Ardını oxu...
   

Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə əməliyyat olunub.

Bu barədə Ümidin xanımı Fatimə məlumat yayıb.

O bildirib ki, həyat yoldaşı İstanbulda konsertdən sonra özünü yaxşı hiss etməyib və təcili orada əməliyyat edilib:

"Bir neçə gündür başımız çox qarışıq idi. Səbəbi isə o idi ki, həyat yoldaşım konsertdən sonra özünü yaxşı hiss etmədi və təcili əməliyyat olundu. Allah şəfa versin, canım. Şükür ki, yavaş-yavaş yaxşılaşır. Allah heç kəsi canı ilə sınamasın".

Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümidlə Fatimənin Şəms adlı bir qızı var.

Onu da qeyd edək ki, bu gün Natiq Şirinovun 49 yaşı tamam olur.

Ardını oxu...
Oxu.Az
 
 
 

Ardını oxu...
 

Efirdə davalar və qalmaqallar daim olur. Elə bir neçə gün bundan əvvəl tanınmış müğənni Əli Mirəliyev və Elşad Qarayev arasında da mübahisə yaşanıb. Həmin mübahisə isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı və müzakirələrə rəvac verdi.

Yenisabah.az məsələnin təfərrüatlarını öyrənmək üçün müğənni Əli Mirəliyevlə əlaqə saxlayıb. Məhşur ifaçı saytımıza açıqlamasında nə baş verdiyini belə izah edib:

“Elşad Qarayev toy müğənnisidir. Bir var bəstəkar mahnısı ifa edəsən, bir də var toy - "İran təranələri" ritmində fars, ərəb musiqisi oxuyasan. Bilir ki, bunlar mənim xoşuma gəlmir. Nəinki xoşuma gəlmir, belə ifaları heç qəbul etmirəm. O, bütün bunları ürəyində bilirdi. 3-4 ay bundan qabaq “Dünya TV”-də efirə gedən “İbo Şou”da qonaq olanda Elşad Qarayev mənim haqqımda fikirlər səsləndirib. Sonra həmin çıxışı “TikTok”-da da paylaşılıb. Orada deyib ki, mən 70-ci illərdə Bakıya gəlmişəm, amma Əli Mirəliyevi heç yerdə görməmişəm. Mən eşidəndə fikirləşdim ki, bu dəlidir? Bu nə söhbətdir edir?! Sonra bir neçə adam mənimlə əlaqə saxladı və bu barədə öz şərhlərini bildirdilər. Mən 70-ci illərdə Bakıda oxuyanda sən Kürdəmirdə dana otarırdın. Sən bunu deyəndə fikirləşmirsən ki, camaatın sənə olan münasibəti, reaksiyası necə olar? 76 yaşlı kişi üçün sən bu sözü deyirsən. Əvvəl Azərbaycan televiziyası bir dənə olub. Mən isə oranın solisti olmuşam. Dilarə Əliyevanın “Dan ulduzu” instrumental ansamblı, Dövlət Mahnı Rəqs Ansamblı və s. yerlərdə solist kimi fəaliyyət göstərmişəm. 120-dən çox mahnı ifa etmişəm. Sən bu sözü efirdə necə səsləndirə bilərsən? Sonra da boynuna almır”.

Əli Mirəliyev Elşad Qarayevin onu tanımamasına qəzəblənib:

“Bu yaxında şəhərdə olan vaxtı mənə “ARB” televiziyasından mənə zəng gəldi və dedilər ki, Elşad Qarayev efirdədir və sizi calaşdırmaq istəyirik. Əlaqəni yaratdılar. Elşad qayıtdı dedi ki, sən cavanlığında nə oxumusan ki, onlardan birini ifa et. Dedim ki, sən munsiflər heyətisən, ya bədii şura? Sən kimsən ki, 76 yaşlı kişi sənə imtahan verməlidir? Sən oxumağını düzəlt, söhbət səndən gedir. Sən nə gündəsən, məni özünlə necə tay edə bilərsən? Mən 20-dən çox ölkədə Azərbaycan musiqisini təmsil etmişəm, o isə toyxanalarda oxuyub. O, mənim əziyyətimi, ifalarımı yerə vurdu. Hansı müğənni məni tanımır? Sən necə ola bilər ki, tanımırsan? Guya qalmaqalla məni tanıyıb. Qalmaqallardan qabaq məgər mən oxumamışam? Məni tanımayıblar?”

Ardını oxu...
Aktrisa Sonaxanım Əliyeva da müğənniliyə başlayıb.

TEREF titul.az-a istinadən xəbər verir ki, məşhur aktrisa ifaçı kimi ilk təcrübələrindən birini keçdiyi bu vaxtında toyda xoşagəlməz halla qarşılaşıb.

Belə ki, fonoqram ifa edən Sonaxanımın səsi qəfil kəsilib.

Lakin aktrisa özünü itirməyib və vəziyyətdən canlı ifa edərək çıxamağa çalışıb.

Bu da sözügedən kadrlar:

 
Ardını oxu...
 

Türkiyənin məşhur modelyeri Ebru Şallı və biznesmen Uğur Akkuş 5 illik evliliklərinə xitam verirlər.

Akkuş sosial media hesabında ayrılıq səbəbi ilə bağlı diqqətçəkən açıqlama verib.

Onun sözlərinə görə, yaxın ətrafı, ailəsi və tanışları bu boşanma ilə bağlı müxtəlif iddialar səsləndirməsinlər deyə, əsl səbəbi özü açıqlamaq istəyib.

"Bu gün 7 ildir birlikdə olduğum, çox sevdiyim, aşiq olduğum və çox əmək sərf etdiyim həyat yoldaşım Ebru Şallıdan boşanmaq üçün Beykoz 1-ci Ailə Məhkəməsinə müraciət etdim. Boşanma istəyimin yeganə səbəbi artıq xoşbəxt olmamağımdır. Bu münasibətin sevgi və məhəbbət evliliyi olduğunu zənn etmişdim, amma, sən demə, hər şey pul və maddi maraqlardan ibarət imiş! Bunu çox gec və çətinliklə anladım. Artıq xoşbəxt və hüzurlu bir həyat yaşamaq üçün boşanmağa qərar verdim", - deyə o bildirib.

Qeyd edək ki, Ebru Şallı və Uğur Akkuş 2019-cu ildə ailə qurublar. Onların Pars adlı oğulları var.

Ebru Şallı mövzu ilə bağlı hələlik açıqlama verməyib.//Oxu.Az

Ardını oxu...
Müğənni Zahidə Günəş həyat yoldaşından ayrılıb.

İfaçı bu haqda “Qonaqcanlı” verilişində deyib.

İfaçı bildirib ki, ayrılıq qərarını özü verib.

Aparıcı Aytəkin Mərdanovanın “Səbəb nə idi? Qısqanclıq” sözlərinə Z.Günəş “Hər şey. Mən istəmişəm ki, yanımda hər zaman ancaq oğlum olsum” cavabını verib.

Qeyd edək ki, ifaçı ötən il ailə qurduğunu açıqlamışdı.
 
 
 
Ardını oxu...
Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

Azərbaycanda “tiktoker”lərin sürdüyü bahalı maşınların görüntüsü təəccübləndirib. Müxtəlif markalardan olan lüks avtomobillər diqqət çəkib.

Sözügedən video sosial media istifadəçilərinin müzakirə mövzusuna çevrilib.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
  

Müğənni Bahar Lətifqızı emosional reaksiyası ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi iştirak etdiyi toy məclislərinin birində görüntülənib.

İştirak etdiyi məclisdə Xalq artisti Zabit Nəbizadənin "Ata Muğamı"nı oxuması Lətifqızını göz yaşlarına boğub.

Hisslərinə hakim ola bilməyən müğənni duyğusal anlar yaşayıb.

Həmin görüntünü təqdim edirik:

Ardını oxu...
  

"Mən artıq kiminsə arxasınca qaçacaq yaşda deyiləm".

Musavat.com shownews-a istinadən xəbər verir ki, müğənni Şəbnəm Qəhrəmanova küsülü olduğu eks rəfiqəsi Türkan Vəlizadə haqda suala belə cavab verib.

O, Zeynəb və Türkanla görüşəcəyi təqdirdə salam-sağolun olub-olmayacağını belə bilmədiyini dilə gətirib.

 
 
 
Ardını oxu...
 

Müğənnilər Əli Mirəliyev və Elşad Qarayev arasında efirdə qalmaqal yaşanıb.

OLAY yazır ki, öncə “Günə bax” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşulan Mirəliyev proqramın gedişatında studiyaya gəlib və həmkarını təhqir edib.

Ə.Mirəliyev E.Qarayevin ünvanına nalayıq ifadələr işlədib:

“Elşad sən bəstəkar mahnəlarını bilmirsən. Verilişdə başından böyük danışıb. Rəhmətli gitara ifaçısı Rəmiş özü ilə “əl meymunu” gəzdirirdi. Sən Elşad oxuyan yox, “əl meymunusan”. Mərhum qarmon ustadı Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara”.

Əlinin bu sözlərinə Elşad “Baxın görün meymuna mən yoxsa Əli oxşayır. Qalmısan Mərdəkanda itlə və başqa adam görmürsən” cavab verib.

Qarayevin bu sözlərindən daha da qəzəblənən Mirəliyev “Saçlarını ağartsan sən dəqiq meymuna oxşayacaqsan. Saçlarını boyatmısan. Ay bədbəxt, utanmırsan? Kişidə saçını boyadar? 70 yaşlı kişi saçını boyatmaz”.

Əlini yola gətirmək üçün Elşad “Mən Əlini həqiqətən çox istəyirəm. Mən çox istəmədiyim insanla zarafat etmərəm. Əli mənimlə zarafat etdiyinə görə məndə onunla zarafat edirəm” sözlərini dilə gətirib.

Mirəliyev isə “Efirdə mənimlə belə zarafat etmək olmaz. Zarafatında həddi var. Deyirsən ki, 1974 -cü ildə Bakıya gəlmişəm, kirayədə qalmışam, Əli Mirəliyevi mən tanımıram. Heç bilmirəm o nə oxuyub. Sənin kimi adama “alaaa” demək lazımdır. Nə olsun ki, efirdəyik. Qardaş canı sən “zay” adamsan. Başından böyük danışırsan. Məndən də kiçiksən yaşda. Sən bədbaxt və yeməkdən gözü doymayan insansan. Mən hər zaman hisrliyəm. Hirsli olmasam belə meymunlarla yola gedə bilmərəm. Sən Elşad “əl meymunusan”” deyə qarşı tərəfi təhqir edib.

Daha sonra müğənnilərin mikrofonu efir rejissoru tərəfindən söndürülüb və ikili canlı yayımda söz savaşına çıxıblar. 

 
 
 
Ardını oxu...
 

Müğənni Samir Bağırov uzun fasilədən sonra efirə çıxıb.

Lent.az xəbər verir ki, Samir uzun müddətdir sənətdən uzaq qalmasının səbəblərini açıqlayıb:

"Heç kimi günahlandırmıram. Nə olubsa, səbəbkar mənəm. Sənətə qarşı münasibətim dəyişdi. Təəssüf ki, gənclikdə bilmədim bu sənət sərt, çirklidir. Yaxşı insanlar üçün deyil. Yaxşı, səmimi biri yaşaya bilməz, yox edəcəklər onu.

Səhnə sünini qəbul edir. Maska taxmalısan burada. Hər çıxan insan özü olmur, maska taxır. Sənətdə uğurlu olmaq istəyirsənsə, qara tərəfdə olmalısan. Bəzən sanki içimə şeytan girirdi. Sonra özümə gələ bilmirdim ki, mən nə etdim, nə söz dedim? Bu, mən deyiləm", - müğənni bildirib.

Dünyapress TV

Xəbər lenti