Ardını oxu...
  

Müğənni Günel Ələkbərova (Pişik Günel) şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib.

Günel deyib ki, övladı rəsmi nikahsız dünayaya gəlib: "Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib. On iki ildir ki, qızımın atası ilə münasibətimiz var. Qızımın da artıq 10 yaşı var. Mənim üçün əsas odur ki, o, qızımın yanındadır. Əsas odur qızıma ata sevgisi göstərir. Mən hər zaman demişəm ki, atası qızımın yanında olduğu müddətdə başımın tacıdır.

Övladım halallıqla dünyaya gəlib. Qadın uşaq dünyaya gətirər də... Kişi deyiləm ki, uşaq dünyaya gətirim hamı təəccüblənsin. Rəsmi nikahı olanlar var ki, ərini evdı tapa bilmir. Təbii ki, mən də istəyərdim, hər bir qadının arzusudur ki, gəlin köçsün".(Bizim.Media)

Ardını oxu...
  

Tanınmış məşqçi Kamil Zeynallı ilk dəfə Qəbələdəki villasını göstərib.

"Bir gün" verilişi Kamilin evində qonaq olub.

Kamil Qəbələdə yerləşən villada anasının yaşadığını bildirib. (Bizim.Media)

 
 
 
Ardını oxu...
"Hər oxuduğumuz mahnı cəmiyyətə mesaj olmalıdır. Hər mahnıda bir siqnal var. Qoyun bu mesajlar yaxşı olsun da".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Müğənni aparıcılara səslənib. O bildirib ki, bayağı mahnı ifaçılarını efirə çağırıb, tərifləməyin:

"Əvvəl indiki kimi hamıya azadlıq verilməmişdi. Bu azadlıqdan isə hamısının başı gicəllənib. Mənim sonuncu müsahibəmdə sözümü düz anlasalar yaxşı olar. Heç kimə deyə bilmərəm, niyə etmisən? İncikliyim aparıcılardandır. Əgər sabah bizim yerimizdə həmin insanlar otursa, aparıcılar da onları bizim kimi tərifləsə incməyəcəksiniz? Sözüm aparıcılaradır. Sənətkarlarla onları bir tutmayın"
Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, Bakıda"Venesiya" şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənmə baş verib.

Toy məclisində müğənni kimi iştirak edən Dərya Dünya da zəhərlənib. 

Müğənni bildirib ki, toyda onun da halı pisləşib.

"Şükür indi normalam, ölümdən qayıtdım". 

Xatırladaq ki, zəhərlənmə qonaqlar zalda olarkən baş verib və dərhal təcili yardım briqadaları çağrılıb.

Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatıdırılıb.

Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.//Milli.az

 
 
 
Ardını oxu...
Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral İstanbulda yaşayan tanınmış erməni rok musiqiçisi Hayko Cepkinin xarici görünüşünü və sənət fəaliyyətini tənqid edib.

Onun bu tənqidindən sonra Türkiyə şou-biznesində və mədəni həyatında fəaliyyət göstərən erməniəsilli sənətçilər yenidən diqqət mərkəzinə düşüb.

TEREF kult.az-a istinadla sənət və mədəniyyət sahəsində tanınan bir çox erməni kökənli məşhurları təqdim edir:

Kərəm Bürsin – atası ermənidir
Seray Kara – anası ermənidir
Əbru Şahin – anası ermənidir
Vahe Kılıç Arslan – erməniəsilli
Ajda Pekkan – erməni kökənlidir
( Ajda Pekkan-ın ermənikökənli olması düz deyil. Babası Rıdvan Pekkan (1919-1970) deniz albay, annesi Nevin Dobruca (1922-1999) ise ev hanımı. TEREF)
Toto Karaca – erməniəsillidir
Adilə Naşit – anası erməni, atası yunandır
Cem Karaca – anası erməni, atasının azərbaycanlı olduğu deyilir
Anta Toros və Ayhan İşık – erməni olduqları iddia edilir
Robert Hatemo – həm anası, həm də atası ermənidir
Nubar Terziyan – hər iki valideyni ermənidir
Danial Topatan və Kənan Pars – ata tərəfdən erməni əsillidirlər.

 

 

Ardını oxu...
"Zülfiyyə xanım deyir ki, "aşıqlar arasında ən zəifi mənəm". Amma ən çox qazananı da elə odur. Görmüşəm".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində aşıq Zülfiyyə İbadova haqqında danışarkən deyib. O, bildirib ki, Z.İbadova məclisdə 2 mahnıya görə 10 min dollar alıb:

"Çox emossional bir müğənni var idi, onunla məclisə getmişdim. Prodüseri toy yiyəsi ilə 4 minə razılaşmışdı. Toyda nə qədər musqiçi var idi, 3 yerə bölünmüşdülər. Şok olduq. Yazıq müğənni də oxuyur, tər-suyun içində. Sonra Zülfiyyə xanım asta-asta gəldi. Biz də baxırırq. Cəmi iki mahnı oxudu. Bir də gördük ki, toy sahibi bir "paçka" 100 dolları sazının üstünə qoydu. O bir müğənninin ürəyi getdi. Toyun içində qırğın düşdü. Prodüserlə dava etdi ki, sən belə bir toyu bu qiymətə razılaşmısan. Zülfiyyə xanım 2 mahnı oxudu 10 min dollar pul verdilər, sən bu boytda məclisə görə 4 min istəmisən.

Üstündən bir müddət keçdi, yenə bir məclisə düşdük. Zülfiyyə xanım gəldi, yenə 2 mahnı oxudu, sazının arasına 10 min dollar qoydular.

Zülfiyyə aparıcının sözlərinə belə reaksiya verib:

"Məəttəl qalıram ki, Elgiz orda bu pulu necə sayıb".

Aparıcı bununla bağlı sübutlarının olduğunu deyib:

"Vaxtları ilə, videolarla sübut edə bilərəm, əlimdə görüntülər var. Hamısını çəkmişəm".
 
 
 

Ardını oxu...
  

Əməkdar artist Aybəniz Haşımova səhhətində problem yarandığını açıqlayıb.

Sənətçinin sözlərinə görə həkimi ona qadağa qoyub:

"Son vaxtlar sağlamlığımda problem yaşadım. Həkimim məni qorumaq məcburiyyətində qaldı. Dedi ki, bacardığın qədər dəvətləri az qəbul et. Çünki olmaz. Yaşamaq, dünyada qalmaq istəyirsənsə... Mən də dünyada hələ qalmaq istəyirəm. Qarşıda sizi sevindirəcək çox mahnım var. Aynişanın yanında qalmaq, onun uğurlarını, dünyanın ən xoşbəxt övladlarından biri olduğunu görmək istəyirəm. Tələbələrini dünya səhnələrində görməyi arzulayıram. Biz böyük layihə hazırlayırıq, müsabiqəyə hazırlaşırıq. Dünyanın ən böyük müsabiqəsinə hazırlayıram uşaqları...". (olay)

Ardını oxu...
  

"Əvvəllər biz elə mahnılar oxuyurduq ki, sənət göstərə bilək. Amma indi elə mahnı oxumaq istəyirik ki, o bizə pul qazandırsın, daha çox sevilsin. Çalışıram ki, mahnılarım gözəl olsun. Bu sənətin vəfasız olduğunu insan anlayır. Ömür ötür... Keçən günü geri qaytarmaq mümkün deyil. Ona görə zamanla çalışırsan ki, hər tərəfli düzgün şəkildə istifadə edə biləsən".

Milli.Az bildirir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Özəl" verilişində deyib.

Sənətçi bildirib ki, sənətlə məşğul olaraq övladlarını ac qoya bilməz:

"Tam şəkildə sənətlə məşğul olub, ac qalmaq olmaz. İxtiyarım yoxdur ki, ömrümü sənətimə həsr edim, övladlarımı ac qoyum və ya özüm istədiyim geyimi alıb, geyinə bilməyim".

Xuraman bildirib ki, ucuz qiymətə xına məclislərinə getmir:

"O zamanlar iş daha çox idi. Demirəm ki, indi azdır. O gün mənə Moskvadan bir zəng gəldi. Həmin şəxs elə bir yerdəndir ki, o yerin camaatı pulludur, digər bölgələrimizdən də seçilir. Deyir ki, xına etmək istəyirik və istəyirik ki, siz bu xınanı edəsiniz. Dedim ki, filan qiymət. Həmin qiymət isə çox münasibdir. Cavab olaraq çox aşağı məbləğ dedi və söylədi ki, ailə üzvləri başqa bir insanla daha ucuz məbləğə xınanı danışıblar. Məndə dedim ki, o zaman gedin həmin insanla xınanızı edin və mən bu şeylərə görə də artıq xınadan çıxmaq istəyirəm. Çünki xınanı o qədər ucuzlaşdırıblar ki... Keçən səfər bir yazı çıxdı qabağıma - "130 manata xına məclisini aparmaq". Aparın amma mən axı müğənniyəm tək xına aparıcısı deyiləm. Mən həm müğənni, həm aparıcı, həm də təşkilaçıyam. Dekor şirkətim var. Mən hər bir şeyi yüksək şəkildə təşkil edirəm. Bu cür aşağı məbləğ mənə təklif edəndə özümü təhqir olunmuş kimi hiss edirəm. Baxıb deyirəm ki, bu nə cür qiymət verməkdir.

Mənim özümə uyğun müştərilərim, dinləyicilərim, audutoriyam var. Elə ailələr var ki, onların həm bacısının, həm qardaşının, qohumlarının məclisində oxumuşam. Zəng vurub və belə deyəndə ağlı başında olmayan insan bəlkə də intihar edər. Axı bu nə düşüncə, nə yanaşmadır? Şok yaşadım! Dedi ki, biz 1500 manatla bir yer danışmışıq... İnsanları o qədər aldadırlar və ya həmin insanlar zəng edib deyirlər ki, yerimiz artıq doludur, yalnız 3 və ya 2 minlik paketimiz var. Belə marketinqlər edib, oyunlar oynayırlar. Hiylələr qururlar. Dürüstlük çox az qalıb".

 
 
 

Ardını oxu...
 

Müğənni Nəfəsin kirayədə qaldığı məlum olub.

İfaçı bildirib ki, yeni ev alsa da, təmir etdirmədiyi üçün kirayədə yaşayır:

"Məndən də bahalı maşın sürənlər var. Niyə mənim sürdüyüm maşın, kirayədə qalmağım müzakirə olunur? Bəli, bir neçə aydır kirayədə qalıram. Çünki ev almışam, sadəcə təmir etdirmək lazımdır.

Haradasa 8-9 aydır ki, ev almışam. Qiymət demək istəmirəm. Maşınım "Mercedes" markalıdır, onun da qiymətini demirəm. Sadəcə 200 min manatdan çox deyil". (Bizim.Media)

 
 
 

Dünyapress TV

Xəbər lenti