VİDEO

Ardını oxu...
 

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı Xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayevadır.

Verilişdə onunla sənətkar olmaq üçün vacib olan xüsusiyyətlər, etdiyimiz seçimlərin həyatımıza təsiri, uğurlarını kifayət qədər qiymətləndirməməsi kimi məsələlərlə bağlı səmimi söhbət aparılıb.

T.Ağayeva mərhum duet ortağı Sura Əsgərlinin öz həyatına son qoyması barədə danışarkən "bəlkə də, bu mənim böyük bir səhvim idi ki, yanımda olanın halını yaxşı anlamadım" deyib.

Müğənni illər keçəndən sonra hansı mahnısı ilə xatırlanmaq istədiyinə aydınlıq gətirərkən isə "o mahnını hələ yazmamışam", - deyə cavab verib.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
 

Tanınmış idmançı Kamil Zeynallı maraqlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, fitnes məşqçisi sahib olduğu mülkləri necə əldə etməsindən danışıb.

"Bu günləri həmd olsun ki, ev-eşiyim, şəraitim var. Vaxtında o xırda pulları xərcləyə də bilərdim. Dostum yaxın vaxtda 2021-ci ilin qalendvagenini alıb, sağlığına qismət. Məndə eyni markadan olan avtomobil 2011-ci ilindir. İki-üç dəfə maşınımı dəyişməyə cəhd etmişəm, əlimdə pul da olub. Avtomobil üçün yığdığım pula ev almışam.İlkin ödənişini vermişəm, qalan hesabı da 2-3 ilə kreditlə bağlamışam. O maşını alsaydım, bir ildən sonra qiyməti geriyə gedəcəkdi, amma aldığım evlə 2 dəfə çox pul qazanmış oldum.

Əfsuslar olsun ki, yaşadığımız ölkədə insana sürdüyü maşına, onun nömrəsinə, telefonuna evinə və geyiminə görə qiymət verirlər. Biz də cəmiyyətin bu adəti ilə ayaqlaşmağa çalışırıq.

Maşın alan dostum deyir ki, sənin ağlın yoxdur, ev tikdirirsən, kreditə mənzil alırsan, maşının bahalısını al, sür. İnsan 300-500 minlik avtomobil sürə bilər, əsas onun içində kimin olmağıdır. Sən, 500 minlik maşın sür, mən 20 minlik "Hunday" sürüm. Sən, o maşından düş, mən də "Hunday"dan, gör kim hörmətli qarşılanacaq. Pulun varsa, ən yaxşı maşını al. Dostumun evi yoxdur, kirayədə qalır, ancaq aylığı 5-7 min krediti olan maşın götürüb. Bu hansı məntiqlə doğrudur?", - Kamil Zeynallı bildirib.


Ardını oxu...
  

"Dünən çıxan gənclərin qarşısına qoyurlar ki, bu kimin səsidir, bu kimdir? Bağda oturanda radioda bayram konserti gedirdi. Mənim nəvələrim səs eşidən kimi, dedi nənənin səsidir. Hər kəsin səsi insanların qulağındadır. Bu yaxında bir yerdə mənim səsimi qoydular, ordakılar tapmadı. Bircə, Xatun dedi ki, Nazpərinin səsidir. Bu, hərəkətlər xoşuma gəlmir. Ora qoyurlar, Şövkət Ələkbərova, Nazpəri... Lap sənətkarların, bəstəkarların adını elə adamdan soruşursunuz ki... O, oxuduğu mahnıdan xəbərsizdir, dahiləri necə tanıyacaq? Heç bilmir hansı mahnını oxumaq olar və ya yox".

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Tarixin bir günü" verilişində deyib. Müğənni proqramlarda sənətkarlarla bağlı yeni ifaçılara sual verilməsinə əsəbiləşib.

Nazpəri aparıcılara səslənərək bildirib ki, onların bu hərəkəti Azərbaycan mədəniyyətinə qara ləkədir:

"Durub demək ki, bu kimdir, kimin mahnısıdr? Aparıcılar, xahiş edirəm, bunu etməyin. Bu, sizdən asılıdır. Aparıcının zövqü, musiqi duyumu, dəvət etdiyi qonaq yaxşı olmalıdır.

Hər verilişə getrmirəm. Sərt danışmaq istəmirəm. Tamaşaçı, 15 il incəsənət universitetində baş müəllim olaraq bunları qəbul edə bilmirəm. Zəng edib deyə bilmirəm ki, etməyin. Öz musiqisindən xəbəri olmayana Canahgir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyevdən sual verməyin. Onlar da bilməyəndə bu, Azərbaycan mədəniyyətinə qara ləkədir. Oxuya bilməyən müğənniləri çıxartmaq bir qüsur. Bəstəkarları tanımamaqları isə ləkədir".  (Axşam.az)

 
 
 
Ardını oxu...
Rejissor Kənan M.M türkiyəli məşhur müğənni Sibel Can ilə arxiv fotosunu paylaşıb.

O, 26 il əvvəl lentə alınan şəkilləri izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

"1999-cu ildə hərbi xidmətdən təzə gəlmişdim. Heç bir televiziya kanalında məni işə götürmədilər. Dedilər ki, "biz səni tanımırıq" və mən bir müddət mühafizə xidmətində calışdım". /Axşam.az/
Ardını oxu...
 
