Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın adından nələr edirlər?  - Emin Əmrullayevin bundan xəbəri var?
Tərbiyəsizliyin Elm və Təhsil Nazirliyi yanında İctimai Şura səviyyəsi
Bildiyiniz kimi, Qardaş Türkiyədə zəlzələ baş vərən kimi hər bir Azərbaycanlı göstəriş, əmr, buyruq gözləmədən cibində olmasa da, ürəyində olanından, kimi malından, kimi pulundan, kimisi də duasından fəlakət bölgəsinə yolladı.
Dövlət və özəl sektorun milyon manatlarla maddi, mənəvi yardımı hər kəsə bəllidir və bu davam edir.
Bu insanlıq borcudur və kiminsə minnəti, tapşırığı ilə olmur. Hər kəs imkanı daxilində yardım göstərir .
Deməli, Elm və Təhsil Nazirliyi yanında İctimai Şurada təmsil olunan AGMA (Əslində yaradıcısı elə bu nazirlikdir) adlı QHT belə bir rəsmi ərizə forması tərtib edib məktəblərə yollayıb.
Məktəb direktorları da Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın adını, təşkilatın adını görüb, həmçinin buna nazirliyin rəsmi şəxslərinin də təzyiqi var, onsuz da sosial qayğılar, maddi ehtiyaclar içində boğulan müəllimlərə "könüllü" olaraq imzaladırlar.
Qanunsuzluq və özbaşınalığın səviyyəsinə baxın. Hörmətli Elm və Təhsil Nazirliyi, başqa bir qurum sizə belə bir müraciət etsə, ona şərait yaradarsınız? Əlbəttə ki YOX.
Deməli, mən elmi tədqiqat aparmaq, təhsil üçün əhəmiyyət kəsb edən araşdırma aparmaq üçün Elm və Təhsil Nazirliyinə müraciət etdim, mənə YOX cavabı verildi.
Deməli, bu AGMA - ya bir ay əvvəl 200 min manat məbləğində vəsait ayrılıb. Amma hara xərclənib?
Onların tədbir təşkil etdiyi məkanlar orta məktəblərdir və heç bir arenda ödənmir. İştirakçılar da müəllimlərdir, deməli resurslara da pul xərclənmir.
Guya bunlar ürəyi yanan çıxıb. Yüzlərlə Azərbaycan müəllimi öz əmək haqqını tam şəkildə zəlzələdən zərər çəkmişlərə bağışlayıb.
Yüz minlərlə müəllim öz əmək haqqından imkanı verən qədər müvafiq fondlara köçürüb.
Siz niyə bu saf, halal işə öz haram əlinizi uzadırsınız? Niyə yardım etmək məqsədilə belə iyrənclik edirsiniz?
Soruşacam ki, sizə kim ixtiyar verib, cavabı zatən məlumdur.
Hər qrant müsabiqəsində yüz minlərlə vəsaiti haram yolla əldə edirsiniz, köçürün də o puldan. Müəllimin 200 manat maaşına niyə göz dikirsiniz?
Siz müəllim işləmədiyiniz, müəllim maaşı ilə ailə dolandırmadığınız üçün onların sosial ehtiyaclarından xəbəriniz olmaz.
Bir dəfə də sizi müəllimin yanında, onun tapdanmış hüququnu müdafiə edən görsün də müəllimlər, ancaq onların cibinə və haqqına girə bilirsiniz.
Zəlzələdən zərər çəkmişlərə yardım fondunun hesabı da, ünvanı da açıqdır və Azərbaycan müəllimi oxuyub-anlama qabiliyyətinə malikdir. Özü bunu edə bilər.
Müəllimin haqqını qoruyun, onun əmək haqqını əlindən almayın.
Qanunsuz fəaliyyət və əməllərinizi təhsildən, müəllimdən çəkin.
Kamran Əsədov
Teref.az
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676438724_1.jpg
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti