Ardını oxu...
ABŞ prezidenti Co Baydenin administrasiyası Çinə süni intellekt çipləri və avadanlıqlarının tədarükünə yeni məhdudiyyətlər elan etməyi planlaşdırır.

Məlumata görə, gələn həftənin əvvəlində ABŞ Ticarət Departamenti ötən il tətbiq edilən ixraca nəzarət rejiminə düzəlişləri nəzərdə tutuan fərman dərc edəcək. 2022-ci ilin oktyabrında məhdudiyyətlərə məruz qalanlarla müqayisədə daha az məhsuldar müasir çiplərin ixracına yeni məhdudiyyətlər tətbiq olunacaq.

Bundan əlavə, müasir yarımkeçiricilərin istehsalı üçün avadanlıqların ixracı məhdudlaşdırılacaq.
Bildirilir ki, Ağ Evin qərarı “Çinin süni intellekt sahəsində hərbi üstünlük əldə etməsinin qarşısını almaq” məqsədi daşıyır.

Mənbə: ng.ru
 
Ardını oxu...
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 923 manat təşkil edib.

Axar.az-ın məlumatına görə, əməkhaqqı neft-qaz sektorunda 3526,1 manat, qeyri neft-qaz sektorunda 873,2 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 885,5 manat, özəl müəssisələrdə isə 964,1 manat olub.

2023-cü il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5244,5 min nəfər olub, onlardan 4957,1 min nəfərini məşğul əhali təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706,6 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 887,7 min nəfər, qeyri-dövlət sektorunda isə 818,9 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb.
Ardını oxu...
Azərbaycanda 2023-cü ilin 8 ayında muzdla çalışan işçilərin orta aylıq maaşı 923 manat olub. Dövlət Statistika Komitəsinin ölkədəki əmək haqqı ilə bağlı yaydığı ən son məlumatda belə deyilir. Qeyd edilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artım deməkdir.
923 manatlıq maaş 1706,6 min nəfərə aiddir. Onlardan 887,7 min nəfər dövlət sektorunda, 818,9 min nəfər isə qeyri-dövlət sektorunda çalışır.

Güney Qafqazda ən aşağı əmək haqqı
2023-cü ilin birinci rübündə Gürcüstanda orta aylıq əmək haqqı 1716.6 lari (1086.27 manat) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz və ya 270,1 lari artım deməkdir.
2023-cü ilin iyulunda açıqlanan məlumata görə, Ermənistanda orta aylıq əmək haqqı 269,729,000 dram (1162 manat) olub.

Azərbaycanın qonşularında
İranda orta aylıq əmək haqqı 44.900.000 rialdır (1796 manat). Bu ölkədə ən yüksək əmək haqqı isə 200,000,000 rial (8 min manat) hesab edilir.

Rusiyada orta aylıq əmək haqqı ayda 94,900 rubldur (1670 manat). Bu ölkədə orta saatlıq əmək haqqı 600 rubl və ya 10.55 manatdır. Minimum əmək haqqı isə ayda 16,242 rubl (286 manat) təşkil edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı 25 faiz artımdan sonra Türkiyədə minimum əmək haqqı 11 min 396 (700 manat) lirəyə yüksəlib. Dövlət qulluqçusunun orta aylıq əmək haqqı isə artımla 25 min 15 lirəyə (1535 manat) qalxıb.

Məlumatlardan görünən odur ki, Azərbaycandakı orta aylıq əmək haqqı həm Cənubi Qafqazda, həm də digər qonşuları arasında ən aşağı olanıdır. //meydanTV//
 
Ardını oxu...
Pərviz Heydərov yazır…

Əhalinin banklarda əmanətlərinin həcminin bu ilin iyul və avqust aylarında azalması nədənsə daha çox fevral ayından bu sahədə dividentlər üzrə gəlir vergisinin bərpa olunması ilə izah edilir.

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən 7 il müddətinə yerli banklar və xarici bankların ölkəmizdə fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi haqqında qərar, müddətin başa çatması ilə əlaqədar bu ilin fevralından aradan qalxdı.

Bu, həqiqətən belədirmi? Banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası vəsaitlərin geri çəkilməsinə yol açıb və bunda əsas rol oynayır?

Əgər belədirsə, çıxış yolu nədir və hansı addımlar atılmalıdır?

Məsələ bundadır ki, banklarda fiziki şəxslərin, yəni əhalinin əmanətlərinin azalması bu il ilk dəfə olaraq fevral ayında qeydə alınmışdı – 0,2%… Sonrakı aylarda – martda, apreldə, mayda və iyunda əmanət həcmi artıb.

Odur ki, sual yaranır, əmanət həcminin azalmasında əgər, banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası, hansı ki, söhbət 10 %-dən gedir, əsas rol oynayırsa bəs, qeyd olunan aylarda nəyə görə artım qeydə alınıb ?!

Yeri gəlmişkən, iyulda əmanətlərin azalması əvvəlki aya nisbətən 0,3 %, avqustda isə 1 % təşkil edib. Göründüyü kimi, temp sürətlənib.

Bu davamlı xarakter daşıya bilərmi ?

Eyni mövzuda ilk yazımda da qeyd etmişdim ki, banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulmasının bərpası əhalidə narazılıq doğurub. Bunun ən başlıca səbəbi isə bizim güzəştlərə çox öyrəncəli olmağımızdır.

İndiyədək iqtisadiyyatın bir çox sahələrində müxtəlif güzəştlər tətbiq edilib və yenə də edilir. Bunlar müddətli xarakter daşıyır və müddəti bitən kimi ya uzadılır, ya da ləğv olunur. Lakin çoxu hələ ki, uzadılır.

Ancaq dünya praktikasına nəzər salsaq isə, xarici ölkələrdə, yəni inkişaf etmiş ölkələrdə gəlir gətirən nə varsa vergiyə cəlb olunduğunu görərik. Yəni, bu mütləq xarakter daşıyır.

Belə ki, istər sahibkar olsun, istər fiziki şəxs, istərsə də işəgötürən bunların hər biri əldə etdiyi gəlirlərdən və əməkhaqqından dövlət büdcəsinə müxtəlif adda vergi və rüsumlar ödəyirlər.

Ölkəmizdə sözügedən vergi güzəşti cəmi 7 ildir mövcud idi. 2016-cı ilin fevralınadək bizdə də banklara yerləşdirilən əmanətlər üzrə gəlirlərdən vergi tutulurdu. Banklara əmanət yerləşdirilməsi, dividend səviyyəsi, kredit faizləri və sair baxımından isə heç bir problem yox idi.

Həm də ki, söhbət əmanətlin özündən deyil, onun il ərzində gətirdiyi dividenddən, yəni gəlirdən tutulan vergidən – cəmi 10%-dən gedir. Odur ki, vergi güzəştinin ləğvi əhalinin əmanətləri banklardan geri çəkməsinə səbəb ola bilməz, ən azı ona görə ki, əvvəla ölkədə maliyyə sarıdan vəziyyət sabitdir, ikincisi manatın dəyəri möhkəmdir, üçüncüsü xarici valyuta ilə yığıma isə maraq yoxdur.

Əmanətlərin həcminin azalması başqa amillərlə əlaqədardır. Bura daxildir, ölkədə inflyasiya və istehlak qiymətlərinin davamlı olaraq bahalaşması səbəbindən əhali tərəfindən gəlirlərin bir hissəsinin əvvəlkitək yığıma yönəldilməməsi, banklar tərəfindən depozitlər üzrə təklif olunan gəlirlilik səviyyəsi, bankların özlərinə inam məsələsi, mövsümi amillər və s…

Əhalinin əmanətlərinin azalma səviyyəsi o qədər çox deyil, bunu faciəyə çevirmək lazım deyil. Azalma il ərzində yalnız fevral, iyul və avqust ayları ərzində qeydə alınıb ki, sonuncu iki ay əhalinin xərclərinin adətən artıq xarakter daşıdığı aylar sayılır.

Yeri gəlmişkən, sözügedən vergi ona görə götürülmüşdü ki, 2015-ci ildə iki devalvasiyadan sonra ölkənin bank sektoru fəlakətə düçar olmuşdu. Camaat əmanətlərini banklardan geri çəkməyə başlamışdı. Bunun qarşısını almaq üçün stimullaşdırıcı tədbirlərdən biri kimi məhz depozitlər üzrə gəlir vergisi ləğv olundu.

