b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_c9ffbbd0b77d574f07b645d85504e4fe.jpg
  

Ukrayna XİN rəhbərlərinin müharibənin başladığı 3 ildə Cənubi Qafqaza ilk dəfə olaraq səfər etməsi və Azərbaycanı seçməsi şimal qonşumzun qarnının sancısını artırıb 

Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı bu gün-mayın 25-də Bakıya rəsmi səfərə gəlməsi Rusiya mediasında yenə də anti-Azərbaycan isterikası yaradıb.  Bu məsələdə yenə əsas canfəşanlığı anti-Azərbaycan mövqeyi ilə tanınan “tsargrad.tv” edir. Kremlin media sifarişlərini yerinə yetirməklə şöhrət qazanmış rusiyalı oliqarx Konstantin Malofeyevlə əlaqəli olan “tsarqrad.tv” son vaxtlar Azərbaycana və onun rəhbərliyinə daha çox “diqqət yetirməyə” başlayıb, az qala hər gün anti-Azərbaycan məzmunlu materiallar yayır. 

1-PUTIN-PIC.jpg (187 KB)

Sbiqanın səfəri haqda yazanda da öncə qeyd olunur ki, Azərbaycan Kiyevə indiyədək 40 milyon dollara yaxın vəsait ayırıb və Ukraynanın  enerji infrastrukturunun bərpasına fəal kömək edir. İddia olunur ki, guya bu səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana getməsinə “cavabdır”. O cümlədən, İlham Əliyevin Ukrayna prezidenti ilə Davosda görüşü də yada salınır. Ukrayna XİN rəhbərlərinin müharibənin başladığı 3 ildə Cənubi Qafqaza ilk dəfə olaraq səfər etməsi və Azərbaycanı seçməsi şimal qonşumzun qarnının sancısını artırıb. 

Vurğulanır ki, guya Azərbaycan hakimiyyəti məlum təyyarə qəzasından sonra Rusiyaya qarşı çıxır və bu səfərə də Qərbə mesaj kimi qəbul etmıək lazımdır vıə s.  

Gazeta.ru saytının səfərlə bağlı xəbərində də aşkar qərəz görünməkdədir. Əvvəl, Ukrayna XİN-ə istinadən Bakıda Sıbiqa ilə “Moskva ilə Kiyev arasındakı münaqişə məsələlərini müzakirə edirdiyi” qeyd edib. Əvvəl o da bildirilib ki, guya Azərbaycan Prezidentinin dəftərxanası Sbiqa ilə görüşlə bağlı təfərrüatı açıqlamayıb. Hakbuki Azərbaycan Prezidentinin saytında(president.ru) görüşlə bağlı təfərratlı məlumat verilib.       

Həmin məlumatda deyilir: 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.

Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu. Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı”. 

8-pic4_zoom-1500x1500-20919.jpg (220 KB)

Göründüyü kimi, səfərlə bağlı heç bir  məxfilik yoxdur. Düzdür, gazeta.ru sonradan TASSA-a istinadən “Ukraynaya bundan sonra humanitar yardımın davam edəcəyi” başlığını qabardıb. Amma qərəzin haradan qaynaqlandığını gizlətməyib.  Nəşr  İlham Əliyevin  Qələbə paradına Azərbaycanın  “daxili gündəmi” səbəbindən  gəlməməsini yada salıb. “Fevral ayında Rusiya hakimiyyəti Azərbaycandan Bakıdakı Rus Evinin işinin dayandırılması ilə bağlı bildiriş alıb. Formal səbəb kimi hüquqi şəxs kimi qeydiyyatın olmaması göstərilib. Eyni zamanda, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov qurumun uzun illərdir ki, qeydiyyatdan keçməyə çalışdığını, lakin bütün müraciətlərə məhəl qoyulmadığını bildirib” deyə, gazeta.ru bildirir.  

Bu günlərdə  “vzqlyad.ru”- da Azərbaycanın Tiranadakı son təmsilçiliyinin “anti-Putin koalisiyasında iştirak” kimi yozulmuşdu. “Qərbin planları” adlı Youtube kanalında Prezident İlham Əliyevin mayın 9-da Moskvaya getməmək qərarını pisləyən və Bakını “nankorluqda” ittiham edən 16 dəqiqəlik video yayılıb. Bütün bunlar saxta fotolarla müşayiət olunur və Azərbaycan diasporuna təzyiq çağırışları ilə yekunlaşır. 

***

Musavat.com-un qısa şərhi: Azərbaycan müstəqil dövlətdir və kimə kömək edəcəyini özü qərar verir. Azərbaycan bir çox başqa ölkələr kimi Ukraynaya da Rusiya ilə birbaşa qarşıdurmaya getmədən humanitar yardım edir, bunu Kremldə də yaxşı bilirlər.Son üç ildə valideynləri Rusiya-Ukrayna münaqişəsi zamanı dünyasını dəyişmiş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib.

Ekspertlərə görə, Rusiyada anti-Azərbaycan lobbisi həmişə aktiv fəaliyyətdədir. Bu ölkədə Azərbaycanın hazırkı suveren siyasətini qəbul etməyən qüvvələr var və onlar çalışırlar ki, bütün postsovet respublikaları haqda belə radikal mövqe sərgilənsin. Bu da bolşevik təfəkkürüdür - kim bizimlə deyilsə, deməli, bizə qarşıdır. Ona görə də həmin dairələr Azərbaycanı nədəsə ittiham etməyə bəhanə axtarırlar. Bu, Rusiyadakı neoimperialist zehniyyət sindromundan irəli gəlir.

Musavat.com

Bölmənin digər xəbərləri

25 May 2025 Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir"
25 May 2025 Rəsmi Bakı Rusiya-Ukrayna münaqişəsinin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır
25 May 2025 Ukrayna XİN Rusiya ilə danışıqların təfərrüatlarını AÇIQLADI
24 May 2025 ABŞ Suriyaya qarşı bəzi sanksiyaları ləğv etdi – bir sıra şirkətlərə icazə verildi
23 May 2025 Rusiyadan yenə “Azərbaycan Ukraynaya yardım edir” isterikası
23 May 2025 Şahbaz Şərif gələn həftə Azərbaycan, Türkiyə və İrana səfər edəcək
23 May 2025 Prezidentin köməkçisi Avropa İttifaqının rəsmisi ilə müzakirə APARDI
22 May 2025 Azərbaycan Prezidenti Macarıstanda sülh naminə çalışan lider kimi təqdir olunur
22 May 2025 Avropa Komissiyası Macarıstan və Slovakiyanın veto imkanını əlindən belə alacaq – Plan
22 May 2025 Tramp Ukraynanı faktiki olaraq "yarı yolda qoydu" - Financial Times
22 May 2025 Tramp Oval kabinetdə medianın gözü önündə daha bir prezidentlə mübahisə etdi
21 May 2025 Prezident Budapeştdə tədbirdə iştirak etdi - FOTOLAR
21 May 2025 “Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar” - Prezident
21 May 2025 Prezidentdən Avropada erməni ordusu ilə bağlı SƏRT MESAJ: dövlət başçısı nələri vurğuladı?
20 May 2025 İlham Əliyev Macarıstana GETDİ
20 May 2025 Azərbaycan generalı Britaniya Kralına nə hədiyyə etdi - tarixi FOTOLAR
20 May 2025 Tramp İrəvanı pərt etdi - ABŞ Ermənistanı unudub
20 May 2025 Putinin İstanbula getməməsinin şok səbəbi - iddia
20 May 2025 İrandan İrəvana “solaxay” zərbə - Azad Qarabağda...
19 May 2025 Rumıniyada keçirilən prezident seçkilərində Nikuşor Dan qalib gəldi

Dünyapress TV

Xəbər lenti