Ardını oxu...
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sair torpaq, tikili və avadanlıqların satın alınması bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “İdeal Dizayn Office” MMC-dir.

Qalib şirkətə 199 min 429 manat ödəniləcək.

Tenderin şərtlərindən məlum olur ki, universitet təbii dəri, rəng qara, yükgötürmə minimum 200 kq, erqonomik söykənəcək, multi-tilt sistemli,aşağı və yuxarı hərəkətli, arxaya və önə hərəkətli, dik vəziyyətdə sabitlənən, mebel qol və mebel ulduz ayaq 1 ədəd rəhbər kürsüsü və digər mebel əşyalarını almağı planlaşdırır.
 
 
Ardını oxu...
Ədliyyə Nazirliyi Penitensir Xidmətinin nəzarətində olan həbsxanalarda baş verən qanunsuzluqlar, özbaşınalıqlarla bağlı redaksiyamıza dəfələrlə şikayət məktubları daxil olub. Qafqaz.media olaraq, hər dəfə bu şikayətləri saytımızda dərc etməklə, müvafiq qurumların diqqətini məlum problemlərin həllinə yönəltməyə çalışmışıq. Məsələn, sonuncu dəfə Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində Çingiz adlı nəzarətçinin məhkumla görüşə gələn xanıma qarşı əxlaqsız hərəkəti barədə məlumat vermişdik. Qeyd etmişdik ki, nəzarətçinin tanış olmaq məqsədilə həmin xanımdan telefon nömrəsi istəməsi “zon”da böyük qalmaqala səbəb olub və məhkumlar Çingizin cəzalandırılmasını tələb ediblər. Nətiəcədə, 1 saylı cəzaçəkmə müəssisəsində üsyan çıxacağından ehtiyat edən rəis Emin Həsənov onu vəzifəsindən uzaqlaşdırmağa məcbur olub.

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, Penitensiar Xidmət rəhəbərliyində təmsil olunan şəxslərlə bağlı Qafqaz.media-ya şikayət bu dəfə həbsxanada cəza çəkən məhkumlardan deyil, qurumun öz əməkdaşı tərəfindən göndərilib. Bəlli səbəblərdən adının hələlik açıqlanması istəməyən şikayətçi, saytımız vasitəsilə Prezident İlham Əliyevə və digər müvafiq qurumların rəhbərlərinə müraciət edərək, Penitensiar Xidmətdə baş verən rüşvət və korrupsiya halları ilə bağlı məlumat verib:

“Konvoy taboru cəngəllik qanunları ilə idarə edilir”
Ardını oxu...

“Hörmətli cənab Prezident! Nəzərinizə çatdırmaq istərdim ki, mən 15 ildir Penitensiar Xİdmətin Konvoy taborunda mühafizəçi kimi xidmət edirəm. Son dövrlər ölkəmizdə aparılan abadlıq, quruculuq işləri, ölkəmizin inkişafı hamı kimi məni də sevindirir. Lakin aparılan islahatlara, ən əsası Sizin hər çıxışınızda qeyd etdiyiniz korrupsiyaya qarşı mübarizə sahəsinə ləkə gətirən - xidmət etdiyim Konvoy taboru haqqında bir neçə faktı diqqətinizə çatdırmaq istərdim.

Tabor komandiri mayor Mirzəyev Ruslan, müavini polkovnik-leytenant Əzizov Elçin, Avtomobil xidmətinin rəisi, baş leytenant Mirzəzadə Elmir taboru cəngəllik qanunları ilə idarə edirlər.

Belə ki, rüşvət və korrupsiya adi hal kimi həyat tərzimizə çevrilib. Kiçik bir araşdırma aparılsa, məlum olar ki, hal-hazırda tabor daxilində əlavə xidmət yaradaraq, 16 nəfər şəxsi heyət üzvü rüşvət hesabına ora cəlb edib. Yəni 4 nəfərdən ibarət yeməkxana naryadı, 4 nəfərlik nəzarət-buraxılış məntəqəsi naryadı, 4 nəfərlik avtopark naryadı, 4 nəfərlik tabor ərazisi naryadı yaradıb ki, əvvəllər bu cür naryadlar mövcud olmayıb.

