Zaur Axundov “Şamaxı” komandasına 2 milyon “atıb” –
"Keşlə”nin adı dəyişdirilib Şamaxıya göndərilərkən, ictimaiyyət sevindi – “futbol bölgələrə yayılır” deyə. İndi ictimaiyyətin hansı mövqedə olduğunu deyə bilmərik, amma o dəqiqdir ki, əhli-Şamaxı “Keşlə”nin onlara sırınmasından məmnun deyil.
“Şamaxı” komandası hazırda rayon üçün böyük yükə çevrilib. Komandanın xeyli borcu var. Rayon rəhbərliyi kasad büdcə ilə problemlərin əlində girinc qalıb. Bir tərəfdən də AFFA onların olan-qalanını əlindən alır. Bəs qısa müddətdə bu borc necə yaranıb? Yox, borc bu günün deyil, dünənindir.
İllik 6 milyon manat nəyə xərclənib?
“Keşlə”yə uzun müddət AFFA prezidenti Rövnəq Abdullayevin yaxın adamı Zaur Axundov rəhbərlik edib. Bu komandaya illik 6 milyon manat vəsait ayırıb AFFA. Amma bu vəsaitin hara xərcləndiyi haqda heç kim heç kimə hesabat verməyib. “Keşlə” belə büdcə ilə “daimi autsayder” statusunda olub.
Komandanın adı dəyişdirilib Şamaxıya köç edəndə isə təhvil-təslim prosesi zamanı bəlli olub ki, “Keşlə”nin 2 milyon manatdan artıq borcu var. 6 milyonluq büdcə ilə bu borc necə yaranıb? Bunu kimsə araşdırmayıb. Zaur Axundov necə, nə cür edibsə, “Şamaxı”nın yeni rəhbərliyi qol çəkərək bu borcla komandanı qəbul edib.
Hanı “Keşlə”nin əmlakı?
Və təhvil-təslim zamanı o da bəlli olub ki, illik 6 milyon büdcəyə sahib olan klub “bir həsirdir, bir də Məmmədnəsir”. Zaur Axundov “əmlak” adı altında yeni rəhbərliyə cəmisi 30 ədəd köhnə məşq forması verib. Vəssalam. Sən demə, “Keşlə”nin heç nəyi olmayıb. Nəhəng korrupsiya faktıdır, amma araşdırılmayıb.
“Yeyintini gizlətmək planı?
Bu dəhşətli faktları nəzərə alsaq, belə çıxır ki, əslində “Keşlə”nin Şamaxıya getməsi “futbolu bölgələrə yaymaq” planı deyilmiş. Bu, elə AFFA rəhbərliyinin öz planı imiş. Yeyintini gizlətmək planı. “Keşlə” illik 6 milyonu dağıdıb, komandanın əmlakı yoxdur. Olubsa da, mənimsənilib. Üstəlik, 2 milyon manat da borc yaranıb. Komanda şamaxılılara sırınandan sonra hər şey qaydasına düşüb. Nə səs çıxıb, nə də səmir. Rövnəq Abdullayev də öz işindədir, onun yaxın adamı Zaur Axundov da.
Axundovun daha bir fərasətli işi
Amma bu da son deyil. Fərasətli Zaur Axundov “Keşlə”nin “Şamaxı”ya çevrildiyi ərəfədə xeyli əməkdaşla uzunmüddətli müqavilə bağlayıb. Hamısına da yüksək məvacib təyin edib. İndi o əməkdaşlar da kasıb “Şamaxı”nın (daha doğrusu şamaxılıların) boynunda yükdürlər, müqavilələri olduğu üçün heç birini işdən çıxarda bilmirlər.
Dərd bir deyil, iki deyil…
Əhli-Şamaxının dərdi bununla da bitmir. Guya rayonda stadion tikiblər. Amma bu stadionun rayona heç bir dəxli yoxdur. İşıqlandırma sistemi olmayan, tikintisi zamanı böyük yeyintiyə yol verilən arena AFFA-ın mülkiyyətidir. Və bu mülkiyyət şamaxılılara icarəyə verilib. AFFA “Şamaxı”dan tələb edir ki, hər ay 30 min manat icarə haqqı ödəsin. Hə, şamaxılıları həm də bir sualın cavabı düşündürür: Necə olur ki, Rövnəq Abdullayev “Keşlə”yə, daha doğrusu yaxın adamı Zaur Axundova ildə 6 milyon manat ayırırdı, amma “Şamaxı”ya qəpik-quruşu da çox görür? Çoxmənalı və coxcavablı sualdır.
İndi şamaxılılar futbola nifrət edirlər. Deyirlər ki, ehtiyatlı olun, birdən hansısa rayona, məsələn, “Səbail”i sırımaq istəyərlər. Bilin ki, sizə futbol yox, borc içində olan yük göndərəcək AFFA.
Mənbə: Aut.az
 

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti