Ardını oxu...
Teleaparıcı Jalə Həsənli Azərbaycanda çəkilən ilk tarixi serial “Atabəylər”də baş rollardan birinə dəvət alıb.

Lent.az-ın xəbərinə görə, bu barədə o özü sosial şəbəkə hesabında məlumat verib.

Jalə Həsənli filmdə Zübeydə xatun rolunu canlandıracaq. Zübeydə xatun Səlcuqlu sultanı Bərkyarukun qızı idi və dövlət idarəçiliyində atasının müşaviri rolunda çıxış edirdi.

Ardını oxu...
Müğənni Üzeyir Mehdizadə onun mahnılarını oğurlayan müğənnilərə qarşı çıxış edib.

Lent.az xəbər verir ki, o öz sosial şəbəkə hesabında yeni mahnılarını reklam edən kimi başqalarının oğurlayıb popuri oxunmasından gileylənib.

“Hər kəs həddini bilməlidir. Həddi aşmasınlar! Köhnə mahnılarımdan istifadəyə bir söz demirəm. Yenilərə toxunmasınlar”, - o qeyd edib.
Ardını oxu...
Rusiyalı Müğənni Natalya Podolskaya səhnəyə şəffaf üst və yubkada çıxıb.

32gun.az bildirir ki, o fotosunu "instaqram"da paylaşıb.

42 yaşlı Natalya Podolskaya başlıqlı və dar yubka ilə parlaq "çılpaq" paltarda poza verib. O, həmçinin axşam makiyajını edib və saçlarını yumşaq buruqlarla tərtib edib.

Müğənni "Təcrübəyə hazırdır" yazıb.
 

Ardını oxu...
 

Meyxanaçı Namiq Qaraçuxurlu villasından foto paylaşıb. 
 
İfaçı şəkli "Instagram" hesabında yerləşdirib.
 
Qaraçuxurlunun sözügedən görüntüsünü təqdim edirik:

Ardını oxu...

 
 
 
Ardını oxu...
Xalq artisti Ofeliya Sənani vəsiyyətini açıqlayıb.

Axşam.az xəbər verir ki, tanınmış diktor bu barədə Moderator.az-a açıqlamasında danışıb. O bildirib ki, Fəxri xiyabanda yox, həyat yoldaşının yanında dəfn olunmaq istəyir:

"Mən Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanındadır. Valid Novxanıda dəfn olunub. Kim məni ziyarət etmək istəsə, ora gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda? Elə şey olar? Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər. Evimi dəyişdim, Valid yuxuma girdi. Dedi ki, səndən gözləməzdim. Mənim o evimdən heyf! Çox qonaqpərvər, qapısı açıq ev idi. Elə bil ki, ev özü dəvət edirdi hər kəsi".

Qeyd edək ki, ötən ay infarkt keçirən Ofeliya Sənani hazırda müalicə alır.
 
Ardını oxu...
Sosial şəbəkədə yayılmış bir video diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, adı bilinməyən bir müğənni mərhum sənətkar İlhamənin məzarı ilə duet oxuyub.

O, İlhamənin “Yaşın nə fərqi var” mahnısını məzar başında fonoqramla ifa edərək, baş daşını qucaqlayıb.

Sosial şəbəkə izləyiciləri bu görüntünü qınaqla qarşılayıblar.

Ardını oxu...
Türkiyəli məşhur aktyor Cihat Tamerin oğlu Atilla Tamer xərçəng xəstəliyindən vəfat edib.

81 yaşlı aktyorun 57 yaşlı oğlu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

A.Tamerin dəfn mərasiminə atasının sənət dostları da qatılıb.

Dəfn mərasiminə qatılan TRT sənətçisi Turhan Öğenin mərasimdə olan ustad aktyor Zihni Göktayla selfi çəkdirməsi müzakirə və tənqidlərə səbəb olub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
“Mən bir şeyi başa düşə bilmirəm ki, bu oğlan kimdir? Onun sənəti nədir? Bilinmir ki, o restoranı reklam edir, öz bişirdiyi yeməyi reklam edir yaxud da Yaşarın yanında özünü reklam edir? Yaşar Yaşardır. Onun reklama ehtiyacı yoxdur”

Bunu Moderator.az -a açıqlamasında xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva gənc aktyor Rəşidin sənətkarı parodiya etməsinə münasibət bildirərkən deyib. O daha sonra bildirib ki, gənc özünü Yaşar Nuri ilə reklam edir.