Məsələn, Qarayev Ülvi mühafizəçi olduğu halda, sürücü kimi xidmətə cəlb olunur. Sürücü Vəliyev Samir “aylıqda”dır. Avtobölüyün xidmət dəftərində araşdırma aparılsa, bu və digər qanunsuzluqlar aşkara çıxarılacaq”.

Xidmətə məxsus maşınların katalizatorları sökülür...
Ardını oxu...
Şikəyətçi bildirir ki, Konvoy taboruna aid avtomobillərin katalizatorları sökülür, maşınların təmiri adı altında külli miqdarda pullar mənimsənilir: “Konvoy maşını üçün nəzərdə tutulan “Prado”, “Fiat” avtomobillərinin katalizatoru 3000 manata satılır və təmir adı ilə kifayət qədər pullar silinir. “Fiat Ducato” avtomobillərinin kondisionerləri də çıxarılaraq satılıb”.

Onun sözlərinə görə, Apellyasiya, Ağır Cinayətlər və Binəqədi məhkəmələrində olan qarovul rəisləri dustaqlarla görüş müqabilində rüşvət toplayır və bundan tabor komandiri Ruslan Mirzəyevə hər gün haqq ödəyirlər: “Bundan əlavə, Gəncə reysinə dustaq etapı üçün getməli olan maşınlardan hər həftə 2 və ya 3 avtomobil naryada artıq yazılır, konkret olaraq 10 AO 362, 10 AO 248 dövlət nömrə nişanlı avtomobillər etapa göndərilmir. Lakin yol vərəqəsi yazılır və xüsusi avadanlıq vasitəsilə onların kilometrajı süni şəkildə reysdə olan maşınların kilometrajı ilə uyğunlaşdırılır. Nəticədə, qalan avtomobillərin yanacaq və yol xərci öz xeyirləri üçün silinir”.

Avtomobillərin kilometrajları süni şəkildə artırılır
Ardını oxu...
Penitensiar Xidmət əməkdaşı yazır ki, “məhbus etapı”na göndərilməyən avtomobillərin kilometrajlarının süni şəkildə artırılması yolu ilə əldə olunan vəsait öncə sürücülərin yanacaq kartına köçürülür, daha sonra avtobölüyün Prəviz adlı əməkdaşı (baş gizir) həmin vəsaitləri onlardan toplayır.

İcazə almaq 250 manatdır
Ardını oxu...
Şikayət məktubunda o da deyilir ki, Konvoy taborunun əməkdaşları bu və ya digər səbəblərdən icazə almaq istəsə, işə gəlməməyin qarşılığında pul ödəməli olurlar: “Hər bir əməkdaşa icazə verilmir. Ailə vəziyyəti ağır olan əməkdaşlar kənarda qalır, kim 250 AZN ödəyirsə, həmin şəxsə icazə verirlər”. Məlumata əsasən, xəstəlik üçün nəzərdə tutulan müavinətlər də rəislə ikiyə bölünür: “Yəni həmin müavinətlər yarı-yarıya rəislə bölündüyü halda əməkdaşa ödənilir”.

Saz avtomobillər “təmir” adı altında sökülür və...

Ardını oxu...
Konvoy taborunun əməkdaş onu da vurğulayır ki, Penitensiar Xİdmətin Konvoy taborunda pul qazanmaq üçün saz vəziyyətdə olan avtomobillər də zaman-zaman “təmirə” göndərilir: “Təzə “Ford” avtomobillərinin mühərriklərini öz ustalarına sökdürüb, yenidən yığdırırlar, nəticədə kifayət qədər vəsaiti “silirlər”. Halbuki, həmin avtomobillərin təmirə ehtiyacı yoxdur”. Şikyətçinin dediyinə əsasən, bu maxinasiya zamanı icazələrin verilməsi və pulların yığılması avtobölüyün rəisi, baş leytenant Elmir Mirzəzadə tərəfindən həyata keçirilir.

Məhkəmə qapılarında rüşvət toplanır
Ardını oxu...
Məlumata görə, Rəşad Mehdiyev adlı əməkdaş Ağır Cinayətlər Məhkəməsinin giriş qapısında “haqq” yığır. Apellyasiya, Ağır Cinayətlər məhkəmələrinin qarovul rəisləri və Rəşad Mehdiyev bu toplanan pullar müqabilində 6-cı günlər xidmətdən azad edilirlər.

Şikayətçi sonda onu da bildirir ki, yuxarıda qeyd oluna faktlar Penitensiar Xİdmətin Konvoy taborunda baş verən rüşvət və korrupsiya hallarının kiçik hissəsidir, araşdırılma aparılsa, daha ciddi qanunsuzluqlar ortaya çıxacaq: “Cənab Prezident, yuxarıda sadaladığım faktlar burada baş verən qanunsuzluqların kiçik bir hissəsidir. Xahiş edirəm, bu qanunsuzluqlara son qoymaq üçün ciddi tapşırıq verəsiniz”.

Qafqaz.media

P.S. Qeyd edək ki, mövzu ilə bağlı araşdırmamız davam edəcək. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.P.S. Rəsmi qurumların diqqətinə onu da çatdırırıq ki, sadalanan faktlarla bağlı araşdırma aparmaq zərurəti yaranarsa, özünün razılığı ilə, redaksiyamıza müraciət edən şəxsin kimliyini onlara açıqlaya bilərik...
Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə çox ağıllı adamdır. 2 il əvvəl "Qaçqınkom"un 15 milyonluq sifarişini öz şirkətinə ("AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ)
verdiyi haqqında sənədlər ortaya çıxanda abırlı davranıb susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi. Beləliklə "AZ.İNŞAAT-M.V." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ "yoxa çıxdı".
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir Həsənli yazır:
Lakin...Şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. "MERCURY CONSTRUCTİON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur. Bu nömrə "AZ.İNŞAAT-M.V." MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. "Qaçqınkom" indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.
Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.
Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur.
Cavanşir Həsənli
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
 
 

 
"Burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, ağır şərtlər qoyublar. Bundan sonra onlar bir də buraya gəlmədilər”.

 

Lənkəran şəhərinin zibil poliqonu köhnə Bakı-Astara yolunun yaxınlığında, rayonun Göyşaban kəndinin ərazisində yerləşir. Ərazisi 5 hektardan çoxdur. Yerli sakinlərin dediklərinə görə, 40 ildən çoxdur ki, şəhərin və ətraf kəndlərin məişət tullantıları buraya gətirilir. Poliqon tullantılarla qalaqlanıb. Zibillik ərazisi 3-4 yerdə yanır, tüstü ətrafa yayılır.

Zibillyin hasarı yoxdur, hər tərəfi açıqdır, digər yerlərdən kanallar ayırır. Yaxınlıqdakı gözətçiyə yaxınlaşıb bəzi suallara cavab almaq istəsək də, alınmadı.

Lakin aydınlaşdrdıq ki, bura Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin nəzarətindədir.

Kənd sakini Qəşəng Əkbərova deyir ki, illər keçir, problem həllini tapmır: "Kəndimizdə xəstələr var. Onlar kənara çıxa bilmir, tütstünün əlindən də həyətə düşmək mümkünsüzdür. Həytlərdə uşaqlar var, hərəsi də bir cür xəstə. Təmiz hava yoxdur. Avtobusla bazara gələndə pəncərəni bağlayırıq ki, tüstü içəriyə girməsin. Bir çarə qılsınlar”.

Adının çəkilməsini istəməyən Lənkəran ziyalısının sözlərinə görə, problem dəfələrlə müzakirə olunub: “İcra hakimiyətinin bir tədbirində oldum. Bu məsələ müzakirə olunurdu. Poliqon dolub. Yeri dəyişilməlidir. Dedyildi ki, investisiya proqramı var, zavodun (zibil emal edən) tikilməsi orda nəzərdə tutulub. Doğurdan da orda ekoloji vəziyyət yaxşı deyil. Söhbət ondan gedir ki, müasir tələblərə cavab verən yeni zibil poliqonunun tikintisi böyük vəsait tələb edir. Lənkəran şəhərinin 50 min əhalisi var. Ətraf kəndlərlə birlikdə əhalinin sayı 60 min nəfərə çatır. Əhali artır. Söhbət ondan gedir ki, bu zibillik yaşayış evlərilə əhatə olunub. İntensiv hərəkət olan asfalt yolun kənarındadır".

Lənkəran Şəhər Mənzil İstismar və Kommonal Müəssisələri İdarəsinin müdiri Emin Şahzadənin Cənub.az saytına dediyinə görə, bu sahəyə investisiya qoyulandan sonra məsələ həllini tapacaq.

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov isə sözügedən məsələ ilə bağlı bildirib ki, ərazidə məişət tullantılarını utilizasiya etməkdən ötrü regional zavodun tikilməsi məsələsi investisiya proqramına salınıb. Burda 10 min kub metr məişət tullantıları utilizasiya ediləcək.

Göyşaban kənd sakini Füzuli Məmmədov deyilənlərə inanmır. Onun bildirdiyinə görə, hər dəfə belə vədlər verirlər, amma problem yerində qalır.

Zibil poliqonuna yaxın ərazidə yaşayan sakinin dediyinə görə, bununla bağlı Yapon mütəxəssisləri ərazidə olublar.

“Onlar burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, onların qarşısında ağır şərtlər qoyublar. Onlar bir də buraya gəlmədilər. Lənkəran şəhərinin iki böyük problemi var. Kanalizasiya yoxdur, zibl paliqonu da dolub daşır. 30 ildə bu iki problemlə bağlı dəfələrlə müzakirə gedib. Amma problemin həllindən ötrü əllərini ağdan-qaraya vurmayıblar”, - kənd sakini bildirir.

Belediyye.net

 

XalqXeber.Az

Neftçala şəhər bələdiyyəsinin fəaliyyətində mənimsəmə faktları aşkarlanıb.

Əsasən Neftçala Rayon Prokurorluğunun əməkdaşlarının apardıqları araşdırmalar zamanı bələdiyyə büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsi aşkar edilib.

Bundan əlavə, rayon prokurorluğunun məlumatında qeyd olunur ki, ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manatını bələdiyyə sədri Rövşən Quliyevin mənimsəməsinə əsaslı şübhələr yaranıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanıb.

İstintaq davam edir

 
Ardını oxu...
 
 
 
 
 
Ardını oxu...
Quba rayon məhkəməsində hansı qanunlara söykənib qərar çıxarırlar... - NARAZILIQ VAR

DogruXeber.az: - Məhkəmə hakimi ədalətli olmalı, icraatında olan işə baxarkən tərəflərdən birinin fəhlə, digərinin isə məmur, vəzifə sahibi olmasına önəm verməməlidir. Yəni hakim adını daşıyan şəxs nə cavabdehin, nə iddiaçı tərəfin vəkili rolunda çıxış etməməlidir. Hakimin gözündə hər kəs eyni statusa sahib olmalıdır. Əgər bu baş verməzsə, o zaman ədalət bərqərar olmaz, femidanın tərəzisi əyilər, sonda isə haqlı haqsız, haqsız isə haqlı çıxa bilər.

Odur ki, hər bir hakim, məhkəmə sədri hər şeydən öncə Azərbaycan Respublikasının adından qərar çıxardığının fərqinə varıb haqqı nahaqqa qurban verməməlidir. Əfsus, bu gün bu cür hakimlərin sayı barmaqla sayılacaq qədərdir. Çünki hakimlərin bir çoxu müəyyən maraqların təmin olunması və ya verilən sifarişi "layiqincə" icra etmək naminə ədalətsiz qərar çıxarırlar. Misal kimi, Füzuli Novruzəli oğlu Pənahovun sədri olduğu Quba Rayon Məhkəməsini göstərmək olar. Belə ki, adıçəkilən məhkəmədə bu cür halların mütəmadi baş verdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Quba sakinləri Füzuli Pənahovun və məhkəmənin digər hakimlərinin əməlindən təngə gəliblər: "İlk öncə onu nəzərinizə çatdırım ki, 1959-cu il təvəllüdlü Füzuli Pənahov 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti-red.) hüquq fakültəsini bitirib. O, 1985-1990-cı illərdə Saatlı rayonu "Ulduz" kolxozunda hüquq məsləhətçisi vəzifəsində çalışıb. 1990-2000-ci illərdə Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000-2007-ci illərdə isə Astara Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib. Füzuli Pənahov 2007-ci ildən bu günədək Quba Rayon Məhkəməsinin sədri postunda təmsil olunur. Deyilənlərə görə, Füzuli Pənahov Zəngilan Rayon Məhkəməsini hakimi vəzifəsində çalışdığı dönəmlərdə şəxsi maraqlarının təmin olunması üçün bir sıra əməllərə qol qoyub. Belə ki, Zəngilan Rayon Məhkəməsindəki 10 illik fəaliyyəti ərzində demək olar ki, heç bir ədalətli qərar çıxarmayan Füzuli Pənahov özünə qarşı antipatiya qazanıb. Deyilənlərə görə, o, Zəngilanda 7 nəfərin hər birindən 65 min dollar "şirinlik" alıb. İmişlidə polis rəisi işləyən Məcnun müəllimin işçisi olan İlham adında şəxs cinayətdə təqsirləndirilənlərin hər birindən 10 min dollar alaraq 88.1 maddəsini 83.3-ə dəyişib. Həmin vaxt Zəngilan Rayon Məhkəməsinin hakimi olan Füzuli Pənahov isə öz növbəsində günahsız yerə həbs edilən şəxslərdən 65 min alaraq onların cəzasını yüngülləşdirib".

Füzuli Pənahovun Zəngilan və Astara rayonlarında çalışdığı dönəmlərdə femidanın tərəzisini əməlli-başlı əydiyini vurğulayan məlumatlı şəxs bildirir ki, məhkəmə sədri bu gün Quba rayonunda da eyni əməlləri təkrarlamaqdadır: "Yəni o, Quba Rayon Məhkəməsinin sədri kimi məhkəməyə daxil olan işlərin ədalətli şəkildə araşdırılmasını təmin etməkdə maraqlı görünmür. Bu səbəbdən də Füzuli Pənahovun vətəndaşlara onların hüquqlarını izah etmədən, inzibati icraat qaydalarına zidd olaraq, inzibati işlərə baxarkən onları vəkillə təmin etməməsindən, haqqını tələb edən vətəndaşlara, ondan şikayət edən insanlara istədiyi vaxt bir bəhanə ilə inzibati qaydada protokol tərtib etdirərək barəsində digər tədbir seçməsindən və s. şikayətlər diqqəti cəlb edir. Deyilənlərə görə, Quba Rayon Məhkəməsinin sədri "Məhkəmələr və hakimlər haqqında" Qanunun tələblərini pozaraq icraatında olan mülki, eləcə də cinayət işləri ilə əlaqədar proses iştirakçılarını və ya onların qohumlarını öz iş otağında qəbul edir və bu "görüş"ün nəticəsindən asılı olaraq bəzi işlərə darhal baxıb həll edir, digərləri isə əsassız yerə yubadılır. Bir sözlə, hazırda Quba Rayon Məhkəməsi elə bir vəziyyətdədir ki, az qala hakimləri bir günün içində yol verdikləri qanun pozuntularına görə intizam məsuliyyətinə cəlb edib, fəaliyyətlərinə xitam vermək olar. Çünki Füzuli Pənahov başda olmaqla, Quba Rayon Məhkəməsinin hakimləri onlara verilən sifariş əsasında, yaxud da digər səbəblərdən ədalətsiz qərarlar qəbul edirlər. Əgər Məhkəmə-Hüquq Şurası Füzuli Pənahovun sədri olduğu məhkəmənin fəaliyyətini obyektiv şəkildə araşdırsa, o zaman bəzi mətləblərə aydınlıq gətirilə bilər…" \\ "Gündəlik Bakı" \\
Ardını oxu...
Hələ 90-cı ilin sonlarında Salyan rayon İcra Hakimiyyəti başçısının müavını olmuş, daha sonra uzun müddət Salyan rayonunda Pambıq zavodunun direktoru işləmiş Bahəddin Leysanov nəhayətsiz kapitala yiyələnib. Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi,”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50% -nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda, vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər. B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü olduğu da bıldırilır. Verilən məlumatlarda B.Leysanovun qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərindəki mülklərindən biri də paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçmiş “Qarabağ” pioner düşərgəsi kimi tanınan əraziyə yaxın yerdə yerləşən 1 milyon dollarlıq villadır.

Zəmanənin nəbzini tutmağı bacaran B.Leysanov bir zaman yaxşı anlaşdığı AXC-yə arxa çevirərək, YAP-a yarındı. Kolxozların ləğvindən sonra Leysanov Neftçalada torpaqların böyük qismini ələ keçirdi, bir çox dövlət və dövlət torpaqları, o cümlədən geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Sonradan Leysanov təkcə Neftçala ilə kifayətlənməyib, Salyan rayonunun da bələdiyyə və dövlət torpaqlarının yarısından çoxunu istifadəyə götürdü, ardından Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özününküləşdirdi. Bundan başqa, Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzandı. Həmin ərazilərin bir hissəsində biznes obyektləri qurub, bir hissəsi isə istifadə olunmur. Səhmlərinin yarısına malik olduğu zavodları da rentabelsiz elan edən B.Leysanov həmin zavodların keçmiş işçilərinin səhmlərinə görə devident ödəmir.

30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edən B.Leysanov regionda baş verən bütün prosseslərə müdaxilə edir, təsir etdiyi rayonların icra başçıları, polis rəisləri, prokurorlar onunla hesablaşırlar. B.Leysanov regional tədarük idarəsinə də rəhbər vəzifəyə gətirilməklə, həm tədarük, həm də istehsal işini eyni anda yürütməklə inhisarçılığa yol açır.

Ancaq, bu qədər var dövlətə sahiblənən Leysanovlar ailəsi 44 günlük müharibədə öz yaxınlarını hərbi xidmətdən yayındırmaqla bərabər orduya dəstək olmaqda da fəaliyyətini hiss edən olmadı.

2019-cu ildə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlunun adı son təyinata qədər mətbuatda bir çox qalmaqallı məsələlərə görə hallanıb. Daha çox “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır.

O da qeyd olunur ki, B.Leysanov ona qarşı çıxış edən, bircə qəpiyinə xor baxan istənilən şəxsi “içəri” atdıra bilir. Cəmi bircə nəfərə güzəştə getdiyi bildirilir ki, o barədə də yazıçı İbrahim Quliyev qələmə alıb. Kulis.az-da dərc olunan həmin gerçək novellanı təqdim edirik:

“O vaxtlar Salyan-Neftçala ərazisində özünü başçı elan etmiş bir şəxs var idi. Adı da Leysanov Bahəddin idi. O, ərazidəki bütün pambıqçılıq işlərinə nəzarət edirdi. Kim görsə qabağına qaçardı, kimsə bir sözünü iki eləməzdi. Bir gün Leysanovun anbarlarından birinə taxta-şalban gətirilir və bir günlük qarovulçu lazım olur. Axtarıb, bir qarovulçu tapırlar. O qarovulçu da kim olsa, yaxşıdır? Bizim Mahmud lələ! Gecənin səhərində məlum olur ki, anbarda taxta-şalban qalmayıb, hamısını oğurlayıblar. Xəbər Leysanova çatır. Leysanov əmr edir ki, o qarovulçunu tutun gətirin bura. Mahmudu gəlib aparıblar Leysanovun otağına. Leysanov da başlayıb bunu söyməyə, təhqir etməyə. Bir deyib, iki deyib, sonda Mahmud lələnin səbri tükənib və illərdir kəndimizdə tez-tez istifadə edilən o məşhur cümləni deyib: «Ala, ala, obşim ala, taxta hara, şalban hara, Mahmud hara? Ala, obşim ala, p… yemə ala!»

Leysanov bu cümlədən sonra şoka düşüb. Ki, bu kimdir mənimlə belə danışır? Yanındakılardan birinin cəld Leysanovun qulağına əyilib Mahmudun azacıq əqli çatışmazlığını bildirməsindən sonra məsələ bir dəfəlik bağlı elan edilib”.

Gələn yazımızda Bahəddin Leysanovun arxadan vurulan güllə əhvalatı və Afiyəddin Leysanovun nömrə alveri ilə bağlı geniş məqalə dərc edəcəyik. Odur ki, bizi izləməyi unutmayın

Bu və digər suallarla bağlı Afiyəddin və Bahəddin Leysanovlara dəfələrlə zəng edib suallarımızı mesaj vasitəsilə göndərsək də heç bir cavab ala bilmədik. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Ardını oxu...
Ardını oxu...
Deryaz.az
 
 

Ardını oxu...
Nazir Emin Əmrullayevin rəhbərliyi altında ölkənin təhsil sitemində aparılan islahatlara baxmayaraq, hələki bu qurumda çoxlu sayda problemlər qalmaqda davam etməkdədir.

TEREF.AZ-ın məlumatına görə, AzFakt.com-a Qəbələ rayonunda daxil olan məlumatda bildirilir ki, rayon təhsil sistemində çox ciddi problemlər və nöqsanlar mövcuddur.

Məlumat üçün bildirək ki, Qəbələ rayonu təhsil sistemi eni yaradılmış Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir.

Bəhruz Mehdiyevin rəhbərliyi altında fəaliyyətə başlayan Şəki-Zaqatala Regional Təhsil İdarəsi hələ ki, özünü tam doğrultmamaqla yanaşı, həm də bir çox problemlərə seyrçi kimi yanşamaqdadır. Qəbələdən verilən məlumatda qeyd edilir ki, vaxtı ilə rayonun Təhsil Şöbəsinin müdiri işləyən Arifə Bayramova yenə də köhnə “işlərini” davam etdirməkdədir. O, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon üzrə Təhsil sektorunun müdiri vəzifəsini icra edir.

Bildirək ki, Qəbələ rayonunda 23 məktəbəqədər uşaq müəssisəsi, 2 məktəbdənkənar tərbiyə müəssisəsi, 53 tam orta məktəb,11 ümumi orta məktəb, 4 ibtidai məktəb fəaliyyət göstərir.

Məlumatda qeyd edilir ki, hazırda Qəbələ təhsil sistemindəki vəziyyət Arifə Bayramovanın vaxtı ilə şöbə müdiri olduğunda heç də fərqlənmir. Yəni yenə də az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq paralel siniflər yaradılaraq büdcədən əlavə vəsaitlər mənimsənilir. Belə ki, Qəbələ məktəblərində işləyən bir çox müəllimlərin dərs saatları onların razılığı ilə artırılaraq hər ay büdcədən külli miqdarda vəsait çıxarılır. Artırılmış dərs saatlarından əldə edilən “gəlirin” bir hissəsi məktəb direktorlarına və sektor müdiri Arifə Bayramovaya çatır.

Qəbələ təhsilində Arifə Bayramovanın digər gəlir yerinin məktəblərdə fəaliyyət göstərən dərnəklər olduğu iddia edilir. Məlumata görə, adı olub, özü olmayan bu dərnəklərdə “keçirilən” dərs saatları üçün dövlət tərəfindən ödənilən vəsaitlərin yarısı sektor müdirinə çatır.

Qəbələ sakinləri kəndlərdəki orta və ümumi məktəblərdəki durumun isə həddindən artıq acınacaqlı olduğunu bildirirlər. Belə ki, bu məktəblərin əksəriyyətinin 10 və 11 ci siniflərində çoxlu sayda adı olub özü olmayan şagirdlərin olduğu deyilir. Hər bir məktəbin 10-cu və 11-ci siniflərində nə qədər “lipa” şagirdin olduğunu isə ən yaxşı və dəqiq bilən Arifə Bayramovadır.

İddiaya görə “lipa” şagirdlərin yerləşdirilməsinə nəzarəti və onlar üçün alınna illik haqqın yarı hissəsidə keçmişdə olduğu kimi yenə də xanım Bayramovaya çatır.

Yəni deyə bilərik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin yaradılmasına baxmayaraq, yenə də Qəbələ təhsil sistemi Arifə Bayramovanın əlində cəmləşib və onun şöbə müdiri olduğu dövrdəki kimi işləyir.
 

Dünyapress TV

Xəbər lenti