|
“Bu yaxınlarda “TikTok”da illər əvvəl parodiya etdiyim bir video çıxdı qarşıma. İnanın, baxıb o qədər utandım ki... Xatirə İslam da həmin videoya baxıb mənə yazdı ki, sən duzsan, hər evə lazımsan, o qədər gülmüşəm. Cavab verdim ki, məni ələ salırsan. Yəni etdiyim parodiya onun çox xoşuna gəlib”.
Bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “İzzət şou” verilişində deyib.
Sənətçi bildirib ki, həmkarlarını parodiya etməyi özünə qadağa qoyub:
“Almaz xanım onu parodiya etdiyimə görə şaqqanaq çəkib gülürdü. Mən tövbə etmişəm parodiya etməyə. Bir də heç kimi parodiya etməyəcəyəm. İndi pardoya videolarıma baxıb deyirəm ki, bu mən deyiləm. O vaxtı “şir ürəyi yemişdim”. Dörd məşhur müğənnini parodiya etmişdim”. (olay)
““Kişi” deyilən bir söz var. Sonrada kişi olmur. Anadan doğulanda kişisənsə kişisən amma sonradan... Bu gün baxıram ki, cəmiyyətdə pulun olsun, kişilikdən xəbərin olmasın hamı sənin yanında olur. Əksəriyyəti belədir. Məni heç kim pulla təəccübləndirə bilməz. Amma məni quru bir söz və ya bir fincan çayla hər şeyimi əlimdən almaq mümkündür”.
Bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “Günü bu gün” verilişində deyib.
Sənətçi bildirib ki, dəfələrlə əl tutduğu insanlar onu aldadıb:
“Görərəm ki, məni çox istəyir və diqqət ayırır. Bir sözlə insanlığı ilə... Elə belə də olub. O qədər rayondan bir və ya iki dəfə yanıma gəlib, 10 ədəd yumurta, 2 ədəd çolpa gətirib sonrada deyib ki, mənə 2-3 min pul ver. Görmüşəm ki, yumurtanın birini mənə min dollara satdı və qaçdı getdi. Aldanmışam... Kasıbın 10 ədəd yumurtası mənim üçün milyona bərabərdir. O ki məni düşünüb və bunları gətirib... Belə bir şeylər cəmiyyətdə çoxdur. Baxıb görürəm ki, kişilikdən xəbəri yoxdur amma pulu var. Ətrafına o adamları da pulunu görə yığıb. Pulu olmasa heç kim yanında olmayacaq. Amma bu şeylərin mənə dəxlisi yoxdur”.
M.Ağayev verilişdə söyləyib ki, dünyasını dəyişən bir Xalq artistini dəfn etməyə insan tapılmayıb:
“Dilarə Əliyeva verilişində bir dəfə mənə dedi ki, kim bura gəlir hər kəs səndən danışır. Yas düşür, toy olur, kimsə dalaşır, kimə pul lazım olur, kimin ağır günü olur Manaf orada olur. Bunlar səni yormur? Cavab verdim ki, yorur, vaxt olmur, gedə bilmirsən və əziyyət çəkirsən. Amma bir şeyi bilirəm ki, dünyamı nə zamansa dəyişsəm həyətimdə insan əlindən yer olmayacaq. Amma mən Xalq artisti tanıyıram ki, onu dəfn etməyə adam tapılmamışdı. Cəmi 10-13 nəfər insan onun dəfnində olmuşdu. Ayıbdır deyə o Xalq artistinin adını çəkmirəm. Amma əminəm ki, hamı bir ağızdan söyləyəcək ki, Manaf hamıya kömək edib. Bəli, mən heç zaman özüm üçün yaşamadım. Bunu məni tanıyanlar çox gözəl anlayırlar”. (olay)
Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş həftəsonu istirahətinə yollanıblar.
Cütlük dincəlmək üçün rayonlardan birinə yollanıb.
Doğuş istirahət fotolarını sosial şəbəkə istifadəçiləri ilə bölüşüb. Şəkillərdə cütlüyün əkizləri Arda və Arın da yer alıb.
İnstaqramda canlı yayıma girən Xoşqədəm "Doğuşun kirpikləri nə qədər uzundur. Allah hər şeyi ona verib, mənə yox. Qısqanıram" sözlərini deyib. (Axşam.az)
Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə öz əməkdaşlarındam şikayətlənib.
Yenisabah.az xəbər verir ki, o, “İncə səhər” yekunlaşdıqdan sonra işçilərin ucbatından otağında istirahət edə bilmədiyini deyib:
“Hər gün efirdən sonra kəlmə kəsməyə halım olmur. Otağıma qalxıram ki, sakitlik olsun, dincəlim. Kollektiv o biri otaqda konsertə başlayır. Bu nə səsdir axı, mikrofon udmusan? Sizi başqa mərtəbəyə köçürəcəyəm”.
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahalı avtomobilini satışa çıxarıb.
Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.
Navai ötən il aldığı "Mercedes-Benz G63 AMG" maşınının fotosunu izləyiciləri ilə bölüşərək "Onlar deyirdilər ki, sevgi satılmır. Satıram" sözlərini yazıb.
Qeyd edək ki, sözügedən avtomobilin Rusiyadakı qiyməti 600 min manata yaxındır.
(Axşam.az)
Aktyorlar Müşviq Şahverdiyevlə Fərda Amin aralarındakı buzları əridiblər.
Musavat.com Milli.az-a istinadən xəbər verir ki, onlar həmkarları ötən gün "Komedixana"nın aktrisası Gülzar Səfərovanın qızının toyunda bir araya gəliblər.
Sənətə bir başlayan küsülü aktyorlar məclisdə barışıblar.
Həmin görüntünü təqdim edirik: