Ata və oğul...
Ata Zori Balayana cavabı ilə siyasətə gəlib, oğul ermənilərin Xocalı soyqırımını törətməkdə özlərinə “haqq” qazandırdıqları qondarma “soyqırımı” iddiasını tanıyır, Qarabağın işğalında hədəf olaraq gördükləri “dənizdən dənizə Ermənistan” (film ermənilərin bu iddialarının təsdiqi üzərində qurulub) ideologiyasına film həsr edir.
Bu İsa Qəmbərin faciəsidirmi, yoxsa milli bəladırmı? Anlamaq çətindir.
İsa Qəmbərin mövqeyinə gəlincə, oğlu İlkin Qəmbərlə razılaşmadığını deyir, lakin açıqlamasındakı iki məqamın qəbul edilməsi mümkün deyil.
Biri “İlkin və digər gənclərlə söhbət etməyə ehtiyac var” sözləridir. Ki, 40 yaşlı birisi ilə indiyə qədər söhbət edilməli idi. Bir ailədə fikir ayrılıqları hətta ideoloji müstəvidə də ola bilər, amma milli məsələlərdə bu qədər ziddiyyətin olması dəhşətlidir, həm də İsa Qəmbərin özü üçün.
Digər fikri filmin yayımlandığı, İlkin Qəmbərin də həmmüəllifi olduğu “Kings and Generals” kanalı ilə bağlıdır. İsa Qəmbər bu kanalı uğur adlandırır və Azərbaycanla bağlı da filmlərin yer aldığını deyir.
Youtub platformasında 3 milyondan çox abunəçisi olan kanal doğrudan da uğurdur, amma azərbaycanlı müəlliflər bu “uğurdan” Azərbaycan adına yox, Ermənistan adına istifadə edib. Kanalda yüzlərlə video arasında Azərbaycan tarixi ilə bağlı film, yaxud videoya rast gəlinmir. Əslində “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix. Sənədli film”in olduğu kanalda bunun olmaması da təccüblü deyil.
Bir azərbaycanlının qondarma “erməni soyqırımı”nı tanıması və tarixi ermənilərin gözü ilə görməsinin təkcə belə düşündüyündən qaynaqlandığı da şübhəlidir.
Asif Nərimanli
Teref.az

Dünyapress TV

Xəbər lenti