Ardını oxu...
Əməkdar artist Vasif Məhərrəmli bu gün ad gününü qeyd edir.

Axşam.az xəbər verir ki, sənətçi 55 yaşı münasibəti ilə şəhər restoranlarından birində məclis qurub.

O, doğum gününə sənət dostlarını da dəvət edib.

Gecədən görüntüləri təqdim edirik:
Ardını oxu...
Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbərin verilişinə görə ARB-yə xəbərdarlıq edilib. Belə ki, kanalda 21 may 2025-ci il tarixdə yayımlanan “Elgizlə izlə” proqramı zamanı aparıcı və qonaqlar tərəfindən səsləndirilən “Qadını özbaşına buraxsan, evin yıxılar”, “Qadını tanımaq üçün ona pul və azadlıq vermək lazımdı”, kimi fikirlər narazılıq yaradıb. Digər tərəfdən, Audiovizual Şura dəfələrlə oxşar formatda yayımlanan proqramlarla bağlı iclaslar keçirib, müxtəlif kanallara töhmət verilib. Xüsusilə, Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal və sair kimi aparıcıların təqdimatında yayımlanan verilişlər tənqid edilir. Davamlı irad və cəzalara baxmayaraq, heç bir nəticənin çıxarılmadığı düşünülür. Bildilir ki, sözügedən tədbirlər sadəcə formal xarakter daşıyır.

Globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli deyib ki, bu tip proqramlar əsasən əyləndirmə xarakteri daşıyır və jurnalistika ilə əlaqəsi yoxdur:

“Televiziya sintetik məkandır və sahəsi genişdir. Jurnalistika cəmiyyəti məlumatlandırmalıdır. Elgizin və digərlərinin verilişində isə məqsəd bu deyil, əyləncədir. Bu, birbaşa televiziyanın siyasəti ilə bağlı məsələdir. Proqram menecerləri auditoriyanı cəlb etməyin üsullarını öyrənir və tətbiq edir. Nə qədər ki reklam bazarı sərbəst deyil, belə verilişlər çox olacaq. Maraqlı məqam odur ki, eyni formatda yayımlanan verilişləri kim maliyyələşdirir? Reklam verənlər məzmundan çox, reytinqə diqqət yetirirlər. Belə olan halda, onların qarşısına sosial öhdəlik qoyulmalıdır. Reklamçılar ictimai rəylə hesablaşmalıdırlar”.
 
Ardını oxu...
Müğənni Zəhra Muradova canlı oxuya bilmədiyi halda toylardan fantastik qazanc əldə etdiyini vurğulayıb.

O bu barədə “Rəngarəng” verilişinə qonaq olarkən bildirib.

Sənətçi qeyd edib ki, o baxmayaraq ki canlı oxuya bilmir amma xeyli toylara dəvət alıb. Nəticədə 70-80 min AZN qonorar əldə edib.

Onun bu açıqlaması aparıcı Zaur Nəbioğlunu və qonaqları şoka salıb.

Xatırladaq ki, Zəhra Muradova ilk dəfə müğənni kimi bu il aprelin 24-də canlı efirə qonaq olub. O, 3 ay əvvəl isə paytaxtdakı salonlardan birində dırnaq utası kimi fəaliyyət göstərdiyini vurğulayıb.

 
Ardını oxu...
Məşhur müğənni Keti Perri Las-Veqasda konserti zamanı paltarını geyinərkən biabır olub.

O, “Part Of Me” mahnısını oxuyarkən səhnədən keçərkən, onun metal büstqalterinin arxadan açılıb.

Vəziyyəti anlayanda “Lənət olsun, büstqalterim çıxacaq!” Perri qışqırıb və ekipaj üzvünün köməyi ilə vəziyyəti düzəldib.

Qəzadan sonra Perri tamaşaçılara “Məni üstsüz görmək üçün kifayət qədər pul vermədiniz”, – deyə zarafat edib. Müğənni hazırda “Lifetimes” adlı 84-cü konsert turunun ortasındadır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
  

İctimai Televiziyada yayımlanan “SƏS Azərbaycan” müsabiqəsinin finalı baş tutub.

Musavat.com xəbər verir ki, Xalq artisti Röya Ayxanın komandasının üzvü Cəmilə Haşımova möhtəşəm çıxışı ilə həm münsifləri, həm də tamaşaçıları valeh edərək yarışmanın qalibi olub. Cəmilə bu qələbə ilə təkcə “SƏS Azərbaycan”ın qalibi statusunu deyil, eyni zamanda 25.000 manatlıq mükafatı da qazanıb.

Səhnədə göz yaşlarını saxlaya bilməyən Cəmilə duyğularını belə ifadə edib:
“Bu mənim ən böyük arzum idi. Röya xanıma sonsuz təşəkkür edirəm. Onun dəstəyi olmasaydı, bura qədər gəlmək mümkün olmazdı.”

Röya Ayxan isə bu anı belə şərh edib:

“Qızım qalib oldu! Bu təkcə onun yox, bütün komandamızın zəfəridir. Səhnəyə inanan hər bir istedada bu qələbə həsr olunur”.

 

 
 
 
 
 


Musavat.com

 

 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılmasına münasibət bildirib. Bundan sonra Röya Ayxan isə instaqram hesabında video yayaraq A.Salayevin ünvanına sərt sözlər deyib.

TEREF xəbər verir ki, manset.az məsələ ilə bağlı Ayaz Salayevlə əlaqə saxlayıb.

O bildirib ki, Xalq artisti Röya Ayxana hörmətlə yanaşır:

“Mən artıq Röya ilə bağlı heç nə deməyəcəm. Röya çox gözəl qadındır. Mənim onunla problemim yoxdur. Onun “mən öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın” deməsi qətiyyən mənə heç təsir etmədi. Nə istəyirsə, qoy desin. Mənə xoşdur”.
 
Ardını oxu...
 

Xəbər verdiyimiz kimi “Gün ortası” verilişində müğənni Əminə Şirin Manaf Ağayevə 3 aylıq musiqi təhsili vermək istəyini də dilə gətirib. Manaf Ağayev haqda “krassavçik” kişidir, onu 3 aylıq mənə versələr, musiqi tərzini dəyişərdim - deyə xanım həmkarı bildirib.

Məsələ ilə bağlı Manset.az müğənni Manaf Ağayevlə əlaqə saxlayıb. O, verilişdə deyilənlərlə bağlı qısa danışıb:

"Əminə Şirin çox gəşəng çıxış edib. Çox sağ olsun pis söz deməyib. Deyib ki, gözəl oğlandır, gözəl kişidir. Mən onun tərzini dəyişdirərəm, daha gözəl edərəm. Əsas odur ki, məni söyməyib. Sağ olsun!"

Manaf Ağayev sonda bildirib ki, onun Avroviziya musiqi yarışmaşında iştirak etmək fikri yoxdur:

"Mənim heç Bakıdan kənara çıxmağa fikrim yoxdur".

Ardını oxu...
  

Müğənni Samirə ƏliMəryəm verilişlərə getməməsinin səbəbini açıqlayıb.

Sənətçi "Elgizlə izlə" verilişində proqramlara reytinq vermədiyini bildirib:

"Bizim öz qanunumuz, dünyagörüşümüz, baxışımız var idi. İndiki istəklər fərqlidir. Çərçivəni keçmədən zamanın nəbzini tutmağa çalışıram. İstədiyimiz auditoriya, bizi sevən və dəvət edənlər var. Bəzi verilişlər var ki, orada sənət deyilən mövzu olmur. Bu da günün reallığıdır, başa düşürəm. Ona görə də deyirəm ki, sizin verilişə piar gətirmirəm"./axşam.az

Ardını oxu...
Türk musiqisinin tanınmış sənətçisi Sibel Can uzun müddətdir münasibətdə olduğu iş adamı Emir Sarıgül ilə evləndiyi iddia edilib.

Bu barədə Türkiyədə KİV məlumat yayıb.

Qeyd edək ki, Emir Sarıgül keçmiş Şişli Bələdiyyə Başçısı, CXP millət vəkili Mustafa Sarıgülün oğludur. \\Metbuat.Az
 
Ardını oxu...
Aparıcı Elgiz Əkbər yas mərasimlərini tənqid edib.
Bu barədə o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində danışıb.
"Yas sahibinin onsuz da əzizi gedib. Siz oraya aş, boşbaş yeməyə getməmisiniz. Gedirik ki, yazığın yanında olaq, təsəlli verək ki, həmin mərhələni aşa bilsin. Onda elə çıxır ki, biz gedirik yas sahibinin yarasına duz tökməyə. Ölüsü bir tərəfdə sən də ağı deyib yarasına duz tökürsən. Bu biri tərəfdən də camaat qarnını doydurur. Bu, nə adətdir? Bunu tövsiyə kimi deyirəm. Kənardan pis görünür. Yas sahibinin yanında əyləşib onun başını qatmalıyıq. Yoxsa ki, kənardan elə görünür iki, bizim işimiz gedib orada qarnımızı doydurmaqdır. Aş az olanda da söz edək ki, bizə yemək vernədilər. Guya kimsə yas sahibi daha çox ağlatsa, onu daha çox istəyir".
Elgiz öz yas mərasimində yaxşı mahnılar çalınmasını vəsiyyət etdiyini bildirib:
"Mən öləndə demişəm, gözəl mahnılar qoyulsun. Melodiya olsun". \\Axsam.az
 

Dünyapress TV

Xəbər lenti