Ardını oxu...
Son günlər bir sıra siyasətçi və qurumlar İran İslam Respublikasının Rusiya Federasiyasının “Zəngəzur dəhlizi”nin açılmasının zəruriliyi barədə Ermənistana öz beynəlxalq öhdəliklərini xatırlatmasına kəskin reaksiyasına sərt münasibət bildirir. Hətta bəzi siyasi qurumlar Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırır.
Bəs görəsən, ətrafın getdikcə daha çox qan çanağına döndüyü indiki mürəkkəb geo-siyasi durumda hər şeyə rəğmən rəsmi ərazisində on milyonlarla soydaşımız yaşayan qonşu bir dövləti “düşmən dövlət” elan etmək milli və dövlət maraqlarımıza nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bunları söyləyib:

“Bilirsiz, bir var insanların hər hansı məsələyə öz müstəqil fikri, bir var dövlətlərin maraqları, bir də var ki, hansısa siyasi kursa, korporativ maraqlara, yaxud mövsümi siyasətə xidmət edən mövqelər... Bunlar fərqli-fərqli məsələlərdir. Doğrudur, İran ümumiyyətlə, Azərbaycanın bütövlüyünə, Quzey Azərbaycan dövlətinin mövcudluğuna belə, etirazını bildirir, bunu heç cür həzm edə bilmir. Bizim də partiya olaraq İran anti-islam cümhuriyyətinə qarşı mövqeyimiz ortadadır. İndi bəzən hökumətin siyasəti bizim dövlətin real milli maraqlarına uyğun olur, bəzən də olmur. Bunlar da ayrı-ayrı məsələlərdir. Və indiki halda da, nəinki indiki halda, həmişə, bütün hallarda dostumuz, düşmənimizi bəlirləməli, bilməli, tanımalı həm də unutmamamalıyıq. Amma bəzən dövlət maraqları tələb edəndə diplomatik qaydalara uyğun olaraq dost, düşmən məsələləri bir yanda qalır, Azərbaycanın dövləti maraqları nəyi tələb edirsə, onu irəli sürməli olursan. Fəqət, o da var ki, Azərbaycanda dövlət maraqlarından, milli maraqlardan çıxış edən adamlar bir əlin barmağının sayı qədərdir...”
 
Ardını oxu...
Azad Vətən Partiyasının sədri Akif Nağı iddia edib ki, yeni parlamentdə əsasən Qərbi Azərbaycan və Naxçıvandan olan şəxslər çoxluq təşkil edir.

Sitat: “Bizə yaraşmasa da, açıq deyəcəm, deyilənləri söyləyirəm, “yerazlardan” naxçıvanlılardan ibarət parlament formalaşdırırlar. Hətta belə fikir gəzir, hansısa bir rayondan, tutaq ki, Ağdam rayonundan kimisə seçirlərsə, onun kökü-köməci yeravanlıdırsa (Qərbi azərbaycanlı-red.), o adama üstünlük verirlər. Belə bir təhlükə var”.

A.Nağının bu iddiası cəmiyyətdə müzakirələrə səbəb olub və birmənalı qarşılamayıb. Partiya sədrinin dedikləri nə dərəcədə doğrudur?

Mövzunu Globalinfo.Az-a şərh edən əslən Qərbi Azərbaycandan olan VI çağırış Milli Məclis deputatı Hikmət Babaoğlu belə əsassız və milli birliyik üçün təhlükəli olan polemikaya qoşulmadığını bildirib.

O, ömrünü Qarabağın azadlığı uğrunda mübarizəyə həsr etmiş Akif Nağı kimi ziyalıya bunu yaraşdırmadığını deyib:

“Akif Nağını Qarabağın azadlığı üçün mübarizə apardığı kimi indi də Qərbi Azərbaycan üçün mübarizə aparmağa dəvət edirəm. Biz birlikdə güclüyük! Bunu artıq isbat etmişik”.

Əslən Naxçıvandan olan VI çağırış Milli Məclis deputatı Fazil Mustafanın fikrincə, belə mənasız fikirlər hər zaman səsləndirilir.

Onun sözlərinə görə, bunu edən Azərbaycanın əbədi düşmənləri olan, erməniliyə xidmət edən İranın əsas şəbəkəsinin Azərbaycandakı üzvləridir:

“Bölücülük yaratmaq üçün bundan uyğun ifadə tapa bilmirlər. Bütövlükdə parlamentin bu cür tərkiblə formalaşmasını iddia etmək axmaqlıqdır. Hər hansı bir şəkildə seçici bu meyarla kimlərəsə səs vermir. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində regionçuluq, bölücülük çox təhlükəli simptomlardır. Mütləq ki, xarici xüsusi xidmət orqanları müəyyən dərəcədə ölkədə ayrı-ayrı regionlar arasında münasibətləri pozmaq məqsədi ilə bu cür obrazları önə çıxarıb, onların vasitəsilə təbliğat aparırlar. Bu, çox yaramaz bir yoldur. Mənbəyini araşdırsaq görərik ki, mənbə erməniyə bağlı olan fars şəbəkəsinin Azərbaycanda pozuculuq niyyəti ilə ortaya atdığı bir mövqedir. Ona görə də, bu cür yanaşmalara qarşı cəmiyyətimiz ciddi həssaslıq göstərməli və bunun qarşısını ən azı ictimai rəydə əsaslı, tutarlı arqumentlərlə almaq lazımdır”.
Ardını oxu...
Azərbaycanla Ermənistan arasındakı gərginlik artan xətlə davam edir. Tərəflər ara-sıra pozitiv mesajlar versələr də, masa arxasında danışmırlar, sahədə isə atəşkəsin pozulması halları intensivləşir. Ona görə də toqquşma, müharibə kimi iddialar ortaya atılır və bunda qeyri-adi bir halın olduğunu düşünmürəm.
Son günlər gərginliyin artmasına əsas səbəb isə Rusiyanın Zəngəzur dəhlizinin açılması yönündə atdığı addımlar, səsləndirdiyi bəyanatlardır. Rusiya əvvəllər də prosesin içində idi, ancaq indi aktiv şəkildə qoşulub. Rusiyanın prosesə qoşulmasının müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, buna qədər sahədə Azərbaycan bufer kimi istifadə olunurdu. Qarşıda Ermənistan, Fransa, ABŞ və İran vardı. Bu ölkələr konkret olaraq Azərbaycanı hədəf alırdı, İran isə Azərbaycanı ittiham edirdi. Rusiyanın aktivlik göstərməsindən sonra İran sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğu barədə bəyanat verdi və bunu birbaşa Rusiyaya ünvanladı. Beləcə zərbə dalğası parçalanmış oldu.
Məsələnin mənfi tərəfinə gəldikdə isə Rusiyanın Zəngəzur dəhlizində oturmaq istəyi və qarşı tərəfdəki ABŞ və Fransanın o dəhlizi Rusiyaya buraxmamaq məqsədi sahədə Azərbaycan və Ermənistanı toqquşduracaq. İran bütün yolların məhz onun ərazisindən keçməsini istəyir və böyük layihələrdən kənarda qalmaq niyyətində deyil.
Zəngəzur düyünündə əsas fiqurlardan biri də Türkiyədir. Türkiyə Rusiyanı, yoxsa üzv olduğu NATO-nu seçəcək? – əsas cavabı tapılmalı suallardan biri də budur. Hazırkı Türkiyə hakimiyyətinin illərdir apardığı siyasətə nəzər saldıqda bu sualın cavabı daha da qəlizləşir. Türkiyə ilə Azərbaycan münasibətləri, Şuşa Bəyannaməsi, rəsmi Ankaranın BRİCS-ə üzv olmaq üçün müraciət etməsi müəyyən işartılar verir, ancaq NATO-ya üzvlük faktoru yenə də gözardı edilməməlidir.
Tarixə nəzər salsaq, böyük güclər maraqlarını təmin etmək üçün sahədə vuruşduracaq xalqlar tapırlar. Cənubi Qafqazda da bu xalqlar ermənilər və azərbaycanlılardır. ABŞ və Rusiyanın Zəngəzur dəhlizində uzlaşacağını düşünmürəm. Ona görə də yenidən bu xalqları toqquşduracaqları istisna deyil.
“Bir kəmər, bir yol” layihəsinin Ermənistanın hansı ərazisindən keçəcəyi, əslində, məlum deyil. Hesab edək ki, bu yol hərbi müdaxilə ilə açılacaq. O zaman Arazqırağı mümkünsüz kimi görsənir. Çünki bu məsələdə İranın atacağı addımları nəzərə almaq lazımdır. İrandan isə müsbət cavab gələcəyi gözlənilmir. Çünki İranda siyasi hakimiyyət hətta buna razılıq versə belə, SEPAH qətiyyən Azərbaycanla bağlı müsbət addım atmayacaq. Qalır, digər variant. Ən qısa məsafə olan Kəlbəcər-Naxçıvan istiqaməti. Hesab edək ki, hərbi müdaxilə oldu və bu yol açıldı. O zaman daha çətin sual ortaya çıxır: Dağlarla o yolu çəkmək nə qədər mümkün olacaq? Hələ Azərbaycana qarşı görüləcək tədbirlər, sanksiyaları nəzərə almıram. Yol qış aylarında nə qədər rentabelli ola bilər?
Siyasi həll ilə məlum yolun açılması baş tutmayacaqsa, o zaman hərbi müdaxilə, qısa zamanda Ermənistana ağır zərbənin vurulması rəsmi İrəvanın kapitulyasiyaya getməsi ilə nəticələnə bilər. Beləcə ordu ərazidən geri çəkilir, yol açılır. Geri çəkilmənin özü də böyük bir problemdir. Nəzərə alsaq ki, bu, itkisiz mümkünsüzdür, o zaman geri çəkilməni xalqa izah etmək, özü də xalqın inanacağı tərzdə izah etmək lazım gələcək.
Ermənistan və Azərbaycan tərəfinin atdığı addımlara baxdıqda ordularda hərəkətlənmə müşahidə olunmur. Ancaq Ermənistan tərəfi sürətli şəkildə müdafiə xətti çəkir. Mühəndis-istehkam işləri görür. Hazırda baş verənləri hazırlıq mərhələsi adlandırmaq olar. Ermənistan tərəfinin atdığı addımlar da anormal xarakterlidir. Bir yandan Azərbaycan tərəfinin hücum edəcəyini iddia edirlər, digər tərəfdən isə atəşkəsi özləri pozurlar.
Ermənistan qədər Rusiyanın qırmızı xəttində oynayan ikinci bir dövlət yoxdur. Bir yandan ərazisini Fransa, ABŞ hərbçilərinə açıb, KTMT-də fəaliyyətini dondurub, digər yandan isə Rusiya üçün ən önəmli sayılan rus dilini əsas fənlər siyahısından çıxarıb. Yeni tədris ilindən Ermənistanda rus dili orta məktəblərdə tədrisi vacib olan baza dilləri siyahısından çıxarılıb. Faktiki olaraq Ermənistan Rusiyanın qırmızı xətti elan etdiyi hər şeyi tapdalayır. Rusiya Ermənistanı özü tapdalayacaq, yoxsa həmişəki kimi Azərbaycana tapdaladacaq – əsas düşündürcü məqam budur. 10 Noyabr bəyanatının 8 bəndinin Azərbaycan tərəfindən icra olunduğunu nəzərə alsaq, 9-a deyiləcək sözüm yoxdur.
Səxavət Məmməd
TEREF
 
Ardını oxu...
"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, Azərbaycana dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın diplomatiya idarəsinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavabında bildirib.
Görünən odur ki, Fransa- konkret olaraq Makron hakimiyyəti Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkmək niyyətində deyil..
Milli Məclisin deputatı Tahir Rzayev məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransanın Xarici işlər Nazirliyinin Azərbaycanda Fransa vətəndaşlarının saxlanılması və hər dəfə alındığı barədə söylədiyi iddialar tamamilə əsassızdır və reallıqları əks etdirmir: “Bu gün Azərbaycanda ictimai-siyasi sabitlikdir. Heç bir xarici ölkə vətəndaşına qarşı təhdidlər yoxdur. Onların ölkədə normal işləməsi üçün şərait yaradılmışdır. Sözügedən ittiham əsasında hazırlanmış əsassız bəyanat, Fransanın yeni bir dezinformasiya nümunəsidir”.

Deputat qeyd edib ki, bu Azərbaycana qarşı böhtan kampaniyasının tərkib hissəsidir: “Bu barədə Azərbaycan xarici işlər nazirliyi mətbuat xidmətinin idarəsinin rəisi Ayxan Hacızadə də öz münasibətini bildirmişdi. Əlbəttə ki, belə fikirlər, əsassız iddialar heç bir dövlətə müsbət imic qazandıra bilməz.

