Ardını oxu...
 
 

 
Ənvər Limanov Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasında idarə etdiyi korrupsiya ilə Bursada imarət sahibi olub...

 

Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasıdan, daha doğrusu xəstəxananın baş direktorundan şikayətlər bitib tükənmir. Sabirabad səhiyyəsinin göstərdiyi yarıtmaz xidmətdən şikayətçi olan vətəndaşlar qeyd edirlər ki, Ənvər Lumanov və “komandası”nın sayəsində Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət  qalmayıb. Sakinləri bildirirdi ki, Sabirabad xəstəxanalarında, tibb məntəqələrində vətəndaşlar üçün hər bir xidmət pulludur və bu zaman sığortası olan xəstələr üçün belə istisnalar tanınmır. Mərkəzi Xəstəxanada və tibb məntəqələrində fəaliyyət göstərən şöbələr, o cümlədən həkimlər isə baş direktora aylıq “hesab” verirlər.

Xatırladaq ki, AzFakt.com olaraq bir müddət öncə Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasıda baş direktor Ənvər Lumanov və digər şəxslərin əlbir olaraq səhiyyə ocağını korrupsiya yuvasına çevirmələri haqqında məlumatlar dərc etmişdik və bütün bu məlumatlar birbaşa vətəndaşların şikayətlərinə əsaslanırdı.

Sabirabad sakinlərinin saytımıza göndərdikləri yeni məlumatlarda isə daha ilginc faktlar öz əksini tapıb. Həmin məlumatlarda vurğulanır ki, xəstəxanada işə qəbul məsələsinə kadrlar şöbəsinin müdiri Yasəf Cavadov baxır. İşə girmək istəyənlər Yasəf Cavadovla görüşərək, onunla “razılaşırlar”. Misal üçün xəstəxanada sürücü işləmək 8-10 min, xadimə işləmək 2-3 min, tibb bacısı işləməyin qiyməti isə 4-5 min manat arasında dəyişir. Bildirilir ki, işə girmək üçün bütün pul məsələlərini baş direktor Yasəf Cavadova həvalə edib. Həmçinin işə girmək istəyənlərlə Yasəf Cavadovun vasitəçiliyini isə baş tibb bacısı həyata keçirir. 

Bundan başqa Ənvər Lumanovun qanunsuz yollarla əldə etdiyi vəsaitlər hesabına Türkiyənin Bursa şəhərində imarət aldığı deyilir. Bu barədə Lumanovun yaşadığı Əhmədabad kəndində bilməyən yoxdur. Kənd sakinləri bildirirlər ki, baş direktorun ailəsi yay aylarındaTürkiyəyə gedərək  Bursadakı imarətlərində yaşayırlar. 

Həmçinin qeyd edilir ki, Ənvər Lumanovun digər qazanc yerlərindən biri də yaşadığı Əhmədabad kənd həkim məntəqəsidir. Adı çəkilən həkim məntəqəsinin müdiri isə baş direktorun qardaşı Əhməd Lumanovdur. Məhz koronvirus infeksiyasının vüsət aldığı vaxtlarda (2020-ci ildən 2021-ci ilin yarsına kimi) Əhmədabad kənd həkim məntəqəsində də vətəndaşlara tibb yardımın göstərilməsi üçün çalışan, adı olub özü olmayan və yüksək əmək haqqı yazılan tibb işçiləri olub. 

Digər məlumatda bildirilir ki, Ənvər Lumanov Sabirabad Xəstəxanasının baş direktoru keçəndən sonra, vaxtı ilə Əhmədabad kənd icra nümayəndəsi işləyən və 2014-cü ildə rüşvət ittihamı ilə həbs olunan qardaşı Alim Lumanova Əhmədabad kəndində böyük mağaza tikdirib. Qeyd edək ki, icra nümayəndəsi Alim Lumanov dövlət tərəfindən Əhmədabad kənd sakinləri üçün tikilən evləri rüşvətlə satdığına görə həbs olunub və məhkəmə tərəfindən 8 il cəza alıb. 

Sabirabad sakinləri bildirirlər ki, rayon xəstəxanasındakı rüşvətin, özbaşınalığın qarşısının alınmasının yeganə yolu baş direktor Ənvər Lumanovun, baş həkimi İkram Allahverdiyevin, baş direktorun maliyyə işləri üzrə müavini Bayram Mikayılovun, mühasib Rasim Vəliyevin, kadrlar şöbəsinin müdiri Yasəf Cavadovun və digər aidiyyatı şəxslərin vəzifədən uzaqlaşıdırlmasıdır. Yəni TƏBİB və Səhiyyə Nazirliyi Sabirbad xəstəxanasının rəhbərliyinə vicdanlı, korrupsiyadan uzaq, vətəndaşına, dövlətinə bağlı kadrları təyin etməldir. 

Saytımıza verilən digər məlumatda isə bildirilir ki, Sabirabad xəstəxanasında rüşvət sistemi quran şəxslərdən biri də vaxtıilə xuliqanlığa görə həbs edilən və korrupsiya faktlarına görə vəzifəsindən qovulan baş direktorun müavini Bayram Mikayılovla şöbələrin birinin tibb bacısıdır. 

Bu barədə növbəti yazımızda oxucularımıza ətraflı məlumat verəcəyik. (AzFakt.com)

 

XalqXeber.Az

Ardını oxu...
Ağcabədi rayonu Hindarx qəsəbə Uşaq Musiqi Məktəbinin direktor müavini, tar müəllimi Zöhrab Hüseynov haqsızlıqla üzləşdiyini deyir.

Bu barədə müəllim Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, on ildir ki, məktəbdə iyirmi dörd saat olmaqla dərs deyib.

Bir neçə ay öncə isə məktəbin direktoru İlkin Ağalarov onun dərs saatlarını yarıbayarı azaldıb:

“Direktor mənə bildirdi ki, bundan sonra dərs saatlarım 24 deyil, 7-8 olacaq. Səbəbini soruşanda dedi ki, bu, Regional Mədəniyyət İdarəsinin rəisi Qalıb Həsənovun tapşırığıdır. Üzərindən bir müddət keçəndən sonra, avqustun 30-da keçirilən iclas zamanı öyrəndim ki, sən demə, direktor bəzi müəllimlərə 32, hətta 36 dərs saatı yazaraq, pulları özü götürürmüş”.

Direktor müavini deyir ki, məsələ ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla görüşüb:

“Ona bildirdim ki, ortada belə bir korrupsiya faktı var. Qalib Həsənov da direktoru müdafiə etdi ki, bəs nə ilə dolanmalıdır? Rəisin bu açıqlamasından sonra məəttəl qaldım. Düşündüm ki, Qalib Həsənov direktorla əlbir olduğu üçün onu müdafiə edir”.

Şikayətçi Prezident Adminstrasiyasına, Korrupsiya qarşı Mübarizə İdarəsinə, Mədəniyyət Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Ağcabədi Rayon Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinə məktub yazsa da, müraciətinə baxılmadığını deyir:

“Korrupsiya qarşı Mübarizə İdarəsindən cavab gəlib ki, şikayətim Mədəniyyət Nazirliyinə göndərilir. Məsələni niyə özünüz araşdırmırsınız? Mədəniyyət Nazirliyi də şikayəti Regional İdarəyə göndərəcək. Bununla olayın üstünü ört-basdır etmək istəyirlər”.

Zöhrab Hüseynov iddia edir ki, məktəb direktoru ona hədə-qorxu gəlir:

“Zəng edib, ailəmi təhdid etdi ki, sən öl, gör, sizin başınıza nə oyun açacağam. Əfsuslar olsun ki, mən bu qədər yerə müraciət edəndən sonra ortada heç bir nəticə yoxdur. Ciddi araşdırma aparılmır, həmin şəxslər cəzalandırılmır”.

Musiqi məktəbinin direktoru İlkin Ağalarov məsələyə ancaq rəsmi müraciətdən sonra cavab verəcəyini desə də, Meydan TV-nin sorğusunu cavablandırmayıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsi də Meydan TV-nin sorğusuna cavab verməyib.

Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsindən Meydan TV-yə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticəsi bəlli olduqdan sonra ictimaiyyətə məlumat verilə bilər”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Meydan TV-yə açıqlamasında bu kimi hallarla rastlaşmadığını və buna çox təəccübləndiyini deyib:

“Elm və Təhsil Nazirliyinə, həmçinin İctimai Şuraya belə halların baş verməsi ilə bağlı heç vaxt şikayət daxil olmayıb. Hər zaman vətəndaşlara – müəllimlərə, şagirdlərə- təhsilin bütün subyektlərinə müraciət edirik ki, qanunsuz tələblər, pul yığma halları, yaxud da direktorların özbaşınalığı ilə bağlı hər hansı bir faktlar olduğu təqdirdə, bizə dərhal müraciət etsinlər. Bu kimi hallar olduğu təqdirdə, yalnız rəsmi müraciət olduqda, bunu araşdırmaq mümkündür”.

Şura üzvü həmçinin deyib ki, müəllimlərə əlavə dərs saatlarının verilməsi, istisna hallarda, vakansiya vasitəsilə edilə bilər:

“Ümumiyyətlə, müəllimin maksimum neçə saat dərs deməsi, minimum saatın nə qədər olması ilə bağlı normalar var. Bütövlükdə bunlar konkret normalar çərçivəsində tənzimlənir”.

2021-ci ilin dekabrında mədəniyyət naziri Anar Kərimov demişdi ki, musiqi məktəblərində qeyri-şəffaf prosedurlar mövcuddur. Nazir musiqi müəllimlərinin işə qəbulu prosesinin Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətinə verilməsi təklifini irəli sürmüşdü:

“Bu istiqmatədə yeni bir yol xəritəsi cızmaq istəyirik. Müəllimlərin işə qəbulu ilə bağlı müəyyən meyarlar, metodologiya tətbiq edilsin. İstəyirik ki, bu prosesə ixtisaslaşmış qurumları, həmçinin Dövlət İmtahan Mərkəzini cəlb edək. Mədəniyyət Nazirliyi isə prosesdən kənarda dayansın”.

Məsələni şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyir ki, müəllimlərə dərs bölgüsü onların işə qəbul imtahanında topladığı ballara nisbətən verilməlidir:

“Məntiqi izahı budur ki, savadlı müəllim daha çox dərs deməlidir. Bu, əmr şəklində deyil, nazirin tövsiyəsidir. Dəfələrlə vurğulamışam ki, direktorlar nazirə formal tabedirlət. Məktəb direktorları icra başçıları ilə hesablaşırlar. Məktəblərdən yığılan pulların əsas hissəsi direktorlar tərəfindən icra başçılarına verilir. Çünki təhsil şöbələrinin müdirlərinin namizədliyini rayonun icra başçısı verir. Məhz buna görə də direktorlar özbaşınalıq edirlər”.

Ekspert hazırda Azərbaycanda dövlət sektorunun 80-ci illərdəki kimi fəaliyyət göstərdiyini deyir:

“Yəni o vaxt dövlət kolxoz və sovxozlara pullar tökürdü ki, vəziyyəti dirçəldib, qaydaya salsınlar. Pulları isə anbardar, kolxoz sədri, briqadir yeyirdi. Bu dəqiqə dövlət sektoru, yəni bizim məktəblər həmin vəziyyətdədir. Özbaşınalıqdır, əsas səbəbi də yeyintidir. Aşkarlıq yoxdur, şikayət edirsən, baxan yoxdur. Bütün sahələrdə vəziyyət acınacaqlıdır. Məktəbin direktoru özündən yuxarı orqana – birinci növbədə icra başçısına pul çatdırır. O, arxayındır, çünki arxası var. Məktəb direktoru vəzifəsinə elə adamları seçirlər ki, onlar hər oyundan keçsinlər, hər şeyi bacarsınlar. Yaxşı rüşvət toplaya bilsinlər, onu çatdıra bilsinlər. Müəllimlərin üzərində yumruğu olsun”.
 //Meydan TV//
Ardını oxu...
DİA.AZ: - Yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu hər kəs bilir. DİA.AZ xatırladır ki, bu günlərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub.

Məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Məktəb direktoru və dərsdə olmalı olan bəzi müəllimlər, həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Şagirdlərin əksəriyyətinin isə digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslər olduğu da müəyyən edilib.

Qeyd edək ki, yuxarı siniflərdə dərsə davamiyyətin zəif olmasına ölkənin əksər məktəblərində rast gəlinir. Eyni zamanda, müşahidələr göstərir ki, xüsusilə 9-cu sinifdən başlayaraq valideynlər kütləvi şəkildə öz övladlarını təhsil aldığı məktəbdən çıxararaq daha ucqar təhsil müəssisələrinə yerləşdirirlər. Hətta bunun üçün məktəb rəhbərliyi ilə valideynlər arasında müəyyən sövdələşmələrin olduğu da bildirilir.

DİA.AZ bildirir ki, ən acınacaqlı mənzərə isə Bakı məktəblərindədir desək, yanılmarıq... Elə DİA.AZ-a göndərilən videolardan da anlaşılanı budur ki, Bakıda yerləşən 211 saylı orta məktəbdə 11-ci siniflərin dərs otaqları bomboşdur. Elə bir təəssürat yaranır ki, sanki bu məktəbdə 11-ci siniflər ümumiyyətlə ləğv olunub.

Ardını oxu...

Onu da qeyd edək ki, elə dünən bir yazı ilə çıxış edərək sözügedən təhsil ocağı ilə bağlı araşdırmaya başladığımızı bəyan etmişdik:

211 saylı məktəbdə QARA KASSA VƏ DAHA NƏLƏR... - İLGİNC İDDİALAR...

Bu araşdırmalarımız davam etdiyi bir ərəfədə redaksiyamıza oxuculardan biri 211 saylı məktəbdə 11-ci siniflərin dərs otaqlarından videofaktları redaksiyamıza yollayıb. Onlardan bəzilərini təqdim edirik:





Qeyd edək ki, redaksiyamıza 10-ya yaxın videomaterial göndərilib. Araşdırmalarımızla bağlı və həm də sözügedən faktla əlaqədar qarşı tərəfin də münasibətini öyrənməyə çalışacağıq.

Bizi izləməyə davam edin...

Ardını oxu...
Ağsu rayonu Bico kəndində yaşayan Qarabağ veteranları - İsazadə Əhməd Seymur oğlu, Balakərimov Yaqub Raqub oğlu, Eminzadə Anar Tahir oğlu, İsazadə Nicat İlham oğlu və Kərimli Ülvi Kərim oğlu Qaynarinfo-ya müraciət ünvanlayıb.

Veteranlar bildirir ki, kənddə yaşasalar da, əkin məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edə bilmirlər.

Şikayətçilərin sözlərinə görə, ölkədə torpaq islahatları onların doğum tarixindən əvvəl aparıldığından, pay torpaqları yoxdur, imtiyaz baxımından torpaq istəkləri isə kənd bələdiyyəsi tərəfindən müsbət qiymətləndirilmir. Eyni məzmunlu müraciəti əvvəlcə dövlət başçısına ünvanlayan veteranlar problemin səbəbini belə izah edirlər:

"Bizim kəndin sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçinlik olduğu üçün, biz də yaşayışımızı bu istiqamətdə qurmaq istəyirik. Ölkədə torpaq islahatı doğum tariximizdən əvvəl aparıldığına görə, bizə pay torpağı düşməyib. Bu baxımdan, həm gənc kənd sakinləri, həm də ölkəmizin zəfər qazandığı müharibənin veteranları kimi bələdiyyə sədrinə müraciət edərək, taxıl əkmək üçün torpaq istəmişik. Ötən il bizə - həqiqi hərbi xidmət zamanı döyüşlərin ön xətlərində iştirak edən 5 nəfər müharibə veteranına - "Pir zəmi” adlanan ərazidən, mərhum bələdiyyə sədri tərəfindən, adambaşına təxminən 3 hektar olmaqla torpaq verildi. Bu il isə yeni bələdiyyə sədri həmin ərazidən istifadə etməyimizə maneə yaradır. Məlum olur ki, sədrin problem yaratması ümumilikdə 25 hektar olan həmin ərazini Vidadi Nuriyev adlı kənd sakininin adına sənədləşdirməklə, kənar bir şəxsə hərrac yolu ilə uzunillik müqavilə əsasında icarəyə vermək istəməsi ilə bağlıdır. Bələdiyyə sədri Südabə Mikayılova təzə olduğundan aldanıldığını, hazırda isə rayon İcra Hakimiyyəti başçısının qərarına uyğun addım atacağını bildirir. Biz də öz növbəmizdə, icra başçısının qəbuluna gedib, yaranmış problemi diqqətə çatdırmaq istəmişik, lakin bir neçə dəfə cəhd etsək də, süni maneələr nəticəsində qəbula düşə bilməmişik. Nəticədə, kənd sakinlərindən gizlin saxlanılmaqla, həmin ərazinin təklif sənədləri sədr Südabə Mikayılova və bu məsələdə xüsusi canfəşanlıq göstərən bələdiyyənin mühasibi Xəqani Göycəyev tərəfindən hərraca çıxarılması üçün aidiyyatı quruma göndərilib. Hazırda istəyimiz budur ki, ötən il əkdiyimiz torpağın gizli yollarla hərraca çıxarılması bələdiyyə tərəfindən imtina verilməklə dayandırılsın.

Sizdən xahişimiz budur ki, səsimizin Ali Baş Komandana, eləcə də Ağsu RİH-nin başçısına çatması üçün müraciətimizi dərc edəsiniz. Bizim istəyimiz, sadəcə, haqqımız olana qovuşmaqdır”.

Südabə Mikayılova isə Qaynarinfo-ya bildirib ki, həmin torpaq sahəsi o, bələdiyyə sədri olmazdan əvvəl hərraca çıxarılıb: "Onlar doğru danışmır. Deyilən 25 hektarlıq ərazi mən sədr olmazdan əvvəl hərraca çıxarılıb. Sadəcə ötən il onlar oranı əkiblər. Mən torpaq satan deyiləm”.

Qaynarinfo
Ardını oxu...
 
 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron mədə-bağırsaq xəstəlikləri sanatoriyası Azərbaycanın paytaxtı Bakı şəhərinin cəmi 35 km-də yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Mərdəkan qəsəbəsində fəaliyyət göstərir.

 

Lakin vaxtilə keçmiş SSRİ miqyasında “Yessentuki”dən sonra əhəmiyyətinə görə ikinci olan sanatoriya indi AHİK-in hüquqlarını qoruduğu zəhmətkeşlər üçün müalicə yerindən çox imkanlı adamlar üçün əyləncə məkanına çevrilib. Sanatoriyanın baş həkimi Fəxrəddin Kazımovun yürütdüyü xidmət siyasəti belə vəziyyət yaradıb. İşlə bağlı jurnalistlərin hər hansı bir sualını cavablandırarkən özünün də, həyat yoldaşının da xəstə olduğunu deyən 75 yaşlı baş həkim, hələ ki, tutduğu vəzifəni gənc, perspektivli və kreativ kadrlara güzəştə getmək niyyətində deyil.

Bu günlərdə sözügedən sanatoriyada müalicə alan şəxslərdən biri redaksiyamıza müraciət edərək, pasientlərə münasibətdə ayrı-seçkilik edilməsindən, müəssisədə rast gəldiyi başqa neqativ hallardan gileylənmişdir. Pasientin sözlərinə görə, baş həkim VİP otaqları baha qiymətə kirayəyə verir, ən yaxşı xidməti də “VİP” müştərilər görürlər. Digər otaqlarda su vaxtlı-vaxtında gəlmir, təmizlik işləri lazımi səviyyədə görülmür. Keyfiyyətli qidalanma üçün də ciblərini geniş açmalısan. Sanatoriyada spirtli içkilər də təklif olunur ki, bu hal da baş verənləri müşahidə edən, gerçəkdən mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən, müalicəyə gələn pasientlərdə qıcıq doğurur. Bundan başqa, sanatoriyanın həyətində əvvəllər mövcud olmuş ağacların xeylisinin qırıldığını, skamyaların çoxu götürülüb. Kasıb pasientlər ya qaxılıb korpusdakı otaqlarda oturmalı, ya da həyətdəki pullu guşələrdə əylənməlidirlər.

Bütün bu və digər neqativ hallara niyə rəvac verildiyini öyrənmək üçün sanatoriyanın baş həkimi ilə görüşmək, suallarımızı cavablandırmasını istədik. Fəxrəddin Kazımovla yalnız üçüncü cəhdimizdə görüşə bildik. Birinci dəfə yerində tapmadıq. İkinci dəfə danışıb görüş üçün vaxt vədələşsək də, yenə də təyuin etdiyi gün işə çıxmadı. Nəhayət, üçüncü cəhddə görüşəndə də yenə həmişəki qaydada səhhətindən şikayətləndi. Sonra özünün fəaliyyətini tərifləməyə başladı. Bildirdi ki, o, vəzifəyə təzə təyuin olunanda sanatoriyada polisrəisinin, bölmə rəisinin, qəsəbə icra nümayəndəsinin qeyri-rəsmi bron etdikləri otaqlar var imiş, sanatoriya əxlaqsızlıq yuvasına çevrilibmiş. O gələndən sonra belə hallara son qoyulub. “Abşeron”dan fərqli olaraq, Ələkbər Nəzərovun rəhbərlik etdiyi qonşu “Günəşli” sanatoriyasında isə elə hallar qalmaqdadır. Skamyaların sayının məhdudlaşdırılmasına gəlincə, bunu yaxın ərazidə yaşayan narkomanların həmin skamyalardan istifadə edə bilməmələrinə görə özü götürdüb.

Baş həkim spirtli içki məsələsinə də toxundu: “Ay balam, istirahətə gələn yeyib-içməlidir də, bunun nəyi pisdi ki!?”

F.Kazımov sanatoriyada ümumən yürüdülən xidmət və qiymət siyasətinin isə “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasiyevin imperativ göstərişləri ilə qurulduğunu dedi.

Deryaz.az

 

XalqXeber.Az
Ardını oxu...
Şəmkirdə vətəndaşdan subsidiyanın verilməsinə görə rüşvət tələb edilir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.Amma Şəmkir rayonunda fermerlərə Subsidiyaların verilməsi ilə bağlı rüşvət tələb olunduğu iddia olunur.
TEREF.AZ xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına Şəmkir rayonun Atabəy kənd sakini Şərifov Ziya Fərman oğlu tərəfindən şikayət daxil olub.

Ardını oxu...
Belə ki, Aqrar İslahat komisitasının məlum qərarı ilə şikayətçi bildirir ki, onların ailəsinə Atabəy kəndində 3.5 ha torpaq sahəsi verilib.Hər il dövlət tərəfində şikayətçi qeyd edir ki, onların ailəsinə hər hektara görə 220 manat pul verirdilər.Amma bu il rüşvət müqabilində Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə rəisi Rəşad Əzizovun köməkçisi olan Elvin adlı əməkdaşa 100 manat verəndən sonra onlara 160 manat subsidiya veriblər.
Şəmkir rayonun Atabəy kənd sakini şikayətində onuda qeyd edir ki, sözügedən mərkəzin bığının altından keçməsən subsidiyaların verilməsinə nail ola bilmərsən.
Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzaladı ki, subsidiyalara müraciət və istifadə mexanizmi asanlaşdırılsın.İndi hansı boşluq yaranıb ki, fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzindən asılı vəziyyətdə qalsın?Fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilməsi korrupsiya və bürokratik əngəllərə yol açırsa dərhal prokurorluq orqanları hərəkətə keçməlidir.
Belə olmazsa dövlətimizin kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə aqrar-iqtisadi siyasət töhvə vermiyəcəkdir.
Redaksiya olaraq şikayətçinin ittiham etdiyi Şəmkir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin mövqeyini də dərc edə bilərik.
Şikayətçinin səs yazısını təqdim edirik:

 
 
 
Ardını oxu...

YAP-nın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Xaçmazda özü üçün yeni yanacaq doldurma məntəqəsi inşa etdirir.

Həmin obyekt Xaçmaz-Quba yolunun 3-cü km də, rayonun Armudpadar kəndi ərazisində yerləşir.

Tikintisinə bir neçə ay bundan öncə başlanılan obyektin özül hissəsindəki işlər artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, partiya sədrinin həmin obyekti Xaçmazda tanınmış bir dövlət qulluqçusu ilə şərikli tikdirdiyi bildirilir.

Biznes yoxsa dövlətçilik idealarının təbliği?

Xatırladaq ki, Məhəmməd Balaqadaşov Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin YAP-nın Xaçmaz rayon təşkilatının sədri vəzifəsindən azad olunduqdan sonra həmin vəzifəyə gətirilib. Vəzifəyə təyin edildikdən sonra isə o hakim partiyanın ideoloji və dövlətçilik ənənələrinin təbliğatı ilə məşğul olmaq əvəzinə biznes platformalarının genişləndirilməsi ilə məşğul olur. YDM –nin inşa edildiyi yer isə sahibkarlıq təyinatlı iaşə obyektlərinin tikilməsi üçün uyğun deyil.

Qeyd edək ki, həmin ərazi vaxtı ilə fərdi vətəndaşa məxsuz yaşayış evi olub. Obyektin tikintisi üçün lazım olan rəyin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən necə alındığı isə olduqca müəmmalıdır. Bir müddət öncə Məhəmməd Balaqadaşov barəsində onun ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi ilə əlaqələrini, daha doğrusu “Çoban Bulağı” istirahət mərkəzini əhatə edən şərikli biznesini əks etdirən məlumatlar yayılmışdı. Bundan əlavə, əvvəllər vergi işçisi olmuş Məhəmməd Balaqadaşov sonralar MTN generalı ilə, eləcə də Prezident Adminstrasiyasının rəhbərinin kürəkəni ilə qəfil biznes ortaqlığına sahib olub.

P.S. Sözü gedən YDM-də Məhəmməd Balaqadaşovun şərikli biznes sahiblərinin kimliyi barədə isə növbəti yazımızda bəhs edəcəyik.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq… //AMİA.AZ//
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Mən sizin bütün faktlarnızı bilirəm, Bakı metropolitenini əxlaqsız yuvasına döndərmisiniz. Özünüz də Fövqəladə Hallar Nazirliyində baş verənlərə gülürsünüz. Amma burada vəziyyət ondan da betər gündədir. Bunlardan metropoliten rəisinin xəbəri var?

Bu sözləri Bakı metrosunun Ulduz stansıyasında təmizlikçi işləyən və hal-hazırda qanunsuz olaraq işdən azad olunmuş Xanbabayeva Sevil deyib. O, jurnalistlərdən onun başına gətrilən haqqsızlıqın ictimailəşdirilməsini xahiş edib.

O videoçıxışı zamanı qeyd edir ki, metroda 10 işçinin 9-nu Rafel adlı şəxsın 3 millyonluq bağına göndərirlər, orada onun dəyəri yüzminlərlə olan ağaclarını əkib-becərirlər. Bir ağacın qiyməti 4 min manatdır.

Mən süpürgəçi işləyirəm, əzab-əziyyətlə övlad böyüdürəm, indi də süpürgəmi əlimdən almaq istəyirlər. Bu işdə məni çox görürlər. Bir işçi 3-4 adamın işin görür, amma işçiyə dəyər vermirlər.

Mən bilmirəm bunlara nə etmişəm.

Mənə zülüm edirlər, səsmi çıxara bilmirəm ki, bala böyüdürəm, bala oxuduram, bütün övladlarmın yükü mənim çiynimdədir. Gedib-gəlib məni şantaj edirlər. Xahiş edirəm bütün jurnalistlərdən və qələm əhlindən. Mənə kömək edin, çıxılmaz durumdayam deyə sonda Sevil Xanbabayeva bildirib

"Azərbaycan Reallığı", adı çəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Daha ətraflə videoda

AZƏRBAYCANREALLIĞI.COM
Ardını oxu...
İcra Başçısı Rəcəb Babaşov qadınların içərisində

Qazax rayon İcra başçısı Rəcəb Babaşov sentyabrın ilk həftəsində, rayon nümayəndələrinin iştirakı ilə qəbul keçirib. Qəbulda bələdiyyələr, icra nümayəndələri, ayrı-ayrı müəssisə və təşkilat rəhbərləri, həmçinin regional qaz, işıq idarələrinin, səhiyyə, suvarma-sistemlərinin, su-kanalizasiya idarələrinin rəhbərləri iştirak edib.
Hurriyyet.Az xəbər verir ki, baş tutan iclasda icra başçısı Rəcəb Babaşov tərəfindən Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmirovun ünvanına nalayiq ifadələr işlədilib.
R.Babaşovun icra nümayəndəsini təhqir etmə səbəbi kimi Kosalar kəndində yetkinlik yaşına çatmayan qız uşağının ailə həyatı qurması olub. Bundan sonra o, kənd icra nümayəndəsinin təhqir etməyə davam edib, nalayiq ifadələrdən istifadə edərək söyüb.
Bu barədə 32gun.az-a qəbulda iştirak edən icra nümayəndələrindən biri (adının açıqlanmasını istəməyən şəxs) məlumat verib.
Onun sözlərinə görə, məsələnin bu yerə çatmasının səbəbi, yetkinlik yaşına çatmayan qızın ailə qurması ilə bağlı icra hakimiyyətinə məluat verilməməsi olub.

Həmçinin, Rəcəb Babaşov bildirib ki, bundan sonra hansısa kənddə belə bir hal baş verərsə, ... (icra başçısı nalayiq ifadələrinə davam edib).
Eyni zamanda, icra başçısı rayon da özünü "vor v zakon" kimi aparır. R.Babaşov, onun sözünə əks hərəkət edəcək şəxslərə "var-yox" söyüşü söyüb (nalayiq ifadələrinə davam edir).
Maraqlısı bundadır ki, Rəcəb Babaşovun qəbulunda qadınlar olmasına baxmayaraq, o, söyüşlü ifadələrindən rahatlqıla istifadə etməyə davam edib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

Dünyapress TV

Xəbər lenti