Ardını oxu...
Şirvan şəhər E.B. İmanov adına 10 nömrəli məktəbin direktoru Arif Əliyev elə bir idarəçilik sistemi yaradıb ki, məktəbdə xadimələr, müəllim və valideynlərə divan tutur..

Məktəb təhsil ocağına yox, ciddi cəzaçəkmə müəssisəsinə bənzəyir.

Mənim övladım həmin məktəbin 1-ci sinifində təhsil alır və valideyn kimi onun təhsil şəraiti ilə maraqlanmaq və o cümlədən məktəbə daxil olmaq hùququmdur.

Övladımın azyaşlı olmasını nəzərə alsaq, hələ ki onun məktəbdə bəzi şeylər üçün valideyn köməyinə ehtiyacı olduğu da danılmaz faktdır..

10 nömrəli məktəbdə Arif Paşa (direktor) həzrətləri tərəfindən elə bir "vəziyyət" qurulub ki, valideynin duxu çatmır ki, "Çin Səddi" olan məktəbin qapısından içəri daxil olsun.

Elə bir hal baş verərsə, ani şəkildə sinif müəlliməsinin və valideynin üstünə xadimələr tərəfindən hücum çəkilir və birbaşa tapşırıq direktor tərəfindən verildiyi bildirilir!

Bu, nə deməkdir? Bu, hansı qanundur?

Təhsil ocağı kiminsə dədəsinin daşınmaz əmlakı və ya imarəti deyildir.

Təhsil ocağı dövlətin və xalqındır!

16.09.2022-ci il tarixdə şahidi olduğum məsələ bütün əsəblərimi korlayıb. Təsəvvür edin saat 10:30-da birinci siniflərin dərsi bitir və valideynlər məktəbə daxil olaraq övladların məktəbdən götürür. Məndə bütün valideynlər kimi içəri daxil oldum və sinif qarşısında gözlədim ki, müəllimə dərs tapşırıqlarını bitirsin və övladımı götürüm. Bu zaman bir xadimə üstümüzə elə gəldi ki, elə bildim valideynlərin hansınınsa çantasında bomba var və məktəbdə terror aktı törədəcək.

Biranlıq susub dayandım və gördüm ki yox, "paşa həzrətləri"-nin tapşırığına əsasən valideyn məktəbə daxil ola bilməzmiş deyə, xadimə səsin atıb başına..

Xadimə birbaşa valideynlərin qisasın sinif müəlliməsindən almağa çalışdı sanki.

Sinif müəlliməsinə elə qışqırdı ki, elə bil xadimə yox direktor idi.. Çünki o, tərbiyə və təlimatı direktordan almışdı..

Xadimə, daha sonra məktəbin rəhbər vəzifəsində çalışan bir xanımı çağırdı və sinif müəlliməsin el dili ilə desək danlatdırdı.. Həqiqətən sinif müəlliməsinin heçbir günah olmadan danlaq alması mənə çox pis təhsir etdi. Müəllimə danlanan zaman, xadimənin üzündə ki sevinc ifadəsi hələdə gözümün önündən getmir..

Mən 7 il mətbuat sahəsində çalışmışam və kurs bitirən jurnalist kimi hərzaman ali təhsilli jurnalistlərə sayğı ilə yanaşmışam. Onların qarşısında yerimi bilmişəm. Bəzən onlar bilmədiklərini bilsəm belə, susmuşam və ya sakitcə özlərinə bildirmişəm ki, biz bunu belə etməliyik.

Ən azından xadimə xanım düşünməlidir ki, müəllimin ondan böyük təhsili var və heçbir xanıma səs tonunu yüksəltmək yaraşmır.

Doğrudur mən bu mövzuda xadiməni qismən qınayıram. Çünki onların işi təmizlikdən ibarət olsa da, bununla yanaşı direktorun əmrin icra edirlər..

Birdaha vurğulayıram ki, Salyan Regional Təhsil Şöbəsi hökmən 10 nömrəli məktəbə nəzarət etməli və məktəbdən "cəza çəkmə müəssisəsi" qanunlarını yığışdırmalıdır! //hurriyyet.az//
 
 

Ardını oxu...
Dünyaca məşhur azərbaycanlı alim, “Qeyri-səlis məntiq” nəzəriyyəsi ilə adını dünyaya qızıl hərflərlə yazdırmış LütfiZadə demişdir: “Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı yazını dahi alimin bu sözləri ilə başlamağımın səbəbini oxucuların öhdəsinə buraxıram. Görəsən, uşaq məktəbində bədən TƏRBİYƏSİ müəllimi işləyən bu adam necə gəlib Dövlət Gömrük Komitəsində Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idərə rəisi vəzifələrində çalışıb. Birincisi, Bədən Tərbiyəsindən başlayaq. Lətifəsi Süleyman Mikayılovdan uzaq olsun, bədən tərbiyəsindən uşaqlara dərs keçmək üçün adamın gərək özünün tərbiyəsi olsun. İkincisi, bədən tərbiyəsi müəllimi hara, Dövlət Gömrük Komitəsi, Qaçaqmalçıqı-filan hara..? Hələ bu harasıdır..? Bir müddət sonra Süleyman Mikayılovun səsi Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi kürsüsündən eşidildi. Daha sonra Süleyman Mikayılov Yardımlı rayonuna icra başçısı təyin olundu. Daha sonra, 2005-2010-cu illərdə Azərbaycanın ən böyük rayonlarından biri olan Lənkərana rəhbərlik etdi Süleyman Mikayılov. 2010-cu ildən isə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kreslosunda oturur.
İndi gördünüzmü, Naxçıvanda uşaq idman məktəbinin adi bədən tərbiyəsi müəllimi qısa vaxtda, kosmik sürətlə necə vəzifələrə keçib. Əslində bu məsələnin üzərində bir az dayanmağa dəyər. Belə ki, sürət artanda insanda başgicəllənmə başlayır, insan özünü boşluqda, vakuumda hiss edir. Məşhur “Ulduz” filmində deyir ee.... Göz qaralır, baş fırlanır, göz fırlanır.... İnsan layiq olmadığı vəzifə yüksəkliyinə qalxdıqca başı fırlanır, nə danışdığını, nə etdiyini bilmir...
Axı, Süleyman Mikayılov yatsa yuxusun da girə bilməzdi ki, bədən tərbiyəsi müəlimi ola-ola bir vaxt icra başçısı olacaq.
Sözün qısası, adi bədən tərbiyəsi müəllimi DGK-da, Vergilər Nazirliyində işləyərkən, sonra icra başçısı olanda o qədər pula, sərvətə sahib oldu ki, başı yox ee, bütün vücudu fırlanmağa başladı. Və bu gün Süleyman Mikayılovun və oğlu Elvin Mikayılovun şirkətlərinin, mülklərinin, biznesinin sərhədləri Yardımlıdan başlayıb, Avropaya, Amerikaya qədər uzanır.
Bəli, bir müddət əvvəl Elvin Mikayılovun ABŞ-da milyonluq mülklər alması, biznesi barədə mediada xəbərlər yayıldı. Süleyman Mikayılovun bütün sərvətlərini, bir sərəncama imza atmaq üçün 50-100 min almasını bir kənara qoyaq. Deyirlər ki, Süleyman Mikayılov Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarından hər ay təxminən 150 min manat alır. (Bu işlər bizlik deyil). Sanki bu boyda təbii sərvət Süleyman Mikayılovun babasından qalıb. Nə isə, əsas mövzudan yayınmayaq.
Sözümüzün canı odur ki, insan layiq olmadığı vəzifəyə təyin ediləndə, layiq olmadığı sərvətə sahib olanda...onun əsl TƏRBİYƏSİ üzə çıxır.
Bəli, indi bəhs edəcəyimiz rüsvayçı olayda da Qaradağın icra başçısı Süleyman Mikayılov əsl tərbiyəsini, öz əxlaqını, öz mənəviyyatını açıb ortaya qoyub. Belə ki, Bakı şəhəri, Teymur Əliyev küçəsində, "Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə Dövlət Yol Polisinin əməkdaşı 10 AA – 813 dövlət nömrə nişanlı BMV avtomobilinə saxla işarəsi verərək, avtomobili dayandırır. Sükan arxasında oturan sürücü isə avtomobili saxlayır. Səbəb odur ki, portalda 10 AA 813 nömrəsi Qaradağ İcra Hakimiyyətinin balansında olan Nissan Maxima avtomobilinə məxsusdur. Yəni bu nömrə həmin vaxt qanunsuz olaraq BMV avtomobilinə bağlanıb.
Hamıya məlumdur ki, oğurluğa gedənlər, cinayət əməli törədənlər, şübhəli yük daşıyanlar avtomobilin nömrəsini dəyişib, başqa nömrə bağlayırlar. Yəni ölkə qanunları buna yol vermir və istər-istəməz polis avtomobili saxlamalıdır. Və qanuna uyğun olaraq DYP əməkdaşı Süleyman Mikayılovun içərisində olduğu avtomobilə SAXLA əmri verir. Süleyman Mikayılov sıravi polis əməkdaşına elə söyüşlər, təhqirlər yağdırır ki... Adam həyatı boyu belə ağır söyüşlər, təhqirlər eşitməyib. İnanın ki, heç küçədə böyümüş, ailə tərbiyəsi görməyən küçə uşaqları da bir-biri ilə belə söyüşlərlə danışmır... Adam məəttəl qalır ki, bu adam böyük bir rayonun rəhbəridir. Bu adam cinayət eləyib dövlət avtomobil nömrəsini başqa maşına bağlayıb, hələ üstəlik dövlətin polis əməkdaşını da elə söyür ki...
Bax, ona görə yuxarıda və indi təkrar-təkrar yazmağa məcburuq ki, pul və sərvət bəzilərini o qədər harın edir ki... Bəli, Süleyyman Mikayılov heç bir günahı olmayan sıravi polis əməkdaşına ...”Sənin böyüyünü....”, “Sənin böyüyünün böyüyünü...”, “Sənin valideynlərinin...”, “Sənin südünü, sümüyünü...”...və daha nələr... Adam bu söyüşləri nəinki yazmağa, hətta eşitməyə belə xəcalət çəkir... Süleyman Mikayılovdan soruşmaq lazımdır ki, söydüyün polisin böyüyü kimdir ? Əlbəttə cənab nazir. Bəs böyüyün böyüyü kimdir..? Sən bu söyüşlərə cavab verə biləcəksənmi, Süleyman Mikayılov..? Süleyman Mikayılov, süd-sümük barədə dediklərindən VƏZİFƏLİLƏRİN DƏ ailəsində də va ee... Öz südünə hörmət edən şəxs sən söydüklərini deməz... Bu məqamda bir məsələni xatırlamasaq olmaz.
Bir neçə il əvvəl Süleyman Mikayılovun 24 yaşlı milyonçu oğlu Elvin Mikayılov da Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində idarə etdiyi Porşe avtomobilini saxlayan polis əməkdaşlarına qarşı rüsvayçı hərəkətlər etmişdi. Atalar demiş, atası Süleyman olanın oğlu da belə edər... Süleyman Mikayılovun nəzərinə çatdırmaq istəyirik ki, bəzi sabiq icra başçıları da insanlara qarşı, hətta jurnalistə qarşı gözçıxaran hərəkətlər etsələr də zamanında cəzalarını alıblar. Amma sənin cəzan deyəsən çox ağır olacaq, Süleyman Mikayılov. Çünki dövlət qulluqçusuna o söyüşləri ki, sən söyürsən... Sənin söyüşlərin birbaşa Azərbaycan dövlətinə qarşı yönəlib...
Bütün bunların yaxın zamanda cavabını verəcəksən. Və artıq sənin həbsin qaçılmazdır.
Biz bir mətbu orqan olaraq, cənab Prezidentə müraciət edərək, xahiş edirik ki, təsadüfən rastlaşdığımız bu polis nəfərini qəbul edəsiniz, onun başına gələn bu müsibətləri dinləyərək həmin videoçarxa baxılmasına və tədbir görülməsinə göstəriş verəsiniz. Belə dəhşətli söyüşlərin bir əsayişi qoruyan şəxsə, üzərində dövlət atributlarını daşıyan, hər an təhlükəli vəziyyətlərə düşdükdə hər bir vətəndaşımızın dadına çatan polis işçisinə edilən bu söyüşlərin hər birinin hesabı qanunla nəzərdə tutulmuş qaydada həmin şəxsdən soruşulmalıdır.
P.S. Hörmətli dostlarımızın nəzərinə çatdıraq ki, bu məsələ ilə bağlı biz cənab Prezidentimizə müraciət etdik. Bu cür məsələləri bizdən xahiş edən şəxslərə deyirik ki, özünüzü yormayın.
https://sabahnews.az/manet/60459-beden-terbiyesi-muellimi-suleyman-mikayilovun-terbiye-problemi-qaradagin-icra-bashchisi-suleyman-mikayilov-yol-polisi-emekdashina-neler-soyush-soydu-ogurluq-avtomobil-nomresinden-istifade-ed.html
Sabahnews.az
Teref.az olaraq məqalədə qaldırılan iddialrla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
""Bahar Energy" Əməliyyat Şirkətində hələ də işçilərinin sentyabr ayı üçün əmək haqqlarını ödəməyiblər". Bu barədə DİA.AZ-a işçilər adından daxil olan müraciətdə deyilir.

İşçilərə bildirilib ki, əməkhaqları oktyabrın 25-dən tez olmayacaq. Bu halın bir neçə ildən artıq davam etməsinə baxmayaraq "Bahar Energy" ƏŞ məsul şəxsləri hələ də cəzasızdır.

Onu da qeyd edək ki, indiki halda Bahar ƏŞ tərəfindən ARƏM 5.1.,172.5 pozulduğuna baxmayaraq ,hələ də müvafiq qurumlar tərəfindən şirkətə ARƏM maddə 310. tədbiq olunmayıb.

İşçilərin dediyinə görə, şirkətin bəzi sexlərində işçilərlə Əmək Müqaviləsi deyil, Xidməti Müqavilə bağlanır ki, bunun özü də ciddi qanun pozuntusudur və bütün bunlara etiraz olaraq işçilər dia.az yazır:

""Bahar Energy" ƏŞ-nin benefisiar sahibi kimdir ki, şirkət illərlə ölkə qanunvericiliyini pozduğuna rəğmən, xətrinə dəyən yoxdur? Niyə nə köhnə, nə də təzə komandanın şirkət rəhbərliyinə "dur" deməyə cəsarəti çatmır?"

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİNƏ,
AZƏRBAYCAN RESPUBLİKASININ 1-ci VİTSE-PREZİDENTİ xanım M.ƏLİYEVAYA
“Qobu qəsəbə Bələdiyyəsinin sədri Araz Nəcəfovun pulumu alaraq mənə verilməsi nəzərdə tutlan 2 pay yerın əvəzinə torpaq sahəsi ayrılması barədə son iki ildə mənə verdiyi vədləri yerinə yetirmədiyinə görə şikayətimi davam etdirdiyimə görə 13 gün əvvəl zəng edərək məni yenə küçə söyüşlərilə təhqir etməsindən və əslini-nəslini satıb məni həbs etdirəcəyilə bağlı hədə-qorxusu barədə DİN 102 xidmətinə etdiyim şikayətin həmişəki kimi araşdırılmamasndan şikayət edirəm!"

Ş İ K A Y Ə T
Abşeron İH-nin həbsə atılan memarı ilə birlikdə törətdiyi qanunpozuntularının, onun mənim və digər sadə vətəndaşlara məxsus bələdiyyə torpaqlarını kənar şəxslərə arxa tarixlə sənədləşdirib saxtakarlıqla satmasının, verdiyim pul əvəzinə isə örüş sahəsindən saxta sənədlərlə yer təklif edilməsinin qarşısının dərhal alınmasından, ƏN-nin Sumqayıt Regional Ədliyyə İdarəsi rəisi, Abşeron İcra Hakimiyyəti rəhbərliyilə, Abşeron Polisi ilə, Sumqayıt Prokurorluğu ilə gizli sövdələşərək verdiyim şikayəti əsassız ört-basdır etmə cəhdindən, Qobu Bələdiyyə sədrinin məni şərləyib həbs etdirəcəyilə bağlı hədə-qorxu gəlməsinin qarşısının alınması və 16 ildir ki, bizə ayrılan bələdiyyə torpağının verilməsi və süründürməçiliyə son qoyulması” barədə əvvələr yazdığım şikayətlərdən sonra psixi xəstəyə çevrilən, bu şikayətlərimin ört basdır edilməsi üçün külli-miqdarda maddi ziyana düşən Qobu bələdiyyə sədri Araz Hüseynov yenə də olan qalan ağlını itirmək dərəcəsinə çatmışdır. Belə ki, bu adam 2 ildir ki, mənə boş boş vədlər verməklə Sumqayıt Regional ədliyyə İdarəsi rəisi Sahib Bayramov adlı birisinin himayəsi altında hər dəfə məni hədələməklə məşğul idi. İndi də arxalandığı savadsız, rüşvətxor bələdiyyə sədrlərini əsassız himayə etdiyinə görə vəzifədən kənarlaşmış Sahib Bayaramovların nəhayət vəzifədən rədd edilməsindən sonra Qobu Bələdiyyə sədri də son dövrlər psixi sarsıntılar keçirir. Hər dəfə şikayət yazan kimi küçə uşaqları kimi telefonla zəng edib məni təhqir edir, qoca arvadlar kimi qarğışlar tökür. Mən nə edim ki, hər şikayətlərimdən sonra bu xəstə adamı soğan kimi soyurlar?.Bu da hirsini mənim üzərimə tökür. Ondansa pulumu verdiyim yerimi mənə tanıdıb sənədlərimi versin, sonra getsin nə saxtakarlıq edir etsin şikayət etməyəcəm.
Hörmətli cənab Prezident, bir daha xatırlatmaq istəyirəm ki, 2006-cı ildə kənd sakinlərinə 8 sot olmaqla 300 manat rüsum müqabilində bələdiyyə torpağı verilərkən, Mən 20 sot üçün 800 manat rüsum pulunu Texnika Banka Qobu bələdyyəsinin hesabına köçürmüşdüm. Və mənə bildirmişdilər ki, sənə ən yaxşı yerdən “Çənlibel” restoranının yanından torpaq verəcəyik. Sonra məlum oldu ki, mənə verilən yeri vicdansız Bələdiyyə sədri başqasına pulla satıb. Sonra yenə söz verdilər ki, ayrı-ayrı yerlər olmaqla sənə 2 pay 10 sot yer verəcəyik. Doğrudur, mənə bir 10 sotluq yeri Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında göstərsələr də sənədə nə möhür vurulub, nə də Abşeron rayon İH-nin indi həbsdə olan Memarlıq Şöbəsinin müdiri Akif Əliyev,nə də Qobu Bələdiyyə sədri Araz Nəcəfov imza edib. Bu fırıldaqçılar uzun müddətdir ki, adlarını kişi qoyub mənə saxta sənəd verib bürokrat kimi illərdir süründürürlər. İndilər də isə mənə məlum olub ki, bu korrupsiyalaşmış dəstənin mənə verdiyi çıxarış sənədində göstərilən yer örüş sahəsi imiş. Burada hər hansı ev tikmək qadağandır.Yəni bələdiyyə sədri A.Nəcəfov bələdiyyə torpağı olmayan yeri qanunsuz olaraq bələdiyyə adı altında saxta sənədlərlə mənim kimi yerli sakinlərə sırımaq və pul qaznmış və qazanmaqda davam edir. Mən ev tikmək üçün 800 manat pulu yerli bələdiyyəni hesabına 15 il əvvəl köçürmüşəm. Bu dəstə məndən əlavə olaraq sənədlərin düzəlməsi üçün tələb etdiyi 3000 manatı bir, ( 2020-də) isə 3500 manat ( cəmi 6500 manat olmaqla) kapital Bankdan kredit götürüb Araz Nəcəfova iş otağında vermişəm ki. sənədlərimi versin. Amma nə torpaq sahəmi ala bilirəm, nə də sənədlərimi. Bunların mənə verdiyi saxta sənədi yoxlatdıranda məlum oldu ki, nəzərdə tutlan yerin bələdiyyə torpağı deyil, kənd təsəsrrüftlı örüş sahəsi olduğu və heç vaxt buraya çıxarış verilə bilməyəcəyini məni başa saldılar. Artıq Qobu Bələdiyyəsinə illərlə ayaq döyməkdən yorulmuşam. Tək ailə başçısı olduğumdan Bankdan götürüb Araz Nəcəfova verdiyim pulun kredit ödənişini güclə ödəyirəm. Hazırda öhdəmdə evdə 5 nəfər var. Evdə də tək işləyən mənəm və aylıq 263 manat əməkhaqqqı alıram.
Son vaxtlar Abşeron rayon İH-ti başçısının köməkçisi Fuad müəllimin qəbulunda oldum. O da Araza zəng edib xahiş etdi ki, Pakizər xanımın torpaq məsləsini həll etsin. Amma nə fayda. Söz verir əməl etmir. Sonra deputatımız olan Şahin Seyidzayə xahiş etdim ki, problemin həllinə köməklik göstərsin. Onlar da Milli Məclisin rəsmi məktubu ilə A.Nəcəfova 02 mart 2021-ci ildə müraciət etdilər ki, P.A.Rüstəmovanın torpaq sahəsinin sənədlərinin verilməsinin təmin edilməsi xahiş olunsa da nəticə yoxdur. Hər dəfə Abşeron İcra Hakimiyyəti başçısı qəsəbəmizə səyyar görüşə gələndə Araz mənə yaxınlaşıb xahiş edir ki, ondan şikayət etməyim. Sənin torpaq məsələni həll edəcəm. Amma bu adam özünü ən axırıncı yalançı və bürokrat yerinə qoyub. İcra başçısına da rəsmi müraciətlər etmişəm. Xeyri yoxdur.Tədbir görmür. Sanki şərikdirlər. Belə olmasaydı sabiq icra başçısı mətbuatda yayılan və dəyəri milyonblarla ölçülən əmlakları necə əldə edə bilərdi?
Qobu Bələdiyyə sədri Araz köhnə qəbristanlığın yanında 4 ha torpaq sahəsini hasarlayıb özününküləşdirib. Bunu qəsəbədə hamı bilir. Köməkçisi Ədalətin yanında Arazdan bu yeri göstərib yer istədim. Cavab verdi ki, “səndən ötrü bu yerə 100000 manat rüşvət verib almamışam ki, sənə paylayım”. Bələdiyyə sədrinin digər yeri də Lökbatan yolunun sağ və ən çox sol tərəfdə yerləşən 2 ha zəbt etdiyi və dəmir setkaya aldığı ərazidir. Buradan da mənə 10 sot yer verəcəyini bildirmişdir.
Mən hələ 2020-ilinl aprelin 2-də sonuncu dəfə Qobu Bələdiyyəsinin yanına gedib yerimin verilməsini və sənədləşdirilməsini istəyəndə o mənə küçə qadınlarının leksikonunda belə olmayan nalayiq sözlə acılayıb otaqdan qovdu və bildirdi ki get hara istəyirsən şikayət et, məni bezdirdin. Qazandığı haram pullar bu adamın gözünü o qədər örtüb ki, artıq kimlə danışdığının, nə dediyinin də fərqində deyil. Yaxşı deyiblər “arxalı köpək qurd basar”. Amma mən hələ də bilmirəm ki, bu Arazın arxasında hansı köpək duru b ki, bu qədər harınlayıb? Əvvəllər Abşeron İH-nin həbs olunan baş memarı A.Əliyevlə bələdiyyə torpaqlarında pul hesabına tikintiyə icazə oyunbazlığı ilə məşğul olub haramzadalaıq edərdilər. Akif həbs olunsa da Arazın yenə dünya vecinə deyil. Arxalandığı oliqarx bu adamı necə proqramlaşdırıbsa aldığı rüşvət müqabilində də işi tam görüb başa çatdırmır.
Bu məsələ barəsində yuxarı instansiyalara etdiyim şikayətlərdən sonra məni Abşeron rayonun Polis İdarəsinin Qobu yolundakı Yurd –marketin yanında olan PB-də Fərman adlı polis formal olaraq izahtımı almış, üzləşmə aparmış və Bələdiyyə sədrinə bildirmişdir ki, Araz sənin barədə daha 2 şikayətçinin torpaqla bağlı ərizəsi daxil olub. Sonra Abşeron rayon prokurorluğundan mənə zəng edib soruşdular ki, 6500 manat pulu- rüşvəti niyə Araza verdin? Cavab verdim ki, Araz tələb etdi ki, pulu verməsən sənədləri düzəldib verə bilmərəm. Lakin o rüşvəti alıb mənə bələdiyyə torpağı olmayan saxta örüş sahəsinin sənədini yarımçıq olaraq təqdim etdi. Daha sonra Abşeron rayonun Kənd Təsəsrrfatı xidməti İdarəsindən Zülfəli müəllim bildirdi ki, Cəlilabadlı Əfqanın yerinin yanında boş yerlər var. Qoy sənə yer versinlər, qalan sənəd işlərinin düzlüb qoşulmasına mən yardımçı olacağam.”
Qobu qəsəbə icra nümayəndəsi Etibar müəllim də bizi otağına dəvət etdi. Araz Etibar müəllimin yanında mənə hədə-qorxu gəldi ki, bütün var-yoxumu satıb səni tutduracağam bu şikayəti yazdığına görə. Sonra da Etibar müəllimə bildirdi ki, mən bilmirdim ki. Pakizə 20 sot torpaq üçün 800 mnat pul ödəyib və qəbzi var. Sonda isə Etibar müəl. Bildirdi ki, 1 həftəyə sənin yerini Lökbatan yolunda göstərib məsləni həll edəcəyik. 2020-nin iyunun 7-də təkrara olaraq bir də Etibar müəl. Qəbuluna getdim. Burada Araz da keçmiş bələdiyyə sədri və indiki ağsaqqallar şurasının sədri Mübariz müəllim də vardı. Mən Qobu qəsəb İcra nümayəndəsindən soruşdum ki, bəs siz 1 həftə gözlə yerini müəyyən edib verərəik dedin. Amma artıq 15 gün keçib. Bu arda Bələdiyyə sədri Araz məni görən kimi yenə qoca qarılar kimi bed-duaları, qarğışları yağdırmağa ki, səni bütün var yoxumu satıb həbs etdirəcəyəm.Görərsən”.
ƏN-nin Sumqayıt Regional İdarə rəisi Sahib Bayramovun 31 may 2021-ci ildə inzalayıb göndərdiyi formal cavab məktubda isə qeyd edir ki, guya mən 2007-ci ildə Qobu-Lökbatan yolunda 0.08 ha torpağı alıb satmışammış.” Cavab olaraq bildirim ki, mənim bu alqı-satqıdan xəbərim olmayıb. Bu yaxında məlum olub ki, sözügedən torpaq sahəsi bələdiyyə sədri tərəfindən arxa tarixlə əvvəlcə mənim adıma formal sənədləşdirilib. Və guya tərəfimdən Yevlaxdan olan hansısa Fuad adlı şəxsə də satmışammış. Bəs mənim notariusda imzam necə olsun? Ailə üzvlərimin razılığı necə olub? Bunların istintaqın işləridir ki, saxta sənədlər tərtib edərək yerli sakinlərin adından onların xəbəri olmadan kənar fiziki şəxslərə Qobu torpaqlarını satmaqla əsassız varlanıb harınlayıblar. Buna hüquqi qiymət verilməlidir. Sonra isə Sahib Bayramov qeyd edir ki, “ Sizə 0.10 ha torpaq sahəsinin təklif edildiyini, lakin bu torpaq sahəsinin kənd təsərrüfatlı torpaqlara aid olduğundan sənədləşməsi mümkün olmadığı, müraciətdə qeyd etdiklərinizin yalan və böhtan olduğu, gələcəkdə torpaq sahəsinin kateqoriyasının dəyişdirlərsə sizə təklif edilən 0.10 ha torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başa salınmışdır.”
Mən hörmətli Ədliyyə naziri Fikrət Məmmədovdan soruşmaq istəyirəm. Niyə Siz hüquqdan anlayışı belə olmayan, regiondakı bələdiyyə sədrlərinin korrupsiya əməllərini canfəşanlıqla maddi maraqlarının( evdə arvad-uşağına alt paltarı almaq üçün) təmin edilməsi müqabilində ört-basdır edib imkanlı məmurciyəzə çevrilən Sahib Məmmədovlardan başqa bir ixtisaslı kadr tapa bilmirsinizmi ki, o da bizi kimi sakinlərə yazdığı savadsız və formal cvablarla başımızı aldatmağa, cinayətkarları müdafiə etməklə məşğul olur?
Bu adam utanmadan yazır ki, bələdiyyənin sizə təklif etdiyi 0.10 ha torpaq sahəsi k/təsərrüfatlı torpaqdır. ƏN-nin bu vəzifəli şəxsi anlamır ki, ona tabe olan bələdiyyənin 15 il əvvəl ödədyi rüsuma görə örüş sahəsi olan dövlət fondu torpağını yox, bələdiyyənin mülkiyyəində olan torpqdan mənə 0.10 ha təklif edilməli idi. Yazdıqlarımın böhtan və yalan olması barədə uydurduğu və korrupsiyalaşmış bələdiyyə sədrinin müdfiəsi üçün yazdığı cavab məktubunda göstərilənlərə rəğmən bildirirəm ki, prokurorluq yerində araşdırma aparsa( cürəti çatsa) mənim kimi minlərlə narazı Qobu sakini bir daha təsdiq edərlər ki, bizdən tələb edilən pulların əvəzində sədr A.Nəcəfov bizi aldatmaq üçün özbaşına dövlət fondundan yerlər təklif edir cinayət törədir. Bəs niyə özü hektarlarla ərazini şəxsən zəbt edib kənarını qanunsuz olaraq setkalayıb bazar açıb?
Budur, sonuncu 2021-ci il tarixli oktyabr müraciətimdən sonra məsələ Sumqayıt rayon Prokurorluğuna araşdırmaya göndərilmişdir. Hörmətli prokuror Azər müəllim də mənimlə görüşüb söz vermişdir ki, narahat olmayım. Tezliklə yeriniz sənədləşdirilib şəxsən təqdim ediləcəkdir. Budur, bu sözdən də 6 ay keçib. Araz bu müddətdə mənə yenə hansısa yeri barmaqla göstərib bu sahəni verəcəyini bildirib. Və guya sənədləşmə işlərinin getdiyini bildirir. Guya 2 ildir ki, bu sənədləşmə hoqqabazlığı qurtarmır ki, qurtarmır. Doğrusu mən artıq nə Araz kimisinə , nə də onu himayə edən polislərə, prokurorlara, regional Bələdiyyə sədrlərinə, nə də icra başçılarına inanmıram. Belə qənaətə gəlirəm ki, bunların hamısı elə Arazın əlinə baxandırlar, onun süründürməçiliyini müdafiə etməklə məşğuldurlar Real iş görən deyillər. Ona görə də belə tip məmurların əhatəsində yaşamağa utanıram.
Çoxhörmətli Prezident, 1-ci vitse-prezident və Ədliyyə naziri! Sizdən çox xahiş edirəm ki, Qobu Bələdiyyə sədrini başa salasınız ki, “DƏMİR YUMRUQ” ermənilər kimi, sənin də, səni müdafiə edən harınlamış dövlət məmurlarının korrupsiyalaşmış başına endirilə bilər. Nə qədər gec deyil, uzun illər ortağın olmuş Abşeron İH-nin Baş memarı Akif Əliyevin rüşvətxor taleyindən, polislərə, yerli məmurlara verdiyn hədiyyələr hesabına qanunazidd olaraq səni “mələk” kimi qorumasının mənasızlığından ibrət dərsi götürsün və 16 ildir gözlədiyim bələdiyyə yerimi sənədlərlə birlikdə qanuni formda mənə versin. Verə bilmirsə, məndən tələb edib aldığı 6500 manat rüşvəti geri qaytarsın ki, banka olan borcumu bağlayım. Xahiş edirəm Araz Nəcəfov və onu beş altı manata görə müdafiə etməyə məhkum olmuş, sonradan pul görüb özlərini itirən yerli korrupsiyalaşmış məmur dəstəsi haqqında qanuni tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz. Sağ olun.
QEYD: Hörmətli nazir F.Məmmədova da xüsusi minnətdarlıq bildirmək istəyirəm ki, ƏN-nin Sumqayıt Regional Ədliyyə İdarəsini Sahib bayramov kimi birisindən təmizlədi və yerinə normal adam təyin etdi.
Qoşma sənədllər 10 vərəq.
İMZA: P.A.Rüstəmova mob. 070- 801 08 98,
2022-ci il
Teref.az yazır ki, Qobu bələdiyyəsinin sədrinin yeni əməlləri barədə araşdırmamız davam edir.
Növbəti yazımız Bələdiyyə sədri ilə qaynının sadə pinəçini aldadaraq onun 2000 manatını necə həzm rabedən keçirtmələrindən olacaq! Bizi izləyin!
Teref.az
 
Ardını oxu...
Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbdə gülünc hadisə baş verib.

DİA.AZ bildirir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən məktəbin həyətində qoyun-quzu saxlanılır.

Əldə etdiyimiz məlumata görə, məktəbin həyətində heyvandarlıqla məşğul olan şəxs Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovadır.

Ardını oxu...

Qoyun-quzu Nurlana xanıma məxsusdur.

Məktəb həyətində otarılan heyvanlarla bağlı saytımıza daxil olan görüntüləri təqdim edirik:

Mətbuatda gedən məlumata görə, Nurlana Həsənova Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin yaxın qohumudur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
 
 

 
Haqqında bəhs edəcəyimiz Fazil Alməmmədov haqqında qısa məlumat verək.

 

Deməli, Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub. 2017-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya baş həkim təyin edilib. O zaman 35 yaşı olan Fazil Alməmmədovun Bakının ən böyük xəstəxanalarından birinə baş həkim təyin olunması xeyli suallar yaradıb.

Sonradan isə Fazil Alməmmədov TƏBİB-in yaratdığı Nərimanov Tibb Mərkəzinə direktor təyin olunub. Məlumat üçün qeyd edək ki, Mərkəzin direktoru olan Fazil Alməmmədov artıq təkcə 5 saylı xəstəxanaya deyil, həm də 6, 7, 8, 18 saylı şöbələrə də rəhbərlik edir. Hansı ki, həmin şöbələr vaxtilə müstəqil xəstəxanalar olublar.

Sözümüzün canı odur ki, TƏBİB-in “səxavəti” nəticəsində Fazil Alməmmədovun “səhiyyə biznesi” birdən birə 5-6 dəfə böyüyüb. Və Fazil doktor da “əl əli yuyar, əl də üzü” prinsipinə sadiq qalaraq TƏBİB rəhbərliyi qarşısında “borclu” qalmayıb.

Gəlin ölkə mediasında 35 yaşlı gənc Fazil Alməmmədovun barəsində yazılanlara ötəri nəzrə salaq. Bütün maxinasiyaları bir kənara qoyub Fazil Alməmmədovun keçirdiyi 100 minlik saxta tenderləri qeyd eləsək çox uzun olacaq. Qeyd edək ki, kotirovka sorğularının nəticələri ictimaiyyətdən gizlədilib. Abadlaşdırma xidmətləri üzrə, İsitmə sistemlərinə xidmət üzrə, Digər malların alınması üzrə, Yangınsöndürən balonların doldurulması üzrə, İcarə və muzdlu xidmətlər üzrə, Torpaq, tikili və avadanlıqlar üzrə, Maşın və avadanlıqlar üzrə, Mətbəə məhsulları üzrə, Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə, Dəftərxana və təsərrüfat xərcləri üzrə, Mühafizə xidməti üzrə... Bu siyahını uzatmaq da olar.

Ancaq bir neçə tenderə nəzər salaq: Təmir üzrə 92 793 manat, Mühafizə xidmətlərinə 105 800.69 manat, Maşın və avadanlıq mallarının satınalınması üzrə 137 757.92 manat... Görəsən, Fazil Alməmmədov hansı mühafizəyə 105 min manat xərcləyib..?

Deyirlər, Fazil Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Əgər buna şübhəniz varsa, buyurun Fazil Alməmmədovun tabeçiliyində olan, “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyən xanımın dövlət başçısına müraciətini oxuyun: Həkim xanım dövlət qurumlarından tələb edir ki, Fazil Alməmmədovun maliyyə maxinasiyaları yoxlanılsın, koronavirusdan qazandıqları ortaya çıxsın: “ Fazil Alməmmədov həkimlərin əlavə əmək haqqını niyə vermir..?

Mən Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir. Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var. Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar”. İndi gördünüzmü, Fazil Alməmmədovun işçisi belə ona yaxınlaşa bilmir, cangüdənlər qoymur. Bunu biz demirik ee, Alməmmədov… Bütün bu maliyyə maxinasiyaları azmış kimi, Fazil Alməmmədov ölkənin tibbi kadr korpusunu da məhv edir. Belə ki, təcrübəli, savadlı, həkim adına layiq olan kadrları işdən uzaqlaşdırıb, özü kimi “biznesmen-həkimləri”, alverçiləri vəzifəyə təyin edir. Özü də çox nəzakətsiz şəkildə…
Bəli, redaksiyamıza daxil olan məlumata görə, Fazil Alməmmədov bu yaxınlarda Nərimanov Tibbi Mərkəzə tabe olan 8 saylı poliklinikaya ( indiki 1 saylı şöbə ) baş həkim təyin edib. Hansı ki, həmin polklinikada 35 il işləyən, sahə həkimindən başlayaraq şöbə müdiri vəzifəsinə yüksələn Gülnar Əfəndiyeva orada baş həkimi əvəz edirdi.

Daha doğrusu, 1 saylı şöbəyə çevrilən 8 saylı poliklinikada baş həkim vəzifəsi ləğv olunmuşdu, amma şöbəyə Gülnar Əfəndiyeva nəzarət edirdi.
Təsəvvür edirsiniz Fazil Alməmmədov 18 saylı poliklinikada ( indiki 2 saylı şöbə ) baş həkim işləyən, 67 yaşlı Şəhla Məmmədovanı şöbəyə “müdir” təyin edir, 55 yaşlı, 35 il iş təcrübəsi olan Gülnar Əfəndiyeva isə işsiz qalır. Bəli, sentyabrın 23-də Fazil Alməmmədovun dəstəsi otağa daxil olaraq 35 ilin həkiminə deyirlər ki, otağı tərk elə, çıx get…

Bütün bunlar azmış kimi, sentyabrın 24-də səhər Şəhla Məmmədovanın özü ilə gətirdiyi mühafizəçilər Gülnar Əfəndiyevanı işə buraxmırlar.

Nəhayət Şəhla Məmmədovadan icazə alandan sonra Gülnar Əfəndiyevanı içəri buraxırlar. Yəni Gülnar Əfəndiyeva əvvəl olduğu kimi həkim-terapevt işini davam etdirmək qərarına gəlir. Amma buna da imkan vermilər. Belə ki, bu dəfə isə həkim-terapevtin yanına xəstənin gəlməsi üçün onun adına kompüterdə çek vurulmalıdır. Buna da Şəhla Məmmədova icazə verməyib. Deyib ki, çek başqa həkimin adına vurulacaq. Və beləcə Gülnar Əfəndiyeva 35 il çalışdığı işindən qanunsuz olaraq uzaqlaşdırılıb. Qanunsuz olaraq işini itirən Gülnar Əfəndiyeva səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edərək hüquqlarının qorunmasını tələb edir.

Redaksiyadan: Görəsən, Fazil Alməmmədovun şəhid ailəsi olan, 55 yaşlı, hələ təqaüd vaxtına 10 il qalmış bacarıqlı həkimin yerinə, 68 yaşlı təqaüdçü, vaxtı 2 dəfə uzadılmış şəxsi təyin etməkdə məqsədi nədir..? //gundelik-baku.com//

 

XalqXeber.Az
Ardını oxu...
Xatırladaq ki, 2021-ci ilin avqust ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-ni məhkəməyə verib. Və məhkəmədə öz növbəsində vergi borcunun ödənilməsi barədə iddianı təmin etmişdir.
Məhkəmə iddası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatında olmuşdur.
“Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Hazırda şirkətin qanuni təmsilçisi İsgəndərov Elnur Xaləddin oğludur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur.
“Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına diqqət yetirdikdə məlum olur ki, 4 dekabr 2020-ci ildə şirkətin sənədlərinə dəyişiklik edilib. Ehtimal edilir ki, bu dəyişiklik Elnur İsgəndərovun MMC-nin qanuni təmsilçisi olması ilə bağlıdır. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Axundov Rauf Arif oğlu olub. Rauf Axundov 2017-ci ildə lisenziyası ləğv edilən “Dəmir Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri və gəlirli holdinqlərindən biri kimi tanınıb. Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Sabiq nazir, şirkətə istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib. Fazil Məmmədov işdən çıxarıldıqdan sonra şirkətin işi axsayıb. 2019-cu ildə yayılan məlumata görə, sabiqlərin sırasına qoşulduqdan sonra bir müddət səhhətindəki problemlərlə məşğul olan keçmiş nazir yenidən əsas diqqətini “Synergy Group” MMC-yə yönəldib.

Amma deyəsən Fazil Məmmədovun işləri yaxşı getmir. Çünki hazırda “Synergy Group” MMC-nin 2020-ci ilədək 48 168.93 AZN vergi borcu yığılıb qalmışdır. Bəs necə oldu ki, Vergilər Nazirliyinə rəhbərlik etdiyi dönəmdə "Synergy Group” MMC-nin bütün sahələrinə iri yatırımlar qoyulmasına baxmayaraq Rauf Axundov dövründə külli-miqdarda vergi borcu yaranmışdır ki, şirkətin 48000 manatı belə ödəməyə maddi imkanı qalmamışdır. Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-yə yığılmış borcun ödənilməsi barədə dəflərlə xəbərdarlıq etmişdir. Verilən məlumatdan aydın olmuşdur ki, yarandığı gündən yüksək gəlirlə işləyən böyük bir şirkət 2019-cu ildən ziyanla fəaliyyətini davam etdirmişdir. Məsələnin obyektiv və subyektiv səbəblərini araşdıran Fazil Məmmədovun yaxınları qərara gəlmişlər ki, "Synergy Group” MMC- nin qısa müddətdə müflis həddinə gəlməsinə Rauf Axundov səbəbkar olmuşdur. Bundan sonra şirkəti F.Məmmədovun ən etibarlı qohumu və kadrı hesab olunan Elnur İsgəndərova həvalə edilmişdir. Son alınan məlumata görə Rauf Axundovla Fazil Məmmədovun adamları arasında daxili çəkişmələr davam etsə də, peşəkar bankir olan R.Axundov "sudan quru çıxmağı" bu sahədə olan xüsusi fitri istedadı hesabına hələlik bacara bilmişdir. Tərəflər arasında indi də davam edən iri maliyyə çatışmazlığı ilə baş vermiş şirkətdaxili talanlara hələlik tam aydınlıq gətirmək mümkün olmayıb. Hesab edirik ki, məsələ "Baku Stell Kompany" MMC-nin sabiq direktoru olmuş Rasim Məmmədovun fəaliyyətinə çox oxşardır. Rauf Axundovun dönəmində "Synergy Group” MMC-də baş vermiş çoxsaylı maliyyə maxenasiyaları barədə sabiq nazirin adamlarının hələlik yuxarı orqanlara şikayət etməməsinin səbəbləri aydın deyildir. Baxmayaraq ki, “Synergy Group” MMC-yə daxil olan "Şəmkir" çörək zavodu, "Şəmkir" otel, "Şəmkir" gülçülük, Gəncədə "Yeni Klinika" xəstəxanasında irimiqyaslı maliyyə maxenasiyaları törətmişdir. Maliyyə itkilərinin 100 min manatlarla ölçüldüyü bildirlir. Ona görə də bu əməllərinə görə Fazilin adamları “Synergy Group” MMC-yə daxil olan mmc-lərdə qəfil iqtiasadi böhranların baş verməsindən gec də olsa duyuq düşmüş və drhal da Rauf Axundov vəzifəsindən kənarlaşdırılmışdır.
Bu istiqamətdə arşdırmalarımız davam edir.
İfadetv.com-un araşdırma qrupu
 
 
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyində total kadr islahatları planlaşdırılır. Bu barədə TEREF.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynağın iddialarına görə, islahatlar birbaşa olaraq "yuxarıların" tələbi ilə həyata keçirilir.

Xatırladaq ki, buna qədər KTN-də baş verən olaylar, ələlxüsus da bu qurumun rəhbər şəxslərinin ali səviyyədə qoyulan tapşırıqlara riayət edə bilməməsi dəfələrlə müzakirə predmeti olub və hər dəfəsində bütün bunlar məhz KADR probelmi ilə əlaqələndirilib. Burada söhbət kadr çatışmamazlığından yox, kadr yarıtmazlığından gedir...

DİA.AZ-a daxil olan son informasiyalarda qeyd olunur ki, KTN şefi İnam Kərimov bütün bu "ağırlıqdan" qurtula bilməsi üçün çevrəsindəki bəzi kadrlarından imtina etməli olacaq...

Ardını oxu...
Anar Hüeynov

Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, İnam Kərimovun sözügedən xüsusatda imtina edəcəyi kadrların başında Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Anar Hüseynov həlir. Qeyd edək ki, onunla bağlı DİA.AZ olaraq yetərincə faktları təqdim etmişik. İndi isə aydın olur ki, inam Kərimov da "günah keçisi" kimi məhz Anar Hüseynovu seçib...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Bakı şəhəri A.Abdullayev adına 211 saylı orta məktəb haqqında mediada kifayət qədər ittihamlar səslənir. Bu ittihamlar içində yer alan məlumata görə Əmirova Ayna Ağəli qızından pul alınaraq labarant kimi işə götürüləcəyi bildirilib, amma o xadimə kimi qeydiyyata alınıb. Bu qalmaqalla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə məsələ olə bağlı təhsil nazirliyinin yoxlaması məktəbdən razı yola salınıb. Amma direktor və bu işdə əli olanların bununla canını qurtaracağını düşünmək olmaz. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə məsələdən qaynaqlanan olayla bağlı “ölüm həddinə çatdırma” maddəsi ilə cinayət işi qaldırəlıb və istintaq aparılır. Məsələni diqqətdə saxlayacağıq.

 
 
 

 
 

Xəzər rayonu, Binə qəsəbəsində qanunsuz uşaq evi fəaliyyət göstərir.

KAİM.az xəbər verir ki, bu barədə bir qrup qəsəbə sakini şikayət ərizəsi yazaraq məlumat veriblər.

Mövzu ilə bağlı sakinlərin iddialarından bəhs edən ərizəni təqdim edirik:

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

– Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə

– Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə

– Azərbaycan Respublikasının Baş Prokurorluğuna

–  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə

– Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə

– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

– Bakı şəhər İcra Hakimiyyətinə

– Xəzər rayon İcra hakimiyyətinə

– Bakı şəhər Prokurorluğuna

– Bakı şəhər Baş Polis İdarəsinə 12. Xəzər rayon Polis İdarəsinə

KOLLEKTİV ŞİKAYƏT ƏRİZƏSİ

Uzun müddətdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu, çörək zavodunun yaxınlığı deyilən ünvansız ərazidə “Tumurcuq” Uşaq Evi və Yaradıcılıq Mərkəzi qanunsuz fəaliyyətlə pullu xidmət göstərir.

Bu müəssisə həm ictimai sakitliyə riayət etmir, həm də azyaşlı uşaqların təhlükəsizliyini təmin etmir.

Müəssisənin rəhbəri kimi Leyla adlı qadını tanıyırıq, lakin onun və ətrafının məqsədi qanunsuz fəaliyyətlə pul qazanmağa yönəlmişdir.

Təbii ki, ərazidə yaşayan sakinlər olaraq biz yaranan vəziyyətdən narahatıq. Azyaşlı uşaqların həyatı təhlükədədir.

Heç kim bu qanunsuz müəssisəni yoxlamır və müraciət etməyimizə baxmayaraq, yoxlamaq da istəmirlər.

Birincisi, qanunsuz fəaliyyət deyirik ona görə ki, bildiyimiz qədər Uşaq evi, Uşaq Baxçaları qanunla xüsusi razılıq (lisenziya) əsasında, xüsusi şərtlərə (standartlara) cavab verən qeyri yaşayış sahəsində fəaliyyət göstərməlidir. Müəssisə qeyri yaşayış deyil, məhz özbaşına tikili olan ünvansız fərdi yaşayış evində fəaliyyət göstərdiyindən, inanmırıq və mümkün də deyil ki, Təhsil Nazirliyi bu uşaq evinə lisenziya vermiş olsun. Demək ki, bu müəssisə lisenziyasız fəaliyyət göstərir ki, bu da qanunsuz sahibkarlıq fəaliyyəti ilə maşğul olduğunu tam təsdiq edir. Qanunsuz fəaliyyətlə məşğul olan bu müəssisənin idarəediciləri cinayət məsuliyyəti daşıyır. Bununçün də Cinayət Qanunvericiliyində müvafiq maddi norma mövcuddur.

Digər tərəfdən azyaşlıların cəlb olunduğu bu müəssisədə yanğından mühafizə qaydalarına riayət olunmayıb, bu da gələcəkdə bir hadisə baş verərsə həm azyaşlı uşaqların həyatı, həm də ərazidə yerləşən fərdi yaşayış evləri üçün təhlükədir.

Qanunsuz fəaliyyət göstərən müəssisənin vergidən və DSMF ödənişlərindən yayınması da qaçılmazdır. Biz inanmırıq ki, həmin müəssisədə çalışanlar təhsillidir, həmçinin çalışanların hər biri ilə əmək müqaviləsi bağlanmışdır. İşçilərin əmək müqaviləsi qanuni qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsi də, işçi sayı 10 nəfərdən aşağı olduqda inzibati, çox olduqda isə cinayət məsuliyyəti yaratdığını da yaxşı bilirik.

Eyni zamanda bu qanunsuz müəssisədə azyaşlı uşaqların 5 dəfə qidalanma ilə təmin olunması barədə küçələrə yalançı reklamlar yerləşdirilib.

Azyaşlı uşaqların təhlükəsiz qidalanma ilə təmin olunmasına kim zəmanət verir?

Hətta bu müəssisədə tez-tez dava-dalaş mühiti yaradılmaqla ictimai asayiş pozulur və bu vəziyyət ərazidə yaşayan sakinlər olaraq bizi çox narahat edir.

Leyla adlı qadının qanunsuz fəaliyyətindən, bizi hədələməsindən evlərimizdə yaşaya bilmirik. Bunun bir çarəsi var, ya baxca qanunsuz olduğundan bağlanmalı, bu qanunsuz fəaliyyətlə məşğul olanlar cəzalandırılmalı, ya da bizim özümüzün köçürülməsi təmin olunmalıdır.

Çünki, biz sakinlərin və ailələrimizin təhlükəsizliyi sual altındadır.

Qonşulardan da bu qanunsuz müəssisəyə heç kim uşaq qoymayıb.

O halda sual olunur:

– Orda olan azyaşlı uşaqların taleyi niyə aidiyyatı qurumları düşündürmür?

– Bu qadın kimə arxayındır?

Göstərilən faktları və ərazidə yaşayan sakinlərin narahatlığını, azyaşlı uşaqların gələcəyinin təhlükə altında olmasını nəzərə alaraq, özbaşına və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Tumurcuq” Uşaq Evi və Yaradıcılıq Mərkəzi adlı qondarma müəssisəni yoxlamağınızı və onu yaradanları (Leyla adlı qadın başda olmaqla) müəyyən edib cəzalandırılmasını Sizlərdən xahiş edirik.

Hörmətlə:

Abbasova Leyla Şahlar qızı;

Sadiyev Rəşad Mirzə oğlu;

Qəyyumova Nəcimə Mirfəti qızı;

Fərhadov Vidadi İmaməli oğlu;

 

Dünyapress TV

Xəbər lenti