![]() |
![]() ![]() ![]() |
|
Müğənni Vəfa Şərifovanın efirdən Şəbnəm Tovuzluya atmaca atması sənətçini özündən çıxarıb.
Musavat.com xəbər verir ki, Şəbnəm Tovuzlu "Rəngarəng" verilişinə zəng edərək ağlayıb:
“Mən sənə nə etmişəm? Sən yenə qəlb qırdın. Sənə demişəm mənim adımı çəkmə. Mahnıdır oxuyuruq. Halal xoşun olsun, halal xoşum olsun. Mən “Cənnətimsən” mahnısına 300 dollar vermişəm. Həyat yoldaşım mənə hədiyyə edib”.
Qeyd edək ki, Vəfa Şərifova ona məxsus olan "Qurbanın olum" mahnısını eyni aranjemanda oxuyan Şəbnəm Tovuzlunun səsini yamsılayaraq onu canlı efirdə ələ salıb.
Musavat.com
"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".
Bu sözləri müğənni Sevda Yahyayeva "Elgizlə izlə" proqramında deyib.
O, yeni ailə quran cütlüklərin ayrı yaşamasını tövsiyə edib:
"Qayınanam bir böyük kimi heç nəyə qarışmır. Çox sevinirəm ki, belə bir ailəm var. Çox aristokrat, mədəni, məni çox sevir, həmçinin mən də onu. Bir həftə birlikdə yaşamışıq, bizə qonaq gəlmişdi. İndi əksər cütlüklər ayrı yaşayırlar. Ayrı yaşamaq çox gözəldir, çünki onda hörmət, izzət daha çox olur".
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir. Cütlüyün Ayla və Aida adında iki qız övladı var. (Axşam.az)
Aparıcı Elgiz Əkbər müğənni Səidə Dadaşovanın verilişə gecikməsinə əsəbiləşib.
İfaçı "Elgizlə izlə" proqramına qatılarkən canlı yayıma gic girib. Elgiz bunu onun makiyaj etməsi ilə əlaqələndirib:
"2 saatdır Səidəni bəzəyib qurtara bilmirlər. Türkiyədən gələn müğənnilər olanda çərləyirəm. Çox vaxt ayırırlar. Bizimkilər hazır gəlir, bizi incitmir. Səhər oyanır, saç, makiyaj edir. Türk ifaçılar isə gəlib kanalda hazırlaşırlar. Verilişin yarısı gedib, adam hələ bəzənir.
Səidə də istəyir onu ayrı təqdim edək. Yalandan pərdə arxasında gizlənib ki, guya hazırlaşır". (Axşam.az)
Aparıcı Sərxan Kərəmoğlu maraqlı açıqlamalar verib.
O bundan 22 il öncə onun proqramında əlbəyaxa olan müğənnilə\rdən danışıb.
Sərxan Aynur Dadaşovanın həmkarı ilə saçyolduya çıxdığı hadisənin görüntüsünün pulla satıldığını bildirib:
"Həmin davada mənim dərdim led dekor idi, biri aşsaydı... Dava mənə vacib deyildi. Bir dekor aşsaydı, bütün studiya uçacaqdı. Televiziyada satqınlar var. Həmin kadrları operatorlardan biri 100 dollara "Soy" prodakşına satdı. Onlarda olan bir işçi isə Oqtay Əliyevdən xəbərsiz 300 dollara ATV-yə satıb"./Milli.Az/
Müğənni Şəbnəm Tovuzlunun açıqlaması diqqət çəkib. Şəbnəm alış-verişdən söz açıb.
Tovuzlu qeyd edib ki, məhsulların qiymətini bilmir:
"Qiymət soruşmuram, marketdə qiymətə baxmıram. Doldururam, kassada deyir, 300-400 manatdır. Qiymətləri bilmirəm. Çeki də evdən götürürlər. Evdə iki nəfər çalışır". (Bizim.Media)