Ardını oxu...
  

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərləri zamanı Əməkdar artist Mətanət İsgəndərlinin "Taleyim mənim" mahnısını dinlədikləri anın görüntüsünü paylaşıb.

Musavat.com xəbər verir ki, Mətanət İsgəndərli sözügedən videonu yayımlayaraq təəssüratlarını bölüşüb.

"Əziz Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva, yolunuz hər zaman açıq olsun. Sizinlə fəxr edirik" deyə, M.İsgəndərli paylaşımında yazıb.

 
 
 
 
 

 

Könül
Musavat.com

 
 
 
Ardını oxu...
“Mədəniyyətimiz darmadağındır. Xalq elə bir tərbiyədədir ki, Allah göstərməsin… 3-4 ifaçı qız insanları kütlə şəklinə salıb”.

Gundeminfo.az axsam.az-a istinadən xəbər verir ki, Xalq artisti Zaur Rzayev gənc ifaçıları tənqid edib:

“Dodaqlarını şişirdənlər çıxır və ağıllarına gələni oxuyur, oynayır və danışırlar. Xalq da baxır, deyir, bundan yoxdur. Toy olanda da qayınana deyir filan, oğlan tərəf deyir, yox o biri, qız tərəf bu biri müğənni olacaq. Bu yaxınlarda bunun üstündə bir bıçaqlanma da olub. Baxırsan sifətlərinə, bunu niyə qoyursunuz toyunuza? Uşaqlar jarqonla danışır, qızlar bıçaq çıxardır. Xalqı məhv ediblər, musiqi bir kənara”.

Ardını oxu...

Konsertdən çıxan müğənni Nəfəsin başına iş gəlib.

Qlobal.net xəbər verir ki, o, sükan arxasında olarkən, yolda insident yaşayıb.

Yol vermək üstündə narazılığın yarandığı görülən videoda gərgin anlar diqqətdən qaçmayıb.

İnsanların üstünə maşın sürdüyü deyilən Nəfəsin üzərinə qadın hücum çəkib. Qarşı tərəf təhqir edərək, ifaçını hədələyib.

Müğənnin köməkçisi çətinliklə xanımı uzaqlaşdıra bilib.

Sosial şəbəkədə yayılan həmin görüntüləri təqdim edirik:




 
 
Ardını oxu... Ardını oxu... Myspace Stumbleupon 
Ardını oxu...
 

“Kızılcık Şerbeti”nin Pembesi Sibel Taşçıoğlu serialdan ayrılmasından danışıb.

Sənətçi Pembe üçün bu sonu gözləmədiyini deyib:

“Pembe üçün gözlədiyim son deyildi. Başqa seriala keçdiyim yalandır. Xəstələnib, müalicə üçün ayrıldığımla bağlı iddianın da əsası yoxdur”.  (Olay)

Ardını oxu...Ardını oxu...

 
 
 
Ardını oxu...
"Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm".

TEREF axşam-a istinadla xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Etiraf" verilişində deyib.

O, toylara getməməyinin səbəbini açıqlayıb: "Özümü ala qarğa hiss etmişəm. Repertuarımdan, yanaşmamdan bunu hiss edərsiniz. Mənə görə belə yaxşıdır. Toylara getmirəm. Amma dost-tanış, qohum, el var. Bir də görürsən elə adam xahiş edir ki, keçə bilmirsən. Mən toy mahnısı yox, öz repertuarımı oxuyuram".
Ardını oxu...
 

Əməkdar artist Vasif Məhərrəmli bağını satıb.

Sənətçi bunun səbəbini belə izah edib:

"Artıq bağım yoxdur, satımışam. Bizdə gedən olmadı və mən də satdım. Evdəkilər bağa getməyi xoşlamırdı. Qazaxda da evim var. Axırıncı dəfə uşaqları Qazaxa apardım. Mənə dedilər ki, "Ata, bizi bir də buraya gətirmə". Anam orada yaşayır".

Ardını oxu...
Məşhur “Rolling Stone” jurnalı Azərbaycanı bu il “Avroviziya 2025” musiqi yarışında təmsil edən “Mamagama” qrupundan yazıb.

TEREF APA-ya istinadən həmin məqaləni təqdim edir:

“Hər ilin mayında keçirilən “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən möhtəşəm və baxımlı müsabiqəsi, eləcə də, dünyanın müxtəlif kontinentlərində milyonlarla izləyicisi olan ən baxımlı musiqi yarışması sayıla bilər. Bu yarışma həm də musiqidən daha çox özünün ekstavaqantlığı ilə məşhur olsa da daxilində geosiyasi üstünlük də yox deyil.

Məsələn, 2016-cı ildə Ukrayna təmsilçisi olan Сamala 1944-cü ildə, Stalinin hakimiyyəti dövründə təqiblərə məruz qalan Krım tatarlarının xatirəsinə, eləcə də Krımın Rusiya tərəfindən işğalına həsr olunmuş səhnə performansı ilə qələbə qazana bilmişdi. 2022-ci ildə isə Rusiyanın Ukraynaya genişmiqyaslı aqressiyası başladı bir neçə ay sonra Avropa bu faktı tənqid etməyə başlamışdı və o zaman da Ukrayna qələbə qazandı. “Avroviziya”da geosiyasət və böyük güclər zaman-zaman əl-ələ verib. Bu il də o baxımdan istisna deyil.

Azərbaycanı builki yarışmada müsəlman bir ölkədə yəhudi əsilli solistin yer aldığı “Mamagama” qrupu təmsil edəcək. Gərgin geosiyasi vəziyyətdə bu seçim özlüyündə bir çağırış hesab oluna bilər. Regional problemlərin olduğu bir vaxtda, qrup tolerantılıq çağırışları etməyi düşünür. Buna isə bütün dünyanın ehtiyacı var.

Qrupun hər bir üzvü müxtəlif etnik qruplara aiddir. Solist Asəf Mişiyev yəhudi, gitara ifaçısı Həsən Heydər və baraban ifaçısı Arif İmanov isə Livan-Rus əsilli etnik azərbaycanlılardır. Əhalisinin 95 faizinin müsəlman olduğu bir ölkə olan Azərbaycan dini və etnik baxımından hər hansı gərginlik demək olar ki, mövcud deyil. “Mamagama” qrupunun üzvləri deyir ki, onlar Azərbaycanın paytaxtı Bakının miniatür modelini simvolizə edir: “Burada tam bir dözümlülük hökm sürür, - 32 yaşlı Asəf Mişiyev belə deyir, - yəhudilərə xas olan bayramlar da müsəlmanların bayramları ilə eyni dərəcədə qeyd edilir deyə biz bir-birimizi təbrik edirik”.

Belə bir vaxtda müsəlman bir xalqı təmsil etmək üçün “Avroviziya” müsabiqəsinə yəhudi əsilli bir ifaçını göndərən ikinci bir dövlət təsəvvür etmək mümkün deyil. Lakin Azərbaycan yəhudi irsi ilə qürur duyur. Burada həm də dünyanın daim mövcud olan ən qədim yəhudi icmalarından biri məskunlaşıb. Bu icma təkcə özünün uzunömürlü olmasına görə deyil, həm də müsəlmanların çox olduğu bir dövlətdə yaşaya bilməsinə görə də tanınır.

Dağ yəhudiləri ehtimal edildiyi kimi vaxtilə qədim farsdilli yəhudilərdən törəmə etnik qrupdur. Onlar indiki İran ərazisindən təqiblər nəticəsində qaçaraq, eramızın V əsrində müasir Azərbaycanın şimal-şərq hissəsində məskunlaşıblar. Asəf Mişiyev Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlsə də, ailəsi öz yəhudi-fars adətlərinə sadiq olan, dialektlərini və milli geyimlərini qoruyan, tarixən müsəlman qonşuları ilə sülh şəraitində yaşayan yəhudi icmasına mənsubdur.

Azərbaycanın “Avroviziya” müsabiqəsinə məhz yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır. Ötən ilki müsabiqə ziddiyyətlərlə dolu idi, çünki həm rəqiblər, həm də etiraz edən kütlə İsrail təmsilçisi İden Qolanın Qəzzadakı hərbi əməliyyatlar səbəbindən müsabiqədən kənarlaşdırılmasını tələb edirdi.

Azərbaycanı təmsil edən ifaçılar Fəxri və İlkin Dövlətovlar bu cür mübahisələrə qoşulmadıqları üçün çox şanslı idilər. Çox güman ki, onlar bunu siyasətdən kənar qalmaq və ölkəsinin İsraillə isti münasibətlərini vurğulamaq üçün ediblər. Lakin A. Mişiyev yəhudi dövlətinə olan rəğbətini gizlətmir:

“Mən ivrit dilinə danışa bilirəm. Burada yəhudi məktəbində təhsil almışam. Burada iki yəhudi məktəbi yerləşir. Bizim İsraillə münasibətlərimiz çox möhkəmdir. Mən təkcə fəxr etdiyim ölkəm olan Azərbaycanı yox, həm də yəhudi xalqını təmsil etməkdən və valideynlərimin də yəhudi olmasından qürur duyuram”.

Bu iki dövlət üç onillik boyunca bir-biri ilə sıx münasibətlər qurub. 1992-ildə İsrail SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanla diplomatik münasibətlər yaradan ilk dövlətlərdən biri oldu. Hər iki dövlət möhkəm ticarət əlaqələri saxlayır və müxtəlif beynəlxalq plarformalarda bir-birinin mövqeyini dəstəkləyir. 2024-cü ildə Azərbaycan yəhudi dövlətində səfirlik açmış şiə müsəlmanların çoxluq təşkil etdiyi ilk ölkə oldu.

Bu il isə Azərbaycan antisemitizmi dərslik proqramlarına daxil edən ilk müsəlman çoxluğun yaşadığı dövlət adını qazandı.

Bu siyasi dinamika heç də "Mamagama"nın ifa etdiyi musiqinin məğzini təşkil etməsə belə, onun rəmzi hesab olunur. Qrupun “Run With U” mahnısı yüksək enerjiyə malik pop-himndir. Həmin ifa Azərbaycanın ənənəvi musiqisi ilə retro-futuristik ahəng təşkil edir. Həmin mahnıda mili musiqi aləti olan sazdan da istifadə edilib. Musiqi parçasına çəkilmiş klip tünd antiutopik gələcəyi təmsil edir. Əsas qəhrəman Mişiyev mahnı ifa edən kiborq - əcaib varlıq obrazında təmsil olunub. Obraz dayanıqlılığı və özünüdərki simvolizə edir. Mişiyev deyir ki, qrupun əsas məqsədi sərhədləri aşmağa qadir olan bir kompozisiya yaratmaqdan ibarət olub:

“Bu, sevgi haqqında yazılmış, pop janrında bir kompozisiyadır. Əsas məqsədim onun insanlarla ahəng yarada bilməsindən və sərhəd olmadan onları bir-birinə yaxınlaşdırmaqdan ibarət olub.

Bazel şəhərində mayın 13-də keçiriləcək müsabiqə zamanı qrup məhz bunu etmək şansı qazanacaq”.
 

Ardını oxu...
  

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Manaf Ağayevin küsülü olduğu haqda xəbər yayılmışdı.

M.Ağayevin ötən gün keçirtdiyi ad günü məclisində V.Məhərrəmli də yer alıb.

O, səhnəyə çıxaraq mahnı oxuyub, dostunu təbrik edib.

Qeyd edək ki, bir müddət əvvəl ifaçılar bir-birindən incidiyini açıqlamışdı.  (Axşam.az)

Ardını oxu...Ardını oxu...

 
 
 

Ardını oxu...
  

Türkiyəli məşhur aktrisa Ezgi Mola xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az xəbər verir ki, aktrisanın İspaniyanın Barselona şəhərində aldığı evinə basqın olub.

Ezgi Mola təxminən 700 min avro ödəyərək bu mənzili alıb. Lakin aktrisanın sevincini çox çəkməyib. Belə ki, İspaniyada "okupas" adlandırılan ev işğalçıları onun mənzilini ələ keçiriblər.

Məlumata görə, Ezgi Mola Barselonada aldığı evə bir müddət getmədiyi üçün evsizlər qrupu mənzili boş görərək içəri girib və orada yaşamağa başlayıb. İspaniya qanunlarına görə, evə girən bu şəxsləri çıxarmaq üçün uzun və çətin məhkəmə prosesi tələb olunur. Bu səbəbdən də aktrisa böyük maddi və mənəvi zərərə məruz qalıb.

Ezgi Molanın dostlarına "Xəyal qırıqlığı yaşadım, bu ölkədə ev almaq mənim üçün kabusa çevrildi" dediyi bildirilir. Hazırda aktrisanın vəkilləri məsələ ilə bağlı hüquqi prosedurlara başlayıblar.

Dünyapress TV

Xəbər lenti