Fransa uzun illərdir ki, Azərbaycan dövlətinə, xalqına qarşı böhtan, şantaj kampaniyası həyata keçirir. Azərbaycanın uğurlarına kölgə salmaq yolunu tutub. Azərbaycan həqiqətləri təhrif olunur və düşmən mövqeyi tutularaq təcavüzkar Ermənistanı silahlandırmaqdadır. Bu hallar beynəlxalq hüquq normalarına, qəbul olunmuş konvensiyalara, sazişlərə tamamilə ziddir. Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycana təhdidlər ünvanlamaq, qərəzli mövqedən çıxış etmək Fransa kimi bir dövlətə yaraşmır və onun demokratik imicinə ciddi zərbə vurur”.

Deputat bildirib ki, Fransa prezidenti Emmanuel Makron başda olmaqla, Fransanın hakim idarələri bu yolu davam etdirirlər və özlərinin məkrli məqsədlərini həyata keçirmək üçün çirkin vasitələrə əl atırlar.

“Sözsüz ki, bu da müəyyən dairələrin təhriki əsasında baş verir. Erməni lobbisinin, eləcə də Qərbin müəyyən dairələrinin fikirlərini Fransa cəmləşdirərkən özünün çirkin niyyətlərini həyata keçirməkdədir. Ancaq, Azərbaycan xalqı, dövləti, prezidenti bütün belə təhdidlərə, şantaj kampaniyalarına səbrlə, təmkinlə yanaşır və reallıqları dünyaya çatdırmaq üçün səylər birləşdirirlir və həqiqətlər bəyan olunur.

Fransanın tutduğu yol Ermənistanı yenidən müharibəyə təhrik etmək, onu silahlandırmaq, sözsüz ki, təcavüzkar ölkənin yenidən məğlubiyyətə uğraması acınacaqlı vəziyyətə düşməsi deməkdir. Bunu sadə erməni xalqı yaxşı bilir. Ancaq, çox təəssüflər olsun ki, Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqının, sülhsevər xalqın müəyyən tələblərini bir kənara ataraq təcavüzkar dövlətlərlə, müstəmləkəçi ölkələrlə əlaqələri möhkəmləndirərək yenidən revanş götürmək və sabitliyi pozmaq fikrindədir. Bu prosesdə Fransa yaxından iştirak edir. Onun məqsədi Ermənistan xalqını ağ günə çıxarmaq yox, Cənubi Qafqazda möhkəmləndirmək, müəyyən məkrli planları həyata keçirməkdir. Ancaq, bu heç vaxt mümkün olan deyil”-deyən deputat vurğulayıb ki, Azərbaycan prezidenti dünyada öz siyasəti ilə öncül yerdədir və onun səsi eşidilir.

“Prezident İlham Əliyevin sülh, demokratiya, azadlıq uğrunda apardığı mübarizə bütün dünyaya yaxşı məlumdur. Azərbaycan ordusu güclüdür. Azərbaycan xalqı birdir. Ona görə də belə şantaj xarakterli bəyanatlar və əsassız iddialar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna heç bir mənfi təsir göstərə bilməz. Fransa, eləcə də onun oyuncağına çevrilmiş Ermənistan bunu dərk etməlidir”-deyə Tahir Rzayev əlavə edib.
 
Ardını oxu...
 

Hüquqşünas Səhiyyə, Elm və Təhsil nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərini mənimsəyənlərin niyə azadlıqda qalmasından danışdı -  korrupsiya cinayətlərinə qarşı Sinqapur nümunəsi... 

Səhiyyə, Elm və Təhsil nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları haqda ötən sayımızda məlumat vermişdik.  Yada salaq ki, 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun bir neçə ay davam edən istintaqı daha böyük yeyinti faktları üzə çıxarıb.

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən Rüfət Kərimovun şirkətlərinə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Rəşad Qasımov, Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru Vəfa Seidova, Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru Dilarə Məşədiyeva, “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru Mürsəlov Mürsəlov, Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid  Bədəlov, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi Seymur Şirinzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini Əzizağa Nəcəfov, Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı, Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini  Yuriy  Babayev,  Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Naftalan Şəhər bələdiyyəsinin sədri də var.

Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə, şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib. Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib. 

Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib. Yəni ortada suç var, amma cəza yoxdur...

 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, ən müxtəlif qurumlarda, nazirliklərdə əyri yollara əl atan məmurların qandallanması olduqca vacibdir: “Zaman-zaman qanunsuzluq edənlər öz cəzalarını alırlar. Kimliyindən asılı olmayaraq  iş yerində korrupsiyaya, rüşvətə yol verirsə,  əvvəl-axır onlar cəzasını alacaq. Səhiyyə, Elm və Təhsil nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktlarının üzə çıxarılması da bunu sübut edir. Ümid var ki, daha böyük yeyintilərin olduğu sahələrdə də belə əməliyyatlar keçiriləcək. Dövlət büdcəsindən milyonlar oğurlayanların qoluna nəhayət ki, qandal vurulacaq”.

Natiq Ələsgərov deyib ki, qanunun sərt üzü tam şəkildə korrupsiyaya bulaşmış məmurlara tətbiq olunmalıdır: “Korrupsiya sistemdir, rüşvət onun bir elementidir. Korrupsiya daha geniş anlam daşıyır. Məsələn, 5 manat da, 50 manat da, 5-10 milyon da rüşvət sayılır. Amma bu rüşvətin arxasında korrupsiya sistemi duranda - bu yığır ona, o yığır özündən böyüyə verir, yuxarıdakı vəzifəsindən sui-istifadə edərək dövlətin deyil, özünün və ya qohum-əqrəbasının maraqları üçün qərarlar qəbul edir, dövlətin büdcəsindən ayrılan maliyyəni özünün şəxsi maraqlarına uyğun sərf edir. Azərbaycanda korrupsiya sistemi məhv olmalıdır ki, ölkə sağlamlaşsın. Bu gün ölkədəki rüşvətxorluğu doğuran da elə həmin korrupsiyadır. Korrupsiyaya qarşı mübarizə aparılmalıdır, amma bu mübarizə dərinləşməsə istənilən nəticəni verməz. Rüfət Kərimov kimdir? O, hansı şirkətlərin sahibidir? İcra başçıları, nazir müavinləri, bələdiyyə sədrləri və digər məmurlar həbs olunur, onların iş yeri ilə bağlı rəsmi açıqlama verilir.  Rüfət Kərimovla bağlı isə belə məlumatlara rast gəlmədik”.

Ardını oxu...

Natiq Ələsgərov

Natiq Ələsgərov deyib ki, Rüfət Kərimovla kiçik məmurların cinayət əlaqəsinə girməsinin qarşısının alınması üçün effektiv yollar var: “Müstəqilliyini əldə etməsinin ilk illərində Sinqapurda korrupsiya adi bir hal olaraq  cəmiyyətin bütün təbəqələrinə nüfuz eləmişdi.

Mübarizəni tənzimləyən qanun həddindən artıq zəif idi, korrupsiya cinayətlərinin əksəriyyəti qanunun fəaliyyət dairəsindən kənarda qalırdı, qanunverici orqanların əməkdaşlarının isə öz işlərini effektiv görə bilmələri üçün kifayət qədər səlahiyyətləri yox idi. Üstəlik, məmurların böyük qisminin korrupsiyada əli olduğundan cinayətlərini sübut edəcək dəlillər tapmaq da həddindən artıq çətin idi. Son dərəcə az maaş alan dövlət məmurları öz vəzifələrindən şəxsi məqsədlərlə istifadə edirlər. Bunların nəticəsində rüşvət maddi gəlir əldə etməyin yeganə üsuluna çevrilmişdi. Ölkənin böhran vəziyyətində olduğunu anlayan hökumət cəmiyyətdə korrupsiyanı sosial yasaq halına gətirən aşkar və dürüst mühit yaratmaq qərarına gəldi. Antikorrupsiya strategiyası müəyyənləşdi. Təklif olunan strategiyanın müəllifləri inanırdılar ki, milli inkişaf üçün korrupsiyanı nəzarətə almaq həddindən artıq vacibdir. Korrupsiya əleyhinə qanunların praktikada icrasında korrupsiya hallarının araşdırılması üzrə büro fəaliyyət göstərirdi. Hökumət büronu korrupsiya əleyhinə universal agentliyə çevirdi. Agentliyin əsas funksiyası korrupsiya hallarının araşdırılması olsa da, sözügedən halla bağlı digər cinayət işləri üzrə də istintaq aparmaq səlahiyyətinə malikdir. Büro avtoritar metodlarla işləyir. Onun korrupsiyada şübhəli bilinən şəxsləri qanuni əsaslar olduğu halda məhkəmə qərarı olmadan tutmaq və axtarış aparmaq ixtiyarı var. Büro, sadəcə, şübhəli şəxsi yox, onun qohumlarını, himayədarlarını da istintaqa cəlb edə, onların istənilən bank hesablarını, maliyyə yazışmaları və s. yoxlaya, şahidləri istintaqa çağıra, istintaq zamanı üzə çıxan istənilən qanun pozuntusunu araşdıra, statusundan, inancından, vəzifəsindən asılı olmayaraq istənilən vətəndaşı məhkəməyə verə bilər və bu zaman yüksək rütbəli dövlət məmurlarına da güzəşt edilmir.

Baş nazirin ofisinə bağlı olan agentliyə birbaşa dövlət başçısına tabe olan direktor rəhbərlik edir. Beləcə, agentlik polis və digər hökumət orqanlarından ayrı fəaliyyət göstərir, nazirlər və yüksək vəzifəli digər məmurlar da daxil olmaqla bütün bürokratiyadan siyasi və funksional şəkildə azaddır. Hazırda Sinqapur sərt avtoritar dövlətdir, korrupsiyanın yoxluğu, iqtisadi azadlıq və inkişaf səviyyəsinə görə dünya reytinqlərinə başçılıq edir. Azərbaycan hökuməti də bu hazır modeldən istifadə edə bilər".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Ardını oxu...
Tehran Moskvanın Zəngəzur dəhlizini dəstəkləməsindən narahatdır. Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovun İran Xarici İşlər Nazirliyinə çağrılması bununla bağlıdır. Səfirlə görüşdə müxtəlif mövzular müzakirə olunsa da, hiss olunur ki, Tehran Moskvanın Zəngəzur dəhlizinə verdiyi dəstəkdən narahatdır. Tehranın Kremlin də Zəngəzur dəhlizi əleyhinə siyasət yürüdəcəyi hesabı yanlış çıxıb. İrandakı dairələr əvvəlkitək hesab edirlər ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhəddini bağlayacaq. Halbuki, söhbət sərhədin qapanmasından deyil, dəhlizin açılmasından gedir ki, bundan müxtəlif ölkələr, o cümlədən İran da istifadə edə bilər.
Tehran Azərbaycanla Ermənistanın daxili işlərinə qarışa bilməz. Zəngəzur dəhlizinin açılmasına iki dövlət qərar verəcək – Azərbaycan və Ermənistan. Tehran dəhliz mövzusunda Bakıya təzyiq edə bilmədiyinə görə, İrəvana təzyiq etməyə çalışır. Ancaq Ermənistan hakimiyyəti də ortaq layihələrdə iştiraka maraq göstərir. Tehranın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi işə düşəcək.
Azərbaycanın İranla da dəhlizlə bağlı razılaşması var. İran ərazisindən – Araz çayının sahili ilə Naxçıvana dəmiryolu çəkiləcək. Belə çıxır ki, Tehran İran ərazisindən Naxçıvana dəhlizin çəkilməsini dəstəkləyərkən, Ermənistandan Naxçıvana dəhlizin çəkilməsinin əleyhinədir. Bu ikili standartlardır. Bütün hallarda Tehran Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilməyəcək.
Elxan Şahinoğlu
TEREF
 
Ardını oxu...
Xəzan mövsümünün xışıltılı səsləri. Günəş yenə "Məndən də bu qədər " deyib söndürməyə başlayır atəşini. Artıq bədəninizi isidəcək o sarı şüalar da yoxdur. Altında dursan belə bir işə yaramaz. Bir azdan yağışlar basacaq hər yanı. Bağdakılar köçməyə başlayıblar çoxdan. Çayxanalarda müştərisiz qalan stullar bir-birinin üstünə yığılıb. Haradasa yay kino-teatrları olmayan pərdələrini endirib. Saralmağa vaxt tapmayan rəngbərəng afişlər sökülməyə başlayıb. Haradasa uzaqlarda dənizdən əsən sərin küləklər bu yay ən çox çalınan "Dün gece aklımda yine sen vardın" mahnısını aparır uzaqlara...
Bu yay da keçdi...
Yenə sentyabr...
Balacaların kefi qaçıb. Meyvə ləkəli güllü köynəklərinin yerinə zorla məktəbli paltarları geyindirirlər. Yay eşqlərinin şahidi məhəllə bərbərləri bir azdan hamını bir-birinə oxşadacaqlar. Bu yay da keçdi. Yenə də sentyabr...
Ən yüksək qayadan dənizin ən dərin yerinə atılmaq kimi atılmışdıq keçən yaya. Bu yay aşiq olanların sayı artacaqdı. Bu yay hüriyyətlər kökünə qədər yaşanacaqdı. Bu yay səadətlər baş döndərəcəkdi. Bu yay ömür karvanına yeni həyəcanlar girəcəkdi.
Bu yay yeni həvəslə keçəcəkdik mövsümlər köprüsündən. Bu yay yuxular çin olacaq, düşmənlər kor olacaqdı. Dodaqlar şəhvətlə titrəyəcək, gözlər kömür kimi parlayacaqdı. Bu yay gedənlər mütləq qayıdacaqdı. Yarı yolda qoyanlar mütəq peşiman olub özlərinə bəraət qazandırmağa tələsəcəklərdi: "getməmişdim ki gələm"- deyəcəklər.
Amma...
Əvvəlcə saralan otlar və bozarmış topraq olacaqdı xəbərçisi xəyalların boşa çıxdığı keçən yayın... Sonra gecə ayazları başlayacaq... Sonra rüzgar bütün gücü ilə uğuldayaraq qeyzlə keçəcək xəzan olmuş bağ-bağçanın üstündən... Sonra günəşi əsir alan buludlar çətir tutacaq tənhaların, yalqızların, unudulmuşların başı üstünə... Hər keçən gün bir az da daha erkən gələcək gecənin göz sızladan, iç göynədən qaranlığı... Gözəllərin başına tac olacağı yerdə ayaq altında qalan yarpaqlar ayrılan izləri gizlətməyə çalışacaq, içində bir "bəlkə..." gümanı ilə...
Keşkə heç yığılmayaydı çayxanadakı stulllar üst-üstə...Keşkə bağlara köç havası gəlməsəydi... Bu yay da keçdi...
Nə adam kimi yaşadıq, nə də adam kimi sevdik, nə də adam kimi ölə bildik. Nə sülh gətirə bildik bu məmləkətə, nə də əlimizdən bir şey gəldi... Yalnızlığın, savaşın, bədbinliyin, təəssüf və acının yükü var çiyinlərimizdə bu mövsüm köprüsündən keçərkən...
Amma bir şey var ki, bu yazı son baharın hüznü ilə yazılmış yazılardan olmayacaq. Bu yazının son nöqtəsi sönmüş ümüd çıraqlarının qaranlığında qoyulmayacaq. Ürəklərinin fırtınalara təslim edənlər payızda çox üşüyəcəklər. Eşqin, sülhün və səadətin atəşini günəşdən gözləyənlər ovuclarında qırılmış ürəklə hələ çox gözləyəcəklər. Çünki günəş çoxdan cənub yarımkürəsini səyahətə çıxıb. Aylarla da qayıtmaq niyyəti olmayacaq.
Kimin ki, öz günəşi var və öz göyüzü var, onlar üçün həyat bütün coşqusu ilə axıb gedəcək. Ümidlərini və xəyallarını öz ürəyinin günəşi ilə bəsləyənlər eşqi, sülhü və səadəti axtarmağı son baharda da davam etdirəcəklər…
İbrahim Nebioğlu
TEREF
 
Ardını oxu...
Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələrini təqdim edirik.
İlk öncə qeyd edim ki, bir neçə ay öncə AzTU paralel qeydiyyatdan və kağız sənədlərin qəbulundan imtina etdiyini bildirmişdi.
ETN və İRİA isə cari dərs ilindən başlayaraq tələbə qeydiyyatının yalnız portal.edu.az üzərindən aparılacağını, heç bir paralel qeydiyyatın olmayacağını və kağız formada sənəd toplanmasına ehtiyac olmadığını bildiriblər.
Monitorinq prosesində son bir həftə ərzində xeyli sayda universitetlərin sosial media resursları və rəsmi internet resursları üzərindən qeydiyyatla bağlı paylaşdıqları elanlar araşıdrılıb.
Müsbət haldır ki, çox sayda universitetlər elanlarında qeydiyyatın yalnız portal.edu.az platforması üzərindən olacağını qeyd ediblər.
Lakin bəzi universitetlər paralel qaydada universitetin özündə qeydiyyat aparılacağını, bununla bağlı zəruri olan sənədlərin (attestat, yaşayış yeri arayışı, sağlamlıq arayışı, güzəştlərlə bağlı notarial sənədlər, şəkillər, hərbi qeydiyyat, şəxsiyyət vəsiqəsinin surətləri, DİM-dən arayışlar və s) kağız formalarını və surətlərini də tələb ediblər.
Bu sənədlərin hamısı isə ETN və İRİA tərəfindən, həmçinin digər əlaqəli dövlət qurumları tərəfindən aparılan işlərin nəticəsində artıq portala rəqəmsal formada yerləşdirilib və tələbələri gözləyir.
Bəzi universitetlər isə ümumiyyətlə qeydiyyatla bağlı elanı səhv yazaraq, tələbələri bir çox sənədləri portal.edu.az -a yükləməyə çağırış ediblər.
Hansı ki tələbə portala heç bir sənəd yükləmir, portala daxil olarkən bütün vacib sənədlər rəqəmsal formada tələbənin qarşısına çıxır və sadəcə onları təsdiqləyir.
Beləliklə, tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı vəziyyəti təqdim edirik :
1. Qeydiyyatı yalnız onlayn olaraq portal.edu.az –da aparan, heç bir kağız sənəd tələb etməyən və paralel qeydiyyat aparmayan universitetlər
BDU
AzTU
Qarabağ Universiteti
Türkiyə-Azərbaycan Universiteti
MDU
AzMİU
NDU
Odlar Yurdu
Bakı Avrasiya Universiteti
ADAU
BSU
ADNSU
Xəzər Universiteti
2. Paralel qeydiyyat aparanlar, kağız formada sənədlər toplayan universitetlər
BMU
GDU (Kəndirli qovluqla birgə)
ATU
ADPU
LDU (İpli qovluqla birgə)
BANM
ADU
Bakı Biznes Universiteti
Azərbaycan Universiteti
Azərbaycan Texnologiya Universiteti
Bir daha xatırladırıq ki, Universitetlər qeydiyyat üçün tələbələrlə bağlı bütün məlumatları və sənədləri tələbələrdən deyil, APİ servislərlə ETN sistemi vasitəsilə ala bilirlər. Bunula bağlı bütün universitetlərə giriş verilib.
Tələbələr isə portala HEÇ BİR SƏNƏD yükləmirlər, sistemə daxil olaraq yalnız oradakı sənədləri təsdiqləyirlər.
P.S. Hökumətin qərarına əsasən gələn ildən attestatlar və diplomlar rəqəmsal formaya keçiriləcək.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.

O qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. 5 895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.

Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçki keçirilib.

Parlament seçkisi üçün sentyabrın 1-i səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Ardını oxu...
“Azərbaycan Konstitusiyası 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilir. Bildirilir ki, Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycanın varisidir. O zamanı Azərbaycan bütövlükdə Sünik (Zəngəzur), Vayots Dzor (Dərəlyəz) Tavuş (Qazax qəzası), Qeqarkunik (Göyçə), Ararat (Vedi), Lori və Şirak bölgələrinə iddia edir”, - Nikol bildirib.
İrəvanın “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” iddiası Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmləsidir. Paşinyan məsələni bu cür qoymaqla konstitusiya tələbini gündəmdən çıxarmaq istəyir, hətta bir qədər də gedərək, iddia edir ki, “Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan konstirusiyasında iddialar yer alır”. Bu haqda daha öncə də yazmışdıq:
- Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur;
- AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur;
- Ermənistan konstitusiyasında isə qondarma “miatsum” iddiasının yer aldığı “istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsi Ermənistan dövlətinin qarşısında vəzifə kimi qoyulur;
İrəvanın iddiası faktdan yox, ritorikadan ibarətdir. Hərçənd, Paşinyanın açıqlamasında mühüm məqam da yer alır: erməni baş nazir diqqəti konstitusiya məsələsinə yönəltsə də, Zəngəzurun, Göyçənin, Dərəlyəzin və digər ərazilərin vaxtilə Azərbaycana məxsus olduğunu da dilə gətirir. Bu, Ermənistanın siyasi rəhbərliyinin Qərbi Azərbaycanla bağlı ən yüksək səviyyədə ilk etirafıdır. Həm sərhədin delimitasiyası, həm də Qərbi Azərbaycan məsələsində bundan istifadə etmək olar.
Asif Nərimanlı
TEREF
 

Dünyapress TV

Xəbər lenti