“Yaşar zirvədir. Gənc aktyorlardan heç kimin ona əli çata bilməz ki, o zirvəyə qədər qalxa bilsin. Cavanların da o zirvəyə qalxması üçün uzun müddət vaxt lazımdır ki, o adı qazanıb saxlaya bilsinlər. Bu parodiya deyil. Elə bil burnunda əti var, özü öz səsini idarə edə bilmir. Əgər bacarmırsansa parodiya etmə. Gərək o qədər oxşadasan ki, müəyyən mənada o olmasa da, həmin şəxsə yaxın bir parodiya olsun. Bunların heç biri həmin oğlanda yoxdur. Elə bil ki, küçədən kimisə tutub deyiblər ki, gəl filankəsin səsi ilə danış Sənətkarları parodiya etmək çox çətindir. Bir anlıq nəsə oxşada bilərlər, amma eynən oxşada bilməzlər. Çünki əsl sənətkar başqa bir aləmdir. Parodiya edən gərək o qədər həmin insanın aləminə aludə olsun ki.. Bunun üçün həmin şəxsin filmlərinə, tamaşalarına, əsərlərinə baxmaq lazımdır. Mənim üçün parodiya başqa bir sənətdir. Parodiya edənlər də düşünməlidirlər ki, kimi edirlər. Diqqətli olmalıdırlar. Parodiya elə-belə “haha-hihi” etmək deyil” deyə o bildirib.
Rəhimə Nuriyeva deyir ki, Yaşar Nurini onun sağlığında da parodiya ediblər.

“Yaşarı sağlığında da parodiya ediblər. Heç kimə sədd qoymayıb. Onlara qulaq asıb heç vaxt deməzdi ki, yaxşıdır, pisdir. Sadəcə oturub, baxıb gülərdi. Vəssalam! Bəlkə bu zamanda o sağ olsaydı mənasız parodiyalara baxıb nəsə deyə bilərdi. Yaşar heç kimin pisliyini istəməzdi. Hamı ona o qədər hörmət edirdi ki.. Yaşarın da onlara hörməti var idi. Yaşar üçün yalnız sənəti, onun yaratdığı obrazlar idi. Sənətkar sənətkardır. O vaxtkı bütün sənətkarlar sənətin zirvəsində idilər. Bu gün barmaqla sayılası gənclər var ki, gələcəkdə bəlkə də onlardan güclü aktyor çıxsın. Onlara vaxt, zaman lazımdır. Onlar hələ sənət üçün heç nə etməyiblər. Hələ obrazlar qalereyası yaratmalıdırlar” deyə aktyorun xanımı bildirib.
 
 
 

Ardını oxu...

Müğənni Şahmalı Taciroğlu sükan arxasında qeydə aldığı videonu sosial şəbəkədə paylaşıb. Gundemxeber.az avtosfer.az-a istinadla xəbər verir ki, o, sükan arxasında dinlədiyi meyxananın təsiri altına düşərək avtomobildəki silahı əlinə alıb.

Videodan da aydın şəkildə görünür ki, müğənni həm təhlükəsizlik kəmərindən istifadə etməyib, həm də digər əlində telefonu tutaraq ondan istifadə edib.
Qeyd edək ki, sükan arxasında videosu yayılan Şahmalı məşhur müğənni Tacirin oğludur. O, paylaşdığı videonun şərh bölməsində meyxananın təsiri altına düşdüyünü və əlindəki silahın oyuncaq olduğunu bildirib.

 

https://bax.tv/avto-moto-xeberler/bir-elinde-telefon-bir-elinde-silah:-meshur-mugenninin-oglu-200665?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic

 

Gundemxeber.az

Ardını oxu...
Özcan Dəniz böyük qardaşı və meneceri Ercan Dənizlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Özcan Dəniz məsələ ilə bağlı sosial şəbəkə hesabında qardaşını tənqid edib.

“Bəs siz neçə ailə üzvünüzdən xəyanət görmüsünüz? Nə qədər viran buraxılıb yenidən ayağa qalxmısınız? Xoşbəxtliyiniz neçə nəfərin bədbəxtliyinə çevirildi? Sizi gəlir mənbəyi kimi görən neçə tanışınız o qapını bağlayanda sizi heçə saydı? Kürəyinizdə çörəyinizi yeyən neçə adamın xəncəri var? İstəsələr canımı verəcəyim çox sayda insanı həyatımdan çıxardım. Çünki onların yoxluğuna üzülmək, etdiklərinə görə kədərlənməkdən daha asandır. Xəyanətə uğradım”.

O, son paylaşımında hazırda yeganə ailəsinin oğlu Kuzey və həyat yoldaşı Samar Dadqar olduğunu bildirərək bu cümlələri yazıb:

“Sizi çox sevirəm. Mənim əziz oğlum və həyat yoldaşım. İndi kimin üçün yaşadığımı yaxşı bilirəm və çox xoşbəxtəm”.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti