![]() |
![]() ![]() ![]() |
|
Məşhur türkiyəli aktyor Cem Yılmaz 16 milyon 300 min izləyicisi olan “X” sosial şəbəkə hesabını bağlayıb.
Bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Cem Yılmaz 2019-cu ildə “Twitter”in qurucusu Cek Dorsi tərəfindən yaradılan və 35 milyondan çox istifadəçisi olan “Bluesky” platformasına keçib.
Buna səbəb “X”in ifadə azadlığı ilə bağlı qərarları olub.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra başlayan və etirazlara dəstək verən bir çox insanın hesablarının bağlanması onların Bluesky platformasına axın etməsinə gətirib çıxarıb.**qafqazinfo.az
Fəaliyyəti dayandırılmış ANS telekanalında "Kamerton", "Sehirli çıraq" və digər verilişlərin aparıcısı kimi tanınan televiziya aparıcısı Gülnarə Məmmədova şəxsi həyatı haqda kövrək məqamlara toxunub.
"Xəbərin var?" verilişində qonaq olan G. Məmmədova ailə qurduqdan 7 il sonra qız anası olsa da, övladının dünyasını dəyişdiyini açıqlayıb.
İkinci övladı da çətinliklə dünyaya gəldiyini bildirən aparıcı oğlunun 7 aylıq və 800 qram doğulduğunu söyləyib.
"Biz musiqiçilər xalqın zövgünü formalaşdıranlarıq. Çünki onlar televizor qarşısında əyləşib bizə baxırlar. Biz nə təqdim etsək də onlar onu qəbul edirlər".
Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu " Gün ortası" verilişində deyib.
Sənətçi bir müddət əvvəl həmkarı Xatirə İslamın söylədiyi "Xalq nə istəyirsə biz də onu veririk" sözlərinə etirazını bildirib:
"Bu yaxınlarda həmkarlarımdan biri (Xatirə İslam - red.) efirdə dedi ki, xalq nə istəyirsə biz də onu veririk. Mən də ona cavab verirəm ki, sən çox nahaq yerə xalqın istəyini onlara verirsən. Sən xalqa yaxşı şeylər ver də... Deyir ki, əgər xalq qeyri-peşəkar mahnıları dinləmək istəyirsə biz onlara onu da verməliyik. Amma mən belə hesab etmirəm. Yox! Xalqın zövqünü korlayan da bizik, formalaşdıran da... Bir dəfə Xalq artisti Akif İslamzadə mənə "Çalışın xalqı arxanızca aparın. Xalqın arxasıyca getməyin. Çünki siz efirdə nə danışsanız və nə ifa etsəniz xalq onu da sizdən götürəcək. Çünki siz xalqın evinə çağırılmamış qonaqsınız. Xoşuna gəlməyəndə o kanalı çevirəcək. Amma sən yaxşı nə bilirsənsə söylə və onu təbliğ et" dedi". (olay)