Ardını oxu...
Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın efirdə səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı “şeiri” sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Hətta bunu E.Seyidcahanın insanları təhqir etməsi kimi dəyərləndirənlər də var.

Əməkdar artist buna görə AYB-dən uzaqlaşdırıla bilərmi?

Mövzu ilə bağlı danışan AYB sədri Anar Rzayev məsələdən məlumatsız olduğunu bildirib.

“Hazırda bağda dincəlirəm. Məzuniyyətdə olduğum üçün televiziya və sosial şəbəkələri izləmirəm. Açığı, Elza xanımın necə bir şeir deməsindən məlumatsızam. İstirahətdən qayıdan kimi, həmin görüntüləri izləyəcəm”.

Anar Rzayev Elza Seyidcahanın AYB-dən kənarlaşdırılmasının mümkünlüyündən danışıb:

“Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozan kəslər AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”. \\Globalinfo.Az
 

Ardını oxu...
"Bir neçə gündür ki, media əhli, sosial şəbəkə camaatı müğənni Kərimin toyda fonoqram oxuduğu və toyu tez bitirdiyi üçün döyüldüyündən yazır. Döyənlər də tutulub". Dia-az.İnfo bildirir ki, bunu hadisə ilə bağlı açıqlamasında tanınmış telejurnalist Afət Telmanqızı qeyd edib.
"İndi keçiblər şadlıq sarayı bu məmurun imiş araşdırmasına..." deyə etirazını ifadə edən jurnalist daha sonra bildirir: "Ay başınıza fırlanım. Şadlıq sarayının keçmiş Baş Bankir Elman Rüstəmova məxsus olmasının müğənninin döyülməsinə nə dəxli var axı? Şadlıq sarayı başqa şəxsə məsələn, adi sahibkara məxsus olsaydı Kərim döyülməyəcəkdi?

Ardını oxu...

Gələk döyülmə faktına. Şiddəti pisləyirəm. Döyülmə də içində. Amma insaf da yaxşı şeydi. Ay müğənni toy sahibi ilə danışığın necə olub? Fonoqramaya görə məbləğ danışmamısan axı. Canlı ifa üçün sənə o pul ödənilib. Xaltura edəcəkdinsə, ona uyğun pul danışardınız.İndi də belə şüvən salmazdın. Arada sən döyüldün, bir neçə nəfər də saxlanıldı. Sənə lazım idi? Amma bu dərsdən nəticə çıxarmaq lazımdı. Sonra da deyirsən ki polisə güvənirəm. Haqq, ədalət yerini tapacaq. Sən özün bu məsələdə haqlısanmı? Sənə verilən haqqa( pula) layiq davrandınmı? Toyu tez bitirib mən aeroportda olmalıyam deyib şələ-şüləni yığıb qaçanda xəstəxanadan paylaşım edəcəyini düşünməliydin..."
Ardını oxu...
Müğənni Kərim Abbasov toy sahibi tərəfindən döyülməsi ilə bağlı ilk dəfə açıqlama verib.

Oxu.Az xəbər verir ki, bu barədə o, öz "Instagram" səhifəsində paylaşım edib:

"Mənim üçün üzülən dostlarım və sevənlərim! Hər qaranlıq gecənin bir sabahı var. Azərbaycan polisinə inanıb və güvənirəm. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq."
 
Ardını oxu...
Kamala Harrisi dəstəkləyən Teylor Svift gələcəkdə qərarının nəticələri ilə üzləşəcək.

Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Mən Taylor Sviftin pərəstişkarı deyiləm. O, demokratı hər zaman dəstəkləyir və biznesdə bunun əvəzini ödəyəcək”, – deyə sabiq prezident bildirib.

Qeyd edək ki, məşhur müğənni daha əvvəl Harrisi “böyük fərasətli istedadlı lider” adlandırıb. O əlavə edib ki, Birləşmiş Ştatlar “xaosdansa sakitliyi” rəhbər tutsa, daha çox şeyə nail ola bilər.
 

Ardını oxu...
Müğənni Tacir Şahmalıoğlu və Fədayə Laçın bir araya gəlib.

İfaçılar Rusiyada toy məclisində görüşüblər. Fədayə Tacirin videosunu yayımlayıb. Sənətçilərin uzun illər küsülü olduğu vurğulanıb.

Moderator.az-a açıqlama verən Fədayə Laçın bütün bu yayılan söz-söhbətləri şayiə adlandırıb.

“Biz heç vaxt küsülü olmamışıq. O nə söhbətdirsə bilmirəm. Hər dəfə bizi birgə toyda, məclisdə görəndə o dəqiqə yazırlar ki, barışıblar. Nə vaxt dalaşdığımızı bizə desinlər! Nə vaxt dalaşmışıq? Nə vaxt Tacirlə problemim olub?! Mən Tacir haqda nə vaxt pis bir söz demişəm?! Və yaxud o mənim haqqımda nə vaxt pis danışıb?! Deyibsə mən nə cür reaksiya vermişəm?! Mən dalaşmışammı? Yoxsa boş vermişəm?! Biz heç vaxt dalaşmamışıq. Mən problemli adam deyiləm. Tacir mənim xətrimi, mən də onun xətrini çox istəyirəm. Adamın üstündə Allah var. Tacir nə vaxt məni görübsə həmişə mehribanlıqla qarşılayıb, toyumuzu, məclisimizi yola vermişik. Deyib gülə-gülə, zarafatla, ləzzətli oxuya-oxuya, sənətimizlə camaatın sevgisini qazana-qazana. Bizim duetlərimizi hamı sevir. Birlikdə oxumağa 1998-ci ildən başlamışıq. 1998-ci ildən bu yana bizi hamı toylarında duet ortağı olaraq görmək istəyir. Taciri Bakıdan, məni isə Moskvadan Nijni-Novqorod şəhərinə dəvət etmişdilər. Gözəl müğənnimiz Afət Fərmanqızı da orada idi. O da bizim sənətimizi dəhşət çox istəyir. Mən də onun bu xasiyyətinə görə onu çox istəyirəm. Onunla birlikdə nə qədər toylara düşmüşüksə hər zaman hər yerdə durub deyib ki, Fədayə sənətkardır. Mikrofonu əlinə götürüb ünvanıma gözəl sözlər deyir. Mən də Tacirin Afətlə oxuduğu dueti paylaşmışdım” deyə müğənni bildirib.

“Tacir Şahmalıoğlu ilə yenidən yaradıcılıq yollarınız kəsişə bilər?” sualına müğənni belə cavab verib.

“Xeyr. Biz yalnız toylarda, el şənliklərində bir araya gəlirik. Biz oxuyanda insanlar sanki konsertə gəlmiş kimi davranırlar. Hamı deyir ki, oxuyun dinləyək. Kaşki musiqini anlayan insanlar daha çox olardı. Allah el-obamızı, millətimizi qorusun” deyə müğənni bildirib.
 
Ardını oxu...
Müğənni Kərim toyda döyülüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Araşdırma gedir.
Ardını oxu...
Yeni tədris ilindən dirijorluq, bəstəkarlıq, instrumental ifaçılıq və vokal sənəti (sahələr üzrə) illik təhsil xərci 9000, musiqişünaslıq ixtisası üzrə 8200, qrafika, dekorativ-tətbiqi sənət və rəngkarlıq ixtisasları üzrə 7000 manat olacaq.
"Sənət fitri istedaddır. Onu tapıb üzə çıxartmaq, yetişdirmək asan deyil. İnsan oxuyub-öyrənib həkim ola bilər. Amma təkcə oxumaqla vokalist, muğam ustası, rəssam, heykəltaraş olmaq olmur. Bunun üçün istedad olmalıdır. Ona görə də az sayda insan incəsənət sahəsinə gedir. Burada təhsilverənlərə yüksək əmək haqqı verilməlidir ki, onlar bu sahədə qalıb işləsinlər, sənətkar yetişdirsinlər".
Bunu Sputnik Azərbaycan-a incəsənət üzrə illik təhsil xərclərinin artırılmasına münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa bildirib.
Qeyd edək ki, Azərbaycanda yeni tədris ilindən bir sıra ixtisaslar üzrə təhsil xərcləri artıb. İctimaiyyətdə maraq doğuran əsas məqamlardan biri isə incəsənət sahəsindəki ixtisaslar üzrə yüksək təhsil xərclərinin formalaşmasıdır. Belə ki, yeni tədris ilindən dirijorluq, bəstəkarlıq, instrumental ifaçılıq və vokal sənəti (sahələr üzrə) illik təhsil xərci 9000, musiqişünaslıq ixtisası üzrə 8200, qrafika, dekorativ-tətbiqi sənət və rəngkarlıq ixtisasları üzrə 7000 manat olacaq.
Fazil Mustafa bildirib ki, Azərbaycanda incəsənət sahəsinə dövlətin himayəsinin olması vacibdir. Əks halda bu sahəni qorumaq mümkün olmayacaq.
"Azərbaycanda vokalisti dinləyən azdır. Xalqın böyük hissəsi meyxanaçını sevir. "Həci"lərin çoxu xanım müğənnilərə ev, maşın alıb bağışlayır. Amma rəssama, heykəltaraşa, hansısa instrumental ifaçıya belə hədiyyələr verən yoxdur. Varlı insanların çoxu zövqü formalaşmamış adamlardır. Onlar sənətə, sənətkara dəyər vermirlər. Həmçinin əsl sənət dünyada da bahalıdır. Bir musiqiçinin yetişməsi üçün 10 ildən çox vaxt tələb olunur. Onların konsertinə kütləvi axın yoxdur, bilet satmaqla dolana bilmirlər. Əsı sənətdə "həci prinsipi" işləmir. Ona görə də, onları qorumaq dövlətin borcudur. Sənət sahəsində kadr hazırlığı üçün təhsilə ayrılan xərclər artırılmalıdır ki, əsl sənəti qoruyub yaşatmaq mümkün olsun. Bu dövlət üçün priotetdir", - deyə deputat bildirib.
Sputnik Azərbaycan incəsənət sahəsində yüksək təhsil haqlarının müəyyənləşdiyi ixtisaslar üzrə kadr hazırlığında nələrin dəyişəcəyini, bunun tədrisin keyfiyyətinə təsirini araşdırıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bütün bahalı ixtisaslarla bağlı baza təhsili Bakı Musiqi Akademiyasındadır.
"Bütün rəqəmlər onlarla məsləhətli şəkildə müəyyən olunur. Ona görə də biz bu məsələyə şərh verə bilmərik. Suallarınızı Bakı Musiqi Akademiyasına yönləndirə bilərsiniz", - deyə cavabda bildirilib.
Bakı Musiqi Akademiyasından isə tədris işləri üzrə prorektor Nərminə Quliyevanın sualları cavablandırmağa vaxtı olmadığını bildirdilər.

Milli Konservatoriyanın professoru, xalq artisti tarzən Möhlət Müslümov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, instrumental ifaçılıq ixtisası üzrə təhsil haqlarının artırılması mütləq tədrisin keyfiyyətinə təsir etməlidir. Xalq artistinin sözlərinə görə, bu sahə üzrə kadr hazırlamaq o qədər də asan deyil.
"Mən illərdir ki, bu sahədəyəm, amma tam dərinliyinə qədər öyrənə bilməmişəm. Muğamımız bir dəryadır. Onu öyrənib başa çatdırmağa illər lazımdır. Bu sahədə yaxşı musiqiçilərin yetişdirilməsi üçün ali təhsil ocaqlarına tanınmış sənətkarlar dəvət olunmalıdır. Biz tələbə olanda Milli Konservatoriyaya muğam müəllimi Kamil Əhmədov dəvət olunmuşdu. Onun Konservatoriyaya gəlişi bu sahədə sənətkarların yetişməsinə səbəb oldu. Biz Asəf Zeynallı adına Musiqi Məktəbinin müəllimi olduğumuz dövrdə də gedib Kamil Əhmədovun ifasına baxıb ondan öyrənirdik. Ona görə də instrumental ifaçılıq üzrə peşəkar şəxslərin tədris prosesinə cəlb olunması savadlı kadrların yetişməsinə səbəb olur", - deyə xalq artisti bildirib.
M.Müslümov deyir ki, bəzən xarici ölkələrə getdikdə səfərlərdə onlara verilən əmək haqqını söyləməyə belə çəkinirlər: "Sağ olsun xalqımız, dövlətimiz sənətə, sənətkara dəyər verir. Mən Prezidentin fəxri təqaüdünü alıram. Amma mən təkcə özümü fikirləşmirəm. İncəsənət sahəsindəki ali təhsil ocaqlarında çalışan professor-müəllim heyyətinə yüksək əmək haqqı verilməlidir ki, onlar bütün enerjilərini tələbələrinə həsr edə bilsinlər. Elə müəllimlər var ki, 50 illik pedoqoji stajları var. Onlar ömürlərini bu sahədə mütəxəssis hazırlamağa sərf ediblər. Biz o müəllimlərin xarici ölkələrə axınının qarşısını almaq üçün əməyini dəyərləndirməli, yüksək əmək haqqı verməliyik ki, onlar da həvəslə dərs keçsinlər".
Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyev Sputnik Azərbaycan-a bildirib ki, təhsil haqları artırsa, müəllimlərin də maaşı artmalıdır.
"Elə fəaliyyət növləri var ki, onlar bahalıdır. Sənətkar yetişdirmək çox əmək tələb edir. Ən yüksək maaş sənət sahəsində kadr hazırlayan müəllimlərə verilməlidir. Çünki, bu sahə istedad tələb edir. Müəllimin maaşı artıqda o daha da həvəslə işləyəcək", - deyə Cavanşir Quliyev deyib.
C.Quliyev bildirib ki, son illər musiqi məktəblərində, ali təhsil müəssisələrində müəllimlərin əmək haqqında artım var: "Bu tədrisin keyfiyyətinə təsir edən amillərdəndir. Vaxtıilə Azərbaycanda əmək haqqı az olduğu üçün xaricə gedən müəllimlər ölkəmizdə vəziyyətin düzəldiyini görüb geri qayıda bilərlər. Mən özüm 20 il Şimali Kipr Türk Respublikasının Yakın Doğu Universitetinin Səhnə Sənətləri fakültəsinin professoru işləmişəm. Hazırda öz ölkəmizdə fəaliyyət göstərirəm, aldığım əmək haqqı xaricdə aldığım maaşdan çoxdur. Bu sahədə fəaliyyət göstərən pedaqoqlara dəyər verilməlidir ki, keyfiyyətli kadrlar hazırlansın".
Qeyd edək ki, Nazirlər Kabineti ali təhsil müəssisələrində illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlayıb. NK-dan bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarına əsasən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb.
Bunu nəzərə alaraq, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində (bakalavriat, magistratura, doktorantura və tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində) hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında artımı nəzərdə tutan "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 405 nömrəli Qərarı hazırlanıb.
Ali məktəblərdə illik təhsil xərclərinin yeni miqdarı müəyyənləşib
"Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" müəyyənləşib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Ardını oxu...
Xalq artisti Röya Ayxan daha bir uğura imza atıb.

Dia-az.İnfo xəbər verir ki, sənətçinin daha çox “Başımın Tacı” adı ilə tanınan “Gönder” sinqlı təqdim olunduğu gündən bu günə kimi iTunes Azərbaycan Çartında Top 100’dən enmir. Bu indiyə kimi Azərbaycanda ən çox çartda qalan sinql olaraq rekord qıran layihədir.

Xatırladaq ki, 2012-ci ildə DMC etiketi ilə çıxan mahnının söz və musiqisi Soner Sarıkabadayıya aid olan mahnını akustik versiyası Mustafa Ceceli aranjimanı ilə təqdim olunub.

Ardını oxu...
Ardını oxu...
Hollivud aktyoru və rejissoru Şon Penn özündən təxminən 38 yaş kiçik moldovalı aktrisası ilə münasibətdə şübhəli bilinir.

Qızın adı Valeriya Nikovadır.

Nəşrin yazdığına görə, cütlüyün münasibəti haqda söhbətlər İspaniyanın Madrid şəhərinin küçələrində gəzərkən göründükdən sonra yaranıb. Şon Penn tünd şalvar, köynək və pencək geyinib, qız isə kofta ilə iş kostyumu seçib.

Gəzinti zamanı onlar olduqca mehriban görünüb, söhbət edib və əl-ələ gəziblər. Gecənin kulminasiyası paparatsilərin Penn və Nikovanın öpüşməsini lentə alması olub.

Qadın haqqında az şey məlumdur: o, Moldovadandır və aktrisalıqla məşğuldur. Valeriya Nikova artıq bir neçə kiçik layihədə rol alıb. Onun neçə yaşında olduğu açıqlanmır, lakin saytlardan birində 1998-ci il təvəllüdlü olması barədə məlumat var. Şon Pennin isə 64 yaşı var.

Şon Pennin indiyədək üç rəsmi nikahı olub: müğənni Madonna, aktrisalar Robin Rayt və Leyla Corcla üvlənib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qaynarinfo.Az
 
Ardını oxu...
Müğənni Xuraman Şuşalı dünyasını dəyişən nənəsi Surə ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, ifaçı sosial media hesabında yayımladığı fotoya bu sözləri yazıb:

"Bu gün nənəmin il dönümüdür. Anam nənəmin adını ancaq mənə icazə verib ki, qızım o adı yaşatsın. Surə nənəmi 2 il görsəm də, anam ölənə kimi nənəm üçün ağlamışam. Çünki anam anasını elə sevib, ağlayardı ki, sevməmək mümkün deyildi. Anam canını tapşırmamışdan qabaq mənə dedi ki, bax, nənəni unutma, hər il sentyabrın 7-də onu yad et. Eh, ay ana, heç sənin sözünü unudaram?! İndi də gəldik qəbrinin üstünə. Amma bu gün qızımın ağlamağı məni həm üzdü, həm də sevindirdi. Çünki mənim anama və nənəmə sevgimi onda gördüm. Canım anam, bizə elə tərbiyə vermisən ki, nə səni, nə də nənəmi nə özüm, nə də uşaqlarım unudar. Hər an yad edib, dua edirik. Nur içində qal".

Qeyd edək ki, rejissor Elçin Məmmədovla ailəli olan sənətçinin 4 övladı var.
 

Dünyapress TV

Xəbər lenti