Ardını oxu...
  

Əməkdar artist Nigar Şabanova ATV-nin efirində həssas notlara toxunub.

Xanım müğənni efirdə qızının hər axşam yatmazdan öncə ona zəng vurub "Ana, mən yatıram. Ana, mən səni çox sevirəm" dediyini bildirərək kövrəlib.

Nigar təkcə onun sevgisinə inandığını da sözlərinə əlavə edib.

Ətraflı videoda:

Titul.az

Ardını oxu...
“Heç kəsin həbs olunmasını istəmərəm. Amma inanmıram, müxalifət nümayəndələrindən kimsə hüquq müdafiəçisi Rüfət Səfərovla Xalq artisti Ağadadaş Ağayevin Cinayət Məcəlləsinin eyni - 221-ci maddəsinə görə təqsirli bilinməsini paralel gətirib desin ki, “Ağadadaş Ağayev həbsdə deyil, niyə Rüfət Səfərov həbsdədir?” Bunu deyən müxalifət nümayəndəsi ola bilməz, çünki Ağadadaş təkcə iqtidarın deyil, həm də müxalifətin Xalq artistidir. Rüfət Səfərova Cinayət Məcəlləsinin digər maddələri üzrə də ittihamlar irəli sürülüb. Hüquq-mühafizə orqanları özləri qərar verirlər ki, niyə həbs və ya ev dustaqlığı qətimkan tədbirləri seçilir. Cinayət əməlinin ağır və ya yüngül olmasına görə maddələr müəyyənləşdirilib. Əməli törədən şəxsin ölkədən çıxa bilmə imkanları da nəzərə alınır. Bunları bəzi hüquqşünaslardan da yaxşı bilirəm. Yəqin, məhkəmə belə qərara gəlib ki, Ağadadaş müəllim ictimai təhlükə törətmədiyi, məhkəməyə vaxtında gəlib-getdiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməsin. Ağadadaş hara gedəcək? İlk gündən istintaqa cəlb olunub, ifadəsini verib, vəkili də yanındadır. Videolarda da gördüm ki, məhkəməyə nizamlı-intizamlı şəkildə gedir, artıq söz demir, məhkəmənin ədalətli yanaşacağına inanır. Bunu deyən adam barədə niyə həbs qətimkan tədbiri seçilməlidir ki? Ağadadaş Ağayev hələ cinayətkar deyil, sadəcə, şübhəli şəxs qismindədir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

“Ağadadaş özünü sülhpərvər aparır. Deyir ki, barışıq ola bilər, təmizlikçi qadını da işə götürməyə hazıram, məhkəmə nə qərar çıxarsa, canla-başla tabe olaram. Vətəndaş özünü bundan artıq necə sülhpərvər apara bilər? Bütün bu prinsiplər nəzərə alınaraq, sadəcə, ölkədən çıxışına qadağa qoyulub. O, xalqın sevimli sənətkarıdır. Uzun illərdir, tanıdığım, çox vəfalı, dostcanlı, millətcanlı, vətənpərvər insandır. Məhkəmə hakimi olmasın, mən olum, onun haqqında hansı əsasla həbs qətimkan tədbiri seçim? Qaranlıq keçmişi olmayan bir adamdır. Cəmiyyətdə nümunəvi insan sayılır. Hadisədən kim sığortalanıb? Hərdən mənim də qarşıma nadan, tərbiyəsiz sürücü çıxır. Az qala sürtə-sürtə keçir ki, bir maşın qabağa düşsün. Onda həmin hala düşürəm, istəyirəm ki, maşından düşüb onu öldürüm. Bu, hər bir insanda olur. Heyvan, yırtıcı kimi hərəkət edirlər, onda səndə adekvat reaksiya yaranır. Bir az səbir etsən, hər şey keçib gedir. Arzu edirəm ki, bu məsələ də sülh, barışıqla, ədalətlə sonlansın, xoşagəlməz hadisə baş verməsin”, - B.Vəziroğlu bildirib.

Xatırlatma: Hüquq müdafiəçisi Rüfət Səfərov həm də Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xalq artisti Ağadadaş Ağayev isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir, hazırda azadlıqdadır.
Ardını oxu...
Əməkdar artist İlkin Əhmədov iştirak etdiyi verilişdə yaşadığı qalmaqalla bağlı açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, "Xəbərin var?" proqramında qonaq olan xanəndə bildirib ki, baş vermiş hadisədə aparıcı Nanə Ağamalıyevanın heç bir günahı olmayıb:

"Nanə xanımın bu məsələdən xəbəri olmayıb. Orada bir işçi var, təəssüf ki, belə işçilər də olur. Prodüser Nanə xanımı razı salıb ki, guya İlkin bəyin xəbəri var. Məndə isə səs yazıları var idi və onları ortaya çıxartdım ki, mən etiraz etmişəm. Həmin xanım barədə ölçü götüzdürəcəkdim. Sona kimi getmişdim. Amma onun qadın olması və səhvlərini etiraf etməsi məni fikrimdən daşındırdı. Həm də kanalın adının hallanmasını istəmədim. Mən belə şeylərlə gündəmdə olmaq istəmirəm, ayıbdır".

Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədova daha əvvəl "7 Tamam" proqramında sürpriz edilərək üçüncü övladının dünyaya gələcəyi xəbəri çatdırılmışdı. Muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.
 

Ardını oxu...
   

"W-trio" qrupunun keçmiş üzvləri, Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova illər sonra bir araya gəliblər.

Musavat.com axşam.az-a istinadən bildirir ki, illərdir küsülü olan sənətçilər süfrə arxasında əyləşərək səmimi fotolar çəkdiriblər. Onlar şəkilləri sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.

Qeyd edək ki, "W-trio" 2006-cı ildə fəaliyyətini dayandırıb. Buna səbəb isə qrup üzvlərinin solo karyeraya başlaması olub. Bir müddət əvvəl Natavan birlikdə mahnı oxuyacaqlarını, Yeni ildə təqdim edəcəklərini açıqlayıb. Onların bir araya gəlmə səbəbi də bu olub. Natavanla Röya bir müddət əvvəl barışsa da, Elnarə hər iki ifaçı ilə danışmırdı.

Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
 

Sənətçi Murad Arif artıq bir müddətdir məhkəməsi davam edən Xalq artisti Ağadadaş Ağayevin müdafiəsinə qalxıb.

Musavat.com bildirir ki, sənətçi Xalq artistini qınayanlara səslənərək, qeyd edib:

"Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm. Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi bir Allaha, bir də o iki kişiyə bəllidir.

Bilmirəm o hücum, yaxud müdafiə, yaxu da təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb, qərar verər. Amma siz o videoda özünüzü, atanızı, qatdaşınızə, yaxud ərinizi də təsəvvür edə bilərsiniz.

"Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi" sözləriylə günahlandırmağa tələsməyin. O, 40 ildir apardığı məclislər, kasetlər, disklər, mahnıları ilə xalqın sənətçisi olub. "Balta" insidentinə rəğmən, Ağadadaş Ağayevi bundan sonra da mahnılarını dinləyəcək, onunla bərabər oxuyub, qoşulub oynayacaqsınız.

Demirəm ki, yaxşı edib, deyirəm ki, hamınəzən başına gələ biləcək hadisədir. Qoy daşı günahsız olan atsın".

Xatırladaq ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xalidə,
Musavat.com

 
 
 
Ardını oxu...
Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir.

TEREF "Report"a istinadən xəbər verir ki, şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.

Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, bundan qabaq bir nəfər vətəndaş müğənni barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət edib. Hazırda məhkəmədə Dəniz Əsədova barəsində həmin şikayət üzrə məhkəmə prosesi davam edir.
 
Ardını oxu...
  

“Qazancımızın çox hissəsini sənətə xərcləyirik. Əgər məndən soruşsanız ki, ən böyük xərciniz nə olub, cavab verəcəyəm ki, mahnı, klip, konsert və səhnə geyimləri”.

Musavat.com olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Danışır radio” verilişində deyib.

O bildirib ki, kiminsə əlinə baxsa, həyatının sonu olar: “Türkiyədə müğənni bir mahnı oxumaqla qazandığı pullarla hotel alır. Amma bizdə belə deyil. Pul mənim üçün rahatlıq və müstəgillik vasitəsidir. Mən heç kimdən aslı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda kefim pozulur. Misal üçün, pandemiya vaxtı fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 4-5 ay dolana bilim. O müddətdə yanımda çalışan insanlara hər ay maaş verdim”.

Ardını oxu...
   

Pop ulduz Hadise ilk dəfə iş adamı Mehmet Dinçerlerdən boşanmasından danışıb.

Bu barədə o, Fatih Altaylının qonağı olarkən açıqlama verib:

“O barədə danışmaq istəmirəm. Çünki aramızda bir-birimizdən danışmamaq haqqında razılaşma imzalanıb. Lakin  insan həmin an özünü yaxşı hiss etdiyi, inandığı və rahat olduğu üçün evlənir. Mən indiyə qədər inanmadığım heç nəyə daxil olmadım. Amma olmadı. Bir də evlənərəm? Hə. Bir də boşanaram? Hə!”   (olay)

Ardını oxu...Ardını oxu...Ardını oxu...

 
 
 
Ardını oxu...
Məşhur fransız aktyoru Nils Arestrup 75 yaşında Parisdə vəfat edib.

TEREF kult.az-a istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.

"Arestrup ailəsinin əhatəsində dünyadan köçüb", - həyat yoldaşı bildirib.

Aktyorun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Nils Arestrup "Peyğəmbər", "Ürəyimin döyüntüsü dayandı", "Onun adı Saradır", "Döyüş atı" kimi məşhur filmlərdə rol alıb.
 

Dünyapress TV

Xəbər lenti