Ardını oxu...
Şahməmmədova Mətanət Balaş qızı “Buta Estetik Klinikası”nda etdirdiyi əməliyyat nəticəsində külli miqdarda dəymiş zərər və ziyanla bağlı Nərimanov rayon Polis idarəsinə müraciət edilməsi ilə bağlı məlumat vermişdir. Məlumatda həmçinin qeyd edilir ki, əməliyyatı həyata keçirən həkim Cəmil Bədəlov Rəşid oğlunun Estetik əməliyyatlarda iştirak etməsinə heç cür aldığı təhsil imkan vermir.

"DogruXeber.az" “Soztv.az”a istinadən xəbər verir ki, aparılan jurnalist araşdırması zamanı “Buta Estetik Klinikası”nın baş həkimin müavini Namiq İbrahimov aparılan danışıqlar zamanı rəsmi diplomun olmaması və qanunsuz cərahi əməliyyatlara izin verilməsi ortaya çıxıb. “Soztv.az”-ın Baş Redaktoru Nazim Cəmiloğlunun şəxsən özünün apardığı araşdırmadan müəyyən edilən faktlara heç bir möhtəbər cavab təqdim edə bilməyən müavin Namiq İbrahimov şifahi olaraq Cəmil Bədəlovun əməliyyat keçirməsinə Moskvadan icazənin olduğunu bildirməsi ilə kifayətlənmişdir. Lakin N.İbrahimov unudur ki artıq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi var. Azərbaycanda fəaliyyət göstərilməsinə Moskva deyil, Azərbaycan dövlət orqanları razılıq verir. Müavinin təvəkülündə hələdə Azərbaycan Rusiyyanın müstəmləkəsi kimi qaldığından Moskva dedi bitdi kimi düşüncə hökümranlıq edir. Saxta yollarla arayış təqdim edən klinika rəsmi diplom olmadan cərrahi əməliyyat keçirməsinə dair rəsmi sənədləri Səhiyyə Nazirliyinin təsdiqindən sonar fəaliyyətinə izin verilməlidir. Amma görünən odur ki, “Buta Estetik Klinikası” Diplomsuz və rəsmi icazəsi olmayan Cəmil Bədəlovun “Buta Estetik Klinikası”nda fəaliyyətinə izin verməsi, 2 saata yaxın müddətə başqa xəstə çağırışına gedərək Mətanət Şahməmmədovanı əməliyyat masasında qoyan bir həkimin fəaliyyətinə razı olan rəhbər şəxslər qanunları tanımır desək yanılmarıq. Əgər vətəndaş şikayətçi olduğu halda bir klinika həkimin fəaliyyətinin araşdırılmasına rəvac vermirse bu şəxsi maraqları insan sağlamlığından yüksək tutmağın göstəricisi olaraq qəbul edilmədir. Yanlış gedən nədir? Bu klinikada nələr baş verir…? Bu kimi suallarımıza cavab tapmaq üçün vətəndaş müraciətini tam şəkildə araşdırmaq qərarındayıq.
Ardını oxu...
Samux rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovanın daha bir əməlinin üstü açılıb.

32gun.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, N.Həsənova hələ Samux rayon Təhsil Şöbəsinin müdiri olarkən “ölü canlar” metodundan istifadə edib.

Redaksiyaya daxil olan məlumatda iddia olunur ki, sabiq şöbə müdirinin “ölü canlar”ından biri də İsmayılova Məsmə Arzuman qızı adlı şəxsdir.

Sözügedən qadının adı son 4 il Samux rayon Təhsil Şöbəsində xadimə kimi göstərilib. Lakin həmin qadın 2 ildən çoxdur ki, ölkə xaricindədir, Fransada yaşayır.

Məsələnin üstü açıldıqda isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən 1 iyul 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Saytımıza verilən məlumatda bildirilir ki, Məsmə İsmayılova xaricdə yaşadığı halda onun adına olan müqavilələr saxta yolla keçmiş Samux rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən Nurlana Həsənovanın göstərişi ilə hazırlanıb, imzalanıb.

İddiaya görə, həmin qadının adına olan əmək haqqı kartı da məhz Nurlana Həsənovada olub.

Xatırladaq ki, bir müddət öncə indiki Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində sektor müdiri kimi çalışan Nurlana Həsənovaya məxsus qoyun-quzular Habil Məmmədov adına Qaraağaclı tam orta məktəbin həyətində otarılması barədə məluma vermişdik.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sahibkar Ülvi Əliyev “Bakı Ağ Şəhər Ofis Binası” MMC tərəfindən külli miqdarda ziyana məruz qaldığını iddia edir. Onun sözlərinə görə, şirkətlə iaşə obyekti ilə əlaqədar bağladığı icarə müqaviləsinin şərtlərinə əməl olunmayıb. Nəticədə sahibkarın restorana yatırdığı 320 min manatlıq investisiya batıb.

TEREF.AZ-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Ü.Əliyev bildirib ki, 2018-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə Nobel prospektində yerləşən 422 kv metrlik restoran üçün illik 75 960 manatdan icarə müqaviləsi bağlayıb: “Müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minməklə 31 avqust 2028-ci ilədək müəyyən edildi. Restoranın işlək vəziyyətinə gətirilməsi üçün, ümumilikdə 319 112 manat xərc çəkmişəm. Həmin xərcə restorana mənim tərəfimdən alınan avadanlıqlar daxildir. 2020-ci ilin martından etibarən dünyada baş verən COVID-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar, restoranın da fəaliyyətini dayandırmaq məcburiyyətində oldum.

Pandemiya vaxtı onlayn fəaliyyətin davam etdirilməsi mümkün olmadı. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən icarə haqqının ödənilməsi tələb olundu. Pandemiya vaxtı bəzi aylarda icarə haqqını şəxsi vəsaitim hesabına ödəsəm də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqını tam şəkildə ödəyə bilməmişəm. Bundan sonra, mənə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranı qısa zaman ərzində boşaldaraq təhvil verməli olmağımla bağlı xəbərdarlıq məktubları göndərdilər. Mən icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcumun yarandığını, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən mənim restoranı təhvil verməyim üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduqlarını bildirirdim. Lakin, buna baxmayaraq restoranı təhvil verməyim üçün təhdidlər edərək hədə-qorxu gəlirdilər”.

Şikayətçi deyir ki, 20 dekabr 2021-ci ildə restorana gələndə MMC rəhbərliyi tərəfindən restoranın qapılarının bağlandığını görüb: “Bundan sonra onlarla əlaqə saxladığımda mənə və işçilərmə restorana girməyin qadağan olunduğunu, onlara olan icarə haqqı borcunu ödədikdən sonra restoranda mənə məxsus olan avadanlıqları mənə təhvil verəcəklərini bildirdilər. Bu günədək dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə qarşı qanunsuz əməllərinə davam edirlər. Artıq mənə məxsus olan avadanlıqların hamısı yararsız vəziyyətə düşüb. Böyük çətinliklə 319 112 manat xərc əsasında yaratdığım restoranın qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salaraq mənə külli miqdarda zərər vurmaqla yanaşı, orada işləyənlər də işsiz qoyulub. Restoran bağlanarkən təxminən 8000 manat həcmində ərzaq məhsullarını belə dəfələrlə xəbərdarlıq etsəm də, mənə təhvil verməkdən imtina edirlər”.

Ülvi Əliyev bildirir ki, o, “Baku Food” MMC-nin rəhbəri olaraq bu işdən 327 112 manat ziyan görüb. Sahibkar məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə də müraciət edib. “Bakı Ağ Şəhər Ofis Binası” MMC də məhkəmədə qarşılıqlı iddia qaldıraraq Ü.Əliyevdən ödənilməmiş ayların icarə haqqını istəyir.

Məsələ ilə bağlı “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Eyni zamanda sorğumuza cavab ala bilmədik.

Hazırda iş məhkəmə araşdırması mərhələsindədir.
 
Ardını oxu...
Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdəki dəmir yolları “Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsləri tərəfindən sökülərək relslər və digər metal materillar satılıb. Bu barədə PİA.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 34 illik əmək fəaliyyəti olan, I Qarabağ müharibəsi iştirakçısı, İnfrastruktur Departamentində 9 saylı Mincivan Yol Sahəsinin 3 nömrəli Horadiz məntəqəsinin keçmiş yol ustası Bayraməli Mirzəyev tərəfindən məlumat verilib.

Ardını oxu...

