Ardını oxu...
 

Müğənni Xuraman Şuşalı həyat yoldaşı, rejissor Elçin Məmmədovla bağlı paylaşım edib.

Sənətçi əri ilə mimika və jestlərdən ibarət söhbətinin görüntülərini instaqram səhifəsində izləyicilərilə bölüşüb. 

Xuraman həmin paylaşımına “Trendə biz də qoşulduq. Elçinin xəbəri yoxdur” şərhini yazıb.

Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var.   (Olay)

 

Ardını oxu...
Tanınmış müğənni Dmitri Odnorojenko könüllü olaraq Ukrayna ordusuna yollanıb.

Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Heytspeech” qrupunun vokalisti özü sosial şəbəkə hesabında məlumat verib.

D.Odnorojenko 2022-ci ildə Odessada “Heytspeech” rok qrupunu yaradıb. Onun ən uğurlu mahnısı 4 milyona yaxın pərəstişkarı tərəfindən dinlənilən “I'll beat all gods” trekidir.

Yada salaq ki, daha əvvəl məşhur komediya aktyoru İqor Lastoçkin də Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub.
Ardını oxu...
Aparıcı Nigar Fərhadın "Kanal S"də yayımlanan verilişdə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm”, - o verilişdə deyib.

Ajans.az xəbər verir ki, məsələyə Audiovizual Şura da münasibət bildirib.

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq", - açıqlamada bildirilir.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir.
 

 

Ardını oxu...
 

Müğənni Aysun İsmayılova heç vaxt görüşmədiyi atasından danışıb.

Oxu.Az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında video paylaşıb.

O deyib ki, atası ilə bağlı terapiyada kövrək anlar yaşayıb:

"Bilirsiniz ki, mən atamla görüşmürəm. Onu üzdən tanımıram. Amma bu gün seansda şüuraltımda onunla görüşdüm. Atamla bütün bağlarımı kəsdim. Ona demək istədiyim bütüm sözləri dedim. Bütün seans boyu ağladım, sonunu çox gözəl bitirdik. Gələcəkdə xəyalını qurduğum həyatı gördüm".

Həmin görüntüləri təqdim edirik:

 
 
 
Ardını oxu...
Rusiyalı pop müğənnisi, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.

Oxu.Az xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.

Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.

Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.

Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi.
Ardını oxu...
  

Aktrisa Ülviyyə Xalinbəyovanın başına maraqlı hadisə gəlib.

Bu barədə Ülviyyə instaqramda məlumat yayıb.

Belə ki, o, ad çəkmədən bir şəxsin evinə gələrək ora qara, köhnə qəpik qoyduğunu yazıb:

“İllərdir şizofren əlində qalmışam. Qapımın ağzına qədər gəlib, xalçanı qaldırıb bunu qoymusan. Yaman əziyyət olub. Bu dəfə yağ gətirməyi unutmusan, ya necə?”   (olay)

Ardını oxu...

 
 
 

 

Ardını oxu...
  

Erməniəsilli müğənni Aleksey Çumakov aprelin 20-də paytaxtda konsert verməyə hazırlaşır.

Musavat.com bildirir ki, bilet qiymətləri sadə vətəndaşlar üçün əlçatmazdır – 49 manatdan başlayaraq 599 manata qədər yüksəlir.

Xatırladaq ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində doğulub. Müsahibələrində dəfələrlə atasının bolqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O, hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir, mədəniyyətini, mətbəxini təbliğ edir.

 

 
 
 
 
 

 

Sosial media hesablarında və müsahibələrində erməni mətbəxindən, mədəniyyətindən danışan Çumakov son paylaşdığı videoda da ermənilərin kababı necə yeməsindən söz açıb. Erməni izləyiciləri isə "bizim yaraşıqlı erməni oğlan" deyə şərhlər yazıblar.

 

 
 
 
 
 

 

Beləliklə, Çumakov vaxtaşırı erməni mədəniyyətini ön plana çəkir, erməni irsini təbliğ edir.

İndi isə sual yaranır: Erməni kimliyini açıq-aşkar vurğulayan bu müğənni Bakıda necə qarşılanacaq?

Xalidə Gəray
Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
  

"2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etdim".

Bu sözləri aktyor Elməddin Cəfərov "efirdən kənar" verilişində deyib.

Aktyor həyatında dönüş nöqtəsi yaradan qərarlarından danışıb:

"Düşündüm ki, qoy, kirayədə qalım ödəyə bilməyim, amma sevmədiyim şeyləri etməyəcəyəm. 2 il elə də oldu. Ondan sonra çox əziyyətlər çəkdim, amma işimə çox fokuslandım. Feysbuk, odnoklassnik, vatsapı sildim, sosialdan, toylardan, kütlə olan yerlərdən tam imtina etdim. 3 il dayanmadan işlədim. Nəticəsini də gördüm. Azərbaycandakı ən uzun ömürlü və dövlətin dəstəyi ilə 5 serial çəkildi. 5-də yalnız öz hesabıma ekranlaşdırıldı. Başda çox iradlar oldu. Dedilər ki, "Yaprak dökümü", "Aşk-ı memnu"nu qoyub bunları izləyəcəyik?" Hətta bunu aktyorlar da deyirdi. Amma ölkədə sistem inkişaf etdi. İndi də o aktyorlar, işçi heyəti evinə pul aparır". 

Elməddin pandemiya dövründə bizneslərinin çökdüyünü açıqlayıb:

"Pul qazanmaq etabı 2020-ci ilə qədər oldu. Çok film təklifləri olurdu, verilişlər edirdik. Pandemiyada isə televiziya, kino dayandı. Bizneslərimin də hamısı batdı. Depressiyaya düşmədim, amma anlıq yaşadığım streslər oldu. Çünki madiyyətin köləsi olmamışam. Heç vaxt pula işləmirdim, gələn qazancı saymırdım. Sonra yenidən hər şeyi bərpa edə bilmədim. Lakin yeni işlərim var".//Axşam.az


Ardını oxu...
  

Türkiyəli müğənni İrem Dericinin səhhətində problem yaşanıb. 

Buna səbəb ifaçının sıx iş qrafiki olub. 

Belə ki, o, ard-arda verdiyi konsertlərin tempinə dözmədiyi üçün başgicəllənmə halları ilə üzləşib. 

Müğənni xəstəxanaya yerləşdirildikdən sonra vəziyyətinin yaxşı olduğu bildirilib.  (Qafqazinfo)

 
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti