Ardını oxu...
Həmkarlar ittifaqları konfederasiyası.

Bu qurum nə üçün yaradılıb?


Ümumiyyətlə bu qurumun məqsədi, məramı və fəaliyyəti nədən (yaxud nələrdən) ibarətdir?
Bu sualın cavabını heç hər ayın axırında bir aylıq zəhmətinin qarşılığı olaraq, aldığı əmək haqqının hazırından 2 % qurumun büdcəsinə köçürən şəxslər də bilmir.
Əslində nələrdən ibarət olmalı olduğunu bilirlər də həmin öhdəliklərini icra etmədikləri üçün, onların hazırkı fəaliyyətinin nələr olduğunu kimsə bilmir. Təbii ki, "putyovka" (yollayış) alveri xaric.

"Putyovka alveri" demişkən, heç kimə sirr deyil ki, bütün dövlət idarələri və müəssisələrində işçiləri "könüllü"adı altında Həmkarlar İttifaqları Konfederasiyasına üzv olunur və onların əmək haqlarının 2%-i bu komitənin balansına köçürülür. Əvəzində də verdikləri vəd budur ki, güya bayramlarda onlara hədiyyələr verilir, yay aylarında hər hansı bir istirahət mərkəzinə, yaxud sanatoriyaya güzəştli qiymətlə "putyovka" (yollayış) verilir.

Amma, gəlin reallığa nəzər salaq, görək verdikləri vədə əməl edirlərmi?

Tibb işçiləri "DogruXeber.az" bildirir ki, "Bizdə Naftalana və digər sanatoriyalara yollayış olmur " deyən AHİK əməkdaşları 1200-1500 (min iki yüz - min beş yüz) manat arası dəyişən qiymətlə hər kəsə, elə tibb işçilərinin özünə belə satırlar.

Günəşli sanatoriyasına isə 600-dən başlayan qiymətlər təklif olunur.

Yeri gəlmişkən, "100 eşitməkdənsə, 1 görmək yaxşıdır" deyib, özümüz AHİK-nin Bakı şəhərindəki rayonlardan birinin sədri ilə iltifata keçdik. Şəhər ərazisindəki sanatoriyalardan birinə tək nəfərlik yollayış istədik. O da qiyməti birbaşa özü deməyə tərəddüd etdi və "səhv etmirəmsə ora 500 (beş yüz) manatdır deyib, digər həmkarına zəng etdi. Telefondakı şəxs ora yollayışların bitdiyini bildirdi. Ümumiyyətlə, qiymətini soruşduqda isə "610 (altı yüz on) manatdan başlayır" cavabını verdi. Təbii ki, biz bu qiymətlə razılaşmadıq. Bundan sonra bizimlə danışan şəxs minimum 580 (beş yüz səksən) manata qədər endirim edə biləcəyini bildirdi.

Deyirik, "Axı tanışlarımız 200 (iki yüz) manata alıb.
Deyir, - "O yəqin lap çoxdan olub, ya da o yollayışı ona verən onun çox yaxın qohumu filan olub ki, öz qiymətinə verib, yoxsa həyatı boyu ola bilməz. Yəqin o, həkim "putyovka"sı olub"

Tibb işçilərindən biri isə "DogruXeber.az" əməkdaşlarından birinə danışıb ki, "Mənə Naftalana putyovka vermədilər ki, yoxdur. Bir istirahət mərkəzinə verdilər, o da ki, şəraiti, xidməti çox bərbad. Heç verdiyim pula dəymədi. Çox peşman oldum".

Bölgələrimizdən birində yaşayan təhsil işçisi deyir, - "Nəinki putyovka, heç öz pulumuzla bayramlarda bir dənə hədiyyə də vermirlər. Cəmi bircə dəfə hədiyyə verdilər, gəldim evdə açdım, içindəkiləri hesabladım, cəmi 70 qəpiklik şirniyyat var idi içində. Bu pulumuzu alıb, üstəlik də bizi ələ salmaq deməkdir. Mən üzvlükdən imtina etmək üçün dəfələrlə AHİK-nın məktəbdəki nümayəndəsinə müraciət etmişəm. Hər dəfə də xahiş-minnət edir ki, "çıxma, sən çıxsan mənə söz gələcək".
Adını "könüllü" qoyublar, amma məcbur etmək üçün hər vasitədən istifadə edirlər. Hələ üstəlik üzvlükdən çıxmamaq üçün mənə pul da təklif edirlər.".

Maraqlıdır, üzvlərin üzvlükdən çıxması onları bu qədər narahat edirsə, niyə onun müqavilə şərtlərinə uyğun tələblərin yerinə yetirilməsi üçün yalnız üzvlükdən çıxmaq istədikdə hər hər hansı addımların atılmasına cəhd edilir?

Onsuz da bütün dövlət idarələrində bütün çalışanlar bu quruma məcburi üzv olunur, heçolmasa müqavilənin digər şərtlərinə uyğun şəkildə əməl edilə bilməzmi?

Əgər bu şərtləri yerinə yetirmək çətin, yaxud mümkünsüzdürsə, o zaman müqavilədə niyə şərt olaraq qeyd edilib?

Təbii ki, bütün bu suallara cavab verməli olan qurumun - AHİK-nın məsul şəxsləri yenə də susacaq.
Həmişə hər verilən sualın, yazılan haqlı iradların qarşısında susduqları kimi.

Möhbalıyevin "menyu"sundan...

Qeyd edək ki, Bakı şəhər ərazisində də Təhsil üzrə Həmkarlar komitələri nöqsanlarla fəaliyyət göstərirlər. Hər il eyni vaxtda (yay tətilində) sanki, sözü bir yerə qoyub, kütləvi şəkildə təhsil işçilərinin haqqını mənimsəyir, onlara güzəştli qiymətlə verilməli olan yollayışları, baha qiymətə başqalarına satırlar. Hansı ki, əslində heç o qiymətə "güzəşt" demək də düzgün deyil, çünki, onlar zatən işə qəbul olduqları gündən bəri hər ay əmək haqlarının müəyyən hissəsini bu qurumun büdcəsinə köçürürlər.
Amma, görünən

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
“Almasdır, zümrüddür, dürdür Lənkəran”: Bəs bu zibil poliqonu nə demək?
Lənkəran şəhərinin zibil poliqonu köhnə Bakı-Astara yolunun yaxınlığında, rayonun Göyşaban kəndinin ərazisində yerləşir. Ərazisi 5 hektardan çoxdur. Yerli sakinlərin dediklərinə görə, 40 ildən çoxdur ki, şəhərin və ətraf kəndlərin məişət tullantıları buraya gətirilir. Poliqon tullantılarla qalaqlanıb. Zibillik ərazisi 3-4 yerdə yanır, tüstü ətrafa yayılır.

Biz burada xeyli mala-qara gördük, donuzlar isə zibillikdə eşələnirdilər. Zibillyin hasarı yoxdur, hər tərəfi açıqdır. Zibilliyi digər yerlərdən kanallar ayırır. Buralar cəhənnəmi xatırladır. Yaxınlıqda gözətçi otağı diqqəti cəlb edir. Gözətçi isə suallarımıza cavab vermək istəmədi. Aydınlaşdrdıq ki, bura Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələri İdarəsinin nəzarətindədir.

Göyşaban kənd sakini Füzuli Məmmədov deyir ki, zibil poliqonu xəstəlik mənbəyinə çevrilib:

“Oradan gələn zəhərli tüstüdən evdə qala bilmirik. Xüsusən, axşamçağılar. Biabırçılıqdır. Həmişə belədir. Dəfələrlə müraciət etmişik. Dəfələrlə gəlib baxış keçiriblər. Tüstünün altındayıq. Üfunət qoxusu da bir tərəfdən. Ölmüş itlər,mal cəmdəkləri, nə istəsən, orda tapmaq olar. Şəhərin yaxınlığında yerləşir. Belə biabırçılıq olar? Başqa yer versinlər, köçək burdan.”

Kəndin digər sakini Qəşəng Əkbərova isə deyir ki, illər keçir, problem həllini tapmır:

“Kəndimizdə xəstələr var. Onlar kənara çıxa bilmir, tütstünün əlindən də həyətə düşmək mümkünsüzdür. Həytlərdə uşaqlar var, hərəsi də bir cür xəstə. Təmiz hava yoxdur. Avtobusla bazara gələndə pəncərəni bağlayırıq ki, tüstü içəriyə girməsin. Bir çarə qılsınlar”.

Adının çəkilməsini istəməyən bir Lənkəran ziyalısının sözlərinə görə, problem dəfələrlə müzakirə olunub:

“İcra hakimiyətinin bir tədbirində oldum. Bu məsələ müzakirə olunurdu. Poliqon dolub. Yeri dəyişilməlidir. Dedyildi ki, investisiya proqramı var, zavodun (zibil emal edən) tikilməsi orda nəzərdə tutulub. Doğurdan da orda ekoloji vəziyyət yaxşı deyil. Söhbət ondan gedir ki, müasir tələblərə cavab verən yeni zibil poliqonunun tikintisi böyük vəsait tələb edir. Lənkəran şəhərinin 50 min əhalisi var. Ətraf kəndlərlə birlikdə əhalinin sayı 60 min nəfərə çatır. Əhali artır. Söhbət ondan gedir ki, bu zibillik yaşayış evlərilə əhatə olunub. İntensiv hərəkət olan asfalt yolun kənarındadır. Buradan yüksək vəzifəli adamlar keçir. Bizim üçün utancverici haldır”.

Lənkəran Şəhər Mənzil İstismar və Kommonal Müəssisələri İdarəsinin müdiri Emin Şahzadənin dediyinə görə, bu sahəyə investisiya qoyulandan sonra məsələ həllini tapacaq.

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Vüqar Məmmədov sözügedən məsələ ilə bağlı mətbuata bildirmişdi ki, ərazidə məişət tullantılarını utilizasiya etməkdən ötrü regional zavodun tikilməsi məsələsi investisiya proqramına salınıb. Burda 10 min kub metr məişət tullantıları utilizasiya ediləcək.

Göyşaban kənd sakini Füzuli Məmmədov deyilənlərə inanmır. Onun bildirdiyinə görə, hər dəfə belə vədlər verirlər, amma problem yerində qalır.

Zibil poliqonuna yaxın ərazidə yaşayan, adının çəkilməsini istəməyən bir sakinin dediyinə görə, bununla bağlı Yapon mütəxəssisləri ərazidə olublar:

“Onlar burada tullantıların utilizasiyası zavodunu tikmək fikrində idilər. Sonra söhbət yayıldı ki, onların qarşısında ağır şərtlər qoyublar. Onlar bir də buraya gəlmədilər. Lənkəran şəhərinin iki böyük problemi var. Kanalizasiya yoxdur, zibl paliqonu da dolub daşır. 30 ildə bu iki problemlə bağlı dəfələrlə müzakirə gedib. Amma problemin həllindən ötrü əllərini ağdan-qaraya vurmayıblar”. //cenub.az//
Ardını oxu...
 

Ardını oxu...
Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov dövlətin qanunlarını "çeynəyir".

Bir müddət əvvəl 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunan Z.Hüseynov həm də Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Belə ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir.

16.11.2020-ci il tarixindən Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsində çalışan Zakir Hüseynovun əməlləri bununla bitmir.

Ümumiyyətlə, Z.Hüseynovun universitetdə heç vaxt dərs üçün auditoriya qarşısına çıxmadığı halda, "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır.

Saytımıza universitet daxilindən verilən məlumata görə, bu onunla ADAU-nun sabiq rektoru İbrahim Cəfərov arasındakı dostluq münasibətindən irəli gəlir.

Digər maraqlı məqam isə, Zakir Hüseynov Gəncə Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri işləməklə yanaşı 0.5 ştat vahidi ilə rəhbəri olduğu kafedranın müəllimidir.

Bu da qanunun kobud şəkildə pozulmasıdır, maliyyə pozulmasının rəsmi faktıdır.

Xatırladaq ki, o tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…

Ardını oxu...
Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov dövlətin qanunlarını "çeynəyir".

Bir müddət əvvəl 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunan Z.Hüseynov həm də Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri kimi fəaliyyət göstərir.

Belə ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir.

16.11.2020-ci il tarixindən Azərbaycan Dövlət Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsində çalışan Zakir Hüseynovun əməlləri bununla bitmir.

Ümumiyyətlə, Z.Hüseynovun universitetdə heç vaxt dərs üçün auditoriya qarşısına çıxmadığı halda, "İnformasiya texnologiyaları" kafedrasının müdiri vəzifəsinə təyin olunması müəmmalıdır.

Saytımıza universitet daxilindən verilən məlumata görə, bu onunla ADAU-nun sabiq rektoru İbrahim Cəfərov arasındakı dostluq münasibətindən irəli gəlir.

Digər maraqlı məqam isə, Zakir Hüseynov Gəncə Aqrar Universitetinin "İnformasiya texnologiyaları" kafedrasının müdiri işləməklə yanaşı 0.5 ştat vahidi ilə rəhbəri olduğu kafedranın müəllimidir.

Bu da qanunun kobud şəkildə pozulmasıdır, maliyyə pozulmasının rəsmi faktıdır.

Xatırladaq ki, o tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…

Ardını oxu...
Masallıda sahibkar yeri icra hakimiyyətindən narazdır. Azər İsmayılov adlı sahibkar Masallıda yeni tikdirdiyi Supermarketinin bütün qanuni sənədlərinin olmasına baxmayaraq fəaliyyət göstərə bilmədiyini bildirib.

xeberfakt.az -ın məlumatına görə, Manset.az-a müraciət edən sahibkar bildirir ki, aylardır tikdirdiyi supermarket tam hazırdır. Onlar Market fəaliyyəti üçün bütün lazimi texnikaları alıb, içəris isə külli miqdarda mallarla doldurduqdan sonra icra hakimiyyətindən nümayəndələr gələrək onların fəaliyyətinə mane olub. Belə ki, nümayəndələr rayon rəhbərliyinin göstərişi ilə sahibkar Azər İsmayılova supermarketi qapatmaq tapşırığı veriblər. Daha sonra ərazidə post qurulub. Sahibkarın dəfələrlə icra hakimiyytinə müraciət etməyinə baxmayaraq məsələ həllini tapmayıb. İcərisində yarım milyondan çox ərzaq malları olan supermarket hazırda fəaliyyət göstərmir. Sahibkar isə aylardır işə qəbul etdiyi şəxslərə öz büdcəsindən ödənişlər edir. Azər İsmayılov bildirir ki, rayona yeni icra başçısı təyin olunduqdan sonra onun qara günləri başlayıb. Bu qeyri-yaşayış obyektindən əlavə sahibkarın daha bir qeyri-yaşayıb sahəsinin icra hakimiyyəti qarşısını hördürüb. Hazırda supermarketin içərisində olan yarım milyondan çox ərzaq malları xarab olmaq üzrədir.

“Bu yaxınlarda qanunsuz formada işığımı kəsdirdilər. Azərişıq rəhbərliyinin qəbuluna getdim, dərhal göstəriş verildi, problem həllini tapdı. Çünki sənədlərin qanunidir. Mən rayonda nə qədər xeyirxah işlər görmüşəm. Onları danışmaq mənə utanc verir. Çünki, vətən uğrunda şəhid olanlara qarşı xeyirxahlıq borcumuzdur. Rusiyada yaşayırdım. Vətən müharibəi zamanı cənab Prezidentin cağrışı ilə gəlib iş yerləri yaratmışam. Rayona kapital qoymuşam sonda da belə olub. İnanıram ki, dövlətim ədaləti bərpa edəcək. Rayondan işə qəbul edilən işçilər işə çıxacağı günü səbirsizliklə gözləyirlər.”

Məsələ ilə bağlı Manset.az Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında bunları deyib:

“Bilirsiz siz gərək icra hakimiyyətinə gələsiz. Mən də sizinlə görüşüb məsələni danışam. Deyəsən, orda sənədlərdə problemlər olmalıdı. Yer icarəyə götürülüb. Ancaq, Deyirlər içərisi malla doludu. Mən köməklik göstərməyə çalışacam.”
Ardını oxu...
Ardını oxu...
Mərdan Camalov rayonda iş yerlərini pulla satır...

Zərdab rayonu zibil işində batıb gedir...”Kommunal”da isə 300-dən çox işçi maaş alır...

