Ardını oxu...
  

Əməkdar artist Sevinc Əliyeva rejissorların film və seriala aktyorları çəkməməsindən gileylənib. 

"Elgizlə izlə" verilişinə qonaq olan aktrisa qonorar azlığından şikayətlənib:

"Filmə xalasını, bibisini, sevgilisini, öz qohumunu çəkirlər. Aktyorları çəkmirlər. Aktyor, aktrisalar qalıb bir kənarda. İçim yanır, danışmaq istəyirəm. Çox az qonorar verirlər".  (Axşam.az)

Ardını oxu...
 

Müğənni Şəbnəm Tovuzlu görüntüsü ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi makiyajsız və makiyajlı halını izləyiciləri ilə bölüşüb.

Sözügedən video sosial şəbəkə izləyiciləri arasında müzakirələrə səbəb olub.

Onlar müxtəlif şərhlərlə ifaçının görünüşünə fikir bildiriblər.

Həmin görüntünü təqdim edirik:

 
 
 
Ardını oxu...
  

Əməkdar artist Almaz Ələsgərlinin mərhum Xalq artisti Yalçın Rzazadə və bəstəkar Cahangir Cahangirovla qohum olduğu məlum olub.

Bu barədə sənətçi "Afaqla 10lar" verilişində danışıb:

"Yalçın Rzazadə xalamın yoldaşıdır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri idi. Ondan musiqi ilə bağlı məsləhətlər alırdım. Bəstəkar Cahangir Cahangirov da mənim dayımdır. Ümumiyyətlə ana tərəfimin hamısı musiqiçilərdir. Anam isə tar ifaçısı olub". (Axşam.az) 

Ardını oxu...

 
 
 
Ardını oxu...
  

"Az qala ölmüşdüm. Bir halda idim. Dedim ki, artıq bitdi".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. Aparıcı səhhətində problem yaranmasından danışıb:

"Təzyiqim 180-ə qalxıb. Dərman içirəm düşmür, əksinə qalxır. Özümü iki gün çox yordum. 3-4 saat yatdım, yuxu rejimim pozulub".

Ardını oxu...
 

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, ailə mövzusunda danışan bacılardan Sevincin fikirləri geniş müzakirələr yaradıb.

"Bir var sevgili olasan, bir də var ailə. Hələ ailədə övlad da varsa, hansısa məqamda xanımlar boşanmağa qərar verməyib, milyon dəfə düşünürlər. Anamdan belə görmüşəm. Gözümü açandan ailədə anam hər zaman atamın səhvlərinə göz yumub.

Məni qınasanız da, buna pis baxmıram. Səbəbləri var, ailə həyatı qurmuşamsa, ərimi hansısa addımı və səhvi üçün evliliyimi bitirmərəm. Mənə görə qlobal məsələ olmalıdır ki, o ailə dağılsın. Həyat, istək, ailə də sizindir. Təbii ki, qarışmıram. Bu, bizim fikrimizdir, belə yaşayırıq".


Ardını oxu...
  

Əməkdar artist Vasif Məhərrəmli ən böyük arzusundan danışıb. 

"Qonaqcanlı" verilişində yer alan müğənni baba olmaq istədiyini deyib.

"Elə baba olmaq istəyirəm. Babalıq hissini 40, 45 yaşında hiss etmirsən. Amma sonra ətrafına baxırsan ki, dostun, ətrafındakı kiçik yaşda olanlar babadır və istəyirsən" deyə, Məhərrəmli əlavə edib.    (Axşam.az)

Ardını oxu...
Məşhurların son illərdə etdikləri qeyri-adi vəsiyyətlərə yeni vəsiyyətnamə əlavə edilib.

Demokrat.az xəbər verir ki, müğənni İbrahim Tatlısəs "Gazete Magazin"ə açıqlamasında həyatında iki insanı heç vaxt bağışlamayacağını bildirib.

"Biri kişi, biri qadın olan o həmin iki insanı mən ölənə qədər bağışlamayacam"
 

Ardını oxu...
  

Müğənni Xatirə İslam qonaq olduğu efirdə çətin anlar yaşayıb.

Milli.Az xəbər verir ki, o, mahnısını ifa edərkən geyimi "sözünə baxmayıb".

Belə ki, canlı efirdə göbəyi açılan sənətçinin əli şalvarında qalıb.

Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin müzakirələrinə səbəb olub.

Həmin kadrları təqdim edirik:

 
 
 
Ardını oxu...
 

"Hudutsuz Sevda"nın Qamzesi Zehra Yılmaz Azərbaycanda böyüdüyünü açıqlayıb.

Bu barədə o, Ceyda Düvencinin "Bambaşka söhbetler" verilişində danışıb. O, bildirib ki, atasının işi ilə bağlı Bakıya köçüblər:

"Orada özümü tanıdım, nə istədiyimə qərar verdim. Ana dilim Azərbaycanca oldu. Rusca oxudum, türk dilini anlayırdım. Amma insanın öz dilini bilməməsi pisdir. Başa düşürdüm, lakin aksentlə danışırdım. Bakını çox sevirəm, uşaqlığım orada keçdi. Eləcə də Azərbaycan xalqını çox sevirəm. Həmişə deyirəm, Türkiyə ilə qan bağım, Azərbaycanla can bağım var. İki ölkənin qarışığı kimi oldum". (olay)


Ardını oxu...
 

Müğənni Almaz Saraylı özü ilə bağlı iddialı açıqlama verib.

Sənətçi "Gün ortası" verilişində toy biznesində ən yüksəkdə özünü gördüyünü deyib:

"Toy aparamqda məndən nəhəngi yoxdur. Oxuyanlar arasından birini istəyirəm ki, gəlsin mənlə toyda üzbəüz oxusun. Toylarım da var"./Yenisabah.az

Dünyapress TV

Xəbər lenti