Ardını oxu...
Foto model və müğənni Müjgan Ayxan açıqlaması ilə diqqət çəkib.

TEREF xəbər verir ki, o estetik əməliyyatları barədə suala maraqlı cavab verib.

“Özümü 4 dəfə yığdırmışam. Daha sonra dördünü də yenidən sökdürmüşəm. Hazırda qarşınızda sıfır estetiksiz xanımm oturub. Əməliyyatlarıma görə peşman deyiləm. Yaxşı ki mən elədim hamı qaçıb təkrarladı”.

Müjgan türkiyəli müğənni Ebru Gündeşə bənzədilməsindən də danışıb:

“Mən ona oxşaya bilərəm. Elə bir tərbiyəm var ki məndən böyükdür. Gözəl xanımdır. Xasiyyətcə isə Afət Fərmanqızına bənzəyirəm.

Milli.Az
 
Ardını oxu...
Avroviziya təmsilçimiz Dilarə Kazımova görüntüsü ilə diqqət çəkib.

Paytaxt məkanlarının birində səhnə alan pop ifaçısının geyim tərzi müzakirələr yaradıb.

Müğənninin dərin yarıqlı libası və "top" tərzi sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.

Dilarənin sözügedən videosunun şərh bölümünə çoxsaylı tənqidli şərhlər gəlib.
İzləyicilərin bəziləri isə onun səhnə adamı olmasına əsas gətirərək, Kazımovaya dəstək çıxıblar.

Həmin görüntünü təqdim edirik:

 
Ardını oxu...
Xalq artisti Röya Ayxan Kann Film Festivalında iştirak ilə bağlı fikirlər səsləndirən “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayevə cavab verib.

Teleqraf xəbər verir ki, bununla bağlı o, "instagram" sosial media hesabında video paylaşıb.

Videoda Xalq artisti deyir:

“Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız... Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli, birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm. Çünki oxuduğum kimi ürəyim var. Hadi oradan!”

Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Röya Ayxanın Kann Film Festivalında iştirakına münasibət bildirərkən deyib:

"Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir. İstənilən şəxs həmin festivala qatıla bilər. Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.
Röya Ayxanın “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub.

Ardını oxu...
   

Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatun Əliyeva küsülüdür. 

Bu haqda müğənni Mətanət Əsədova "Tarixin bir günü" verilişində deyib.

O, ifaçıların barışmasını deyib. 

V.Məhərrəmli isə bununla bağlı suala "İnciyə bilərəm, küsmək mənə xas deyil. Xəyanəti və nankorluğu bağışlamıram" cavabını verib.   (Axşam.az)

 
 
 
Ardını oxu...
Müğənni Yeganə Mürsəlova sənət dostlarından şikayətlənib.

Sənətçi "Qonaqcanlı" verilişində ifaçıların onları məclisə çağırmasından gileylənib. Yeganə bildirib ki, bir çox sənət adamı toyun vaxtını gec deyir:

"Bəzən müğənnilər bizdən küsür. Biz sənət adamları aylar əvvəl toy dəvəti alırıq, beh verilir. Bəzən 6 ay əvvəl danışılan toylar olur. hansısa sənət dostumuz bir həftə qalmış deyir, övladımın toyudur, behi qaytar gəl bura. Belə şey mümkün deyil, niyə beh qaytarım? Heç kimə görə beh qaytarmaram. Adam deyir balamın toyunu sənə verirəm. Bundan gözəl nə ola bilər? Necə məclisə 1 həftə qalmış deyim ki, gələ bilmirəm?" (Axşam.az)
Ardını oxu...
"Kann Film Festivalında Röya Ayxanın çıxdığı qırmızı xalının üstündən hər axşam min adam keçir".
Bu fikirləri Qaynarinfo-ya açıqlamasında kinorejissor, kinoşünas və senarist, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev bildirib.
Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər:
"Kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər. Çətin bir şey deyil. Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb".
Röya Ayxanın "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunmasına gəlincə, Ayaz Salayev bildirib ki, bu mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, xalq artisti Röya Ayxan Kann Film Festivalına qatılıb. Qırmızı xalçaya çıxan estrada ifaçısı "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və burada "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub.
 
Ardını oxu...
Müğənni Mənzurə Musayeva illər əvvəl qurduğu uğursuz ailə həyatından danışıb.

"Referans" xəbər verir ki, "Həmin Zaur" verilişinə qonaq olan ifaçı həyat yoldaşının onunla bir zamanlar ailəli olduğunu dandığını bildirib.

"7 il bir yerdə yaşayırsan, sonra deyir ki, yox, ailəm deyil" - deyə ifaçı keçmiş həyat yoldaşı barədə bildirib.

Sənətçi onu da qeyd edib ki, 1993-cü ildə ailə qurub.

Ətraflı videoda:
Ardını oxu...
 
Ardını oxu...
Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rıza Kocaoğlu barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, məhkəmə Halit Ergenci 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.

Qeyd edək ki, Halit Ergenç "Muhteşem yüzyıl", "Min bir gece" və "Babil" kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.

Rıza Kocaoğlu isə "Kuzey Güney", "Karadayı" və "Ezel" kimi ekran işlərində rol alıb.
Ardını oxu...
 
Ardını oxu...
Rusiyanın məşhur prodüseri Konstantin Meladze 25 ildən sonra "VİA Qra" qrupunun fəaliyyətini dayandırdığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, K.Meladze bu barədə özünün "Instagram" səhifəsində məlumat verib.

"25 ildir bu layihədə mənimlə işləyən hər kəsə minnətdaram. Rəssamlara, musiqiçilərə, administratorlara, aranjimançılara, səs rejissorlarına, stilistlərə, vizajistlərə... hamıya, hamıya, təşəkkürümü bildirirəm. Bu, çox gözəl günlər idi, amma bütün bunlara rəğmən nostalji hiss etmirəm", - deyə K.Meladze qeyd edib.

Məşhur prodüser "VİA Qra" qrupunun səsləndirdiyi mahnıların hələ uzun illər sevə-sevə dinləniləcəyinə ümid etdiyi vurğulayıb.

Ardını oxu...
  

2019-cu ildən “Xəzər” telekanalında yayımlanan “Komedixana” layihəsi illərdir izləyicilər tərəfindən sevilir. Layihənin ulduzları isə tamaşaçıların daim diqqət mərkəzindədir.

Bəs “Komedixana”nın parlaq ulduzlarından olan aktyor Cavidan Novruz kimdir?

Musavat.com aktyorun dosyesini təqdim edir.

Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində, Xalq artisti Ramiz Novruzun ailəsində anadan olub. Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə, Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirib.

Ardını oxu...

Hazırda aktyorluqla yanaşı, müğənnilik edən Cavidan ifaçılığına atasının razı olmadığını müsahibəsinin birində bu sözlərlə ifadə etmişdi:

“Atam evdən çıxanda deyirdi ki, birdən çaşıb “Azəri Star”a, “Yeni Ulduz”a gedərsən, məni biabır etmə. Deyirdim ki, elə şey yoxdur. Mənə deyirdi ki, otur yerində, bayağı müğənnilərin sayını artırma”.

Aktyor iki dəfə “Komedixana” komandasına qatılsa da, onun yolu hər zaman yarımçıq qalıb. Komandadan ilk ayrılığı Ənvər Abbasovla arasında olan anlaşmazlıq səbəbindən olub:

“May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm. “Komedixana”nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil.

Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənçiliklə yox, dostluqla ayrıldım”.

Cavidan bir neçə ay sonra Ənvər Abbasovdan üzr istəyərək komandaya qayıtsa da, onun fəaliyyəti uzun çəkməyib.

Cavidan Novruz hazırda atasının yazdığı hekayələrdən birinə film çəkir. O, bu haqda sosial media hesabında məlumat yayıb:

“Atam, mərhum Xalq artisti Ramiz Novruzun 70 illiyidir! Bu münasibətlə atamın kitabını çıxarıram və qələmə aldığı çox gözəl bir hekayənin filmini çəkirəm. Artıq çəkilişlərə başladıq. Gözəl bir iş ərsəyə gətirəcəm ki, ruhu şad olsun. Nə qədər nəfəsim gəlirsə, mən bu insanı yaşadacağam.

Bir övladı kimi borcum nədirsə, onu edirəm. Yanımda olan hər kəsə təşəkkür. Xüsusilə aktyorlar, Əməkdar artistlər Anar Heybətov və Məsmə Aslanqızı, çalışdığım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təşəkkür edirəm. Baş rolun ifaçısı Ramiz Novruzun nəvəsi Turan Novruzdur”.

Könül
Musavat.com

 
 
 

Dünyapress TV

Xəbər lenti