Qeyd edək ki, Bayraməli Mirzəyev bu talanda iştirak etmək istəmədiyinə görə, 9 saylı Mincivan Yol Sahəsinin rəisi Teymur Yusifov tərəfindən şərlənərək işdən azad olunub. Məhkəməyə şikayətindən sonra işinə bərpa edilən Bayraməli Mirzəyev yenidən Teymur Yusifovun qanunsuz tələbləri ilə üzləşib və bununla bağlı rəhbərliyə məlumat verib. Maraqlıdır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Xidmət rəisi Xəlil Alışov Teymur Yusifovun işğaldan azad olunan ərazilərdə dəmir yolu relslərini doğrayaraq satması ilə bağlı sübutlarla təmin olunmuş məlumatı aldıqdan sonra Teymur Yusifova qarşı heç bir tədbir görməyib, əksinə qısa müddətdə Bayraməli Mirzəyev bir daha şərlənərək işdən azad olunub.

Bayraməli Mirzəyev redaksiyamıza bildirib ki, hazırda Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində olan neytral zonada qalan dəmir yol relsləri doğranaraq “Kamaz”larla naməlum istiqamətə daşınıb və bu işlər birbaşa “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Xidmət rəisi Xəlil Alışovun tapşırığına əsasən 9 saylı Mincivan Yol Sahəsinin rəisi Teymur Yusifov tərəfindən həyata keçirilib.

Aşağıda sizə təqdim etdiyimiz şəkillər 8 oktyabr 2021-ci ildə Cocuq Mərcanlıda çəkilib. Şəkildə gördüyünüz maşın Teymur Yusifovun xidməti maşınıdır və sağdakı şəxsdə odur. Ondan bir qədər kənarda isə dəmir yolu relsləri doğranaraq maşına yüklənir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Həmin relslərin yararlı olduğunu qeyd edən Bayraməli Mirzəyev qeyd edib ki, doğranan relslər Xəlil Alışovun və Teymur Yusifovun bildikləri ünvanlara daşınıb. Relsləri söküb doğrayan fəhlələrin isə pulları belə verilməyib.

Ardını oxu...
Relslər ərazidən daşınırkən maşınlar Cəbrayıl polisi tərəfində saxlanılb. Polisə Teymur Yusifovun imzası ilə saxta sənəd təqdim olunub, lakin Cəbrayıl polisi həmin sənədi qəbul etməkdən imtina edib və bildirilib ki, dəmir yolu relslərinin doğranaraq ərazidən çıxarılması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinin imzalayıb möhürlədiyi sənəd olmalıdır. Daha sonra əraziyə dəmir yolu polsi gəlib və nə baş veribsə, bundan sonra baş verib. Çünki dəmir yolu polisi gələndən sonra doğranmış relslə dolu maşın sərbəst buraxılıb.

Bundan başqa Bayraməli Mirzəyev bildirib ki, Teymur Yusifov davamlı olaraq saxta sənədlər tərtib edir. Tərtib olunan saxta sənədlərdən birini də redaksiyamıza təqdim edib.

Ardını oxu...
Şəkildə gördüyünüz akt 2019-cu ildə Bayraməli Mirzəyevin birinci dəfə işdən çıxarıldığı zaman tərtib olunub və Horadiz məntəqəsini əhatə edən yollarda aşkar olunan çatışmamazlıqla əlaqədardır. Aktda göstərilir ki, həmin yollarda R50 tipli relslər olub. Halbuki həmin yollarda R43 tipli relslər olub və bir ildən sonra yolların bərpası üçün relslər söküləndə də R43 olaraq rəsmiləşdirilib. Teymur Yusifovun Bayraməli Mirzəyevi birinci dəfə işdən çıxararkən dəyən ziyanı daha çox göstərmək məqsədi ilə edib. Halbuki köhnə yolların talanı ilə Teymur Yusifovun özü məşğul olub.

Qeyd edək ki, bu mövzu ilə bağlı birinci yazımızda Bayraməli Mirzəyevin iddiaları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu yollamışdıq. Bizə bildirilmişdi ki, məsələni araşdırıb məlumat verəcəklər. Aradan iki həftədən artıq vaxt keçməsinə baxmayaraq hələ də cavab ala bilməmişik. Odur ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən xahiş edirik ki, bizim sorğumuzu cavablandırıkən Bayraməli Mirzəyevin bu iddialarına da də aydınlıq gətirsinlər.
 
Ardını oxu...
 

"Yardımlı rayonundan yazırıq... Yardımlı rayonunda nə vaxt əməliyyat keçiriləcək..." Bu barədə DİA.AZ-a Yardımlıdan daxil olan müraciətdə deyilir.

Sakinlər adından yazılan müraciətdə qeyd olunur: "Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov və müavini Mahir Mirzəyev Yardımlı rayonunda çox "abadlıq işləri" görüblər. Biri Mahir Mirzəyev... 3 mərtəbəli villa tikdirib özünə... Ayaz Əsgərov da Yardımlı rayon İcra Hakimiyyətinin yeni inzibati binasının yanında özünə gözəl bir villa tikdirib...

Belə çıxır ki Yardımlı xalqı bilmir abadlıq işşləri nədir... Tenderlərdən ayrılan pular "abadlıq" adı altında Mahir Mizəyevin və Ayaz Əsgərovun özləri üçün nəzərdə tululmuş büdcə vəsaitiymiş....

Hörmətli Maliyyə Nazirliyinə müraciət edirik: Bundan sonra Yardımlı rayonuna abadlıq üçün pul ayıranda xüsusi maddədə qeyd edin ki, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı Ayaz Əsgərova və müavini Mahir Mirzəyevə bu pullar halaldır..."

"Yardımlı bu acgöz məmurların əlində qalıb..." deyən müraciət müəllifləri ölkə rəhbərliyindən kömək istəyir, Yardımlıda xüsusi araşdırmanın aparılmasının vacib olduğunu diqqətə çatdırırlar.

Daha sonra müraciət müəllifləri ağır ittihamlar səsləndirirlər ki, bütün bunlarla bağlı xüsusi araşdırmaya və dəqiqləşdirmələrə ehtiyac var.

DİA.AZ olaraq iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəf susmağa üstünlük verdi.

DAVAMI VAR...

Növbəti yazımızda səslənən ittihamlara aydınlıq gətirməyə çalışacağıq... Bizi izləməkdə davam edin...

DİA.AZ

 

XalqXeber.Az
Ardını oxu...
“Oğlum Abdullayev Nurlan Rasim oğlu 2016-cı ildə baş verən aprel döyüşlərinin iştirakçısı olub və Talışkənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Mən özüm də 1-ci Qarabağ müharibəsininin iştirakçısı və müharibə veteranıyam. Ölkə başçısı hər zaman öz çıxışlarında məmurlara xəbardarlıq edir ki, şəhid ailələri, onların yaxınları və övladlarını incitməyin, onlara xüsusi diqqət göstərin və problemləri ilə yaxından maraqlanmağa çalışın. Ancaq təəssüf ki, bir şəhid ailəsi olaraq, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadədən bu xususi diqqət və qayğını görə bilmirik”.

Bunu “AzPolitika.info”-ya müraciətində Zərdab rayon Böyük Dəkkə kənd sakini Şəhid atası Abdullayev Rasim Tapdıq oğlu bildirib.
Ardını oxu...
Şəhid atası dövlət qurumlarının məsələyə etinasız yanaşmalarından şikayətlənir: “Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırıldı. Buna görə də işlə təmin olunmaq üçün, həyat yoldaşımla birlikdə Məşğulluq Mərkəzində qeydiyata alındıq. Burada bizə “tez bir zamanda işlə təmin olunacaqsınız” deyilsə də, bir ildən çoxdur ki, heç bir işlə təmin olunmamışıq”.

Şikayətçi bu problemlə bağlı İcra Hakimiyyətinə yollandığını və orada xoş olmayan münasibətlə qarşılaşdığını bidirir: “İşlə təmin olunmadığım üçün, qaynım 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayevlə birlikdə Zərdab Rayon İH-də başçının müavini Pərvin Mahmudovanın qəbulunda olduq. Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Zinhar Bayramov söhbət əsnasında qaynımın “Bunun işinin adı nədir?” sualından bərk əsəbləşərək, bizi nalayiq ifadələrlərlə təhqir etməyə başladı. Üzərimizə hücum çəkərək, bizi döyməyə cəhd etsə də, Pərvin Mahmudova buna imkan vermədi və bizi itələyərək, otaqdan çıxardı. Beləcə təhqir olunaraq, İH-nin binasından qovulduq. Mən ilk növbədə bu hadisəni şəhid övladımın ruhunu qarşı edilən hörmətsizlik kimi qəbul edirəm”.

“Mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayaraq, mənim və yoldaşımın müvafiq işlə təmin olunmağımızda köməklik göstərilməsini həmçinin bizi təhqir etdirib, döydürtmək istəyən Zinhar Bayramov barəsində müvafiq tədbir görülməyini xahiş edirəm”,- şikayətçi bildirib.

Şikayətdə adları çəkilən şəxslərin də mövqeyini işıqıandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Ötən il küləyin vurub yerə saldığı elektrik naqillərinə ilişən qoyunlarımızı cərəyan vurub öldürdü. Uşaqlar məktəbə gedib-gələndə bəzən elektrik naqillərinin üzərindən hoppanıb keçirlər. Bizim həyətə dönən yolda da tez-tez naqillər qırılıb yerə düşür, qaranlıqda görmək mümkün olmur”.

Lerikin Soru kənd sakinləri Meydan TV-yə kəndi ağuşuna almış sosial problemlərdən danışıblar. Onların iddiasına görə, uzun illərdir ki, kənddəki işıq, yol, su kənddəki enerji paylayıcısı çoxdan ömrünü başa vursa da, təzəsiylə əvəz olunmur. Nəticədə, sakinlər kənd içində canlarını dişlərinə tutub gəzirlər.

Ardını oxu...
“Elektrik naqilləri yerlə sürünür”

Kənd sakini Şərif Nəsirli danışır:

“Transformator köhnədir, tez-tez partlayır, azca külək əsən kimi işıq dirəkləri çökür, çürük naqillər qırılıb yerə düşür. Yağışlı günlərdə bu, insan həyatı üçün daha təhlükəli olur. Yer yaş olduğundan naqillərin düşdüyü ərazinin yaxınlığından keçənləri cərəyan vurur”.

Sakin deyir, külək işıq dirəklərini aşıranda aidiyyəti qurumların işçiləri çağırışa gəlmədiklərinə görə özləri qaldırıb yerinə bərkidir, naqilləri də dirəklərə sarıyırlar:

“Axşam qırılır, düşür yerə, qaranlıqda telefonun fənərini tutub gəzirik, qorxuruq ki, tapdalayarıq, cərəyan vurar. Ən çox da uşaqlar üçün qorxuruq. Qaş qaralanda küçəyə buraxmırıq”.
Ardını oxu...
Təzə məktəbə köhnə yollarla…

Kəndiçi yollar da palçıqlıdır. Sakinlər pul toplayıb yolu təmir ediblər, ancaq bu işlər də yarımçıq qalıb:

“Şəhid ailəsinə verilən qanpulu da yolun təmirinə getdi. Ancaq dövlət özü bu işlə məşğul olmasa, kasıb kəndlinin qaldıracağı yük deyil bu… Hər gün uşaqlarımız bu yollarla məktəbə gedib-gəlməli olurlar”.

Məktəb demişkən, Soruda heç əməlli-başlı məktəb də yoxdur. Azyaşlılar köhnə, soyuq sinif otaqlarında təhsil alır.

Soruda qaz, su problemi də mövcuddur. Əsasən də yay aylarında kəndlilər nə suvarma, nə də içməli su tapırlar. Bir sözlə, 1500-dən çox əhalisi olan kənd problemlərin məngənəsində sıxılır.

Ardını oxu...
Şərif Nəsirli. Foto: Meydan TV

Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, oktyabrın əvvəli icra hakimiyyətinin başçısı Əkbər Abbasov Soru kəndində növbəti dəfə səyyar görüş keçirib, kəndlilərin problemlərini dinləyib, bu problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət olunub.

“Azərişıq” ASC-dən isə bildirilib ki, kəndin işıq problemiylə bağlı məlumatları var və problemləri yerində daha ətraflı öyrənmək üçün bir neçə günə kəndə nümayəndələr göndəriləcək.

Meydan TV
 
 
 
Ardını oxu...
Direktor kamera sistemini və qab-qacağı da özü ilə yeni iş yerinə aparıb
Bakıdakı məktəblərdə baş verən qalmaqallı hadisələrə daha biri əlavə olunub. Bu dəfə diqqət mərkəzinə düşən məktəb direktorudur. Ondan şikayətçi olanlar isə məktəbin müəllim kollektividir.

TEREF.AZ-ın məlumatına görə, Suraxanı rayonu 285 saylı tam orta məktəbin kollektivi Musavat.com-a müraciət edərək bildirib ki, məktəbin keçmiş direktoru Səfurə Rəhimova onları çətin vəziyyətdə qoyub.

Məlumata görə Səfurə Rəhimova direktor kimi 272 saylı məktəbə təyinat alandan sonra əvvəlki təhsil ocağının bir çox avadanlığını da özü ilə aparıb.

Ardını oxu...
“Müəllimlərdən məcburi şəkildə yığılan pullarla məktəbə kamera sistemi quraşdırmışdılar. 50 manat buna görə pul yığılmışdı. Amma başqa məktəbə təyinat alanda kamera sistemini də özü ilə aparıb. Səfurə Rəhimova gedərkən təkcə kamera sistemini yox, məktəbdə qonaqların qarşılanması üçün alınan qab-qacaq dəstələrini də özünü ilə aparıb”- deyə məktəb kollevtivi müraciətində yazır.

Ardını oxu...
Qeyd edək ki, hazırda məktəb kollektivini ən çox narahat edən məsələ məktəbin istilik sisteminin əsas avadanlıqlarının yoxa çıxmasıdır. Müəllimlər deyir ki, Səfurə Rəhimova həmin istilik sisteminin oğurlandığını deyir. Amma məktəb kollektivi buna inanmır.

Kollektiv iddia edir ki, Safurə Rəhimova bu məktəbdən apardığı avadanlıqları yeni iş yerində müəllimlərə sırıyacaq. Onlardan pul yığaraq, bu avadanlıqları və qab - qacağı rəhbəri olduğu məktəbdə "yerləşdirəcək".
Bütün bu məsələlərlə bağlı Səfurə Rəhimovaya məlumat verilib. Amma S.Rəhimova deyilənlərlə razılaşmır.

285 saylı tam orta məktəbin kollektivinin iddiaları ilə bağlı Səfurə Rəhimovadan münasibət öyrənmək mümkün olmadı.
 
 


 
Ardını oxu...
Şəmkir rayonunun Şiştəpə kəndi məişət tullantılarının içərisində itib-batır.

İş o yerə çatıb ki, kəndə yolu düşənlər zibilxanaya düşdüklərini hesab edirlər.

Kəndin hər küçəsində, hər döngəsində qalaq-qalaq zibil topaları var. Üstəlik problem dünənin, bu günün deyil, illərin problemidir.

"Məişət tullantıları daşınmır deyə, kimin əlinə nə keçir gətirib atır bura", -sakinlər narazılıq edirlər.

İctimai nəzarət yoxdur

Kənd diqqətdən o qədər kənarda qalıb ki, görən deyər, bu kəndin nə icra nümayəndəsi var, nə də bələdiyyəsi. Sakinlər bütün problemlərin ictimai nəzarətin olmamasından qaynaqlandığını hesab edirlər. Deyirlər ki, kifayət qədər problem var, lakin heç kim bu haqda danışmaq istəmir. İnsanlar tələb edərsə, aidiyyatı qurumlar da məsuliyyətlərini dərk edərlər.

Başlı-başına qalmış kənd zibil içində boğulur

Şiştəpə kəndində 6000-dən artıq sakin yaşayır. Zibilxanaya çevrilmiş kənddə ümumiyyətlə zibil konteyneri qoyulmayıb. Vaxtilə Şiştəpədə vəziyyət fərqli olub. Kəndin ərazisindən keçən çayın üzərində körpü tikilib. İndi kəndin ərazisində daha çox zibil atılan ərazi sözügedən çay yatağıdır.

Məsələ ilə bağlı Şiştəpə kənd bələdiyyəsinə üz tutduq. Rəsmi qurumdan bildirildi ki, problem tez bir zamanda həllini tapacaq.