Ardını oxu...
Müğənni Rüfət Axundov son günlər gündəmdə olan məclisdə sənət adamlarına şabaş verilməsi məsələsinə münasibət bildirib.
"Gün ortası" verilişinə qatılan ifaçı məclilərdən birində ona verilən şabaşdan söz açıb:
"Bu mövzu elədir ki... Danışılası, danışılmayası söz var. Çox şey görmüşəm, amma danışa bilmərəm. Şabaş adidir. Mən pul yağışı görmüşəm. Tək mən yox, Abbas Bağırov da. Elə məclisdə olmuşuq ki, oradakı pulu görsələr huşunu itirərlər. Bir dəfə bir məclisdə idik. Orada o qədər pul var idi ki, səhərə qədər sayıb qurtara bilmirdik. Axırda yığmaq üçün tozsoran gətirdilər. Prodüser Anar Mədətov şahid idi". (Axşam.az)

 

Ardını oxu...
 

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə deyil, qəlbimdəkini bilirəm. Dostlarıma deyirəm ki, hamını bağışlayın".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova deyib. Sənətçi ona türkiyəli müğənni Ebru Gündeşlə bağlı ən çox ünvanlanan suala cavab verib:

"Mənə həmişə sual verirsiniz: Ebru Gündeşi bağışladın? Bəli, ürəyimdə hər zaman bağışladım. Zikr edib, bir ad deyirdim. Onu da bitirdim. Özümə qadağa qoydum".

Qeyd edək ki, Ebru Gündeş Günelin keçmiş nişanlısı, iş adamı Reza Zərrabla ailə qurub. Bir müddət əvvəl isə Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib.

 
 
 
Ardını oxu...
  

Müğənni Talıb Tale ata olacaq.

"Əlbəttə evlənmişəm ki, ata olum... Gec də olsa, ata olacağam. Əvvəldən demişəm ki, qızım olsa, anamın adını qoyum", - Talıb qeyd edib. (Bizim.Media)

 
 
 

Ardını oxu...
  

Meyxanaçı Aqşin Fateh aparıcılar Zaur Kamal və Zaur Nəbioğlu ilə bağlı sərt açıqlamalar verib.

Aqşin deyib ki, sözügedən aparıcılar efirdə övladlarına düzgün olmayan suallar veriblər:

"Tamaşaçını şouya, gündəmə xatir aldatmaram. Bəzən emosional, aqressiv oluram, ya da aylarla yığılır birdən partlayıram. Əgər Aqşini 1000 nəfər sevirsə, onlarda şüuraltı iz qoyuram. Hansı vəzifədə olursa olsun, onlar doğrunu-əyrini bilməlidir. Evdə böyüyən oğlan uşağı bilməlidir, Azərbaycan mentalitetində kişi unutmamalıdır ki, babaları Qaçaq Nəbilər, Koroğlular, Babəklərdir...

Mütləqdir ki, bütün şou-biznes əhli danışdıqlarını öncədən fikirləşsin, sonra yox. Övladlarım Zaurların verilişində olub. Onların özlərinə də dedim ki, uşaqlarımı bir də sizin verilişinizə çıxartmayacağam.

Çünki bəzi sərhədlər var, pozulur, uşağa uşaq sualları ver. Sən evin içindən, evdəki kimləsə bağlı, ya da evdə nə söhbətin getdiyini niyə soruşursan? Bu, kişiyə yaraşan suallar deyil!

Ona görə 6 aydır efirlərə çıxmıram. Aparıcılar hədlərini aşıblar, evin içinə, şəxsi həyata müdaxilə etməyə çalışırlar. Xətirlərini çox istəyirəm, amma özlərinə demişəm ki, kimsə şəxsimlə, özəlimlə bağlı sual verərsə, ona ağır sözlər deyərəm. Sənətimdən, mahnılarımdan danışın". (Bizim.Media)

 
 
 
Ardını oxu...
 

"ATV kanalı ilə məhkəməmiz davam edir. Bundan sonra belə edəcəyəm. Mənim sənətimi təhqir edən hamını məhkəməyə verəcəyəm, qanun qarşısında cavab verəcəklər".

Bunu Əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni bildirib ki, tək kanalı yox, bir neçə sənət adamını da polisə şikayət edib: "Onları bağışlamaram. Onlar tək məni yox, mənə ad verənləri təhqir edirlər. Mənim şeirlərimi başa düşməyə bilərlər. Amma onu təhqir etmək olmaz.

Bir çox sənət adamını da polisə şikayət etmişəm. Onlar polis idarəsində məndən üzr istəyiblər, bağışlamışam. Amma bəzilərini bağışlamadım və məhkəmə prosesi gedir".

Qeyd edək ki, E.Seyidcahan şeirinin kanalda verilişlərdən birində təhrif edildiyini deyərək onları, eyni zamanda meyxanaçı Vüqar Əbdülovu məhkəməyə verib. (Axşam.az)

Dünyapress TV

Xəbər lenti