Ardını oxu...
DogruXeber.az- O, Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisidir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu onun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. O, daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır. 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında internet üzərindən araşdırma apardığımız zaman, haqqında çıxan məlumatlar bu və bunun kimi xeyli məlumatlardır.

Lakin, haqqında, bu cür məlumatlar bitib-tükənməyən Rəcəb Babaşovun bircə dənə də olsa bioqrafik məlumatına rast gəlmədik.
Elə çox sosial medialardakı məlumatları oxuyarkən də gördük ki, bizim kimi bütün informasiya portalları da bu şəxsin harda, nə vaxt doğulduğunu bilməyə cəhd etsələr də mümkün olmayıb. Ümumiyyətlə haqqında heçolmasa "azərbaycanlı" ifadəsi belə yazılmayıb. Üstəlik harda təhsil aldığı barəsində bir dənə məlumat yoxdur. Bəlkə, heç təhsili yoxdur ?!

Bir rayonun rəhbərinin haqqında normal məlumat yoxdurmu ki, onun "Vikipediya"sı olsun ən azından?!

Amma, gəlin görək bioqrafik məlumat sarıdan"yoxsulluq" çəkən Rəcəb Babaşovun haqqında sosial medialarda nə qədər iddialı məlumatlar var.

Baxın, sosial medialar üzərindən apardığımız araşdırmalarda deyilir:

- "Sabirabad rayonunda da Rəcəb Babaşovun xeyli sayda obyektləri var. Qardaşının rayonda böyük tikinti materialları bazası var. Məlumatlara əsasən R.Babaşov elə öz rayonundan başlayaraq iş adamlarına divan tutur. Bakıda isə onu tanımayan, ona «haqq» verməyən bir az iri olan iş adamı yoxdur".

Əslində bu kimi məlumatlar kifayət qədərdir, amma bundan əlavə R.Babaşov "söyüşçül icra başçısı" kimi daha çox tanınır.
Təhsili haqqında heç bir məlumat olmayan İcra başçısının ziyalı təbəqəyə yad olan bu hərəkətləri rəhbərlik etdiyi Qazax rayonunun sakinlərini də cana doyurub.

İndi Qazax rayon sakinləri, demək olar ki, kütləvi şəkildə media qurumlarına üz tutub, dərdlərini media vasitəsilə xalqa və ölkə başçısına danışırlar.

"DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14"ün efirinə axışan sakinləri dinlədikcə, necə deyərlər "əlimiz-ayağımız yerdən üzüldü".

İlahi, balaca bir rayonda nələr yaşanır?!
Yerli sakinlər hansı cəzalarla sınanırlar.



Yeri gəlmişkən, ifadələri ilə "əxlaqsızlığa meydan oxuyan" icra başçısının rəhbərlik etdiyi rayon sakinlərinin "Kanal14"ün efirindəki çıxışlarından sonra Samirə adlı bir qadın redaksiyamıza votsap vasitəsilə həmin şəxslərin ünvanına təhqir, söyüş dolu səsli mesajlar göndərib, icra hakimiyyəti və Mənzil kommunal təsərrüfatı birliyinin rəhbəri Sərxan barəsində tərifli cümlələr qurmuşdu - bir sözlə tərəf saxlamışdı. Ardından isə Həmin qadının hansı formada ünvanlı sosial yardım alması barəsində sosial şəbəkələrdə özünün bəzi səs yazıları yayıldı.

Əlqərəz...

Çox xırdalıqlara getsək, xeyli yazmalı olacağıq deyəsən...
Ona görə də çox uzatmadan sizə bir videomaterial təqdim edib, keçək orada səsləndirilən şokedici faktlara:



Gördüyünüz kimi Qazax sakini Mircəfər kişi bildirir ki, Rəcəb Babaşovun Rayona çatar-çatmaz gördüyü "böyük iş" məscidin günbəzini dağıtmaq, Quran ayəsini qırmaq oldu.

Hələ İcra başçısının keçmiş müavini Fərman Nağdəliyev, onun qohumu olan hazırkı ikinci müavin Gülayə Həsənovanın, həmçinin İcra nümayəndəsi Akif Vəliyev və Akif Vəliyevin qohumu, eyni zamanda rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin müdiri Sərxan adlı şəxsin oliqarx həyatı yaşadıqlarının, hətta hərəsinin vəzifəsindən əlavə artıq bir sahibkar - iş adamı olduqlarını da canlı yayıma qoşulan sakinlərdən eşitdiniz. Bütün bunlar azmış kimi, sakinlərin iddiasına görə adıçəkilən şəxslər - əsasən də MKTB-nin Müdiri Sərxan tabeçiliyində çalışan işçiləri işdən sonra şəxsi həyətində, fermasında işləməyə, onun satması üçün kapron su qabları, kardon toplamağa məcbur edir. Buna etiraz edənləri isə Ceyhun Məmmədov, Pakizə Vəliyeva, Mircəfər Hüseynzadə, Xədicə Hüseyinzadə və digərləri kimi işdən çıxarır. Hələ üstəlik, iddialara görə, ona haqsızlığa görə ondan şikayət edəcəklərini deyən şəxslərə gülür, onları ələ salır ki, "kimdən kimə şikayət edəcəksən? Prezident aparatında oturanın biri də mənim oğlumdur. Başını sal aşağı, nə deyirəm, onu elə".

Umud Allahverdiyev deyir, "Cibimin pulu ilə dövlət əmlakı olan traktoru təmir etdim, 3.000 manat pul xərclədim, pulumu vermirlər".

Mircəfər Hüseyinzadə deyir, "İcra başçısının ikinci müavini Gülayə xanım Həsənovanın qardaşı Şahin Diaqnostika Mərkəzində həkimi neştərlə qanına qəltan elədi, heç 24 saat da saxlanılmadı. Bundan əlavə şəxsi apteki var ki, orada psixotrop həblər, narkotik tərkibli dərmanlar və narkotik satırlar. Həmçinin, ruhi xəstəxananın dərmanları da Gülayə Həsənovanın aptekində satdırılır." (Hətta, bu barədə digər sakinlər də videonun şərh bölməsində yazmışdılar ki, "Gülayə xanım milyarderdir, onun qardaşı qatildir".)

""Ədalət" partiyasının sədri İlyas İsmayılovu təmsil edən Oruc ötən il Qazax Ruhi xəstəxanasının təmiri üçün 100.000 (yüz min)lik tender uddu, amma, oranı yalandan üzdən edib çıxdılar. Orucun, İlyas İsmayılovun Qazaxda "zapravkaları" (yanacaqdoldurma məntəqələri), hektarlarla torpaqları, milyonları var. Onlar onu nədən qazanırlar?. Onun oğlu Rüstəmin Facebook səhifəsinə baxın, işi-gücü bələdiyyə və digər dövlət idarələrini şantaj etməkdir. Bir çəkiliş edir, səs-küy salır, poketini alır, vəssalam o söhbət orda bitir."

Daha sonra Mircəfər bəy, qeyd edir ki, "Qazax Ruhi xəstəxanasının keçmiş baş həkimi Ramiz doktorun oğlu ruhi xəstədir, mütəmadi müalicələrdədir, amma, buna rəğmən, hazırda Qazax regional səhiyyə idarəsinin hüquqşünasıdır, Bir bacısı da ruhi xəstədir, evində otura-otura adı dövlət işində gedir. Dövlətdən maaş alır."

Bundan əlavə canlı yayımda danışan Qazax sakinləri nələr dedi, nələr...

Bütün bunları tam dinləmək üçün sizə təqdim etdiyimiz videomaterialları sonuna qədər izləyin.



Hörmətli, hər zaman əxlaqsızlığa qarşı sərt mövqeyini, nifrətini söyüşlə ifadə edən Rəcəb Babaşov, məzlumun haqqını yemək, haqqına girmək də əxlaqsızlıq deyilmi?

Sizin rəhbərlik etdiyiniz 700 (yeddi yüz) km²-lik və 98.400 (doxsan səkkiz min, dörd yüz) nəfərlik bir rayonda baş verən ölçüyə, saya gəlməyən bu qədər haqsızlıqların, özbaşınalıqların adını nə qoyaq?

Qeyd edək ki, burda deyilənlər, burda yazılanlar hələ hamısı deyil. Növbəti yayımlarımızda daha dəhşətli faktlar açıqlanacaq.

Yəni anlayacağınız, mövzuya yenidən qayıdacağıq.

P.S: Yeri gəlmişkən, qarşı tərəfin mövqeyini dinləmək məqsədilə yazıda adı keçən nə Qazax rayon İcra Hakimiyyətində çalışan səlahiyyət sahiblərindən, nə də adı çəkilən digər şəxslərdən bir neçə gün, fərqli saatlarda dəfələrlə, təkrar-təkrar zəng etdiyimizə baxmayaraq, heç biri istər ofis telefonları, istərsə də (bəziləri) mobil nömrələrinə cavab vermədilər.

Bütün hallarda, biz yenə də adı çəkilən tərəflərin mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az
Ardını oxu...
DİA.AZ: - Keçən ilin aprel ayında Kənd Təsərrüfatı Naziri İnam Kərimov bir kadr dəyişikliyinə getmək zorunda qaldı. Belə ki, nazirin əmri ilə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov işdən çıxarıldı və onun yerinə həmin vəzifə Fəda Abbasova həvalə edildi. DİA.AZ xatırladır ki, elə həmin gün Anar Hüseynov rotasiya qaydasında nazirliyin mərkəzi aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri təyin edildi.

Bu, o Anar Hüseynovdur ki, onunla bağlı dia.az olaraq davamlı şəkildə ilginc faktları təqdim edirik. Belə ki, dövlətin əslində normal fermerlər üçün nəzərdə tutduğu subsidiyaları mənimsəməkdə pərgar olan Anar Hüseynov əslində İnam Kərimovun qara işlərinin icraçısı olduğundan ona hələ uzun müddət kimsə toxuna bilməyəcək.

Bu barədə DİA.AZ-a anışan mənbə bildirir ki, İnam Kərimov Anar Hüseynovdan məhz qara işlərin icraçısı kimi istifadə edir: "Təbii ki, zərurət yarananda KTN şefi ilk olaraq Anar Hüseynovu qurban verəcək. Kimsə hüquq mühafizə orqanlarının günlərin birində KTN qapılarına dayanacağını istisna edə bilməz..."

Anar Hüseynovun hələ il yarım əvvəlki vəzifə dəyişikliyinə gəlincə isə bu barədə məlumatlı mənbə ilginc faktları təqdim etdi: "O zaman “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndəki korrupsiya faktları artıq hüquq-mühafizə orqanlarının və dövlətin müvafiq maliyyə qurumlarının diqqətini cəlb etmişdi. Buna görə də, İnam Kərimov Anar Hüseynovun yerini dəyişməklə onu və əslində həm də özünü vəziyyətdən çıxarmış oldu".

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə gəlincə isə hazırda həmin qurumda anoloji yeyinti davam edir.

Keçən ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC birliyinə Fəda Abbasov yeni direktor təyin ediləsə də, adı çəkilən qurumda demək olar ki, heç nə dəyişməyib. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Fəda Abbasov da digər məmurlar kimi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru təyin eiləndən sonra mühüm postlara özünə yaxın adamları təyin edir. Qurumun idarəsində olan yüzminlərə hektar əkinə torpaq sahələri isə Fəda Abbasovun yaxın olan şəxslərə icarəyə verilir.

Yəni hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-dəki durum sabiq direktor Anar Hüseynovun dövründəkindən heç nə ilə fərqlənmir. Bu qurum elə əvvəlki kimi “korrupsiya bataqlığı” olaraq qalmaqda davam edir. Qurumun fəliyyəti isə heç bir halda aqrar sektorun inkişafına xidmət etmir. Yüzminlərlə torpaq sahəsinə və çoxlu sayda fermer təsərrüfatlarına sahib “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC aqrar sektorun inkişafına heç bir töhfə vermir. Əksinə qurumun yeni direktoru Fəda Abbasov və komandası gizli şəkildə maliyyə maxinasiyalarına yol açırlar. Saytımıza verilən məlumata görə Fəda Abbasovun komandasındakı şəxslərin əsas maliyyə maxinasiyaları qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini özləri üçün əkilib becərilməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Bu iddia ilə çıxış edən məlumatlı mənbə qeyd edir ki, Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbərliyi üçün əkilir. Burada Regional İdarə rəislərinin və əlaltılarınında öz payı var. Dövlət adına əkilən torpaqların gəlirlərinin böyük hissəsi də mənimsənilir.

Maraqlıdır ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də vəzifə tutan şəxslərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə aid olan insanlar deyil.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC yaradılandan sonra kənd təsərrüfatı ekspertləri açıqlamalarında bu qurumun dövlət üçün ciddi faydasının olmadığını dəfələrlə bildiriblər. Keçmiş direktorun dövründə qurumun hansısa bir hesabatı sosial şəbəkədə və mətbuatda azda olsa yayınlanırdı. Ancaq hazırkı direktor Fəda Abbasovun dönəmində belə hesabatlara rast gəlinməyib.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qohumbazlığa əsaslanan təyinatlar
Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev öz müavini Rövşən Rüstəmovun qardaşı Heydər Rüstəmovu Dövlət Radiotezliklər İdarəsinə rəis təyin edərkən qanunsuzluğa yol vermişdi. Çünki eyni nazirliyin tərkibində iki qardaşın yüksək vəzifə tutması qanunauyğun deyildi.

İndi isə nazirliyin vazkeçilməz müavini postunu daşıyan Rövşən Rüstəmov öz qardaşı Heydər Rüstəmovu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə yeni sədr müavini təyin etdirib.

Bilənlər bilir ki, nazirlikdə əsas söz sahibi Rövşən Rüstəmovdur. Onun öz qardaşını rəis vəzifəsindən azad edib, Yerüstü Nəqliyyat Agentliyinə müavin təyin etməsi səbəbsiz deyil.

Tezliklə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gündən-günə inkişaf etmək əvəzinə geriləməsi, nazirlikdə ciddi problemlər haqqında geniş yazım olacaq.

Hələlik isə bu postla kifayətlənirəm. Çünki problemi gizlətmək onu həll etmək demək deyil, gizli qalaraq üst-üstə yığılan kiçik problemlər gələcəkdə həll edilməsi mümkün olmayan böyük problemə çevrilir.

Üzdə hər şeyin qaydasında olduğu görünən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə problemlər içərisində üzür… Nazirliyin təkcə bir qərarla insanlara vurduğu böyük ziyan, əhaliyə verilən bərbad internet, xidmətlərin rəqəmsallaşdırılmasına maneə, Azərpoçtun problemləri, Radiotezliklər sahəsində aparılmayan islahatlar və bu kimi bütün sahələrdə ciddi axsamalar var.

Elmar Hüseynov //azinforum.az//
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun topdağıtmaz biznes şəbəkəsi yayılıb.

“Azərişıq” rəhbərinin mülklərinin adlarını sizlərə təqdim edirik:

“Azərişıq” rəhbəri biznes fəaliyyətinə 2010-cu ildən başlayıb, həmin il o, nizamnamə kapitalı 100 manat olan “QRAD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701121201) qeydiyyatdan keçirib.
MMC BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇ. ev.23 m.35 ünvanında hüquqi qeydiyyata alınıb.
Şirkətin qanuni qanuni təmsilçisi Kazımov Elçin Sahib oğlu elə həmin il eyni ünvanda hüquqi qeydiyyata alınmış “ŞÜVƏLAN UŞAQ BAĞÇASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin də qanuni təmsilçisidir. “ŞÜVƏLAN UŞAQ BAĞÇASI” MMC-nin təsisçisi isə “Azərişıq” rəhbərinin həyat yoldaşı ƏHMƏDOVA NƏRMİN AZAD qızıdır.
Vüqar Əhmədov eyni hüquqi ünvanda keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan İSMAYILOV VÜQAR İSMƏT oğlu ilə şərik “TESTA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701132901) də
təsis edib. Vüqar İsmayılov vaxtilə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik və Vergi öhdəliklərinin icrasına nəzarət departamentlərinə rəhbərlik edib.
Şirkətin qanuni təmsilçisi AĞAYEV SAHİB OKTAY oğlu keçmiş vergilər naziri Fazil Məmmədova məxsus Synergy Şirkətlər Qrupuna daxil olan “AZORCHİD HOTELS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə və ATATRAVEL MMC-yə də rəhbərlik edib.
“Azərişıq” şefinin və xanımının şirkətlərinin hüquqi qeydiyyatda olduğu ünvanda daha 3 şirkət qeydiyyatdadır.
Bunlardan biri BƏHRAMİ MAHMUD ÇİNGİZ oğlunun təsisçiliyi ilə qeydiyyatdan keçmiş
“BEAT CATERING” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir
Eyni ünvanda hüquqi qeydiyyatda olan “BEAT GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bakıdakı elit BEERBASHA, M’EAT, SUMAKH restoranları, GAZELLİ CAFÉ, EXPO, Dubaydakı BAKU kafelər şəbəkəsini idarə edir. Şirkətin təsisçisi BABAYEV MURAD KAMAL oğludur. O, təsisçiləri “SİNERJİ ŞİRKƏTLƏR QRUPU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ və DOYURUCU RESTORAN PASTAHANE VE TURİZM İŞLETMECİLİĞ İ TİCARET LİMİTED ŞİRKETİ (Türkiyə Respublikası) olan “AZORCHİD HOTELS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə, həmçinin bir müddət isə ATAHOLDİNQ-ə daxil olan “ATATRAVEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə rəhbərlik edib.
Vüqar Əhmədova məxsus ünvanda hüquqi qeydiyyata alınmış “VOGA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisi də “Azərişıq” şefinin şəriki, keçmiş vergi məmuru, Fazil Məmmədovun yaxın adamı Vüqar İsmayılovdur. VOGA MMC Bakının Zərdabi küçəsindəki eyniadlı mebel satış mərkəzinə sahibdir. Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV NURƏLİ ƏHMƏDİYƏ oğlunun adı “EVRA” , “SOLENNE” və “ERVA-EN” şirkətlərinin də təsisçisiləri sırasında yer alır.
“Azərişıq” şefinin şəriki Vüqar İsmayılova məxsus olduğu məlum olan daha 3 şirkət var. Bunlar “LAYF FİTNES”, “PEQAS MARKETİNQ” və “TOSCANA” MMC-lərdir.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.xeberal.az
 
Ardını oxu...
"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsi Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə il ərzində çirkab suların daşınması ilə bağlı 35196 manatlıq müqavilə bağlayıb...

Yenixeber.org: Az qala hər gün dövlət satınalmaları ilə bağlı mediada araşdırılması zəruri olan faktlarla zəngin yazılar tirajlanır... Müxtəlif qanuniliyi şübhə doğuran dövlət satınalmaları müsabiqələrində dövlətin puluna “dədə malı kimi yanaşmalar” müşahidə olunur. Təəssüf ki, medianın, aidiyyatı dövlət strukturlarının bu istiqamətdəki çabalarına baxmayaraq problem hələ də, aktuallığını qorumaqdadır...

Məlum olduğu kimi, cənab prezident də, vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini də səsləndirir...

Bir müddət əvvəl Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mediaya açıqlamasında rəhbərlik etdiyi qurumun apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət etdiyini bildirmişdi: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.

Bir xəstəxananın kanalizasiya sularına bir gündə 100 manata yaxın xərclənir(?)

Yenixeber.org-a dövlət satınalmaları ilə bağlı maraqlı, gülməli, həm də araşdırılması vacib olan məlumatlar daxil olub. Məlumata görə "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeçiliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının daşınması üçün il ərzində 35196 manat xərcələnəcək. Ki, bu da bir gün üçün 96 manatdan artıq edir...(?)

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin 14.10.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə üç gün sonra-17.10.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu olub. Bu müqavilə ilə Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının il ərzində daşınması qarışılığında 35196 manat alacaq.
Ardını oxu...
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlər barədə məlumat verilmədən...(?) "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə 35196 manatlıq müqavilə bağlayıb!

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsində, vəzifə borclarından biridir...

Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 35196 manatına - gündəlik 100 manata yaxın xərcləməklə - bir xəstəxananın çirkab sularının il ərzində daşınmasından gedir...

***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.
Ardını oxu...
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin maliyyə məsələləri üzrə səlahiyyətlisi Zəminə xanımla telefonla danışa bilsək də, suallarımıza cavab ala bilmədik: Əvvəlcə məsələni araşdırıb, aydınlıq gətirəcəyini desə də, sonradan rəhbərliyə məlumat verdiyini və rəhbərliklə ( Yəni direktor Fikrət Zeynalovla. Red.) əlaqə saxlamalı olduğumuzu bildirdi. Hörmətli Fikrət Zeynalovla əlaqə saxlamaq istiqamətindəki cəhdlərimiz isə nəticəsiz oldu...

Digər tərəf - Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə isə heç cürə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bir sahibkarla bağlı internet üzərindən hansısa bir məlumata rast olmadıq...

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.
 
Ardını oxu...
"İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda bu müddət bir ay ayadək uzadıla bilər.
Borclunu müəyyən hərəkətləri etməyə (məsələn, pul ödənişi etməyə) və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə (məsələn, qanunsuz müdaxiləni aradan qaldırmağa) məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün maksimum 10 günədək müddət təyin edir. Bununla bağlı borcluya göndərilmiş bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir.
Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Reportyor.tv
Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir ("İcra haqqında” Qanunun 15-ci maddəsi).
Qanunverici "İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir.
Belə ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi AR İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilərlər.
Həmin müddəaları davam etdirən "İcra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.
Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması mümkündür.
Lakin məhkəmə qərarlarınını icrası problemi Azərbaycan ictimayyəti üçün yeni deyil. Bu problemin mövcudluğu ilə tez-tez istər vəkillər, istərsə də adi vətəndaşlar ara-sıra çıxış edirlər. Məhkəmə qərarlarının icrası problemi hazırda vəkilləri narahat edən əsas məsələlərdən biri olaraq qalır. Xüsusilə qərar hər hansı dövlət orqanları və nüfuzlu şəxslərə qarşıdırsa məhkəmə icraçıları bu işə girişməkdən çəkinirlər.
Beyləqan rayonunda isə İcra və Probasiya Şöbəsinin məmurlarından şikayətlər artmaqdadır. Burada borclulara qarşı heç bir humanist münasibət yoxdur. “İcra haqqında” Qanunun 15-ci, MPM-nin 231-ci maddələri unudulub. İcra məmuru hətta borclu ilə şəxsi intriqa apra, onu şərləyə də bilər, (guya özündən çıxıb, kabinetdəki əşyaları dağıdıb-filan). Şöbə rəisini əvəz edən Azər Əliyevin burada əsl “gestapo rejimi” yaratdığı deyilir. Hər şey borclunu qanundan çox, məmurlara tabe etdrilməsinə hesablanılıb. Məmurla “dil tapan” borclular isə borcu ödəmək öhdəliyindən yayına, kifayət qədər vaxt qazana bilirlər. Rayonda xüsusilə də aliment borcları üzrə icraatların yerinə yetirilməməsi üstünlük təşkil edir ki, bu da ana və uşaqların mənafeyinə ziddir. Bundan başqa, qonşu rayonlarda qeydiyyatda ola-ola gəlib Beyləqanda yaşayan vətəndaşlar barəsində çıxarılmış mıhkəmə qərarları səhvən Beyləqan İcra və Probasiya Şöbəsinə göndərilir və bu halda Şöbənin məmurlarının daha insafsız yanaşmaları müşahidə olunub.
Belə bir zərb-məsəl var: “100 dəfə imamı ağlayanda, gərək 1 dəfə də yezidi ağlayasan”. Borclular arasında vicdanlılar da var və onların məhz imkanlarının yoxluğu səbəbindən işləri məhkəməyə gedib çıxıb. Azər Əliyev və məmur həmkarları isə nə imamı, nə də yezidi ağlayan deyillər.
"İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda bu müddət bir ay ayadək uzadıla bilər.
Borclunu müəyyən hərəkətləri etməyə (məsələn, pul ödənişi etməyə) və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə (məsələn, qanunsuz müdaxiləni aradan qaldırmağa) məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün maksimum 10 günədək müddət təyin edir. Bununla bağlı borcluya göndərilmiş bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir.
Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir.
Borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizənin verilməsi istisna edilməməlidir ("İcra haqqında” Qanunun 15-ci maddəsi).
Qanunverici "İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir.
Belə ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi AR İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilərlər.
Həmin müddəaları davam etdirən "İcra haqqında” Qanunun 82.3-cü maddəsinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Cinayət qanunumuzda isə məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı daha sərt cəzalar nəzərdə tutulub. Belə ki, bu cür əməllərə yol verən şəxslər üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilə, beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.
Göstərilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması mümkündür.
Lakin məhkəmə qərarlarınını icrası problemi Azərbaycan ictimayyəti üçün yeni deyil. Bu problemin mövcudluğu ilə tez-tez istər vəkillər, istərsə də adi vətəndaşlar ara-sıra çıxış edirlər. Məhkəmə qərarlarının icrası problemi hazırda vəkilləri narahat edən əsas məsələlərdən biri olaraq qalır. Xüsusilə qərar hər hansı dövlət orqanları və nüfuzlu şəxslərə qarşıdırsa məhkəmə icraçıları bu işə girişməkdən çəkinirlər.
Beyləqan rayonunda isə İcra və Probasiya Şöbəsinin məmurlarından şikayətlər artmaqdadır. Burada borclulara qarşı heç bir humanist münasibət yoxdur. “İcra haqqında” Qanunun 15-ci, MPM-nin 231-ci maddələri unudulub. İcra məmuru hətta borclu ilə şəxsi intriqa apra, onu şərləyə də bilər, (guya özündən çıxıb, kabinetdəki əşyaları dağıdıb-filan). Şöbə rəisini əvəz edən Azər Əliyevin burada əsl “gestapo rejimi” yaratdığı deyilir. Hər şey borclunu qanundan çox, məmurlara tabe etdrilməsinə hesablanılıb. Məmurla “dil tapan” borclular isə borcu ödəmək öhdəliyindən yayına, kifayət qədər vaxt qazana bilirlər. Rayonda xüsusilə də aliment borcları üzrə icraatların yerinə yetirilməməsi üstünlük təşkil edir ki, bu da ana və uşaqların mənafeyinə ziddir. Bundan başqa, qonşu rayonlarda qeydiyyatda ola-ola gəlib Beyləqanda yaşayan vətəndaşlar barəsində çıxarılmış mıhkəmə qərarları səhvən Beyləqan İcra və Probasiya Şöbəsinə göndərilir və bu halda Şöbənin məmurlarının daha insafsız yanaşmaları müşahidə olunub.
Belə bir zərb-məsəl var: “100 dəfə imamı ağlayanda, gərək 1 dəfə də yezidi ağlayasan”. Borclular arasında vicdanlılar da var və onların məhz imkanlarının yoxluğu səbəbindən işləri məhkəməyə gedib çıxıb. Azər Əliyev və məmur həmkarları isə nə imamı, nə də yezidi ağlayan deyillər.
Reportyor.tv
 

Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyev korrupsiya və rüşvətxorluqla mübarizədə geniş işlər görür.

Prezident bütün dövlət tədbirlərində və nazirlərlə müşavirələrdə hər dəfə bildirir ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistemdə ciddi xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir.

Son zamanlar medianın gündəmindən düşməyən mövzulardan biri də təhsil sahəsidir. Əgər gənc nəslin təlim-tərbiyəsinə fikir verilməsə, deməli gələcəyimiz qeyri-müəyyənliyə doğru gedər və sonu görünməyən uçuruma düşərik…

Bu istiqamətdən yanaşsaq, ölkəmizdə xeyli inkişafın olduğunu görərik və gələcəyimizin etibarlı əllərdə olduğunu dərk edərik. Ölkəmizdə 5000-nə yaxın orta təhsil müəssisəsinin olduğu bildirilir ki, bu da dövlətimizin təhsilə verdiyi əhəmiyyətli diqqətdən xəbər verir.

