Xalq artistləri Emin Ağalarovla Eyyub Yaqubov bir araya gəlib.
Onlar məclislərin birində görüşüb.
Sənətçilərin birgə fotosunu müğənni Fuad Musayev paylaşıb. (Olay)
![]() |
![]() ![]() ![]() |
|
"Uzak Şehir" serialında canlandırdığı "Alya" obrazı ilə məşhurlaşan aktrisa Sinem Ünsal şəxsi həyatı ilə gündəmə gəlib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisanın sevgilisi Berk Cankatdan ayrıldığı iddia edilib.
Sinem seriala mane olmamaq üçün şəxsi həyatında baş verənləri gizli saxlasa da, sevgilisini sosial media hesablarından izləmədən çıxartması dedi-qoduları gücləndirib.
Könül,
Musavat.com
Əməkdar artist Sevinc Sarıyeva efirdə canlı oxuya bilməyən tələbəsindən danışıb.
Milli.Az xəbər verir ki, o, tələbəsi barədə sərt sözlər deyib.
"Mənim yanıma gəlirdi. Ona "tələbəm" deyə bilmərəm, heç bir ayı belə tamam olmayıb. Yaxşı, çalışqan qızdır, dedim oxuyacaq. Bir də görürəm ki, Zaurun efirinə çıxıb. Verilişə zəng vurub iradımı bildirdim. Gözəl qızdır, o demək deyil ki, çıxıb oxumalısan. Bir müddət hazırlaşıb efirə çıxmalı idi. Belə olmaz".
Xatırladaq ki bir neçə gün öncə "Rəngarəng" verilişində Zəhra Muradova adlı müğənninin canlı ifası geniş müzakirələrə səbəb olmuşdu. Onun çıxışı aparıcı tərəfindən yarımçıq dayandırlmışdı.
Müğənni Elnarə Xəlilova tələbəsi Piri Əliyev ilə mərhum ifaçı Rəhim Rəhimlinin məzarı başında mahnı oxuyub, klip çəkdirməsinin müzakirə olunmasına aydınlıq gətirib.
Musavat.com-un xəbərinə görə, sənətçi qeyd edib ki, “Gözümün içinə bax” mahnısı müğənninin xatirəsinə ithaf olunub və onun məzarının ziyarət edilməsi normal haldır:
“Rəhbərlik etdiyim “El” yaradıcılıq mərkəzinin bu ay verdiyi nəticələr - ötən həftə mərkəzin yeni layihəsi El Vino Elnarə Xəlilova bəstəsi olan sözləri Tural Nəqşicahana aid “Qalıb” adlı trekini çıxardı. Bununla yanaşı, tələbələrim ilə birgə bəstəkar və müğənni Rəhim Rəhimliyə “El” yaradıcılıq mərkəzində onun qardaşı və varisi Anar Rəhimlinin iştirakı ilə xatirə gecəsi təşkil etdik.
Gecədə şəxsən iştirak edən Anar Rəhimli öz ailəsi adından bu gözəl addıma görə mənə və bütün mərkəz üzvlərinə öz dərin minnətdarlığını bildirdi. Bundan savayı, ötən həftə öz tələbələrim ilə Zirə Mədəniyyət Mərkəzində Bakı Baş Mədəniyyət idarəsinin dəstəyi ilə “Nur” daun sindromlu uşaqlar üçün böyük bir konsert proqramı ilə çıxış etdik.
Tədbir çərçivəsində bəstəkar müğənni Rəhim Rəhimlinin müəllifi olduğu məşhur “Gözümün içinə bax” treki də mərkəzin fəal üzvlərindən biri Piri Əliyevlə birgə dueti səsləndirdik. Və elə həmin ərəfələrdə də eyni adlı ekran işi də tamaşaçıların ixtiyarına buraxıldı ki, bu da öz növbəsində “El” yaradıcılıq mərkəzinin Rəhim Rəhimliyə etdiyi ithafda öz nöqtəsini qoydu. Məzar başında klip çəkilməsinə gəldikdə isə Rəhimin xatirəsinə həsr edilən klip kimin məzarında çəkilməlidir ki? Bu, normal haldır”.
Musavat.com
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı müğənni Xatundur.
Proqramda qardaşı ilə arasındakı dərin bağdan söz açan müğənni onun ölümündən sonra həyatında çox şeyin dəyişdiyini söyləyib.
Xatun həmçinin iştirak etdiyi "Maşın" şoudan da danışıb.
O həmçinin qardaşının həyatındakı rolundan bəhs edib.
Müğənni ailəsində sevgi hissini dadmamağından, bu səbəbdən 18 yaşında ailə qurub, daha sonra boşanmağından da bəhs edib.
Ətraflı süjetdə: