Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” adlı tenderə yekun vurub. Tenderin qalibi “ELEMENT YT” QSC (2005410371) şirkəti olub. Rəsmi məlumata görə, sözügedən şirkətlə 15 milyon 144 min 749 manat məbləğində müqavilə imzalanıb. Maraqlısı budur ki, Elm və Təhsil Nazirliyi eyni tenderi son 3 ildə artıq üçüncü dəfədir elan edir. İlin eyni dövründə elan edilən tenderin qalibi hər dəfə “ELEMENT YT” QSC olub. “Element YT” şirkəti son 3 ildə Təhsil Nazirliyindən “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” tenderləri üzrə 40 milyon 644 min manatlıq sifariş alıb.

TEREF.AZ xəbər verir ki, nazirliyin eyni şirkəti hər dəfə qalib etməsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin hazırkı fəaliyyəti ürəkaçan səviyyədə deyil. Nazirlik üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdənsə, dövlət büdcəsindən pul silməklə məşğuldur:

“Bu gün cəmiyyətdə sorğu aparsaq, son dövrlər Elm və Təhsil Nazirliyinin gördüyü işlərdən kiminsə razı qaldığının şahidi olmayacağıq. Çünki son zamanlar Elm və Təhsil Nazirliyinin başı qrant layihələrə və bu layihələr vasitəsilə gəlir əldə etməyə qarışıb. Nazirlik tenderlər elan edərək kiminlə işbirliyi edirsə, onun vasitəsilə qazanc əldə edir. 15 milyon 144 min 749 manatlıq bir vəsaitin tenderə ayrılması ağlasığmazdır. Təhsil sahəsi artıq unudulub. Təhsili istehsalatla məşğul olan bir fabrikə çeviriblər, qrant və layihələrlə dövlət büdcəsini talayırlar. Bu gün respublikada yanğınla bağlı hansısa məktəbdə quraşdırmaya deyil, məktəb tikintisinə ehtiyac var.

Bu gün məktəblərdə şagird sıxlığından tərpənmək olmur. Bir auditoriyaya 45-50 nəfər şagirdi doldurublar. Rus bölməsində isə faciəvi vəziyyət mövcuddur. Bu cür biabır vəziyyətin yaranmaması üçün eyni ərazidə bir neçə məktəb tikilməlidir. Nəticədə şagird sıxlığının qarşısını almaqla yanaşı, müəllimlərin işə qəbulunda vakant yerlərin sayı arta bilər. Hər il kifayət qədər işsiz müəllim ordusu yaradılır. Hər il 40-50 min müəllim boş-bekar qalır, iş tapa bilmir. Müəllimlərin işə qəbulu imtahanında 55-60 min müraciət olsa da, cəmi 9-10 min vakant yeri təşkil olunur. Bəs qalan 40 min müəllim nə etsin?! Onlar nəyə görə pedaqoji istiqamət üzrə ali təhsil alıb?! Nazirlik vəsaiti mənasız yerlərə xərcləməkdənsə, müvafiq ərazilərdə məktəb tikməli, rayonlarda uçub-tökülən məktəbləri təmir etməlidir.

“ELEMENT YT” şirkətinə ayrılan 15 milyon 144 min 749 manata ən azı 30 məktəb tikmək olar. Hansı ki, bu gün Abşeron rayonu ərazisində, Hökməli kəndində, Qobu, Güzdək, Müşfiqabad və bir sıra qəsəbələrdə şagirdlər məktəb tapa bilmirlər. Ona görə də şagirdlər hansısa məktəbə getmək üçün 4-5 km məsafəlik yolu qət etmək məcburiyyətində qalırlar. Elə məktəblər var ki, olduqca qəzalı vəziyyətdədir və az qalır şagirdlərin başına uçsun. Belə bir vəziyyətdə bizə yanğınla bağlı tender elan etmək və dövlət büdcəsindən pul silmək lazım deyil. Ona görə də bu məsələ araşdırılmalıdır. Eyni zamanda təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Nazirlik bu şəkildə davam edə bilməz.

Bu gün Elm və Təhsil Nazirliyi müəyyən ərazilər üzrə şagirdlərə dərs vəsaitini çatdırıb verə bilməyib. Yanğınla bağlı nələrsə quraşdırmaqdansa, elə dərs vəsaitlərini çap etmək və vaxtında şagirdlərə paylamaq lazımdır. Nazirlik harada yeyinti yeri varsa, oraları tapır və layihələri o istiqamət üzrə elan edərək pul qazanır. Fikrimcə, Elm və Təhsil Nazirliyinin fəaliyyəti tam araşdırılmalıdır. Hesablama Palatası burada baş verən yeyinti hallarını aşkarlamalıdır. Çünki bu nazirlikdə yeyinti faktları dəhşətli dərəcədədir”.
 
Ardını oxu...
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Səlcuq Dəmir barədəki ötən yazımızdan sonra Gündəlik-Bakı.com-a xeyli yeni məlumatlar daxil olub.
Qısa xatırlatma üçün qeyd edək ki, Səlcuq Dəmir 1 il öncə banka rəhbər təyin olunub. Amma 1 il müddətində bu adam o qədər neqativ əməllərə imza atıb ki.... Biz onun bu əməlləri ilə bağlı ardıcıl olaraq yazılar dərc edəcəyik.
Biz Gündəlik-Bakı.com olaraq diqqəti əsas fiqurdan yayındırmamaq üçün “Ziraat Bank”da əvvəllər baş vermiş maxinasiyalar barədə bəhs etmək istəmirik, indiki yazıların əsas “qəhrəmanı” Səlcuq Dəmir olacaq. Səlcuq Dəmirin bank rəhbərinə yaraşmayan həyat tərzi, öz xanım əməkdaşlarına qarşı dözülməz hərəkəti barədə ötən yazımızda bəhs etmişdik. Bunları uzun-uzadı təkrarlamaq istəmirik, çünki bu şəxslərin əksəriyyəti Samirlə birgə redaksiyamıza gələcək.
Qısa məlumat üçün qeyd edək ki, bank sistemində çalışanlar dürüstlüyü, dəqiqliyi və ən əsası iş rejimini düzgün seçməsi ilə fərqlənirlər. "Ziraat Bank"da isə iş rejimi tam fərqlidir. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, bankın rəhbəri Səlcuq Dəmir ilə bankın Təsərrüfat şöbəsinin müdiri Cema ləqəbli xanım işə 1 saat tez gəlirlər...? Niyə..?
Bu sonrakı yazıların mövzusudur.
Amma onu qeyd edə bilərik ki, Cema xanım tez-tez xarici ölkələrdə səfərdə olur. Bəli, deyirlər ki, Cema xanım tenderlərdən, satınalmalardan, katirovkalardan qazandığı pulları xarici ölkələrdə sağa-sola xərcləyir. Əlbəttə, belə məsələləri araşdırmaq bir media olaraq bizim imkanlarımız xaricindədir və bununla mütəxəssislər məşğul olmalıdır. Amma məsələ Cema xanımla yekunlaşmır. İşçilər arasında belə söz-söhbət gəzir ki, Səlcuq Dəmir vəzifəyə gəldiyi ilk vaxtlarda özünə Dərya xanım Bıçaqçını köməkçi götürmüşdü. Bəli, ASC-də Marketinq Departamentinin müdiri olan Dərya xanım Bıçaqçı da xeyli müddət Səlcuq Dəmirlə birgə işləmişdir. Bəli, Səlcuq Dəmirin digər xanım əməkdaşlarından biri də bankın Daxili Nəzarət şöbəsinin müdiri Şəms adlı xanımdır. Bu haqda da məlumatları sonadək dəqiqləşdirməyə çalışırıq.
Şəms adlı xanım da Səlcuqun bütün işlərində ona yardımçı olub. Səlcuq Dəmir bankda xadimə kimi çalışan Şərəf adlı xadiməni də gözündən alıbmış.... Biz bu tip məsələlərin üstündən hələ ki sükutla keçirik... Əlbəttə, Günel adlı xanımda yaddaşlarımızdan silinmir. İndi isə Səlcuq Dəmirin maxinasiyaları ilə bağlı bir neçə kəlmə...
Deməli, Səlcuq Dəmir proqramist Sadiq Axundovun vasitəsilə bankın proqram təminatları üçün yüz minlərlə vəsaiti mənimsəyib.
Belə ki, təkcə proqram təminatından deyil, hətta müştərilər üçün nəzərdə tutulan bonus, hədiyyə üçün hesablanmış vəsaiti sənədləşdirərək siliblər, daha doğrusu mənimsəyiblər.
Bəli, bütün bu pullar Səlcuq Dəmirin məşhur geyim brendinə ( ETRO ) xərclənib. Bunlardan başqa, Səlcuq Dəmir bu yaxınlarda bankın konfrans zalı üçün 10 min manat dəyərində olan manitoru 40 min manata sənədləşdirib. Hələ bu harasıdır..?
Səlcuq Dəmir öz şəxsi geyimləri üçün lazım olan kimyəvi təmizləmə maddələrinə 3 min manat pulu bankın hesabından silib. Və bu pulu qonaqların ziyafət xərci kimi “oformit” edib. Bəli, Səlcuq Dəmir bankın hesabına xanımlar üçün özəl ziyafətlər təşkil edir. Ən dəhşətlisi odur ki, Səlcuq Dəmir müxtəlif toplantılarda müxtəlif şəxslərin barəsində hər cürə hədyanlar, rüsvayçı sözlər danışır. Sonda onu da qeyd edək ki, "Ziraat Bank"da aparılan son araşdırmalar zamanı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində banka qarşı 300 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanılıb.
İndi isə Səlcuq Dəmirin Azərbaycan xalqına qarşı işlətdiyi nəlayiq ifadələr barədə, bir az üstüörtülü. Çünki Səlcuq Dəmirin bu hərəkətləri “Bir millət, iki dövlət” prinsipinə yaraşmaz. Səlcuq Dəmir onun barəsində yazdığımız ötən yazını oxuyaraq sanki havalanıb və iclasda üzünü içşilərə tutaraq deyib ki, sizlər satqınsınız, kimlərləsə gizli əlaqəyə girərək bu məlumatları sizlər çatdırmısınız... Səlcuq Dəmirə başa salan yoxdur ki, sən gəlib ölkəmizdə şəbəkə yarada bilərsən, biz öz vətəndaşlarımızla əlaqə qura bilmərik..? Bəli, informasiyalar bankdan daxil olub. Bütün bunları şəxsi müstəviyə yazmaq olardı.
Amma... Əmması odur ki, Səlcuq Dəmirin iclaslarda dediyi bəzi ifadələr iki qardaş xalqın münasibətlərinə kölgə salır. Bəli, Səlcuq Dəmir iclasda hamının qarşısında deyir ki, 44 günlük Qarabağ müharibəsini siz azərilər deyil, biz türklər udmuşuq.
Bu Dəmir-dümürə başa salan yoxdur ki, Qarabağ savaşını sənin kimi "dəmirbaşlar" deyil, Dəmir Yumruğun rəhbərliyi altında Azərbaycan oğulları udub. İkincisi, biz azərbaycanlıların qardaş ölkənin Qurtuluş Savaşındakı rolunu niyə yada salmırsan, ay mən deyən..?
Səlcuq o boyda kollektivin qarşısında deyir ki, siz azərilər nankorsunuz... Biz problemin ciddiliyini nəzərə alaraq qardaş Türkiyənin ölkəmizdəki səfirinə və Türk media mənsublarına müraciət edirik ki, Səlcuq Dəmir kimilər iki qardaş xalqın 1000 illik münasibətinə böyük zərbə vururlar. Və belələrinin nankor fəaliyyətini Türk mediası da nəzarətdə saxlamalıdır. Səlcuq Dəmirin içkili vəziyyətdə xalqımızın ünvanına dediyi təhqiramiz fikirlərə cavab olaraq iclasda oturan qeyrətli soydaşlarımız Səlcuqun cavabını veriblər.
Bu adam türk millətindən, müsəlman dinindən olmasına baxmayaraq Bakıda özünü insana yaraşmayan tərzdə aparır, az qala işçilərini istismar edir.
Sözün qısası, Səlcuq Dəmirin Azərbaycanda fəaliyyət göstərməyə, vəzifə tutmağa heç bir mənəvi haqqı yoxdur.
P.S. Deyirlər, Səlcuk Dəmirə yararlanmaq üçün Vasif adlı işçi deyib ki, mənim "Qorotdeldə" qohumum işləyir, gedək saytdan ora şikayət edək, lazım gəlsə üzünə duraq, şərləyək. Amma Səlcuk Dəmir qeyrətli oğlanlardan birinə də hücum çəkmək istəyib ki, sən niyə dinmirsən, susursan. O, isə cavabında bildirib ki, belə məsələlər zorakılıqla yox, məhkəmə yolu ilə həll olur. Sən özünə arxayınmısan ki, bəzi adamlar sənin üzünə durmayacaqlar. Biz isə öz növbəmizdə dəmirdi, daşdı, armaturdu, nədisə onlara çatdırmaq istəyirəm ki, bizə nankor deyənin, nankor onun sülaləsidir. Sülaləsinin qeyrətini çəkə bilən birisi, başqası haqqında ağzına gələni yeməz... //gundelik-baku.com//
 
Ardını oxu...
 
 

Bir neçə gün əvvəl “Bakıda məşhur restoranda şok hadisə” başlıqlı məqalə təqdim etmişdi.

 

Söhbət “Sapfir” adlı həmin məşhur restoranda müştərinin necə aldadılaraq pullarının mənimsənilməsindən gedirdi. Xəbər verdiyimiz kimi, adı çəkilən məkanda sifariş edilən menyudan əlavə yeməklər masaya düzülübmüş ki, sonda ağlasığılmaz hesab müştərini şoka salıb. Müştərinin buna aydınlıq gətirililməsi tələbi yerinə yetirilməmiş, əksinə, onu səhərə kimi girov saxlayaraq, borcunu tam ödəməyincə buraxmayıblar.

Bu dəfə həmin şikayətçinin redaksiyamıza göndərdiyi ərizəsini və apardığımız araşdırma nəticəsində əldə etdiyimiz məlumatları oxucularımızla bölüşmək qərarına gəldik. Beləliklə, Bakı şəhər sakini 04.10.2022-ci il tarixli ərizədə bildirir ki, sentyabrın 29-da axşam sözügedən restoranda özünə ad günü keçirib. Məhz həmin restoranı seçməsində, restoran müdiri Əliyarın təkidinin rolu olub:

“Öncədən danışılmışdı ki, hesab ad gününün səhərisi ödəniləcək, yəni, Əliyar bəylə belə razılaşmışdıq. O isə buna cavab olaraq dedi ki, heç bir problem yoxdur, əlavə endirimlər də edəcəyik. Buna baxmayaraq, ad günü məclisi bitdikdən sonra Əliyar bütün darvazaları bağlatdırıb məni girov saxlatdırdı. Öz telefonunu söndürüb, zənglərimi iqnor edib, yalnız personal üzvlərinə cavab verirdi. Dəfələrlə girov kimi yüksək dəyərli zinət əşyaları təklif etsək də, razılaşmadılar. Səhərə kimi maşınımın içində, uyğunsuz şəraitdə gecələməli oldum. Bunlar azmış kimi, üstümə mühafizəçilər göndərilib, təzyiq olunub. Səhər açılan kimi pulu tapıb ödədim, darvazalar açıldı. Halım o qədər pis idi ki, həmin gecə səhərədək Allaha dua etmişəm, o insanın cəzasını versin”.

