“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Oba” mağazalar şəbəkəsi ilə bağlı problemlər və şikayətlər səngimir. İstehlakçılar “Oba market”ləri saxta, keyfiyyətsiz və vaxtı keçmiş ərzaq məhsulları satmaqda, işçiləri amansız istismar etməkdə ittiham edirlər. Belə faktlar adi gözlə də görünür.
Sosial şəbəkələrdə tez-tez “Oba” marketlərin rəflərində vaxtı keçmiş məhsulların tapılması, rəfdəki qiymətlə kassadakı qiymətin fərqli olması kimi yerində çəkilmiş videoların yayılması, mağazada tələb olunandan xeyli az işçinin işlədilməsi, fəhlənin və ya xidmətçinin həm də kassada işləməsi, işçilərin 350-400 manata gündə 8 saat əvəzinə 10-12 saat işlədilməsi kimi faktları hamımız görürük. Təəssüf ki, bu problemlərə son qoyulmur.
Səs Tv bu məsələlərlə bağlı maraqlı süjet hazırlayıb. Teref.Az həmin süjeti təqim edir.