Ardını oxu...

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra onun sağlığında qalmaqal yaşadığı insanlarla danışdığını açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi "Pərvizə görə” layihəsində danışıb.

Aktrisa deyib ki, mərhumun sağlığında münasibətlərinin korlandığı məşhurlardan onunla əlaqə saxlayanlar olub:

"Həmişə deyirdim ki, Oqtay heç vaxt tərifləmir. Məni belə nə qədər tənqid edir. Tərifləsə də, mənə demirdi. Məsələn, kimsə deyirdi ki, ay Dilarə, Oqtay sənin monoloqunu göndərmişdi. Deyirəm, mənə deməyib. Əslində xoşuna gəlirdi, amma məni həmişə danlayırdı. Deyirdi, tez-tez danışrsan, başa düşülmədi və sairə. Həmişə tənqid edirdi. Deyirdim ki, bu qədər tənqid edirsən, bir dəfə xoş söz de. Məsələn, geyinib gəlirdin ki, ay Oqtay, paltarım necədi? Baxıb deyirdi ki, dırnağının rəngi nədir elə? Elə onumu gördün? Oqtayın sevməyi də, sevinməyi də danlaya-danlaya idi. Təsəvvür etmirəm ki, Oqtay baxıb desin ki, çox gözəlsən, ya da çox yaxşıdır. O, özü-özünə inanmazdı ki, bu, mən deyiləm. Biz də onu o cür qəbul etmişdik. Amma dediyiniz məqamlar oldu ki, kiməsə Oqtay sağlığında iradlar bildirmişdi, münasibətləri korlanmışdı… Belə məqamlar oldu. Lakin mən xoşlamıram, gəlib desin ki, filan şey oldu. O özünün içindən gəlirsə, rahatlığı üçün lazımdırsa, desin. Əgər deyilsə, ehtiyac yoxdu. İnsan əsas öz içi ilə barışmalıdır. Bizə görə də deyə bilər, nəyəsə xatir də deyə bilər, səmimi olmaya da bilər, halallıq üçün də olar”.

əsirləndirdi - VİDEO

Ardını oxu...
 

Məşhur meyxanaçıların çıxış etdiyi məclisdə əlil arabasında olan bir şəxsin onların masasına yaxınlaşıb "şabaş" verməsi maraqlı hadisəyə səhnə olub.

Orxan Lökbatanlı və Ruslan Müşfiqabadlının qarşısındakı masaya pul qoyan həmin şəxs oradan uzaqlaşıb. Bu zaman Ruslan qafiyə ilə bu məqama alqış qazanacaq meyxana səsləndirib və həmin pulu dərhal əlil arabasındakı şəxsə qaytarmaq üçün səhnədən enib.

O kadrları təqdim edirik:

titul.az


Ardını oxu...
  

Çingiz Mustafayev "Yeni ulduz" müsabiqəsi illərində başına gələn ilginc hadisələrlə bağlı maraqlı etiraflarla diqqət çəkib.

Həmin illərdə avtobusdan istifadə edən gənc müğənni onun geyim tərzinə və saç düzümünə söz atan şəxslərlə dəfələrlə dalaşdığını, döyüb-döyüldüyünü etiraf edib:

"Avtobusda gedirdim... Saç uzun, dırnaqlar uzun, başlayırdılar söz atmağa, dalaşırdım, döyürdüm, döyülürdüm",

Çingiz bütün bu açıqlamaları "Podkast kimi adam" layihəsində edib:

(Titul.az)

 
 
 

Ardını oxu...
  

"Mən artıq bu qıza kompliment deyə bilmirəm. O dəqiqə yozurlar və mən də əsəbləşirəm. Bu gün də oxumuşam, sosial şəbəkələrə baxıram: Ayan-Nadir, Ayan-Nadir... Əl çəkmirlər".

Bunu Nadir Qafarzadə "Həmin Zaur"da xanım həmkarı və duet ortağı Ayanla onun arasında səngimək bilməyən eşq söz-söhbətinə aydınlıq gətirərkən deyib.

Eyni verlişdə qonaq olan Ayan Nadirin sözünü yarımçı kəsərək yayılan söz-söhbətlə bağlı öz yanaşmasını efirdən dilə gətirib:

"Kim nə istəyir düşünə bilər. Önəmli olan hər kəs özü-özünü tanıyır. Mənim Nadirə olan münasibətimi mənim yaxın çevrəm bilir, onun mənə olan münasibətini onun yaxın çevrəsi bilir.

Nadirin çox gözəl ailəsi var, mənim çox gözəl ailəm var. Ona görə, dostluğumuz da çox gözəl davam edir, heç kim narahat olmasın".

Ardı videoda:

Titul.az

Ardını oxu...
Ustad sənətçi Orhan Gencebayın oğlu Altan Gencebay uzun müddətdir sevgili olduğu Berna Arduçla ailə həyatı qurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Orhan Gencebayın Əzize Gencebayla evliliyindən dünyaya gələn oğlu Altan Gencebay sevgilisi Berna Arduçla Beykozda bir məkanda sadə mərasimlə toy edib. Bu, 2021-ci ildə oğlunun anası Eda Edgüdən boşanan 54 yaşlı Altan Gencebayın ikinci evliliyidir.

Toydan şəkilləri İnstaqram hesabında paylaşan Altan Gencebay: "Sağlıq, hüzur, xoşbəxtlik, hörmət və sevgi ilə çox gözəl günlər yaşayaq, canım" ,- deyə bildirib.

Toy mərasimində bütün gözlər Orxan Gencebayı axtarsa da, o, yox idi. Gencebayın həyat yoldaşı Sevim Emrə "Orxan bəylə mənim toydan xəbərimiz yox idi. Sadə bir mərasimlə evləniblər" deyib.
 
Ardını oxu...
Aparıcı Mətanət Əliverdiyevanın "Xəzər axşamı" verilişində başına iş gəlib.

TEREF axşam.az-a istinadən bildirir ki, proqram başlayan kimi aparıcının ayaqqabısı cırılıb:

"İstəyirdim ki, musiqiçi qardaşımıza yaxınlaşım. Bu ayaqqabını belədən-elə, elədən-belə bölsən zədələnən ayaqqabı deyil. Ayağımda cırıldı. Səhərdən bu ayaqqabının üzərində ora-bura qaçmışam. Deyirlər ki, gözdür. Yaxşı ki, qrim otağında ehtiyat ayaqqabılarım var. Elə bir şəraitdəyik ki, normal bir şeydir. Yıxıla, efirdə dünyamızı da dəyişə bilərik" deyə, Mətanət bildirib.

 
Ardını oxu...
Müğənni Dora boşanır.

İfaçı həyat yoldaşı müğənni Ahmet Altınbaşakdan ayrılıb. İkili Ailə Məhkəməsinə boşanmaq üçün sənədlərini təqdim edib.

Qarşılıqlı razılaşma yolu ilə boşanmaq istəyən Dora və Ahmet bir-birindən təzminat və aliment tələb etməyiblər.

Qeyd edək ki, Dora və Ahmet “Kocam da kocam” mahnısı ilə tanınıb.
 
Ardını oxu...
Uzun illər qumar borcu ilə tanınan və borclarını son günlər ödədiyini deyən Serdar Ortaç bu günə qədər qumarda maddi cəhətdən nələr itirdiyindən danışıb.

News24.az xəbər verir ki, “Serbest Vuruş” verilişinə qonaq olan Ortaç qumar borclarına görə uzun müddət çətin anlar yaşayıb.

Daha əvvəl 15 milyon TL borcunu ödədiyini deyən Serdar Ortaç "Qumarda nə qədər pul uduzdun?" sualına aydın cavab verib.

Serdar Ortaç, "Pul bitdi, bütün qazancımı yedim. Bu işdən 1 lirə qazana bilməzsən. Çox pul itirdim, rəqəm deyə bilmərəm, 10-15 ev getdi, hər yerdə var idi. Əli Sami Yen stadionunun yanında 11 mərtəbəli göydələnim var idi, belə düşünün."

Yalnız yaşadığı evin əlində olduğunu deyən Serdar Ortaç hələ də borclarının olduğunu bildirib.
 
Ardını oxu...
  

Müğənni Şəbnəm Tovuz həmkarı Vəfa Şərifovanın instagramını oğurlatdırması ilə bağlı şayiələrə cavab verib.

Bu barədə o, instagramda video paylaşıb və bunları söyləyib:

“Baxdım ki, Vəfanın səhifəsi digər məşhurlarımız kimi oğurlanıb. Tək Allah şahiddir. Mən o cür insan deyiləm. Haqqım olan şeyi tələb etdim, qalib oldum. Amma o cür şeylər bizə yaraşmaz. İki variant var. Birincisi, onun məsləhətçiləri şər-böhtan etmək üçün edirlər. Ya da ki bu, hamının başına gəldiyi hadisədir. Məsələn, Aygün xanımın, Nazənin xanımın səhifəsində olduğu kimi... İnşallah səhifəsi qayıdar. Amin”.

Ardını oxu...O, daha sonra bu sözləri qeyd edib:

“Bu, yeni variantdırsa, mənə keçməz. Məni övladımla vurmağa çalışmaq istəsəniz, ölkənin qanun-qaydaları var. Oyun oynamayın. Əziz məni sevən insanlar, bu, bir oyundur. Başqa açıqlaması yoxdur”.//Olay.az

Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti