Ardını oxu...
"Faytonçu" mahnısı ölkəmizdə sevilən bəstələrdən biridir. Musiqinin kökü yunanlara gedib çıxır.

Bu sözləri News24.az-a açıqlamasında məşhur müğənni "Faytonçu" Nazim deyib.

O daha sonra mahnı haqqında bu fikirləri bildirib: "Mərhum Xalq artisti Rafael Dadaşov belə bir musiqini mənim üçün tövsiyə edib. O zaman biz bəstənin tam Azərbaycan versiyasını hazırladıq. Bakıda fayton olduğundan belə bir mahnını ərsəyə gətirdik və dinləyicilərin ürəyincə oldu. Yəni, bu bəstəkar mahnısı deyil və yunan mahnısıdır. Buna oxşar mahnı Rusiyada da var. Yəqin ki, ermənilər də bunu öz versiyalarında oxuyublar”.
 
Ardını oxu...
Müğənni Ofelya Şabanova qalmaqallı açıqlama verib.

Milli.Az bildirir ki, "Dünya Tv"də qonaq olduğu verilişdə həmkarı Hissin ona atmacasına cavab verən sənətçi od püskürüb.

Onun "ərinin ayaqlarını yu, vedrəni başına çək, iç" sözləri müğənnini hiddətləndirib.

Üzünü həmkarına tutan Ofeyla bunları deyib:

"Onu deyən müğənni: səsin yoxdu ki, adın yadımda qalmayıb. Sən əlində şərab, masalarda şərab içib, göbək atanda bəli, çox doğru demisən, Ofelya həyat yoldaşının ayağını yuyub, suyunu içib".

 
 
 
Ardını oxu...
Tanınmış aparıcı İlham Mirzəyev "Space TV"dən ayrılmağının səbəblərini açıqlayıb.

İ.Mirzəyev Pravda.az-a açıqlamasında kanalla yollarının ayrılmasını belə izah edib:

“Övladlarım xaricdə təhsil alırlar. Azərbaycanda da xəstə anam olduğu üçün məcbur idim ki, ölkəyə gələm. Övladlarım Türkiyədə, mən Azərbaycanda. Alındıra bilmirəm. Həm də 29 il idi, televiziyada çalışırdım, istəyirdim ki, təcrübəmi 1 il də artırım. "Space" kanalının rəhbəri Vado Korovinə xüsusi təşəkkür edirəm ki, mənə 1 il şərait yaratdı, çalışdım. Həm övladlarımı dolandırdım, həm də bu sahədə 30 ilim tamam oldu. Təcrübəmin 11 ilini Azərbaycan Dövlət Televiziyasında, qalan müddəti də "Space" televiziyasında fəaliyyət göstərdim. Ümumi televiziya stajım 30 il oldu. Həm də çətindir, çünki “Evimin qonaqları” verlişini evimdə çəkirdim, evim də əldən gedirdi. Sağ olsunlar, bir neçə kanaldan təklif gəlir, amma hələ dəyərləndirirəm. Çünki yaşım da keçib axı, cavanlara meydan vermək lazımdır. Artıq bizim dövrümüz keçib. Reytinqə görə özümüzü öldürə, meymunluq edə bilmərik. Düzdür, yaxşı aparıcılarımız var, hamısına hörmət edirəm. Lakin hərənin öz dəsti-xətti var. Mən istəyirəm ki, “Etiraf”, “Münəccim”, “Tale yolları” verilişi elə brend olaraq qalsın. Artıq yaşlaşmışam, üzüsulu getməyim daha yaxşıdır. Efirdən də görürəm ki, yaşlaşmışam. Enerjim var, dediyim kimi, təkliflər gəlir. And içirəm, hələ heç bir kanalla bağlı fikrim yoxdur. Əslində fikrim, ümumiyyətlə, efirə çıxmamaqdır. Amma hələ dəyərləndirirəm. Hansı kanalın maaşı mənə sərf edəcəksə, ora da gedəcəyəm. "Space" mənim doğma evim idi, evim olaraq da qalır. Veriliş aparmasam da, ora gedib-gələcəyəm. Çünki "Space" mənim üçün müqəddəs bir məbəddir. Bir daha Vado Korovinə minnətdarlığımı bildirirəm, Allah ona uzun ömür, cansağlığı versin. Yenidən kameraları, tamaşaçı sevgisini gördüm. Şərait yaratdı, mənə hörmət etdi, ayrıca otaq verdi. Bir neçə verilişi aparmağıma şans yaratdı. “Yaxşıya doğru”, “Evimin qonaqları" verilişlərini apardım və özümü doğrultdum, reytinqli verilişlər oldu. Bütün yayı efirə getdi. Vado müəllim mənə çox yaxşılıq etdi. Kanaldan getdiyimə görə özüm özümdən xəcalət çəkirəm ki, o adamı niyə yarı yolda qoydum? Köhnə aparıcı kimi çox diqqət və qayğısını gördüm. Məni bir də ayağa qaldırdı, qardaş kimi oldu. Amma məni bağışlasın ki, artıq o enerjim tükənib, o cür verilişlər apara bilmirəm. 59 yaşım var, övladlarımın da elə vaxtıdır ki, onları yiyəsiz buraxa bilmərəm. "Space"dən ayrılmağımın başqa heç bir səbəbi, yaxud incikliyim yoxdur. Hazırda məzuniyyətdəyəm, adım oktyabrın 2-dək hələ də kanaldadır”.

İ.Mirzəyev televiziya kanallarının vəziyyətindən də danışıb: “Bilirsiniz ki, bu gün efirlərdə nə ilə gündəmə gəlirlər... Abırlı veriliş aparırsan, baxan yoxdur. Amma kimsə kimisə vursun, yıxsın, şərəf və ləyaqətini alçaltsın, baxacaqlar. Mən illərin aparıcısı olduğuma görə heç bir kanalın, sənətin, sənətkarın şərəfinə, ləyaqətinə toxuna bilmərəm. Çünki onlar mənim itirilməz xəzinələrimdir. Bu günə qədər o sənətkarların hörmətində, diqqətində varam, ətrafımdadırlar. Bu mənim üçün böyük nemətdir. Efirlər “reytinq, reytinq” deyə-deyə cəmiyyətin əleyhinə işləyir. Mən bunu edə bilmərəm. Hava Limanına gəlirəm, inanın, məni elə gözəl qarşılayırlar. İstər Dövlət Sərhəd Xidməti, istər gömrük işçiləri, adi insanlar. Analar məni bağırlarına basırlar. Deyirəm ki, ay Allah, mən nə xoşbəxt aparıcı olmuşam ki, bu günə kimi unudulmadım. Allah bunu mənə çox görməsin...”

Ardını oxu...
Aparıcı Elgiz Əkbər türkiyəli müğənni Petek Dinçözün Bakıda aldığı qonorarı açıqlayıb.

Axşam.az xəbər verir ki, aparıcı verilişində bu haqda danışıb. O bildirib ki, Petek bir şəxsin bağında 8 nəfər üçün oxuyub və külli miqdarda qonorar alıb:

"Bir nəfər məni bağa dəvət etdi. Gördüm 5 nəfərlik bir masa, ailənin bir qız övladı var. Oturmuşuq, gördüm balaca uşaqlar gəldilər. Məlum oldu ki, uşağın ad günüdür. Başda səhnə quruldu, türk vətəndaşları idi. Bir az sonra maşınlar girdi içəri. Musiqiçilər yerlərini aldı və Pətək Dinçöz 25 nəfərlik orkestrı ilə 8 nəfər üçün konsert verdi. Ona 70 min dollar verdilər. Petek dostumdur, amma müğənni deyil".
Ardını oxu...
Ötən ilin dekabrında "Boztəpə" su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin ailəsinin aparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a qarşı iddiası təmin olunub.

TEREF unikal-a istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Ülkər Xəlil Xankişiyevlər ailəsinin müvəqqəti təminat tədbiri tələbini təmin edib iddiasını təmin edib.

Belə ki, Xankişiyev Vasif Vaqif oğlu ərizə ilə məhkəməyə müraciət edərək 11 yaşlı oğlu Xankişiyev Rasim Vasif oğlunun axtarışı və barəsində əvvəlki qaydada müəyyən müzakirələrin aparılması, habelə efirdən foto şəkillərinin təqdim olunması işinin "Arb Media Qrup"a və həmin media subyektində "Səni Axtarıram" tok-şousu və telelahiyəsinin aparıcısı kimi fəaliyyət göstərən Baxşəliyeva Xoşqədəm Hidayət qızına qadağan edilməsini tələb edib.

İddia ərizəsində qeyd olunur ki, Rasimin tapılacağı vədini yerinə yetirə bilməyəcəyini görən Xoşqədəm Hidayətqızı Rasimin axtarışı ətrafında saxta ssenari hazırlayıb.

"X.Hidayətqızı "Rasimin axtarışını" ənənəvi şou predimetinə çevirmiş, izləyici reytinqi xatirinə hər gün ekran üzərindən minlərlə insanı aldatmış, Rasimin aqibətini diqqət mərkəzində saxlayan hər kəsin duyğularını mənəviyyatsızcasına istismar etmişdir", - deyə iddia ərizəsində qeyd olunur.
 
Ardını oxu...
Xalq artisti Faiq Ağayev ilk səhnə geyimlərini anası Səfiyyə xanımın tikdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində danışıb. O, anasının geyim üzrə texnoloq olduğunu bildirib:

"İlk səhnə geyimlərimi anam tikib. Anamın peşəsi geyim üzrə texnoloqdur. 1988-1992-ci ilə kimi səhnə geyimlərimi anam tikib. Anam bu işin peşəkarı və bilicisidir. İlk geyimlərimi o hazırlayırdı. Sonradan mənim zülmümə dözə bilmədi. Dedi ki, "Get kimə tikdirirsən tikdir".
Ardını oxu...
Müğənni Dilarə Kazımova tanınmış nəslin nümayəndəsi imiş.

Dia-az.İnfo xəbər verir ki, bu haqda sənətçi “Xəzər axşamı” verilişində özü məlumat verib. Pop ulduz hətta babasının adına küçə olduğunu da açıqlayıb:

“Nənəmin atası Məşədi Hilal Kaızmovun adına küçə var. Dadaş Kazımov mənim babamdır, atamın atasıdır. O, aktyor idi. Bildiyim qədəri ilə onun anası isə Bakıxanovun nəvəsi olub”.

Ardını oxu...
Əməkdar artist Elza Seyidcahan “Azad Azərbaycan” (ATV) və Baku TV-ni məhkəməyə verib.

Buna səbəb sənətçinin bir müddət əvvəl sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən “Tüpürcəyim baldır mənim” şeiri olub.

Bununla bağlı Seyidcah APA TV-yə müsahibəsində deyib:

“Bu şeirdə nə var ki? Efirdə gündəm üçün Elzanın adından deyirlər ki, “Tüpürüm sizin ağzınıza”. ATV və Baku TV-yə məhkəmədən məktub gedib. Onları bağışlayaram, amma Anar müəllimi (Azərbaycan Yazıçılar Birliyinin sədri - red.) narahat ediblər. Buna görə də mən onları məhkəməyə verdim”.
 
Ardını oxu...
"Elgizlə İzlə" verilişində Əməkdar artist Bəsti Bəkirova ilə müğənni Sevda Əliqızı arasında gərginlik yaşanıb.

Axşam.az xəbər verir ki, buna səbəb isə B.Bəkirovanın proqram zaman mərhum Xalq artisti İlhamə Quliyevanın Səməd Səmədovu sevdiyini deməsi və ona ərə getmək istəyindən danışması olub. Sevda həmkarının bu söhbəti açmasını düzgün hesab etmədiyini bildirərək bunları deyib:

"Mənə elə gəlir ki, ikisi də o dünyadadırlar. Onların olan söhbətlərini indi aşağılamaq düzgün deyil. Hamının həyatında istədiyi və istəməyəni olub. Bunu sonradan açıqlamağın nə mənası var? İndiki zamandan danışın. Hazırda həyat yoldaşının onu sevməsindən, necə yad etməsindən danışın. Mənə xoş gəlmir".

B.Bəkirova isə S.Əliqızının bu sözlərinə sərt cavab verib:

"Sənə xoş gəlməyə bilər. Bu, faktdır. Sənə xoş gəlməyən şeyi camaat danışır. Demək ki, bu söhbət olub ki, xoş gəlmir. Niyə xoş gəlmir? Sən Səmədin arvadı deyilsən. Bunları olduğu kimi danışıram. Çünki məndə yalan yoxdur. Yanımda olan söhbətdir. Səmədi günahlandırmağa heç kimin ixtiyarı yoxdur. Burada istəyi olan İlhamə Quliyeva olub. Bu da təbii bir şeydir".
 
Ardını oxu...
Türkiyəli müğənni müğənni növbəti konsertini verib.

Milli.Az xəbər verir ki, onun səhnəyə nasını dəvət etməsi marağa səbəb olub.

Hadisə anası Gülnihal Açıkgözü səhnəyə çağıraraq ona sual ünvanlayıb:
"Ana, səncə, burdan necədir?"

Bununla yanaşı, pop ulduzun səhnədəki geyimi müzakirələrə səbəb olub.

Sözügedən görüntünü təqdim edirik:

 
 


 

Dünyapress TV

Xəbər lenti