İndi isə gəlin konkret olaraq, Yevlax şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdən, onun “inkişaf yolu”ndan danışaq…

Xatırlayırsız bir müddət bundan öncə maraqlı fotoları ilə hollivud ulduzlarından geri qalmayan, sosial şəbəkələrin fenomeninə çevirilən Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbinin direktoru Həqiqət Şükürova, vəzifə salahətlərini aşaraq yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılmışdı. İndi isə eyni əməli onun bacısı olan hal-hazırda Yevlax şəhər 2 nömrəli Tam Orta Məktəbinin direktoru Sədaqət Şükürova davam etdirir.

 

Sədaqət Şükürova

Amia.az xəbər verir ki , sözü gedən məktəbin direktoru da heç Hollivud aktirisalarından fərqlənmir. Təhsilə heç bir aidiyatı olmayan stil sahibi xanım Sədaqət Şükürova bir başqa aləmdir. Bu adam Azərbaycan təhsilinin gələcək faciələrinin “SOS” siqnalıdır. Hələ bu tərz, stil azmış kimi rəhbərlik etdiyi məktəbdə həyata keçirdiyi biabırçı “xadimə əməliyyatları”, direktorun borclarının ödənilməsi üçün müavinlərinin az qala dilənçi kimi şıdırığı pul yığması, fiziki tərbiyə müəllimin “kino-filmi” və Sədaqət Şükürovanın baş verənləri gizləməsi, və s. tükürpədən digər olaylar və daha nələr, nələr…

Bir zamanlar Sədaqət Şükürova həmyerlisi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova arxalanaraq Yevlaxda “at oynadır”. Özünü Cavid Qurbanovun ən yaxın adamı kimi qələmə verirdi.

Ona arxalanaraq Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbinə yenidən direktor qayıtmaq üçün Nərimanov Rayon Məhkəməsinə üz tutub onun sözü gedən məktəbə direktor qaytmasın məhkəmə təmin etsədə, Təhsil Nazirliyi güc gələrək bu qərarı Bakı Apeliyyasıya Məhkəməsində ləvğ etdirə bilib.

Həqiqət Şükürova

Sözü gedən Həqiqət Şükürovanın bacısı olan Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürovanında vəziyyəti heç ürək açan deyil. “Xanım” məktəb direktoru, yol verdiyi nöqsanlara görə artıq bəzi dairələrdə araşdırmalara başlanılıb. Vəzifəsini itrəcəyin hiss edən Sədaqət xanımda özünə yeni dayaq axtarmaq axtarışına çıxıb. Amma o hara əl atsa da əli boşa çıxıb. Bir sözlə axtarışı nəticəsiz qalıb.

Güman edirik ki, təhsil naziri, hörmətli Emin Əmrullayev Yevlax şəhər 2 №-li məktəbin direktoru Sədaqət Şükürova və hazırda yenidən Kəlbəcər rayon 23 nömrəli Tam Orta Məktəbinə yenidən direktor qayıtmaq üçün fəaliyyətdə olan Sədaqət Şükürovanın bacısı Həqiqət Şükürova barəsində tədbir görərək, qanuna müvafiq olaraq lazımi ölçü götürəcək.

Yazıda adı çəkilən qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Elektron media resurslarında Mingəçevir Tibb Kollecində rüşvətxorluq,özbaşınalıqlar, maxinasiya, dərsdən yayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, saxta diplom qalmaqalları haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Kollecə uzun müddətdir ki, Fikrət Zeynalov rəhbərlik edir. Buna baxmayaraq Kollecdə müasir dövtün tələblərinə uyğun yeniləşən heç nə yoxdu, yəni heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Kolleclə bağlı yayılan bir çox məlumatlardan fərqli olaraq biz bu orta ixtias təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində görünməmiş daha bəzi mənzərələrlə üzləşdik. Hər şey Kollecin abadlaşdırma xidmətlərinin satınalınması ilə keçirmiş olduğu kotirovka sorğusundan başladı.

Mingəçevir Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.10.2022-ci ildə 18 478.03 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 18.06.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, CƏMİL ƏLİYEV, ev 38/3, m. 4, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

MMC ilə 2022-ci ilin son 5 ayı ərzində bağlanan digər satınalma müqavilələri isə bunlardır.

Mingəçevir Tibb Kolleci tərəfindən ofis maşın və avadanlıqlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 18.10.2022-ci ildə 11 505 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kollec tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 17.10.2022-ci ildə 37 632.91 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən mətbəə mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 9632.1 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən təsərrüfat malları (yeməkxana və təsərrüfat) üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 5396.73 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Qeyd edək ki, “QRANT-2008” MMC Mingəçevir Tibb Kollecinin keçirdiyi bu kotirovkalardan ümumi olaraq 82 644 manatlıq dövlət sifarişi alıb. Aprdığımız araşdırmalar zamanı məlum oldu ki, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası fərqli xidmətlərin və mal-materialların satın alınması üzrə bir nəfərə məxsus olan MMC ilə təkcə 2022-ci ildə müqavilə bağlamayıb. Analoji hal həm də əvvəlki illərdə təkrar olunub. Belə ki, Kollec “QRANT-2008” MMC-nin qanuni təmsilçisi olan Əliyev Adil Məmiş oğluna məxsus daha iki MMC ilə işbirliyində olub. Bunlar hansılardır?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELORASİYA-F MMC ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 12.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, Ş.İ.XƏTAİ, ev 12/1, m. 28, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Qeyd edək ki, Mingəçevir Tibb Kolleci 2020 -2021-ci illərdə “MELORASİYA-F MMC ” ilə ümumi olaraq 154 472 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlum olduğu kimi həmin dövrlərdə, yəni 2020-ci ilin martın 3-dən COVID-19 pandemiyasının yayılması ilə əlaqədar ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlı olub. Burada sual yaranır. Mingəçevir Tibb Kollecinin rəhbərliyi bağlı olan təhsil müəsisəsində bu satınalmaların keçirilməsi zərurətini haradan yaradıb?

Keçək Əliyev Adil Məmiş oğlunun qanuni təmsiçisi olduğu digər MMC-yə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AFİQ-TQİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 15.09.2009-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, A.ŞAİQ, ev 11, m. 31, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Mingəçevir Tibb Kollecinin Tender Komissiyası, daha doğrusu direktoru Fikrət Zeynalov 2019-cu ildə də Əliyev Adil Məmiş oğlunun anuni təmsilçisi olduğu “AFİQ-TQİ” MMC ilə 38 787 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Bu isə qanunla yolverilməzdir. Çünki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Bütün bu göstərdiyimiz şübhəli işlərlə bağlı Mingəçevir Tibb Kollecinin Tender Komissiyasına ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Telefonla əlaqə saxladığımız Kollecin baş mühasibi Vəsilə Qasımova ilə söhbətimiz təxminən belə oldu. “Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi nədən Əliyev Adil Məmiş oğluna məxsus olan MMC-lər olur” sualimıza Vəsilə xanımın cavabı belə oldu ki, “Bilmirəm, biz bütün sənədləri toplayıb satınalmalara göndəririk. Orada da hər şey elektron qaydada keçirilir, bizə göndərlir”-dedi. “Necə olur ki, elektron satınalma elə Adil Əliyevi qalib çıxarır” sualımıza baş mühasib cavab verdi ki, “mən nə bilim, satınalmalardan soruşun”. “Onda belə çıxmırmı ki, elektron satınalma Adil Əliyevi tanıyaraq elə Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi çıxarır” sualımıza isə Vəsilə Qasımova “çıxır, çıxsın da” -deyib ədəbsizcəsinə telefonun dəstəyini qoydu.

Qeyd edək ki, Əliyev Adil Məmiş oğlunun qanuni təmsilçisi olduğu “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti bu il təkcə Mingəçevir Tibb Kollecinin keçirdiyi kotirovkaların qalibi olmayıb. MMC həm də Mingəçevir Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən 2022-ci il üçün mal-materialların, ehtiyyat hissələrinin, ağac və gül kollarının, təsərrüfat və dəftərxana mallarının satınalınması üzrə keçirilmiş tenderin də qalibi olub və 146 623.26 manat məbləğində sifariş alıb. Göründüyü kimi Mingəçevir Tibb Kollecini abadlaşdıran, tikili və avadanlıqlarını təmir edən, mətbəə malları, ofis maşın və avadanlıqları ilə təchiz edən MMC həm də ağac və gül kollarının satın alınmasının iştirakçısı olub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu 3 MMC ilə son dörd il ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 275 903 manat olan satınalma müqavilələri bağlamışdır. Burada ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus 3 MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açmış olur. Mingəçevir Tibb Kollecində bütün şübhəli işlərin bağında direktor Fikrət Zeynalov olduğu kimi, formal satınalmaların başında da onun durduğu şübhəsizdir. Amma Kollecin baş mühasibi Vəsilə Qasımova nədənsə elə satınalmalarının vahid internet portalının üstünə atır bu şübhələri.
Aktualinfo.org
 

Ardını oxu...
DİA.AZ: - "Neçə gündür ki, media və müxtəlif sosial şəbəkələrdə “WhatsApp”da müəllimlərə səs ataraq hər birindən 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıtdakı 32 saylı məktəbin sabiq direktoru Esmira İbrahimovanın Sumqayıt təhsil şöbəsində metodist vəzifəsinə təyin edilməsi və idarəetmə sistemində cəzalandırma metodunun niyə belə olması çox böyük müzakirələrə səbəb olmuşdur.
Bəs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, direktor vəzifəsindən çıxarılan bir şəxsin hər-hansı bir yaxın adamını onun yerinə düzəltməyə çalışmaq necə qanun pozuntusu sayılmır?" DİA.AZ bildirir ki, bu barədə "Elm Və Təhsil Forumu" səhifəsində qeyd olunur.
İddia müəllifi daha sonra yazır: "Şamaxı rayon Təhsil Şöbəsinin gəlir mənbəyi sayılan İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktorları uzun illərdir ki, məhz qan qohumluğuna əsaslanan insanlardan təyin edilir. Məktəbin daha əvvəlki direktorlarından biri olan Əlisahib Cəfərov rəhmətə gedəndən sonra, onun yerinə həmin məktəbdə idman müəllimi işləyən qardaşı oğlu Bəşir Cəfərov təyin edildi. Bəşir Cəfərov da eynilə əmisi kimi bütün orta təhsilli və orta ixtisas təhsilli ailə üzvlərini nəinki məktəbin işçiləri, hətta vəzifəli şəxsləri belə təyin etmişdi. O, ümumi orta təhsilli və kollec bitirən qızını məktəbin tədris hissə müdiri və təlim tərbiyə işləri üzrə direktor müavini, heç vaxt məktəbə ayaq basmayan gəlini Könül Cəfərovanı Uşaq Birliyi Təşkilatı rəhbəri, heç orta ixtisas təhsili belə olmayan yaxın qohumu Ziya Fətəliyevi təsərrüfat işləri üzrə direktor müavini təyin etmiş, eləcə də, digər qohum-əqrəbasına isə ixtisasından asılı olmayaraq müxtəlif fənlərdən dərs saatları vermişdi. Əlavə olaraq, bu məktəb uzun illər boyu digər rayonlarda məktəbə getmək istəməyən və adını saxta olaraq jurnal səhifələrinə yazdırmaq istəyən yuxarı sinif şagirdləri üçün əsl sığınacaq yeri olub. Bəşir Cəfərovun bu və digər saxtakarlıqları Təhsil Nazirliyinə edilən saysız-hesabsız müraciətlərdən sonra aşkarlandı və o qızı, gəlini və təsərrüfat müdiri ilə birlikdə tutduqları vəzifədən azad edildi.
Elə hər şey də bundan sonra başladı. Vəzifəsindən etdiyi saysız-hesabsız qanun pozuntularına görə deyil, öz ərizəsi əsasında azad edilən Bəşir Cəfərov yenidən məktəbin direktor vəzifəsinə geri qaytarılması üçün rayonun sabiq təhsil şöbə müdiri olan Eyvaz Eminalıyevə müraciət etmiş, ona çox böyük məbləğdə pul verərək ya yenidən özünün, ya da ixtisasca idman müəllimi olan oğlu Çingiz Cəfərovun (UBR rəhbəri Könül Cəfərovanın həyat yoldaşı) həmin vəzifəyə təyin edilməsini istəmişdi. Eyvaz Eminalıyev isə müvəqqəti olaraq məktəb yad əllərə keçməsin deyənə Bəşir Cəfərovun digər təşkilatçı müavini olan Gülmirə Əlsöhbətovanın əvvəlcə təlim-tərbiyə işləri üzrə direktor müavini, daha sonra isə direktor səlahiyyətlərini müvəqqəti əvəz etməsinə nail olmuşdu.
Şamaxı rayon ziyalılarının verdiyi məlumata görə yaşı 70-dən yuxarı olan sabiq direkor Bəşir Cəfərov rəhmətə gedəndən sonra öz yerinə direktor təyin etmək istədiyi oğlu Çingiz Cəfərov təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin yanına gəlmiş, atasının onu məktəbə direktor təyin etmək üçün ona verdiyi şirinliyi geri qaytarmasını tələb etmişdi. Eyvaz Eminalıyev isə ona veriləni rayon icra hakiminin sabiq hümanitar-siyasi əlaqələr üzrə müavini Gülnisə Ələkbərovaya verdiyini, Gülnisə Ələkbərova isə ona çatan hissəni xərclədiyini söyləmişdi. Atasının verdiyi pulun geri qaytarılmasının çətin olacağını görən oğlu Çingiz Cəfərov icra hakimi Tahir Məmmədovun qəbuluna gəlmiş və atasının təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevə verdiyi pulun ona geri qaytarılmasını xahiş etmişdi. Məhz bundan sonra təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, eynilə məktəbin direktoru Bəşir Cəfərov kimi öz ərizəsi əsasında tutuğu vəzifədən azad edilmişdi. O, əksinə, mükafatlandırılaraq, bir neçə gün sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı rayon filialına kafedra müdiri təyin edilmişdir.
Hələ bütün bunlar azmış kimi, adı çəkilən həmin məktəbdə direktor səlahiyyətlərini müvəqqəti həvalə edən əvvəlki təşkilatçı müavin Gülmirə Əlsöhbətova direktorun müavin qızını öz yerinə, yəni təşkilatçı müavin vəzifəsinə təyin etmişdi. Gülmirə Əlsöhbətova Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırovun direktorun qızının vəzifədən çıxarılma əmrini oxuyan zaman: “Eşqi Bağırov özü İnsan Resursları Cəmiyyətinin rəhbərliyini saxta olaraq öz üzərinə götürüb və demək olar ki, gözdən düşüb. Onun belə bir sənədi verməyə ixtiyarı yoxdur” deyərək onu təhqir etmişdir.
Bütün baş verən bu və qeyd edilməyən digər qanun pazuntularına baxmayaraq, bu məktəbə 4 il müddətində kənardan direktor göndərilmədi. Dörd il müddətində məktəbin direktor səlahiyyətləri əvvəlki direktorun bütün saxtakarlıqlarına, özbaşınalıqlarına, qanun pozuntularına şərik olan çox yaxın qohumu və müavini olan Gülmirə Əlsöhbətovaya həvalə edildi. Gülmirə Əlsöhbətova da bu dörd il müddətində belə əvvəlki direktor kimi qanunsuz əməllərini davam etdirdi. O, hətta, həmin müddət ərzində 12 saat fizika dərsini belə öz əlinə keçirtməkdən ötrü məktəbə Təhsil Nazirliyi tərəfindən göndərilən fizika müəlliməsini insanlığa yaraşmayan qəddar və çirkin əməllərlə bezikdirərək, özxoşuna məktəbdən çıxıb getməsinə nail oldu. Özü isə bir gün belə fizika dərsi keçmədi.
Gülmirə Əlsöhbətova hazırda da, məktəbin həm əsas, həm də ikinci xarici dil kimi keçilən ingilis dili dərslərinin demək olar ki, hamısını (6 saatdan başqa) sabiq direktorun ümumi orta təhsilli və kollec bitirən digər gəlini Natavan Cəfərovaya həvalə edib. O, dərs müddətinin iki ayının başa çatmasına baxmayaraq, hələ də məktəbə ali təhsilli ingilis dili müəllimin göndərilməsini ləngidir. İngilis dili fənni üzrə dövlət tərəfindən ayrılan dərs saatlarının çox hissəsi keçilməyə-keçilməyə yazılır. Dövlət büdcəsindən saxta maaş çıxarılır.
Sonda isə, fikrimi əvvəldə qeyd edildiyi kimi, bir cümlə müraciətlə tamamlamaq istərdim: “Azərbaycanda idarəetmə sisteminin cəzalandırma metodu” belə olur?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...





Dünyapress TV

Xəbər lenti