Ardını oxu...
  

Türkiyədə şöhrət qazanan azərbaycanlı aktrisa Nesrin Cavadzade tətilə çıxıb.

Milli.Az xəbər verir ki, müğənni sevgilisindən ayrıldıqdan sonra bu qərarı alıb. O, Pamir Pekindən ayrıldıqdan sonra İbizaya yollanıb.

Aktrisa sosial şəbəkə hesabında İbizadan paylaşım edib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
"Bizim evdə 3 televizor var idi. İkisini ləğv etdik. Baxmıram desəm, yalan olar. Telefon çıxandan sonra onlara ehtiyac da yoxdur. Təəssüflər olsun ki, insanlara "Tolikin (Tarix Əliyev - red.) verilişində Ədalət Şükürovun ayağı sürüşüb yıxıldı" maraqlıdır. Bu, insanların qanındadır. O boytda iş görərsən, heç kim heç nə yazmaz. Adamın xətrinə dəyər. İnsan özü-özündən inciyir ki, bu niyə belə oldu. Mən də inciyirəm. Konset işıqlandırılanda adama stimul olur. Fikirləşirsən ki, gələn konsertdə bundan da yaxşı edəcəyəm. Bu olmayanda adam da düşünür ki, bəlkə gedib "təlxəklik" edim? Bəlkə onda bu barədə yazarlar".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Tarixin bir günü" verilişində deyib. O, bəzi meyxanaçıları və aşıqları tənqid edib:

"Çox təəssüf ki, meyxanaçılar meyxana çərçivəsindən çıxdı. Mən istərdim kİ, meyxana sərvətimiz kimi qalsın, oxusunlar. Saz ifaçıları aşıq sənətində qalsınlar. Sazı atıb-tutmaqla çərçivədən çıxırsınız. Necə ki, muğam dövlət tərəfindən qorunur. Neçə il bundan əvvəl muğam yox idi. Bu, muğam ifaçılarına stimul oldu. Onlar başladılar tədbirlərə çağırılmağa. Ordan da başladılar vəsait qazanmağa. Onun hesabına da başladılar yeni mahnılar üzərində işləməyə. Bir həftə əvvəl Dərbənddə idim. Orada bizim musiqiyə necə dəyər verirlər. İstərdim ki, muğam, meyxana, aşıq sənəti qorunsun. Bu sazdır, müqəddəs alətidir. Bu alətlə insanlar döyüşə gedirdilər".
 
Ardını oxu...
"Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz.
Necə olur ki, 50-500 min arası şadlıq sarayına toya pul ödənilir və heç kəs nə çek tələb edir, nə də çek verir?
Necə olur ki, sənədlə həmin o möhtəşəm şadlıq sarayları adi adamların adına olur və heç kəs maraqlanmır, sənə bu pul hardandır? Banka ay ərzində 10 mindən artıq pul qoyan kimi haqq-hesab soruşurlar adamlardan.
Şadlıq saraylarını işlədənlər isə fotoqrafın, dekor şirkətinin, tort hazırlayanın puluna şərik olur, monopoliya yaradır, gözü doymur. İnsanların qazancının qarşısını alırsınız ki, 5-3 manat qazanan da qazana bilməsin. İnsanların çörəyinə bais olub mafiya qurublar. Hamıdan faiz alırlar.
Bəsdirin də!
Dünən status yazmışam, hamı paylaşıb: “halal olsun, səsimiz oldunuz” yazır. Niyə oturub gözləyirsiniz ki, mən yazım? Niyə özünüz danışmırsınız?
Niyə toy yiyəsi şadlıq saraylarının şərtləri ilə razılaşır?
Suallar çoxdur, hamı da hər şeyi görür, bilir və susur.
Mən də doğruları yazanda, bəzi gerizəkalılar özlərinə əl qatırlar ki, “Nuranın başı gedib, hər şeyə fikir bildirir, dəli olub” və s.
Özünüz pıçhapıçla danışdıqlarınızı mən ictimailəşdirəndə “dəli” oluram?
Ən azından vicdanım təmizdir, susmadığım üçün. Siz isə boyun əyirsiniz adı administratorlara (hamısına şamil olunmur).
Ay aman, birdən burarlar sizi hansısa tədbirdən. Burublar da hər yerdən, onsuz da, möcüzə gözləyirsiniz?
Hələ dünən bəziləri zəng ediblər ki, “nəyinə lazım yazma, demə sabah sənə ya uşağına nəsə edərlər. Bütün şadlıq sarayları məmurlarındır”
Qoy məni bu sözləri yazdığıma görə şərləsinlər, ya da uşağıma nəsə etsinlər
Dərəbəylikdir? Bu nə qorxudur içinizdə?"
Nura Suri
Baku Times
 

Bu gün, 08:14           
Ardını oxu...
Türkiyəli aktyor Selahattin Taşdöğen “Elgizlə izlə” verilişində qonaq olub.

Tribunainfo.az xəbər verir ki, proqramın aparıcısı Elgiz Əkbər sənətçiyə son vaxtlar türk məşhurların ölkəmizə olan marağından danışıb.

“Son vaxtlar Türkiyədə dəb halını alıb, hamı azərbaycanlı olub. Elə hamısı deyir, “mənim əslim oradandır”. Şirinlik edirlər ki, buraya davamlı olaraq gəlsinlər. Elə bilirlər ki, burada pulu küçəyə səpiblər. Hər yer pulla doludur” deyə, Elgiz söyləyib.

 
Ardını oxu...
 

Müğənni Xuraman Şuşalı özünə qoyduğu qadağanı aradan qaldırıb. 

Bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

Belə ki, Xuraman yenidən içki məclislərinə getdiyini açıqlayıb:

“11 il içki məclislərinə getmədiyini dedim. İndi içki məclislərinə getməyəcəyimi ləvğ etdim. Çünki artıq gedirəm. Niyə gedirəm? Çünki artıq o içkilər xına məclislərində də içildiyinə görə... Mən yalnız xına məclislərinə ona görə gedirdim ki, xınalarda yox idi.

Amma artıq xına məclislərində də rahat-rahat içilir və mən buna qadağa qoya bilmirəm deyə qərar verdim ki, toylara da gedim. Çoxları bilir ki, zamanında mən Moskvada da toylara gedirdim. Toy bazarında məclisi başdan sona kimi idarə edə bilirdim. Hər xanım müğənni isə əvvəlindən sonuna kimi bir məclisi idarə edə bilmir. Xüsusilə də rayon və palatka toylarını. Bunu edəcək isə şou-biznesdə barmaq sayılacaq xanım müğənnilər var.

Mən də təkrarən geri dönmüşəm. Amma insanlar 11 ildir ki, içkili məclislərinə getmirəm sözlərimi eşitdikləri üçün artıq məni öz məclislərinə çağırmırlar. Onların qulağında bu fikirlərim qalır. İndi mən toy biznesimi daha da genişləndirmək istəyirəm”.  (Olay)

Ardını oxu...
Aparıcı Nanə Ağamalıyevanın verilişdəki geyimi müzakirə olunub. O, aparıcı geyimi ilə diqqət çəkib. Qeyd edək ki, aparıcı Nanə Ağamalıyeva verilişdə şəxsi həyatından danışıb.
Əməkdar artist Xumar Qədimova veriliş zamanı Nanəyə şəxsi həyatı ilə bağlı sual ünvanlayıb.

Aparıcı isə "Şəxsi həyatım haqda danışmıram. Qısqanclıqdan irəli gəlir. İstəyirəm mənə aid olan məqamları tək yaşayım. Elə bir şey yoxdur. Bəzən nələrsə danışılır və eşidirəm. Bu, normaldır. Həyatımda ən dəyər verdiyim duyğu məhəbbətdir. Bizi yaşadan da sevgidir. Sevmə ehtimalına yaşayıram. Amma bu duyğunu paylaşacağım insan yoxdur. Sevə bilənlər seçilmiş insanlardır. Sevgi səni xoşbəxt edən hiss olmalıdır. Orada ağrı, acı varsa, sevgidən söhbət gedə bilməz" cavabını verib.
Ardını oxu...

 
 
 
Ardını oxu...
Müğənni Ülviyyə Namazova açıqlaması ilə gündəm olub.
TEREF xəbər verir ki, "Rəngarəng"də qonaq olan ifaçı evli kişidən uşaq dünyaya gətirdiyini etiraf edib:

"Övladımın atası evlidir. Bunu danmıram. Bunun tərəfdarı deyiləm. Efirdə "ərim" demirəm. Kiməsə acıq vermirəm, heç kim bilə bilməz ki, nələr yaşayıram, hamiləlik dövründə nə stress keçirmişəm.

Bunu kimsə bilməz. Kənardan qınamaq çox asandır". (Bizim.Media)

 
Ardını oxu...
Müğənni Nura Suri “Azercell”in ad günü kampaniyasına etiraz edib.

Tribunainfo.az xəbər verir ki, müğənni “Azercell” tarifinin istifadəçisi olduğu üçün şirkət onun telefonuna hədiyyə olaraq 30GB paketini aktivləşdirməsi üçün mesaj göndərib.

Nura Suri “Azercell”in kampaniyasına etirazını bu cür bildirib:

“Azercell”, 1 günlük 30 GB hədiyyənizi ehtiyacı olan birinə verin. Pulumla aldığım interneti heç 1 ay ərzində bitirmirəm, sizdə qalır”.

Nura Surinin paylaşımına gələn şərhlərdə də “Azercell”ə etirazlar bildirilib:

“Bu, rəsmən adamı lağa qoymaq mesajıdır. Ölkədə 7-8 operator olsaydı, digər üç operator at oynatmazdı…”

“Bir günlük 30 MG verməsə, bundan hörmətlidir”,

“Siz adama pulsuz heç nə verməzsiniz. Çox güman, nömrəyə SMS göndərildiyi üçün bir müddət sonra abunəçi xərcə düşəcək”.
 
Ardını oxu...
“Əli Mirəliyevin efirdə çıxıb haqqımda danışmağı qətiyyən xoşuma gəlmədi. Tamaşaçıya Firuzə İbadovanın necə yaşaması, nə yeməsi, nə qazanıb-itirməsinin heç bir aidiyyatı yoxdur! Tamaşaçı hər zaman məni ifama görə alqışlayıb, sevib! Tamaşaçının nəyinə lazımdır ki, boş-boş söhbətlərlə onun qanını qaraldaq? Əli Mirəliyev çıxıb efirdə deyir ki, Firuzənin başına nə gəldisə ağılsızlığından gəldi! Xeyr, Firuzə çox ağıllı qadındır! Ağılsız insan deyil! Mən 50-60 toyu birdən qaytarıb qastrollara getmişəm. Əli bunu deməli idi. Axı Əli Mirəliyev məni hamıdan yaxşı tanıyır. Əli Mirəliyev aparıcıya deməli idi ki, Firuzə İbadova çox ağıllı insandır, Azərbaycan musiqisinə qulluq edib və hər kəsdən də çox işləyib. Heç kim xaricə getməyəndə Firuzə İbadova bəlkə də gənclərin içində rekord vurmuşdu. Müxtəlif ansambıllarla, ən əsası da Rəşid Behbudovun Mahnı Teatrı ilə qastrol səfərlərinə gedib. Niyə Firuzə İbadovanı toyla gündəmə gətirirlər? O həmin Əli Mirəliyevdir ki, mənim ifalarıma ağlayıb və ağlayır da. Çünki Əli Mirəliyev də savadlı insandır, bəstəkarlarımızı, şairlərimizi tanıyır. Mənimlə “Dan Ulduzu” ansambılında da işləyib”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra əlavə edib:

“Efirdə durub deyir ki, ağılsızlığından, başının boşluğundan olub.. Anasına baxıb, ailəsinə baxıb. İnsan anasına baxmaz? Nə bilim, bəlkə onlar analarına baxmayıblar? Əgər anam məni böyüdübsə, təhsil veribsə, boy-buxunuma baxıb sevinibsə, şad günlərimdə yanımda olubsa mən onu saxlamamalı idim?! Sən məni niyə ayağa verirsən? Bu söz məni çox narahat etdi. Bəlkə də ürəyi yanıb deyib, amma bu kobud səsləndi. Milyonların qarşısında deməyi heç düzgün olmadı. İnsanlar bunu yüz yerə yoza bilərlər! Mənim özümə zəng edib deyərdin! Biz axı sənin ailənlə tez-tez danışırıq, musiqiləri bölüşürük! Deyir ki, toylara gedib yaxınlarını yedirdib. Mən bəyəm toy müğənnisi olmuşam? Sözsüz ki, müğənnilər toya gedib dolanıblar. Zeynəb Xanlarovadan başqa hamı toya gedib. Bu gün də gedirlər. Mən şəxsən sevinirəm. Güzəranları yaxşı olsun. Mən konsertə biletlərin satışı ilə rekord vuran müğənni olmuşam. Firuzə İbadova toylardan pul qazanmayıb. Sənətini göstərməyə gedib. Aldığım qonorarın miqdarını heç açıqlamaq istəmirəm. Mənə gülərlər.. O pulla sən ancaq bir həftə dolana bilərdin. 100-200 manatı necə günə xərcləyə bilərdim? Mən xalqımızı heç vaxt məcbur etməmişəm ki, bu qiymətə gələcəm. Elə toylar olub ki, heç pul götürməmişəm. Bunu deməzlər, bu Allahla mənim aramda olan bir sirdir. Məcburiyyətdən deyirəm! Müğənni özünə qiymət qoymaz. Mən bu sənətə gələndə düşünməmişəm ki, milyonlarım, maşınlarım, evlərim olacaq. Mən Azərbaycan musiqi mədəniyyətinə qulluq etmişəm, hazırda da tələbələrimizi öyrədirəm. Şəxsən Əli Mirəliyevin efirdə ünvanıma işlətdiyi həmin ifadə məni çox küsdürdü. Onsuz da mənə zərbələr dəyib də.. Mən o verilişdə yoxam. Niyə haqqımda söhbət getməlidir? Məni sevən insanlar verilişdən sonra yığıb dedilər ki, bəs sizə ev bağışlayırıq, niyə getmirsiz? Xeyr! Mən ev, pul davası etmirəm. Mənim dövlətimin qayğısına ehtiyacım var, insanların qayğısına yox. Mən bu gün toya getməsəm də balalarımı qanadımın altına alıb saxlayıram. Heç kimdən heç nə ummadan, istəmədən. Çünki mən güclü qadınam. Adım Firuzədir, mənası da çox böyükdür. Biz bir sənətin adamlarıyıq, olmaz belə etmək” deyə sənətkar bildirib.
 
Ardını oxu...
Əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" verilişində gərgin anlar yaşayıb.

Milli.Az bildirir ki, aktrisa eskpert qismində iştirak etdiyi proqramda efirə üz tutan Cəmilə Mahmudova adlı qadına əsəbiləşib.

Mübahisə o həddə çatıb ki, tərəflərin mikrafonları söndürülüb.

Buna səbəb isə onun qız övladları ilə bağlı səsləndirdiyi fikirlər olub. Cəmilənin "Sizi burada çox insan düz edib, təhqirə məruz qoyub" deməsi gərginliyi daha da artırıb.

Sənətçi bu sözlərlə qadına etirazını bildirib:

"Siz bir ana olaraq övladlarınız haqqında gərək bu sözləri söyləməyəydiniz. Lazım deyil idi... Sən bu verilişə iki qız övladını biabır etməyə gəlmisən? Utanmırsan? Utan! Sən öz əməllərini burada demirsən, uşaqlarını atırsan qabağa. Əməllərin budur da... Uşağı götürüb divara vurmaq, başını partlatmaqla ört-basdır etmək istəyirsən? Sənin ixtiyarın yoxdur o uşaqları döyməyə. Döyülə-döyülə, ananın tənələrini eşidə-eşidə bu yaşa çatıblar".

Dünyapress TV

Xəbər lenti