İndi bunun bərpası müəyyən əmanət sahiblərində ola bilsin müəyyən qrup vətəndaşlarda anlaşılmazlıq yaradıb. Ancaq vergi əmanət həcmindən deyil, onun faiz gəlirindən tutulur və bu qayda dünyanın hər yerində mövcuddur.

Əmanətçilər üçün əslində əsas cəhət bankların təklif etdikləri gəlirlik səviyyəsi və əmanətlər üzrə sığorta faiz dərəcəsidir. Xatırladım ki, milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsi hazırda maksimum 12%, xarici valyutada isə 2,5% təşkil edir.

Bəli, ölkədə konkret sığorta qaydaları var və bu qaydalar daxilində istənilən bankdakı əmanət həcmi zəmanətli sayılır. Yuxarıda qeyd etdim ki, əhalinin dolanışıq səviyyəsinin çətinləşməsi və məlum bahalaşma ilə inflyasiya prosesi nəticəsində gəlirlərin əvvəlki kimi sərbəst vəsaitlərin formalaşmasına şərait yaratmaması əmanətlərin həcminin azalmasında rol oynayır. Çünki istehlak xərcləri artıb, yığım imkanları daralıb.

Yəni, əhalinin banklardakı əmanətlərinin azalmasının səbəbləri sırasında sırf subyektiv amillər olsa belə bu, uzun müddət davam edə bilməz. Əsas obyektiv səbəblərdir.

Obyektiv səbəblər sırasında isə bu da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Vətəndaşlar bunda stimul görmürlər artıq.
Banklar isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyətində deyillər.
 
Ardını oxu...
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında (9 ayda) dövlət büdcəsinə 22 milyard 77 milyon manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, büdcədən 23 milyard 214,5 milyon manat vəsait xərclənib. Büdcənin icrasında 1 milyard 137,5 milyon manatlıq kəsir yaranıb. Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında (8 ayda) dövlət büdcəsinə 20 milyard 431,2 milyon manat vəsait daxil olub, büdcədən 20 milyard 649,7 milyon manat vəsait xərclənib və büdcənin icrasında 218,5 milyon manatlıq kəsir yaranmışdı.

Qeyd edək ki, dövlət büdcəsində kəsrin yaranması birmənalı qarşılanmayıb. Belə ki, həmin kəsirin büdcə üçün təhlükəli vəziyyət yaratması ilə bağlı da fikirlər öz əksini tapır.

Bəs reallıqda yaranmış vəziyyət dövlət büdcəsi üçün nə dərəcədə təhlükəlidir? TEREF.AZ-ın məlumatına göörə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki,ümumilikdə götürdükdə büdcə kəsiri problemdir:

“Məsələn, bizim illik gəlirimizlə xərclərimiz arasında xərcin xeyrinə fərq varsa, bu, problemdir. Yəni daha çox xərcləmişik, nəinki qazanmışıq. Sadəcə nəzərə alaq ki, dövlətin gəliri yalnız büdcə deyil, Dövlət Neft Fondu da var. DNF-nun gəliri ondan çoxdur. O demək deyil ki, dövlətin vəsaiti qurtardı. Məsələni sadə dildə izah etsək, məsələn, 4 nəfərdən ibarət ailədə ər-arvad çalışırlar və illik əmək haqqı, gəlirləri 50 min təşkil edir.

Ancaq onların bankda 100 min əmanətləri var. Onlar başqa bir evlərini də icarəyə veriblər. Həmin icarədən və əmanətdən də onlara 20 min manat vəsait gəlir. Onların hansısa ildə illik xərci 60 min manat təşkil edib, ancaq gəliri 50 min manatdır. Bu, təbii ki, problemdir. Ancaq onlar üçün faciə deyil. Çünki onların əlavə gəlirləri də var”.

Ekspert deyib ki, eyni məsələ dövlət büdcəsində də özünü göstərir:

“Bu da o deməkdir ki, ya dövlət büdcəsi DNF-dən vəsait götürməlidir, ya da borc almalıdır. Hesab etmirəm ki, Azərbaycan büdcəsi üçün 1 milyard manatdan çox olan kəsir ciddi problemdir. Yəqin ki, hökumət bunun necə olması ilə bağlı hesabat verər. Böyük ehtimalla bu, gözlənilməz xərclər, sosial sahə, işğaldan azad olunmuş ərazilərlə bağlı olan xərclər olub.

Bu xərclərə ehtiyac var və dövlət bu xərcləri çəkməlidir. Ancaq hamı üçün ən yaxşı olan odur ki, dövlət borca girməsin. Hansısa başqa ölkə, məsələn, Türkiyədə belə bir məsələ olsa, problemdir. Çünki onun neft gəlirləri, neft fondu yoxdur. Onun xərci gəlirindən çox olursa, borca girməli, kredit götürməlidir. Ancaq bizdə belə bir problem yoxdur”.
 
Ardını oxu...
Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu general Teymur Mehdiyevə məxsus Bank BTB-nın satışa çıxarılmasının detalları bəlli olub.
Teref.az bildirir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, əvvəlcə bankın satın alınması "yuxarılar"la razılaşdırılıb.
Daha sonra alqı-satqı ilə bağlı danışıqlar aparılıb. Əldə olunan razılaşmaya əsasən, Bank BTB-ni alan tərəf borcları da bağlanmaq şərtilə Ramiz Mehdiyevin oğluna 15 milyon manat ödəməli imiş.
Bu razılıqdan sonra Prezident Adminsitrasiyasının keçmiş rəhbəri məsələyə müdaxilə edib. O, Bank BTB-nı almaq üçün onun "xeyir-duasının alınmasına" ehtiyac olduğunu bildirib. Qeyd olunur ki, Ramiz Mehdiyev bankı almaq istəyən şəxsdən əlavə olaraq, 1 milyon manat tələb edib. Qarşı tərəf isə bununla razılaşmadığı üçün anlaşma pozulub.

Qeyd edək ki, dünən məsələ ilə bağlı həm Bank BTB-nin mətbuat xidməti, həm də Ramiz Mehdiyev açıqlama verib.
Bankdan bildiriblər ki, onun satılması ilə bağlı xəbəri əsassızdır.
Ramiz Mehdiyev isə bildirib ki, onun bankı yoxdur:
“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil".
Daha sonra isə o, bankın oğlunun adına olduğunu da təkzib edib:
“Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır. Bank satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır, bilmirəm”.

Qeyd edək ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günaybank”la yanaşı “Muğanbank” və Bank BTB-nin də adı çəkilirdi. Bildirilirdi ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.
 
Ardını oxu...
DİA.AZ: - "Şikayətim "OBA Market"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Anar Kərimli adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra qeyd edir: "Zəhmət olmasa, nağdsız ödənişlərlə bağlı problemli məsələnizi birdəfəlik həll edin. Artıq neçənci dəfədir ki, sizin kassalarda kartla (nağdsız) ödəniş edən zaman, alış-veriş qəbzində ödənişin nağd üsulla edildiyini görürəm. Ödəniş kartla, nağdsız edilməsinə baxmayaraq, qəbzdə ödəniş nağd üsulla edilib əks olunur. Belə halda mən kartla daha niyə ödəniş edirəm, pulu kartdan çıxarıb elə nağd ödəyərəm də. (bu təkcə mənim başıma gələndir, gör gün ərzində nə qədər insanın başı aldadılır). Çünki bu yalnız "Oba" marketlərdə mövcud problemdir ki, kartı post terminala yaxınlaşdıranda kartla ödəniş edildiyi təsdiq olunmur, gərək satıcı özü kompüterdə F9 düyməsini sıxaraq, nağdsız ödənişi təsdiqləsin.

"Oba" marketlərdə hər gün satıcı dəyişikliyi olduğu üçün əksər naşı satıcılar ya bu məsələdən xəbərsizdir, ya da ki, bu "Oba" marketin cibinə nəsə xidmət edir. "Oba" market hansı əsrdə qalıb bilmirəm, amma mən hələ başqa market tanımıram ki, orda kartı post terminala yaxınlaşdırasan, ödənişin avtomatik nağdsız həyata keçirildiyi qeyd olunmasın".

Qeyd: Bildirək ki, nağd və kartla ödəniş arasındakı ƏDV fərqi 10-17 faiz nisbətindədir. Yəni marketin nə qazandığını şikayətçi bilməsə də, biz bilirik.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Son vaxtlar nağdsız ödənişə maraq xeyli azalıb. Bu məsələyə maraqsız olan tərəf isə xidmət göstərənlərdir.

Səbəb nədir?

Ona görə ki nağd və nağdsız ödəniş arasında geri qaytarılan ƏDV-lərin faizində çox böyük fərq var. Bundan başqa, nağdsız ödənişlər zamanı bankların tutduqları komissiya haqqı da xidmət göstərən tərəfi qane etmir. Ona görə də xidmət təşkilatları son vaxtlar nağdsız ödənişlərdən qaçırlar.

Təsadüfi deyil ki, son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb. 2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2 faiz və ya 1861 ədəd azdır.

Cari ilin sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6 faiz azalma deməkdir.

Nağdsız ödəniş vaxtı xidmət göstərən tərəf həm də bank xidmətinə görə komissiya haqqı ödəməlidir. Bu xidmətə görə ödənilən vəsaitisə hüquqi və fiziki şəxslər izafi xərc hesab edir. Ona görə də nağd ödənişin həcmi hər ay artır.

Xarici təcrübə necədir?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, özəl bankların kommersiya əməliyyatlarından qazanc əldə etməsi normaldır:

“Çünki, bankın davamlı gəlirləri olmalıdır ki, ayaqda qalsın və kapital qoyuluşunu artırsın. Çox təəssüf ki, əksər xarici ölkələrdə çoxdan həllini tapmış problemlər hələki bizdə açıq qalıb. Dünya praktikasında belə hallar var ki, banklararası razılığa əsasən, öz aralarında aparılan əməliyyat zamanı müştəridən əlavə faiz tutmasınlar. Bu həm pul köçürmələrinə, həm də nağdlaşdırma əməliyyatlarına şamil edilir. Yəni əlavə xərcə ehtiyac qalmır.

Bizdə isə ən böyük problem məhz burdadır. Məsələn bir bankın kartından digər bankın aparatından pul nağdılaşdırarkən böyük miqdarda rüsum ödəməli olursan. Eyni vəziyyəti pul köçürmələri zamanı da yaşayırıq. Nəhayət ki, bu problem kökündən həll edilməlidir. Yəni banklarımız bir-birinə güzəşt etməlidirlər. Bu güzəşt həm müştəri məmnunluğu yarada bilər, həm də nağdsız əməliyyatların həcmini artırar”.

“Komissiya məsələsi bankların daxili işidir”

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, Azərbaycanın bank sektorunda sağlam rəqabətin olmaması səbəbilə ölkəmizdəki banklarda yüksək komissiya haqları formalaşıb:

“Amma unutmayaq ki, istənilən bankın öz biznes siyasəti var. Hər bank da öz işini müəyyən etdiyi siyasət əsasında qurur. O cümlədən də komissiya məsələsi də bankların daxili işidir. Onlar bunu öz maraqlarına uyğun formalaşdırırlar. Yəni hansısa banka inzibati yolla təzyiq etmək olmaz ki, “sən komissiya haqqı alma və yaxud aşağı faiz tətbiq et”. Bunu bazar tənzimləmələdir.

Yəni komissiya haqlarının aşağı olması üçün ciddi rəqabət olmalıdır. Bank xidmətlərinin və məhsullarının təklifi zamanı qiymətlərini ancaq bazardakı rəqabət müəyyən edir. Bizdə isə çox təəssüf ki, rəqabət yox dərəcəsindədir”.
 
 
Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Bank of Baku"dandır". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim VAR" sosial qrupundakı paylaşımında Əli Ələsgər adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Xarici valyutada edilən ödənişlərdə ödənişi dondurub bir neçə gün sonra valyutanın bahalaşdığı vaxtda sistemləşdirirlər (oynayan valyutalarda edirlər) və mənfi balans yazirlar ki valyuta konvertasiyası zamanı yaranan "overdraft"dır.

Bununla 3-cü dəfədir ki, TL ilə olan ödənişlərdə eyni gün yox, nədənsə tl nin 5-10 qəpik bahalaşdığı anda rəsmiləşdirib mənfi balans yazırlar debet karta.

Amma nə möcüzədirsə, aldığım gündən sabahsı daha ucuz olanda (həftə içi) hesablanmır.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Azərbaycan Dövlət İqtisad Universiteti “Təmir işləri ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması” tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC olub.

Şirkətlə 694 274 manat məbləğində müqavilə imzalanıb.
 

Dünyapress TV

Xəbər lenti