Saytımızın poçtuna Saatlı şəhər sakini Əliyev Qara Şirəli oğlu tərəfindən şikayət məktubu
ünvanlanıb. TEREF.AZ olaraq məktubu oxuculara təqdim edirik:
ŞİKAYƏT ƏRİZƏSİ
Dost və qardaş Türkiədə baş vermiş zəlzələ hər birimizi kədərləndirmidir. Təbii
ki, Türkiyənin acısı acımız sevinci sevincimizdir. Düşünürəm ki, bizlər bu
hadisədən həm də dərs çıxarmalıyıq.
Məsələn mən 31.01.2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə və HüquqMühafizə orqanlarına, Saatlı rayonu H.Əliyev pr 240 ünvanında yerləşən “Səma” şadlıq sarayının 2011-ci ildə layihə sənədləri dövlət ekspertizasından keçirilmədən
inşa edilməsi və hazırda obyektin istismara müvafiq qaydada qəbul olunmadan
istismar edilməsi barədə müraciət etmişəm. İllər öncə həmin şadlıq sarayında
çökmə və çatlar da baş vermişdi və sonra düzəldildi.
Mən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arixtektira Komitəsinə
müraciət edərək “Səma” şadlıq sarayının tikintisinə və istismarına icazə verilib
verilməməsi ilə bağlı mənə, məlumat verilməsini xahiş etdim. Dövlət Şəhərsalma
və Arixtektira Komitəsinin sədrinin birinci müavini cənab Namiq Hümmətovun
imzası ilə mənə 10.01.2023-cü il tarixində cavab məktubu göndərildi. Həmin cavab
məktubunda “Səma” şadlıq sarayının tikintisinə və istismarına icazə verilib
verilməməsi barədə Komitəyə hər hansısa məlumat təqdim edilmədiyi
bildirilmişdir.
Dövlət Şəhərsalma və Arixtektira Komitəsində qeydiyyatdan keçməmiş, dövlət
ekspertizasından keçirilmədən inşa edilmiş və istismara qəbul olunmamış bir şadlıq
sarayı necə ola bilər ki, illərdir istifadə (istismar) olunur? Bu qanunsuz hala nəyə
görə və kimlər göz yumub? Şadlıq sarayında toy zamanı zəlzələ nəticəsində və ya
hər hansısa digər səbəbdən bina uçub dağılsa və yüzlərlə insan həlak olsa buna
görə kimlər məsuliyyət daşıyacaq?
Media nümayəndəsi olaraq sizdən xahiş edirəm ki, Saatlı rayonu H.Əliyev pr 240
ünvanında yerləşən “Səma” şadlıq sarayının fəaliyyəti yuxarıda qeyd etdiyim
səbəblərə görə dayandırılması barədə olan bu marciətimi öz xəbər saytınızda dərc
edəsiniz ki, bəlkə aidiyyatı qurumlar buna münasibət bildirdi.