Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
O qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. 5 895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçki keçirilib.
Parlament seçkisi üçün sentyabrın 1-i səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.