Əvvəl coğrafiya müəllimi, sonradan zavodda “svarşik” olan, 4 uşaq atası Mərdan Camalovun daha sonra, yəni 2005-2019-cu illərdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləməsi barədə çox yazılıb. Mərdan Camalovun rəsmi tərcümeyi-halında 4 uşaq atası olması yazılıb, amma...
Əmması odur ki, Mərdan Camalovun şəxsiyyət vəsiqəsində yazılıb ki, subaydır. Mərdan müəllimin həqiqətənmi 4 övladı var…? Bəlkə, 5, bəlkə 2 övladı var..? Bəs Tərxanım xanımla olan izdivacdan dünyaya gələn Həsən və Hüseyni hansı siyahıya yazaq..? Bunlar rəsmi nikah dövründə doğulub, yoxsa...? Bu barədə də çox yazılıb...
Mərdan Camalovun Şirvanda icra başçısı olarkən turbanı yeməsi əsl möcüzədir... Ötən əsrin 80-ci illərində, yəni gorbagor Mixayil Qorbaçovun verdiyi Aşkarlıq və Yenidənqurma dalğasında televiziyalarda müxtəlif verilişlər açılmışdı.
Həmin verilişlərin birində tokla məzələnən Əli var idi, sonra şüşə yeyən adamı nümayiş etdirirdilər. Adam millətin gözünün qarşısında stəkanı xarta-xart basıb yeyirdi. İnsanlar dəhşətə gəlirdi. Adamlar nə biləydi ki, bir neçə ildən sonra Mərdan Camalov kimi icra başçıları nəinki stəkanı, hətta qaz, su turbalarını "basıb yeyəcəklər". Özü də neçə kilometr...
Bəli, Mərdan Camalov mərhum nazir qardaşı Yavər Camalovun sayəsində bir müddət Azəriqaz-da işləmişdir. Ona görə də Azəriqaza-a məxsus yeraltı qaz turbalarının xəritəsin əla bilirdi. Və Şirvanda icra başçısı işləyərkən bütün xalqın, cəmiyyətin, dövlət qurumlarının gözü qarşısında 3000 metr uzunluğunda , iridiametrli qaz turbalarını rayon prokurorunun razılığı ilə doğrayıb satırlar. Bu biznesə hətta o zamankı baş prokuror Zakir Qaralov da şərik olur. O zamandan Mərdan Camalov sözün həqiqi mənasında milyonçu olur. Məsələ turba ilə bitmir. Mərdan Camalov Şirvanın o zamankı prokuroru ilə birgə rayon ərazisindəki, beton zavoduna gedən dəmir yolu relslərini də doğrayıb satdırır. Təsəvvür edirsiniz, bu boyda milyonlara sahib olan adam nəyin davasını edir ?
İnanmaq olmur ee.. Deyilənlərə görə, rayonun baş həkimi hər ay ona aylıq verir. Pandemiya dövründə aylıq azaldığı üçün Mərdan baş həkimi hamının qarşısında təhqir edir və utanıb-qızarmadan özü gedib xəstəxanadakı xəstələri sayır ki, görsün baş həkim buna atır yoxsa, yox ...
Bəli, bu boyda cinayət əməllərinə baxmayaraq, qardaşı, o zamankl Müdafiə Sənayesi naziri Yavər Camalova görə, Mərdana söz deyən tapılmır.
Təsəvvür edirsiniz, bu adam Qarabağ qazilərinə əlil avadanlıqları hazırlayan Əlillərin Bərpa Mərkəzindən aylıq tələb edir ? Daha nə yazasan, nə deyəsən ?
Mərdan Camalovun mal-mülkü, biznesi, avtomobilləri, Baklı şəhərindəki onlarla mənzili, ölkənin hər yerində villaları, ”Ambassador” oteli, “Niaqara” restoranı, ”Veqas”, “Niaqara” şadlıq sarayı, “Olimpik Star” əyləncə mərkəzi, “Qızıl Tac” şadlıq sarayı və daha nələri barədə danışmağa dəyməz, çünki çox yazılıb.
Təsəvvür edirsiniz, Zərdabda əməliyyat keçirilir, icra nümayəndəsi, bələdiyyə sədri həbs olunub, icra hakimiyyətinin baş memarı saxlanılıb, amma Mərdan Camalov tort yeyən kimi özünü aparır. Guya ki, bu cinayət əməllərindən onun xəbəri olmayıb... Hələ bu harasıdır, bu barədə Mərdan Camalovdan soruşan müxbirə deyir ki, əə, özünüzdən Amerika çıxartmayın, nə həbs-zad, mən öz yerimdəyəm, mən onları 1 ay əvvəl işdən çıxartmışdım, saytlar bilmir ki, Allah göydən baxır. Sevinənin Allah öz başına gətirsin... Bu adam sanki kənd arvadları kimi qarğış edir... Və deyir ki, mən öz yerimdəyəm. Biz isə deyirik ki, Mərdan müəllim, sən layiq olduğun yerdə deyilsən, səni yaxın zamanda layiq olduğun yerə aparacaqlar...
Bir məsələni də xüsusi olaraq qeyd edək. Mərdan Camalov hər gün DYP-nin müşaiyəti ilə pərdəli şəxsi avomobildə işə, evə başqa yerlərə gedib-gəlir. Sən kimsən axı, yoldaş Mərdan Camalov ? Zərdab rayonu Böyük Dəkkə kənd sakini Şəhid atası Abdullayev Rasim Tapdıq oğlu deyir ki, oğlum xüsusi təyinatlı kəşfiyyatçı olub, orden-medalları var. Qalan söhbətu şəhid atasının öz dilindən oxuyaq: “Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Mərdan Camalovun bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı.
Biz icra başçısı Mərdan Camalovun bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırıldı. Buna görə işlə təmin olunmaq üçün həyat yoldaşımda məndə Məşğulluq Mərkəzində qeydiyata alındıq. Ancaq hər dəfə tez bir zamanda işlə təmin olunacaqsınız deyə-deyə bir ildən çoxdur ki, bizi süründürməçliyə məruz qoyublar. Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı var ki, şəhid ailələri növbədən kənar işlə təmin olunmalıdırlar. Ancaq Zərdabda bu əksinədir çünki rayonun yarıtmaz icra başçısı var. Mərdan Camalov qəbul etməsi üçün İcra Hakimiyyətində olan zaman müavin Pərvin Mahmudova bizi qəbul etdi. Həmin vaxt mənimlə birlikdə qəbula qaynım 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayev də getmişdir. Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Və Mərdan Camalovun şöbə müdiri bizə “Çaqqal…” deyərək bizə hücum elədi, bizi döymək istədi…” Şəhid atası deyir ki, bu həyasızlığı və tərbiyəsizliyi isə icra başçısı Mərdan Camalov qəsdən təşkil etmişdir: “İcra başçısı Mərdan Camalov iş yerlərini pulla satır deyə mənim kimi imkansız şəhid ailəsi heç vaxt işlə təmin olunmayacaq. Zərdab rayonu zibil işində batıb gedir, təmizlik işləri vaxtlı-vaxtında aparılmır. Ancaq kommunal müəssisələr idarəsində üç yüzdən çox işçi var. Bütün bu neqativ vəziyyəti Mərdan Camalov yaratmışdır.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm ki, bizi təhqir etdirib döydürmək istəyən tərbiyəsiz icra başçısı Mərdan Camalovun və onun buyruq qulu olan Zinhar Bayramovun barəsində ciddi tədbir görəsiniz. Həyat yoldaşımın və mənim işlə təmin olunmağıma köməklik göstərəsiniz”.
Əlaqə telefonu; (051) 776-18-21
gündelik baki.com
 
 
 
Ardını oxu...
Hələ də ümid edirik ki, bu məqalənin yayımlanmasından sonra ən azından cənab Nazir problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək

Hər kəsə məlumdur ki, ölkəmizin ərazisində yaşayan hər bir vətəndaşın hüququ ilə bağlı məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapıb. Yəni, bu maddədə göstərilir ki, Azərbaycan dövləti ilə siyasi-hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan hər kəs Azərbaycan Respublikasının vətəndaşı hesab olunur və həmin şəxs dövlətə münasibətdə bir sıra hüquqlara malikdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs dövlət qurumlarından ona aid hüquqların müdafiəsini, qorunmasını, təşkil olunmasını və s. tələb etmək hüquqlarına malik olur. Bütün bunlar Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində öz əksini tapsa da, haqqında bəhs etdiyimiz Şamaxı rayonu, Muğanlı kənd sakini mərhum Rəcəbov Yadigar Ağadadaş oğlu (Yadigar Rəcəbov 05 avqust 2022-ci il tarixdə dünyasını dəyişmişdir) və onun ailə üzvləri Azərbaycan Respublikası Konstitusiyasının onlara verdiyi hüquqlardan istifadə etmələrinə baxmayaraq, 2014-cü ildən pozulmuş hüquqlarının bərpasına heç cür nail ola bilməyiblər. Yəni, redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, 2012-ci ilin mart ayında rayonun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi baş verir və 62 ailə torpaq sürüşməsi hadisəsinin fəsadları ilə üz-üzə qalsalar da, 47 ailənin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi tam yarasız vəziyyətə düşür. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evlərinə və həyətyanı torpaq sahələrinə birlikdə baxış keçirirlər. Həmin vaxt yarasız vəziyyətə düşmüş evlərlə bağlı bu dövlət qurumlarının əməkdaşları tərəfindən akt da tərtib olunur və 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və buna görə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir.WhatsApp Image 2022 10 18 at 16.45.28

Qeyd edək ki, torpaq sürüşməsi hadisəsindən sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan sakinlərin siyahısı dəqiqləşdirilir və onların sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur. Layihə-smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evlərinin inşaasına başlanılır və 2014-cü ildə evlər zərərçəkən ailələrə təhfil verilir. Tərtib olunmuş siyahıda mərhum Yadigar Rəcəbov və onun ailə üzvləri (7 nəfərdən ibarət) 46-cı sırada olsalar da, inşa olunmuş evlər sakinlərə təhvil verilərkən bu ailəyə ev verilmir. Belə olan halda mərhum Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına bir neçə şikayət ərizəsi göndərir və baş verən ədalətsizliklərlə bağlı aidiyyatı dövlət qurumlarını lazımınca da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, evlər paylanılarkən Rəcəbovlar ailəsinə verilməli olan ev hansısa maraqlar əsasında başqa bir ailəyə verilir. Yadigar Rəcəbovun etdiyi şikayətlər əsasında isə, həmin evə yerləşdirilmiş ailə üç gündən sonra Şamaxı RİH əməkdaşlarının iştirakı ilə evdən çıxarılır və ev 8 il ərzində boş qalır. Bugünlərdə Rəcəbovlar ailəsindən redaksiyamıza çatdırılan məlumatlarda bildirilir ki, vaxtilə həmin evdən çıxarılmış ailə təqribən ayyarım bundan öncə Şamaxı RİH əməkdaşlarının himayədarlığı altında təkrar həmin evə yerləşdirilir. Bütün bunlar da onu sübut edir ki, Rəcəbovlar ailəsinə təhvil verilməli olan evlə bağlı yaşanan problemin kökündə, məhz Şamaxı RİH əməkdaşlarının oynadıqları “oyun qaydaları” durur.

Onu da bildirək ki, Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə təhvil verilir. Həmin vaxtlar Yadigar Rəcəbovun ailəsinə ev verilmir. Səbəb də o qeyd olunur ki, guya evlər paylanana qədər Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evlə bağlı nə Fövqəladə Hallar Nazirliyinin, nə də ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin adları siyahıda olsa da, az sonra onların adlarının siyahıdan çıxarıldığı bildirilir. Digər səbəb də o göstərilir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə 03 mart 2014-cü il tarixdə bu ailəyə məxsus fərdi yaşayış evinə viziual texniki baxış keçirilmiş və həmin vaxt müvafiq akt da tərtib olunmuşdur. Tərtib olunmuş aktda Yadigar Rəcəbovun ailəsinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Yəni, verilən cavablarda bildirilir ki, yeni akt tərtib olunana qədər tikilmiş evlər vətəndaşlara paylanılmışdır. Əslində bu cür yanaşmalar, verilən belə bir cavablar baş aldatmaqdan başqa bir şey deyil. O halda ortaya belə bir sual çıxır ki, axı torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir? Nədən həmin vaxtlarda Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evlərinə baxış keçirilir və akt da tərtib olunur? Amma, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə vizual baxış keçirib akt tərtib etmək 03 mart 2014-cü il tarixdə, yəni iki il sonra həyata keçirilir? Deməli, belə bir yanaşmaların, başaldadıcı cavabların verilməsinin arxasında hansısa maraqlar durur.

Hörmətli oxucular! Artıq bir neçə dəfədir ki, araz.az xəbər portalı olaraq yaşanan belə bir problemin varlığını geniş ictimaiyyətin diqqətinə çatdırırıq və problemin araşdırılması məqsədilə, hətta aidiyyatı dövlət qurumlarına məktublar da göndəririk. Düzdür, ilk vaxtlar elə düşünürdük ki, bu mövzu ilə bağlı məqalə yayımlanarkən cənab Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarının Şamaxı RİH Aparatında vəzifə sahibi olan bəzi vəzifə sahibləri ilə əlbir olub oynadıqları “oyun qaydaları”nı şəxsi nəzarətinə götürəcək və qısa zaman kəsiyində 7 nəfərdən ibarət Rəcəbovlar ailəsinin üz-üzə qaldıqları problem ədalətli həllini tapacaq. Təəssüflər olsun ki, bu heç də belə olmadı.

Qeyd edək ki, bugünə qədər verilən cavab məktublarında qeyd olunub ki, Yadigar Rəcəbovun və onun ailə üzvlərinin yaşadıqları evə 03 mart 2014-cü il tarixdə vizual baxış keçirimiş və bununla bağlı akt da tərtib olunmuşdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Şamaxı RİH Aparatı tərəfindən verilən başaldadıcı cavab məktublarına aydınlıq gətirilməsi məqsədilə, adı çəkilən bu dövlət qurumlarına ünvanladığımız məktublara yenə də oxşar cavablar verilir. Yəni, ünvanladığımız suallara Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə edə bilmədiyimizdən, bir neçə gün bundan öncə cavab əldə etmək istədiyimiz suallara aydınlıq gətirilməsinə köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Nazir cənab Əli Əsədova və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova rəsmi qaydada məktubla müraciət etmək məcburiyyətində qaldıq. Düşünürük ki, ünvanlanan məktublar əsasında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən lazımi cavabı əldə etməyi bacaracağıq. Biz hələ də belə bir düşüncəyə sahibik ki, bu məqalənin yayımlanmasından sonra ən azından cənab Kəmaləddin Heydərov problemin araşdırılması yöndə, məhz tabeliyində olan vəzifə sahiblərinə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.//araz.az xəbər portalı.
 
Ardını oxu...
Biz bir media olaraq bütün araşdırma yazılarımızda təkcə problemləri sadalamaqla kifayətlənmirik. Və daha çox çalışırıq ki, problemin yaranma səbəblərini ortaya qoyaq, vətəndaşlara məsələ ilə bağlı hüquqi bilgilər verək. Ki, aldadılan vətəndaşlarımız az olsun, vətəndaşlar öz hüquqlarını müdafiə edə bilsin və s.
Ona görə də Mənzil-Tikinti Kooperativləri ( MTK) ilə bağlı oxucularımıza qısa bir bilgi verək. Mənzil-Tikinti Kooperativləri nədir?
Mənzil-Tikinti Kooperativləri fiziki və hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir. Mənzil-Tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər. Mənzil-Tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir?
Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən:
1. Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli;
2. Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı;
3. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı;
4. Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli;
5. Alıcı, mənzilin ödənişinin və borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli;
6. Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli;
7. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub – olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir.
Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var. Bəli, bu qısa bilgidən sonra keçək əsas problemə.
Redaksiyamıza müraciət edən payçı Yasamal rayonu, Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən “Dərəçiçək” MTK-nın payçıların başına açdığı oyunlardan şikayət etdi. Şikayətçinin dediyindən bəlli oldu ki, MTK yuxarıdakı ünvanda 2009-cu ildən bina tikməyə başlayıb. Və bizə müraciət edən vətəndaş həmin ünvanda mənzil almaq üçün müqavilə bağlayaraq 98 min ABŞ dolları və 80 min AZN pul keçirib. Vətəndaşın bizə təqdim etdiyi MALİYYƏ ARAYIŞINDAN görünür ki, pulun keçirilməsi ilə bağlı sənədi MTK-nın direktoru Əhmədov.S.R öz möhürü ilə təsdiq edib.
Bəli, sənədlərdən görünür ki, vətəndaş binadan 3 otaqlı, sahəsi 133, 5 kv.m mənzil almaq üçün 93 min 450 manat pul keçirib. Yəni adi hesabdan da görünür ki, 93450: 133.5 təxminən 700 manat. Yəni 1 kv metr mənzil 700 manata satılır. Ancaq əslində bu binada mənzilin 1 kv.m 170 manata başa gəlir. İkinci sənəddən bəlli olur ki, vətəndaş həmin binadan 2 otaqlı 93.5 kv.m sahəsi olan mənzili almaq üçün 65 min 450 manat pul köçürüb. Yenə 65000: 93.5 = 700 manat. Yəni yenə 1 kv.m-in qiyməti 700 manatdır. Bu mənzil üçün də MTK-nın direktoru Əhmədov.S.R-in verdiyi maliyyə arayışından bəlli olur ki, payçı pulunu tam köçürüb.
Bəs yaxşı 13 il əvvəl pulunu köçürmüş, əlində bütün sənədləri olan vətəndaş niyə qanuni mənzillərinə sahib ola bilmir..?
Bəli olur ki, MTK rəhbərliyi mənizlləri başqa birinə satıb. Və vətəndaşa deyir ki, yeni bina tikəcəyik orada sizə mənzil verəcəm. Bəli, bu gün MTK-ların payçıları aldatması, bir mənzili bir neçə nəfərə satması az qala adi hal olub. Və ən dəhşətlisi odur ki, bəzi hüquq-mühafizə orqanları, məhkəmə hakimləri belə dələduz MTK rəhbərlərinə himayədarlıq edirlər.
Sözün düzü araşdırma zamanı sənədlərə imza atan Əhmədov.S.R-in kimliyini müəyyən edə bilmədik. Amma şikayətçilərin adını çox çəkdiyi və MTK-ya faktiki rəhbərlik edən Rauf Əliyevlə bağlı bəzi məlumatları dəqiqləşdirə bildik. Rauf Əliyev vaxtilə “Qosstandart” deyilən qurumda rəhbər vəzifədə çalışıb. Və hazırda tikinti biznesi ilə məşğul olur. Rauf Əliyev təkcə bir mənzili bir neçə nəfərə satmaqla kifayətlənmir. Həm də satılan mənzillər təmirsiz olur, binada liftlər işləmir və s. Binanın qaz, su xətləri işləmir, sakinlər özləri kommunal xətləri çəkiblər. “Dərəçiçək” MTK şirkətinin rəhbəri Rauf Əliyev hər dəfə problemlərin yaxın zamanda həll olunacağını desə də, illərdir bir irəliləyiş yoxdur. Payçıların çoxu vaxtilə ödənişi ABŞ dolları ilə etdiklərini və son 10 ildə manatın məzənnəsinin necə dəyişdiyini deyərək, bu illər ərzində nə qədər ziyana düşdüklərini bildirirlər. Bəzi payçılar pullarını geri tələb edirlər.
Görəsən pul qaytarılsa, hansı kursla qaytarılacaq..? 2022-ci il, yoxsa 2009-cu il kursu ilə..?
Sözün qısası, Dərəçiçək MTK-nın sahibi Rauf Əliyev həbs olunmasa, problemlər həll olunan deyil.
gundelik baki com
 

Ardını oxu...
“Bir neçə il qabaq Sabail rayonunda "Qaçkınkom”un sədri işləyən Bəyverdi Novruzov bizə verilən pay torpaqlarını və gölü zəbt edərək orada ev tikdirdi. O, korrupsiya, dövlət əmlakını mənimsəmə faktına görə vəzifəsindən azad edilib və hətta həbs olunmuşdur. Sonradan həbs müddəti pul ilə əvəz olundu və azadlığa çıxdı”.

Bu barədə Masallı rayon Ərkivan kənd sakini İbrahimov Əlimərdan Əzim oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına göndərilən şikayət məktubunda qeyd olunur. Ə.İbrahimov deyir ki, B.Novruzov ona və digər vətəndaşlara aid pay torpağını qanunsuz yollarla ələ keçirib:

“Bəyverdi Novruzov mənə zəng vurdu ki, sənin, bir də qonşunun torpağını mən sənədlə almışam. Dedim ola bilməz, bu mənim pay torpağımdır. Həmin vaxtdan etibarən Bəyverdi Novruzov vətəndaşların pay torpağını mənimsəməklə məşğuldur. Torpağını vermək istəməyən vətəndaşlara isə hədə-qorxu gəlir. Ərkivan kəndində, bizim pay torpaqları olan ərazidə böyük bir göl var. Gölü də sənədsiz bir şəkildə hasarlayıb, mənimsəyib. Kəndin heyvanları oradan su içərdi, artıq bu mümkün deyil.

Bir neçə qonşumun və qardaşım oğlunun torpağını da zəbt edib. Bununla bağlı 8 ildir məhkəmə gedir. Məhkəmə davam etdiyindən qardaşım oğlunun torpağından hələlik əl çəkib, gəlib mənim və digər insanların torpaqlarını zəbt edir. Gətirib armatur basdırır, mən çıxardıb atıram, yenə gətirir basdırır. Təhqir, təhdid baş alıb gedir. DİN-in 102 xidmətinə dəfələrlə müraciət etmişik, amma şikayətimiz cavabsız qalıb”.

Ə.İbrahimov B.Novruzovun oğlundan da şikayətçidir:

“Oğlu Zaur Novruzov vəzifəsindən sui-istifadə edərək, mənim qazi oğluma dil uzadır. Oğlum müharibə iştirakçısıdır, qazidir. Mənim oğlum 37 gün torpağın altında qalıb ki, bunun kimi vicdansız, qansız insanlar dil uzatsın?! 37 gündən sonra torpağın altından çıxarılıb, o, ölə də bilərdi”.

Masallı sakini zəbt olunan torpağının geri qaytarılması üçün müvafiq qurumlara müraciət edir:

“Bəyverdi Novruzov deyir ki, mənim sənədim var. Onun sənədi varsa, bəs mənim sənədim nədir, görəsən?! Torpağı vermirəm deyə ərazinin qapısını balta ilə parçalayır, ziyan vurur, söyüşlər edir. Mən o insanın ailəmdən, torpağımdan əl çəkməsini istəyirəm. “Hürriyyət” vasitəsilə dövlət orqanlarına müraciət edirəm. Mənim pay torpağımı geri qaytarın. Kənd sakiniyəm, əkinçiliklə, heyvandarlıqla dolanıram”.

Əlimərdan İbrahimov deyir ki, Bəyverdi Novruzovun polkovnik olan qaynatası da məlum məsələylə bağlı ona təzyiq göstərir:

“Bəyverdi Novruzovun polkovnik rütbəsi daşıyan qaynatası da bizim üstümüzə hücum çəkir. Dincliyimiz yoxdur. Əlimizdə şəkillər, videolar var. Hansı qanunda yazılıb ki, kəndliyə verilən pay torpağını kimsə özbaşına ala və yaxud da qanunsuz sənədləşdirə bilər”?

Qeyd olunan iddialarla bağlı Bəyverdi Novruzovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Oğlu Zaur Novruzov isə deyir ki, sözü gedən torpaq sahəsi ilə bağlı atasında olan sənədlər tam qanunidir. Onun sözlərinə görə, əksinə, Əlimərdan İbrahimovun bələdiyyədən aldığı sənəd saxtadır: “3000 AZN-ə sənəd alıblar. Müraciət etdiyimiz orqan və məhkəmələrdən hələ sənədlərimizin saxta olduğu haqqında cavab almamışıq. Lazımi orqanlara müraciət etmişik, edəcəyik də. Deməli, həmin ərazilər 25 il qabaq qanuni şəkildə bələdiyyə torpaqları kimi bizə icarəyə verilib. Bizdən şikayətçi olan şəxslər 25 il ərzində orada ağac əkməkdən və butka qoymaqdan başqa heç bir iş görməyiblər. Yəni hal-hazırda bizim torpaq sahəsini zəbt ediblər. Əlimizdə Masallı Rayon Məhkəməsinin qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin qərarı var. Biz o torpağa heç bir müdaxilə etməmişik. Sadəcə, öz sahəmizi qorumaq üçün mühasirəyə alıb, kamera sistemi quraşdırmışıq. Bizim torpaq sahəsinə aid bütün hüquqi sənədlərimiz yerindədir. Bunu hüquq mühafizə orqanları və rayon rəhbərliyi də dəfələrlə araşdırıb və onlar bilirlər ki, qanunsuz heç nə yoxdur”.

Z.Novruzov həmçinin qeyd etdi ki, torpağın bir hissəsini şəhid olan qohumunun oğlunun adına keçirəcək: “Şikayətçilər hara istəyirlər müraciət edə bilərlər. SSRİ dövründən qalan pay torpağı sənədini gətirib, bizim şəxsi torpağımızı əlimizdən almaq istəyirlər. Mən onları ancaq savadsız tələbkarlar adlandıra bilərəm”.

Mövzu ilə bağlı tanınmış vəkil Bəhruz Bayramovla da əlaqə saxladıq. O xatırlatdı ki, Nazirlər Kabineti “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”ni təsdiq edib.

Qərara əsasən, bu mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.

Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xəzinə hesabına köçürülməsi təmin edilir.

Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir. Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

İllik icmalda aşağıdakı məlumatlar öz əksini tapır: hər bir rayon və yaşayış məntəqəsi üzrə pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmiş mülkiyyətçilərin adı, soyadı, atasının adı; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış pay torpaqlarının ölçüsü (hektarla); hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların reyestr və qeydiyyat nömrələri, qeydiyyat tarixi, plan və ölçülərin nömrəsi və tarixi.

Vəkil Adəm Məmmədov isə deyir ki, pay torpaqlarını mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz: "Əgər şikayətçinin əlində pay torpağını təsdiq edən sənədlər varsa, o, məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər. Məkəmə də qanuna uyğun olaraq pay torpağını vətəndaşa qaytara bilər. Əlbəttə, pay torpağını təsdiq edən sənədlər varsa. Ümumiyyətlə götürdükdə isə, pay torpaqları xüsusi mülkiyyət hesab edilir".

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev də qeyd etdi ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi ilə bağlı hər iki tərəf qarşılıqlı şəkildə polisə müraciət edib: “Masallı Rayon Polis Şöbəsində araşdırma aparılaraq onlara izah edilib ki, mülki məsələ olduğu üçün bununla bağlı mülki qaydada məhkəməyə müraciət olunmalıdır. Eyni zamanda, tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı qanunazidd hərəkətlərin qarşısının alınması üçün ictimai təhlükəsizlik bölməsinə profilaktik söhbət aparılması üçün qərar qəbul edilərək göndərilib”.

Jalə FAMİLQIZI

P.S. Aydın olur ki, burada tərəflərdən birinin mübahisəli torpaq sahəsinə dair əldə etdiyi sənəd saxtadır. Əlimərdan İbrahimov deyir ki, ona verilən sənəd SSRİ-dən qalma deyil, müstəqillik dönəmində alıb. Buradan isə anlaşılan odur ki, rayonun gölü və pay torpaqları 2-ci dəfə satışa çıxarılıb. Belə olduğu halda, məhkəmə Əlimərdan İbrahimovun sənədini hansı əsasla qeyri-qanuni sayıb. Hər halda növbəti instansiyanın bu suala aydınlıq gətirəcəyini güman edirik…
 //hurriyyet.az//
Ardını oxu...
"Keşlə”nin adı dəyişdirilib Şamaxıya göndərilərkən, ictimaiyyət sevindi – “futbol bölgələrə yayılır” deyə. İndi ictimaiyyətin hansı mövqedə olduğunu deyə bilmərik, amma o dəqiqdir ki, əhli-Şamaxı “Keşlə”nin onlara sırınmasından məmnun deyil.
“Şamaxı” komandası hazırda rayon üçün böyük yükə çevrilib. Komandanın xeyli borcu var. Rayon rəhbərliyi kasad büdcə ilə problemlərin əlində girinc qalıb. Bir tərəfdən də AFFA onların olan-qalanını əlindən alır. Bəs qısa müddətdə bu borc necə yaranıb? Yox, borc bu günün deyil, dünənindir.
İllik 6 milyon manat nəyə xərclənib?
“Keşlə”yə uzun müddət AFFA prezidenti Rövnəq Abdullayevin yaxın adamı Zaur Axundov rəhbərlik edib. Bu komandaya illik 6 milyon manat vəsait ayırıb AFFA. Amma bu vəsaitin hara xərcləndiyi haqda heç kim heç kimə hesabat verməyib. “Keşlə” belə büdcə ilə “daimi autsayder” statusunda olub.
Komandanın adı dəyişdirilib Şamaxıya köç edəndə isə təhvil-təslim prosesi zamanı bəlli olub ki, “Keşlə”nin 2 milyon manatdan artıq borcu var. 6 milyonluq büdcə ilə bu borc necə yaranıb? Bunu kimsə araşdırmayıb. Zaur Axundov necə, nə cür edibsə, “Şamaxı”nın yeni rəhbərliyi qol çəkərək bu borcla komandanı qəbul edib.
Hanı “Keşlə”nin əmlakı?
Və təhvil-təslim zamanı o da bəlli olub ki, illik 6 milyon büdcəyə sahib olan klub “bir həsirdir, bir də Məmmədnəsir”. Zaur Axundov “əmlak” adı altında yeni rəhbərliyə cəmisi 30 ədəd köhnə məşq forması verib. Vəssalam. Sən demə, “Keşlə”nin heç nəyi olmayıb. Nəhəng korrupsiya faktıdır, amma araşdırılmayıb.
“Yeyintini gizlətmək planı?
Bu dəhşətli faktları nəzərə alsaq, belə çıxır ki, əslində “Keşlə”nin Şamaxıya getməsi “futbolu bölgələrə yaymaq” planı deyilmiş. Bu, elə AFFA rəhbərliyinin öz planı imiş. Yeyintini gizlətmək planı. “Keşlə” illik 6 milyonu dağıdıb, komandanın əmlakı yoxdur. Olubsa da, mənimsənilib. Üstəlik, 2 milyon manat da borc yaranıb. Komanda şamaxılılara sırınandan sonra hər şey qaydasına düşüb. Nə səs çıxıb, nə də səmir. Rövnəq Abdullayev də öz işindədir, onun yaxın adamı Zaur Axundov da.
Axundovun daha bir fərasətli işi
Amma bu da son deyil. Fərasətli Zaur Axundov “Keşlə”nin “Şamaxı”ya çevrildiyi ərəfədə xeyli əməkdaşla uzunmüddətli müqavilə bağlayıb. Hamısına da yüksək məvacib təyin edib. İndi o əməkdaşlar da kasıb “Şamaxı”nın (daha doğrusu şamaxılıların) boynunda yükdürlər, müqavilələri olduğu üçün heç birini işdən çıxarda bilmirlər.
Dərd bir deyil, iki deyil…
Əhli-Şamaxının dərdi bununla da bitmir. Guya rayonda stadion tikiblər. Amma bu stadionun rayona heç bir dəxli yoxdur. İşıqlandırma sistemi olmayan, tikintisi zamanı böyük yeyintiyə yol verilən arena AFFA-ın mülkiyyətidir. Və bu mülkiyyət şamaxılılara icarəyə verilib. AFFA “Şamaxı”dan tələb edir ki, hər ay 30 min manat icarə haqqı ödəsin. Hə, şamaxılıları həm də bir sualın cavabı düşündürür: Necə olur ki, Rövnəq Abdullayev “Keşlə”yə, daha doğrusu yaxın adamı Zaur Axundova ildə 6 milyon manat ayırırdı, amma “Şamaxı”ya qəpik-quruşu da çox görür? Çoxmənalı və coxcavablı sualdır.
İndi şamaxılılar futbola nifrət edirlər. Deyirlər ki, ehtiyatlı olun, birdən hansısa rayona, məsələn, “Səbail”i sırımaq istəyərlər. Bilin ki, sizə futbol yox, borc içində olan yük göndərəcək AFFA.
Mənbə: Aut.az
 

Dünyapress TV

Xəbər lenti