Vətəndaş X.Hüseynova əlavə olaraq bildirib ki, Əliyarın və onun işçilərinin zorakı hərəkətindən (onu girov saxlamaqlarından, faktiki olara qhəbs etmələrindən) Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq şikayət edib. Amma Əliyar qabaqdangəlmişlik edərək, 24-cü Polis Şöbəsinə X.Hüseynovadan şikayət edib. Necə deyərlər, “qara məni basınca, qoy qaranı mən basım” prinsipi ilə hərəkət edib. X.Hüseynova polisdən ona zəng gələndə əvvəlcə elə bilib ki, dəvət edib “102”-yə verdiyi məlumatın təfərrüatı ilə bağlı izahat yazdıracaqlar. Əksinə, 24-cü PŞ-dən ona zəng vuran polis əməkdaşı Əliyarın ondan şikayət etdiyini deyiblər.

Bird aha xatırladaq ki, adı çəkilən restoranın “Sədərək Yusif” kimi tanınan, eyni adlı Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyliyə məxsus olduğunu dəqiqləşdirmişik. Yusif bəyə arxalanan Əliyardan soruşan lazımdır ki, əgər dövlətin qanununa belə hörmət edirsənsə, pul mübahisəsini hüquq müstəvisində həll etmək istəyirdinsə, niyə şəxsiyyət əleyhinə cinayət törədib vətəndaşı azadlıqdan məhrum edirdin?

Qeyd edək ki, AR Cinayət Məcəlləsinin 145-ci maddəsinə əsasən, (Qanunsuz azadlıqdan məhrum etmə), adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə şəxsiyyət əleyhinə cinayət sayılır və iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər (145.2.4) bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.(Aktualxeber.az)

 

XalqXeber.Az
Ardını oxu...
Keçən həftə Astarada rayon icra hakimiyyəti başçısı yanında müşavirə keçirilib. DİA.AZ bildirir ki, bu barədə rəsmi yayılan məlumata görə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri ilə müşavirə keçirib:

"Müşavirədə “Rayonda payız-qış mövsümünə hazırlığın vəziyyəti” və “Erkən nikahların qarşısının alınması və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması” məsələləri müzakirə edilib. Hər iki məsələ ilə əlaqədar arayışlar dinlənilmiş, mövcud problemlər və çatışmazlıqlar qeyd edilib.

İcra başçısı hər iki məsələnin aktuallığını bir daha vurğulayaraq bildirilib ki, məruzə və müzakirələrdən göründüyü kimi, bu istiqamətdə rayonda xeyli işlər görülmüş, lakin görüləsi işlərimiz də vardır. Aşkar olunan nöqsanların qısa zamanda aradan qaldırılmasından ötrü aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verən icra başçısı gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün hamılıqla bütün qüvvələrin səfərbər edilməsinin vacibliyini diqqətə çatdırıb".

Bu, müşavirənin rəsmən elan olunan tərəfi. Bununla bağlı DİA.AZ-a rayondan daxil olan informasiyada isə qeyd olunur ki, sözügedən müşavirədə icra başçısı Qəzənfər Ağayev yerli məmurları uşaq kimi qabağına qoyaraq əməlli-başlı danlayıb.

Mənbə iddia edir ki, hətta icra başçısı yerli məmurlara: "Sizi mən qoruyuram, bir gün əlimi çəksəm, hamınız türmədə olarsınız" deyərək uyarıb da.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləmıəyə hazırıq..."
 
Ardını oxu...
Azərbaycanda məmur özbaşınalığı korrupsiya və rüşvətxorluq niyə azalmır?

“Goranboyun Niizami kənd bələdiyyəsi vətəndaşdan almış olduğu rüşvəti müqabilində nə torpaq sahəsini verir nə də ki, almış olduğu pulu geri qaytarıır”.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon Nizami kənd sakini Əsgərova Sərəngiz Bakir qızı tərəfindən şok video-şikayət daxil olub.
Belə ki, 2015-ci il tarixdə şikayətçinin atası Babayev Bəkir Cəlal oğlu qızına bildirmişdir ki, Nizami kənd Bələdiyyə sədri Məzahir Babayevlə danışmışam sizə bələdiyyənin sosial prespektiva fondundan torpaq alıb verəcəm. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan torpaqlar olduğundan şikayətçidə atasına inaraq onun vasitəsi ilə 600 manat pulu bələdiyyə sədrinə verilmişdur.Şikayətçidə inam yaradılmışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər.Nəticədə şikayətçi xanıma sözügedən ərazidən 0.8 ha torpaq sahəsi də ölüçlərək verilmişdir.
2015-ci ildən bu günə kimi Nizami kəndində hər kəs bilirr ki, sözügedən ərazi şikayətçi Əsgərova Sərəngiz Bakir qızına məxsusdur.Şikayətçi son aylarda sözügedən ərazidə bələdiyyənin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqda ev tikərkən yeni bələdiyyə sədri buna imkan verməyib.Və bildirib ki, mübahisə predmeti olan torpaq sahsi örüş ,otlaq sahəsinə aid olduğundan tikintiyə icazə verilməsi qanunla qadağan edilir.
Sonda şikayətçi mətbuat vasitəsi ilə Prokurorluq orqanlarından bu “dələduzluq” faktının araşdırılmasını xahiş edir.
Redakiya olaraq inanırıq ki, yaranmış olan bu fors-major vəziyyətlə bağlı prokurorluq vətəndaşın səsləndirdiyi ittihamı araşdırıb qanunamüvafiq olaraq ölçü götürəcəkdir.
Şikyətçinin video-şikayətini təqdim edirik:

 
Ardını oxu...
DogruXeber.az: - Qarabağ Regional Təhsil İdarəsinin rəhbəri Gündüz Əbdilovun fəaliyyəti ilə bağlı iddialar səslənməkdədir.

Bildirilir ki, işinin öhdəsindən gələ bilməyən təhsil şefi varis planı qurmaqdadır. Verilən xəbərə görə, G. Əbdilov öz yerinə Dəyanət Fərzəliyevi hazırlayır. Fərzəliyevi özü ilə gətirmiş idarə rəisi indi taxt-tacını ona ötürməyi planlaşdırır.

Məlumatda deyilir ki, Gündüz Əbdilov Qarabağ Regional Təhsil İdarəsinin müdiri təyin olunandan sonra özünü doğrultmadı. Belə ki, təcrübəli kadrlara deyil, öz tanışlarına üstünlük verməyə başladı. Əsasən də tələbə yoldaşlarını başına toplayaraq qurumu idarə etmək həvəsinə düşdü. Onların arasında təqaüdə çıxmış hərbçilər belə var, amma Əbdilov faktiki qaziləri kənarda qoyub.

Ardını oxu...

Gündüz Əbdilov

İddialara görə, özünün təhsil idarəçiliyində təcrübəsi olmadığı üçün ətrafına dostları yığaraq iş “görməyə” çalışır. Misal üçün, Ağdam şəhərində rüşvətlə direktorlar təyin edir,

Qarabağda kadr təyinatlarını düzgün aparmır, Dəyanət Fərzəliyevi də peşə məktəbindən inzibati idarə şöbəyə müdir gətirdikdən sonra hər şey bərbad şəklini alıb.

Bundan başqa, pensiyada olan tələbə yoldaşlarını işə götürən idarə rəisi gənc qaziləri hərbi hazırlıq müəllimi kimi də işə götürmür.

Məlumata görə, Ağdamda 68 nömrəli tam orta məktəbdə əməkdar müəllimi direktorluqdan çıxarıb yerinə icra başçısının həyat yoldaşını təyin edib. İddialara görə, onun diplomu saxtadır. Amma araşdırılmasına ehtiyac var.

Ardını oxu...

Dəyanət Fərzəliyev

Eyni zamanda, Təhsil Nazirliyinin 28 iyul 467 nömrəli əmrində qeyd olunub ki, müəllimlərin çalışma həddi 65 yaş olubsa, diaqnostik qiymətləndirmədən 70 % yığan müəllimlərlə müqavilə bağlanmalıdır .

Ancaq Gündüz Əbdilov az bal toplayan dostlarının müqaviləsini uzadır, başqalarına çatanda haqsızlıq edir. Bəli, Qarabağ azaddır, indi təhsil idarəsi də fəaliyyət göstərir, amma məmurların əməllərindən azad deyil. Bax, bunu dəyişmək zamanıdır. Təhsil Nazirliyinin bu məsələlərə diqqət ayıracağını gözləyirik.//azerbaycanrealligi

Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Şöbəsində rəsmən özbaşılnalıqdır. DİA.AZ bildirir ki, bu, aşağıda təqdim edəcəyimiz faktdan da aşkar şəkildə görünür.

Gəncə şəhər sakini Musayeva Aygül bildirir ki, qanunsuz olaraq Dövlət Sosial Müdafiə Fondunun Gəncə Şəhər Şöbəsi tərəfindən işdən çıxarılıb. DİA.AZ xəbər verir ki, Fondun rəhbəri ona könüllü olaraq ərizə yazıb işdən çıxmalı olduğunu bildirib.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
 
 

Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub.
Teref.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2016-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, “Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
Ardını oxu...
 
 
 

Ardını oxu...
DİA.AZ: - Keçən günlərdə Sevin Əhmədova adlı şikayətçinin təhsil aldığı ali məktəb barəsində gileyini təqdim etmişdik:

UNEC tələbəsi məsuliyyətsizliyin qurbanına çevrilib... - "Qırmızı diplomdan məhrum olunuram..."

DİA.AZ bildirir ki, sözügedən şikayətçi hələ də probleminin qaldığını, vəziyyətinin isə daha da gərginləşdiyini qeyd edir:

Ardını oxu...

"Keçən gün paylaşmışdım, İqtisad universitetinin magistratura pilləsini bitirmişəm və 58 E balımı 81 B etməklə müəllim izahat yazmışdı. Rektor Ədalət Muradovun 3 gün öncə 08.10.2022-ci il tarixi üçün qəbuluna yazılmışdım və köməkçisi qeydiyyata alaraq öncədən bildirdi ki qəbula gəlmək üçün zəng edib xəbər bildirəcək. Elə həmin gün öncə İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səmayə xanım mənlə əlaqə saxlayaraq məsələnin araşdırıldığını bildirdi. Mənə zəngində elektron müraciətimdə icraçı Fariz müəllimin olduğunu qeyd etmişdi. 26.07.2022-ci il tarixində qaynarxett@unec.edu.az , rector@unec.edu.az , unec@unec.edu.az ünvanlarına müraciət etmişəm və heç bir cavab gəlməyib. Daha sonra 16.08.2022-ci il tarixində yenidən qeyd etdiyim elektron ünvanlara təkrar müraciət etmişəm və öncəki kimi heç bir cavab verilməmişdir. Hətta facebook səhifəsində belə müraciətlərim oxunulmuş və cavablandırılmamışdır. 05.10.2022-ci il tarixində dos., i.f.d. Hüseynli Aytən Təyyar qızı mənə zəng edərək, özü də daxil olmaqla, i.e.d., professor Kəlbiyev Yaşar Atakişi oğlunun, Hüseynov Rəşad Aktiv oğlunun və mənim iştirakımla məsələni aydınlaşdırmağa universitetə (4-cü korpus, Semaşka) dəvət etmişdi, saat 19:30 üçün. Deyilən saatda deyilən yerdə oldum və heç kəs yox idi. Saat 8-də Aytən xanım və Yaşar müəllimin iştirakı ilə məsələni “aydınlaşdırmağa” çalışdıq. Elmi rəhbərim olan Hüseynov Rəşad müəllim isə gəlməmişdi. Bu məsələdə Yaşar müəllim mənə bildirdi ki, hər şeyi öz üzərimə götürürəm. Hara gedirsən get şikayət elə. Məni, məsələni aydınlaşdırmağa yox, təhdidə çağırmışdılar belə düşdüm. Bu gun səhər tezdənnən İqtisad universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri xanım Elnarə Məmmədova mənlə əlaqə saxlayaraq mənim müraciətimin cavablandırıldığını bildirmişdi. Elektron müraciət etmişəm lakin HEÇ BİR CAVAB gəlməyib ama universitet Elektron müraciətin icrasına “cavab verildi” qeyd edib. Hanı o cavab? Mən RƏSMİ olaraq heç bir cavab almamışam. Və müraciətimin vaxtından 2 ay 10 gündən artıq vaxt keçir. Saat 16:00 olardı Elnarə xanım yenidən mənlə əlaqə saxlayaraq REKTORUN QƏBULUNDAN ADIMIN SİLİNDİYİNİ QEYD ETDİ. Halbuki Rektorun köməkçisi Amil bəy mənim 6-cı gün qəbulda olacağımı bildirmişdi. ADIM NİYƏ SİLİNİB AXI? Amil bəy isə öz növbəsində məni növbəti ayın görüşünə adımı yazılmağını təklif etdi. NİYƏ AXI BU QƏDƏR UZADILIR? KİMLƏRDİ ƏNGƏL OLAN?? Saat 17:00 radələrində isə i.e.n., dos. İsayev Söhrab Zülfüqar oğlu mənə zəng edərək, Rəşad müəllim və i.f.d. Hümbətova Suqra İnqilab qızı ilə əlaqə saxladığını bildirərək onların izahatdan xəbərləri olmadığını bildirmişdir. Bu gün 19:30 radələrində universitetə gedərək Suqra xanımında iştirakı ilə Söhrab müəllimin yanında oldum. Və gözümün içinə baxa-baxa Suqra xanım izahatın olmadığını bildirdi və heçnə görməmişəm dedi. Budur düzgünlük? İzahatı yazdıran şəxs izahatın olmadığını deyir. Suqra xanım öz növbəsində adını bir daha paylaşarsam məni məhkəməyə verəcək deyə bildirdi. Universitetdi yoxsa təhdid məkanı?"

Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..
Ardını oxu...
 
 


“Bacımı içəridə yatağa bağlayıblar ki, birdən buradakı vəziyyətə dözməyib, evə gedər”.

 

Xalqxeber.az yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri xəstə bacısının yerləşdirildiyi Respublika Klinik Xəstəxanasında üzləşdiyi xoşagəlməz mənzərələrə və ümumilikdə səhiyyə sisteminin fəaliyyətinə etiraz edən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, indiki şəraitdə xəstə yaxınlarının müalicə və müayinə üçün kifayət qədər xərci çıxsa da, səhiyyə sisteminin düzgün idarə edilməməsi xəstələrin sağalmasına və düzgün diaqnoz qoyulmasına əngəllər törədir:

“Bacımın vəziyyəti ağırdır. Dünən gördüm. Neçə vaxtdır, halını yanına gedənlərdən soruşurdum. Dünən ürək etdim, həm də içimdə bir bağın dartıldığını hiss etdim. Hələ Respublika Klinik Xəstəxanasına yerləşdiriləndə yanına getdim, amma reanimasiyada olduğu üçün görə bilmədim. Xəstəxanaya yox, elə bil tövləyə gəlmişdim. Dedilər, bacımı içəridə yatağa bağlayıblar ki, birdən buradakı vəziyyətə dözməyib, evə gedər. Bir müddət xəstəxananın dəhlizində gözlədim, yanımda iki nəfərin cansız bədənini apardılar. Qohumların hönkürtüsü adamın ürəyini parça-parça edirdi”.

Ş.Xuduoğlu bacısının elə o gecə özəl xəstəxanaya köçürüldüyünü, təmizlik və xidmətin yüksək olmasına baxmayaraq ödənişlərin büdcələrini aşdığını qeyd edib:

“Analizlər, diaqnozlar, dərmanlar, həkimlər: pul sel kimi gedir. Bacımı oradan çıxardır. İndi evdə gündəlik heç də az xərci olmayan həkim nəzarətindədir. Həm də məlum oldu ki, xəstəxanalarda bacımın xəstəliyinin nədən ibarət olduğu dəqiq müəyyənləşməyibmiş. Orada bir müalicə, burda tamam başqa müalicə…”

“Milyonlar ayrılsa da, təhsili kimi səhiyyəsi də mənzillərə köçüb. Xəstəxanalar isə sadəcə pul silmək üçündür”, – deyə Şahbaz Xuduoğlu vurğulayıb.

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti