Peşə Təhsili Agentliyi tələbələrin başına oyun açır – ŞİKAYƏT
TvPress.Az-ın redaksiyasına keçmiş dəmiryol işçisi tərəfindən şikayət məktubu göndərilib. Məktubu olduğu kimi oxucularımızın və müvafiq təşkilatların diqqətinə çatdırırıq.

Hörmətli redaksiya. Dəmir yolundan məcburi şəkildə öz imzamızla mədəni surətdə kütləvi olaraq bizi işdən qovdular. 2 min manat da təzminat aldıq. Qərara gəldim ki, borc həmişə var, pulu dəyərli yerə yatırım, xərcləməyim. Getdim Bakı şəhəri, Təbriz küçəsi 17 ünvanında yerləşən Dəmiryolu və Metropoliten üzrə dövlət peşə təhsil mərkəzinə. Zülfüqar Əsgərov adlı rektora yaxınınlaşdım və dedim ki qiyabi oxuya bilərəmmi, çünki işə gedirəm. Zülfüqar müəllim dedi ki, ölkədə bu il ilk dəfə gecə növbəsi olacaq, ödənişli istəsəniz oxuya bilərsiz. Dedim lap yaxşı, mənim 11 illik təhsilim yoxdur, 9 illik varımdır, qəbul edirsinizmi, əgər qəbul etməsəniz, vaxtım var, gedim rayona regional təhsil idarəsinə müraciət edim, 11 illik təhsilimi alım. Zülfüqar müəllim dedi ki, ilk dəfədir axşam qrupu təşkil olunur, ona görə də mən də dəqiq bilmirəm, gözləyin Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən soruşum. Soruşdu və qəbul etdilər. Sentyabrda tam sənədlərimi topladım verdim, pulumu da ödədim- 2 dəfəyə 650 manat.

Kurs 1 illik idi və başladım oxumağa, daha doğrusu vaxt itirməyə. Səhər saat 7-də evdə çıxıb küçə süpürməyə gedirdim 28 may metrosu ərazisinə. 283 manat maaşla. 17.30-da işdən çıxıb yolpulu verməyim deyə Peşə məktəbinə piyada qaça-qaça getmişəm, 5 ay zülüm çəkmişəm evə saat 11-də gəlmişəm. Gecə mütamadi olaraq yoxlama gəlirdi məktəbə. Nəyi necə yoxlayırdılarsa, düz gəlib düz də gedirdilər. 5 ay sonra ayıldılar ki, bıy, biz səhv etmişik, 11 illik attestatı olmayanları çıxartdılar və məktəbdən qovdular. Ödədiyiniz pulu geri almaq üçün də yeni bank hesabı açın deyirlər. Mən təbii ki, qəbul etmədim. Lap mənə ödədiyim pulu geri verdilər, bəs 5 ay çəkdiyim əziyyət, qarda-qışda zülümlə gecə yollarda qalmağım, bunu necə ödəyəcəksiz. Peşə Təhsili Agentliyi deyir məktəb günahkardır, məktəb də deyir agentlik. İndi siz deyin kimdir günahkar?

Hörmətlə- Ballı İbrahimova

Redaksiyadan.

Ümidvarıq ki, Elm və Təhsil Nazirliyi vətəndaşın pozulmuş hüququnu bərpa edəcək və ona dəyən zərərin ödənilməsini təmin edəcək.
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti