkan vermişdir. Bölgədə gedən
proseslər, təhlükəsizliklə bağlı olan məsələlər ölkə başçıları tərəfindən
müzakirə edilib, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata
bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında bildirib ki,
bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib.
Dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və
Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni
zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə
ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət
daşıyır. Prezident İlham Əliyev qeyd edib ki, dünyada Xəzər üzərindən
Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına
böyük ehtiyac vardır. Prezident İlham Əliyev, eyni zamanda vurğulayıb ki,
Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim
əməkdaşlığımızı daha da gücləndirir. Dövlət başçısı qeyd edib ki, ticarət
dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət
dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın
sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da
gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə
qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin
maraqlarına cavab verir.
Azərbaycan və Gürcüstan arasında regional əhəmiyyətə malik olan
əməkdaşlıq genişlənməkdədir. Bir çox icra olunan birgə layihələr təkcə
ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi
əhəmiyyət daşıyır. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların
həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə
qabiliyyətini 5 milyon tona çatdırılması nəzərdə tutulub. Bu məqsədlə bu il
və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaqdır.
Bu gün Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq
niyyətindədir. Bu il 22 milyard kubmetr ixrac nəzərdə tutulub, gələn il daha
da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında
imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda
göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə
artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz
ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-
Ceyhan neft kəməri xətti ilə də ixrac artırılacaqdır. Bütün bunlar
dövlətlərimiz arasında iqtisadi və digər sahələrdə əlaqələrin daha da
genişlənməsinə imkan yaradır.
Hazırda isə enerji resurslarına dünyada və Avropada böyük tələbat
olduğu üçün Gürcüstanla Azərbaycan arasında əlaqələrin güclənməsi hər
iki dövlətin milli maraqlarına xidmət edəcəkdir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİA.AZ
Ardını oxu...
Rusiya demokratik ölkələrdəki hökumət dəyişikliklərini çox yaxından, həvəslə və həyəcanla izləyir.

Putin Qərbdəki siyasətçilərin seçkilərdə və ya partiyadaxili rəqabətdə uduzmasını onların zəifliyi kimi qiymətləndirir. Rusiya rəhbərliyinə daxil olan şəxslər, hətta rəsmi sözçülər bu cür dəyişikliklər baş verəndə həmin qərbli siyasətçiləri ələ salır, onlara rişxənd edir, sanki Rusiya böyük bir qələbə qazanmış kimi reaksiya verir və sevinclərini gizlətmirlər.

Rusiyanın bəlası da budur.

Bu zehniyyət hələ də anlamır ki, Qərbin gücü məhz onun demokratiyasında və daxildə vətəndaş hüquqlarını mərkəzə qoyan anlayışındadır. Seçki yolu ilə baş verən sürəkli dəyişiklik, hökumətlərin, siyasətçilərin davamlı sorğulanması və hesabatlılığı, problemləri həll edə bilməyən hökumətlərin, yaxud xətaya yol vermiş siyasətçilərin seçkilər və ya partiyadaxili mexanizmlər vasitəsilə yola salınması, xidmətlərindən asılı olmayaraq ayrı-ayrı şəxslərin deyil, xalq iradəsinin hegemoniyası tərəqqiyə aparan yoldur. (Xalq iradəsinin həyata keçirilməsini təmin edən sistemlərin nə dərəcədə mükəmməl olduğu mövzusunda mübahisə etmək olar və bunun yeri var.)

ABŞ-ın (Bayden-Harris administrasiyasının) yeni açıqlanan Milli Təhlükəsizlik Strategiyasında belə bir hissə var:

“Rəqiblərimizin problemləri ciddidir və getdikcə artır. Onların həm ölkə daxilində, həm də xaricdəki problemləri yüksək dərəcədə fərdiləşmiş avtokratiyalara xas olan patologiyalarla bağlıdır və həlli daha çətindir, nəinki bizim problemlərimizin. Amerika Birləşmiş Ştatları isə əksinə, həm daxili, həm də xarici problemlərini ölkə içərisində islahatlara və yenilənməyə təkan vermək üçün fürsətlərə çevirmək ənənəsinə malikdir. Biz uğurlarımızdan və uğursuzluqlarımızdan dərslər çıxarırıq. Bu, Amerikanın tənəzzülü ilə bağlı “peyğəmbərlik”lərin keçmişdə dəfələrlə öz təsdiqini tapmamasının və Amerikaya qarşı niyə heç vaxt yaxşı bir “stavka” olmamasının səbəblərindən biridir…”

İndi Rusiya rəhbərliyinin (eləcə də Azərbaycanda, Türkiyədə və digər ölkələrdə onların tərəfdarlarının) Boris Consondan sonra xanım Liz Trassın istefasını da ruh yüksəkliyi ilə qarşıladıqlarını, bunu “Qərbdəki ümumi çöküş”lə (?) izah etməyə çalışdıqlarını görürük. Halbuki keçmiş koloniyadan çıxmış ailənin övladının keçmiş metropoliyada hər hansı diskriminasiya ilə qarşılaşmadan karyera pillələrini sürətlə qalxaraq 42 yaşında hökumətin başına keçməsi müasir parlament demokratiyasının vətəni olan Böyük Britaniya üçün növbəti nailiyyətdir. Üstəlik, etnik mənşə baxımından ingilis olmayan biri mühafizəkar ingilislərin lideri olur.

Rişi Sunakın baş nazirliyi dövründə, şübhəsiz ki, Britaniya kimi köklü dövlətin xarici siyasəti və müdafiə siyasəti dəyişməyəcək. Ötən ilin martında qəbul olunan “Qlobal Britaniya” strategiyası Avropa Birliyindən ayrıldıqdan sonra dövlətin dünyadakı yerini yenidən müəyyən edir və bu istiqamətdə ana xətləri müəyyənləşdirir. Əlbəttə ki, hökumətlərin və baş nazirlərin bir-birindən fərqlənən siyasəti, yanaşmaları olur və olacaq, amma taktiki səviyyədəki bu fərqliliklər ümumi strategiyanı pozmur.

Biz bundan sonrakı mərhələdə Böyük Britaniyanın xarici və müdafiə siyasətində anqlo-sakson dünyasının lideri ABŞ-la daha çox sinxronluq, NATO ittifaqına daha çox bağlılıq, daha çox silahlanma, nüvə arsenalını böyütmə, dənizlərdə öz nüfuzunu genişləndirmə və Rusiyanı Qara-Aralıq dənizi hövzəsindən sıxışdırma – bu çərçivədə Ukraynaya daha çox dəstək müşahidə edəcəyik.

Həm Britaniyanın, həm də ABŞ-ın strategiya sənədlərində qırmızı xətlə keçən və dəfələrlə təkrarlanan əsas məqam isə texnoloji-innovasion liderliyin əldən verilməməsi məsələsidir. Məqsəd Çinin bu sahədə yüksəlişinin əngəllənməsi və Hind-Sakit okean regionunda bu dövlətə qarşı daha təsirli siyasətin aparılmasıdır. Bu siyasət bir müddətdir başlayıb və xüsusən Bayden administrasiyasının bu istiqamətdə aqressiv addımları, son olaraq yarımkeçiricilər sahəsində Çinə tətbiq olunan ağır məhdudiyyətlər önəmli gəlişmədir.
Şahin Cəfərli
pressklub
 
 
 

Dünyapress TV

Xəbər lenti