TEREF.AZ mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:

 
 
 
Ardını oxu...
Tibbi xidmət göstərilməsindən imtina edən TƏBİB müraciətlərə də baxmır
Sağlamlığın qorunması hüququ Konstitusiyanın 41-ci maddəsi ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır . Ana Qanun hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququnu ; dövlətin müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görməsini , sanitar – epidemioloji sağlamlığa təminat verməsini, TİBBİ SIĞORTANIN müxtəlif növləri üçün imkanlar yaratmasını doğrulayır -təsbit edir. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslərin qanun əsasında məsuliyyətə cəlb edilməsi də Konstitusiyanın tələbidir. Bəs insanların sağlamlığının qorunmasına cavabdeh olan Səhiyyə Nazirliyi , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, tabeliyindəki TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) dövlətin Ana Qanununun tələbinə necə əməl edir?
Tam əminliklə demək olar ki, ölkədə insan sağlamlığının qorunması alver – bazar predmetinə çevrilib, Səhiyyə Nazirliyi səlahiyyətsiz durumdadır , 15.02.2016 -cı ildə Nazirlər Kabineti yanında fəaliyyətə başlayan, Prezidentin 24.11.2016 tarixli 1125 saylı Fərmanı ilə publik hüquqi şəxsə çevrilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi , tabeliyindəki TƏBİB isə tibbi xidmətə bürokratik əngəllər törətməklə faktiki olaraq vətəndaşların konstitusion müalicə hüququna qadağa qoymaqla məşğuldurlar. Təsəvvür edin, dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan bütün dövlət tibb müəssisələri -Respublika Diaqnostika Mərkəzindən tutmuş Mərkəzi Klinik Xəstəxanaya, Mərkəzi Gömrük, DTX, DİN hospitallarına kimi hamısı özbaşına özəl tibb müəssisələri siyahısına salınıb və yalnız özəl imtiyaz yiyələrinə icbari sığorta hesabına , digərlərinə pullu xidmət göstərirlər . Axı dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan tibb müəssisələri necə özəl sayıla bilər? Bu tibb ocaqları həm də pullu xidmət göstərirsə, özəl sayılır? Aydındır ki, bu “özəllik” tibbi xidmətdən imtina amacı ilə edilir. Hətta uzun illərdir hərbi tibb müəssisələrinin uçotunda olan və “Hərbi qulluqçuların statusu haqqında” qanunun 13.6 maddəsinə əsasən tibbi təminat hüququ saxlanılan hərbi pensiyaçılar, qazilər, şəhid ailələri də hərbi hospitallarda müayinə və müalicə olunmaq hüquqlarından məhrum ediliblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Qarabağ qazilərinə, şəhid ailələrinə hərbi tibb müəssisələrinə göndəriş verməkdən imtina edir! (?) Nə Prezident Administrasiyası, nə Heydər Əliyev Fondu, nə Ombudsman sözügedən agentliyi görəvini, missiyasının icrasına məcbur edə bilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin missiyası isə özünün saytında açıqlanıb : “ ZAMANINDAN VƏ MƏKANINDAN ASILI OLMAYARAQ SIĞORTA OLUNANLARIN KEYFİYYƏTLİ TİBBİ XİDMƏTƏ ƏLÇATANLIĞINI TƏMİN ETMƏK”! Bəs niyə Agentliyi missiyasını yerinə yetirmir, görəv borcuna, TƏBİB -HƏKİM andına və adına xilaf çıxır? Bir göndəriş nədir ki, bir aydır 1-ci dərəcəli Qarabağ qazisi 30 ildir tibbi uçotunda olduğu DİN hospitalına ala bilmir? Belə çıxır , göndəriş də pullu xidmətlər zərfinə daxil edilib.(?) Hələ də Ombudsman Aparatının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədr müavini Nigar Bayramovaya müraciətinə cavab verilmir, belə insan hüquqları qorunar?
Adını çəkmək istəmədiyimiz Agentlik əməkdaşı öncə problemi çözəcəyini desə də, sonradan Qarabağ qazilərinə birbaşa hərbi tibb müəssisələrinə göndəriş verilməsinin qaydalara (?) zidd olduğunu, öncə ikinci – üçüncü səviyyəli (?) tibb müəssisələrindən keçməyin gərəkliyini vurğuladı. Açıq şəkildə qazilərə keyfiyyətli tibbi xidmət göstərilməsindən imtina edilir! (?) Belə ikinci – üçüncü səviyyəli xidmətlə isə nə sağlamlıq qorunar, nə də hüquq. Qorunan yalnız dövlət tibb müəssisələrini pulsuz “özəlləşdirib”, pullu xidmətlər hesabına pullarla dolan məmur cibləridir.
Məğrur Bədəlsoy
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti