Hansı universitetlər tələbələrin qeydiyyatı üçün kağız formada sənədlər  toplayırlar və paralel qeydiyyat aparırlar ?
Tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı aparılan növbəti monitorinqin nəticələrini təqdim edirik.
İlk öncə qeyd edim ki, bir neçə ay öncə AzTU paralel qeydiyyatdan və kağız sənədlərin qəbulundan imtina etdiyini bildirmişdi.
ETN və İRİA isə cari dərs ilindən başlayaraq tələbə qeydiyyatının yalnız portal.edu.az üzərindən aparılacağını, heç bir paralel qeydiyyatın olmayacağını və kağız formada sənəd toplanmasına ehtiyac olmadığını bildiriblər.
Monitorinq prosesində son bir həftə ərzində xeyli sayda universitetlərin sosial media resursları və rəsmi internet resursları üzərindən qeydiyyatla bağlı paylaşdıqları elanlar araşıdrılıb.
Müsbət haldır ki, çox sayda universitetlər elanlarında qeydiyyatın yalnız portal.edu.az platforması üzərindən olacağını qeyd ediblər.
Lakin bəzi universitetlər paralel qaydada universitetin özündə qeydiyyat aparılacağını, bununla bağlı zəruri olan sənədlərin (attestat, yaşayış yeri arayışı, sağlamlıq arayışı, güzəştlərlə bağlı notarial sənədlər, şəkillər, hərbi qeydiyyat, şəxsiyyət vəsiqəsinin surətləri, DİM-dən arayışlar və s) kağız formalarını və surətlərini də tələb ediblər.
Bu sənədlərin hamısı isə ETN və İRİA tərəfindən, həmçinin digər əlaqəli dövlət qurumları tərəfindən aparılan işlərin nəticəsində artıq portala rəqəmsal formada yerləşdirilib və tələbələri gözləyir.
Bəzi universitetlər isə ümumiyyətlə qeydiyyatla bağlı elanı səhv yazaraq, tələbələri bir çox sənədləri portal.edu.az -a yükləməyə çağırış ediblər.
Hansı ki tələbə portala heç bir sənəd yükləmir, portala daxil olarkən bütün vacib sənədlər rəqəmsal formada tələbənin qarşısına çıxır və sadəcə onları təsdiqləyir.
Beləliklə, tələbələrin universitetlərə qeydiyyatı ilə bağlı vəziyyəti təqdim edirik :
1. Qeydiyyatı yalnız onlayn olaraq portal.edu.az –da aparan, heç bir kağız sənəd tələb etməyən və paralel qeydiyyat aparmayan universitetlər
BDU
AzTU
Qarabağ Universiteti
Türkiyə-Azərbaycan Universiteti
MDU
AzMİU
NDU
Odlar Yurdu
Bakı Avrasiya Universiteti
ADAU
BSU
ADNSU
Xəzər Universiteti
2. Paralel qeydiyyat aparanlar, kağız formada sənədlər toplayan universitetlər
BMU
GDU (Kəndirli qovluqla birgə)
ATU
ADPU
LDU (İpli qovluqla birgə)
BANM
ADU
Bakı Biznes Universiteti
Azərbaycan Universiteti
Azərbaycan Texnologiya Universiteti
Bir daha xatırladırıq ki, Universitetlər qeydiyyat üçün tələbələrlə bağlı bütün məlumatları və sənədləri tələbələrdən deyil, APİ servislərlə ETN sistemi vasitəsilə ala bilirlər. Bunula bağlı bütün universitetlərə giriş verilib.
Tələbələr isə portala HEÇ BİR SƏNƏD yükləmirlər, sistemə daxil olaraq yalnız oradakı sənədləri təsdiqləyirlər.
P.S. Hökumətin qərarına əsasən gələn ildən attestatlar və diplomlar rəqəmsal formaya keçiriləcək.
Osman Gunduz
TEREF
 

Dünyapress TV

Xəbər lenti