b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_a4d69bf1d31f033db94e3a78bc6244af.jpg
  

Müğənni Emil Bədəlov açıqlaması ilə diqqət çəkib.

"İncə səhər" verilişində qonaq olan ifaçı "Səs Azərbaycan" müsabiqəsindəki iştirakçıların yarışmadakı münsiflərdən yaxşı oxuduqlarını deyib:

"Səs Azərbaycan" yarışması çox xoşuma gəlir. Sonuncu müsabiqədə istedadlı uşaqlar çoxdur. Maşallah, iştirakçılar münsiflər heyətindən yaxşı oxuyurlar. Uşaqlar biri-birindən yaxşı ifa edirlər. Mənə elə gəlir ki, onlar münsiflər heyətinin yerinə keçsinlər".

Qeyd edək ki, müsabiqənin münsifləri Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, bəstəkar-müğənni Murad Arif və "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovdur. (Axşam.az)

Bölmənin digər xəbərləri

Dünyapress TV

Xəbər lenti